Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2903/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) 27.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1756/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun övladları xx.xx.2007-ci il təvəllüdlü Aliyə və xx.xx.2009-cu il təvəllüdlü Məryəm ilə birlikdə cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-2943/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli) iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhk əməsi) 2(103)-1756/2023 nömrəli, 7 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və S.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.
4. İddiaçının həmin qətnamədən 17 may 2023-cü il tarixdə verdiyi kassasiya şikayəti apelyasiya instansiya məhkəməsinin 17 may 2023-cü il tarixli qərardadı ilə cavabdehə qaytarılmışdır.
5. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki işin materiallarına əlavə olunmuş “Azemis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2023cü il tarixli, 2(103)-1756/2023 saylı qətnaməsi 15 mart 2023- cü il tarixdə, saat 16:17-də iddiaçının nümayəndəsi-vəkili Vəkil məxsus elektron kabinetə yerləşdirilsə də, iddiaçı kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş 2 aylıq kassasiya şikayəti vermək müddətini ötürərək, 17 may 2022-ci il tarixdə kassasiya şikayətini elektron kabinet vasitəsi ilə vermiş və ötürülmüş prossesual müddətin bərpası ilə bağlı vəsatət verməmişdir.
6. Bununla yanaşı iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətində mübahisələndirilən qətnamənin 18 mart 2023-cü il tarixdə əldə edilməsi qeyd edilsə də bu barədə mötəbər sübutlar təqdim edilməmişdir.
7. Buna görə də apelyasiya instansiya məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(103)-1756/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş k assasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyi üçün qaytarılmalıdır.
8. Kollegiya öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 403.1, 405.0.1, 408.1.4, 405.0.1, 408.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, kassasiya şikayətinin icraata götürülərək, mülki işin kassasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qanunsuz və əsassız qərardadı maddi və prosessual hüquq normalarını pozmaqla qəbul ed ilərək, hüquqlarını müdafiə etdiyi şəxsin mənafelərinə ciddi şəkildə xələl gətirmişdir. Belə ki, Bakı Apellyasiya məhkəməsi 17 may 2023-cü il tarixli qərardadı ilə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli qətnaməsi vəkilin elektron məhkəmə sistemində olan kabinetinə 15 mart 2023-cü il tarixdə axşam saat 15:47-də yerləşdirilib, bununla da məhkəmə qərarının tərəfə çatdırılması proseduru yekunlaşıb. Bakı Apellyasiya Məhkəməsi məhkəmə qərarının bu formada verilməsi, prosesin digər tərəflərinə məhkəmə qərarının çatdırılmasından məhkəmə azad edilmişdir. Bununla əlaqədar vəkil tərəfindən tam formada hazırlanmış, qanunlara riayət olunmuş, tərtib olunmuş kassasiya şikayəti 17 may 2023, 01:37-də Bakı Apellyasiya Məhkəməsinin elektron sisteminə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi vəkilin elektron sisteminə göndərməklə kifayətlənib, vəkil tərəfindən gələn kassasiya şikayətini vaxtında verilməməsi ilə bağlı əsassız qərardadı qanunlarının tələblərinə uyğun olmayaraq, pozmaqla çıxarılmışdır. Kassator şikayətini Mülki Prosessual Məcəllənin 46, 50, 128, 129, 135-ci maddələri ilə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsi nə əsasən buraxılmış müddəti bərpa edir.
14. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
15. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
16. Maddə 135.5. Bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
17. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
18. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
19. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmi ş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzg ün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1756/2023 nömrəli, 17 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.