Məhkəmə qərarları › İş №2(102)-2916/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2916/2025

09.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2916/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (X11, X9, X21 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliklərin yerinə yetirilməsi, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X11, X9, X21 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “öhdəliklərin yerinə yetirilməsi, pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2(103)-2354/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 9 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh tərəfindən yazılmış xx.xx.2021ci il tarixli Öhdəlik ərizəsində qeyd etmişdir ki, “Mən Cavabdeh bu öhdəlik ərizəsini kompüterdə yazdıraraq bildirirəm ki, mərhum dostum X22 tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20,5 hektardan 4,5 hektar-nı xx.xx.2023-cü il tarixədək X10 oğlu İddiaçı adına keçirməyi, 2016cı ildən bə ri satdığım 4,5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə götürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 (üç milyon) manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 (iki milyon yeddi yüz doxsan min) manat qalmışdı. Onu da birdəfəlik həmin tarixədək qaytaracağam.”

2. Cavabdeh 2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası üzrə mülkiyyətində olan əmlakların siyahısı, əmlakların hansı tarixdə əldə olunması, əmlakların əldə olunma forması və digər xüsusiyyətləri barədə sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyy at Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki,

1. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2,0 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə **********01 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi, xx.xx.2010-cu il tarixli 03 nömrəli torpaq sahəsinin alğısatqı müqaviləsi, xx.xx.2009-cu il tarixli 305 nömrəli hərracın yekun protokoluna əsasən) və hazırda mülkiyyətindədir.

2. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 2,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Ca vabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********10 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (DTXK Abşeron rayon şöbəsi, xx.xx.2013-cü il tarixli 3531 nömrəli Hərracın yekun prortokolu; Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi xx.xx.2013-cü il tarixli 12 nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsi əsasında) və hazırda mülkiyyətindədir.

3. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 4,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********11 reyestr nömrəsi ilə qeydiyyata (DTXK Abşeron rayon şöbəsi, xx.xx.2013-cü il tarixli 3532 nömrəli Hərracın yekun protokolu; Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi xx.xx.2013-cü il tarixli 13 nö mrəli torpaq sahəsinin alğı-satqı müqaviləsi əsasında) alınmışdır. Torpaq sahəsindən 1,0 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 2,99 ha (0,01 ha ümumi yol) torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********05 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-632 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 2,99 ha torpaq sahəsindən 2,8825 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,1075 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********47 reyestr nömrəsi ilə qeydiyyat alınmışdır. 0,1075 ha torpaq sahəsi magistral yola düşdüyü üçün xx.xx.2018-ci il tarixində Cavabdeh müraciətinə əsasən hüquqları ləğv edilmişdir.

4. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,8878 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə **********81 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi, xx.xx.2010-cu il tarixli 06 nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsi, xx.xx.2010-cu il tarixli 935 nömrəli hərracın yekun protokoluna əsasən) alınmışdır. Abşeron rayon notariusu X27 tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə/1647 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 1,88783 ha torpaq sahəsindən 0,6 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 1,28783 ha t orpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə **********81 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon notariusu X27 tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/1177 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 1,28783 ha torpaq sahəsindən 0,45 ha və 0,4 ha hissələri özgəninkiləşdirilmişdir. Yerdə qalan 0,4378 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********52 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/5906 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 0,4378 ha torpaq sahəsi özgəninkiləşdiri lmişdir.

5. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********48 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013cü il tarixli 4Ə/725 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X29 adından özgəninkiləşdirilmişdir) alınmışdır. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə/2757 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 1,0 ha torpaq sahəsi özgəninkiləşdirilmişdir.

6. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0,9982 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyy ət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə **********06 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon Aşağı Güzdək bələdiyyəsi, xx.xx.2010-cu il tarixli 05 nömrəli torpaq sahəsinin alğı-satqı müqaviləsi, xx.xx.2010-cu il tarixli 325 nömrəli hərracın yekun protokoluna əsasən) alınmışdır. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə/163 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 0,9982 ha torpaq sahəsi tam özgəninkiləşdirilmişdir.

7. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,0956 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********02 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon 2 saylı not ariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-431 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X48 tərəfindən özgəninkiləşdirilmişdir) alınmışdır və hazırda mülkiyyətindədir.

8. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 3,7 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə **********37 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə5010 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X23 tərəfindən özgəninkiləşdirilmişdir) alınmışdır. Abşeron rayon 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-432 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 3,7 ha torpaq sahəsindən 0,3 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 3,4 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********26 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

9. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə **********22 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-349 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X39 tərəfindən özgəninkiləşdirilmişdir) alınmışdır. Abşeron rayon 2 saylı notar iat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-1786 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 2,0 ha torpaq sahəsindən 0,5 ha hissəsi özgəninkiləşdirilmişdir. Yerdə qalan 1,5 ha torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********98 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

10. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 5,0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə **********16 reyestr nömrəsi ilə qeydiyyata (Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə-1309 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X23 tərəfindən özgəninkiləşdirilmişdir) alınmışdır. Abşeron rayon 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə-06-1704 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən 5,0 torpaq sahəsi tam özgəninkiləşdirilmişdir.

11. Həmçinin bildirilir ki, Ağsu şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Cavabdeh adı ilə bağlı JN-3090A nömrəli 2006-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabd ehin adına olan Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 16 ha torpaq sahələrinin iddiaçının adına keçirilməsi öhdəliyinin sonuncu tərəfindən icra olunması və ödənilmiş 100 manat dövlət rüsumun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 10.040.927 manat və əvvəlki ödənilmiş 100 manat rüsum da nəzərə alınmaqla ümumilikdə ödənilmiş 5.950 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçının atası X22 ilə sıx və etibarlı dostluq münasibətləri mövcud olmuşdur. Cavabdeh i ddiaçının atasının etibarlı köməkçisi kimi olmuşdur. Məhz bu səbəbdən iddiaçının atası o zaman tikinti şirkəti qurarkən cavabdehi heç bir vəsait ödəməməsinə baxmayaraq formal olaraq təsisçi kimi qeyd etdirmişdir ki, şirkətə kənar şəxslər daxil olmasın və gələcək gəlirləri özünə qalsın. Bundan başqa iddiaçının atası sağ olduğu vaxtlarda Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində şəxsi vəsaiti hesabına əldə etdiyi torpaq sahələrini formal olaraq cavabdehin adına sənədləşdirmişdir. Torpaqların satılması hərraclarında cavabdeh iştirak etmiş, lakin bütün vəsaitlər iddiaçının atası tərəfindən ödənilmişdir. İddiaçının atası bunu etməklə öz adında kifayət qədər çoxlu torpaq sahəsinin olmamağına çalışmışdır. Lakin bütün torpaqların faktiki mülkiyyətçisi və sərəncam vericisi iddiaçının ata sı olmuşdur. Buna görədir ki, iddiaçının atası rəhmətə getdiyi vaxta, yəni xx.xx.2016-cı ilə qədər həmin torpaq sahələrinin müəyyən hissələri atasının razılığı və sərəncamı ilə satılaraq ödənişlər iddiaçının atasına təqdim olunmuşdur. Cavabdeh isə sadəcə olaraq iddiaçının atasının köməkçisi kimi bu əməliyyatlarda iştirak etmişdir. Aralarında olan etibar və dostluq münasibətləri o qədər güclü olmuşdur ki, iddiaçının atasının maddi durumu yaxşı olduğu 2014-2015-ci illərdə iddiaçının atası tərəfindən cavabdehə şəxsi ehtiyacları üçün 3.000.000 (üç milyon) manat borca pul vəsaiti verilmişdir. Lakin iddiaçının atası rəhmətə getdikdən sonra o, bu etibar münasibətlərindən sui-istifadə edərək adına sənədləşmiş torpaq sahələrini mənimsəmişdir. İddiaçı tərəfindən cavabdehə daimi olaraq təkid edilərək həmin torpaqların geri qaytarılması tələb olunmuşdur. Həmin zaman daha gənc olduğundan iddiaçı sadəcə guya onun yanında olduğunu göstərmək məqsədi ilə götürmüş olduğu borc pul məbləğini ildə bir dəfə kiçik hissədə qaytarmağa başlamış və torpaqları adına keçirəcəyinə vədlər vermişdir. İddiaçı əmi kimi tanıdığı cavabdehə güvənərək ildə bir dəfə ondan 30.000 manat civarında ödəniş almış və torpaqların onsuz da onun olduğuna inanmışdır. Zaman keçərək yaşa dolduqda aldadıldığını hiss etdikdə torpaqların adına keçirilmədiyini görərək bu məsələni birdəfəlik həll etmək üçün iddiaçı təsisçisi olduqları "xxxx" MTK-nın ofisində xx.xx.2021-ci il tarixdə cavabdehlə görüşmüşdür. Aralarında baş tutan uzun müzakirələrdən sonra cavabdeh həmişəki kimi iddiaçıya vədlər verməyə başlamışdır. Onun bu vədləri ndən yorulduğunu bildirdikdə cavabdeh “istəyirsən yazılı ərizə verim sənə” deyərək iddiaçını inandırmışdır. Bundan sonra cavabdeh aşağıdakı mətndə ərizə yazıb imzalayaraq iddiaçıya təqdim edib “get rahat ol, sənin yanındayam mən” deyə bildirmişdir: “Mən Cavabdeh bu öhdəlik ərizəsini kompüterdə yazdıraraq bildirirəm ki, mərhum dostum X22 tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20,5 hektardan 4,5 hektarını xx.xx.2023-cü il tarixədək X10 oğlu İddiaçı adına keçirməyi, 2016cı ildən bəri satdığım 4,5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmi ş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə götürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 manat qalmışdı. Onu da birdəfəlik həmin tarixədək qayataracağam.” Bu ərizəni götürdükdən sonra iddiaçı bir az rahatlaşıb öz işləri ilə məşğul olmağa başlamışdır. Cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi icra etmədiyini gördükdə iddiaçı ilə təkrar ünsiyyətə keçərək səbəbini soruşmuş, o isə “mənim adımda olan torpaqlardan başqa atanın mənim vasitəmlə X33 adına torpaq sənədləşdirmişdi, onunla məhkəmə mübahisələri yekunlaşıb və barışıq sazişi bağlanıb, ona deyəcəm torpağı sənin adına keçirsin” deyə bildirmişdir. xx.xx.2023-cü il t arixdə cavabdeh X24 göstəriş verərək 5 ha torpaq sahəsini adına keçirməyi tapşırmışdır. Torpaq onsuz da iddiaçının atasına məxsus olduğundan, dolayı yolla da iddiaçıya məxsus olduğundan və Mahir Rəşada bu torpağın adına keçirilməsinə görə 50.000 manat verməli olduğundan Mahirin vermiş olduğu pulla alğı-satqı müqaviləsini 40.000 manata bağlamışlar. Bununla da Rəşada həmin 50.000 manatdan 40.000 manat ödənilmişdir. Cavabdehin bu hərəkəti iddiaçıda ona qarşı etibar yaratmış və öhdəliyi icra edəcəyinə əmin olmuşdur. Təxmini olaraq 2023-cü ilin mart aylarında iddiaçı ilə cavabdehin oğlu arasında kiçik mübahisə yaranmışdır. Bundan sonra onlar iddiaçıdan polis orqanına şikayət ünvanlamışlar. Bu mübahisə cavabdehin əsl niyyətini üzə çıxarmaq üçün əsas olmuşdur. Cavabdeh Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq baş tutmuş alğı-satqını etibarsız hesab etdirmək istəmiş, səbəb kimi isə onun belə göstərişi olmadığını bildirmişdir. Halbuki alğı-satqının həyata keçirilməli olduğunu məhz Mahir göstəriş vermiş və bütün alğı-satqı xərclərini o, ödəmişdir. Cavabdehin bu göstərişi yazmış olduğu öhdəlik ərizəsi ilə təsdiq olunur. Ehtimal ki, bu ərizəni unutduğundan iddiaçıya qarşı belə əsassız iddia qaldırır. Cavabdeh nəinki bu hərəkəti etmiş, öhdəlik ərizəsi üzrə etməli olduqlarını da ərizədə qeyd edilən xx.xx.2023-cü il tarixədək icra etməkdən yayınmışdır. İddiaçı uzun müddət cavabdehin bu hərəkətdən əl çəkəcəyini gözləyərək iddia qaldırmamışdır. Lakin cavabdeh bütün torpaqları, götürmüş olduğu pulu mənimsədiyi və iddiaçıya ziyan vurmaq üçün əsassız iddialar qaldırması səbəbindən hazırkı i ddianı qaldırmaq məcburiyyətində olmuşdur.

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının iddiası tamamilə əsassız, qanunsuz və sübutsuzdur. Belə ki, sübut qismində təqdim edilmiş ərizə saxtadır, çünki, o heç bir zaman üzərinə elə bir öhdəlik götürməmişdir. Sözügedən öhdəlik ərizəsinin saxta olduğu, iddiadakı cümlələrin bir-birinə ziddiyyət təşkil etdiyi aşağıda qeyd edilənlərlə tam şəkildə sübuta yetirildiyindən iddia rədd edilməli və o cümlədən 29 dekabr 2021-ci il tarixli öhdəlik ərizəsi etibarsız hesab edilməlidir. İddia ərizəsində qeyd edilənlərin tam əksinə olaraq o nə Kamilin, nə də bir başqasının köməkçisi olmamış, kimsə də onu harasa təsisçi kimi qoşmamışdır. İddiaçı tərəfin də çox yaxşı bildiyi kimi onlar Kamillə dost olmuş, hətta ilk əvvəl birlikdə MTK yaratmışlar. Daha sonra MTK-da rəhbərlik dəyişdiyindən, onun kimi bir neçə təsisçinin gəlirlərini, pullarını mənimsədiyi, dələduzluq etdiyi üçün MTK-ya sədrlik edən X12 barədə cari ildə aidiyyəti hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra məhz hazırkı iddiaçı Qənbər Fətullayevin qanunsuz maraqlarını müdafiə etmiş və onun tərəfindən bu cür qanunsuz və əsassız şəkildə işin əsl hallarını təhrif edərək məhkəmələrə yalan məlumatlar verməkdə, əsl həqiqətdə onun hüquqlarını pozmaqdadır. İddiaçının hazırda həqiqətləri danaraq kimlərinsə qanunsuz maraqları üçün bu cür saxta sənədlər təqdim edərək qanunu pozması, əsassız iddia qaldırması qəbul edilməzdir. İddiaçın yalan danışdığını onun iddiasındakı aşağıdakı fikirlərinin analizi sübut edir. Belə ki, idd iaçı qeyd edir ki, guya onun atasının maddi durumu yaxşı olduğu üçün 2014-2015-ci illərdə atası ona şəxsi ehtiyacları üçün 3.000.000 manat borca pul vəsaitləri vermişdir. Guya atası rəhmətə getdikdən sonra torpaq sahələrini mənimsəmişdir. Guya onun daimi təkidlərindən sonra o, hər il ildə bir dəfə 30.000 manat pul vermişdir. Guya yaşa dolduqdan sonra aldadıldığını hiss edir və guya onunla xx.xx.2021-ci il tarixində görüşür və guya həmin tarixdə “Mən Cavabdeh bu öhdəlik ərizəsini kompüterdə yazdıraraq bildirirəm ki, mərhum dostum X22 tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20,5 hektarindan 16 hektarını xx.xx.202 3-cü il tarixədək X10 oğlu İddiaçı adına keçirməyi 2016-cı ildən bəri satdığım 4,5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə götürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 manat qalıb. Onu da birdəfəlik həmin tarixədək qaytaracağam” məzmunlu öhdəlik ərizəsi yazmışdır. Qeyd olunanlar həqiqəti özündə əks etdirməyən absurd fikirlərdir. Belə ki, iddiaçının hazırkı iddia ərizəsinin tələb hissəsinin özü belə hər hansı öhdəlik ərizəsinin, ümumiyyətlə öhdəliyin olmadığını, tərəfindən yazılmadığını, imzalanm adığını göstərir. Belə ki, əgər həqiqətən də elə bir ərizə vardısa o zaman sual olunur nə üçün iddiaçı öhdəlik ərizəsinin tam şəkildə icrasını yox, məhz 16 ha torpaq sahəsinin onun adına keçirilməsini tələb edir? Bununla yanaşı həmin ərizədəki 3.000.000 manat pulla bağlı ziddiyyət yaranır. Belə ki, iddiaçının dediyindən belə çıxır ki, atası rəhmətə getdikdən sonra ona hər il 30.000 manat pul ödəmiş və 2021-ci ildə sonuncu dəfə 30.000 manat qaytaranda 2.790.000 manat qalıq qalmışdır. Bildirir ki, elementar riyazi hesablama bu fikrin uydurma olduğunu sübut edir. Belə ki, əgər iddiaçının atası öldükdən sonra, yəni 2016-cı ildən tərəfindən ildə bir dəfə iddiaçıya 30.000 manat pul ödənilibsə və əgər ki, 2021-ci ildə 2.790.000 manat qalıq qalırsa, 3.000.000 manat hesabı ilə o 210.000 manat pul ö dəmiş olmalıdır. 210.000 manatı isə ildə bir dəfə ödəniləcək 30.000 manata nisbətdə hesablasa, o zaman bu 7 il edir. 7 illik ödəniş isə göstərir ki, əgər o 2016-cı ildən ödəniş edirsə o zaman 7 il hesabı ilə o 210.000 manatı 2023-cü ildə ödəmiş olmalı idi. Göründüyü kimi iddiaçı özünə haqq qazandırmaq üçün uydurma məbləğlər yazsa da, öz aləmində guya ödənişlər edildiyini desə də, bu hesablama bütün bunların yalan olduğunu göstərir. Digər məsələ odur ki, sual verir, əgər iddiaçının dediyi kimi o hər il ödəniş etmişdirsə bunu nə ilə sübut edir? Atasının ona verildiyini qeyd etdiyi 3.000.000 manat pulu hansı qaydada verildiyini güman edir? İddiasında qeyd edir ki, əvvəllər yaşı az idi, sual olunur yaşı az idisə, onunla onun atası arasında hansısa qeyd edilən formada anlaşma var idisə bunu har adan bilir, bu nə ilə təsdiq edilir? Sual olunur nə üçün bu kimi öhdəlikdən onun hazırkı iddiaya kimi məlumatı olmamışdır? Sual olunur əgər öhdəliklə bağlı hansısa razılaşma var idisə nə üçün iddiaçı bu saxta formada ortaya çıxartdığı ərizəni onun etibarsızlıqla bağlı Yasamal Rayon Məhkəməsində iddiası olan zaman təqdim etməyib? Sual olunur bu qədər pula, torpaq sahəsinə öhdəlik götürmüşdürsə nə üçün bu notarial qaydada bağlanmayıb? Nə üçün həmin ərizədə yalnız və yalnız onun imzası var, ərizənin məzmunu, eləcə də ad, soyadı belə tərəfindən yazılmayıb? Sual olunur əgər onun tərəfindən ərizə yazılması barədə təşəbbüs olubsa, nə üçün həmin ərizənin kompüter vasitəsilə yazılmasına razı olsun? Bu suallar iddiaçının təqdim etdiyi ərizənin saxta olduğunu, ərizədən xəbərinin olmadığını, tərəfin dən imzalanmadığını təsdiq edir. İddiaçı qeyd edir ki, guya onun üzərinə düşən öhdəliyi icra etmədiyini görüb təkrar ünsiyyətə keçmiş və guya o da X33 ilə arasında barışıq sazişi olduğunu, həmin mübahisəli torpaq sahəsinin isə onun atasına məxsus olduğunu qeyd edərək həmin torpağın onun adına keçirtdirəcəyini demişdir. Guya xx.xx.2023-cü ildə o, Rəşad Əzizova göstəriş verərək torpaq sahəsinin iddiaçının adına keçirməyi tapşırmışdır. Bildirir ki, bu qeyd də uydurmadır. Belə ki, sual olunur, əgər öhdəliyin icra vaxtı xx.xx.2023-cü il tarixinə kimi idisə, o zaman nə üçün qeyd edir ki, üzərinə düşən öhdəliyi icra etmədiyi üçün təkrar əlaqə saxlayır? Sual olunur necə ola bilir ki, öhdəlik ərizəsində qeyd edilən pulları, torpaq sahələrini ona verməsin, amma ona məxsus olan əmlakı guya onun atası na məxsusdur adı ilə öhdəlik vaxtı çatmamış ona versin? İddiaçının X33 ilə arasındakı razılaşma üzrə qeyd etdikləri də təhrif edilmiş formadadır. Belə ki, bəli əsl həqiqətdə ona məxsus torpaq sahəsi X33 tərəfindən mənimsənildiyi üçün aidiyyəti qaydada inzibati məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi iddiasını təmin etdikdən sonra Rəşad Əzizovun xahişlərini nəzərə alaraq 11 mart 2022-ci ildə barışıq sazişi bağlamış və həmin sazişlə o və Rəşad müəyyən öhdəliklər götürmüşlər. O, üzərinə düşən ilkin öhdəlikləri tam icra edərək Rəşad Əzizovun da sazişə əməl edəcəyinə insansa da car ilin iyul ayında xəbər tutmuşdur ki, onun hüquqları çatan daşınmaz əmlakı, yəni Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 5,0 ha torpaq sahəsini onun xəbəri olmadan, gizlin şəkildə 17 fevral 2023-cü il tarixində X5 Fərid Kamil oğluna satmışdır. Sözügedən müqavilədən xx.xx.2023cü il tarixində rəsmi qaydada notariusa müraciət edərək sənədləri əldə edən zaman xəbər tutmuşdur. Çünki, bu günə kimi X33 ona torpaq sahəsinin satıldığını bildirməmişdir. Sözügedən müqavilə onun hüquqları pozulmaqla məqsədli şəkildə bağlandığından qüvvədə olan barışıq sazişinə əsasən onlar arasında bağlanılmış 17 fevral 2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və eləcə də saziş üzrə öhdəliklərin icrasının Rəşad Əzizovun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi üçün aidiyyəti qaydada Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir və iddiası ilə bağlı e-2(004)-4029/2023 nömrəli iş üzrə hazırkı iddiaçı cavabdeh qismində cəlb edilmiş dir və onun vəkili Vəkil1 məhkəmədə iştirak edən zaman iddiaçının hazırda qeyd etdiklərini yox, məhz əmlakı tam qanuni şəkildə aldığını, ödənişi də özlərinin etdiyini, tərəfindən hansısa göstərişin olmadığını bildirmişdir. İlk proseslər bu formada özlərinə haqq qazandırsalar da, sonda sazişdəki üçüncü şəxs anlayışını əsas tutaraq ilk əvvəl dediklərinin əksinə bildirmişlər ki, guya o, əmlakın Fəridin adına keçirilməsini demişdir və 40.000 manat da pulu o, ödəmişdir. Həmin məhkəmə zamanı verdiyi sualı indi bir daha qeyd edir: işin hallarına, müqaviləyə baxıldıqda əmlakın 40.000 manata satıldığı qeyd edilsə də, 36.000 manat vergi ödənilmişdir. Sual olunur vergi kim tərəfindən ödənilib? Həmin məhkəmə zamanı da indi də bildirir ki, sübut etsinlər ki, o, əmlakın Fəridə satılmasını bildirmişdir. Qeyd olunmalıdır ki, hazırda iddianın əsası kimi qoyulmuş öhdəlik ərizəsi iddiası əsasında baş tutan məhkəmə prosesinə ilk öncə təqdim edilməmiş, sadəcə olaraq xx.xx.2023-cü il tarixində sonuncu baxış iclasında elektron sistemə əlavə edilmiş, bununla yanaşı icraatdakı əsassız iddia ərizəsi də məhz işin sonunda verilmişdir. Bu detal sübut edir ki, sözügedən ərizə reallıqda mövcud olmamışdır. Əgər belə bir ərizə mövcud olsaydı o zaman Fərid indi yox, ilk gündən onu məhkəməyə təqdim edərdi, məhkəmədə ikili, bir-birinə ziddiyyətli fikirlər irəli sürməzdi və o cümlədən ərizəni əsas tutub onun iddiasından qabaq aidiyyəti qurumlara müraciət edərdi. İddiaçı qeyd etmişdir ki, guya o, iddia ərizəsi verən zaman öhdəlik ərizəsini unutmuşdur, lakin nəzərə alınmalıdır ki, İddiaçı hər şeyin, həqiqətin fə rqində olsa da mövcud olmayan, heç bir hüquqi qüvvəsi olmayan öz maraqlarına xidmət edən sözlərdən ibarət kağız parçasını tərtib edərək onun adından da imzaladaraq son anda özünə haqq qazandırmağa, məsuliyyətdən yayınmağa çalışır. Qeyd edilənlərə, qanunvericiliyin tələblərinə əsasən bildirir ki, adından imzalandığı qeyd edilən 29 dekabr 2021-ci il tarixli öhdəlik ərizəsi qanunsuzdur, saxtadır. Öhdəlik ərizəsi adı altında iddiaçı tərəfindən onun öz qanunsuz maraqları üçün tərtib edilərək, imzaladılmış ərizənin ona heç bir aidiyyəti olmamaqla, qanunvericiliyin tələblərinə belə adekvat deyil. Ərizənin məzmunundan aydın olur ki, iddiaçı onu məqsədli şəkildə onun iddiasına təsir etmək üçün ağlına nə gəldi yazmaqla, köhnə tarixə də qeyd etməklə harada, hansı torpaq sahəsinin olduğunu qeyd etmə dən, hətta öz aləmində borc üzrə geri ödənişlərə dair hətta səhv hesablamalar da apararaq ərizəyə qanuni görüntü yaratmağa çalışmışdır. Odur ki, sözügedən mübahisə predmetinin əsasını təşkil edən ərizənin etibarsız hesab edilməsi qanunvericiliyin tələbi olmaqla bu əsaslı detalın araşdırılması və münasibət bildirilməsi məhkəmənin vəzifəsidir. Əks yanaşma iddiaçı tərəfindən edilmiş saxtakarlığa, qanunsuzluğa haqq qazandırmaqdır. Tətbiqi məcburi olan aidiyyəti yerli və beynəlxalq normaların, məhkəmə qərarlarının tələblərinin pozulmasıdır. İşin hallarına, qanunvericiliyin tələblərinə əsasən xahiş edir ki, İddiaçı əsassız və sübutsuz iddiası rədd edilsin, həmçinin xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsi” etibarsız hesab edilsin.

7. İş üzrə xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında X11, X9, X21 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər iddiaya münasibətdə bildirmişlər ki, onlar xx.xx.2016-cı il tarixdə vəfat etmiş Kamil Quliyevin vərəsələridir. Vəfat edən vaxta qədər kamil Quliyevin kifayət qədər geniş imkanı olmuş, əldə etdiyi əmlakların hamısını öz adına ala bilmədiyindən ona çox yaxın olmuş cavabdehin və göstərdiyi üçüncü şəxslərin, hətta qohumlarının adına almışdır. Bu yaxınlıq o səviyyədə olmuşdur ki, Kamil Quliyev tərəfindən təsis edilmiş “MKM-Mənzil Tikinti Kooperativi” (hazırkı "xxxx" MTK) yaradılarkən cavabdeh heç bir məbləğ qoymamasına baxmayaraq təsisçi kimi qeyd edilmişdir. Faktiki olaraq Kamil Quliyev və digər iki nəfər şəxs tərəf indən "xxxx" MMC qurulmuş və həmin MMC-nin fəaliyyəti üçün məbləğ qoyulmuşdur. X56 adından formal olaraq təsisçi kimi cavabdeh qeyd edilmişdir. Həmin MMC son illərə qədər Kamil Quliyevə məxsus olan (hal-hazırda onun mülkiyyətində olan) və "xxxx" MTK-nın yerləşdiyi Abşeron rayonu Hökməli qəsəbəsində 7 ha torpaq sahəsində fəaliyyət göstərmişdir. Bu münasibətlər kəskinləşdiyindən cavabdeh həmin MMC-ni əmlakları ilə birlikdə başqa əraziyə daşımışdır. Kamil Quliyev Bakı şəhəri, M.Əlizadə küçəsi, 130 nömrəli yaşayış evinin 43 saylı mənzili cavabdehin qohumu Babaşova Rəna Rəsul qızının adına almış və bu günə kimi həmin ev onların sahibliyində olmuşdur. Münasibətlər kəskinləşdiyindən düz 30 ildən sonra Rəna Babaşova (Cavabdeh göstərişi ilə, hər iksinin vəkilinin eyni olması və münasibətlər kəskinl əşdikdən sonra bu iddianın qaldırılması qeyd edilən faktı təsdiq edir) Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. 2(005)-179/2024 nömrəli işdə Vəfa Quliyeva müstəqil tələb irəli sürən üçüncü şəxs kimi tanınmışdır. 30 il ərzində bu iddianın qaldırılmaması və heç bir pretenziya irəli sürməməsi o deməkdir ki, həmin mənzili Kamil Quliyev almış və hər kəs bunu belə bilmiş, qəbul etmişdir. X49 rayonu, Aşağı Güzdək qəsəbəsində 5 ha torpaq sahəsini cavabdehin işçisi X15 adına almışdır. Cavabdeh ilə Rəşad Əzizov arasında münasibətlər kəskinləşmiş və bu mübahisə “Barışıq Sazişi” ilə yekunlaşmışdır. Münasibətlər kəskinləşməmiş həmin torpaq sahəsini iddiaçının adına keçirilməsinə cavabdeh göstəriş verərək Kamil Quliyevə məxsus olan torpağı geri qaytarmışdır. Lakin münasibətlər kəskinləşdikdən so nra yuxarıda sadalanan digər iddialar kimi formal iddia qaldıraraq belə bir göstərişin vermədiyini bildirmişdir. Hazırda həmin işə Ali Məhkəmədə baxılmaqdadır. Ən əsası isə X49 rayonu, Hökməli və Güzdək qəsəbələrində formal mülkiyyətçi kimi cavabdehin adına torpaq sahələri əldə etmişdir. Kamil Quliyev vəfat edən vaxtda cavabdehin adında 20 ha yaxın torpaq sahəsi qalmışdır. Digər tərəfdən Kamil Quliyev vəfat edənə qədər cavabdehə 3.000.000 manat pul vermişdir. Bu pul Kamil Quliyevin cavabdehə olan güvəninə görə və cavabdehin həyatını rahatlaşdırmaq məqsədi ilə borc kimi verilmişdir. Kamil Quliyev həmişə deyirdi ki, “mən Cavabdeh etibar edirəm, o, adında olan əmlakların və borc məbləğin heç vaxt arxasına keçməz, mən sağ olmasam demişəm həmin əmlakları və borcu böyük oğlum Fəridə qaytar.” Kam il Quliyev vəfat etdikdən sonra da qeyd edilən səbəbdən cavabdehə dəfələrlə torpaqları və borcu tam qaytarmaq təklif olunmuşdur. Hətta ətrafda olan və cavabdehə yaxın adamlardan da cavabdehə bildirmələri xahiş edilmişdir ki, cavabdehi bu əməlindən daşındırsınlar və haqları olan torpaqları və borcu tam geri qaytarsın. Məhz iddiaçının cavabdehlə uzun sürən danışıqlarından sonra cavabdeh qeyd edilən “Öhdəlik Ərizəsini” yazaraq imzalamışdır. Bundan sonra cavabdeh yuxarıda qeyd edilən 5 ha torpaq sahəsini iddiaçının adına keçirmişdir. Lakin iddiaçı ilə cavabdehin oğlu Ağası Babaşov arasında yaranan münaqişədən və Ağası Babaşov tərəfindən Abşeron Rayon Polis İdarəsinə müraciətdən sonra cavabdeh öz üzərinə götürdüyü bütün öhdəliklərdən yayınmağa başlamışdır. “Öhdəlik Ərizəsindəki” bütün məlumat lar realdır və üçüncü şəxslər həmin ərizə üzrə cavabdehin öhdəliklərini Kamil Quliyevin ona bildirdiyi vəsiyyət üzrə iddiaçının xeyrinə icra olunmasına tamamilə razıdırlar. 9. “X41 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 140 nömrəli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2010-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan kateqoriyası ehtiyat fondu torpaqları, məqsədli istifadə növü sahibkarlıq olan 2,0 ha torpaq sahəsinin bazar qiyməti təqribən 1.019.953,255 (5.099,8*200) manat müəyyən edilmişdir. 10. “X41 v ə Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 139 nömrəli mütəxəssis rəyinə əsasən

1. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən xx.xx.2005-ci il tarixli Torpağa mülkiyyət hüququna dair (JN: 0077 Kod ********) Dövlət Aktına əsasən mülkiyyətdə olan tikinti məqsədli təyinatlı, istifadə növü sahibkarlıq olan 7,00 ha torpaq sahəsinin orta bazar qiyməti 2.039.310,0 (3.005,3*700) manat;

2. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən **********98 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 1,5 ha torpaq sahəsinin orta bazar qiyməti 450.800,00 (3.005,3*150) manat;

3. Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən **********26 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 3,4 h a torpaq sahəsinin orta bazar qiyməti 1.021.813,33 (3.005,3*340) manat müəyyən edilmişdir. 11. “X41 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 138 nömrəli mütəxəssis rəyinə əsasən

1. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən ******* nömrəli xx.xx.2023-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən, kateqoriyası kənd təsərrüfatı torpaqlar, məqsədli istifadə növü sahibkarlıq olan 2,19 ha torpaq sahəsinin orta bazar qiyməti 948.859,7434 (4.332,7*219) manat;

2. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən **********11 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 1,0 ha torpaq sahəsinin (satılmış) orta bazar qiyməti 433.269,2892 (4.332,7*100) manat;

3. Abşeron rayo nu, Aşağı Güzdək qəsəbəsində yerləşən **********11 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan məqsədli istifadə növü sahibkarlıq olan 2,8825 ha torpaq sahəsinin orta bazar qiyməti 1.248.898,726 (4.128,6*288,25) manat müəyyən edilmişdir. 12. “X41 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 137 nömrəli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən **********02 reyestr nömrəli çıxarışa əsasən mülkiyyətdə olan, məqsədli istifadə növü sahibkarlıq olan 0,0956 ha torpaq sahəsinin (yolun kənarı) bazar qiyməti təqribən 88.025,0 (9.207,6*9,56) manat müəyyən edilmişdir.

13. Azərbaycan Respublikası “X18”nin xx.xx.2023-cü il tarixli, 176 saylı mütəxəssis rəyinə əsasən tədqiqata təqdim edilmiş, Cavabdeh adından yazılmış 29 dekabr 2021-ci il tarixli “Öhd əlik Ərizəsinin” sonunda “İmza” sözündən sonra “Cavabdeh” sözləri qarşısında icra edilmiş imza Cavabdeh tərəfindən icra olunmuşdur.

14. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/909 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 49-cu vərəqəsində yerləşən Abşeron rayonu 29 dekabr 2021-ci il tarixli öhdəlik ərizəsində “İmza” sözündən sonra “Cavabdeh” yazıları qarşısında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur.

15. Məhkəmənin hazırlıq iclasında ekspert X6 ifadə verərək bildirmişdir ki, əgər məhkəmədən sənədin əslinin əldə edilməsinin mümkün olmaması ilə bağlı məktub daxil olarsa, görüntü yaxşı olduqda sənəd in surətinə əsasən də rəy verirlər. İş materiallarının 49-cu səhifəsində yerləşən sənədin əsli olub-olmadığını, imzanın həmin sənədə sonradan köçürülüb-köçürülmədiyini müəyyən edə bilmirlər. Bu məqsədlə sənədlərin məhkəmətexniki ekspertizası təyin edilməlidir.

16. Bundan sonra məhkəmə tərəfindən iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/1255 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 29 dekabr 2021-ci il tarixli Öhdəlik ərizəsində Cavabdeh adı qarşısında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir.

17. Məhkəmə iclasında ekspert X34 ifadə verərək bildirmişdir ki, tədqiqat “Leica” M205 C ” mikroskop və “Foster-Freeman” firmasının istehsalı olan VSC 6000/HS markalı video spektral komporator vasitəsi ilə aparılmışdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna istinad edilmişdir. Metodik vəsait vardır, lakin onlar onu qeyd etmirlər. Sual ona aydın olmuş və həmin sual üzrə tədqiqat aparılmışdır. İş materiallarında neçə nüsxə öhdəlik ərizəsinin olduğunu bilmir, lakin sənədin əsli üzrə tədqiqat aparırlar. İşi vərəqləyərək sənədin əslini tapmış və onun üzərində tədqiqat aparmışdır. Qərardadda iş materiallarının hansı səhifəsində yerləşən öhdəlik ərizəsinin tədqiq edilməsi ilə bağlı müddəanın olub-olmamasını xatırlamır. Sənədin əslini tapmış və onun üzərində tədqiqat aparmışdır. Sual tam dəqiq qoyulmadıqda ekspert sual ətrafında sənədi axtarıb tapır və dəqiqliklə sənədin h ansı səhifədə yerləşdiyini qeyd edir. 2009-cu ildən ekspert vəzifəsində işləyir. Ekspert qarşısında qoyulmuş sual imzanın hansı üsulla icra olunması kimi başa düşülür. İlkin gözlə araşdıraraq sənədin əslinin olmadığı müəyyən edildikdə, həmin sənədin əslini tələb edirlər. İmza hər hansı texniki vasitənin köməyi ilə deyil, birbaşa icra edilmişdir. O, qoyulan sual üzrə sənədi müəyyənləşdirərək tədqiqat aparmışdır.

18. Məhkəmə iclasında şahid X30 ifadə verərək bildirmişdir ki, cavabdehi tanıyır. Belə ki, cavabdeh qardaşı oğlunun şəriki olmuşdur. İddiaçının atasının əmisidir. X10 ona borcu var idi. İddiaçı ondan cavabdehdən torpaq sahələrinin alınmasına yardım etməyini istəmiş və nəticədə ona olan borcu ödəyəcəyini bildirmişdir. İddiaçı pulun, torpaq sahəsinin cavabdehə verilməsi ilə bağlı sənə din olmadığını bildirmişdir. Cavabdehin əvvəllər maddi vəziyyəti X10 maddi vəziyyətindən də yaxşı olmuşdur. Cavabdeh X1 olmamışdır. Onlar şərik olmuşlar. X10 ürəyində problem var idi. 3-4 gün bununla bağlı xəstəxanada da yatmışdı. Qardaşının iki həyat yoldaşı olmuşdur. Buna görə də soyadları fərqlidir. Mahir və Kamil şərik olmuşlar. Kamilin pul və ya torpaq sahəsinin cavabdehdə olması ilə bağlı heç bir məlumatı yoxdur. X10 ona 322.000 manat borcu var idi. X10 ailəsi ilə heç bir ədavəti yoxdur. 19. “X38 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004-357/2024 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən

1. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2010-cu il tarixli Hüquqların D övlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan 2,0 ha torpaq sahəsinin dəyəri 540.000 manat;

2. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ******* nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən mülkiyyətdə olan 2,19 ha torpaq sahəsinin dəyəri 591.300 manat;

3. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, **********11 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 1 ha torpaq sahəsinin dəyəri 280.000 manat;

4. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, **********11 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 2,8825 ha torpaq sahəsinin dəyəri 764.000 manat;

5. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, xx.xx.2005-ci il tarixli Torpağa mülkiyyət hüququna dair (JN: 0077 Kod ********) Dövlət Akt ına əsasən mülkiyyətdə olan 7,00 ha torpaq sahəsinin dəyəri 2.604.000 manat;

6. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, **********98 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 1,5 ha torpaq sahəsinin dəyəri 382.500 manat;

7. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, **********26 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 3,4 ha torpaq sahəsinin dəyəri 986.000 manat;

8. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, **********02 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 0,0956 ha torpaq sahəsinin dəyəri 87.000 manat təşkil edir.

20. Cavabdeh və X31 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ü mumi sahəsi 4 ha olan torpaq sahəsinin 1 ha hissəsini 30.000 manata alıcı X3.

21. X48 və Cavabdeh arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı X48 mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0956 ha olan torpaq sahəsini 10.000 manata alıcı Cavabdeh satmışdır.

22. Cavabdeh və X25 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 3,7 ha olan torpaq sahəsinin 0,3 ha hissəsini 10.000 manata alıcı X2.

23. Cavabdeh və X35 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017ci il tarixli Daşın maz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2,99 ha olan torpaq sahəsinin 2,8825 ha hissəsini 50.000 manata alıcı X4.

24. Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2 ha olan torpaq sahəsinin 0,5 ha hissəsini AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən 10.000 manata alıcı Seyidov Nurlan Hicran oğluna satmışdır.

25. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-39/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın qismən təmin edilməsi, cavabdehdən 8.003.800 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 4.823 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 1.227 manatın iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci olan 105 manat və sənədlərin məhkəmə-texniki ekspertizasının xərci olan 100 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsini, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizasının dəyəri olan 1.000 manat məbləğində pulun yarısının 500 manatın iddiaçıdan, qalan 500 manatının isə cavabdehdən tutularaq “X38 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı hesab etmişdir ki, cavabdeh xx.xx.2021-ci il ta rixli “Öhdəlik ərizəsi” imzalamaqla iddiaçı qarşısında öhdəlik ərizəsində qeyd edilənləri xx.xx.2023-cü il tarixədək icra etməyi öhdəsinə götürmüş, lakin bugünədək icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən öhdəli k ərizəsi üzrə iddiaçı cavabdehdən ərizədə nəzərdə tutulmuş hərəkətlərin edilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə öhdəlik ərizəsi üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Belə ki, cavabdeh iddiaçı qarşısında öhdəlik ərizəsində qeyd etdiklərini icra etməyərək, əsassız olaraq varlanmış və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, iddia tələbindən də göründüyü kimi öhdəliklə bağlı hərəkətlərdən bir qismi borc məbləğinin, satılmış t orpaqların dəyərinin qaytarılması ilə bağlı olsa da, digər qismi naturada ifadə olunmuş, yəni əslində iddiaçının mərhum atası X10 mülkiyyəti olan, lakin cavabdehin adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20,5 hektardan 16 hektarını iddiaçının adına keçirmək şəklində ifadə olunmuşdur. Sözügedən torpaq sahələrindən əksəriyyəti cavabdeh tərəfindən özgəninkiləşdirildiyindən, həmçinin cavabdeh adında saxlanılmış torpaq sahələrini öhdəlik ərizəsində göstərilən tarixədək iddiaçının adına rəsmiləşdirmədiyindən, iddiaçı öhdəliyin müvafiq hissəsinin icra olunması mümkün olmayacağından ona dəymiş zərərin ödənilməsini tələb etmişdir.

27. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya dəyən zərərin məbləğinin ədalətli ola raq müəyyənləşdirilməsi məqsədilə iddiaçının mərhum atası X10 mülkiyyəti olan, lakin cavabdehin adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20,5 hektardan 16 hektar torpaq sahəsinin hazırkı dövrə olan bazar dəyərinin müəyyənləşdirilməsi məqsədilə əmlakların qiymətləndirilməsi ekspertizası təyin edilmiş, o cümlədən əslində iddiaçının mərhum atası X10 mülkiyyəti olan lakin cavabdehin adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan lakin öhdəlik ərizəsi tərtib olunanadək cavabdeh tərəfindən özgəninkiləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20,5 hektardan 4,5 hektar torpaq sahəsinin hansı qiymətə özgəninkiləşdirilməsinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular verilmiş dir: Belə ki, “X38 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004 357/2024 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən

1. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2010-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən cavabdehin xüsusi mülkiyyətində olan 2,0 ha torpaq sahəsinin dəyəri 540.000 manat;

2. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, ******* nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən mülkiyyətdə olan 2,19 ha torpaq sahəsinin dəyəri 591.300 manat;

3. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, **********11 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 1 ha torpaq sahəsinin dəyəri 280.000 manat;

4. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən, **********11 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 2,8825 ha torpaq sahəsinin dəyəri 764.000 manat;

5. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, xx.xx.2005-ci il tarixli Torpağa mülkiyyət hüququna dair (JN: 0077 Kod ********) Dövlət Aktına əsasən mülkiyyətdə olan 7,00 ha torpaq sahəsinin dəyəri 2.604.000 manat;

6. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, **********98 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 1,5 ha torpaq sahəsinin dəyəri 382.500 manat;

7. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, **********26 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətdə olan 3,4 ha torpaq sahəsinin dəyəri 986.000 manat;

8. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, **********02 reyestr nömrəli Çıxarışa əsasən mü lkiyyətdə olan 0,0956 ha torpaq sahəsinin dəyəri 87.000 manat təşkil edir.

28. Məhkəmə onu da qeyd etmişdir ki, Cavabdeh və X31 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 4 ha olan torpaq sahəsinin 1 ha hissəsini 30.000 manata alıcı X3. Cavabdeh və X25 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 3,7 ha olan torpaq sahəsinin 0,3 ha hissəsini 10.000 manata alıcı X2. Cavabdeh və X35 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2,99 ha olan torpaq sahəsinin 2,8825 ha hissəsini 50.000 manata alıcı X4. Cavabdeh və Seyidov Nurlan Hicran oğlu arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 2 ha olan torpaq sahəsinin 0,5 ha hissəsini 10.000 manata alıcı Seyidov Nurlan Hicran oğluna satmışdır.

29. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdehdən

1. İddiaçı mərhum atası X8 onun sağlığında aldığı 3.000.000 manat borcdan qalan 2.790.000 manat borc; 2. əslində İddiaçı mər hum atası X10 mülkiyyəti olan, lakin Cavabdeh adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan lakin öhdəlik ərizəsi tərtib olunanadək Cavabdeh tərəfindən özgəninkiləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20,5 hektardan 4,5 hektar torpaq sahələrinin özgəninkiləşdirildiyi alğı-satqı müqaviləsi üzrə dəyərləri;

3. İddiaçı mərhum atası X10 mülkiyyəti olan, lakin Cavabdeh adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20,5 hektardan 4,5 hektar torpaq sahəsinin “X38 Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 004 357/2024 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən hazırkı dövrə olan bazar dəyəri tutulmalıdır.

30. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaç ıya dəyən zərərin məbləğinin ədalətli olaraq müəyyənləşdirilməsi məqsədilə əmlakların qiymətləndirilməsi ekspertizası təyin edilmiş, o cümlədən müvafiq sorğular verilərək müəyyən edilmişdir ki, cavabdehdən 8.003.800 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 4.823 manat pul tutularaq iddiaçıya ödənilməlidir.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 442, 443.5, 445.1, 448.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 88, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

32. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamil ə ləğv edərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

33. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırılmış həmçinin əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, bu işə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Çünki iş üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar və onların arasında yaranmış bu mübahisə də, məhz onların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. Cavabdehin vəkili vəsatətlə birinci instansiya məhkəməsinin hakiminə müraciət edərək işin kommersiya məhkəməsinə aid olduğunu b ildirsə də, hakim vəsatətlə bağlı qərardad qəbul etmək əvəzinə vəsatəti protokolla rədd etmişdir ki, bu prosessual pozuntu kimi qiymətləndirilməlidir. Bundan başqa birinci instansiya məhkəməsi iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin “Öhdəlik ərizəsi” ilə əlaqədar verdiyi rəyləri mötəbər sübut kimi qəbul etməkdə haqlı olmamışdır. Çünki cavabdeh “Öhdəlik ərizəsini” imzalamamışdır. Bundan başqa “Öhdəlik ərizəsi” latın qrafikası ilə tərtib edilmişdir, lakin cavabdeh, latın qrafikasını bilmir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh həmin “Öhdəlik ərizəsinin” onun tərəfindən imzalanıb-imzalanmamasının araşdırılması üçün “X18” MMC-yə müraciət etmiş və həmin MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, “Öhdəlik ərizəsindəki” imza orijinal deyil, sızma printer v asitəsi ilə ərizəyə köçürülmüşdür. Qeyd edilən bu rəy ilə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəylər arasında ziddiyyət olsa da, birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. İşə baxmış birinci instansiya məhkəməsi buna ehtiyac olmadığı halda iddiaçının anasını, qardaşını və bacısını üçüncü şəxs qismində işin baxılmasına cəlb etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin hakimi sonuncu prosesdə cavabdeh tərəfi izahat verməyə məcbur etmişdir. Belə ki, cavabdehin vəkili izahatı növbəti prosesdə verəcəyini, ilk öncə iddiaçının izahatı ilə əlaqədar suallar verməsini istədiyini, müdafiə taktikasına məhkəmənin əsassız şəkildə təsir etməli olmadığını vurğulasa da hakim sanki prinsipə salmışcasına “izahat verin yoxsa bunu imtina kimi qəbul edəcəyəm” demiş dir. Hakim məhkəmə iclas katibinə demişdir ki, protokola yaz ki tərəf izahat verməkdən imtina etdi. Hakimin bu qanunsuz yanaşması, yəni cavabdeh tərəfi izahat verməyə məcbur etməyi, cavabdeh tərəfin prosessual və konstitusion hüquqlarının pozulması kimi qiymətləndirlməlidir.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2354/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Fuad Talışınski və Azad İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instan siyası məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur və apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır.

36. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin “Öhdəlik ərizəsinin” cavabdeh tərəfindən imzalanıb imzalanmaması barədə “X18” MMC-nin xx.xx.2024-cü il tarixli arayışı ilə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəylər arasında olan ziddiyyətin birinci instansiyası məhkəməsi tərəfindən nəzərə alınmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş və birinci instansiya məhkəməsinin sübut kimi qəbul etdiyi rəylər xüsusi biliyə malik olan ekspertlər, cavabdehin dəlilində istinad edilən arayış isə zəruri biliyə malik olan mütəxəssis tərəfin dən verilmişdir. Təbii ki, xüsusi bilik zəruri bilikdən daha üstün və mötəbərdir. Odur ki, “X18” MMC tərəfindən verilmiş rəy ilə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylər arasında ziddiyyətin mövcud olması Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyin mötəbər olmayan rəy kimi qiymətləndirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsi iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyləri etibarlı sübut kimi qəbul etməkdə və iş üzrə nəticəyə gələrkən onlara əsaslanmaqda haqlı olmuşdur.

37. Məhkəmə kollegiyası, “Öhdəlik ərizəsinin cavabdeh tərəfindən imzalamaması, “Öhdəlik ərizəsi”nin latın qrafikası ilə tərtib edilməsi, lakin cavabdehin, latın qrafikasını bilməməsi” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən əvvəllər onun vəkil olmuş X14 verdiyi (2 ədəd) etibarnamələr, hazırkı vəkili Vəkil3 verdiyi etibarnamə, onun bağladığı və yuxarıda qeyd edilmiş “alğı-satqı müqavilələri” Azərbaycan əlifbası (latın qrafikası) ilə tərtib edildiyindən apellyasiya şikayətinin bu dəlili də əsassızdır. xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsinin” mətnindən cavabdeh xəbərdar olmuş və onu imzalamışdır.

38. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı bildirmişdir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi, iddiaçının atası tərəfindən cavabdehə verilməsi iddia edilən borc məbləğinin və iddiaçının xx.xx.2016-cı il tarixdə vəfat etmiş atası Kamil Quliyevə faktiki məxsus olmuş, lakin cavabdehin adına formal olaraq qeydə alınması iddia edilən torpaq sah ələrinin dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır. İddiaçının, mərhumun vərəsəsi olması, onun miras əmlakı qəbul etməsi, mərhumun digər vərəsələrinin yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsində” nəzərdə tutulmuş cavabdehin öhdəliklərinin iddiaçının xeyrinə icra olunmasına razılıq vermələri işin aşkar hallarıdır və bu halları heç kim, o cümlədən cavabdeh tərəfindən mübahisələndirilmir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Vərəsəlilik hüququ” adlı X bölməsinin tələblərinə əsasən iddiaçının hazırkı iddianın cavabdehə qarşı irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir.

39. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, işin hallarından müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsi” ilə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri xx.xx.2023-cü il tarixədək icra etməli olduğu halda onları bu günədək icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir. Beləliklə, qeyd edilən “Öhdəlik ərizəsi” üzrə iddiaçı cavabdehdən ərizədə nəzərdə tutulmuş hərəkətlərin edilməsini tələb etmək üçün də subyektiv hüquqa malikdir. Cavabdeh isə öhdəlik ərizəsi üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Cavabdeh iddiaçı qa rşısında öhdəlik ərizəsində qeyd etdiklərini icra etməyərək, əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

40. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, iddiaçıya dəyən zərərin məbləğinin ədalətli olaraq müəyyənləşdirilməsi məqsədilə əmlakların qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edilərək rəylər alınmış və cavabdehin bağladığı “Alğı-satqı müqavilələrində” qeyd edilmiş satışı qiymətlərini birinci instansiyası məhkəməsi iş üzrə qətnamə qəbul edərkən qeyd edilən məbləğlər nəzərə almışdır. Həmin rəylərdə və müqavilələrdə əks olunan qiymətləri şübhə altına ala biləcək sübutlar məhkəmələrə təqdim edilmədiyindən məhkəmə hesab etmişdir ki, birinci instansiyası məhkəməsi iş üzrə qətnamə qəbul edərək həmin qiymətləri əsas götürməkdə haqlı olmuşdur.

41. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsinin” mətnindən xəbərdardır və onu imzalayaraq iddiaçı qarşısında həmin borcun iddiaçıya qaytarılması öhdəliyin icrasını da üzərinə götürmüşdür. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsi qeyd edilən öhdəliyin icra edilməməsinə görə cavabdehin mülki qaydada məsuliyyət daşıması barədə nəticəyə gəlməkdə və həmin məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qət etməkdə haqlı olmuşdur.

42. Apellyasiya şikayətinin - tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarıına və onların arasında yaranmış bu mübahisənin də, məhz onların sahibkarlıq fəaliyyəti ilə bağlı y aranması səbəbindən hazırkı işə kommersiya məhkəməsi tərəfindən baxılmalı olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində əks olunmuş məlumata əsasən, həqiqətən də həm iddiaçının həm cavabdehin VÖEN-ləri var. İddiaçının kommersiya fəaliyyəti “Parfumeriya mağazasında ətriyyat mallarının pərakəndə satışı” ilə, cavabdehin isə kommersiya fəaliyyəti “avtomobil dayanacağında xidmət göstərən personalın xidmətləri” ilə bağlıdır. Bu və iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin mahiyyəti nəzərə alındıqda müəyyən edilir ki, hazırkı işin baxılma aidiyyəti kommersiya məhkəməsinə aid deyil. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin bu məsələ ilə bağlı verdiyi vəsatəti təmin etməkdə və işə baxmaqda haqlı olmuşd ur. Birinci instansiya məhkəməsinin həmin vəsatəti ayrıca qərardadla və ya protokol qaydasında qəbul edilmiş qərardadla təmin etməməsi, həmin vəsatətin apellyasiya icraatı zamanı əsaslı olması qənaətinə gəlmək üçün əsas yaratmır.

43. Apellyasiya şikayətinin, işə baxmış birinci instansiyası məhkəməsinin buna ehtiyac olmadığı halda iddiaçının anasını, qardaşını və bacısını üçüncü şəxs qismində işin baxılmasına cəlb etməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası Mülki Məcəllənin “Vərəsəlilik hüququ” adlı X bölməsinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia tələbi iddiaçının mərhum atasının sağlığında iddiaçıya verilmiş borc məbləğinin qaytarılması və mərhuma məxsus ol muş torpaq sahələrinin dəyərinin ödənilməsi ilə bağlıdır ki, bu iddianın baxılması iddiaçının anasının, qardaşının və maraqlarına toxunur. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış birinci instansiya məhkəməsi həmin şəxsləri işin baxılmasına üçüncü şəxs qismində cəlb etməkdə və iddiaya dair onların mövqelərini öyrənməkdə haqlı olmuşdur.

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, birinci instansiyası məhkəməsinin işə baxmış hakiminin sonuncu prosesdə cavabdeh tərəfi izahat verməyə məcbur etməsi barədə dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş və bununla da işin icraatı başlanmışdır. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən çoxsaylı məhkəmə prosesləri keçirilmiş və cavabdeh tərəf həmi n iclaslarda iştirak edərək, öz mövqeyini bildirmiş (izahatlar səsləndirmiş, vəsatətlər vermiş, vəsatətlərin müzakirəsində iştirak etmiş), iddiaçı tərəfin mövqeyini dinləmiş, şahidin ifadəsinin alınmasında iştirak etmişdir. İş üzrə qətnamə isə birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin hər hansı bir hüququnu pozmamışdır.

45. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 442, 443.5, 445.1, 448.1, 1091.1, 1092.1, 1115-ci və Mülki Prosessual Məcəllənin 119.1, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

46. Qətnamədən cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

47. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri, işdəki sübutlar nəzərə alınmadan, beynəlxalq və yerli qanunvericiliyin tələblərinə uyğun olmayan qətnamə qəbul edilmişdir.

48. Birinci instansiya məhkəməsi iş materiallarını kobud şəkildə təhrif etmiş, tətbiq edilən hüquq normalarını düzgün qiymətləndirməmiş, nəticədə isə tərəflərin dəlillərinin tam və obyektiv şəkildə araşdırılmasını təmin etməmişdir. Bu səbəbdən verilmiş apellyasiya şikayəti ə saslı olsa da, apellyasiya məhkəməsi də əvvəlki instansiyanın səhvlərini təkrarlamış və ədalətli nəticəyə gəlməmişdir.

49. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, iddiaçının vəkili apellyasiya iclasında iştirak edərək şikayətə etiraz edib və izahatlar verib. Lakin bu izahatlar iddia ərizəsinin məzmunu ilə və birinci instansiya məhkəməsinin qətnaməsi ilə uyğunluq təşkil etməmiş, əksinə, ziddiyyətli və natamam olmuşdur. Məhkəmə bu ziddiyyətləri araşdırmadan, yalnız forma baxımından vəkilin iştirakı ilə kifayətlənmiş, çəkişmə prinsipini pozmuşdur.

50. Apellyasiya qətnaməsində xüsusi olaraq “Öhdəlik ərizəsindəki” imzanın orijinallığının mübahisəliliyi ilə bağlı Məhkəmə Ekspertizası Mərkəzinin və “X18” MMC-nin rəyləri arasında ziddiyyətin olduğu qeyd edil mişdir. Buna baxmayaraq, məhkəmə yalnız dövlət ekspertiza qurumunun rəyini əsaslı hesab edərək digər rəyi nəzərə almamışdır. Halbuki qanunvericilikdə sübutların mənbə və formasından asılı olmayaraq, bərabər dəyərə malik olduğu və birgə qiymətləndirilməli olduğu açıq şəkildə bildirilir.

51. Məhkəmə tərəfindən “xüsusi bilik” ifadəsinə istinad edilərək, dövlət ekspertizasının rəyi üstün tutulmuşdur. Bu isə qanunvericiliyin tələblərinə ziddir. Əgər yalnız dövlət ekspertizasının rəyi əsas götürüləcəkdirsə, o zaman qanunvericilikdə müstəqil ekspertizaların fəaliyyətinə nə üçün icazə verildiyi sualını doğurur. Nəticədə, iş üzrə əldə olunmuş rəylər arasında olan ziddiyyətlər yeni və obyektiv ekspertiza keçirilməsini zəruri etsə də, məhkəmə bu yolu seçməmişdir.

52. Apellyasiya şikayətində iddia olu nan digər mühüm məqam “Öhdəlik ərizəsi”nin cavabdeh tərəfindən imzalanmadığı, daha doğrusu, ərizənin latın qrafikası ilə tərtib olunduğu halda cavabdehin bu əlifbanı bilmədiyi ilə bağlı olmuşdur. Məhkəmə isə cavabdehin vəkillərinə verdiyi etibarnamələrin latın qrafikası ilə olduğunu əsas gətirərək bu dəlili əsassız saymışdır. Lakin həmin etibarnamələrin üzərində ad və soyadın kiril qrafikası ilə yazıldığı, eyni zamanda onların məzmununun cavabdehə izah edildiyi gözardı edilmişdir. Əgər bu sənədlərə diqqətlə baxılsaydı, məhkəmə ad və soyadın latın qrafikası ilə deyil, kiril qrafikası ilə tərtib edildiyini görə bilərdi.

53. Bu cür formal yanaşma sübutların araşdırılması prinsipinin pozulması, tərəflər arasında mövcud olan ziddiyyətlərin araşdırılmaması ilə nəticələnmiş və qərarın obyektivliy inə şübhə doğurmuşdur. Belə yanaşma hüquqi baxımdan qəbuledilməzdir və məhkəmə prosesinin ədalət prinsiplərinə uyğun aparılmadığını göstərir.

54. Qeyd olunmalıdır ki, həm dövlət ekspertiza mərkəzi, həm də müstəqil ekspertiza mərkəzləri tərəfindən verilən rəylərin müəllifləri eyni hüquqi məsuliyyət altında - yalan rəyə görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə - xəbərdar edilmişlər. Bu fakt özü belə, ekspertizalar arasında olan ziddiyyətin yenidən ekspertiza yolu ilə aradan qaldırılmasını zəruri edir.

55. Digər bir vacib məqam, apellyasiya prosesində iddiaçının vəkilinin bir-birini təkzib edən, iddia ərizəsi ilə uyğun gəlməyən və ziddiyyətli fikirlər bildirməsi olmuşdur. Məsələn, iddia ərizəsində öhdəlik ərizəsinin təşəbbüskarı İddiaçı göstərilsə də, apellyasiya prosesində vəkil bunun Cavabdeh tərəfindən olduğunu bildirmişdir. Bu ziddiyyətlərin səbəbi soruşulduqda isə vəkil “bilmirəm, cavab vermirəm” şəklində cavablar vermiş, məhkəmə isə bu cavablarla kifayətlənmişdir.

56. Həmçinin, iddiaçının nümayəndəsi öhdəlik ərizəsinə əsasən ödəniş və ya təminat verilmədiyini bildirsə də, eyni zamanda cavabdehin adına olan torpaq sahəsinin iddiaçının adına keçirilməsi iddiası irəli sürülmüşdür. Bu ziddiyyətlə bağlı dəfələrlə sual verilsə də, iddiaçının nümayəndəsi cavab verməkdən imtina etmiş, məhkəmə isə bu qeyri-müəyyən vəziyyətə hüquqi qiymət verməmişdir.

57. Ədalətli məhkəmə araşdırmasının təmini üçün zəruri olan prinsiplər, xüsusən çəkişmə və bərabərlik prinsipi pozulmuşdur. İddiaçının məhkəmədə iştirakı üçün vəsatətlər rədd edilmiş, iddiaçının verdiyi ziddiyyətli izahatlara hüquqi qiymət verilməmiş, prosesin obyektiv və hərtərəfli araşdırılmamışdır.

58. Apellyasiya Məhkəməsi tərəflərin hər ikisinin VÖEN-i olsa da, fəaliyyət istiqamətlərinin fərqli olduğunu əsas gətirərək mülki mübahisənin kommersiya məhkəməsində baxılmalı olmadığını qeyd etmişdir. Halbuki, tərəflər arasında mövcud olan münasibətlərin kommersiya xarakteri daşıdığı iddiaçının öz izahatlarında da əks olunmuşdur. Bu isə aidiyyət məsələsində də düzgün hüquqi qiymət verilməməsini sübut edir. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

59. İddiaçının vəkili Nümayəndə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, həm məhkəmə araşdırmaları zamanı, eyni zamanda kassasiya şikayətində cavabdehinn iddia tələbi ilə bağlı yega nə mövqeyi “Öhdəlik Ərizə”sindəki imzanın onun olmadığı bildirmək olmuşdur. Məhz cavabdeh tərəfindən qeyd edilən arqumentlərinin həqiqiliyinin yoxlanılması üçün birinci instansiya məhkəməsi iki dəfə ekspertiza təyin edilərək alınmış ekspert rəyləri ilə sübut olundu ki, ərizə məhz Cavabdeh tərəfindən şəxsən imzalanmışdır. Bununla da cavabdehin iradə ifadəsinin əks etdirdiyi “Öhdəlik Ərizə”sindəki faktlar təsdiq olunmuşdur. Yəni cavabdehin yeganə mövqeyi inkar edilmişdir. “Öhdəlik Ərizə”sindəki faktlar təsdiq olunduğundan məhkəmələr haqlı olaraq iddianı təmin etmişlər. Məhkəmə iclaslarının iddiaçının xeyrinə yekunlaşdığı vaxtda cavabdehin təhlükəli fiqura çevrilməsi barədə məlumatlar almış eşitmişdir ki, cavabdeh onu polis orqanlarındakı tanışları vasitəsilə aparıb hədə-qorxu ilə izahat alma q niyyətindədir. Məhz bu səbəbdən iddiaçı tərəfindən 2025-ci ilin əvvəlində Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazova şikayət ərizəsi ünvanlanmışdır. Həmin ərizədə qeyd edilmişdir: “Əldə etdiyim məlumata əsasən daxili işlər orqanlarında olan havadarları, hansıki Sizin fəaliyyətinizə ləkə gətirmək istəyənlər, vasitəsilə mənə hədə qorxu gəlib guya ki belə bir ərizənin olmadığı barədə məndən izahat almaq niyyətindədirlər. Təbii ki mən bu ərizəni yazmaqda məqsədim belə bir hal baş versə bilə, bu izahatın hədə qorxu ilə yazıldığını bildirməkdir. Reallıq ondan ibarətdir ki, həmin “Öhdəlik Ərizəsi” mövcuddur və Cavabdeh tərəfindən imzalanmışdır. Bu öz təsdiqini məhkəmə prosesləri zamanı da tapmışdır. Hazırda gələcək təhlükəsizliyimdən narahat olduğumdan və bu havadarların kimlər olduğundan məlumatım olmadığından belə bir ərizə yazaraq gələcək hadisələrdən özümü sığortalamaq niyyətindəyəm.” Həmin şikayət aidiyyəti üzrə Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə göndərilmiş, orada izahat yazaraq bu ərizənin preventiv xarakterli olduğu bildirilmiş, hazırda heç bir təhlükə mövcud olmadığından Yasamal RPİ-nin 27-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəsimi Musayev tərəfindən xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. Lakin çox keçmədən cavabdehin kassasiya şikayətinə yeni sübut kimi əlavə etdiyi Abşeron RPŞ-də alınmış “İzahat” və “Qərar” məhz Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırılmış şikayət ərizəsində göstərilən halların əyani sübutudur. Sözügedən izahat məhz hədə-qorxu və təzyiq nəticəsində al ınmışdır. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən bağ evindən zibil atmağa çıxarkən mülki geyimli Abşeron RPİ əməkdaşları tərəfindən qanunsuz olaraq iradəsinə zidd formada idarəyə aparılmış, nəqliyyat vasitəsində və idarədə ona qarşı psixoloji və fiziki təzyiqlər göstərilmiş, “idarədə qabağına qoyulan izahata qol çəkmədiyi təqdirdə tutulacağı, ailəsinin də incidiləcəyi” şəklində hədə-qorxu ilə qarşılaşmışdır. Daha sonra təhqiqatçı tərəfindən kompüterdə əvvəlcədən hazırlanmış izahat mətninin imzalanması tələb olunmuş, təzyiq altında izahat imzalatdırılmışdır. Həmin izahatın mətnindən də aydın olur ki, orada qeyd olunan cümlələr onun iradəsini əks etdirmir, suallara verilmiş cavablar ardıcıl şəkildə eyni formada köçürülmüş və sadə cə “məlumatım yoxdur” ifadəsi ilə tamamlanmışdır. Abşeron RPİ-dən buraxıldıqdan dərhal sonra, gecə saat 01 radələrində “Yeni Yasamal” ərazisində yerləşən poliklinikanın X57 Stansiyasına müraciət edilmiş, burada ona “sol kürək nahiyəsində hematoma” diaqnozu qoyulmuşdur. Bu hal Respublika Təcili və X20 Mərkəzi tərəfindən Abşeron rayon Prokurorluğuna xx.xx.2025-ci il tarixli rəsmi məktubla bildirilmişdir. xx.xx.2025-ci il tarixdə zərərçəkmiş tərəfindən dərhal Abşeron rayon Prokurorluğuna və Abşeron RPİ-yə rəsmi qaydada müraciət edilmiş, baş vermiş hadisə barədə ətraflı məlumat verilmiş, izahatın təzyiq nəticəsində alındığı göstərilmiş və vəkilin iştirakı ilə obyektiv mühitdə yenidən dindirilməsi xahiş olunmuşdur. Lakin Abşeron RPİ Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X40 həmin müraci ətləri nəzərə almadan, yalnız Cavabdeh müraciəti əsasında toplanmış HK-1/3746 nömrəli material üzrə xx.xx.2025-ci il tarixli Qərarla cinayət işinin başlanmasının rədd edilməsi barədə formal qərar qəbul etmişdir. Həmin qərarda zərərçəkmişin təqdim etdiyi xx.xx.2025-ci il tarixli şikayətə münasibət bildirməməsi, onun vəkilinin iştirakı ilə təkrar dindirilməyə çağrılmaması cavabdehlə polis əməkdaşları arasında mümkün əməkdaşlığı ehtimal etməyə əsas verir. Nəticədə, xx.xx.2025-ci il tarixli qərardan dərhal Abşeron rayon Prokurorluğuna şikayət təqdim edilmiş, həmin şikayətə preventiv xarakterli ərizə və digər əlavə materiallar da əlavə olunmuşdur. Araşdırma nəticəsində Abşeron rayon prokuroru vəzifəsini icra edən X17 xx.xx.2025-ci il tarixli qərarla əvvəlki qərarın əsassız olduğunu müəyyən etmi ş, materialın RPİ-nin İstintaq şöbəsinə göndərilməsinə qərar vermişdir. Qərarın əsaslandırıcı hissəsində qeyd olunur ki, İddiaçı Abşeron RPİ əməkdaşları tərəfindən zorla idarəyə aparılması, döyülməsi və təhqiqatçı tərəfindən zor tətbiq olunaraq izahat alınması barədə müraciəti araşdırılmalı, izahatı onun nümayəndəsi Vəkil1 iştirakı ilə yenidən alınmalı, digər müraciətlərdə göstərilən hallar üzrə əlavə araşdırma aparılmalı və toplanmış materiallara hüquqi qiymət verilməlidir. Bu isə göstərir ki, Cavabdeh təqdim etdiyi izahat hüquqi və sübuti baxımdan tamamilə etibarsızdır. Həmin izahatın əsassız olduğu Abşeron rayon Prokurorluğunun qərarında da aydın şəkildə göstərilmişdir. Eyni zamanda təqdim edilmiş preventiv xarakterli şikayət ərizəsi ilə bu hal təsdiq olunmuş, həmin izahatın hüquqi qüvv əyə malik olmadığı açıq-aydın ortaya çıxmışdır. Cavabdeh tərəfin kassasiya şikayətində həmin təzyiq altında alınmış izahata və “cinayət işinin başlanmasının rədd edilməsi” qərarına istinad etməsi, guya iddiaçının məsələlərdən xəbərsiz olması barədə arqumentləri tam əsassız və hüquqi dəlildən uzaqdır. Qeyd edilməlidir ki, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar mülki iş üzrə heç bir preyudisial əhəmiyyət daşımır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, yalnız cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya digər məhkəmə qərarları müəyyən hallarda mülki iş üzrə preyudisial hesab edilə bilər. Həmin maddəyə görə, yalnız iki fakt preyudisial hesab olunur: hərəkətin baş verib-verməməsi və həmin hərəkətin konkret şəxs tərəfindən törədilib-törədilməməsi. Digər hallarda isə, istintaq və təhqiqat orqanlarının qərarları məhkəmə üçün məcburi sübut hesab edilə bilməz. Bu hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-669/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərarında da təsdiq olunmuşdur. Orada da aydın şəkildə göstərilir ki, yalnız məhkəmə tərəfindən təsdiqlənmiş və əsaslandırıcı hissədə əks olunmuş faktlar preyudisial əhəmiyyətə malik ola bilər. Nəticə etibarilə, cavabdeh tərəfindən təqdim olunmuş izahatın və təhqiqat qərarının bu mülki iş üzrə heç bir sübut dəyəri mövcud deyildir. Əksinə, həmin izahatın təzyiq altında alındığı sübuta yetirilmişdir və onun hüquqi qüvvəsi yoxdur. Digər tərəfdən, iş üzrə “Öhdəlik Ərizəsi”nin mövcudluğu və orijinallığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyilə təsdiqlənmişdir. Bu da cavabdehin öhdəliklərini inkar etməsinin əsassız olduğunu göstərir. Təqdim olunan sübutlar, hüquqi əsaslandırmalar və məhkəmənin apellyasiya mərhələsində çıxardığı qərar tam qanuni və əsaslı olduğundan, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

60. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

61. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

62. Maddə 21.

1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

63. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

64. Maddə 385.1. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməl i və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır

65. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

66. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilə nin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

67. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

68. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

69. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğ u zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

70. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

71. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

72. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

73. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilmə si yolverilməzdir.

74. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

75. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

76. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 77. maddə 1092.1. Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

78. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

79. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

80. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

82. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hü quq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

83. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

84. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

85. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

86. Maddə 416.2. Apellyasiya insta nsiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

87. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

88. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

89. Kassasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

90. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qeyd olunan hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

91. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellya siya instansiyası məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.

92. Belə ki, kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini kassasiya qaydasında yoxlayarkən, “iddia tələbi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan zərərin əvəzinin, yəni torpaq sahələrinin qiymətinin 8.003.800 manat məbləğində müəyyən edilməsi” hissəsində iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsini müəyyən etmişdir.

93. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnam ə, qeyd olunan hissə istisna olmaqla, digər hissələrdə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olan kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

94. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsi” imzalayaraq, həmin öhdəlik ərizəsində qeyd etmişdir ki, “Mən Cavabdeh bu öhdəlik ərizəsini kompyuterdə yazdıraraq bildirirəm ki, mərhum dostum X22 tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində ola n amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20,5 hektardan 4,5 hektarını xx.xx.2023-cü il tarixədək X10 oğlu İddiaçı adına keçirməyi, 2016cı ildən bəri satdığım 4,5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə göstürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 (iki milyon yeddi yüz doxsan min) manat qalmışdı. Onu da birdəfəlik həmin tarixədək qaytaracağam.” Qeyd olunan “Öhdəlik ərizəsi”nin məzmun undan belə nəticəyə gəlmək olur ki, cavabdeh xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsi” ilə iddiaçı qarşısında xx.xx.2023-cü il tarixədək aşağıdakıları etməyi öhdəsinə götürmüşdür:

1. İddiaçı mərhum atası X8 onun sağlığında aldığı 3.000.000 manat borcdan qalan 2.790.000 manat borcu İddiaçı qaytarmaq;

2. Əslində İddiaçı mərhum atası X10 mülkiyyəti olan lakin Cavabdeh adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 20,5 hektardan 4,5 hektarını İddiaçı adına keçirmək;

3. Əslində İddiaçı mərhum atası X10 mülkiyyəti olan lakin Cavabdeh adına sənədləşdirilmiş 2016-cı ildən bəri onun adında qalan lakin öhdəlik ərizəsi tərtib olunanadək Cavabdeh tərəfindən özgəninkiləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələr ində yerləşən 20,5 hektardan 4,5 hektar torpaq sahəsinin dəyərini İddiaçı vermək;

4. İddiaçı mərhum atası X7 olan vaxt onun vasitəsilə üçüncü şəxslərin adına sənədləşdirilmiş və Cavabdeh etibarnamələri olmuş əslində X10 mülkiyyəti olan torpaqların Fəridin adına keçirilməsinə göstəriş vermək. “Öhdəlik ərizəsi”ndəki imzanın hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə cavabdeh tərəfindən icra edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/909 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/1255 nömrəli məhkəmə-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur.

95. Hazırda iddiaçı cavabdeh tərəfindən sözügedən öhdəlik ərizəsi üzrə onun qarşısında götürdüyü öhdəliklərinin bugünədək icra edilməməsinə istinad edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən cavabdehdən ümumilikdə 10.040.927 manat və ödənilmiş 6.050 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir.

96. Cavabdeh isə iddia tələbinə qarşı etirazında “Öhdəlik ərizəsi”nin onun tərəfindən tərtib edilmədiyini və imzalanmadığını bildirərək, öhdəlik ərizəsinin etibarsız olduğunu və buna görə də iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.

97. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnaməni dəyişdirmədən saxlayarkən qeyd etmişdir ki, “Öhdəlik ərizəsi”nin cavabdeh tərəfindən hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birba şa qələm vasitəsilə imzalanması barədə iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyləri birinci instansiya məhkəməsi etibarlı sübut kimi qəbul etməkdə və iş üzrə nəticəyə gələrkən onlara əsaslanmaqda haqlı olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli “Öhdəlik ərizəsi”nin mətnindən xəbərdardır və onu imzalayaraq iddiaçı qarşısında həmin borcun iddiaçıya qaytarılması öhdəliyin icrasını da üzərinə götürmüşdür. Bu səbəbdən birinci instansiyası məhkəməsi qeyd edilən öhdəliyin icra edilməməsinə görə cavabdehin mülki qaydada məsuliyyət daşıması barədə nəticəyə gəlməkdə və həmin məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qət etməkdə haqlı olmuşdur.

98. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıya dəyən zərərin məbləğinin ədalətli olaraq müəyyənləşd irilməsi məqsədilə əmlakların qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edilərək rəylər alınmış və cavabdehin bağladığı “Alğı-satqı müqavilələrində” qeyd edilmiş satışı qiymətlərini birinci instansiyası məhkəməsi iş üzrə qətnamə qəbul edərkən qeyd edilən məbləğlər nəzərə almışdır. Həmin rəylərdə və müqavilələrdə əks olunan qiymətləri şübhə altına ala biləcək sübutlar məhkəmələrə təqdim edilmədiyindən, birinci instansiyası məhkəməsi iş üzrə qətnamə qəbul edərək həmin qiymətləri əsas götürməkdə haqlı olmuşdur.

99. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçının tələbi məhz Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 1091.1, 1092.1, 1115-ci maddələrinin təsiri altına düşür. Çünki hazırkı halda iddiaçının tələbi öhdəliyin icra edilməməsi ilə əlaqədar olaraq ona dəymiş zərərin ödən ilməsinə yönəlmişdir.

100. İşin faktiki hallarından görünür ki, iddiaçının mərhum atası Kamil Quliyevin vəsaiti hesabına cavabdehin adına alınmış əmlaklar (torpaq sahələri) cavabdeh tərəfindən iddiaçıya qaytarılmadığından mərhum Kamil Quliyevin vərəsəsi kimi iddiaçının zərərə məruz qalması ehtimalı mövcuddur.

101. Mülki qanunvericilikdə zərərin əvəzinin ödənilməsinin müxtəlif üsulları nəzərdə tutulmuşdur: naturada bərpa (zədələnmiş və ya məhv edilmiş əmlakın bərpası, eyni növlü və eyni keyfiyyətli digər əmlak verilməsi), pul kompensasiyası və s. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının cavabdehə qarşı öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı dəymiş zərərə görə ona pul məbləğinin ödənilməsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apel lyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

102. Bununla belə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi “iddia tələbi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan zərərin məbləğini, yəni torpaq sahələrinin qiymətini 8.003.800 manat müəyyən edərkən işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, tərəflər arasında əvvəl mövcud olmuş mülki iş üzrə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 5,0 ha torpaq sahəsinin hazırkı iş üzrə iddiaçı tərəfindən 40.000 manata alınmasına, həmçinin cavabdehin 20172021-ci illər ərzində Abşeron rayonu, Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 4,68 ha torpaq sahəsini başqa şəxslərə cəmi 100.000 manata satmasının müəyyən edilməsinə baxmayaraq, qeyd olunan ünvanlarda yerləşən 20,0681 ha torpaq s ahəsinin 8.003.800 manat məbləğində qiymətləndirilməsi ağlabatan və ədalətli görünmür.

103. Həmçinin hazırkı iş üzrə alınmış mütəxəssis rəylərində torpaq sahələrinin bazar qiyməti ilə bağlı fərqli mövqelər olsa da, apellyasiya instansiyası məhkəməsi həmin ziddiyyətləri araşdıraraq aradan qaldırmaq, torpaq sahələrinin qiyməti ilə bağlı halları araşdırmaq istiqamətində zəruri addımlar atmamışdır.

104. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, əmlak bazarında qiymətlərin ilbəil qalxması tendensiyası müşahidə olunsa da, apellyasiya instansiyası məhkəməsi iş üzrə qətnamədə qeyd olunan nəticəyə gələrkən yuxarıda göstərilən halları nəzərdən qaçırmış, torpaq sahələrinin qiyməti ilə bağlı hissədə həmin hallara hüquqi qiymət verməmişdir.

105. Azərbaycan Republikası Mülki Prosessual Mə cəlləsinin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.

106. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

107. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymə tləndirilir.

108. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

109. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, ekspert (qiymətləndirici) rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Ekspert (qiymətləndirici) rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. 110. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmin və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmin inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanılmasına imkan verən müddəalara əsaslanmalıdır.

111. Həmin Qanunun “Ekspertin vəzifələri” adlanan 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifə sidir.

112. Həmin Qanunun 26-cı maddəsinə əsasən məhkəmə ekspertinin rəyində tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir.

113. Məhkəmə kollegiyasının qənaətinə görə ekspert (qiymətləndirici) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert (qiymətləndirici) rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi halda kifayət qədər yüksək ola bilər. Yalnız ekspert (qiymətləndirici) rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı i ş üzrə mötəbər sübut növü kimi qəbul edilə və qiymətləndirilə bilər.

114. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını “iddia tələbi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan zərərin məbləğinin, yəni torpaq sahələrinin qiymətinin 8.003.800 manat müəyyən edilməsi” hissədə qismən ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllini tapmamışdır.

115. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd olunanlar baxımından, həmçinin cavabdehdən iddiaçının xeyrinə tutulan dövlət rüsumunun və məhkəmə xərclərinin məbləğinin dəyişməsi ehtimalı mövcud olduğundan, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiy a instansiyası məhkəməsinə göndərilməlidir.

116. İşə yenidən baxılarkən məhkəmə kollegiyası yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddia tələbi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan zərərin məbləğinin, yəni əmlakın (torpaq sahələrinin) qiymətinin daha obyektiv və ədalətli müəyyən edilməsi məqsədi ilə təkrar ekspertiza (məhkəməəmtəəşünaslıq), mütəxəssis rəyi alınması üçün ekspertiza təyin edərək, ekspert (mütəxəssis) qarşısında yuxarıda qeyd olunan halların müəyyən edilməsi ilə bağlı suallar, həmçinin adı çəkilən ünvanlarda yerləşən torpaq sahələrinin dəyərini a rtıra biləcək xüsusatların (daş karxanasının ərazisində yerləşib-yerləşməməsi və s.) mövcud olubolmaması ilə bağlı suallar qoymalı, həmin suallar cavablandırılmaqla alınmış, obyektivliyi şübhə doğurmayan ekspert (mütəxəssis) rəyini nəzərə almalı, habelə mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

117. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edils in. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2354/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar