Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2907/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Hacıqabul rayon Muğan Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2907/22 (açar sözlər: icarə müqaviləsinin etibarsız hesab edilməsi, tələbin inzibati qərardan asılı olması) Bakı şəhəri, 31 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Hacıqabul rayon Muğan Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının və icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-3083/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Bakı-Qazax yolunun kənarında Hacıqabul rayonu, Muğan qəsəbəsində 1988-ci il tarixdə özünə fərdi yaşayış evi tikmiş və orada yaşayır.
2. Hacıqabul rayon Muğan bələdiyyəsi (bundan sonra “cavabdeh”) Muğan qəsəbə sakini X1 məqsədi 0,35 ha torpaq sahəsi ayırıb və bu torpaq sahəsi iddiaçının həyətinə gələn yolu tutub. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi (sonradan tələbin artırılması barədə ərizə) ilə Hacıqabul Rayon Məhkəməsinə müraci ət edərək, X6 0,35 ha torpaq sahəsinin ayrılmasına dair Hacıqabul rayon Muğan bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli qərarının və bələdiyyə ilə X8 arasında bağlanmış eyni tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxə verilmiş torpaq sahəsi düz iddiaçının evinin həyətyanı sahəsini qoruyan daş hasarın qarşısından verilmiş və iddiaçının evinə gələn yol tamamı ilə tutulmuşdur. xxx həmin torpaq sahəsində tikili inşa edəcəyi təqdirdə isə artıq iddiaçının evindən kənara çıxmaq imkanı olmayacaq.
5. İddiaçı yaranmış bu vəziyyətlə əlaqədar cavabdehə rəsmi olaraq etiraz ərizəsi ilə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 15 oktyabr 2014-cü il tarixli, 17 nömrəli məktubundan aydın o lmuşdur ki, xxxə verilmiş xx.xx.2007-ci il tarixli 01 saylı qərar Muğan bələdiyyəsində qeydiyyatda yoxdur. Belə olan halda iddiaçı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə rəsmi olaraq məktub ünvanlamışdır. Məktubuna cavab olaraq xx.xx.2015-ci il tarixli, 09/A-954/2 saylı məktubla iddiaçıya rəsmi şəkildə bildirilmişdir ki, X5 adına verilmiş sənəd Mərkəzdə və Muğan bələdiyyəsində qeydiyyatda yoxdur və sözü gedən sənəd saxtadır.
6. İddiaçı bununla əlaqədar Respublika prokurorluğuna ərizə ilə müraciət edərək, cinayət işinin başlanmasını xahiş etmişdir. Prokurorluq isə ərizəni aidiyyəti üzrə baxılması üçün Hacıqabul Rayon Prokurorluğuna göndərmişdir. Hacıqabul Rayon Prokurorluğunda iş araşdırılıb və bu məqsədlə prokurorluq Muğan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı nın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilibedilməməsini müəyyən etmək üçün yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X3rşısında məsələ qaldırmışdır. X2 iddiaçıya ünvanladığı cavab məktubunun eynisi Hacıqabul Rayon Prokurorluğuna göndərilmişdir. Həmin arayışda da qeyd edilib ki, vətəndaş xxx ona torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyəyə ərizə ilə müraciət etməmiş, iclas protokolu möhürlə təsdiqlənməmişdir. İclas protokolunda qeyd olunur ki, 30 oktyabr 2007-ci il tarixli iclasda bələdiyyənin 9 nəfər üzvündən 8 nəfəri iştirak etmiş və onlardan hər biri gündəlik məsələnin lehinə səs vermiş, lakin həmin şəxslərdən izahatlar alınarkən onlar 30 oktyabr 2007-ci il tarixli iclasda, ümumiyyətlə, iştirak etmədiklərini və həmin qərardan məlumats ız olduqlarını bildirmişlər.
7. Eyni zamanda DTXK-nin Hacıqabul rayon şöbəsi tərəfindən həmin torpaq sahəsi ilə bağlı Plan və ölçü alınmadığından, rəy və qiymət arayışı verilmədiyi də həmin arayışda göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsində və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Lakin Muğan bələdiyyəsi tərəfindən qanunvericiliyin tələbləri pozularaq müvafiq rəy və qiymət arayışı alınmadan torpaq sahəsi icarəyə verilmiş və DTXK-nin Hacıqabul rayon şöbəsi mövcud çatışmazlıqların aradan qaldırılması üçün heç bir tədbir görmədən icarə müqaviləsini qeydiyyata almışdır.
8. Muğan bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı həmin dövrdə Bələdiyyələrlə iş mərkəzinə inzibati nəzarət qaydasında baxılmağa təqdim edilməmişdir. Bütün bu qeyd olunan hüquq pozuntuları ilə yanaşı, Hacıqabul Rayon Prokurorluğundan iddiaçıya bildirmişlər ki, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti Azərbaycan Respublikası CM-nin 75-ci maddəsi ilə iki il müəyyən edilib, həmin müddət ci nayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır, X4 törətdiyi cinayət əməli 30 oktyabr 2007-ci il tarixdə baş verib və həmin vaxtdan, yəni cinayətin törədildiyi vaxtdan iki ildən artıq müddət keçdiyi üçün Tofiq Kərimov barəsində cinayət təqibi dayandırılır. Lakin sözügedən saxta sənədin ləğvi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə Şöbəsinə məktub göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə Şöbəsinin Hacıqabul rayonu, Muğan bələdiyyəsinə göndərdiyi xx.xx.2015-ci il tarixli, 552/A-13 nömrəli məktub bu günə qədər Hacıqabul rayonu, Muğan bələdiyyəsi tərəfindən icra edilməmişdir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 337.1-337.4, 339.2, 354.1, 404.1 və 421.2-ci maddələrinə istinad edib.
10. Cavabdehin nümayəndəsi (Hacıqabul rayon Müğan Bələdiyyəsinin sədri) Nemət Babayev izahatında 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərar və X9 ilə Hacıqabul rayon Müğan Bələdiyyəsi arasında bağlanmış 30 oktyabr 2007-ci il tarixli, 01 saylı icarə müqaviləsi Muğan bələdiyyəsində qeydə alınmadığını bildirmişdir.
11. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-300/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Hacıqabul rayon Muğan Bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarının və X9 ilə Hacıqabul rayon Muğan Bələdiyyəsi arasında bağlanmış 30 oktyabr 2007-ci il tarixli, 01 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. (hakim Həmid Əzizov)
12. Birinci instansiya məhkəməsi işdəki sübutl ara əsasən müəyyən etmişdir ki, iddiaçı Muğan qəsəbəsində 1988-ci il tarixdə özünə məxsus fərdi yaşayış evi tikmişdir. Həmin ev Bakı-Qazax yolunun kənarında yerləşir. Həmin vaxtlarda şosse yolunun kənarında inşa edilmiş evlərə gediş-gəliş üçün çınqılla örtülmüş yol çəkilmiş və həmin yol da iddiaçının evinin qarşısından keçir. Ərazidə olan torpaq sahələri sakinlərə yaşayış üçün verildiyindən iddiaçının evinə giriş-çıxış üçün yeganə vasitə həmin yoldur. 2007-ci il tarixdə Hacıqabul rayonu, Muğan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı Qərarı ilə Muğan qəsəbə sakini X1 məqsədi ilə 0,35 ha torpaq sahəsi ayrılmışdır. xxxə verilmiş torpaq sahəsi düz iddiaçının evinin həyətyanı sahəsini qoruyan daş hasarın qarşısından verilmiş və iddiaçının evinə gələn yol tamamilə tutulmuşdur. İddiaç ı yaranmış bu vəziyyətlə əlaqədar olaraq, Muğan bələdiyyəsinə rəsmi olaraq etiraz ərizəsi ilə müraciət etmişdir. Muğan bələdiyyəsinin iddiaçıya ünvanladığı 15 oktyabr 2014-cü il tarixli, 17 nömrəli məktubundan aydın olmuşdur ki, xxxə verilmiş xx.xx.2007-ci il tarixli 01 saylı qərar Muğan bələdiyyəsində qeydiyyata alınmamışdır. Ədliyyə Nazirliyinin X2 xx.xx.2015-ci il tarixli, 09/A-954/2 saylı məktubuna əsasən X5 adına verilmiş sənəd Mərkəzdə və Muğan bələdiyyəsində qeydiyyatda yoxdur və sözü gedən sənəd saxtadır. İddiaçı bu faktla bağlı Respublika prokurorluğuna ərizə ilə müraciət edərək, cinayət işinin başlanmasını xahiş etmişdir. İddiaçının ərizəsi aidiyyətı üzrə baxılması üçün Hacıqabul Rayon Prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı prokurorluq Muğan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib-edilməməsini müəyyən etmək üçün, yenidən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X3rşısında məsələ qaldırmışdır. X2 iddiaçıya ünvanladığı cavab məktubunun eynisi Hacıqabul Rayon Prokurorluğuna da göndərilmişdir. Həmin cavab məktubuna əsasən vətəndaş xxx ona torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyəyə ərizə ilə müraciət etməmiş, iclas protokolu möhürlə təsdiqlənməmişdir, 30 oktyabr 2007-ci il tarixli iclasda bələdiyyənin 9 nəfər üzvündən 8 nəfəri iştirak etmiş və onlardan hər biri gündəlik məsələnin lehinə səs vermiş, lakin həmin şəxslərdən izahatlar alınarkən onlar 30 oktyabr 2007-ci il tarixli iclasda, ümumiyyətlə, iştirak etmədiklərini və həmin qərardan məlumatsız olduql arını bildirmişlər. DTXK-nin Hacıqabul rayon şöbəsi tərəfindən həmin torpaq sahəsi ilə bağlı Plan və ölçü alınmadığından rəy və qiymət arayışı verilmədiyi də həmin arayışda göstərilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd edib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsində və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruşlu və şəhərsalma s ənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Lakin Muğan bələdiyyəsi tərəfindən qanunvericiliyin tələbləri pozularaq müvafiq rəy və qiymət arayışı alınmadan torpaq sahəsi icarəyə verilmiş və DTXK-nin Hacıqabul rayon şöbəsi mövcud çatışmazlıqların aradan qaldırılması üçün heç bir tədbir görmədən icarə müqaviləsini qeydiyyata almışdır. Eyni zamanda Muğan bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı həmin dövrdə Bələdiyyələrlə iş mərkəzinə inzibati nəzarət qaydasında baxılmağa təqdim edilməmişdir.
14. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, sözügedən saxta sənədin ləğvi barədə prokurorluq tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə Şöbəsinə məktub göndərilmişdir. Azərbaycan Res publikasının Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə Şöbəsinin Hacıqabul rayonu, Muğan bələdiyyəsinə göndərdiyi xx.xx.2015-ci il tarixli, 552/A-13 nömrəli məktub bu günə qədər Hacıqabul rayonu, Muğan bələdiyyəsi tərəfindən icra edilməmişdir.
15. Birinci instansiya məhkəməsi hesab edib ki, icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia əsaslı olduğundan təmin edilməlidir.
16. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 152, 157.1, 157.2, 337.1, 337.2-337.4, 339.2, 354.1, 404.1, 421.2-ci, Mülki Prosessual Məcəllənin 39.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən işdə iştiraka cəlb edilməyən, qətnamə ilə hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs X8 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri: - hazırki iş üzrə cavabdehin iddiaçıya qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası Hacıqabul Rayon Məhkəməsinin 02 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə tələbi təmin edilib, həmin qətnaməni iddiaçı mübahisələndirsə də, yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılıb; - bundan başqa, iddiaçı Şirvan İnzibati-İqtisadi Məhkəməsində Hacıqabul rayon Muğan bələdiyyəsinə qarşı iddia qaldıraraq bələdiyyənin 30 oktyabr 2007-ci il tarixli 10 nömrəli qərarının ləğvini xahiş etmiş və məhkəmənin 29 oktyabr 2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin iş üzrə 3-cü şəxs xxxin apellyasiya şikayəti 18 fevral 2016-cı il tarixli qərarla təmin edilməmişdi r. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 may 2016-cı il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 fevral 2016-cı il tarixli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamışdır; - birinci instansiya məhkəməsi işə baxarkən iddia tələbi üzrə hüquqlarına toxunan şəxs kimi A.Ağayevi işə cəlb etməmiş, onun hüquqlarını pozmuş, yuxarıda qeyd edilən məhkəmə aktlarını nəzərə almamışdır.
19. Apellyasiya instansiyası məhkəməsi baxışında X7 üçüncü şəxs qismində işə cəlb edilmişdir.
20. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-3083/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qərardadı ilə üçüncü şəxs X5 apellyasiya şikayəti qismən təmin edilmiş, Hacıqabul Rayon Мəhkəməsinin 29 iyul 2021-ci il tari xli, 2(071)-300/2021 saylı qətnaməsi – Hacıqabul rayon Muğan Bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarının etibarsız hesab edilməsinə dair hissədə ləğv edilmiş, həmin hissədə işə mülki mühakimə icraatında baxılmalı olmadığından xitam verilmişdir.
21. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-3083/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(071)-300/2021 saylı qətnaməsi icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsdə ləğv edilmiş, İddiaçı cavabdeh Hacıqabul rayon Muğan Bələdiyyəsinə qarşı icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. (hakimlər İlham Əsədov (sədrlik edən, məruzəçi), Samir May ılov, Nüsrət Mirzəyev)
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: Muğan Bələdiyyəsiin 30 oktyabr 2007-ci il tarixli qərarının etibarsız hesab edilməsi və həmin tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(106)3083/2021 nömrəli qərardadı ilə Hacıqabul rayon Muğan Bələdiyyəsinin 30 oktyabr 2007ci il tarixli, 10 saylı qərarının etibarsız hesab edilməsinə dair hissədə qətnamə ləğv edilmiş, həmin hissədə işə mülki mühakimə icraatında baxılmalı olmadığından xitam verilmişdir. Digər hissədə iddiaçı icarə müqaviləsinin etibarsızlığını tələb etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, birinci instansiya məhkəməsi icarə müqaviləsini etibarsız sayarkən konkret əsas göstərməmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qanunun tələbinə görə, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə hörə iddiaçı hazırki halda müqavilə üzrə tərəf deyil. Bu baxımdan o, əqdi mübahisələndirə bilməz.
25. Həmçinin apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddiaçı sözügedən müqavilənin etibarsız sayılmasını ona görə tələb edir ki, inzibati orqan olan Muğan Bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli qərarı etibarsız inzibati aktdır, buna görə bu qərar əsasında bağlanmış müqavilə də özlüyündə etibarsız hesab olunmalıdır.
26. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, icarə müqaviləsinin etibarsızlığı barədə hazırki tələb, digər tələb olan Muğan Bələdiyyəsinin 30 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarının etibarsızlığı ilə əlaqəlidir Bələdiyyənin qərarının etibarsızlığı barədə tələb üzrə işə xitam verildiyi halda, icarə müqaviləsinin etibarsızlığı barədə tələbin təmin edilməsi üçün də əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyas iya baxışına qaytarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırlıb, şikayətdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı üçüncü şəxs X5 yazılı etirazı daxil olmuşdur. Etirazın dəlilləri apellyaisya şikayətinin dəlilləri ilə eynidir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmlş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata ke çirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya in stansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsi nin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad ed ilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bələdiyyə qərarının etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinə xitam verib, qətnamə yalnız icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə çıxarılıb. Bu baxımdan, qətnamənin tam yoxlanması icarə müqaviləsinin etibarsızlığ ilə bağlı iddia tələbi üzrədir.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. İşdən görünür ki, iddiaçının tələbi iki hissədən ibarət olub: Hacıqabul rayon Muğan Bələdiyyəsiin 30 oktyabr 2007-ci il tarixli qərarının; və həmin tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi.
35. Apellyasiya instansiyası məhkəməsi 21 dekabr 2021-ci il tarixli qərardadla həmin tələblərdən biri – Hacıqabul rayon Muğan Bələdiyyəsinin 3 0 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarının etibarsız hesab edilməsi üzrə iddia tələbinə həmin işə mülki mühakimə icraatında baxılmalı olmadığından xitam vermişdir.
36. Nəzərə alınsa ki, bələdiyyənin qərarının etibarsızlığı barədə tələb üzrə işə xitam verilib, belə olan halda, icarə müqaviləsinin etibarsızlığı hissəsində iddianın təmin edilməsi üçün əsas da aradan qalxmışdır. Çünki ikinci tələbin təmin edilməsi birinci tələbin təmin edilməsindən asılıdır. Qeyd edilməlidir ki, icarə müqaviləsi etibarsızlığı tələb edilən bələdiyyə qərarı əsasında bağlanıb. Qərar ləğv edilmədən həmin qərar əsasında bağlanmış müqavilənin etibarsızlığı tələbinin təmin edilməsi istisna edilir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia nın qeyd edilən əsasla rədd edilməli olması barədə gəldiyi nəticəni qanuni və əsaslı sayır.
37. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Muğan Bələdiyyəsi ilə xxx arasında bağlanmış 30 oktyabr 2007-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsinin digər əsası kimi iddiaçının müqavilə üzrə tərəf olmamasına istinad etməsini düzgün saymır. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsində nəzərdə tutulmuş “əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır” ifadəsi əqdi mübahisələndirmək hüququnun yalnız əqdin tərəfinə mənsub olmasını deyil, əqdlə marağına toxunan şəxsləri də ehtiva edir.
38. Buna baxmayaraq, icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi başqa əsasla (bax: bənd 36.) təmin edilmədiyi və həmin əsasla da i ddianın təmin edilməməsi ilə razılaşdığı üçün məhkəmə kollegiyası qeyd edilən halı (bax: bənd 37) apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi baxımından əsas görmür.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-3083/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.