Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-291/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: fiziki şəxslərin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət, maddi zərərin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4956/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhk əmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “X3” markalı, 2020-ci il buraxılışlı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. 2. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində İddiaçı idarə etdiyi özünə məxsus olan “X3” markalı, 2020-ci il buraxılışlı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində üzü Ziya Bünyadov prospekti istiqamətində saatda 60 km sürətlə sağdan iki və üçüncü zolaqlar arasında hərəkətdə olarkən Nərimanov rayonu, Kral Hüseyn küçəsinin kəsişməsində sonradan adını bildiyi Cavabdeh idarə etdiyi özünə məxsus “Toyota Camry” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.
3. Bakı şəhəri Nərimanov RPİ İŞ-nin müstəntiqi pol is mayoru Cavanşir Mayılovun xx.xx.2023 cü il tarixli qərarı ilə İddiaçı YNH-si zamanı xəsarət alması və idarəetdiyi avtomobilə maddi zərər dəyməsi faktı əsasında Bakı şəhəri Nərimanov RPİ HK1-də xx.xx.2023-cü il tarixdə 179 nömrə ilə qeydə alınaraq toplanmış material üzrə qərarın təsviri hissəsində qeyd edilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. İddiaçı idarə etdiyi “X3” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qə rarda göstərilmişdir ki, “MY Auto Service”nin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən İddiaçı idarə etdiyi “X3” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə 22.838,50 manat ziyan dəymişdir. 4. “MY Auto Service”nin xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən İddiaçı idarə etdiyi “X3” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 22.838,50 manat ziyan dəymişdir. 5. "xxxx" MMC-nin "xxxx" ASC-nin sifarişi əsasında verdiyi xx.xx.2023-cü il tarixli, 01/02-407AZS nömrəli müstəqil ekspert rəyindən müəyyən edilmişdir ki, İddiaçı məxsus olan “X3” markalı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin aradan qaldırılması üçün ehtiyat hissələrinin alınmasına 21.800 manat, işçilik haqqı 4.680 manat olmaqla, cəmi 26.480 manat vəsait tələb olunur.
6. Cavabdehin nümayəndəsi və vəkilinin təqdim etdiyi “X4” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında “Toyota Camry” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddə zərərin məbləği ehtiyat hissələrinin alınması üçün 8090 manat, görüləcək təmir işlərinin xərci kimi 3960 manat olmaqla, cəmi 12.050 manat göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan “X3” markalı, 2020-ci il buraxılışlı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 21.480 manat, dəymiş zərər nəticəsində avtomo bilin əmtəə dəyərindən düşməsinə görə 10.000 manat, cəmi 31.665 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində İddiaçı idarə etdiyi özünə məxsus olan “X3” markalı, 2020-ci il buraxılışlı, **CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində üzü Ziya Bünyadov prospekti istiqamətində saatda 60 km sürətlə sağdan iki və üçüncü zolaqlar arasında hərəkətdə olarkən Nərimanov rayonu, Kral Hüseyn küçəsinin kəsişməsində sonradan adını bildiyi Cavabdeh idarə etdiyi özünə məxsus “Toyota Camry” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh məcburi sola dönməli olduğu halda yol hərəkəti haqqında qanunun tələblərini kobud şəkildə pozmaqla düzünə hərəkət etmişdir. Hadisənin baş verməsində cavabdeh təqsirli bilinmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “X3” markalı, 2020-ci il buraxılışlı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə böyük miqdarda ziyan dəymişdir. "xxxx" MMC tərəfindən avtomobilə dəymiş zərərin miqdarı 26.480 manat hesablanmışdır. Hesablanmış zərərin 5000 manatı cavabdehin icbari sığortası tərəfindən ona ödənilmişdir. Qalan 21.480 manat isə ödənilməmişdir. Odur ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləğini "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyə uyğun olaraq 26.480 manat müəyyən edilməsini, ödənilmiş 5.000 manatı sığorta ödənişi çıxdıqdan sonra qalan 21.480 manat maddi zərərin, avtomobilin əmtəə dəyərinin aşağı düşməsinə görə 10.000 manat vəsaitin və ödənilmiş 185 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və bildirdi ki, cavabdeh ekspert rəyləri ilə razı deyildir. Belə ki, ekspert rəylərində sadəcə tərəflərin təqdim etdikləri qüsur aktlarına əsaslanaraq hesablama aparılmışdır. Çünki, iddiaçı avtomobili qəzalı vəziyyətdə satdığına görə avtomobilin hansı hissələrinin tam yararsız olduğu və hansı hissələrin təmirlə bərpa olunacağını müəyyən etmək ekspert tərəfindən mümkün olmamışdır. İddia tələbinin reallıqdan kənar olmasının ən bariz nümunəsindən biri ondan ibarətdir ki, avtomobilin real bazar dəyəri 44.000 manatdır və həmin avtomobilin ən azı (36480x100/4400 0=91,2%) 91%-i yararsız vəziyyətdə olmalı, yəni avtomobil tamamilə yararsız vəziyyətdə olmalıdır ki, həmin iddia tələbində göstərilən məbləğdə zərərdən söhbət gedə bilsin. İşin hallarından və qəzalı halda olan avtomobilin fotoşəklindən aydın görünüb ki, iddia tələbi tamamilə əsassızdır. Eyni ilə onu da qeyd etmək istəyir ki, iddiaçı ona məxsus avtomobilə dəymiş zərərin məbləği ilə bağlı cavabdehlə aralarında mübahisə olduğunu bilə-bilə zərərin dəqiq məbləği müəyyən edilmədən, avtomobili qəzalı vəziyyətdə 25.000 manata satmışdır. Bu hal onu sübut edir ki, avtomobilə çox ciddi zərər dəyməmişdir. Fotoşəkillərdən görünür ki, avtomobilin ancaq qabaq hissəsinə zərər dəymişdir. Həmin zərərin məbləği isə 26.480 manat təşkil edə bilməz. Sığorta şirkəti dəymiş zərərin 5.000 manatını ödədiyinə görə, zərərin məbləğinin daha artıq göstərilməsi sığorta şirkəti üçün əhəmiyyət kəsb etmir. Hazırda avtomobillərin satış elanları yerləşdirilən turbo.az saytında “X3” markalı, 2020-ci il buraxılışlı avtomobillərin satış qiymətləri 40.000-45.000 manat arasında dəyişir. İddiaçıya məxsus olan avtomobilin qəzadan sonra dəyişiləcək ehtiyyat hissələrindən başqa, bərpa oluna biləcək ehtiyyat hissələri də mövcuddur. Lakin iddiaçı avtomobili satdığına görə dəymiş zərərin dəqiq məbləğini müəyyən etmək mümkün deyildir. Həmçinin bildirmək istərir ki, iddiaçı iddia tələbində yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinin əmtəə dəyərinin qəzadan sonra 10% nisbətində aşağı düşdüyünü və ona 10.000 manat ziyan dəydiyini bildirmişdir. Bununla bağlı bildirmək istəyir ki, həmin avtomobilin ümumiyyətlə əmtəə dəyər inin düşməsindən söhbət belə gedə bilməz. Belə ki, iddiaçıya məxsus “X3” markalı, 2020-ci il buraxılışlı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə X1 hərrac vasitəsi ilə alınmış və həmin avtomobili iddiaçı alan zaman ön və arxa hissədən qəzalı vəziyyətdə olmuşdur. Yəni, avtomobilin qəzalı olması və əmtəə dəyərinin düşməsi zatən avtomobil iddiaçı tərəfindən alınan zaman baş vermişdir. Həmçinin yol nəqliyyat hadisəsindən sonra həmin avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün avtomobil cavabdeh tərəfindən "xxxx" MMC-də yoxlatdırılmış və həmin avtomobilə dəymiş ziyan ümumilikdə 12.050 manat müəyyən edilmişdir. Cavabdeh iddiaçıya avtomobili həmin avto servisdə təmir etdirməyi təklif etmiş və ya 12050 manat puldan icbari sığorta tərəfindən ödənilən 50 00 manatı çıxmaqla, qalan 7050 manatı ödəməyi təklif etmişdir. Hazırda da cavabdeh dəymiş zərərə görə iddiaçıya 7050 manat pulu ödəməyə etiraz etmir. Lakin iddiaçı cavabdehlə razılaşmamış və tənasübsüz surətdə şişirdilmiş bir qüsur aktı tərtib etdirmişdir. İşin hallarından və təqdim olunmuş sübutlardan aydın görünür ki, iddia tələbinin əsaslandığı "xxxx" MMC-nin tərtib etdiyi qüsur aktı ilə "xxxx" MMC-nin tərtib etdiyi qüsur aktı arasında ziddiyət vardır. İddiaçı avtomobilini qəzalı vəziyyətdə 25000 manata satmış və 5000 manat sığorta ödənişi almışdır. Həmçinin iddia tələbi əvvəldən qəzalı olub təmir olunmuş avtomobilin yenidən qəza nəticəsində (guya ilk dəfə qəzaya uğrayıb) əmtəə dəyərinin düşməsi ilə bağlı hissədə tamamilə rədd olunmalıdır. Cavabdeh iddiaçıya hazırda 7050 manat ödəməyə etiraz etmir. Qalan hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/7020 nömrəli ekspert rəyinə əsasən, 1, 2, 3 və 4-cü suallar məhkəmə-əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərinə aid olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X3” markalı, **-CR-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18.639 manat müəyyən edilib. “X3” markalı, 2020-ci il buraxılışlı normal vəziyyətdə saxlanı lmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 44.000,0 manat müəyyən olunub. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 5% - 2200,0 manat (44.000,0 manat x 5%) aşağı olması istisna edilməyib. Beləliklə, 2020-ci il buraxılışlı “X3” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilə ümumilikdə dəymiş ziyanın məbləği təxminən 20.839,0 manat müəyyən olunub.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/306-8/161 nömrəli ekspert rəyində göstərilir ki, “X3” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobil hadisədən sonra təmir olunduğundan on un əzilən və ya sıradan çıxmış hissələrini müəyyən etmək mümkün deyil. Həmçinin nəqliyyat vasitələrin zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sualları üzrə yolnəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X3” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18.639,0 manat müəyyən edilir. "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzə rə alınmaqla 2020-ci il buraxılışlı, “X3” markalı, **-CR-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12.510 manat müəyyən edilir. “My auto service” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X3” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18.110 manat müəyyən edilir. “X2” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X3” markalı, ** CR *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11.673 manat müəyyən edilir. “X3” markalı, 2020ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 44.000 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 5%-2200 manat (44.000 manatx5%) aşağı olması istisna edilmir. “X3” markalı, 2020-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 44.000 manat müəyyən olunur. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alı nmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 5% - 2200,0 manat (44.000 manat x 5%) aşağı olması istisna edilmir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-87/2024 saylı, 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev) iddianın qismən təmin edilməsi, iddiaçıya məxsus olan “X3” markalı, 2020-ci il buraxılışlı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 7.050 manat (dəymiş 12.050 manat zərərdən ödənilmiş 5.000 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 7.050 manat), avtomobilin əmtəə dəyərindən düşməsinə görə 2.200 manat və ödənilmiş 185 manat dövlət rüsumu olmaqla, cəmi 9.435 manat pul cavabdehdən tutularaq iddiaçıya ödə nilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, normal vəziyyətdə olan 2020-ci il buraxılışlı, “X3” markalı avtomobilin turbo.az saytından elanda olan satış qiymətləri 40.000-45.000 manat arasında dəyişir. İddiaçı bildirmişdir ki, “X3” markalı, 2020ci il buraxılışlı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilini qəzalı vəziyyətdə 25.000 manata satmışdır və cavabdehin icbari sığortası tərəfindən ona 5.000 manat sığorta ödənişi verilmişdir. Yəni, ümumilikdə iddiaçıya məxsus olan avtomobilin dəyərinin 30.000 manatı qarşılanmışdır. Hadisə zamanı iddiaçıya məxsus olan avtomobilin yalnız qabaq hissəsinə zədə dəydiyinə görə, məhkəmə “X4” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən ehtiyat hissələrinin alınması üçün tələb olunan 8090 manat, görüləcək təmir işlərinin xərci kimi 3.960 manat olmaqla, cəmi 12.050 manat olmasını real və ağlabatan zərər hesab etmiş, həmçinin hadisə nəticəsində avtomobilin əmtəə dəyərinin 2.200 manat aşağı düşməsini qəbul etmişdir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, ekspert rəylərində göstərilən zərərin aradan qaldırılmasına görə tələb olunan məbləğləri də qəbul etmir. Belə ki, ekspertiza rəyləri təqdim edilmiş qüsur aktlarında olan qiymətlərə aşınma faizləri tətbiq edilməklə hazırlanmışdır. Ekspert rəyində qeyd edilmişdir ki, “X3” markalı, 2020-ci il buraxılışlı, **CR-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisədən sonra təmir olunduğundan onun əzilən və ya sıradan çıxmış hissələrini müəyyən etmək mümkün deyildir. Həmçinin nəqdiyyat vasitəsinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bi lməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan suallar üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmamışdır.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1, 1108.1, 1115-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 357, 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməs i barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırılması zamanı iş üzrə əmlaka dəyən ziyanın müəyyən edilməsi üçün iki dəfə məhkəməəmtəəşünaslıq xəttizası təyin edilmişdir. Hər iki ekspert rəyində əmlaka dəyən ziyan təqdim edilmiş qüsur aktlarına əsasən müəyyən edilmişdir. Məhkəmə əsassız olaraq cavabdeh tərəfindən 8 ay sonra avtomobilə baxış keçirilmədən tərtib edilmiş saxta qüsur aktına əsaslanmışdır. Halbuki iş materiallarında yol-nəqliyyat hadisəsi baş verən zaman cavabdeh tərəfin sığorta şirkəti tərəfindən qüsur aktı tərtib edilmiş, bundan başqa, cavabdeh tərəfin təkidi ilə xx.xx.2023-cü il tarixdə avtomobilə baxış keçirilməklə “My auto Service” tərəfindən qüsur aktı tərtib edilmişdir. Bundan başqa, hər iki rəylə əmlaka dəyən ziyan 20839 manat müəyyən edilməsinə baxmayaraq məhkəmə guya avtomobilin ancaq qabağ tərəfinə zərər dəyilməsi qənaətinə gələrək dəymiş ziyanı 12.050 manat müəyyən etmiş, halbuki iş materiallarında mövcud olan qüsur aktlarından görünür ki, avtomobilin nəinki qabaq, həmçinin bütün şassisi sıradan çıxmışdır. Məhkəmə, ümumiyyətlə, nəyə görə 1-ci ekspert rəyinə əsaslanmadığını, ancaq 2-ci rəydə ümumi formada bütün aktlar üzrə verilmiş rəydə olan ən aşağı qiymətə əsaslandığını öz qərarında göstərməmişdir. Halbuki həmin qüsur aktının mötəbərliyi sual altındadır.
18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dövlət rüsumunun tutulması və avtomobilin əmtəə dəyərinin düşməsi hissəsində qismən ləğv edilməsini və həmin hissədə tələbin təmin edilməməsini xahiş etmişdir.
19. Cavab dehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Buna baxmayaraq məhkəmə cavabdehdən məhkəmə xərclərini iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib deyil, tam təmin edilmiş hissəsinə uyğun hesablamışdır. İddia tələbi avtomobilin əmtəə dəyərinin düşməsi hissəsində əsassız olduğundan rədd edilməli və həmin hissədə təmin edilməməli idi. Belə ki, iddiaçı iddia tələbində buraxılış ili onun avtomobili ilə eyni olan “X3” markalı avtomobilin dəyərinin “turbo.az” avtomobil saytında 55.000 mаnаtdаn aşağı olmamasını qeyd edərək, avtomobilə dəymiş zərər nəticəsində avtomobilin əmtəə dəy ərindən 10.000 manat düşməsini göstərir. Bu zaman iddia tələbində özünə, yəni İddiaçı məxsus olan “X3” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ABŞ bazarından xx.xx.2021-ci il tarixdə hərrac vasitəsilə 12.050 ABŞ dollarına alınması zamanı onun qabaq və arxa hissələrindən qəzalı vəziyyətdə olmasını məhkəməyə bildirməmişdir. Bu fakt məhkəmə tərəfindən təsdiq edilmişdir. Məhkəmə iddiaçıya məxsus olan “X3” markalı, 2020-ci il buraxılışlı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin əmtəə dəyərini hesablayarkən normal vəziyyətdə saxlanılmış “X3” markalı, 2020-ci il buraxılışlı avtomobili nəzərə alaraq bazar dəyəri hesablamışdır. Lakin İddiaçı məxsus olan “X3” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil normal vəziyyətdə saxlanılmamış, ABŞ bazarından xx.xx.2021-ci il tarixdə hərrac vasitəsilə 12.050 ABŞ dollarına alınması zamanı qabaq və arxa hissələrindən qəzalı vəziyyətdə olmuşdur.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4956/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), C.Musayeva və G.Axundova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində, yəni iddiaçıya məxsus olan “X3” markalı, 2020-ci il buraxılışlı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin məbləği hissəsində dəyişdirilməsi, dəymiş maddi zərərin məbləğinin 13.110 (on üç min yüz on) manat müəyyən edilməsi qət edilmişdir.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutların məcmu şəkildə dəyərləndirilməsini düzgün aparmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş, ondan qısa müddət sonra, yəni hələ avtomobil təmir edilərək əvvəlki vəziyyətinə qaytarılmamışdan öncə ona dəymiş zərərin müəyyən olunması məqsədilə “MY Auto Service” tərəfindən qiymətləndirmə aparılmış və xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən İddiaçı idarə etdiyi “X3” markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın miqdarı 22.838,50 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən fakt öz əksini Bakı şəhəri Nərimanov RPİ HK-1-də xx.xx.2023-cü il tarixdə toplanmış material üzrə cinayət i şinin başlanmasının rədd edilməsi barədə qərarda da tapmış, həmin qərar, o cümlədən qərarda dəymiş zərərin miqdarı ilə bağlı müəyyən olunan hal hər hansı formada mübahisələndirilməmişdir. Halbuki bundan sonra istər qüsur aktlarında, istərsə də keçirilmiş ekspertiza tədqiqatlarında avtomobilə baxış keçirilməmiş və buna görə də qiymətləndirmə nəzəri hesablama yolu ilə aparılmışdır. Həmçinin, “X4” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, həmin akt müstəqil araşdırma aparılaraq tərtib olunmuş bir mütəxəssis rəyi olmamaqla birlikdə sadəcə sözügedən markalı avtomobilin ehtiyat hissələrinin ayrılıqda qiymətini əks etdirir və real yol-nəqliyyat hadisəsinin nəticəsində dəymiş zərərin qiymətləndirilməsini özündə ehtiva etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən, “My Auto Service” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü tarixli qüsur aktına əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı, “X3” markalı, **-CR-*** qeydiyyat nişanlı avtomobilin təmir - bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18.110,0 manat müəyyən edilmişdir.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin hallarına uyğun olaraq, hesablanmış zərərin 5000 manatın Cavabdeh icbari sığortası tərəfindən İddiaçı ödənilmişdir. Buna əsasən, qətnamə dəyişdirilərək, avtomobilə dəymiş zərər məbləği olan 18.110 manat puldan ödənilmiş 5000 manat sığorta ödənişi çıxdıqdan sonra qalan 13.110 manat pul vəsaiti cavabdehdən alınmalıdır.
23. Məhkəmə k ollegiyası, apelyasiya şikayətində avtomobilin əmtəə dəyərinin düşməsi ilə bağlı iddianın əsassız olduğunu qeyd edərək, qeyd etmişdir ki, qəzaya uğramamış və ya daha əvvəl yüngül zədələrə məruz qalmış avtomobillə zədələnmiş avtomobilin əmtəə dəyəri arasında fərq olması gözlənilən bir haldır. Belə avtomobillərin bazarda satış qiymətləri müxtəlif ola bilər. İstintaq çərçivəsində aparılan ekspert tədqiqatlarında da avtomobilin zədələnməsi və aşınması (amortizasiya) nəzərə alınaraq, avtomobilin əmtəə dəyərindən 5% - 2200,0 manat (44.000,0 manat x 5%) azalma olmasının mümkünlüyü istisna edilməyib. Beləliklə, kollegiya işin müəyyən edilmiş halları ilə avtomobilin əmtəə dəyərinin 2200 manat düşməsini təsbit edərək, cavabdehin mötəbər sübutlarla təkzib etmədiyini nəzərə alaraq, apelyasiya şikayəti nin bu hissəsinin əsassız olduğunda görə təmin edilməməsini qərara almışdır.
24. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və kassasiya şikayətində göstərilən hallar nəzərə alınaraq işin yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
26. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü avtomobili satması barədə dəlili sübutlar ın saxtalaşdırılmasına yönəlmişdir. Belə ki, iddiaçı qəzadan sonra avtomobilinə heç bir xərc çəkmədən qəzalı vəziyyətdə 25.000 manata satdığını məhkəmədə bildirdiyindən həm cavabdeh, həm də məhkəmə ona inanmışdır. Lakin, iddiaçının və onun nümayəndəsinin məhkəmədə verdiyi ziddiyyətli ifadələrindən sonra şübhələr yaranmış və bu səbəbdən onun tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə iddiaçıya avtomobilin alqı-satqısına dair məlumatların təqdim edilməsi barədə sorğu göndərilmişdir. Həmin sorğuya verilən cavabda “X3” markalı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə iddiaçının adına qeydiyyata alındığı, qeyd olunan nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixdə mülkiyyətçisi dəyişdirilmədən yeni **-HQ-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq BB572882 nömrəli qeydiyyat şəhadətnaməsi verilməsi qeyd edilmişdir. Bu hal isə iddiaçının qeyd olunan avtomobili 25.000 manata satması barədə bildirdiyi məlumatın yalan olduğunu, avtomobili satmadığını və avtomobilin təmiri üçün dəymiş zərərin hesablanmasının qarşısını suni şəkildə almasını göstərir.
27. Cavabdeh həmçinin qeyd etmişdir ki, iddiaçı avtomobilini 25.000 manata satmasına dair sübutları apellyasiya məhkəməsinin baxışında təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/7020 nömrəli ekspert rəyində də iddiaçıya məxsus olan “X3” markalı avtomobilin baxışa təqdim edilməməsi səbəbindən ilk dörd sualın cavablandırılmaması qeyd edilmişdir.
28. Cavabdeh həmçinin qeyd etmişdir ki, məhkəmə kollegiyası “My Auto Service” tərəfindən tərtib edilmiş qüsur aktını əsas götürərək bildirmişdir ki, həmin akt cavabdeh tərəfindən mübahisləndirilməmişdir. Cavabdeh tərəfdən həmin aktın mübahisələndirilməsi, o cümlədən 12.050 manat puldan icbari sığorta tərəfindən ödənilən 5000 manatı çıxmaqla, qalan 7050 manatı ödəməyi iddiaçıya təklif etməsi, "xxxx" MMC, “My Auto Service” tərəfindən tərtib edilmiş qüsur aktlarını cavabdehin iddia tələbi üzrə baş tutan məhkəmə icraatında həmin aktlarda qiymətlərin həddən artıq şişirdilməsi barədə bildirdiyi etirazları, məhkəməyə təkrar ekspertiza barədə verdiyi vəsatəti ilə təsdiqlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublik asının Mülki Məcəlləsi
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
32. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının z ərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
36. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək tə hlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhd əsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübu t olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Qətnamədən yalnız cavabdeh kassasiya şikayəti verdiyindən onun dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Cavabdeh kassasiya şikayətində iddiaçının avtomobilinə dəymiş ziyanın düzgün hesablanmadığı və iş üzrə istinad edilmiş mütəxəssis və ekspert rəyinin yanlış olduğunu, iş üzrə təkrar ekspertiza keçirilməli olduğunu qeyd etmişdir.
47. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan məbləğ işdə olan mütəxəssis və ekspert rəylərinin qarşılıqlı qiymətləndirilməsi ilə müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsası nda keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
49. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
50. Apellyasiya məhkəməsi işdə olan mütəxəssis və ekspert rəylərini ətraflı qiymətləndirmiş, onlardan hansının mötəbər, hansının qeyri-mötəbər olması barədə müvafiq əsaslandırma aparmış, iş üzrə təkrar ekspertiza keçirilməsinə əsaslar müəyyən etməmişdir.
51. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, k assasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
52. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişiklik edilmədən saxlanıl malıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4956/2024 nömrəli, 11 sentyabr 2024-cü il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.