Məhkəmə qərarları › İş №2(102)-2908/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2908/2022

01.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2908/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh2 İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ Açar sözlər: (apellyasiya şikayətinin qeyri-mümkün sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair ilk, ilkin iddia üzrə Cavabdeh2 ilkin iddia üzrə iddiaç ılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı əmlakın miras əmlak sayılması və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2668/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından ilkin iddia üzrə İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiyası məhkəməsindəki icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən ümumi sahəsi 61,6 kv.m. olan 2 otaqlı 27 saylı evin, 15 saylı mənzilin və “Qaz 2705” yük markalı **-MB-*** dövlət qeydiyyat nişanlı, “Zaz Slavuta 110307” markalı 90- LD-194 dövlət qeydiyyat nişanlı və “Ford Transit” yük markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrindən ibarət miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməsi və qanun üzrə vərəsə kimi paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 11 kv.m. olan 1 otaqlı 15 saylı mənzilin 1/2 hissəsi, “QAZ-2705 yük” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “ZAS Slavuta 110307" markalı **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Ford Tranzit yük” markalı **-OF-*** dövlət qeydiyyat işanlı nəqliyyat vas itəsi miras əmlak kimi sayılması barədə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 11 kv.m. olan 1 otaqlı 15 saylı mənzilin 4/5 hissəsinə, “QAZ-2705 yük” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2/5 hissəsinə, “ZAS Slavuta 110307” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 4/5 hissəsinə, “Ford Tranzit yük” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 4/5 hissəsinə vərəsə kimi payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X3) 2(005)-3835/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 11 kv.m. olan 1 otaqlı 15 saylı mənzilin 1/2 hissəsi, “ZAS Slav uta 110307” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsi, “Ford Tranzit yük” markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə və “QAZ- 2705 yük" markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilə X4, Cavabdeh2, İddiaçı1, İddiaçı2 və İddiaçı3 bərabər paylarla miras əmlaka pay hüquqlarının tanınması, qalan hissədə iddiaların təmin edilməməsi qət edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2668/2022 saylı, xx.xx.2022-ci i l tarixli qərardadı ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və V.N.Sadıqov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3835/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və mülki işin apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyatorlar tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən qətnamədə düzgün tətbiq edilmədiyi iddia edilən maddi hüquq normaları ilə prosessual hüquq normaları eynidir. Belə olduğu təqdirdə isə, şikayətdə prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyi və pozuntuların n ədən ibarət olduğuna dair mövqe aydın şəkildə göstərilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

7. İlkin iddia üzrə İddiaçı2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2668/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mümkün sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. a)

8. Kassasiya şikayətinə qarşı etirazlar Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri

9. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

10. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

11. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

12. Kassasiya şikayəti qərardadın ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir).

15. Maddə 363.1. Apellyas iya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:

16. Maddə 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə.

17. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır

18. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

19. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya insta nsiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

20. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri qeyrimümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

22. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı ə sas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

23. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğund a bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 363.1.5-ci maddəsində nəzərdə tutulmuş qaydadır. Həmin normaya əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 101.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə geri qaytarılır.

24. Bu dəyişiklik MPM-də Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə edilmişdir və həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1dən qüvvəyə minmişdir. Keçid m üddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab verməmişdir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur).

26. MPM-ə 2 saylı Əlavəsinə əsasən apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətb iq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralamaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Lakin apellyator tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən qətnamədə düzgün tətbiq edilmədiyi iddia edilən maddi hüquq normaları eynidir. Şikayətdə prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyi və pozuntuların nədən ibarət olduğuna dair mövqe aydın şəkildə göstərilməmişdir. MPM-nin 363.1.1.-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

27. Göstərilənlərlə əlaqədar kassasiya kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq apellyasiya şikayətini qeyri-mümkün saymışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2668/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar