Məhkəmə qərarları › İş №2(102)-291/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-291/2020

14.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-291/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və X1 ibarət tərkibdə, X2 katibliyiilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə, iş № 2 (011)-xx/17) iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Levanevski küçəsindəki 12 saylı evin 16-cı mənzilinin orada yer ləşən əşyalarla birlikdə tam boşaldılaraq natura şəklində İddiaçı təhvil verilməsi, mənzilin açarlarının Cavabdeh alınaraq İddiaçı təhvil verilməsi, mənzildən İddiaçı maneəsiz istifadə, sahiblik və digər hüquqlarının həyata keçirilməsi zamanı müdaxilələrə son qoyulması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova-sədrlik edən və məruzəçi, H.Həmidov və E.Nağıyeva, iş № 2(103)-xx/19) apellyasiya şikayəti təmin edilməyərək Xətai Rayon Məhkəməsinin 20.04.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Levanevski küçəsində yerləşən 12 saylı evin 16 nömrəli mənzilinin orada yerləşən əşyalarla birlikdə tam boşaldılaraq natura şəkilində iddiaçıya təhvil verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi ilə eyni vaxtda mənzilin açarlarının cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi, mənzildən iddiaçının maneəsiz istifadə, sahiblik və bu kimi qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlarının həyata keçirilməsi zamanı m üdaxilələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 50000 manat məbləğində mənəvi ziyanın və iddia ərizəsinin məhkəməyə verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev “xxxx” MMC tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərinə əsasən 44.200 manata ona satılmışdır. O, hərrac mərkəzindən almış olduğu ünvan 1 ünvanda yerləşən mənzilinə 16.12.2016-cı il tarixdə mülkiyyət hüquqlarını təsdiq edən RX seriyalı ******* saylı çıxarış da almışdır. Lakin cavabdeh bu günədək həmin evdən qeydiyyatdan çıxmır və evi boşaltmaqdan imt ina edir. Qeyd edilən mənzilin hərracda əldə edilməsinin səbəbi mənzilin ipoteka ilə yüklü edilməsi olmuşdur. Mənzil ipoteka ilə kredit təşkilatının qarşısında yüklü edilən zaman, heç kəs orada qeydiyyatda olmamışdır. Hətta bu günə qədər də həmin evdə qeydiyyatda olan yoxdur. Bu isə onu bildirir ki, əvvəlki mülkiyyətçinin, eləcə də əvvəlki mülkiyyətçinin icazəsi ilə hər hansı üçüncü şəxsin (şəxslərin) həmin mənzildə faktiki olaraq yaşaması, həmin şəxslərin yaşamaq hüquqlarının və ya mənzildən istifadə hüquqlarının olmasını istisna edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgü n tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməs iləğv olunmalı və iş apellyasiya qaydasında yenidən baxılması üçünn həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi Cavabdeh yönəldilməklə mübahisəli mənzilin orada yerləşən əşyalarla birlikdə tam boşaldılmasından, natura şəkilində iddiaçıya təhvil verilməsindən, mənzilin boşaldılaraq təhvil verilməsi ilə eyni vaxtda mənzilin açarlarının da cavabdehdən alınıb iddiaçıya təhvil verilməsindən, mənzildən iddiaçının maneəsiz istifadə, sahiblik və bu kimi qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlarının həyata keçirilməsi zamanı müdaxilələrə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından və cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 50000 manat məbləğində mənəvi ziyanın əvəzinin ödənilməsindən ibarətdir. İş materiallarından, o cümlədən apellyasiya və kassasiya şikayətlərindən görünür ki, Cavabdeh mübahisəli mənzildə tək deyil, ailəsi ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsi mübahisəli mənzildə heç kimin pasport qeydiyyatında olmaması barədə Mənzil İstismar Sahəsinin verdiyi arayışı əsas götürərək cavabdehin mübahisəli mənzildə yaşayan ailə üzvlərini işdə iştirak etməyə cəlb etməmiş və mənzilin tam boşaldılıb iddiaçıya təhvil verilməsi və s. barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bununla bağlı dəlilləri üzrə heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Halbuki, mənzildə yaşayan digər şəxslər cə lb edilmədən qəbul olunan bu məzmunda qətnamə gələcəkdə icra mərhələsində çətinlik və qeyri-müəyyənlik yaradacaqdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh kredit borcunun tutulması və s. tələbinə dair iş üzrə qəbul olunmuş məhkəmə qərarları ilə də mənzildə yaşayan şəxslərin mənzildən çıxarılmaları məsələsi həll olunmamışdır. Həmin məhkəmə qərarları ilə yalnız kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin tam boşaldılması öz-özlüyündə təkcə Cavabdeh deyil, həm də orada yaşayan bütün şəxslərin və əşyaların çıxarılmasını ehtiva edir və bu baxımdan qəbul olunan qətnamə ilə həmin şəxslərin də hüquq və vəzifələrinə dair məsələ həll olunduğundan onlar işdə iştirak etməyə cəlb olunmalıdırlar. Apellyasiy a instansiyası məhkəməsi işə yenidən baxarkən qeyd olunan pozuntunu aradan qaldırmalı, mübahisəli mənzildə cavabdehlə birlikdə yaşayan ailə üzvlərini işdə iştirak etməyə cəlb etməklə məhkəmə iclasının vaxtı və yeri haqqında onları lazımi qaydada xəbərdar etməli, onların mənzildə hansı əsasla yaşadıqlarını müəyyən etməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 418.4.5 və 418.4.6-cı maddələrinin tələblərinə görə işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa, yaxud məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair onl arın hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə, qeyd olunan hallar şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özlərinin sübut etməli olmalarına dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mövcudluğu zəruri sübutları müstəqil əldə etmək imkanı olmayan tərəfi Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinin tələbinə müvafiq olaraq sübutların tələb olunması ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı” iş üzrə xx xxx 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə xx xxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericili k aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə qeyd olunan pozuntuları aradan qaldırmalı, apellyasiya baxışının hədləri gözlənilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin bununla bağlı dəlillərini ətraflı araşdırmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelly asiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar