Məhkəmə qərarları › İş №2(102)-2902/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2902/2023

27.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2902/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 21 saylı Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqavilələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1888/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının atası X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun xüsusi mülkiyyətində olan Nərimanov rayonu, Təbriz küçəsi, ev 47 a, 7 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2,m3) miras qalmışdır. xx.xx.2021ci il tarixdə Bakı şəhər i 21 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 (iddiaçının anası) miras mənzilin 1/2 hissəsi üçün mülkiyyət haqqında şəhadətnamə verilmiş, qalan 1,2 hissə qanun üzrə vərəsələr arasında bərabər paylara bölünməklə cavabdehlər Fərzanə, Murad, Fidan Qasımovların hər birinin mənzilin 1/8 hissəsində qanun üzrə vərəsəlik qaydasında pay hüquqları olduğu müəyyən edilmiş, İddiaçı müraciət etmədiyindən ona çatası pay, yəni 1/8 hissə açıq saxlanılmışdır. Eyni tarixli miras payın bağışlanması müqaviləsi ilə şəhadətnaməyə əsasən ona düşən ½ hissəsini digər cavabdeh – Cavabdeh2 (iddiaçının bacısı) bağışlamışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3521/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 a, 7 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamə etibarsız hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, 7 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m3) 1/2 hissəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin, həmçinin həmin mənzilin yerdə qalanonların hər birinə düşən 1/8 hissəsinin Cavabdeh1 və Cavabdeh3 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə və onların əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 313804 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdi r.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47a, 7 saylı mənzil iddiaçının atası X2 xüsusi mülkiyyətində olmuş, N.Qasımov xx.xx.2020-ci il tarixdə başqa dövlətdə rəhmətə getmiş, mərhumdan sözügedən ev və qeyri- yaşayış sahəsi (qaraj) miras qalmışdır. Cavabdeh2 iddiaçının anası, digər cavabdehlər isə bacı-qardaşlarıdır. İddiaçı və cavabdehlərdən bacısı-Cavabdeh2 Azərbaycanda, anası və qardaşı isə illərdir başqa dövlətdə yaşayırlar. Cavabdeh2 mübahisəli evin çox hissəsinə mülkiyyət hüququ əldə etmək üçün iddiaçının xəbəri olmadan anasına və qardaşına təsir edərək, onlar tərəfindən onun adına etibarnamə göndərilməsinə nail olmuş, həmin etibarnamə əsasında cavabdeh notariusa müraciət edərək, mübahisəli miras əmlakın guya valideynlərinin bi rgə nikahı dövründə əldə olunması ilə bağlı analarının adına şəhadətnamə, eyni zamanda qanun üzrə digər vərəsəlik haqqında şəhadətnamələr alınmış, həmin şəhadətnamələrə əsasən elə eyni tarixdə də miras payın bağışlanmasına dair müqavilələr bağlanmış, bundan sonra isə həmin müqavilələrə uyğun olaraq Cavabdeh2 mübahisəli mənzilin 7/8 hissəsinə dair öz adına müvafiq çıxarış almışdır. Bununla bağlı tərəflərindən cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 a, 7 saylı mənzilə dair digər Cavabdeh1 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi i lə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(007)-3785/2021 saylı qətnaməsi ilə iddia rədd edilmiş, qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3521/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 a, 7 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə həmçinin yuxarı da sözügedən bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin ümumi qaydada ayrıca icraatda mübahisələndirmək hüququnun olması izah edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilmişdir.

5. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı hazırkı iddianı xx.xx.2022-ci il tarixdə qaldırsa da, mübahisələndirdiyi hər iki müqavilənin mövcudluğundan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə sorğuya cavab əsasında məlumatlı olmuşdur, belə ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məktubu xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli olmaqla məktublarda mübahisələndirilən müqavilələri barədə məlumat verilmişdir. Həmin əqdlərin mübahisələndirilməsi üçün iddiaçının qanunla müəyyən edilmiş bir illik müddəti ötürdüyü görünür. İddiaçı mübahisələndirdiyi müqavilələrin bağlanmasından bir ildən artıq vaxt keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Bunları nəzərə alaraq, məhkəmədən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddiası üzrə mülki qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin tətbiq edilməsi və idd ianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Mehriban Əfəndizadə) 2(005)4027/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47 a, 7 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m3) ½ hissəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47 a, 7 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m3) Cavabdeh1 və Cavabdeh3 tərəfindən onların hər birinə düşən 1/8 hissəsinin Cavabdeh2 bağışlan masına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 313804 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış ləğv edilmişdir.

7. Məhkəmə ilk növbədə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə barədə qeyd etmişdir ki, ərizə əsassızdır. Belə ki, işin materiallarından da göründüyü kimi, iddiaçı mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ barədə şəhadətamənin və onun hüquqi nəticələrinin ləğvi üçün xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmə prosesləri xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qətnamə qəbul etməsi ilə yekunlaşmışdır. Sözügedən q ətnamədə iddia qismən təmin edilmiş, eyni zamanda iddiaçıya miras əmlakın bağışlanması müqaviləsinin və onun nəticələrinin ləğvi üçün məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməz.

8. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Belə ki, Cavabdeh1 adına Nərimanov rayonu, Təbriz küçəsi, ev 47 a, 7 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m3) ½ hissəsinə mülkiyyət hüququ verən xx.xx.2021-ci il tarixli şəhadətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3521/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Beləliklə, şəhadətnamə etibarsız hesab olunduğu üçün, onun əsasında Cavabdeh1 ilə digər Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsi də etibarsızdır. Eyni qaydada mənzilin yerdə qalan – onların hər birinə düşən 1/8 hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən digər Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi də etibarsızdır. Belə ki, sözügedən mənzil birgə nikah dövründə əldə edilmiş ümumi mülkiyyət hesab edilərək, Cavabdeh1 mənzilin ½ hissədə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilmişdir. Buna görə də mənzilin digər ½ hissəsi 4 vərəsə: Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və İddiaçı(payı açıq saxlanılmaqla) arasında bölünmüş, buna görə də Fərzanə və Muradın 1/8 hissəsi yaranmışdır. Halbuki, artıq təsbit edildiyi kimi, mənzil birgə nikah dövründə əldə edilmiş ümumi əmlak deyil, ona görə də Cavabdeh1 mül kiyyət şəhadətnaməsi ləğv edilmişdir. Belə olan halda, vərəsələrin payları mənzilin ½ hissəsinə deyil, tam mənzilə yaranır, buna görə də mənzilin 1/8 hissədə bağışlanması barədə müqavilələr və onun nəticəsində verilmiş çıxarış də etibarsızdır və ləğv edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 324.1, 329.1, 1145, 1159.1, 1274-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandır ılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı hazırkı iddianı xx.xx.2022-ci il tarixdə qaldırsa da, mübahisələndirdiyi hər iki müqavilənin mövcudluğundan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə sorğuya cavab əsasında məlumatlı olmuşdur, belə ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məktubu xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli olmaqla məktublarda mübahisələndirilən müqavilələri barədə məlumat verilmişdir. Həmin əqdlərin mübahisələndirilməsi üçün iddiaçının qanunla müəyyən edilmiş bir illik müddəti ötürdüyü görünür. İddiaçı mübahisələndirdiyi müqav ilələrin bağlanmasından bir ildən artıq vaxt keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Məhkəmə iddiaçı tərəfindən mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ barədə şəhadətnamənin və onun hüquqi nəticələrinin ləğvi üçün xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməsini, məhkəmə proseslərinin xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qətnamə qəbul etməsi ilə yekunlaşmasını və bunu iddianın davamı kimi qiymətləndirirərək iddia müddətinin tətbiqi barədə ərizəni əssasız hesab etməsi, hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməz yanaşması ilə nəticəsi işin hallarına uyğun deyildir. Belə ki, iddiaçının vaxtı ilə düzgün olmayan iddia qaldırması onun həmin iddia ilə məhkəməyə müraciət etməsi mənasına gəlmir. Belə olan halda məhkəmə yanlış olaraq iddia üzrə mübahisələ ndirdiyi hər iki müqavilənin mövcudluğundan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdən hesablamamışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) 2(103)-1888/2023 nömrəli, 28 mart 2023cü il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4027/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 dəlili iddiaçının hazırkı iddianı xx.xx.2022-ci il tarixdə qaldırsa da, mübahisələndirdiyi hər iki müqavilənin mövcudluğundan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə sorğuya cavab əsasında məlumatlı olması ilə əlaqədar həmin əqdlərin mübahisələndirilməsi üçün iddiaçının qanunla müəyyən edilmiş bir illik müddəti ötürməsi ilə bağlıdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmin dəlillə bağlı bildirmişdir ki, mülki iş materiallarından da göründüyü kimi, iddiaçı mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ barədə şəhadətnamənin və onun hüquqi nəticələrinin ləğvi üçün xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia qismən təmin edilmiş, eyni zamanda iddiaçıya miras əmlakın bağışlanması müqaviləsinin və onun nəticələrinin ləğvi üçün məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuş, bundan sonra iddiaçı bir illik müddət ötürülmədən, xx.xx.2022-ci il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Bununla da məlum olur ki, birinci instansiya məhkəməsi müddəti tətbiq etməməkdə haqlı olmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 329.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 1145, 1159.1, 1274-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh2 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılmasını, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı hazırkı iddianı xx.xx.2022-ci il tarixdə qaldırsa da, müba hisələndirdiyi hər iki müqavilənin mövcudluğundan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə sorğuya cavab əsasında məlumatlı olmuşdur, belə ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məktubu xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli olmaqla məktublarda mübahisələndirilən müqavilələri barədə məlumat verilmişdir. Həmin əqdlərin mübahisələndirilməsi üçün iddiaçının qanunla müəyyən edilmiş bir illik müddəti ötürdüyü görünür. İddiaçı mübahisələndirdiyi müqavilələrin bağlanmasından bir ildən artıq vaxt keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilən ərizədə qeyd edilən, iş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə sorğuya cavab əsası nda məlumatlı olmasına dair sübuta obyektiv, qərəzsiz hərtərəfli və tam baxmamışdır. Bu halın nəzərə alınmaması işin hərtərəfli, obyektiv araşdırılmaması deməkdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

20. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

21. Maddə 324.4. Müqavilənin bağlanması üç ün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

22. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahis ə edilir.

25. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

26. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

27. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

28. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gün dən bir il ərzində irəli sürülə bilər. [342]

29. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər

30. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

31. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

32. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valid eynlər (övladlığa götürənlər).

33. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ay dınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yo xlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcuddur.

45. Apellyas iya şikayətində olduğu kimi kassasiya şikayətində də cavabdehin əsas dəlili iddiaçının hazırkı iddianı xx.xx.2022-ci il tarixdə qaldırsa da, mübahisələndirdiyi hər iki müqavilənin mövcudluğundan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə sorğuya cavab əsasında məlumatlı olması ilə əlaqədar həmin əqdlərin mübahisələndirilməsi üçün iddiaçının qanunla müəyyən edilmiş bir illik müddəti ötürməsi ilə bağlıdır.

46. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həmin dəlillə bağlı bildirmişdir ki, mülki iş materiallarından da göründüyü kimi, iddiaçı mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ barədə şəhadətnamənin və onun hüquqi nəticələrinin ləğvi üçün xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə Bakı Apellyasi ya Məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia qismən təmin edilmiş, eyni zamanda iddiaçıya miras əmlakın bağışlanması müqaviləsinin və onun nəticələrinin ləğvi üçün məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuş, bundan sonra iddiaçı bir illik müddət ötürülmədən, xx.xx.2022-ci il tarixdə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Bununla da məlum olur ki, birinci instansiya məhkəməsi müddəti tətbiq etməməkdə haqlı olmuşdur.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayət i təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 mart 2023-cü il tarixli, 2(103)-1888/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar