Məhkəmə qərarları › İş №2(102)-2905/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2905/2024

26.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2905/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X7 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(103)2783/2024 nömrəli, 07 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 26 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin İddiaçınə ünvanlanan xx.xx.2023-cü il tarixli 3-21-3/2-13955/2023 saylı məktubuna əlavə edilmiş daşınmaz dövlət əmlakı barədə Registrdən Çıxarışa əsasən Bakı şəhəri Xətai rayonu, Vunq Tau küçəsi 15, 1-ci və 2-ci korpuslar dövlət mülkiyyəti kimi qeydə alınıb.

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Xüsusi təyinatlı MKTB-nin strukturuna daxil olan mənzil-kommunal istismar sahələrini dislokasiyasında əlavələr və dəyişikliklər edilməsi haqqında xx.xx.2003cü il tarixli 8/1 saylı sərəncamına əsasən Gəncə prospekti 15 (Vunq Tau küçəsi) ünvanda yerləşən yaşayış binaları (keçmiş yataqxanalar) 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir.

3. Cavabdeh1 hər hansı hüquqverici sənədi olmadan Vunq Tau küçəsi ev 15 (1-ci korpus) mənzil 905-də yaşayır.

4. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 118 saylı Mənzil Kommunal İstismar Sahəsinin Xətai rayonu, Vunq Tau küçəsi ev 15 (1-ci korpus) mənzil 905-də yaşayan Cavabdeh1 ünvanlanan xx.xx.2014-cü il tarixli 11/118 saylı, xx.xx.2014-cü il tarixli 12/118 saylı, xx.xx.2014-cü il tarixli 13/118 saylı xəbərdarlıq məktublarına əsasən, sonuncuya qeyri-qanuni zə bt edilmiş mənzilin 3 gün müddətində boşaldılması, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.

5. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 118 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2014-cü il tarixli 14/118 saylı aktına əsasən Xətai rayonu, Vunq Tau küçəsi ev 15 (1-ci korpus) mənzil 905-də Laçın rayonundan məcburi köçkün kimi məskunlaşmış X9 və ailəsi naməlum səbəbdan başqa ünvana çıxıb getmişlər. Ünvana yerində baxış zamanı müəyyən olunmuşdur ki, həmin mənzili heç bir hüquqi sənəd olmadan Cavabdeh1 zəbt etmişdir.

6. Cavabdeh1 (xx.xx.1974-cü il təvəllüdlü) AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinə əsasən, Bakı şəhəri, Vunq Tau küçəsi, korpus 1, ev 15, 908 saylı mənzildə qeydiyyatdadır.

7. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1557/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə X2 iddiası qismən təmin edilərək, Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan övladları 2015-ci il təvəllüdlü Cavabdeh3 ünvan 2 ünvanında yerləşən 905 saylı mənzildən çıxarılmaları, qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti əsasında qətnamə ləğv, iddia tələbi mübahisələndirilən hissədə, yəni “Cavabdeh2, Cavabdeh1 və onların yetkinlik yaşına çatmayan övladları 2015-ci il təvəllüdlü Cavabdeh3 ünvan 2 ünvanında yerləşən 905 nömrəli mənzildən çıxarılması” hissəsində rədd edilmişdir. İddiaçının kassasiya Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1273/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaç ı X2 təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6041/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 8. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 2 mart 2020-ci il tarixli, ******* nömrəli arayışa əsasən cavabdehlərdən Cavabdeh3 və Cavabdeh1 22 fevral 2020-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadırlar.

9. Bakı şəhər Xətai rayon Polis İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2022-ci il tarixli 101-36596-1222 saylı məktubuna əsasən, Cavabdeh2 Şəmkir rayonu Zəyəm kəndi, Cavabdeh1 və Cavabdeh3 ünvan 5 ünvanında qeydiyyatdadır. Adları qeyd olunan şəxslərin ünvan 3 ünvanında qeydiyyatda olması aşkar olunmayıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (bundan sonra “id diaçı” və ya “Birlik”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, əri Cavabdeh2 və oğlu Cavabdeh3 ünvan 6 ünvanda yerləşən dövlət mənzil fonduna aid evin qanunsuz olaraq zəbt etdikləri 905 saylı mənzilindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

12. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri ərazisində yerləşən dövlət mənzil fonduna aid yaşayış binaları, o cümlədən ünvan 7 ünvanda yerləşən 9 mərtəbəli keçmiş yataqxana binası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2003- cü il tarixli 8 /1 saylı sərəncamı ilə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansına və istismar edilməsi üçün 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. ünvan 7 ünvanda yerləşən binada daimi yaşayan sakinlərlə yanaşı, məcburi köçkün ailələri də məskunlaşmışdır. O cümlədən həmin binanın, yaşayış sahəsi 16,6 kv.metr olan bir otaqlı 905 saylı mənzilində 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün X9 ailə üzvləri ilə birlikdə məskunlaşmışdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki Kollegiyasını xx.xx.2023-cü il tarixli 2(102)-1273/2023 saylı Qərarından məlum olmuşdur ki, əvvəllər məcburi köçkün ailəsinin məskunlaşdığı 905 saylı otaqda hazırda Cavabdeh1, əri Cavabdeh2 və oğlu Cavabdeh3 heç bir hüquq müəyyənedici sənəd olmadan yaşayırlar. X1 Cavabdeh1 və digərlərinə qarşı mənzildən çıxarılmaya dair iddiasına mahiyyəti üzrə baxılmış, “iddianı qaldırmağa subyektiv hüququ” olmadığı səbəbindən tələbi təmin edilməmişdir. 14. ünvan 7 ünvanda yerləşən bina Birliyin balansında olduğundan, üzərinə balansında olan dövlət mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək funksiyası qoyulduğundan, qeyd edilən ünvandakı 905 saylı mənzilin zəbt olunmasını qarşısının alınması üçün Birlik tərəfindən qanunamüvafiq qaydada zəruri tədbirlər görülməlidir.

15. Cavabdehlərin dövlət mənzil fonduna məxsus ünvan 7 evin 905 saylı mənzilinə köçmələri üçün heç bir hüquq müəyyənedici sənədləri olmamış və cavabdehlər həmin mənzili özbaşına tutmuş, beləliklə də iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Dəfələrlə e dilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdehlər zəbt etdikləri yaşayış sahəsini boşaltmaqdan əsassız olaraq imtina etmişlər. Buna görə də, cavabdehlərin həmin ünvanda yerləşən 15 (1-ci korpus) saylı evin dövlət mənzil fonduna aid 905 saylı mənzilindən başqa yaşayış sahəsi verilmədən çıxarılmaları zəruridir.

16. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi bildirmişdir ki, Bakı şəhəri ərazisində yerləşən dövlət mənzil fonduna aid yaşayış binaları, o cümlədən ünvan 7 ünvanda yerləşən 9 mərtəbəli keçmiş yataqxana binası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2003-cü il tarixli 8/1 saylı sərəncamı ilə Birliyin balansına və istismar edilməsi üçün 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. İddia tələbinin təmin olunmasına etiraz etmir.

17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-314/2024 nömrəli iş üzrə 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 6 ünvanda yerləşən dövlət mənzil fonduna aid evin 905 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. (hakim Şəhriyar Əliyev)

18. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, ünvan 7 ünvanda yerləşən bina dövlət mənzil fonduna aid olmaqla iddiaçının balansındadır, cavabdehlərdən Cavabdeh2 Şəmkir rayonu Zəyəm kəndində pasport qeydiyyatında, Cavabdeh1 və Cavabdeh3 isə ünvan 5 ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin binanın 905 saylı mənzilində yaşay ırlar, həmin mənzil cavabdehlərin qanunsuz sahibliyindədir. Cavabdehlərə zəbt olunan 905 saylı mənzilin boşaldılması ilə bağlı xəbərdarlıqlar edilmişdir. Cavabdehlərin iddiaçının balansında olan mənzildən çıxarılmasını istisna edən hallar yoxdur.

19. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, mübahisə predmeti olan keçmiş yataqxana binası iddiaçının balansında olduğundan, dövlət mənzil fondunun istismarı, idarə olunması və qorunmasını təşkil etmək funksiyası da onun səlahiyyətləri hüdudunda olduğundan, cavabdehlərin isə adıçəkilən mübahisəli mənzilə dair heç bir hüquq müəyyənedici sənədi olmadığından, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Buna görə də iddia təmin edilməli, cavabdehlər mənzildən çıxarılmalıdı rlar.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci, 29-cu maddəsinin 2-ci hissələri, Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2ci “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, cavabdeh 2009-cu ilin yay aylarında Əhmədli metrostansiyasının yaxınlığında ev alqı-satqısı ilə məşğul olan Tağı və Eldar adlı şə xslərə müraciət edərək 1 otaqlı ucuz qiymətə olan bir ev almaq istədiyini bildirmişdir. Onlar da cavabdehi Xətai rayonu, Gəncə prospekti 15-də yerləşən yataqxananın 905 saylı, 1 otaqlı mənzilinə gətirbilər ki, bu mənzil satılır. Mənzildə yaşayan X5 adlı şəxs mənzilin dəyərini 22000 ABŞ dollar olduğunu bildirmiş, lakin 21000 ABŞ dollarına razılaşmışlar. Ev alqı-satqısı ilə məşğul olan şəxslər isə mənzilin sənədləşdirilməsini öz üzərlərinə götürmüşlər. Cavabdeh tələb olunan məbləği verdikdən bir neçə gün sonra mənzilə köçmüş, amma həmin şəxslər mənzilin sənədlərini düzəldib təqdim etməmiş, aranı sakitləşdirmək üçün onları qeydiyyata salmışlar. Bununla razılaşmamış və mənzilin sənədlərini tələb etmişdir. Sonda aldandığını başa düşmüş və ərazi üzrə Xətai rayonun Prokurorluğuna və Polis İdarəsi nə müraciət etmişdir. Xətai rayon Polis İdarəsində aparılmış araşdırılma ilə müəyyən edilmişdir ki, yataqxanadakı həmin otaq boş bir otaq olub, Füzuli rayonundan məcburi köçkün düşmüş bir şəxs həmin otağı zəbt edib, 2005-ci ilə qədər orada yaşayıb, 2005-ci ildə isə həmin otağı X3 verib. X5 da qeyd etdiyi kimi öz növbəsində onun pulunu alıb, otağı vermişdir. Cavabdeh 15 ildir ki, fasiləsiz olaraq ailə üzvləri ilə bu otaqda yaşayır. Onlar yataqxananın balans saxlayanın icazəsi ilə buraya qeydiyyata düşmüşlər. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Məhkəmədə iştirak etmədiyi üçün qeyd etdiyi faktları məhkəmə nin nəzərinə çatdırmamışdır. Lakin əsas məsələ bu deyil. Cavabdeh aldanmış, bu hissədə də heç bir hüquqi nəticə əldə edə bilməmişdir. Bir məsələ var ki, ailə üzvləri ilə birlikdə həmin yataqxanaya qeydiyyata düşmüş, həm də yaşadıqları otağa, yəni 905 nömrəli otağa qeydiyyata düşmüşlər. Lakin sonradan məlumatları olmadan onlara bildirmişlər ki, onlar 908 nömrəli otaqda qeydiyyatdadırlar. Həmin otaqda heç vaxt yaşamamışlar. Onlar yataqxanaya köçməmişdən öncə yataqxanada yataqxanın rəhbərliyinin gözü qarşısında otağı əsaslı təmir etdirmişlər. Hətta sonradan həmin əsaslı təmiri yeniləmişlər. Ən əsası isə yaşadıqları dövrdən indiyə qədər yaşadıqları otağa görə kommunal xərcləri ödəmişlər. Yəni 15 ildir ki, fasiləsiz olaraq həmin otaqda yaşayırlar. Təqribən 2 il bundan öncə X6 adlı bir şəxs onla rı məhkəməyə vermişdi ki, guya otaq ona məxsusdur və necə olubsa 35 il sonra yadına düşüb ki, iddia qaldırmaq lazımdır. Həmin iş üzrə cavabdehlər tərəf kimi cəlb olunmuş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1557/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)6041/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərin ünvan 2 ünvanında yerləşən 905 saylı mənzildən çıxarılması hissəsində ləğv olunmuş, həmin hissədə iddianın rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1273/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6041/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırd a isə iddiaçı təşkilat onlara qarşı belə bir iddia qaldırmışdır. Bu iddia X4 görədir, yoxsa, iddiaçı təşkilat indi öyrənib ki, onlar bu otaqda qanunsuz yaşayırlar. Əvvəlki iş üzrə Bakı Apellyasiya Məhkəməsi işə baxanda iddiaçı təşkilat Bakı Apellyasiya Məhkəməsinə məktub göndərərək, arxiv sənədlərində X2 adının aşkar olmadığını göstərmişdir. Belə olan halda iddia onların otaqdan çıxarılmalarına yönəlibsə, bu işdə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, 15 ildir həmin otaqda yaşayır, kommunal xərcləri ödəyirlər. Həmin otaqda da əsaslı təmirlər etmişlər. Hazırda xərçəng xəstəliyindən əziyyət çəkir, himayəsində azyaşlı uşaq var, pənah aparacaq heç bir yeri yoxdur.

23. Apellyasiya baxışında Cavabdeh1 nümayəndəsi və vəkili apellasiya şikayətini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, cavabdehlər ünvan 10 ünvanında yaşayırlar. Həmin mənzil alınan zaman cavabdehlər sadəcə pasport qeydiyyatına alınmışlar, digər sənədləşmə işləri isə edilməmişdir. Bununla yanaşı, cavabdehlər həmin mənzildə yaşadıqları müddət ərzində mənzili təmir etdirmişlər. Mənzilin alınmasına görə ödənilmiş vəsait cavabdehlərə qaytarılmamışdır.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2783/2024 nömrəli, 07 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Elşən Kazımov)

25. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 7 ünvanda yerləşən bina dövlət mənzil fonduna aid olmaqla iddiaçının balansındadır. Cavabdehlərdən Cavabdeh2 Şəmkir rayonu Zəyəm kəndində pasport qeydiyyatında, Cavabdeh1 və Cavabdeh3 isə ünvan 5 ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin binanın 905 saylı mənzilində yaşayırlar. Apellyasiya baxışı zamanı təqdim edilmiş 02 mart 2020-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən isə Cavabdeh3 və Cavabdeh1 22 fevral 2020-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadırlar.

26. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatda olmaları iddianın əsassız olması anlamına gəlmir. Çünki şəxsin yaşayış sahəsinin yerləşdiyi ünvana pasport qeydiyyatının olub-olmaması birmənalı şəkildə onun istifadə hüquqlarının olması üçün əsas deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qey diyyat haqqında” Qanunun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

27. İşin faktiki hallarına görə isə mübahisə predmeti olan keçmiş yataqxana binası iddiaçının balansında olduğundan, dövlət mənzil fondunun istismarı, idarə olunması və qorunmasını təşkil etmək funksiyası da onun səlahiyyətləri hüdudunda olmuşdur. Cavabdehlərin adıçəkilən mübahisəli mənzilə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur.

28. Apellyasiya instansiya mə hkəməsi mənzilə dair kommunal ödənişlərin həyata keçirilməsi, mənzilin təmir edilməsi barədə apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsas hesab etməyərək göstərmişdir ki, cavabdehlər mübahisəli mənzildə hər hansı hüquq müəyyənedici sənəd olmadan yaşamışlar.

29. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasinin Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 157.2 və 157.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh aztəminatlı ağır şəraitdə yaşayan bir şəxsdir və aztəminatlı bir ailə kimi iddiaçı təşkilat onun hüquqlarının müdafiəsi məqsədi ilə onunla müqavilə bağlaya bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (hissə İİ) Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29 (hissə İİİ) Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əml akdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadını n ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir.

34. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

38. İddia tələbi daşınmaz dövlət əmlakı kimi Registrdə qeydə alınmış və iddiaçının balansında olan yaşayış sahəsindən cavabdehlərin çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi yaşayış sahəsinin dövlət mülkiyyətində olmasına, cavabdehlərin orada qanunsuz yaşamasına istinad etmişdir.

39. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisədə adı keçən yaşayış sahəsi iddiaçının balansında olmaqla dövlət mülkiyyəti kimi Registrdə qeydə alınmışdır, cavabdehlər isə hazırda heç bir hüquqi əsas olmadan həmin mənzildə yaşayırlar.

40. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırkı işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

41. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər apellyasiya şikayətində də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi tərəfindən məhz həmin dəlillərə qiymət verilməklə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nə ticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2783/2024 nömrəli, 07 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar