Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2904/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X12 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X18 oğlunun katibliyi, İddiaçı, iddiaçı X4 vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı, X4, X19 və X6 qəyyumu İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi, ləyaqətsiz vərəsə kimi tanıma və vərəsəlik hüququndan məhrum edilməsi, əmlakın birinci növbə vərəsələr arasında bərabər paylarla bölünməsi tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı evdən çıxarılma və mülkiyyətində olan evin özünə qaytarılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı, X4, X19 və X6 qəyyumu İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) ilkin iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanda 0,0255 ha torpaq sahəsinin üzərində yerləşən evdə X3 payı 7/8 hissədə, Cavabdeh1 1/8 hissədə payının müəyyən edilməsi, Cavabdeh1 X7 münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlikdən məhrum edilməsi, X3 7/8 hissə payına onun vərəsələri olan İddiaçı 7/32, X4 7/32, X9 7/32 və X6 7/32 hissədə payının müəyyən edilməsi, qarşılıqlı iddia tələbinin qism ən təmin edilməsi, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən evdən istifadəsinə İddiaçı tərəfindən olan evin açarının verilməməsi ilə bağlı maneənin aradan qaldırılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən L.Məmmədova, hakimlər S.Qafari və F.Məmmədov) apelyasiya şikayəti qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsinin qismən, ilkin iddia tələbi ləyaqətsiz vərəsə kimi tanıma və vərəsəlik hüququndan məhrum edilmə, əmlakın birinci növbə vərəsələr arasında bərabər paylarla bölünməsi tələbinə dair hissədə və qarşılıqlı iddia tələbinə dair hissədə ləğv olunması, iddiaçılar İddiaçı, X4, X19 və X6 qəyyumu İddiaçı Cava bdeh1 qarşı ləyaqətsiz vərəsə kimi tanıma və vərəsəlik hüququndan məhrum edilmə, əmlakın birinci növbə vərəsələr arasında bərabər paylarla bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi, Cavabdeh1 İddiaçı qarşı evdən çıxarılma və mülkiyyətində olan evin özünə qaytarılması barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı, X4, X19 və X6 qəyyumu İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün ə həmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və ilkin iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh1 qarşı ləyaqətsiz vərəsə kimi tanıma və vərəsəlik hüququndan məhrum edilməsi, miras mülkün tam şəkildə uşaqların mülkiyyətinə verilməsinə dair ilk iddia ilə məhkəməyə müraciət edərək cavabdehin ləyaqətsiz vərəsə elan edilməsi və vərəsəlik hüququndan məhrum edilməsi, X11 rayonu, Xırdalan şəhəri, F.Əhmədov küçəsi, 1A saylı fərdi həyət evində miras payında nəvələri X19 və X6 vərəsəlik hüququnun tanınması və miras evin onların arasında bö lünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı, X15, X19 və X6 qəyyumu İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi, ləyaqətsiz vərəsə kimi tanıma və vərəsəlik hüququndan məhrum edilməsi, əmlakın birinci növbə vərəsələr arasında bərabər paylarla bölünməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı fərdi həyət evinin 7/8 hissəsinə Nərmin Ağalarovanın mülkiyyət hüququnun tanınmasına, həmin əmlakın (miras əmlak) N.Ağalarovanın birinci növbədə vərəsələri arasında bölünməsinə, cavabdehin ləyaqətsiz vərəsə kimi tanınaraq vərəsəlikdən mərhum edilməsinə, N.Ağalarovanın miras əmlakının digər birinci növbədə vərəsələr arasında bərabər şəkildə bölünməsinə, bununla da ünvan 1 saylı fərdi yaşayış evinin 1/8 hissə sinin cavabdehin mülkiyyətində saxlanılmaqla X19 və X16, atası İddiaçı, anası X4 hər birinin həmin fərdi həyət evinin 7/32 hissəsinə payının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdeh1 İddiaçı qarşı evdən çıxarılma və mülkiyyətində olan evin özünə qaytarılması tələbi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 1 saylı fərdi həyət evinin İddiaçı alınaraq öz istifadəsinə qaytarılması və evə dair sənədlərinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İşin mübahisə edilməyən hallarına görə Cavabdeh1 ilə X17 nikahlarını xx xxxxxx 2008-ci il tarixdə rəsmiləşdirməklə ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü adlı uşaqları anadan olmuşlar. Həmçinin o da m übahisə olunmur ki, X15 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evini xx xxxx 2008-ci il tarixli bağışlama müqaviləsi əsasında X10 bağışlamışdır və sonuncu tam mülkiyyət hüququ ilə ona məxsus olan həmin evi xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 43.500 manata X1. Eyni zamanda işin mübahisə olunmayan hallarından görünür ki, X21 xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən evini Cavabdeh1 41.000 manata satmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin xx.xx.2018-ci il tarixli çıxarışı ilə həmin ev Cavabdeh1 adına qeydə alınmışdır. Bundan başqa işin mübahisə edilməyən hallarına əsasən X14“xxxx” ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədə k 10.000 (on min) AZN kredit götürmüşdür və kredit üzrə borc tam ödənilmişdir. Bununla yanaşı o da mübahisə edilmir ki, X14 xx xxxxx 2018-ci il tarixdə ölmüşdür və Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2018-ci il tarixli sərəncamı ilə xx.xx.2009-cu il təvəllüdlü X19 və xx.xx.2015-ci il təvəllüdlü X16 xx.xx.1962-ci il təvəllüdlü babası İddiaçı qəyyumluğuna (himayəçiliyinə) verilmişdir. İddiaçı X19 və X6 qəyyumu İddiaçı bildirir ki, qızı X14 xx xx xxx 2018-ci ildə əri Cavabdeh1 tərəfindən ona qarşı törədilmiş amansız rəftar etmə və onun ləyaqətini mütəmadi olaraq alçatması səbəbindən özünü öldürmüşdür. Məhkəmənin hökmünə əsasən Cavabdeh1 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ailənin xx xxxxxxx 2009-cu ildə anadan olmuş Röya və xx xxxxxxx 2015-ci ildə anadan Zəhra adlı iki azyaşlı uşaqları onun himayəsindədir və Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2018-ci il tarixli sərəncamı ilə o, öz nəvələrinə qəyyum və himayəçi təyin olunmuşdur. Ailəyə məxsus sahəsi 195,5 kv.m olan fərdi yaşayış evi ünvan 3 ünvanında yerləşir və Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.7-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanlar ın hüquq və mənafelərini qorumağa borcludurlar. O, da qanunun ona verdiyi bu hüququndan istifadə edərək anadan yetim qalmış körpə nəvələrinin hüquqlarını qorumaq məqsədi ilə hazırkı iddianı qaldırmışdır. Cavabdeh1 törətdiyi bu ağır cinayətdən peşmançılıq hissi keçirmək əvəzinə öz doğma qız övladlarına qarşı da amansız mövqe nümayiş etdirir, onların gələcəyini düşünmədən miras qalmış evi dərhal sataraq özünə yeni həyat qurmaq niyyətindədir. Miras əmlakı hazırda o, idarə edir və nəvələrinin orada vərəsə kimi payları vardır. Cavabdeh1 öz hərəkəti ilə vərəsə adına ləkə gətirmiş, qəsdən cinayət etmişdir. Ona görə də Cavabdeh1 ləyaqətsiz vərəsə kimi vərəsəlik hüququndan məhrum edilməli və miras onun himayəsində olan iki azyaşlı uşaqları olan və arasında bərabər bölünməlidir. Cavabdeh bildirir ki, 2008-ci ilin noyabr ayında X14 ilə rəsmi nikahla ailə qurmuş, birgə nikahdan iki uşaqları doğulmuşdur. Toydan təxminən bir ay yarım əvvəl Nərminin atası İddiaçı Salyan şəhərində onların evinə gələrək söhbət əsnasında soruşdu ki, toydan sonra harada yaşayacaqlar. Bildirmişlər ki, Bakı şəhərində iki otaqlı mənzilləri, eləcə də Salyan şəhərində evləri vardır. İş yeri Bakı şəhərində olduğu üçün Bakıda yaşayacaqlar. Bakıda evləri elə geniş olmadığı üçün 2-3 otaqlı ev kirayə etməyi nəzərdə tutmuşlar, kirayə haqqını da onlar özləri ödəyəcəklər. İddiaçı bildirmişdir ki, Bakı şəhərində arvadı X4 adına iki otaqlı mənzil vardır, ev alana kimi orada yaşaya bilərlər. Mənzilin təmirə ehtiyacı olmuş, atası təmir xərcini üzərinə götürmüş, 5000 manat vəsait sərf edib evi əsaslı təmir etdirmişlər. 2008-20 10-cu illərdə qeyd olunan mənzildə təqribən bir il yarım yaşadıqdan sonra ailəsi ilə birlikdə Rusiyanın Kurqan şəhərinə köçərək “000 NTP-NQT” şirkətində 2000 ABŞ dolları əmək haqqı almaqla işə başladı. İki ay sonra X32un göndərdiyi 33000 ABŞ dollarına (1.150.000 rubl) Tümen vilayəti, Kurqan şəhəri Mexaniçeski posyolok küçəsi, ev 7 A, mənzil 39 ünvanında öz adına iki otaqlı mənzil almış və həmin mənzilə üçü də qeydiyyata alınmışlar. Qeyd olunan Rusiyadakı mənzilin alınması atası və anası uzun illər təhsil sistemində çalışmaları ilə, eləcə də onun beş il müddətdə Binəqədi neft şirkətində müxtəlif vəzifələrdə çalışdığı zaman toplanan vəsaitlər hesabına həyata keçmişdir. İki ilə yaxın Kurqan şəhərində yaşadıqdan sonra yeni vəzifəsi ilə əlaqədar olaraq şirkət rəhbərliyi onu Nijnivartovsk şəhəri nə ezam etdi. Yeni iş rejiminin vaxt ilə olmasını və ailəsi ilə yaşadıqları mənzildən çox uzaq olmasını, ağır şaxtalı hava şəraitini nəzərə alaraq ailəsini Azərbaycana, öz valideynlərinin yaşadığı Salyan şəhərinə göndərdi. Kurqan şəhərindəki şəxsi mənzillərini də ******* rus rubluna, ekvivalent olaraq 36000 dollara sataraq pulu Azərbaycana, atasına göndərmişdir. Özü Rusiyada yeni vəzifəsində 4000 dollar əməkhaqqı müqabilində çalışmağa davam etmiş və hər ay bu məbləğin 3000 dollarını Azərbaycana ailəsinə göndərmişdir. Rusiyadan Azərbaycana gəldiyi səfərlərin birində yerli bir şirkətdə, “HVAC” sistemləri sahəsində yeni iş təklifi almış, Rusiyadakı ağır iş şəraitini və ailəsindən çox uzaqda olduğunu nəzərə alaraq Azərbaycanda qalıb həmin şirkətdə çalışmaq qərarına gəldi. Bir müddət də Azərbay canda işlədikdən sonra ünvan 4 ünvanında 3 sot sahədə yerləşən, köhnə tikilidən ibarət, 7 otaqlı, köhnə təmirli fərdi yaşayış evini 53000 ABŞ dollarına Eldar Məmmədovdan almışdır. Həmin mənzilin alınmasına sərf olunan vəsait Rusiyada mülkiyyətində olan mənzilin satılmasından və valideynlərinə məxsus ailə büdcəsindən əldə olunmuşdur. Aldıqları evdə ailəsi ilə bir il yaşadıqdan sonra yeddi otaqlı evi, daş hasarı, həyətyanı sahədə yerləşən avtomobil qarajını, sanitar qovşağı mərhələlərlə tamamilə sökərək təkrar istifadəyə yararlı bütün tikinti materiallarını, o cümlədən bütün daşları toplayaraq, yeni layihə ilə təzə özüldən iki mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisinə başladı. Tikintiyə başlayarkən o, altı aydan artıq idi ki, “GARANT HOLDİNG” şirkətlər qrupunun “ROYAL ESTATE” ş irkətində “tikinti və təmir” şöbəsində “HVAC” sistemləri üzrə mühəndis vəzifəsində çalışır və 2000 AZN əməkhaqqı alırdı. Eyni zamanda çalışdığı şirkətdən bütün tikinti materiallarını çox ucuz qiymətə əldə etmək, eləcə də həm söküntü, həm də tikinti prosesində ucuz işçi qüvvəsi cəlb etmək imkanına malik idi. X32 isə bir valideyn olaraq tikinti zamanı ona 37000 manat maddi dəstək verən və tikinti prosesində hər formada yardım göstərən əsas şəxs olmuşdur. Belə ki, tikinti üçün sonradan “xxxx” dan götürdüyü 10000 AZN pul krediti də öz əmək haqqı və atasının maddi dəstəyi hesabına ödənilmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə ödəniş qəbzlərindəki imzaların atasına aid olması ödənişin İddiaçı tərəfindən deyil, onun tərəfindən ödənildiyini təsdiq edir. Xırdalanda alınan ev ünvan 5 ünvanında ye rləşir. Daha sonra göstərmişdir ki, Nərminin anasının satdığı evin pulu onun aldığı evə sərf olunmamışdır, iddiaçı Hacıqabulda işləyərkən onun evi tikməyinə kömək kimi 2 maşın taxta və 2 maşın daş gətirtdirmişdir. Bundan başqa göstərmişhdir ki, iddiaçı həmin evin tikilməsi üçün ona 20000 manat pul vermiş, lakin o, götürməmişdir. Ola bilsin ki, qızı həmin pulu götürmüşdür. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisələndirilən ev məhz anasının ona bağışladığı ünvan 2 ünvanında yerləşən evin satılması nəticəsində əldə edilmiş pulun hesabına alınmışdır. Belə ki, bağışlanan ev xx xxxxxx 2012-ci il tarixdə 43.500 manata satılmış, xx xxxxxx 2012-ci il t arixdə isə 41.000 manata ünvan 6 ünvanda yerləşən ev Cavabdeh1 adına alınmışdır. Cavabdeh tərəf həmin evin oğlunun vəsaiti hesabına alındığını bildirsə də, bunu əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı işin halları ilə müəyyən edilmişdir ki, mübahisəli evin genişləndirilməsi üçün aparılmış yenidənqurma işlərinə çəkilmiş vəsaitin müəyyən hissəsi cavabdeh tərəfindən verilmişdir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların yalnız birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən ediliməsinə dair məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra ləyaqətsiz vərəsə kimi tanıma və vərəsəlik hüququndan məhrum edilmə, əmlakın birinci növbə vərəsələr arasında bərabər paylarla bölünməsi tələbinə dair iddia qaldırılma q hüququ vardır. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kasasiya şikayəti təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində qanuni və əsaslı deyildir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin mübahisə edilməyən hallarından göründüyü kimi Cavabdeh1 X8 özünü öldürmə həddinə çatdırmış və nəticədə N.Ağalarova xx xxxxx 2018-ci il tarixdə özünü asaraq intihar etmişdir. Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçılar məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən evə 7/8 hissədə payının müəyyən edilməsi, həmin əmlakın (miras əmlak) birinci növbədə vərəsələri arasında bölünməsinə, c avabdehin ləyaqətsiz vərəsə kimi tanınaraq vərəsəlikdən mərhum edilməsinə, miras əmlakının digər birinci növbədə vərəsələr arasında bərabər şəkildə bölünməsinə, bununla da ünvan 1 saylı fərdi yaşayış evinin 1/8 hissəsinin cavabdehin mülkiyyətində saxlanılmaqla X19 və X16, atası İddiaçı, anası X4 hər birinin həmin fərdi həyət evinin 7/32 hissəsinə payının tanınmasını tələb edirlər. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən ünvan 1 ünvanda yerləşən evə N.Ağalarovanın 7/8 hissədə payının müəyyən edilməsi hissəsində iddia təmin edilmiş və apelyasiya instansiyası məhkəməsi bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu hissədən tərəflər kasasiya şikayəti verməmişlər. İddiaçılar apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən “ilkin iddianın təmin edilməməsi” hissəsində şikayət verərək iddialarının tam təmin edilməsini, o cümlədən cavabdehin ləyaqətsiz vərəsə kimi tanınmasını tələb edirlər. İşin hallarından göründüyü kimi N.Ağalarovanın qanun üzrə 5 vərəsəsi vardır. Atası İddiaçı, anası X15, övladları X19 və X16, o cümlədən məhkum edilmiş Cavabdeh1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinin tələblərinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi bu maddəyə istinad etməklə verilmiş tələbə qarşı etirazlarını onunla əsaslandırmışdır ki, Cavabdeh1 N.Ağalarovanı özünü öldürmə həddinə çatdırsa da o, bunu özünün və özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və miras paylarının artırılmasına kömək göstərmək niyyəti ilə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi hüquqi məsələlərdə, onların təfsiri və tətbiqində müəyyən hüquqi aydınlığı nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddələrinin tələblərinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bəra bər pay hüquqlu vərəsələr sayılırlar. Hüquqi müəyyənlik prinsipi əsasında Mülki Məcəllənin 1137-ci, 1159.1 və 1159.1.1ci maddələrini təfsir edən məhkəmə kollegiyası hesab edir ki, qanun üzrə birinci növbəli vərəsələrin sırasına daxil olan şəxsin motivdən asılı olmayaraq miras qoyanı özünü öldürmə həddinə çatdırması həmin şəxsin intihar etmiş şəxsin əmlakına münasibətdə vərəsəliyə çağırılmasına səbəb olur. Fiziki şəxsin ölümü onun iradə ifadəsinin təbii yolla itirilməsi, şəxsin özünü öldürmə həddinə çatdırılması nəticəsində intihar etməsi isə onun məcburi şəkildə iradə ifadəsinə xitam verilməsidir. Göründüyü kimi qanunverici miras qoyanın son iradə ifadəsini yalnız miras əmlakla əlaqələndirməmiş, bunu geniş mənada iradə ifadəsinə maneə kimi dəyərləndirməklə, qəsdən cinayət törətməklə mirasq oyanın son iradəsinə qarşı maneə törətmiş şəxslərin vərəsə ola bilməsini istisna etmişdir. İş materiallarından görünür ki, hazırkı işdə özünü öldürmə həddinə çatdırılması nəticəsində intihar etməsi sonuncunu bütün iradə ifadəsindən, o cümlədən xüsusi mülkiyyətində olan əmlak barəsində gələcəkdə edə biləcəyi iradə ifadəsindən məhrum etmiş, nəticədə bu hal Cavabdeh1 həmin əmlak üzrə vərəsəliyə cağırılmasına əsas yaratmışdır. Bundan başqa qeyd olunmalıdır ki, mülkiyyətçinin sağlığında əşyaya mülkiyyət hüququnun sivil və dünyəvi qaydada bir şəxsdən digər şəxsə keçməsi yalnız mülkiyyətçinin öz əmlakı barəsində könüllü sərəncamı, yəni iradə ifadəsi əsasında baş tuta bilər. Bu qaydadan kənar surətdə şəxsin mülkiyyətinə üçüncü şəxslər tərəfindən edilmiş hər hansı bir qəsd dövlət tərəfindən müdaf iə edilir və qorunur. Bununla yanaşı qanunvericilik mülkiyyətçinin öz əmlakı barəsində sağlığında sərəncam verə bilmədiyi təbii ölüm halında, yəni mülkiyyətçinin öz əmlakı barəsində heç bir sərəncam vermədən vəfat etdiyi halda da həmin əmlakın qanun üzrə vərəsəlik qaydasında onun vərəsələrinə keçməsi halını tənzimləyir. Bununla bağlı vərəsəlik münasibətlərini tənzimləyən normaların məzmunundan(Mülki Məcəllənin 1138-ci maddəsi) görünür ki, təbii ölümlə vəfat edən şəxs sağlığında hər hansı bir sərəncam verməklə miras əmlakı barədə qanun üzrə vərəsələrinin hüquqlarını məhdudlaşdırmasa da qanunverici mirasqoyana münasibətdə ailə hüquq münasibətləri üzrə üzərinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçıran şəxslərin miras əmlak barəsində qanun üzrə vərəsəlik hüquqlarının həyata keçirilməsi ni istisna edir. Belə ki, Mülki Məcəllənin 1138-ci maddəsində göstərilir ki, valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Ona görə də nəzərə alınmalıdır ki, ərin hər hansı bir motivlə öz arvadını özünü öldürmə həddinə çatdırması isə yuxarıda qeyd edilən mülki hüquq pozuntularından daha kobud pozuntu olmaqla könüllük prinsipləri əsasında qurulan və idarə edilən ailə hüquq münasibətlərinə qarşı qəsd formasında edilmiş cinayət əməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, özünü öld ürmə həddinə çatdırılmış şəxsə məxsus əmlakın vərəsəlik qaydasında özünü öldürmə həddinə çatdıran şəxsin mülkiyyətinə keçməsi Mülki Məcəllənin 1137-ci maddəsinin mənasına və ümumi məzmununa, o cümlədən mülkiyyətin əldə edilməsinin sivil və dünyəvi qaydalarına ziddir. İş materiallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamaqla ilkin iddianın təmin olunmaması hissəsində qəbul etdiyi qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, birgə mülkiyyətdə olan əmlaka münasibətdə payların nisbətinin müəyyən edilməsinə dair qətnamənin qüvvəyə minməməsi şəxsin Mülki Məcəllənin 1137-ci maddəsində göstərilən hərəkət lərə yol verməsinə görə ləyaqətsiz vərəsə kimi tanınması və ondan doğan hüquqi nəticələrin tətbiq edilməsi barədə verilən iddiaların baxılmasını istisna etmir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı, X4, X19 və X6 qəyyumu İ ddiaçı kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2904/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2904/2020
28.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver