Məhkəmə qərarları › İş №2(102)-2904/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2904/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2904/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı QƏRARİ Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi 16.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1231/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 13 aprel 2019-cu il tarixli əvəzləşmə müqavilələrinə əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında əvəzləşmə müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən, Cavabdeh MMC Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, ev 44 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaqlı, 17,55 kv.m və 4 otaqlı, 65,7 kv.m mənzilin dövlət reyestrdən çıxarışda göstərilmiş təmirli 3 otaqlı, 100 kv.m və 3 otaqlı, 95 kv.m mənzilləri sahibinə verməyi öhdəsinə götürmüşdür.

2. AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən RX seriyalı, ******* №-li Çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, X12 küçəsi, ev 44, mənzil 16/17 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə 1204 nömrəli reyestr kitabının 109451 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Əvəzləşmə müqavilələri”nə əsasən, cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməsi və ona müqavilə üzrə nəzərdə tutulmuş 3 otaqlı, 100 kv.m sahəsi olan və 3 otaqlı 95 kv.m sahəsi olan mənzillər in çatışmayan sahəsinə görə əlavə olaraq 50 kv.m mənzil sahəsinin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Sonradan İddiaçı məhkəməyə iddia həcminin azaldılması haqqında ərizə təqdim edərək, Cavabdeh MMC-dən 42,9 kv.m təmirli mənzilin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir

5. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 2 ünvanında mənzili vardır. Cavabdeh həmin bu ünvanda hündürmərtəbəli yaşayış binasının tikilməsi məqsədilə həm onun, həm də digər şəxslərin mülkiyyətində və istifadəsində olan mənzillərin və torpaq sahələrinin alınması ilə əlaqədar müqavilələr bağlamışdır. Cavabdeh tərəfindən onunla da 13 aprel 2019-cu il tarixində “Əvəzləşmə müqavilələri” bağlamış dır. Həmin bu iki müqavilədən birinə görə 3 otaqlı, sahəsi 100 kv.m olan mənzili ona verilməsi barədə öhdəlik götürmüşdür. İkinci müqaviləyə əsasən isə ona sahəsi 95 kv.m olan 3 otaqlı mənzilin verilməsini öhdəsinə götürmüşdür. Aralarında bağlanmış bu “Əvəzləşmə müqavilələri”nə görə mənzillər 24 ay müddətində hazır olaraq onun istifadəsinə verilməli idi. Bu yaxınlarda cavabdehlərin nümayəndələri bu müqavilələr üzrə ona verilməsi nəzərdə tutulan mənzilləri ona təqdim etdikdə məlum olmuşdur ki, bu mənzillərdə ümumilikdə 50 kv.m sahə çatışmır. Belə ki, yuxarıda qeyd edilən bu iki müqavilə üzrə ona ümumilikdə 2 ədəd ayrı-ayrı 3 otaqlı mənzil olmaqla, ümumilikdə 195 kv.m mənzil sahəsi təhvil verilməli idi. Lakin, cavabdehin nümayəndələri tərəfindən ona təqdim edilmiş mənzillər ölçülərkən həmi n mənzillərin yuxarıda qeyd etdiyi kimi, 50 kv.m çatışmadığı müəyyən edilmişdir. O, bununla əlaqədar cavabdehin nümayəndələrinə öz iradını bildirərək, ona aralarında bağlanmış müqaviləyə əsasən, müəyyən olunmuş mənzil sahəsinin tam şəkildə verilməsini tələb etdikdə, onlar müxtəlif şəkildə bundan yayınmağa başlamış və həmçinin, ona təqdim olunmuş mənzilin ümumi sahəsini hesablayarkən özlərinə sərf edən tərzdə hesablamış və qanunvericiliyin normalarına istinad edərək hesablama işlərini icra etməmişlər. Belə ki, cavabdeh tərəfindən mənzillərin ümumi sahəsi hesablanarkən mənzillərin divarlarının çöldən-çölə hissələri nəzərə alınmaqla hesablanmış, həmçinin mənzildə olan arakəsmələrin altındakı sahələr, balkonlar, şaxta altında yerləşən sahələr və digər hesablanması nəzərdə tutulmamış sahələr də nəzərə alınmışdır. Təbii ki, bu da onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Hündürmərtəbəli yaşayış sahələrində mənzillərin ümumi sahəsinin hesablanması həm Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində, həm də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş qərarlarda öz əksini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 6. 28 aprel 2022-ci il tarixli, 10/507 №-li Ekspert rəyinə əsasən, Cavabdeh MMC tərəfindən İddiaçı təklif edilmiş Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən təqdim olunmuş mənzilin ümumi sahəsinin 72,3 kv.metr, həmin binada 5-ci mərtəbədə yerləşən təqdim olunmu ş mənzilin ümumi sahəsinin 71,25 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrdə qeyd olunan sahələr ilə (195 kv.metr) baxış zamanı təqdim olunmuş mənzillərin ümumi sahəsi (143,55 kv.metr) arasında 51,45 kv.metr, həmin mənzillərin faktiki sahəsi (152,1 kv.metr) arasında 42,9 kv.metr fərq olduğu müəyyən edilmişdir. 7. 12 sentyabr 2022-ci il tarixli, 10/4180 №-li Ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında təqdim olunmuş mənzillərin sahəsi çöldən-çölə, yəni mənzildə yerləşən tikililərin sahəsi, çöl və arakəsmə divarlarının, eləcə də şaquli boşluqların yerləşdiyi sahə daxil olmaqla hesablandıqda 4-cü mərtəbədə yerləşən mənzilin sahəsinin 96,8 kv.metr, 5-ci mərtəbədə yerləşən mənzilin sahəsinin 94,3 kv. metr təşkil etdiyi müəyyən edilmişdir.

8. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X6 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Bakı Şəhər Nəsimi rayon məhkəməsinin (X2) 2(006)-419/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdehndən 42,9 kv.m təmirli mənzil alınaraq İddiaçı verilməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh MMC əvəzləşmə müqaviləsi üzrə ümumi sahəsi 195 kv.metr olan mənzilləri hazırki iş üzrə İddiaçı verm əyi öhdəsinə götürsə də, mənzillər təhvil verildikdən sonra məlum olmuşdur ki, tərəfə verilən mənzillərin faktiki sahəsi 152,1 kv.metr olmuşdur. Göründüyü kimi, təhvil verilən mənzillərin faktiki sahələri arasında 42,9 kv.metr fərq olmuşdur. Bununla da, mülkiyyətçinin hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur.

12. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq və iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilən ekspert rəyini sübut kimi qiymətləndirərək hesab etmişdir ki, hazırda İddiaçı iddiası əsaslıdır və təmin edilməlidir.

13. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 157.2, 157.5, 385, 386, 442, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyas ı məhkəməsində icraat

14. Nəsimi Rayon Məhkəməsinin 2(006)-419/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi göstərmişdir ki, məhkəmə qanunu düzgün təfsir etməyib və sübutlara düzgün hüquq qiymət vermədən subyektiv mülahizə əsasında qanunsuz və əsassız nəticəyə gəlib. Belə ki, iş materiallarında cəmiyyətin inşa etdirdiyi çoxmənzilli yaşayış binasının layihə sənədləri yoxdur. Məhkəmə bununla bağlı heç bir araşdırma aparmayıb. Dəfələrlə məhkəmə prosessində iddiaçının tələbinin qeyri-mümkünlüyü ilə bağlı tərəfimizdən izahlar verilsə də, məhkəmə əsassız olaraq iddianı təmin etmişdir. Belə ki, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında 42,9 kv.m sahəli mənzil yoxdur və olmayıb. Belə bir mənzil layihədə də yox dur. İddia əsaslı olsa belə, gələcəkdə bu iddianın təmin olunması qeyrimümkündür. İddianın əsassızlığı ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı məhkəməyə heç bir sübut (pretenziya, fotoşəkil, ölçülərin düz gəlməməsi ilə bağlı tərtib edilmiş sənədlər) təqdim etməyib. Birbaşa iddia ərizəsi tərtib edərək ona verilməli olan sahənin az olmasını bildirib və elə birinci məhkəmə iclasında ekspertiza təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edib. Məhkəmənin növbəti qərəzli mövqeyi isə ondan ibarətdir ki, yuxarıda sadalanan hər hansı sübutlardan biri olmadan dərhal məhkəmə tikinti-texniki ekspertizası təyin edib.Məhkəmə yalnız ekspert rəyinə istinad edib. Cavabdeh tərəfindən isə heç bir sübut məhkəməyə təqdim olunmayıb. Bu səbəbdən, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək təminedilməsini xahiş etdi, həmçinin bildirdi ki, verilən mənzil sahəsinin az olması ilə razılaşsalar belə, hazırda cavabdehin inşa etdiyi binada 42,9 kv.m sahəli mənzil olmadığından məhkəmə icrası mümkün olmayan qətnamə çıxarmışdır.

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq, apellyasiya şikayətinin açıq aşkar yubatma xarakterli olduğunu, bu səbəbdən də təmin edilməməsini xahiş etmişdir. Həmçinin qeyd etmişlər ki, onlar mənzilin dəyərini yox, həmin sahəli mənzil verilməsini istəyir, cavabdeh 42,9 kv.m sahəsi olan mənzil olmadığına istinad edərək bəhanə gətirir, amma hazırda binanın tikintisi gedir, uyğunlaşdırıb 42,9 kv.m sahəli mənzil verə bilərlər, bu mümkün deyilsə icra qaydasında sahəsi bir qədər artıq mənzil versələr, qalan sahənin pulunu ödəyə bilərlər, yaxud 42,9 kv.m sahənin real bazar dəyərini ödəsələr razılaşmaq mümkün ola bilər.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X14 Sabir oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3) 2(103)-1231/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Kollegiya Cavabdehin apellyasiya şikayətinin iddiaçının tələb etdiyi həcmdə mənzil olmaması barədə dəlili ilə bağlı bildirmişdir ki, iddia çı tərəf izahatında həmin ölçüdə mənzil verilə bilməsə, icra qaydasında həmin ölçüdən artıq sahəli mənzilin verilməsinin onların da artıq sahə üçün ödəniş edə bilməsinin mümkünlüyünü, yaxud həmin sahənin real dəyərinin ödənilməsi ilə razılaşa biləcəyini qeyd etmişdir.

19. Kollegiya apellyasiya şikayətinin idiaçının iddia tələbi ilə bağlı sübut təqdim etməməsi, məhkəmənin yalnız ekspert rəyinə əaslanması barədə dəlili üzrə qeyd etmişdir ki, tərəflər arasında əvəzləşmə müqaviləsi bağlanmış, həmin müqavilələrə əsasən, Cavabdeh MMC İddiaçı öz mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində yerləşən mənzillərin əvəzinə iki ədəd 3 otaqlı sahələri 95 kv.metr və 100 kv.metr olan mənzilləri İddiaçı mülkiyyətin ə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin 8 aprel 2022-ci il tarixli, 10/507 №-li Ekspert rəyinə əsasən, müqavilə ilə cavabdehin iddiaçıya təqdim etməli olduğu ümumilikdə 195 kv.metr sahəli mənzil ilə təqdim olunmuş mənzillərin faktiki sahəsi (152,1 kv.metr) arasında 42,9 kv.metr fərq olduğu müəyyən edilmişdir.

20. Kollegiya daha sonra qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçıya ümumlikdə 195 kv.m sahəsi olan mənzil verilməsi barədə cavabdeh üzərinə öhdəlik götürmüş, yuxarıda qeyd edilən ekspert rəyi ilə də cavabdehin iddiaçıya verməli olduğuümumilikdə 195 kv.metr sahəli mənzil ilə təqdim olunmuş mənzillərin faktiki sahəsi (152,1 kv.metr) arasında 42,9 kv.metr fərq olduğu müəyyən edildiyindən, rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

21. Kollegiya öz mövqeyini əsaslandırarkən, MM-in 157.2, 157.5, 385.1, 386.1, 405, 425.1, 442, 443.1, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1231/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh (vəkil X4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

23. Kassator qeyd etmişdir ki, məhkəmə kollegiyası milli qanunvericiliyin tələblərini pozmaqla yanaşı, qanunvericilik sisteminin tərkib hissəsi olan beynəlxalq müqavilələrin də tələblərini pozmuş, iddiaçının öz mülkiyyətindən dinc istifadəsinin qarşısını almaqla yanaşı, heç bir hüquqi əsas olmadan onu əmlakından məhrum etmişdir. Bundan başqa məhkəmə qeyd olunan normaya istinad edərək göstərmişdir ki, guya cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəlik icra edilməmişdir. Məhkəmə maddi hüquq normasını kobud şəkildə pozmuşdur.. Belə ki, həmin normada öhdəliyin icra edilməməsinin anlayışı tam şəkildə verilib. Cavabdeh tərəfindən öhdəlik vaxtında icra edilib, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş hər hansısa şərt pozulmayıb.

24. Kassator bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu səbədən məhkəmənin belə bir qətnamə qəbul etməsi qeyd olunan prosessual hüquq normasının pozulmasına dəlalət edir. Məhkəmə yalnız ekspert rəyinə istinad etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə ə mlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə

405. Tərəflər müqaviləni n bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

30. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 443.1. Öhdəliyini icra etməyən bor clu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

40. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas o la bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxl anılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz təl əblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1231/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar