Məhkəmə qərarları › İş №2(102)-2902/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2902/2025

21.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2902/2025 21.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X10, X7, X8 və Cavabdeh5 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və Bakı şəhəri Mənzil Kommunal Tsərrüfatı Departamenti Binəqədi Rayon MKTB) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, hüquqdan sui-istifadə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X2 ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, X10, X7, X8 və Cavabdeh5 qarşı “cavabdehlərin mənzildən çıxarılması” tələbi nə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3653/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 12,17 kv.metr olan 1 otaqlı mənzil 1998ci ildə order əsasında X9 verilmişdir. Orderdə ailə üzvləri qismində hazırkı iş üzrə iddiaçı olan arvadı İddiaçı və övladı X3 qeyd olunmuşdur.

2. Cavabdehlər məcburi köçkündür və mübahisəli mənzildə yaşayırlar.

3. Elxan Hacıyev 2011-ci ildə vəfat etmişdir. 4. 2011-ci ildə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, E.Ə.Hacıyevin vərəsəsi arvadı - İddiaçıdır və o, miras əmlakdan irs almalıdır.

5. Sözügedən mənzil Elxan Hacıyevin adına olsa da, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, ölümündən sonra notarius tərəfindən edilən müraciətlə mənzilə dair çıxarış verilməsi xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, X10, X7, X8 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Binəqədi rayonu, 7-ci mikrorayon, ev 31, mənzil 5 ünvanda yerləşən ümumi sahəsi 12,17 kv.metr olan, 1 otaqlı mənzildən (bundan sonra - mübahisəli mənzil) çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, cavabdehlər məcburi köçkün olduğu üçün mübahisəli mənzildə müvəqqəti qeydiyyat a alınıblar. Sonradan cavabdehlərdən Cavabdeh4 2015-ci ildə, Cavabdeh3 isə 2019-cu ildə ailə həyatı qurmuşlar. Buna baxmayaraq, onlar məcburi köçkün olduqlarına görə evdən çıxmaqdan imtina edirlər.İddiaçı hazırda evə çıxarış almaq istəyir, lakin cavabdehlər orada yaşamaqla müvafiq strukturların ölçü işi aparmasına mane olurlar. Cavabdehlərin mənzillə təmin olunana qədər orada yaşamasına etiraz etmir, lakin çıxarış ala bilmədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

8. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon MKTB iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.

9. Cavabdeh1 nümayəndəsi izahatında bildirmişdir, mübahisəli mənzildə hazırda Cavabdeh1, Cavabdeh5 və Sevinc Qasımova yaşayır, digərləri isə ailə qurub həmin mənzildən köçmüşlər. İddiaçı iddia tələbində maneələrin aradan qaldırılmasının cavabdehlərin üzərinə öhdəlik kimi qoyulmasını deyil, mənzildən çıxarılmasını xahiş etdiyinə görə, ölçü işləri aparılmasına şərait yaradılmır. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Belə ki, o, həmin mənzildə yaşamır.

10. Cavabdehin nümayəndəsi digər məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı iddia tələbini dəqiqləşdirəcəyinə söz versə də, etməmişdir. Odur ki, iddianı qəbul etmir.

11. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1906/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Etibar Mustafayev).

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçının tələbinin əsası mübahisəli mənzi lə dair çıxarışın alınması üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına ölçü işlərinin aparılması üçün cavabdehlər tərəfindən maneələrin yaradılmasıdır. Mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar.

13. Hazırkı mübahisəyə münasibətdə, məcburi köçkün statusuna malik olan cavabdehlərin iddiaçıya məxsus olan əmlakı uzun illər ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı hazırda ərindən ona miras qalmış əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuş, eləcə də qeyd edilən mənzilə dair sənədlərin rəsmiləşdirilməsində çətinliklər çəkir.

14. Belə ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətində olmasa da, onun həmin əmlaka dair mülkiyyət hüquqları ilə bağlı gözləntisi mövcuddur və məhz cavabdehlərin həmin mənzildə yaşamaları bu hüquqların qeydə alınmasında maneələr yaradır. Cavabdehlərin mübahisə predmeti olan əmlak üzərində hər hansı hüquqları yoxdur və onların iddiaçıya məxsus olan əmlakda mülkiyyətçinin iradəsinin əleyhinə qalması, hüquqi əsaslar olmadan oradan istifadə və çıxmaqdan imtina etmələri, sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir.

15. Məhkəmə mövqeyini Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəllənin 6, 14, 18, 139, 152, 157-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 ailə üzvləridir. Halbuki, qətnamədə cavabdehlər X7 və X4 ailə həyatı qurduğu və mübahisə edilən mənzildə yaşamadığı qeyd olunmuşdur. Eyni zamanda, digər cavabdeh X5 isə soyadı Abbasovadır. Göründüyü kimi məhkəmənin h əmin mübahisə edilən mənzildə yaşamayan cavabdehlərin, eləcə də cavabdeh kimi göstərilən Qasımova (əslində Abbasova) Sevinc Əli qızının soyadının düzgün qeyd edilməməsi məhkəmənin işə obyektiv yanaşmadığının göstəricisidir. Cavabdeh iddiaçının mənzilini zəbt etməmiş, 1992ci ildə məcburi köçkün kimi həmin mübahisə edilən mənzilə ailəsi ilə birlikdə yerləşdirilmişdir. İddiaçının mərhum həyat yoldaşı X13 isə sözügedən mənzilə orderi 1998ci ildə əldə etmişdir. İddiaçı qeyd edilən mənzilə mülkiyyət hüququnu belə qanunla müəyyən edilmiş qaydada qeydiyyata aldırmamışdır. Cavabdehin iddiaçının iddia etdiyi mənzili hər hansı formada əldə etmək kimi bir niyyəti yoxdur. Cavabdeh məhkəmə iclası zamanı da məhkəmənin diqqətini çatdırımışdır ki, onun və ailə üzvlərinin mənzillə təmin olunacağı təqdirdə m ənzildən çıxacaqdır. İşdə olan və eyni zamanda məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Qaçqınların və X6 Üzrə Dövlət Komitəsi tərəfindən verilən məlumata əsasən cavabdeh və onun ailəsi məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Məhkəmə onun və ailə üzvlərinin mənzillə təmin edilməsi məsələsini təmin etmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

18. Apellyator məhkəmə iclasında bildirmişdir ki, iddiaçının ərinə verilmiş order əsassızdır. Belə ki, o, həmin vaxt həmin binada komendant olub. Qayıdış planına əsasən onlar 2026-cı ildə öz yurdlarına qayıdacaqlar.

19. İddiaçı izahatında bildirmişdir ki, mübahisəli mənzilə dair mərhum ərinə verilmiş order qüvvədədir. Onun mərhum yoldaşı orada işlədiyi üçün ona ev verilib.

20. Bakı Apel lyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3653/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Elşən Kazımov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev).

21. Məhkəmə kollegiyası cavabdehlərdən yalnız Cavabdeh1 öz adından apellyasiya şikayəti verdiyinə, digər cavabdehlər isə qətnaməni mübabahisələndirmədiyinə, Cavabdeh1 digər cavabdehlərin adından apellyasiya şikayəti vermək səlahiyyəti olmadığına görə, qətnamənin qanuni və əsaslılığını yalnız Cavabdeh1 aid hissədə yoxlamışdır.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi mənzilin gözlənilən mülkiyyətçisidir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaqdır. Mübahisə predmeti olan mənzil (otaq) iddiaçının və qızının da adı qeyd olunmaqla mərhum ərinə order əsasında verilmişdir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün isə həmin order əsas hesab olunur. İddiaçının əri sağ olsa idi həmin order mənzilin onun adına mülkiyyət hüququ əsasında qeydə alınması üçün əsas idi. İddiaçının da order adına olan şəxsin qanun üzrə vərəsəsi olması hər hansı bir mübahisə doğurmur.

23. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müda fiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırkı iddia tələbini irəli sürməyə iddiaçının subyektiv hüququ vardır. Çünki iddiaçı vərəsə kimi ən azından qanunla qorunan maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququndan istifadə edib. Bunu ona qadağan etmək olmaz. Başqa sözlə, order adına olan şəxsin qanun üzrə vərəsəsi olması ona hazırkı iddia ilə məhkəməyə müraciət etməyə əsas verir.

24. Cavabdehlərdən X7 və X4 ailə qurması ilə əlaqədar faktiki olaraq mübahisə predmeti olan mənzildə yaşamaması o demək deyil ki, onlar faktiki olaraq mənzil üzərində olan sahiblikdən imtina edib. Başqa sözlə, nə qədər ki, onların həmin mənzildən məcburi çıxarılmasını təsbit edən qətnamə yoxdu, demək ki, onların istənilən vaxt hə min mənzilə qayıtmaları və faktiki olaraq istifadə və sahiblik etməni davam etdirmələri istisna olunmur.

25. Bundan əlavə, digər cavabdeh X1 Abbasova olması da şikayəti əsaslı etmir. Çünki soyadın fərqli olması heç nəyi dəyişmir.

26. Bundan başqa, cavabdehin məcburi köçkün statusunda olması və əlavə mənzilinin olmadığını bəyan etməsi şikayəti əsaslı etmir. Çünki bu hal cavabdehə hüquq müəyyənedici sənəd əsasında mənzil əldə etmiş iddiaçının hesabına öz mənzil problemini həll etmək üçün əsas vermir. Onsuz da iddiaçı otuz ilə yaxın müddətdə cavabdehin ona məxsus mənzili tərk edəcəyi günü gözləyib. Cavabdehin “harada yaşamalıdır” sualına da iddiaçı yaxud məhkəmə cavab verməli deyil. Çünki bu sual düzgün ünvana verilmir. Ona görə də nə iddiaçı, nə də məhkəmə cavabdehin hüquqlarını, üstəlik kob ud şəkildə poza bilməzdi.

27. Cavabdehin 1992-ci ildən mübahisəli mənzildə məskunlaşması, iddiaçı tərəfə orderin isə 1998-ci ildə verilməsi də heç nəyi dəyişmir. Çünki mənzilin qanunla müəyyən edilmiş qaydada iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmaması cavabdehə həmin mənzildə qalması üçün hansısa imtiyaz vermir. Əvvəllər Azərbaycan Respublikasının 20 faizə yaxın ərazisi, o cümlədən Ağdam rayonunun müəyyən əraziləri işğal altında idi. Azərbaycan Respublikasının işğal altında olan bütün əraziləri artıq 5 ilə yaxındır ki, Vətən müharibəsindəki qələbə nəticəsində azad olunub. İşğal olunmuş ərazilərə, o cümlədən Ağdam rayonuna minlərlə insanlar ən müasir şəraitli mənzillərlə təmin olunaraq köçürülüb və bu proseslər sürətlə bu gün də davam etdirilir. Bu cür vəziyyətdə istər-istə məz apellyasiya şikayətində göstərilən dəlillər barədə düşünmək belə hüquqdan sui-istifadə xarakteri daşıyır. Yəni cavabdehin hazırkı iddiaya etirazı və qətnamədən apellyasiya şikayəti verməsi hüquqdan sui-istifadə xarakteri daşıdığına dəlalət edir. Çünki bu cür davranış vicdanlılığın tələb etdiyi tərz, yəni hərəkət sayılmır. Ən azından ona görə ki, cavabdeh 30 ilə yaxın müddətdə iddiaçının mülkiyyət hüququnu pozdğunun fərqində olmalı idi. Ancaq olmur, yaxud bilərəkdən olmaq istəmir, üstəlik qətnaməni hüquqa uyğun hesab etmir, qətnamənin ləğv, iddianın isə rədd edilməsini arzulayır. Əlbətdə ki, bu hərəkət hüquqdan iddiaçıya ziyan vurmaq məqsədi ilə istifadə edilmə sayılır ki, o da yolverilməzdir.

28. Məhkəmə kollegiyası mövqeyini Konstitusiyanın 13 və 29-cu, Mülki Məcəllənin 139-1, 152, 157, 425, 560-cı, Mənzil Məcəlləsinin 5, 82, 91, 96, 107-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci, Mülki-Prosessual Məcəllənin 14, 77, 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayətinin dəlilinə görə, apellyasiya məhkəməsi Mülki Məcəllənin 560.2-ci maddəsinə istinad etməklə pozuntuya yol vermişdir. Belə ki, cavabdeh məcburi köçkün olmasını və mübahisə edilən mənzildə yaşamasını özü arzu etməmişdir. Həmçinin, cavabdeh və ailə üzvləri həmin mənzilə yerləşən dövrdə iddia çının həmin mənzilə hər hansı hüququ da olmamışdır. Çünki, onlar 1992-ci ildə mənzildə məskunlaşmış, iddiaçının əri isə orderi 1998-ci ildə almışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdehlər hər hansı hüquqdan sui-istifadə etməmişlər. Digər tərəfdən apellyasiya və kassasiya şikayəti vermək cavabdehin fundamental prosessual hüququdur ki, bunun realizəsinin apellyasiya məhkəməsi tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilməsi işə obyektiv baxılmamasının göstəricisidir.

31. Kassator əlavə etmişdir ki, işə baxan məhkəmə kollegiyası iddianı təmin edərkən nəzərə almamışdır ki, cavabdehlərin məcburi köçkün kimi öz yurdlarına qayıdışı mərhələli şəkildə həyata keçirildiyindən, onların hələlik yaşamağa başqa yerləri yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı ka ssasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;...

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz ə mlakını geri tələb edə bilər.

35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

36. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu ilədək qüvvədə olmuş)

37. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerin ə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

38. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həd di-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

47. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

52. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassa siya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər t utulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3653/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar