Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2912/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul mübahisəsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6367/2020 nömrəli, 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddi açı cavabdehə 8500 manat borc pul vermiş, bu barədə cavabdehdən qəbz almışdır. Borcun qaytarılması vaxtından keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmadığından əvvəlcə polis idarəsinə, sonra isə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8500 (səkkiz min beş yüz) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: o, Cəbrayıl rayonundan məcburi köçkün düşərək ailəsi ilə birlikdə Yasamal rayonuna gəlmişdir. Cavabdehi əvvəldən tanımış, münasibətləri normal olmuş və heç bir düşmənçilikləri olmamışdır. Cavabdehin pula e htiyacı olduğu üçün ondan pul istəmiş və qısa bir müddətdə qaytaracağını söz vermişdir. O, onu sakit bir insan bildiyinə və neçə illər tanıdığına görə ona köməklik etmək qərarına gəlmiş və bildirmişdir ki, tanış və yaxın qohumlarından pul toplayıb ona kömək edə bilər. Cavabdeh ondan pul xahiş edəndən bir həftə sonra təkrar zəng edərək, pulun hazır olubolmamasını soruşdu. O, da ona bildirdi ki, pul hazırdır və ofisdə onu gözləyir. O, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən alqı-satqı ofisinə gələrək, ona Əli Hüseynov adlı şəxsin yanında 07 noyabr 2018-ci il tarixdə 8500 (səkkiz min beş yüz) manat pulu sayıb vermişdir. Cavabdehə bildirmişdir ki, ona bu pulu borc verir, amma ondan xahiş etmişdir ki, əl yazısı ilə ona qəbz yazıb imzası ilə təsdiq etsin ki, o, qəbzi özündə saxlasın. Cavabd eh də qəbzi yazıb ona vermişdir. Cavabdeh qəbzdə göstərmişdir ki, “Mən Abbasov X1 Nəsib İmran oğlundan şəxsi işlərimlə bağlı əl borcu olaraq 8500 manat pul almışam.” Borcu qaytarmaq vaxtı 31.01.2019-cu ilə qədər müəyyən edilmiş, həmçinin şahid Hüseynov Əli ilə birgə hər biri qəbzi imzalamışlar. Qəbzi şahid Əli Hüseynov da imza etmiş və cavabdehə dəstək olduğuna görə ona minnətdarlıq etmişdir. Pulu verdikdən sonra cavabdehlə yenə həmişəki kimi əlaqələri yaxın olmuş, bir-biri ilə münasibətləri normal olmuşdur. Cavabdehin dediyi vaxt tamam olmuş, bunun üstündən bir aydan artıq vaxt keçsə də o, pulu qaytarmamışdır. O, cavabdehə zəng edib narahat etməmişdir ki, yəqin pulu qaytarmağa imkanı yoxdur. Təxminən iki aydan sonra ona zəng edib pulun qaytarılmasını tələb edəndə, onu müxtəlif bəhanələrlə aldatmağa başlamış və hər ay vaxtı uzatmağa çalışmışdır. Artıq ona aydın olmuşdur ki, o, pulu qaytarmaqdan boyun qaçırır. O da, rəsmi olaraq Bakı şəhər Baş Polis idarəsinə şikayət ərizəsi yazmış və ərizə araşdırılması üçün Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə göndərilmişdir. Polisdə izahat və ifadəsi alınmış, amma cavabdehə rəsmi qaydada çağırış göndərilsə də o, polis şöbəsinə gəlməmişdir. Ona tövsiyə olunmuşdur ki, hüquqları pozulduğu üçün məhkəməyə müraciət edib məhkəmə qaydasında pulunu tələb edə bilər. Göstərilən müddətdən xeyli vaxt keçmiş olsa da cavabdeh öhdəliyi bu günədək icra etsin. Cavabdehə borcun qaytarılması ilə əlaqədar dəfələrlə müraciət etmiş olsa da, o, müraciətlərini cavabsız qoymuşdur. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişd ir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2(004)1803/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim A.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh 6.700 (altı min yeddi yüz) manat məbləğində borc pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.3, 220.4, 386, 427, 429, 442, 448-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, iş No 2(103)-6367/20 saylı mülki iş) Cavabdeh tərəfindən verilmiş apely asiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2(004)1803/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: cavabdeh aldığı borc pulun böyük hissə sini qaytarmış, bunu təsdiq edən şahidlər var, vəsatətlə məhkəməyə müraciət etsə də, məhkəmə şahidlərin dindirilməsini təmin etməmişdir. O, iddiaçıdan 7.000 manat borc pul aldığını, həmin puldan iki dəfəyə 3.200 və 3.600 manat olmaqla, ümumilikdə 6.800 manatını qaytardığını, iddiaçıya cəmi 200 manat borcunun qaldığını qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır.
14. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. Məhkəmə kolleg iyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin
15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
17. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişd irilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
23. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında borc münasibətləri mövcud olmuşdur. 07.11.2018-ci il tarixli qəbzlə İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış, 8500 manat pul İddiaçı tərəfind ən Cavabdeh verilmişdir. Qəbzi həmçinin şahid qismində Hüseynov Əli adlı şəxs imzalamışdır.
24. Cavabdeh 3200 manat pulu İddiaçı şahid X2 vasitəsilə qaytardığını bildirsə də, həmin pulun qaytarılması ilə bağlı hər hansı qəbz və ya digər sənəd məhkəməyə təqdim edə bilməmişdir.
25. Eyni zamanda cavabdeh 2019-cu ilin fevral ayında 2000 manat pulu, bundan 5-10 gün sonra isə daha 1000 manat pulu (100 və 50 manatlıq əskinaslarla) iddiaçıya çatdırması üçün Əli Hüseynova verdiyini bildirmiş, şahid Əli Hüseynov isə ifadəsində 3000 manat pulun Cavabdeh tərəfindən ona bir dəfəyə (50 ədəd 20 manatlıq və 10 ədəd 100 manatlıq) verildiyini, qalan 200 manatı isə onun özü cibindən verdiyini bildirmişdir. O, pulu cavabdehdən axşam götürdüyünü və səhəri gün aparıb iddiaçıya verdiyini demiş, cavabdeh isə pulu Əli Hüseynova səhər saat 12.00 radələrində verdiyini bildirmişdir. İddiaçı isə ona həmin pulun verilmədiyini bildirmişdir. Apelyasiya Məhkəməsi cavabdehin təqdim etdiyi həmin sübutların ziddiyyətli olmasına istinad edərək haqlı olaraq onları mötəbər sübut kimi dəyərləndirməmişdir.
26. Eyni zamanda, iddiaçı borc verdiyi puldan 1500 manatının müqavilədə bankın faiz borcu kimi nəzərdə tutulduğunu, əslində cavabdehə 7000 manat pul verdiyini və həmin puldan 300 manatının ona qaytarıldığını göstərmişdir. Məhkəmə haqlı olaraq iddiaçının etiraflarından çıxış etmiş və tutulmalı olan pul məbləğini müəyyən etmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehə pul verməsini sübuta yetirmişd ir, bu halı cavabdeh özü də etiraf etmişdir. Ona görə iddiaçı bu vəzifəni sübutetmə vəzifəsindən azad olunur. Növbəti sübutetmə mərhələsi cavabdehə keçir. Verlinə pulun iddiaçıya qaytarılması halını cavabdeh sübut etməlidir. İddiaçı bu halı qismən etiraf edir. Qalan məbləğin qaytarılmasını cavabdeh sübuta yetirə bilmir.
28. Bundan başqa, cavabdehin nəzərinə çatdırılır ki, sübutlar 1-ci instansiyası məhkəməsinə təqdim edilməlidir. Faktı təsdiq edən şahidlər də sübut olaraq həmin itsnasiyada təqdim edilməlidir. Apelyasiya Məhkəməsi sübutları o halda qəbul edir ki, onu təqdim edən sübutları ondan asılı olmayan səbəblərdən 1-ci instansiya məhkəməsinə təqdim edə bilməməsini sübuta yetirmiş olsun.
29. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və pr osessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6367/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.