Məhkəmə qərarları › İş №2(102)-2914/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2914/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2914/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi, Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoru, 2 saylı Gəncə Regional Cavabdeh3 Mərkəzinin Notariat Ofisi və Gəncə şəhər 2 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Maraqlı şəxs1, Maraqlı şəxs2 Abbasqulu oğlu, Cavabdeh5, Maraqlı şəxs3 cəlb edilməklə) qarşı iş üzrə QƏRARI (Açar sözlər: icra qeydinin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ib arət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi, Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoru, 2 saylı Gəncə Regional Cavabdeh3 Mərkəzinin Notariat Ofisi və Gəncə şəhər 2 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 Abbasqulu oğlu, Cavabdeh5, Maraqlı şəxs3 olmaqla) icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3264/2025 nömrəli, 2025-ci il 2 iyun tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Maraqlı şəxs3 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, 15.*** ABŞ dolları məbləğində pul vəsaitini xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermiş, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli sazişə əsasən, kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış, sonradan xx.xx.2019-ci il tarixli saziş bağlanaraq, kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır.

2. Maraqlı şəxs1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, 25.*** manat məbləğində pul vəsaitini xx.xx.2022-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermişdir.

3. Maraqlı şəxs1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, 15.*** manat məbləğində pul vəsaitini xx.xx.2022-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermişdir.

4. Cavabdeh5 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, 34.** * ABŞ dollarında olan pul vəsitini xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermişdir.

5. Maraqlı şəxs1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, 10.*** manat məbləğində pul vəsaitini xx.xx.2022-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermişdir. 6. 2 saylı Gəncə regional Asan Xidmət mərkəzi notariat ofisi tərəfindən İddiaçı 34.*** ABŞ dollar məbləğində pul tutularaq Cavabdeh5 ödənilməsi barədə xx.xx.2022-ci il tarixli icra qeydi verilmişdir.

7. Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən İddiaçı 15.*** ABŞ dolları məbləğində pul tutularaq Maraqlı şəxs3 ödənməsinə dair xx.xx.2022-ci il tarixli icra qeydi verilmişdir. 8. 27.05.2022-ci il tarixli Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, borclu İddiaçı h azırkı icra işinin başlanması haqqında qərarı xx.xx.2023-cü il tarixdə qəbul etmişdir.

9. Cavabdeh5 xx.xx.2022-ci il tarixli ərizə yazaraq, İddiaçı xx.xx.2022-ci il tarixli icra qeydi üzrə ona ödəməli olduğu 34.*** ABŞ dolları olan borc məbləğinin 15.*** ABŞ dolları hissəsini ödədiyini, yerdə qalan məbləğin isə İddiaçı əmək haqqısına ödənilməsinə etiraz etmədiyini bildirmişdir.

10. Maraqlı şəxs3 Bakı şəhər Sabunçu rayon İcra şöbəsinə ünvanlandığı xx.xx.2022ci il tarixli ərizə ünvanlayaraq X2 ona 300 ABŞ dolları pul ödədiyini, qalan məbləğin onun əmək haqqısına yönəldilməsinə etiraz etmədiyini bildirmişdir.

11. Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən İddiaçı 15.*** manat məbləğində pul tutularaq Maraqlı şəxs2 Abassqulu oğluna ödənilməsi barədə xx.xx.2022-ci il tarixli icra qeydi ver ilmişdir.

12. Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən İddiaçı 25.*** manat məbləğində pul tutularaq Maraqlı şəxs1 ödənməsi barədə xx.xx.2022-ci il tarixli icra qeydi verilmişdir.

13. Borclu İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhər Sabunçu rayon İcra şöbəsində izahat verərək, hazırkı icra sənədləri üzrə borc məbləğini ödəməyə imkanı olmaması səbəbindən ödəyə bilmədiyini, lakin xx.xx.2023-cü il tarixdən başlayaraq aylıq 7*** manat ödəyəcəyinə söz vermişdir.

14. Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, 19.*** manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə İddiaçı borc vermişdir.

15. Borclu İddiaçı hazırkı icra işinin başlanması haqqında qərarı xx.xx.2023-cü il tarixdə qəbul etmişdir.

16. Gəncə şəhər 5 saylı notariat kontoru tərəfindən İddiaçı 19.*** manat və 10.*** manat məbləğində pulun tutularaq Maraqlı şəxs1 ödənilməsi xx.xx.2024-cü il tarixli icra qeydləri verilmişdir.

17. İddiaçı xx.xx.2024-cü il tarixli izahat verərək, Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş digər icra sənədləri olduğu üçün xx.xx.2022-ci il tarixli icra qeydi üzrə məbləği tam şəkildə ödəyə bilmədiyini, hissə-hissə ödəyəcəyini bildirmişdir.

18. İddiaçı xx.xx.2024-cü tarixdə izahat verərək, Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi üzrə tələbi 2024-cü ilin sonunadək ödəməyə söz vermişdir.

19. İddiaçı xx.xx.2024-cü il tarixli izahat verərək, bildirmişdir ki, onun barəsində bir neçə icra işi olduğundan o hazırkı icra işi üzrə borcu tam ödəyə bilməmişdir, bu vaxtadək isə Ca vabdeh5 23.124 manat məbləğində ödəniş etmişdir.

20. İddiaçı xx.xx.2024-cü il tarixdə izahat verərək, Maraqlı şəxs3 borclu olduğu 15*** ABŞ dollarını tam ödədiyini, lakin borclu ona 4 ildən sonra həmin məbləği bir daha tələb edir, qeyd edilən borcun 3*** ABŞ dollar hissəsini qəbz əsasında, digər 12.*** ABŞ dollar hissəsini isə nağd şəkildə ödədiyini bildirmişdir.

21. Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin icraatında olan 117303/2022-4-34-005 nömrəli icra işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İddiaçı yazmış olduğu iltizamda qeyd edilmişdir ki, o Maraqlı şəxs1 xeyrinə Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən 2024-cü ilin may ayında 1*** manat, iyun ayında 1*** manat, iyul ayından başlayaraq isə hər ay 2*** m anat ödəyəcəyinə söz vermişdir. Maraqlı şəxs2 xeyrinə isə Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən hər ay 1*** manat ödəmyi öhdəsinə götürmüşdür.

22. Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixli ərizə yazaraq, İddiaçı 3507 nömrəli icra qeydinə əsasən, ona ödəməli olduğu 15025 manat puldan 8500 manat olan hissəsini ödəmiş, yerdə qalan məbləği isə hər ay 1*** manat olaraq ödənməsinə etiraz etməmişdir.

23. Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin icraatında olan E286084/2022-4-34004 nömrəli icra işinin materiallarına əlavə edilmiş Maraqlı şəxs1 Bakı şəhər Sabunçu rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində qeyd olunmuşdur ki, X3 ona 25025 manat pul ödəmişdir, qalan məbləği iyun ayına qədər hər ay 1*** manat, sonrada n isə hər ay 2*** manat ödəməsinə etirazı yoxdur.

24. Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin icraatında olan E286084/2022-4-34004 nömrəli icra işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icra məmurunun qərarına əsasən, borclu İddiaçı barəsində olan Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi, Gəncə şəhər 2 saylı Notariat Kontorunun 8i-2283 saylı xx.xx.2022-ci il tarixli, Gəncə şəhər 2 saylı Notariat Kontorunun 3507 saylı xx.xx.2022-ci il tarixli, Gəncə şəhər Məhkəməsinin 2(125)-4376/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra işləri bir icraatada birləşdirilmişdir.

25. Maraqlı şəxs3 Bakı şəhər Sabunçu rayon İcra şöbəsinə ünvanlandığı xx.xx.2024cü il tarixli ərizə ünvanlayaraq, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X3 ilə razılaşma əldə etmiş olduğundan növbəti ərizəyə qədər icraatın dayandırılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

26. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində verilən 5 icra qeydinin icraatına xitam verilib ləğv edilməsi, Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsinin icra məmurundan ona aid qeyd etdiyi icra icra işini tələb edib, iş üzrə ekspertiza təyin edilib onun faktiki borcunu müəyyən edilməsi, bununla əlaqədar icra işinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, iddiaçı ünvan 3 ünvanında bir neçə illərdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı ev yeni tikili olduğundan pasport qeydiyyatına alınmağı müvəqqəti olaraq təxirə salındığından o, atası evində ünvan 4 ünvanda qeydiyyatda qalmışdır. Eyni zamanda yaşadığı mənzilin alınmasına və ailə qurduğuna görə ona pul lazım olduğundan, hazırkı iş üzrə maraqlı şəxslər olan vətəndaşlardan 2020-ci və 2021-ci illərdə müxtəlif məbləğlərdə müəyyən faiz ödəmək şərti ilə borc götürmüş və həmin borcu götürərkən artıq faiz məbləğləri hesablanaraq, əsas məbləğin üstünə əlavə olunmuşdur. O banklar əvəzinə qeyd etdiyi vətəndaşlardan girov olaraq heç bir əmlak qoymadığına görə borc götürmüşdür. Borca dair borc-kredit müqavilələri Bakı şəhəri 23 və 53 saylı notariat kontorlarında və 3 saylı Bakı ASAN mərkəzində rəsmləşdirilmişdir. Faktiki olaraq borc götürdüyü vətəndaşlar əvvəllər tanımadığı, sadəcə olaraq faizə borc pul verə n vətəndaşlardır və tanışları vasitəsi ilə əlaqə yaratmışdır. Borc müqavilələri bağlanarkan, faiz məbləğləri hesablanıb borcun ümumi məbləğinə əlavə olunduğundan o, onlarla razılaşmışdır ki, borcu hissəvi olaraq qaytaracaqdır. O, daimi olaraq Bakı şəhərində yaşayıb işlədiyindən kredit müqavilələri müxtəlif vaxtlarda, Bakı şəhərinin müxtəlif notariat ofislərində bağlanmışdır. O, mütəmadi olaraq kreditorları ilə əlaqə saxlayır və krediti hissəvi olaraq ödəmişdir. Lakin onun işində struktur dəyişikliklər olduğundan o, bir müddət aşağı məbləğdə məvacib aldığından məcbur olmuşdur, ödənişlərini dayandırmamaq şərti ilə, aşağı miqdarda ödənişlər etmişdir. Lakin kreditorları ona inanmayaraq, ona və ailəsinə müxtəlif təzyiqlər edərək pulun hamısını və birdəfəlik ödənişin tələb etməyə başladılar və o nun barəsində icra qeydinin tərtib olunub icra şöbəsinə göndərilməsi barədə müraciət etdilər. İcra qeydi ilə əlaqədar yaşadığı ünvan ərazisi və ya borc götürdüyü ərazi üzrə yox, kreditorların yaşadıqları və onun qeydiyyatı olan ərazi üzrə Gəncə şəhər notariat ofislərinə müraciət etmişlər. Burada qeyd etməlidir ki, onun ailə üzvləri ilə birgə, daimi yaşadığı ünvanı kreditorları tanıyırdılar və pulu ona kredit müqavilələri bağlanarkan Bakı şəhərində verməklərinə baxmayaraq ona əlavə təzyiq növü olaraq İcra qeydlərini əsassız və qanunsuz olaraq Gəncə şəhərində çıxartmışlar və bildirişləri o, yaşamadığı, boş olan mənzilə göndərmişlər. Həmin icra qeydləri barədə o, artıq Gəncə şəhər icra məmuru vasitəsi ilə xəbər bilmişdir. Bunlara baxmayaraq borclu olduğunu nəzərə alaraq borcunu hissəvi olaraq ödəməkdə davam etmiş və hər zaman çalışmışdır ki, tələbkarlar ilə barışıq mövqeyində qalsın. Lakin bir müddət çəkən daimi ödənişlərinə baxmayaraq onun borcu azalmaq əvəzinə, tələbkarların hesablamalarına əsasən daha da artmaqda davam edirdi. O, bu günə qədər ödənişləri dayandırmamış, lakin bir neçə kreditlərinə görə ödənişləri tam və ya əhəmiyyətli dərəcədə ödədiyinə baxmayaraq həmin icra qeydlərinə görə ödənişləri ondan qanunsuz tələb edirlər və əsassız şikayətlərlə ona, icra məmuruna təzyiqlər edirlər. İcra məmuru isə ödənişlərinə baxmayaraq ona qarşı müəyyən tədbirlər görür, Respublika ərazisindən giriş-çıxışlarına qadağa qoyur. Qeyd etməlidir ki, o, əsasən Bakıda çalışan xarici şirkətlərlə işləyir, onların müəyyən sifarişlərin edir və bununla əlaqədar müxtəlif mal və avadanlıq ilə əla qədar xarici ölkələrə getməli olur, bundan da onun qazancı əmələ gəlir. Bir halda ki, o, həmin sifarişləri edə bilməyəcəyini deməli qazancı olmayacaq və tələbkarlarla razılaşdığı şərtlər pozulur. Onun işinə, qazancına güvənərək ona borc pul vermişdilər. Eyni zamanda onun tələblərinə baxmayaraq İcra məmuru onun bu günə olan faktiki borcunun miqdarın müəyyən edilməsi istiqamətində heç bir hərəkət etmir və bildirir ki, ona daxil olan icra qeydi əsasında ondan ödənişləri tələb edir, belə halda ödəniş etməyinə baxmayaraq borcu azalmır. Eyni zamanda tələbkarlara aid, yəni hazırki iş üzrə maraqlı şəxslərə aid 5 icra qeydi mövcuddur və həmin icra qeydləri üzrə öhdəliklərinin 4 icra qeydinə dair öhdəliklərini tam şəkildə yerinə yetirərək ödəmişdir. Bir icra qeydinə dair, Cavabdeh5 aid hissədə icr a qeydinə dair öhdəliyinin çox hissəsi təmin olunaraq ödənilmişdir. Bunlara dair onun sübutlarını, ödəniş qəbzlərini məhkəmənin hazırlıq iclasına təqdim edəcəkdir. Notarius borcun ödənilməsi barədə yazılı bildiriş göndərməmiş, borclunun hüquqlarını pozmaqla yalnız tələbkarın mövqeyindən çıxış etmiş, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan eyni kredit sazişi üzrə əsassız icra qeydi aparmışdır. İcra qeydinin hüquqi statusu "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra “Notariat haqqında” Qanun) 76-cı maddəsi ilə tənzimlənir. İcra qeydinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl, sifarişli poçt vasitəsilə borcluya, tələbin icra edilmədiyi hal da, icra qeydin aparılacağı, barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir. Belə ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Həmçinin Notariat Ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın (bundan sonra – Təlimat) 162-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq, əsassız icra açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, e yni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə Notariat Ofisi borcun ödənilməsi barədə iddiaçıya yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Qeyd etdiklərinə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin olunmalı, mübahisələndirilən icra qeydləri ləğv olunmalıdır. Digərlərinə aid hissədə isə hesab edir ki, mühasibatlıq ekspertizası təyin olunaraq, faktiki borcunu müəyyən edib və həmin borcunun ödənilməsinə ona təzyiqlərsiz şərait yaradılıb, ödənilməsinə imkan verilməlidir. O, uzun müddətdir ki, daimi olaraq razılaşdığı qaydada ödənişlərini həyata keçirmiş və ödəməkdən boyun qaçırmamış, tələbkarlar isə onu dələduzluqda ittiham edərək ondan bütün hüquq mühafizə orqanlarına şər-böhtan əsaslı şikayətlər etmişlər. Belə hallar əslində onun onlara olan borcunun ödənişlərində əlavə maneələr yaradır. Onun tərəfindən aparılan mütəmadi ödənişlərini gecikdirirlər.

28. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, X4, Maraqlı şəxs3 nümayəndəsi və vəkili etiraz ərizəsinə uyğun izahat verərək bildirmiş dir ki, iddiaçı, eyni üsuldan istifadə edərək, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2 Abbasqulu oğlunu, Cavabdeh5, Maraqlı şəxs1 aldadaraq pulları ələ keçirmişdir. İddiaçı ələ keçirdiyi pulları qaytarmaqdan qərəzli surətdə boyun qaçırmış, ona görə notariat ofisi tərəfindən icra vərəqəsi verilmişdir. İcra vərəqəsi verildikdən sonra da iddiaçı pulları qaytarmaqdan boyun qaçırmış, vaxtı uzatmaq üçün müxtəlif vasitələrə əl atmış, hazırkı iddia ərizəsini də məhz bu məqsədlə vermişdir. İşin hallarında müəyyən olunur ki, 2 saylı Gəncə regional “Asan Xidmət Mərkəzini” Notariat ofisi tərəfindən icra vərəqəi qanunla müəyyən edilmiş qaydada verilmişdir: notarius icra vərəqəsində “borc müqavilərində” göstərilən məbləğləri qeyd etmişdir. Lakin, iddiaçı yalandan göstərmişdir ki, guya borcun məbləğ ləri üzrə tərəflər arasında mübahisə mövcud olmuşdur. İddiaçı qeyd edir ki, icra vərəqəsində göstərilmiş pulların bir hissəsini ödəmişdir. Əgər iddiaçı borcların bir hissəsini ödəmişdirsə - bunu sübut etməlidir. Bu hallar sübut olunduğu halda, maraqlı şəxslər (tələbkarlıar) da bunu qəbul edəcəklər, iş üzrə icranı həyata keçirən icra məmuru bu halları nəzərə alaraq, borcun bir hissəsini ödənilməsini təsdiq edə bilər, icra məmurunun səlahiyyəti vardır ki, işin bu hallarını özü araşdırsın və borc qalıq hissəsini müəyyən etsin. Pulun məbləği barədə tərəflər arasında heç hansı mübahisə mövcud deyil. Lakin iddiaçı bu məsələnin qanunla müəyyən edilən qaydada həll olunması istəmir. Ona görə də məhkəməyə qondarma iddia ərizəsi verib və bu faktdan sui-istifadə etməklə məsuliyyətdən yayınmağa çalış ır. Həmin icra vərəqələr üzrə müvafiq icra orqanları tərəfindən qanunla müəyyən edilmiş qaydada icra hərəkətləri aparılmışdır. Lakin bunların heç bir nəticəsi olmamışdır. İddiaçı borcları ödəməkdən qərəzli surətdə boyun qaçırdığı üçün, icra orqanı borclunun inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilmiş və barəsində qərar qəbul etmək üçün məhkəməyə təqdimat verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)3488/2023 saylı qərarı ilə İddiaçı Azərbayacn Respublikası İnzibati Xətalar Məcələsinin 529.1-ci madəsi ilə təqsirli bilinərək, barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin iddiaçı bundan da nəticə çıxarmamış və borcları ödəməkdən yayınmaq üçün başqa yollar axtarmışdır. O, icra şöbəsinə ərizə verərə k bildirmişdir ki, faktiki olaraq daimi əsaslarla Bakı şəhərinin Sabunçu rayonunda yaşayır və icra işini aidiyyəti üzrə həmin rayonun icra şəbəsinə göndərilməsini xahiş etmişdir. İddiaçın bu ərizəsi təmin edilmiş və icra işi Sabunçu rayon İcra şöbəsinə göndərmişdir. Lakin işin bir icra orqanından digər icra orqanına verilməsinin heç bir müsbət nəticəsi olmamışdır: iddiaçı borcları ödəməkdən qərəzli surətdə boyun qaçırmağı davam etmiş, icra məmurunun tələblərinə əməl etməmiş, qaçıb gizlənmişdir. Ona görə, icra məmuru tərəfindən barəsində axtarış qərarı verilmişdir. Axtarış qərarı icra edən Sabunçu RPl-nin əməkdaşları İddiaçı olduğu yeri müəyyən edərək onu saxlamışlar və məcburi gətirib icra şəbəsinə təhvil vermişdir. Bundan sonra icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edi lmişdir ki, məhkəməyə təqdimat verilsin. İnzibati protokol üzrə həbs olunacağının qaçılmaz olduğundan narahat olan iddiaçı icra məmurundan yalvar-yaxar etmişdir ki, onu məhkəməyə verməsinlər, borcları ödəməyə hazırdır. Bu barədə iddiaçı icra məmuruna yazılı iltizam vermişdir və həmin İltizamda qeyd etmişdir ki, borclu olduğı tələbkar (maraqlı şəslər) Maraqlı şəxs1 Xudaverdi oğluna hər ay - 2 *** AZN, Maraqlı şəxs3 hər ay - 1 *** AZN, Cavabdeh5 hər ay - 2 *** AZN, Maraqlı şəxs2 Abbasqulu oğluna hər ay 1 *** AZN pul ödəyəcəkdir. İddiaçıdan iltizamı alarkən icra məmuru maraqları şəxslərin iştirakı ilə onu ciddi şəkildə xəbərdar etmişdir ki, əgər vədlərinə əməl etməsə, iltizamda göstərilən müddətdə və məbləğdə pulları qaytarmasa barəsində sərt tədbir görəcəkdir, inzibati və həttə cinayət məsul iyyətinə cəlb edilməsi üçün təqdimat verəcəkdir. İcraçının əlindən yaxa qurtarmağa nail olan iddiaçı bir daha icra məmurunu və maraqlı şəxsləri aldatmış, vədlərinə əməl etməmişdir, lakin yaranmış vəziyyətdən sui-istifadə edərək, özünü qarşısında duran inzibati və cinayət məsuliyyətdə sığortalamaq üçün hazırkı qondarma iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

29. Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin icra məmurunun məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, icraatında olan Gəncə şəhər 5 saylı Notariat Ofisinin 8İ-3239 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən İddiaçı cəmi 10025 manat, Gəncə şəhəri 5 saylı Ofisinin 8İ3240 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X1 cəmi 19025 manat, Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 4468 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 25025 manat (cəmi üç icra sənədi üzrə 54075 manat) məbləğ alınaraq tələbkar Maraqlı şəxs1 verilməlidir. Hazırda 3 icra işi üzrə 54075 manat borc mövcuddur. Həmçinin, icraatında olan Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8İ-2282 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 15.*** ABŞ dolları və 25 manat məbləğində pul alınaraq tələbkar Maraqlı şəxs3 verilməlidir. Hazırda həmin icra qeydi üzrə 12.*** ABŞ dolları borcu mövcuddur. Həmçinin, icraatında olan Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8İ-3507 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 15025 manat məbləğində pul alınaraq tələbkar Maraqlı şəxs2 Abasqulı verilməlidir. Hazırda 6525 manat borc mövcuddur. Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8İ-2283 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 34*** ABŞ dolları və 25 manat məbləğində pul alınaraq tələbkar Cavabdeh5 verilməlidir. Hazırda 22500 ABŞ dolları məbləğində borc mövcuddur.

30. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-5323/2024 nömrəli, 28 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbi rədd edilmişdir.

31. Məhkəmə ilk öncə iddia tələbinin iddiaçının mübahisə predmeti barədə müstəqil tələbirəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 xeyrinə tutulmalı olan Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair hissəsinə münasibət bilirərək qeyd etmişdir ki, məhkəmə sorğusuna əsasən Bakı şəhər Sabunçu rayon İcra şöbəsinin icra məmurunun təqdim etmiş olduğu icra işinin materiallarından görünür ki, icra məmurunun icraatında İddiaçı Maraqlı şəxs1 xeyrinə tutulmalı olan pul məbləğinə dair 3 icra qeydi mövcuddur. Qeyd edilən üç icra qeydinin ikisi Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən verilmiş, yalnız biri xx.xx.2022ci il tarixli icra qeydi Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən verilmişdir. İddia ərizəsində isə Gəncə şəhər 5 saylı notariat ofisi cavabdeh qismində cəlb edilmədiyindən məhkəmə yalnız Gəncə şəhər 2 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən icra qeydindən məlum olur ki, sözügedən icra qeydi tərəflər ara sında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən verilmişdir. Belə ki, sözügedən kredit müqaviləsinin məzunundan aydın olur ki, Maraqlı şəxs1 1 il müddətinə qaytarmaq şərti ilə İddiaçı 25.*** manat məbləğində kredit vermiş lakin, borcalan qeyd edilən pulu müqavilə müddətində qaytarmadığından borc verən borcalanın rəsmi qeydiyyat ünvanının yerləşdiyi notarius ofisinə müraciət edərək icra qeyd əldə etmişdir. Sözügedən notarius isə icra qeydinin icra olunması üçün adiyyatı üzrə borclunun faktiki yaşayış ünvanına yəni Sabunçu rayon İcra şöbəsinə göndərmişdir. Bakı şəhər Sabunçu Rayon icra şöbəsinin icratında olan xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən açılmış E286084/2022-4-34-004 nömrəli icra işinin materiallarına əlavə edilmiş Maraqlı şəxs1 Bakı şəhər Sabunçu rayon İ cra şöbəsinə ünvalandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, X3 ona 25025 manat pul ödəmişdir, yerdə qalan məbləği iyun ayına qədər hər ay 1*** manat sonradan isə hər ay 2*** manat ödəməsinə etirazı yoxdur. Beləliklə məlum olur ki, borclu İddiaçı xx.xx.2022-ci il tarixli icra qeydi üzrə tələb olan məbləği tələbkar Maraqlı şəxs1 ödəmiş olduğundan iddiaçı hazırda həmin icra qeydinin ləğv edilməsini tələb edir.

32. Məhkəmə ilk öncə iddia tələbinin Gəncə şəhər 2 saylı notariat ofisinə yönələn hissəsinə münasibət bildirərək onu qeyd etmişdir ki, nə qədərki icra qeydi üzrə tələb olunan məbləğin ödənilməsi icra qeydinin ləğvi üçün əsas hesab edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz, eyni zamanda məhkəmə iddiaçıya izah edərək bildirir ki, sözügedən hal icra işinə xita m verilməli olduğu hal olduğundan borclu sözügedən icra işinə xitam verilməsi üçün adiyyatı üzrə icra şöbəsinə müraciət edə bilər, buna müsbət cavab ala bilmədiyi halda isə icra məmurunun hərəkətsizliyi ilə bağlı ərizə formasında məhkəməyə müraciət edə bilər.

33. Bundan sonra məhkəmə iddia tələbinin Maraqlı şəxs3 ilə İddiaçı arasında Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi əsasında Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, icra işinin materiallarından görünür ki, sözügedən icra qeydi Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli kredit mü qaviləsi üzrə tələb olan məbləğ ilə bağlı verilmişdir yəni iddiaçı Bakı şəhəri 53 saylı notariat kontorunu cavabdeh qismində iddia ərizəsinə əlavə etmiş olsa da, onun sözügedən icra qeydinin ləğv etmə səlahiyyəti olmadığından iddia tələbinin xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsinin cavabdeh Bakı şəhəri 53 saylı notariat kontoruna yönəlmiş hissəsi təmin edilə bilməz.

34. Bundan sonra məhkəmə sözügedən iddia tələbinin cavabdeh Gəncə şəhər 2 saylı notariat kontoruna yönələn hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı sözügedən icra qeydinin qanunun tələblərinə uyğun verilmədiyini, o cümlədən icra qeydi üzrə borc məbləğindən ödənişlər olduğu halda icra qeydi kredit müqaviləsində göstərilən məbləğə uyğun verildiyini bildirərək sözügedən icra qeydinin ləğv edilməsin i məhkəmədən xahiş etsədə, məhkəmə iddiaçının hazırki icra qeydi verilən zaman göstərilən məbləğin doğru olmadığını, onun icra qeydi verilməmişdən əvvəl borc məbləğinə dair ödənişləri olduğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab etmişdir ki, iddiaçının sözügen icra qeydi verilən zaman ödənişlərin nəzərə alınmaması əsası ilə sözügedən icra qeydinin ləğv edilməsinə əsası təmin edilə bilməz. Bundan sonra iddiaçı icra qeydinin qanunun tələblərinə uyğun olaraq ona məlumat verilmədən verildiyini, yəni onun rəsmi ünvanının Gəncə şəhəri olsa da, faktiki ünvanının Bakı şəhəri olduğunu cavabdehin isə bunu bildiyi halda icra qeydinin verilməsi üçün Gəncə şəhərində yerləşən notarius ofisinə müraciət etmiş olduğundan icra qeydinin ləğv ediləməsini xahiş etsə də, məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundanda görünür ki, icra qeydinin verildiyi tarixdə borclunun rəsmi qeydiyyat ünvanı Gəncə şəhəri olduğundan və tələbkarın borclunun faktiki yaşayış yerinin Bakı şəhəri olmasına dair məlumatının olmasını təsdiq edəcək əsaslı sübutları olmadığından iddiaçının bu əsas ilə icra qeydinin ləğv edilməsinə dair tələbi təmin edilə bilməz.

35. Bundan sonra məhkəmə iddia tələbinin İddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış kredit müqaviləsi üzrə Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydindən ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı sözügedən icra qeydinin qanunun tələblərinə uyğun verilmədiyini, o cümlədən icra qeydi üzrə borc məbləğindən ödənişlər olduğu halda icra qeydi kredit müqaviləsində göstərilən məbləğə uyğun verildiyini bildirərək, sözügedən icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə iddiaçının hazırki icra qeydi verilən zaman göstərilən məbləğin doğru olmadığını, onun icra qeydi verilməmişdən əvvəl borc məbləğinə dair ödənişləri olduğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab etmişdir ki, iddiaçının sözügedən icra qeydi verilən zaman ödənişlərin nəzərə alınmaması əsası ilə sözügedən icra qeydinin ləğv edilməsinə əsası təmin edilə bilməz. Bundan sonra iddiaçı icra qeydinin qanunun tələblərinə uyğun olaraq ona məlumat verilmədən verildiyini yəni onun rəsmi ünvanının Gəncə şəhəri olsada faktiki ünvanının Bakı şəhəri olduğunu cavabdehin isə bunu bildiyi halda icra qeydinin verilməsi üçün Gəncə şəhərində yerl əşən notarius ofisinə müraciət etmiş olduğundan icra qeydinin ləğv edilməsini xahiş etsə də, məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan da görünür ki, icra qeydinin verildiyi tarixdə borclunun rəsmi qeydiyyat ünvanı Gəncə şəhəri olduğundan və tələbkarın borclunun faktiki yaşayış yerinin Bakı şəhəri olmasına dair məlumatının olmasını təsdiq edəcək əsaslı sübutları olmadığından iddiaçının bu əsas ilə icra qeydinin ləğv edilməsinə dair tələbi təmin edilə bilməz. Bundan sonra məhkəmə İddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış kredit müqaviləsi üzrə Gəncə şəhər 2 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi üzrə tələb olunun məbləği tələbkara ödəmiş olduğunu məhkəməyə bildirsə də sözügedən icra qeydi ilə bağlı açılmış icra işi materiallarında borc lu İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinin məzumundan görünür ki, borclunun tələbkara 15025 manat olan borcdan 8500 manat olan hissəsini ödəmiş olduğunu, hazırda ona 6525 manat borcu qaldığını həmin məbləği isə 2024-cü ilin sonunadək ödəyəcəyini bildirmişdir. Lakin məhkəmə hər bir halda iddiaçıya izah edərək bildirik icra qeydi üzrə tələb olunan məbləğ borclu tərəfindən tam ödənməsi icra qeydinin ləğv edilməsi üçün əsas hesab edilmədiyindən iddia tələbinin xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsinə dair halda əsaslı hesab edilə bilməz.

36. Məhkəmə iddia tələbinin İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 2 saylı Gəncə regional Asan Xidmət mərkəzi notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı sözügedən icra qeydi verilən zaman onun ödənişlərinin nəzərə alınmamasını və tələbkar tərəfindən onun ünvanına uyğun notarius ofisinə müraciət edilməməsini bildirsə də, məhkəmə qeyd etmişdir ki, iddiaçı ilk növbədə icra qeydi verilən tarixdən əvvəl yəni xx.xx.2022-ci il tarixində əvvəl kredit müqaviləsi üzrə ödənişlərinin olmasını təsdiq edəcək sənədləri məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu əsasla təmin edilə bilməz. Bundan sonra iddiaçı icra qeydinin qanunun tələblərinə uyğun olaraq ona məlumat verilmədən verildiyini, yəni onun rəsmi ünvanının Gəncə şəhəri olsada, faktiki ünvanının Bakı şəhəri olduğunu cavabdehin isə bunu bildiyi halda icra qeydinin verilməsi üçün Gəncə şəhərində yerləşən notarius ofisinə müraciət etmiş ol duğundan icra qeydinin ləğv edilməsini xahiş etsə də, məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan da görünür ki, icra qeydinin verildiyi tarixdə borclunun rəsmi qeydiyyat ünvanı Gəncə şəhəri olduğundan və tələbkarın borclunun faktiki yaşayış yerinin Bakı şəhəri olmasına dair məlumatının olmasını təsdiq edəcək əsaslı sübutları olmadığından iddiaçının bu əsas ilə icra qeydinin ləğv edilməsinə dair tələbi təmin edilə bilməz.

37. Məhkəmə iddiaçının iddia ərizəsinin “xahiş etdim” hissəsində qeyd etmiş olduğu “Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsinin icra məmurundan ona aid qeyd etdiyi icra icra işini tələb edib, iş üzrə ekspertiza təyin edilməsi, bununla əlaqədar icra işinin dayandırılması” hissəsinə aydınlıq gətirərək qeyd etmişdir ki, qeyd edilmiş tələblər vəsatət olduğundan məhkəmə iclasları zamanı həmin məsələrə münasibət bildirilmişdir.

38. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə,"Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161, 169-1, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

39. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmaqla, əlavə olaraq qeyd edilmişdir ki, hazırkı iş üzrə məhkəmə qət naməsi tamamilə əsassız və qanunsuzdur. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, qanunun tələbləri pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, icra qeydinin aparılması üçün Notariat Ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl, sifarişli poçt vasitəsilə borcluya, tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı, barədə müəyyən edilmiş formada bildiriş göndərməmişdir. Belə ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə edilməmişdir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla y anaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Bundan əlavə Notariat Ofisi borcun ödənilməsi barədə iddiaçıya yazılı bildiriş göndərməmiş, onun hüquqlarını pozaraq borcun mübahisəsiz olub olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Heç bir notariat kontoru, icra məmuru, tələbkarlar və borclu bu günə borcun faktiki miqdarın müə yyən edə bilməmişlər və bu səbəbdən məhkəməyə müraciət olunmuşdur. Bununla da işin hallarına düzgün qiymət verilmədiyindən məhkəmə səhv nəticəyə gəlmişdir. Mülki mühakimə icraatının əsas vəzifəsi həqiqətin müəyyən edilməsini təmin etməkdir. Mülki məhkəmə icraatı ilk növbədə işin faktiki hallarının düzgün müəyyən edilməsinə yönəlməli və yalnız işin faktiki halları həqiqətə müvafiq qaydada müəyyən edildiyindən sonra mübahisəli hüquq münasibətinə həmin münasibəti nizama salan maddi hüquq norması tətbiq edilməklə mübahisə həll edilməlidir.

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi 2(103)-3264/2025 nömrəli, 02 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

42. Məhkəmə qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayəti ilə onun iddia ərizəsinin məzmunu demək olar ki, eynilik təşkil edir, iddiaçı tərəfindən apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hansı maddi və prosessual hüquq normalarının pozulması əsaslandırılmamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi arqumentlərin hər birinə isə artıq birinci instansiya məhkəməsi tərəfindən əsaslandırılmış mövqe sərgilənmişdir və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Kollegiya hesab edir ki, iddianın (şikayətin) verilməsi, habelə orada təsbit edilən dəlillər borcun ödənilməsindən yayınmaya yönəlmiş və onla ra hər-hansı müsbət qiymətin verilməsi sui-istifadəyə şəraitin yaradılmasına xidmət edən haldır. Apellyasiya şikayəti bildirişin verilməməsinə və borc məbləğinin düzgün müəyyən edilməməsi ilə əsaslandırılmışdır ki, bu hallar sübuta yetirilməmiş və notariat orqanın səlahiyyətinə aid deyildir. Bundan əlavə, iddiaçı bir-biri ilə əlaqəsi (mülki məhkəmə aidiyyəti) müəyyən edilməyən, habelə hər bir cavabdehə qarşı yönələn tələbləri təsnif etməmiş, icra işi üzrə icraatın da dayandırılması barədə tələb irəli sürmüşdür. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etmişdir ki, mülki icraatın məqsədlərinə zidd ədalət mühakiməsindən bir vasitə kimi istifadə edilməsi birbaşa sui-istifadəni müəyyən edir.

43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni "Notariat haqqında” Azərbaycan Respublikası Qanununu n 76, 79-cu maddələrinə, "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161, 162, 168-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

44. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, qanunun tələbləri pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

46. Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin, Mülki Məcəllənin 11.1 və 11.2-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 217.1 və 220.4-cü maddələrinin tələblərinin pozulduğu, qətnamənin Azərbaycan Respublikası Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilən mövqeyə uyğun olmadığı qeyd olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 Abbasqulu oğlu, Cavabdeh5, Maraqlı şəxs3 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması və iddiaçının əməllərində dələduzluq əlamətləri olduğundan bu barədə xüsusi qərardad qəbul edilməklə prokurorluq orqanlarına məlumat verilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

48. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

49. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. "Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

50. Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsi ndə nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilm ədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə

79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün m üvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərə findən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

61. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin a raşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

63. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya inst ansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2(103)-3264/2025 nömrəli, 2 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar