Məhkəmə qərarları › İş №2(102)-2912/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2912/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2912/2024 30.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin forma və məzmuna uyğun olmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2872/2024 nömrəli, 02 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən mənimsənilən 2.500 manatın, 2016-cı ildən qaytarılmayan faizlərin, yəni cəmi 14.380 manatın və 134 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, cavabdeh Banka qoyduğu pulların müqabilində faiz formasında ödənilməli olan, lakin cavabdeh tərəfindən mənimsənildiyi üçün, indiyədək ödənilməmiş, cəmi 7.027,96 manat pul vəsaitinin və ödədiyi 208 manat dövlət rüsumunun, ümumilikdə 9.065,96 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulma sı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbinin həcminin azaldılması barədə ərizəsinin “xahiş etdi” hissəsində 8.857,96 manat mexaniki səhv olaraq 7.027,96 manat göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDiLMiŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-72/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(103)-2872/2024 nömrəli, 02 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması və ödənilmiş dövlət rüsumunun apellyatora aid edilməsi qət olunmuşdur.

7. İddiaçı (Vəkil) qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 8.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamə nin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 9.Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığ ı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4.şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.

10. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nə ticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

11. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

12. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

13. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

14. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasi ya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, iddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

16. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna mal ik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

17. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. İş materialları araşdırılarkən məlum olur ki, iddiaçının kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi nin qətnaməsininin tarixi və nömrəsi düzgün qeyd olunmamışdır. Belə ki, kassasiya şikayəti Ali Məhkəməyə deyil, Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış, kassasiya şikayətinin “şikayət verən şəxsin tələbi” hissəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2510/2023 nömrəli, 02 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul olunması xahiş edilmişdir.

18. Belə olan halda iddiaçının kassasiya şikayətində qeyd olunan tələbini, yəni nəyi mübahisələndirdiyini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi hazırki kassasiya şikayətində şikayəti verən şəxsin tələbi aydın olmamaqla, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş formada tərtib edilməmişdir.

19. Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsində Əlavə 3-ün “kassasiya şikayəti verən şəxsin tələbi” adlı 9-cu bəndində göstərilmişdir ki, bu hissədə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.

20. Buna görə də apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

21. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmuna uyğun olmaması), apellyasiya instansiyası məhkəməsi tərəfi ndən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

23. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

24. Göstərilənlərə əsasən m əhkəmə kollegiyası hesab edir ki, iddiaçının (Vəkil) kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

25. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 407-409-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2872/2024 nömrəli, 02 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar