Məhkəmə qərarları › İş №2(102)-2916/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2916/2020

02.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2916/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, vəkili Vəkil1, cavabdeh İcbari Tibbi Sığorta üzrə X3 şəhər X4 hüquqi şəxsin vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)3107/2019 saylı qətnaməsindən cavabdeh İcbari Tibbi Sığorta üzrə X3 şəhər X4 hüquqi şəxsin kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(051)-1871/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim U.H.Osmanov) İddiaçı cavabdeh İcbari Tibbi Sığorta üzrə X3 şəhər X4 hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqı tələbinə dair” iddiası təmin edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi, işəgötürənin xx xxx 2019-cu il tarixli, 679 saylı əmrinin ləğv edilməsi və iddiaçının cavabdeh təşkilatda doğum şöbəsinin “maması” vəzifəsinə bərpa olunması qət edilib. Cavabdeh təşkilat qətnamədən apelyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)3107/2019 saylı qətnaməsi ilə (hakimlər M.R.Hüseynov sədrlik edən, məruzəçi, G.Q.Abbasov və R.R.Rəfiyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Mingəçevir Şəhər Məh kəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı cavabdeh təşkilata qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx xxx 2019-cu il tarixli, 679 saylı əmrinin ləğv edilməsi, onun cavabdeh təşkilatda doğum şöbəsinin “maması” vəzifəsinə bərpa edilməsi və xx xxx 2019-cu il tarixdən başlayaraq işə bərpa ediləcəyi günədək məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh İcbari Tibbi Sığorta üzrə X3 şəhər X4 hüquqi şəxsin vəkili Ruhiyyə Kərimli kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnamə sinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilm ədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi üçün əsasların olmamasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Əmək Məcəlləsinin 68, 296-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı, işəgötürənin xx xxxxx 2000-ci il tarixli, 78 saylı əmri ilə cavabdeh təşkilatda “Doğum evi hamiləliyin potologiyası” Şöbəsinə “mamaça” vəzifəsinə təyin edilib və işəgötürənin xx xxx 2019-cu il tarixli, 679 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə xx xxx 2019-cu il tarixdən xitam verilib. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı cavabdeh təşkilata qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin x x xxx 2019-cu il tarixli, 679 saylı əmrinin ləğv edilməsi, onun cavabdeh təşkilatda doğum şöbəsinin “maması” vəzifəsinə bərpa edilməsi və xx xxx 2019-cu il tarixdən başlayaraq işə bərpa ediləcəyi günədək ona məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsini iddia edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Maddənin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin konkret əsasları müəyyən edilib göstərilib. Həmin Maddənin 2-ci hissəsinin a) bəndində əmək müqaviləsinə xitam verilməsinin əsası kimi tərəflərdən birinin təşəbbüsü göstərilib. Həmin Məcəllənin 69-cu maddəsinin 1; 2; 3; 4-cü hissələrində isə, əmək müqaviləsinin işçi tərəfi ndən ləğv edilməsinin qaydası müəyyən edilib göstərilib. Sadalanan maddələrin mənasına görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabınin aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısqanmaya məruz qaldıqda və qanunvercilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Eyni zamanda əmək müqaviləsini ləğv etmək barədə ə rizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, sadalanan maddələrin tələblərini hazırki əmək mübahisəsinə tətbiq edib, kassasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini arışıdırıb haqlı olaraq qeyd etmişdir ki, işəgötürən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun ərizəsində göstərdiyi gün o, vaxt xitam verə bilərdi ki, iddiaçı yaşa, əlilliyə görə təqaüdə çıx sın; təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olsun; yeni yaşayış yerinə köçsün; başqa işəgötürənlə əmək müqaviləsi bağlasın; seksual qısqanmaya məruz qalsın; qanunvercilikdə nəzərdə tutulmuş digər hallar baş vermiş olsun. Hazırki halda sadalanan hallar tamamilə istisna olunur və işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən göstərilən hallardan hər hansı biri mövcud olmayıb. Əksinə iddiaçı, əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin adına xx xxx 2019-cu il tarixdə ərizə verdikdən 3 gün sonra, yəni xx xxx 2019-cu il tarixdə işəgötürənin adına teleqramma vuraraq xx xxx 2019-cu il tarixli ərizəsinin etibarsız sayılmasını xahiş edib. Göründüyü kimi sadalanan maddələrdə nəzərdə tutulan hallar olmadığı və iddiaçı, xəbərdarlıq mü ddəti, yəni bir aylıq müddət bitənədək əvvəlki ərizəsini etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verməklə öz iradəsini ifadə etdiyi halda, işəgötürən onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Bu isə, əmək qanunverciliyinin tələblərinə görə yolverilməzdir. Kassator, apelyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətində işəgötürənin sözügedən vəzifəyə xx xxx 2019-cu il tarixli, 698 saylı əmri ilə yeni işçi, yəni Fərizə İsmayılovanı götürməsini göstərib iddia tələbinə etiraz etsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlili ilə razılaşmır. Belə ki, sadalanan maddələrin mənasına görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçinin xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürməsi və ya onun etibarsız sayılmasına dair yeni ərizə verməsi o, ha lda nəzərə alınmaya bilər ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etmiş olsun. Hazırki halda işəgötürənin, iddiaçının iddia etdiyi vəzifəyə (peşəyə) yeni işçini, yəni Fərizə İsmayılovanı götürməsi barədə onu rəsmi qaydada yazılı xəbərdar etməsinə dair işdə heç bir mötəbər yazılı sübut yoxdur və cavabdeh tərəf etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə hər hansı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Digər tərəfdən, iddiaçının iradəsinin əlehinə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur edilməsi mülki iş materialları, o cümlədən birinci inst ansiya məhkəməsində şahid qismində dindirilmiş Vəfa Əsədova, Vəfa Məmmədova və Məhəbbət Seyidovanın ifadələri ilə də istisna olunmur. Belə ki, sözügedən şahid ifadələri, iddiaçının özünün izahatı və iddia ərizəsinin dəlilləri ilə müəyyən olunur ki, iddiaçı, xx xxx 2019-cu il tarixdə işəgötürənin xidməti kabinetində, tibb bacısı Vəfa Əsədova, şöbə müdiri Vəfa Məmmədova, xəstəxanının hüquqşünası Gülnarə Rəşidovanın iştirakları ilə işəgötürən tərəfindən video kameraya düşən görüntüləri ilə bağlı sorğu-sual edilib. Bundan sonra işəgötürən diski hüquqşünas Gülnarə Rəşidovaya təqdim edərək, sonuncuya “gedin bu diskə birlikdə baxın və görün iddiaçı nə qərar verir” kimi tapşırıq verib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinə görə işəgötürən tərəfindən zo r işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Daha sonra, işdən görünür ki, iddiaçı, son 19 ildir ki, fasiləsiz və etirazsız olaraq cavabdeh təşkilatda eyni vəzifədə çalışır, hər hansı intizam xətasına yol verməyib və öhdəsində yetkinlik yaşına çatmayan iki övladı var və onları təkbaşına böyüdür. Bütün bunlar isə, onu təsdiq edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun özünün təşəbbüsü ilə xitam verilməsi ağlabatan, inandırıcı görünmür. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndində, eləcə də həmin Məcəllənin 69-cu maddəsində nəzərdə tutulan əsaslar olmayıb və işəgötürən, Əmək Məcəlləsində müəyyən edilmiş tə ləbləri, qaydaları pozmaqla onunla bağlanmış əmək müqaviləsinə xitam verib və əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənin adına yazdığı xx xxx 2019-cu il tarixli ərizə iddiaçının iradəsini ifadə etmir. Çünki heç bir başqa qazancı olmadığı halda, iddiaçının son 19 il müddət ərzində fasiləsiz və etirazsız olaraq işlədiyi işdən könüllü, öz iradəsinə uyğun olaraq getməsi inandırıcı görünmür. Daha sonra, kassator kassasiya şikayətində iddiaçının onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xx xxx 2019-cu il tarixdən xitam verildiyini bildiyi, xx xxxx 2019-cu il tarixdə son haqq-hesabı, xx xxxx 2019-cu il tarixdə isə əmək kitabçasını aldığı halda, heç bir üzrlü səbəb olmadan əmrin verilməsindən 2 ay 16 gün, əmək kitabçasının verilməsindən 1 ay 22 gün sonra hazırki iddia ilə məhkəməyə müraciət etdiyini və bununla da Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan 1 aylıq müddəti ötürdüyünü göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, apelyasiya instansiyası məhkəməsi sözügedən maddənin tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Həmin maddənin mənasına görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Maddənin 3-cü hissəsində göstərilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vər əqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Göründüyü kimi fərdi əmək mübahisəsinin həll edilməsi üçün Əmək Məcəlləsinin 296cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan 1 aylıq müddətin axımı işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən başlayır, hüququnun pozulmasının aşkar edildiyi gün isə, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün hesab edilir. Həmin Məcəllənin 296-ci maddəsinin 6-cı hissəsində göstərilir ki, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə ol ması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini əsas tutub, mübahisə tərəfinin, yəni cavabdeh təşkilatın hazırki əmək mübahisəsinə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini, iddiaçının buraxılmış iddia müddətinin bərpa edilməsinə dair ərizəsini, həmçinin onun ailə vəziyyətini nəzərə alıb, iddia müddətinin digər obyektiv hallarla bağlı səbəblərdən ötürülməsi qənatinə gəlməklə iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib. Çünki qeyd olunan maddələrin tələblərinə görə, əmək qanunverciliyində göstərilən müddətlər üzürlü və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxmaq səlahiyyətinə malikdir. Qanunun mənasına görə iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi halları ilə yanaşı, digər obyektiv hallar da buraxılmış müddətin üzrlü səbəblərdən ötürülməsi qənaətinə gəlməyə əsas verə bilər. Apelyasiya instansiyası məhkəməsi məhz bu halı nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayət i təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh İcbari Tibbi Sığorta üzrə X3 şəhər X4 hüquqi şəxsin kassasiya şikayətitəmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-3107/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar