Məhkəmə qərarları › İş №2(102)-2917/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2917/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2917/2022 21.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Firmasına və həmin firmanın təsisçisi Cavabdeh2 qarşı “podrat müqavilələrindən imtina edilməsi və bu müqavilələrin icrası ilə bağlı ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)10791/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(002)2324/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 Firmasına və həmin firmanın təsisçisi Cavabdeh2 qarşı “podrat müqavilələrindən imtina edilməsi və bu müqavilələrin icrası ilə bağlı ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)-10791/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(002)-2324/2021 nömrəli qətnam əsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şik ayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-in 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. İddiaçı kassasiya şikayətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 340.1, 442, 443.1, 752.1, 756.1, 759.1, 762.1-ci, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4, 417.1.4, 418.1-ci maddələrinin dispozisiyalarını köçürüb, apellyasiya instansiyası məhkə məsi tərəfindən həmin maddələrin tələblərinə əməl olunmadığını bildirsə də, qeyd olunan maddi və prosessual hüquq normalarının hər birinin pozulmasının hazırki işdə konkret nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4 və 407.2-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmay araq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)-10791/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayət i geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar