Məhkəmə qərarları › İş №2(102)-2912/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2912/2023

04.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2912/2023 04.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi, mülkiyyətçinin hüquqları, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X6 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı tikililərin sökülüb götürülməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1480/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Şəmkir rayonu, Sarıtəpə kəndində 0.12 hektar torpaq sahəsi xx.xx.2016-cı il tarixdə alqı satqı-müqaviləsi əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-1453/2017 saylı qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh xx.xx.2016-cı il tarixli çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmiş və cavabdehin Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 0.08 ha hissəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Gəncə Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(104)-1132/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-6051/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir.

3. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1084/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi iddiaçı Cavabdehlər İddiaçı, Şəmkir rayon notariat ofisi və Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – Reyestr xidməti) 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3441/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə sonuncu qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Reyestr xidmətinin 11 saylı Şəmkir ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış əsasında mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsindən cavabdeh tərəfindən inşa edilmiş tikillərin sökülüb götürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh ona məxsus torpaq sahəsində tikililər inşa etdirmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh ona məxsus torpaq sahəsində inşa edilmiş tikililəri söküb götürməkdən imtina etmişd ir. Ona görə də məhkəməyə muraciət etmək məcburiyyətində qalmışdır.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi cavabdehin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində cavabdehin əri Vəli Nağıyev tərəfindən 1990-cı ildə fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı mübahisəli 0.12 ha torpaq sahəsinə dair saxta alqı-satqı müqaviləsinə əsasən, 2016-cı ildə dövlət reyesterindən çıxarış almışdır. Cavabdeh uzun müddətdir ki, mübahisəli torpaq sahəsindən istifadə etmiş və ona məxsus tikililər qanuni əsaslarla inşa edilmişdir.

7. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)-284/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Mustaf ayev) iddiа təmin edilmiş, xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçının mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinin 0.084 ha hissəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülərək götürülməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.084 ha hissəsində tikililər inşa etdirmişdir. Cavabdehin qeyd edilən torpaq sahəsinə hər hansı qeydə alınmış hüququ yoxdur və onun həmin torpaq sahəsində tikili inşa etdirməsi və istifadə etməsi iddiaçının mülkiyyət hüququnu pozur.

9. Bundan başqa, məhkəmə mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikililə rin inşa edilməsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçıya məxsus torpaq sahəsinin 0.084 ha sahəsinin cavabdeh tərəfindən istifadə edildiyi və orada yaşayış evinin, tövlənin və digər yardımçı tikililərin inşa edildiyi müəyyən edildiyindən həmin halların hazırkı məhkəmə prosesində mübahisələndirilməsinə və yenidən sübut edilməsinə ehtiyac yoxdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 146.1, 152.5, 157.2, 180.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 66(2)-cı, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin ( bundan sonra – MPM) 14.2, 82.3, 88, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, 2012-ci ildə onlara məlum olmuşdur ki, iddiaçı X2 məxsus 0,12 ha həyətyanı torpaq sahəsini saxta alğı-satqı müqaviləsi ilə almış və həmin torpaq sahəsinin 0,03 ha hissəsi ona məxsus torpaq sahəsinin üzərinə düşür. X3 bildirmişdir ki, torpaq sahəsini xx.xx.2006-cı il tarixdə X1, lakin ata adında Huday yazıldığı üçün sənədləşmənin aparılması mümkün olmamışdır. Daha sonra o, X4 ilə xx.xx.2006-cı il tarixdə X9 və iddiaçı arasında olan hər iki saxta alğı-satqı müqaviləsini əldə etmişdir. İddiaçı isə 2016-cı ildə həmin saxta alğı-satqı müqaviləsi əsasında çıxarış almışdır. 2012-ci ildə olan məhkəmə mübahisəsində isə mütəxəssis və ekspert rəyində 0,03 ha torpaq sahəsinin onun torpaq sahəsinin üzərinə düşdüyü qeyd olunsa da, 2018-ci ildə Şəmkir Rayon Məhkəməsi onun 0,12 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarmışdır.

13. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə cavabdehin onun mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin 0,08 ha hissəsini zəbt etməsi halı müəyyən edilmiş və cavabdehin həmin sahədən çıxarılması qət edilmişdir. Cavabdeh zəbt etdiyi həmin sahədə tikililə r inşa etmişdir ki, bu da onun mülkiyyət hüququnu maneəsiz həyata keçirməsinə əngəl törədir.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1480/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, hazırda qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə cavabdehin iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin 0,08 ha hissəsinin zəbt etməsi və həmin sahədə tikililər tikməsi (yaşayış evi, tövlə və digər yardımçı tikililər) faktlarının mövcudluğu müəy yən edilmişdir. Cavabdeh heç bir hüquqi əsası olmadan, qanunsuz və əsassız olaraq iddiaçıya məxsus 0,08 ha torpaq sahəsini zəbt edərək, orada tikililər tikməklə iddiaçının mülkiyyət hüququna qanunsuz müdaxilə etmiş, bununla da iddiaçı öz mülkiyyətinin bir hissəsindən məhrum edilmiş, həmin sahədən istifadə və sahibliyi həyata keçirə bilməmişdir ki, bu da onun konstitusiya hüquqlarının pozulmasına səbəb olmuşdur.

16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.5, 157.2, 157.4-cü, MPM-in 82.3, 372.1, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, 2012-ci ildə olan məhkəmə mübahisəsində isə mütəxəssis və ekspert rəyində 0,03 ha torpaq sahəsinin onun torpaq sahəsinin üzərinə düşdüyü qeyd olunsa da, 2018-ci ildə iş üzrə məhkəmələr onun 0,12 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarmışdır. Belə ki, Reyestr xidmətinin 11 saylı Şəmkir ərazi idarəsi tərəfindən torpaqların yerinin müəyyən edilməsi zamanı müəyyən sürüşdürmələr edilmiş, mütəxəssislər yerində olmamış və işlərini lazımi qaydada yerinə yetirə bilməmişlər. Çünki, onun evi 1990-cı ildə inşa edilmiş, digər şəxslərə isə torpağın verilmə si 2006-cı ildə baş vermişdir. Əgər onun evi iddiaçının torpağın mülkiyyətinə verilməsinə dair çıxarış aldıqdan sonra inşa edilsə idi, bu zaman cavabdeh sözügedən torpaq sahəsini zəbt etmiş olardı.

19. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.1, 560.1, 560.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

24. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qe ydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

25. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 157.4. Əgər mülkiyyət ə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

28. Maddə

180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanı na bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsi

29. Maddə

66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Mülki Prosessual Məcəllə

30. Maddə 1 4.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

34. Maddə

88. Məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı

39. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkz ib edilməsinin mümkünsüzlüyü deməkdir.

40. MPM-in 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Baxılan iş üzrə iddiaçı mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülüb götürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh ona məxsus torpaq sahəsində tikililər inşa etdirmiş, dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh həmin tikililəri söküb götürməkdən imtina etmişdir.

42. Cavabdeh isə iddiaya etirazını onunla əsaslandırır ki, Şəmkir rayonu Sarıtəpə kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində əri Vəli Nağıyev tərəfindən 1990-cı ildə fərdi yaşayış evi inşa edilmişdir. İddiaçının torpaq sahəsini əldə etdiyi alqı-satqı müqaviləsi saxtadır. Uzun müddətdir ki, mübahisəli torpaq sahəsindən istifadə edir və onun üzərindəki tikililər qanuni əsaslarla inşa edilmişdir.

43. Birinci və apellyasiya instansiyası məhkəmələri hazırkı iş üzrə tərəflər arasında torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərarında “iddiaçıya məxsus torpaq sahəsinin 0.084 ha sahəsinin cavabdeh tərəfindən istifadə edildiyi və orada yaşayış evinin, tövlənin və digər yardımçı tikililərin inşa edildiyi”nin müəyyən olunduğunu və həmin halın MPM-in 82.3-cü maddəsinə əsasən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olduğunu nəzərə alaraq iddianı təmin etmişdir.

44. Məhkəmə kollegiyası qeyd etməzi zəruri hesab edir ki, MPM-in 82.3-cü maddəsinə və həmin maddənin rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. MPM-in 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

45. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 82.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktlar preyudisial qüvvəyə malikdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Bu baxımdan prosessual qanunvericiliyə əsasən yalnız birinc i və apellyasiya instansiya məhkəmələri işin hallarını müəyyən etmək səlahiyyətinə malik olduqları üçün kassasiya instansiya məhkəməsinin mülki məhkəmə icraatı üzrə qəbul etdiyi aktlar preyudisiallıq xüsusiyyətinə malik ola bilməz.

46. Baxılan iş üzrə məhkəmələr iddiaçının cavabdehə qarşı torpaq sahəsindən çıxarılma tələbi üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığına dair mövqelərini əsaslandırmaq üçün həmin işdəki kassasiya instansiyası məhkəməsinin aktına istinad etmişdir. Qeyd olunan iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1453/2017 saylı, 09 iyun 2017-ci il tarixli qətnaməsinin surəti iş materiallarında mövcud olsa da, həmin məhkəmə aktında hazırkı iş üzrə məhkəmələr tərəfindən istinad edilən hal müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin surəti isə işə əlavə edilməmişdir.

47. Halbuki iddianın əsasını mübahisəli tikililərin məhz cavabdeh tərəfindən inşa edildiyi təşkil etdiyi, cavabdehin etirazı isə tikililərin əri tərəfindən 1990-cı ildə inşa edildiyi və həmin dövrdən onların istifadəsində olduğu ilə əsaslandırıldığı üçün baxılan iş üzrə mübahisənin qanuni həlli baxımından sökülməsi tələb olunan tikililərin kim tərəfindən və nə zaman inşa edildiyi, iddiaçının torpaq sahəsini əldə edərkən həmin tikililərin torpaq sahəsi üzərində mövcud olub-olmadığı, torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin həmin tikililərin inşasına razılıq verib-vermədiyi mühüm əhəmiyyətə malik olmuşdur.

48. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun ira dəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, Mülki Məcəllənin 157.2, 157.4 və 180-ci maddələrinə əsasən mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini tələb etmək hüquqları qanunla tanınır.

49. Çünki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır.

50. Lakin nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin (o cümlədən əvvəlki mülkiyyətçinin) razılığı əsasında inşa edən şəxsin hərəkətləri mülkiyyətçiyə (o cümlədən yeni mülkiyyətçiyə) münasibətd ə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır.

51. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin həmin binada yaşamasına şərait yaratması, əldə edənin torpaq sahəsini tikililərin başqa şəxs tərəfindən inşa edildiyini və istifadə olunduğunu bilsə də, etirazsız qəbul etməsi və s).

52. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb özünün və ya əvvəlki mülkiyyətçinin verdiyi razılığı sonradan geri götürərək, tikililərin sökülməsini tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Baş qa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır.

53. Buna baxmayaraq hazırkı işə baxarkən məhkəmələr MPM-in 14-cü maddəsinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, bunun üçün işdə iştirak edən şəxslərlə zəruri müzakirələr aparmadan, məhkəmə aktlarının preyudisiallığına MPM-in 82.3-cü maddəsinin tələblərinə uyğun olmadan istinad etməklə iddianı təmin etmişdir.

54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxı şına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə və ifadə edilmiş hüquqi mövqelərə uyğun yeni məhkəmə aktı qəbul edilməlidir.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1480/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar