Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2914/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa (Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin” c “bəndinə əsasən), məcburi işburaxmaya görə əməkhaqqı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)2521/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış və 1994-ci ildən bu günə kimi 2-ci qrup Qarabağ əlilidir. 1996-cı ildən Cavabdeh1 İB-nin Nəsimi rayon qaz istismarı İdarəsində Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsində işləməyə başlamışdır.
2. İndiyədək müdiriyyət tərəfindən ona qarşı heç bir intizam tədbiri tətbiq edilməmişdir. Buna baxmayaraq, rəhbərlik 2 dəfə onu əlilliyinə əsaslanaraq heç bir əsaslı səbəb olmadan işdən çıxarmış və sonuncu dəfə Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)7286/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1nə qarşı “əmrin ləğvi, işə bərpa və vurulmuş mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbi qismən təmin edilmiş, Əmək qanunvericiliyind ə nəzərdə tutulmuş prosedur qaydalara əməl edilmədiyindən Cavabdeh1 İB tərəfindən tərtib edilmiş iddiaçının tutduğu peşə və iş rejimindən uzaqlaşdırılmasına dair olan 01 avqust 2019-cu il və 02 avqust 2019-cu il tarixli əmrlər ləğv edilmiş, İddiaçı Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə texniki istismar xidməti, Qaz avadanlıqlarının təmiri və istismarı üzrə (12 saatlıq iş rejimində) vəzifəsinə bərpa edilmişdir.
3. Birliyin rəhbərliyi tərəfindən onunla bağlı “əmək müqaviləsinə xitam verilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1 k-893/2023 saylı əmr imzalanmışdır. Əmrdə “əmək müqaviləyə xitam verilməsinin əsası” kimi “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq a ltı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi” bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İB-nin 11 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1 k-893/2023 saylı əmrinin ləğv edilməsinə, öz vəzifəsinə bərpa olunmağına və işə bərpa olunan günədək məcburi iş buraxmaya görə ona əmək haqqının, eləcə də bu müddət ərzində işdə olduğu halda ala biləcəyi olan bütün mükafat kimi ödəniləcək pul vəsaitinin (Neftçilər günü, Zəfər Bayramı ödənişinin) tam şəkildə və ona dəyən maddi-mənəvi ziyana görə 2000 manat kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizə si işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, Məhkəmənin Azərbaycan Respublikasının adından çıxardığı qətnamələrlə onun hər dəfə işə bərpa olunmağı rəhbərlik tərəfindən həddindən artıq qıcıq yaradır və illər ərzində iddiaçının hər hansı bir əsaslı səbəblə işdən çıxarılmağı üçün bəhanələr axtarılıb, lakin belə “fürsəti” onlara vermədiyi üçün Birliyin rəhbərliyi tərəfindən onunla bağlı “əmək müqaviləsinə xitam verilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1 k893/2023 saylı əmr imzalanmışdır. Cavabdehin guya iddiaçının əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməyi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi tamamilə qanunsuz və yalandır, belə ki, “əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi” dedikdə iddiaçının 6 ay ərzində xəstəliyi ilə bağlı stasionar və ya ambulator müalicə almağı və bununla bağlı iş yerinə xəstəlik vərəqələri verməyi nəzərdə tutulur. Halbuki iddiaçı son altı ayda bir dəfə də olsun xəstə olmamış, heç bir xəstəlik kağızını iş yerinə təqdim etməmişdir, son 6 ay ərzində daim işlədiyi ilə bağlı iş naryadları mövcuddur və belə bir “əsasla” iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi cavabdehin ona qarşı qərəzli münasibətindən və Qarabağ qazisi kimi ona qarşı ayrı-seçkiliyinin sübutudur. Qanunvericilik əlil vətəndaş kimi iddiaçının bütün hüquqlarını qorumasına baxmayaraq, cavabdeh qanunvericiliyin bütün tələblərini kobud surətdə pozaraq, yəni daim iş yerində olduğu halda onun saxta və uydurma bir əsasla işdən çıxarılmağı ilə b ağlı əmr imzalamışdır.
6. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, izahatında bildirmiş ki, 1996-cı ildən Cavabdeh1 İB-də işləyir, onun komissiyadan keçmək fikri yoxdur, çünki komissiyanın rəyində əmək qabiliyyətsizliyi müddətsiz müəyyən edilmişdir. O, üzərinə qoyulan vəzifələri icra edir, işindən qalmır, onunla əmək müqaviləsi bağlananda da onun barəsində eyni rəy mövcud olmuşdur.
7. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 İB-nin nümayəndəsi Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, həqiqətən iddiaçı işdə olmuşdur, lakin onun əmək qabiliyyətsizliyi ilə bağlı rəy mövcud olduğu üçün ona təkrarən Ə ƏSMN-dən Komissiyadan müayinədən keçmək təklif edilmiş, lakin iddiaçı imtina etmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK-in) sonuncu müayinəyə dair məlumatlarından müəyyən olunmuşdur ki, İddiaçı əmək qabiliyyəti yoxdur, əmək qabiliyyətsizdir və onun əmək qabiliyyətsizliyi barədə ƏƏSMN-nin TSEK-in sonuncu müayinə məlumatlarının “Əmək zəmanəti” hissəsində müvafiq qeydlər aparılmışdır. İddiaçının əmək qabiliyyətsizliyi barədə məlumatlar www.e-qov.az internet portalına yerləşdirildikdən sonra Cavabdeh1 İB İddiaçı “əmək zəmanətinin dəqiqləşdirilməsi” və “əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi” məqsədi ilə təkrar olaraq ƏƏSMN-nin Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (TSERA) müraciət etməsini tövsiyyə etmiş, TSEK-in sonuncu müayinəyə dair məlumatlarında “Əmək zəmanəti” hissəsində ən azından ‘‘oturaq işlərdə işləyə bilər”, “yüngül işlərdə işləyə bilər" və s. kimi qeydlərin aparılması barədə düzəlişlərin edilməsinə imkan vermişdir. Xülasə, iddiaçının əmək qabiliyyətsizliyi barədə TSEK-in müayinə məlumatları elektron hökümət portalına yerləşdirilən kimi Cavabdeh1 İB iddiaçını işdən azad etməmişdir. Lakin İddiaçı əmək zəmanətinin dəqiqləşdirilməsi və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədi ilə yenidən ƏƏSMN-nin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməkdən imtina etmiş, son 6 aydan çox müddətə əmək qabiliyyəti olmadan (əmək qabiliyyətsiz) fasiləsiz olaraq Cavabdeh1 İB- də işləmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəs inə əsasən əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Qeyd olunan qanunvericiliyin tələbləri nəzərə alınaraq, Cavabdeh1 İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-893/2023 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi barədə 14 aprel 2023-cü il tarixli, 31 may 2023-cü il tarixli və 05 iyun 2023-cü il tarixli çıxarışlarda qeyd olumuşdur ki, İddiaçı müddətsiz ikinci dərəcə əlilliyi olmaqla, ona döş qəfəsinin sağ yarısının dəlib keçən güllə yaralanmasının qal ıq əlamətləri Vİ Vİİ barmaqların sınığı, Sağ evi ciyərin ortasında yad cisim diaqnozu qoyulmuş və əmək qabiliyyətsiz hesab edilmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-7897/2023 nömrəli 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia tələbi təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə mövqeyini belə əsaslandırmışdır ki, əvvəlki icraat üzrə qəbul edilmiş qətnamədə qeyd olunmuşdur ki, Cavabdeh1 İB-nin qaz avandanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsində işləyən 2-ci dərəcəli əlil İddiaçı işə yararlılığının müəyyən edilməsi barədə məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində baxılmışdır. İddiaçı ağır fiziki işlər əks göstərişdir, əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilməsi ilə bağlı cavab vermişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12, 16-cı, Əmək məcəlləsinin 7, 11, 46, 54, 74, 84-cü, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayətini verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apelyasiya şikayəti cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahata istinadən onunla əsaslandırılmışdır ki, əlilliyi olan şəxs əmək qabiliyyətsiz hesab edilərkən onun səhhəti peşə vəzifələrini də yerinə yetirməyə mane olur, başqa şəxslərin və işçilərin də səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törədir. Bundan başqa, web səhifədən iddia ərizəsinin iddiaçı tərəfindən imzalanmamış halda məhkəməyə təqdim edildiyi müəyyən olunmuşdur. İş materialları məhkəmənin hakiminə təhvil verildikdən sonra hakim qeyriprosessual münasibətlərə yol verərək iddia ərizəsini iddiaçı tərəfə imzalatmış, iş üzrə potensial cavabdeh olan Cavabdeh1 İB-nın hüquq və mənafeyini pozmuşdur. İddia ərizəsinin baxılmamış saxlanması barədə məhkəməyə vəsatət verildikdə, məhkəmə hakimi iddia ərizəsini tərəfə imzalatmaq hüququnun olduğunu bildirmişdir. Bu hal qanunvericiliyə ziddir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 İB-nin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərə k, onun dəlillərinə uyğun izahat vermiş və bildirmişdir ki, iddiaçının əmək qabiliyyətsiz olması iş materiallarında olan müvafiq rəyə əsasən müəyyən edilir. Belə olan halda isə iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi yolverilməzdir. Bununla da iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilmişdir. Bununla belə, nümayəndə izahatında təsdiq etmişdir ki, cavabdeh bütün bu müddət ərzində işdə olmuşdur.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, onun işi gün ərzində piyada gəzərək 20-25 sayğacın vəziyyətini vizual olaraq yoxlamaqdan və aşkar olunmuş pozuntu halları barədə məlumatın verilməsindən ibarətdir ki, o uzun müddətdir bu işinin tam asanlıqla və məsuliyyəti ilə yer inə yetirir, bu işdə hər hansı çətinliyi olmayıb və hazırda da yoxdur, cavabdeh artıq ikinci dəfədir ki, onu əsassız olaraq işdən çıxarmışdır. Göstərilənlərə əsasən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2521/2024 nömrəli 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Kazımov) Cavabdeh1 İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin nümayəndəsi iddiaçının işdə olduğunu və iş vəzifələrini yerinə yetirdiyini inkar etməmiş, laki n komissiyadan keçməli olduğu halda, komissiyadan keçmədiyinə görə onunla əmək müqaviləsinin ləğv edildiyini bildirmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 İB-nin sorğusuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti İddiaçı ağır fiziki işlər əks göstərişdir, əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilməsi ilə bağlı cavab vermişdir.
18. Göründüyü kimi iddiaçı işdə olduğu, əmək vəzifələrini icra etdiyi halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir. Halbuki qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam i tirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi müəyyən edilməli idi, başqa sözlə, cavabdehin həmin normaya istinadən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi üçün işçinin əmək qabiliyyətsizliyi ilə əlaqədar olaraq altı ay əmək müqaviləsi üzrə öz əmək funksiyalarını icra edə bilməməsi müəyyən olunmalı idi. Hazırkı işdə isə belə bir hal daha əvvəldən mövcud olmamışdır.
19. Apellyasiya şikayətində cavabdeh tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının məlumatlarını əsasən götürərək iddiaçının əmək qabiliyyətsiz olmasına istinad etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 İB-nin sorğusuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmət i İddiaçı ağır fiziki işlər əks göstərişdir, əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilməsi ilə bağlı cavab vermişdir.
37. Beləliklə hazırkı işin hallarından məlum olur ki, iddiaçı işdə olduğu, əmək vəzifələrini icra etdiyi halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi qanunvericiliyin tələblərinə aşkar zidd olmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7, 11, 46, 74 (1-ci hissə, “c” bəndi), 84-cü (1-ci hissə) maddələrinə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyniməzmunlu olub, onunla əsaslandırılmışdır ki, iddiaçı İİ qrup əlil olması əsası ilə əlaqədar işdən azad edilməmişdir. Həmçinin iddiaçının əmək qabiliyyətinə zəmanət verilmədiyi halda onun əmək qabiliyyəti olmadan iş yerində təhlükəsiz işləməsi qanuni deyildir, birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi yekun məhkəmə aktları qəbul edərkən bu və sair kimi arzuolunmaz halları nəzərə almamış, əmək qabiliyyətsiz bir işçini işə bərpa etməklə işəgötürən hüquqi şəxsi məsuliyyət qarşısında qoymuş və məhkəmələrin özü də bu məsuliyyətə birbaşa ortaq olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayəti ilə bağlı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
24. Maddə
7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 2-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır. 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yara ndıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun ol araq yazılı əmək müqaviləsi bağlanmalıdır.[15]
3. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.
4. Bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər.
5. İşçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtlər i, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir.
25. Maddə
11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək; ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması m əqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək.
2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.
26. Maddə
46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası
1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.
4. Əmək müqavilə si on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
5. Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu and an onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur.
6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidə n tərtib olunaraq təsdiq edilir.
27. Maddə 74. (1-ci hissə, “c” bəndi). Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə xitam verilir.
28. Maddə 84. (1-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəali yyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məh kəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiya sı kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə ə sasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 30 aprel tarixli 2(103)2521/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.