Məhkəmə qərarları › İş №2(102)-2917/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2917/2023

27.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2917/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının İddiaçı qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qızına qarşı mənzilin boşaldılması və mənzildən çıxarılma tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının İddiaçı qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2669/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları:

1. İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 4 sentyabr 2009cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunun 14-cü mərtəbəsində 36 saylı mənzil İddiaçı satılmış, satış qiyməti isə 104400 ABŞ dolları müəyyən edilmişdir.

2. İddiaçı qardaşı X18 ilə Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı 25 iyun 2010cu il tarixdə rəsmi ni kah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikah dövründə sözügedən mənzildə yaşamışlar. Tərəflər 2018-ci ildən faktiki ayrılmaqla, X18 həmin evi tərk etmiş, Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı isə həmin evdə yaşamağa davam etmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə X18 ilə Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı arasında bağlanmış nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “mənzilin boşaldılması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və qızı X3 ona və ailəsinə məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, cavabdeh və qızına aid əşyaların və əmlakların mənzilindən çıxarmaqla mənzilin boşaldı laraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev küçəsi, 1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 otaqdan ibarət olan 36 saylı mənzil ona və ailəsinə məxsusdur. Həmin mənzili o, xx.xx.2009-cu ildə "xxxx" MTK-nın sədri X27 ilə 131\R saylı müqavilə bağlamaqla və dəyərini tam ödəməklə əldə etmişdir. Həmin mənzilin əldə olunması üçün o, "xxxx" MTKya mənzilin hər bir kvadrat metri üçün 600 ABŞ dolları olmaqla, cəmi 104400 ABŞ dolları məbləğində pul ödəmişdir. Qeyd olunan mənzili o və ailəsi öz şəxsi vəsaitləri hesabına əldə etmişlər. Cavabdeh və ailəsi həmin mənzilin əldə olunması üçün hər hansı məbləğdə pul verməmiş və hər hansı vəsait xərcləməm işdir. Cavabdeh qardaşı X1 arvadıdır. X24 cavabdehlə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan onların bir uşaqları - xx.xx.2013-cü ildə qızları X11 anadan olmuşdur. X25 cavabdehlə ailə həyatı quran zaman onların yaşamağa öz mənzilləri olmadığına görə kirayədə yaşamasınlar deyə o, həyat yoldaşının razılığı ilə ona və ailələrinə məxsus olan, Bakı şəhəri Xətai rayonu Ələddin Quliyev küçəsi, 1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 otaqdan ibarət 36 saylı mənzillərini müvəqqəti olaraq yaşamaq üçün onlara vermişlər. Mənzili X24 və ailəsinə müvəqqəti yaşamaq üçün verməklə o, ailəsi ilə onlara bu şəkildə kömək etmək istəmişlər. Məqsədləri o olmuşdur ki, qardaşıgil başqalarının qapısında kirayədə yaşamasınlar, kirayəyə verdikləri pulu da yığıb özlərinə ev və ya mənzil alsınlar. Onların da köməkləri bu şəkildə dəysin. Lakin aradan keçən bu müddət ərzində onlar hələ də özlərinə ev ala bilməmişlər. Cavabdeh ilə X24in ailə münasibətləri son 3 ilə kimi, yəni 2016-cı ilin əvvəllərinə kimi nisbətən normal olmuşdur. 2016-cı ildən başlayaraq cavabdehlə qardaşı Bəhruzun ailə münasibətləri pozulmağa başlamışdır. Səbəb isə cavabdehin qardaşı Bəhruzun eşitməməsi, ona bir ər kimi hörmət qoymaması, onu saymaması, yersiz iddialar irəli sürməsi, öz istədiyini və bildiyini etməsi və sair olmuşdur. Bu səbəbdən də tez-tez onların ailələrində mübahisələr, söz-söhbətlər və münaqişələr baş vermiş, ailə münasibətləri getdikcə kəskinləşmiş və ailə münasibətlərində ciddi soyuqluq yaranmışdır. Bu üç il ərzində həmişə qardaşı və ailəsi çox çalışmşlar ki, qardaşı və cavabdeh arasında ailə münasibətləri pozulmasın və ailələri dağılmasın. Ancaq cavabdehin ailə məsuliyyətini dərindən dərk etməməsi səbəbindən yaxşılığa doğru heç bir şey baş verməmişdir. Onların bütün səylərinə baxmayaraq qardaşı Bəhruzun cavabdehlə olan ailə münasibətləri getdikcə daha da kəskinləşmiş və pisləşərək dözülməz həddə gəlib çatmışdır. Artıq bir yerdə yaşamaq mümkün olmadığına görə qardaşı Bəhruzla cavabdeh 2018-ci ilin sentyabr ayında faktiki olaraq ayrılmış və o vaxtdan müxtəlif ünvanlarda yaşamağa başlamışlar. Qardaşı Bəhruz başqa ünvanda, Cavabdeh isə qızları Leyla ilə əvvəlki kimi ona və ailəsinə məxsus, onlara müvəqqəti yaşamaq üçün verdikləri 36 saylı mənzildə qalaraq indiyə kimi orada yaşayırlar. Artıq cavabdehlə bir yerdə yaşamaları nın mümkün olmadığını görən qardaşı Bəhruz nikahlarının ləğv olunması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3875/2018 saylı qətnaməsi ilə onların nikahları ləğv edilmiş, qızları Lalə cavabdehin yanında saxlanılmışdır. O, indiyə kimi dəfələrlə cavabdehdən ona və ailəsinə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzillərini boşaltmağı və mənzildən çıxmasını tələb və xahiş etsə də, cavabdeh onu eşitmir, mənzillərindən çıxmır və çıxmaq istəmir. Cavabdeh qardaşı Bəhruz ondan boşandığına görə bu yolla onlardan qisas almaq istəyir. Cavabdeh ona və ailəsinə məxsus olan, müvəqqəti yaşamaq üçün ona və X24ə verdikləri Bakı şəhəri Xətai rayonu Ələddin Quliyev küçəsi, 1130-cu məhəllə, bina 2-də yerləşən 36 saylı m ənzilində heç bir hüquq və aidiyyəti yoxdur. Mənzildə köçüb yaşamağa başlayandan indiyə kimi Cavabdeh və ailəsinin ona və ailəsinə ziyanlarından başqa heç bir xeyirləri dəyməmişdir. Belə ki, onlar mənzildə yaşadıqları vaxtdan indiyə kimi 36 saylı mənzilin bütün kommunal xərclərini və vergiləri də o və ailəsi ödəmişdir. Bu yolla da o və ailəsi onlara kömək etmək istəmişlər. Bütün bu qədər yaxşılığın əvəzini cavabdeh ona və ailəsinə bu gün belə verir. Cavabdeh Miisavər qızı ona və ailəsinə məxsus olan 36 saylı mənzili boşaldıb oradan çıxmamaqla onun və ailəsinin hüquqlarını və qanuni mənafeyini ciddi şəkildə pozur. Onun bu hərəkətləri tam qanunsuzluqdur. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nə biyeva Sənubər Əlifağa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə "xxxx" MTK arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində, 172 kvadrat metr, 4 otaqli, 36 saylı mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə dair Nəbiyeva Sənubər Əlifağa qızı ilə "xxxx" MTK arasında yeni müqavilə bağlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Üçüncü şəxs tələbini onunla əsaslandırmışdır ki, qızı Gülşən 2008-ci ildə Bəhruz Şirəliyev ilə nişanlanıb. Onların maddi durumları yaxşı idi. X26 maddi durumu aşağı idi. Buna baxmayaraq, bir-birilərini üzun müddətdir tanıdıqlarına və sevdiklərinə görə qızının ürəyini qırmayıb Gülşəni həmin oğlana vermişlər. 2 il nişanlılıq müddətində oğlanın maddi durumu ev almağa uyğun olmadığı üçün qızına ev axtarmağa başlamışdır. Axtarışlar nəticəsində "xxxx" MTK-nı məsləhət görmüşlər. Həm qiymət baxımından uyğun olduğu üçün, həm də öz evinə yaxın ərazidə yerləşdiyi üçün o, "xxxx" MTK-dan ev almaq qərarına gəlmişdir. 104000 ABŞ dolları (45000 əlbəəl olmaqla) banka pul ödəyərək evi almışdır. Ödəniş etdikdən sonra onlar müqaviləni hazırlamışlar. Həmin vaxt yanında Bəhruz Şirəliyev və onun bacısı İddiaçı da olub. Onun xəbəri olmadan Bəhruz Şirəliyev müqaviləyə öz bacısının adını yazdırmışdır. Müqaviləyə isə o, özü imza atmışdır. Lakin oradakı qarışıqlıq səbəbindən müqavilədə yazılan ada fikir verməmişdir. Aldığı evin təmirinə 70000 manat xərcləmişdir. Evdə işləyən ustaların hamısı buna şahiddirlər. Bütün otaqlara televizor, kondisioner, meb el və italian qapılar qoymuşdur. Toydan sonra yoldaşı oğlana Volksvagen markalı avtomobil hədiyyə etdi. 3 il sonra daha bir Hyundai Grandeur markalı avtomobil hədiyyə etmişdir. Hal-hazırda avtomobil onun həyətindədir. Toylarından iki il sonra övladları olmadığı üçün Almaniyanın Köln şəhərində və Türkiyənin İstanbul şəhərində müalicə etdirmişdir. Bütün bu xərclərin hamısını onlar ödəmişlər. Bir müddət sonra onların bir qız övladı Leyla Şirəliyeva dünyaya gəlmişdir. Uşağın bir ayından sonra sağlamlığında problem olduğu üçün uşağı Almaniyaya əməliyyata aparmışlar. Əməliyyat xərcləri onlar tərəfindən ödənilmişdir. Evlilik müddəti ərzində qızı Vergilər Nazirliyində işləyirdi və maaşı oğlanın maaşından dörd qat üstün idi. Leyla Şirəliyeva iki yaş yarımından 600 manatlıq bağçaya gedib, indi də ha l-hazırda 600 manatlıq məktəbdə təhsil alır. Bu günə qədər 14000 manat bağçaya, 4000 manat ödəniş olub. Bundan əlavə, qızının ailəsinin bütün maddi çətinliklərinin hamısını onlar ödəmişlər. Bəhruz Şirəliyev və ailəsinin heç bir maddi köməkliyi olmamışdır. Bir müddət sonra Bəhruz Şirəliyev işdən azad edilmişdir, 4 il heç bir yerdə işləməmişdir. Hər dəfə qızından və onlardan pul tələb edirdi. Qızı ona artıq yoruldum deyib pul vermədiyinə görə boşanma ərizəsi vermişdir. Boşanmadan sonra Bəhruz Şirəliyevin bacısı Aynur tərəfindən evə qarşı iddia qaldırılmışdır ki, guya ki, ev Aynurundur. Hansı ki, ev alınanda Aynur özü Əhmədlidə kirayə yaşıyırdı. Həmin bu iddiadan sonra onlar öyrənmişilər ki, müqavilədə Aynurun adı qeyd olunub. Lakin müqavilədəki imza onundur və ev onun tərəfindən alınıb. Bunu evi satan şəxs və "xxxx" MTK da bilir.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 4 sentyabr 2009-cu il tarixli 131/R saylı müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə, 2-ci yaşayış binasının A blokunda, 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 172 kvadrat metr olan 4 otaqlı, 36 saylı mənzilinin dəyəri olan 104400 ABŞ dolları və 45000 AZN pul vəsaitinin onun tərəfindən ödənilməsinin, habelə mənzilin təmirinə 77550 AZN pul sərf etməsinin hüquqi əsas olmadan İddiaçı əsassız varlanması sayılaraq, 104400 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə - Azərbaycan manatı ilə, həmçinin 45000 AZN pul məbləğinin və mənzili n alınmasından sonra təmir xərclərinə sərf etdiyi 77550 AZN pul məbləğinin İddiaçı alınıb, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs göstərmişdir ki, mübahisəli mənzil sahəsi tərəfindən 104400 ABŞ dolları və 45000 AZN ödənilməklə "xxxx" MTK-dan alınmışdır. Müqavilədə və maliyyə arayışında yalnız 104400 ABŞ dolları göstərilsə də, həmin məbləğdən başqa 45000 AZN pulu o, əlbəəl ödəmişdir. Baxmayaraq ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində müqavilədəki imzanın İddiaçı tərəfindən imzalanması göstərilmişdir, faktiki olaraq müqavilə onun tərəfindən imzalanmışdır, ən əsası isə müqavilədə göstərilmiş mənzilin dəyəri şəxsən onun tərəfindən ödənilmişdir. Məhkəməyə dəvət edilmiş şahidl ərin ifadələri ilə həmin hallar tam təsdiq olunur. Təsəvvür edin ki, İddiaçı indiyədək ailəsi ilə kirayələrdə yaşadığı halda, onun qızına o cür bahalıqda, 4 otaqlı mənzil aldığını iddia edir. Hansı ki, bu, absurd bir haldır. Müqavilədəki imzanın onun tərəfindən edildiyini digər qaydada təsdiqləyə bilməsə də, mənzilin dəyər məbləğini ödədiyini, mənzilin təmirinə 70000 manatdan artıq pul xərclədiyini və zəruri, bahalı mebel və digər zəruri əşyalarla təchiz etdiyini təsdiq edən mötəbər sübutlara malikdir. Bu sübutların bir qismi artıq məhkəmədə tədqiq olunmuşdur, bir qismi isə tərəfindən yenə də təqdim ediləcəkdir. 4 sentyabr 2009-cu il tarixli müqavilənin 2-ci bəndinə əsasən mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kvadrat metr üçun 600 ABŞ dolları olmaqla cəmi 104.400 ABŞ dol ları müəyyən edilmişdir. MTK tərəfindən verilmiş 22 fevral 2019-cu il tarixli arayışda mənzilin dəyərinin ödənildiyi qeyd edilsə də, bu dəyərin məhz İddiaçı tərəfindən ödənildiyi görünmür. Belə ki, bunun sadə bir izahı vardır ki, həmin pul onun tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən mənzilin dəyəri ödənilməmişdir və ödənilə də bilməzdi, buna onun və ailəsinin maddi imkanı heç cür yol vermirdi. Onlar kirayədə yaşayan insan olmuşlar, mənzil alınan vaxt da kirayədə yaşamışlar. Mənzilin tam dəyəri və təmir xərcləri tərəfindən ödənilmiş, qızının cehizi kimi müvafiq ev əşyaları, avadanlıqları ilə təmin edilmişdir. Bütün bunlar isə məhkəmədə öz təsdiqini tapmışdır. Qızı Cavabdeh iddiası üzrə cavabdeh İddiaçı X24lə ailə münasibətləri pozulduğu üçün ayrıldıqdan sonra, Bəhruz Şirəliyev mənzil i tərk edərək getmişdir, qızı ilə nəvəsi mənzildə yaşayırlar, buradan da görünür ki, Bəhruz Şirəliyev qısa vaxtda başa düşdü ki, mənzilin onunla və ya başqası (hətta bacısı İddiaçı) ilə əlaqəsi, bağlılığı yoxdur, mənzil artıq ona yad hesab olunacaq şəxsə - keçmiş qaynanası olan şəxsə məxsusdur, qızından ayrılıbsa mənzili də tərk etməlidir. İddiaçı heç bir hüquqi əsas olmadan onun hesabına əmlak əldə etmiş, əsassız varlanmışdır, mənzilin tam dəyəri və təmir haqqı tərəfindən ödənildiyi halda müqavilənin onun adına bağlanmasına nail olmuş, onun əmlak itkisinin hesabına qanunsuz zənginləşmiş, varlanmışdır. Nə qədər ki, mənzil Aynur Şirəlıyevanın adına qeydiyyatdan keçmişdir, o, mənzilin ona məxsus olduğunu iddia edir, mənzili sahibinə qaytarmaq fikrində deyil, qızının və nəvəsinin mənzildən çı xarılmasını tələb edir, onda mənzilin dəyəri kimi ödədiyi pulları və təmirə çəkdiyi xərcin əvəzini ona ödəməlidir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbinin qismən təmin edilərək, Şirəliyeva (Nəbiyeva) Gülşən Müsavər qızı və onunla birlikdə X3 ünvan 3 ünvanından onlara məxsus əşyaları ilə birlikdə çıxarılması, mənzilin cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının iddia tələbinin təmin edilərək İddiaçı 4 sentyabr 2009-cu il tarixli 131/R saylı müqavilənin predmeti olan Bakı şəhəri, Xətai rayonu Ələddin Quliyev küçəsi 1130-cu məhəllə, 2-ci yaşayış binasının A bl okunda 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 172 kvadrat metr olan 4 otaqlı 36 saylı mənzilin dəyəri olan 104400 ABŞ dollarının məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, 45000 manat pul vəsaiti və mənzilin təmirinə çəkilmiş 77550 manat məbləğində pul vəsaitinin tutularaq X5 verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi üçüncü şəxsin iddiası üzrə mövqeyini Mülki Məcəllənin 1091-ci və 1092- ci maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzilin dəyəri Nəbiyeva Sənubər Əlifağa qızı tərəfindən ödənilmişdir. Məhkəmə iclasına şahid qismində çağrılmış şəxslərin verdikləri ifadələr, məhkəməyə bu qənaətə gəlməyə əsas vermişdir. Bundan başqa, şahid ifadələri ilə o da müəyyən olunmuşdur ki, evin təmiri ca vabdehin valideynləri tərəfindən aparılmış və bütün təmir xərclərini də cavabdehin valideynləri ödəmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh qızının həmin mənzildə müvəqqəti yaşamaq üçün qaldığını bildiyi halda, onun valideynləri tərəfindən mənzilin təmirinə 77550 manat pul xərclənməsi, eyni zamanda mənzilə pərdələrin, karnizlərin, çilçırağın, kondisionerlərin quraşdırılması, daimi istifadə üçün nəzərdə tutulan qapıların dəyişdirilməsi, mətbəx mebelinin sifariş edilərək mətbəxdə quraşdırılması hallarını onun həmin mənzilə müvəqqəti yaşamaq üçün köçməsini ağlabatan hesab etmir. İddiaçı da bildirdiyinə görə, mənzildəki bütün əşyalar cavabdeh Gülşən Nəbiyevaya məxsus olmuşdur.

13. Məhkəmə hesab etmişdir ki, mənzilin alqı-satqısına dair müqavilə "xxxx" MTK ilə İddiaçı arasında bağlansa da, həmin mənzilin dəyərinin Nəbiyeva Sənubər Əlifağa qızı tərəfindən ödənilməsi, o cümlədən mənzilin təmirinə çəkilən xərclərin onun tərəfindən qarşılanması öz təsdiqini tapır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 1091.1, 1091.2 və 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88 və 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 02 aprel 2 021-ci il tarixli, 2(103)3077/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edilməsində şahid ifadələrinə əsaslanmaqda haqlı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlərin ifadələri əsasında müəyyən olunur ki, ev İddiaçı adına olsa da, mənzilin alınması və təmir edilməsi müstəqil təl əb irəli sürən üçüncü şəxs tərəfindən həyata keçirilmişdir. Mənzilin təmirinə sərf olunan xərclərin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və tikinti-təmir işlərinin ümumi məbləğinin 77.555 manat olması müəyyən edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 1092.1, 1092.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2, 387.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Şirəliyev Aynur Asif qızı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməklə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-11/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və İ.R.Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 aprel 2021-ci il tarixli qətnaməsinin mənzilin dəyəri kimi 104400 ABŞ dolları və 45000 manat pul vəsaitinin tutulması barədə Nəbiyeva Sənubər Əlifağa qızının iddia tələbinə aid hissədə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

21. Kassasiya instansiyası məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, mənzilin 4 sentyabr 2009-cu il tarixli müqavilə əsasında "xxxx" MTK tərəfindən İddiaçı satılması və dəyərinin tam ödənilməsi həmin MTK-nın xx.xx.2009-cu və xx.xx.2019-cu il tarixli arayışları ilə təsdiqlənir. Eyni zamanda Sənubər Nəbiyeva həmin mənzilə dair irəli sürdüyü iddianı pul tələbinə dəyişdirdiyi üçün hazırkı işdə daşınmaz əşyaya dair tərəflər arasında mübahisə yoxdur.

22. Belə olan halda, məhkəmə tərkibi bu qənaətə gəlmişdir ki, əşyanın aid olduğu İddiaçı, həmin mənzilin təmirinə çəkilmiş xərclər hesabına əsassız varlanmışdır. Təmir xərclərinin İddiaçı tərəfindən deyil, orada faktiki yaşayan Cavabdeh anası Sənubər Nəbiyeva tərəfindən çəkilməsinə dair dindirilmiş çoxsaylı şahid ifadələri məhkəmələr tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş və həmin sübutlarla yaxşılaşdırmaların üçüncü şəxsin vəsaiti hesabına aparıldığı qənaətinə gəlinmişdir. Bununla yanaşı, Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 14 avqust 2020-ci il tarixli rəyi ilə mənzild ə aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 77550 manat məbləğində olması müəyyən edilmişdir. Beləliklə, məhkəmələr İddiaçı aid mənzilin dəyərinin 77550 manata edilmiş təmir hesabına artmasını, bununla sonuncunun varlanmasını, lakin həmin xərclərin çəkilməsinə səbəb olan əsasın sonradan aradan qalxmasını (Cavabdeh ilə Bəhruz Şirəliyev arasında olan nikahın pozulmasını) nəzərə almaqla, Mülki Məcəllənin 1091.2-ci maddəsində göstərilən əsassız varlanma qaydaları çərçivəsində qeyd edilən məbləğdə pulu İddiaçı Sənubər Nəbiyevanın xeyrinə tutmuşlar. Həmin normaya görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Odur ki, məhkəmə hesab etmişdir ki, üçüncü şəxs Sənubər Nəbiyevanın iddiası üzrə mənzilin təmirinə çəkilmiş 77.550 manat məbləğində pul vəsaitinin tutulması hissəsində kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Bununla belə, məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmələr mənzilin dəyəri kimi tələb olunan 104400 ABŞ dolları və 45000 manat pul vəsaitinin İddiaçı tutulması hissəsində hüquq normalarını düzgün tətbiq etməmişlər. Həmin iddianın düzgün həlli üçün əvvəlcə tərəflər arasında mübahisəli hallar, habelə tələbin xarakteri nəzərə alınmaqla sübutetmə yükü düzgün müəyyən edilməli, sonra isə təqdim olunmuş sübutlar müvafiq qaydada araşdırılmalı və qi ymətləndirilməlidir. Hazırkı işdə mənzilin alınması üçün ödənilən pul vəsaitinin tutulmasını Sənubər Nəbiyeva tələb etdiyi üçün həmin vəsaiti özünün verməsini sübuta yetirmək vəzifəsi ona aiddir. Buna baxmayaraq məhkəmələr həmin iddia üzrə mübahisəli hal(lar)ın nədən ibarət olduğunu, sübutetmə yükünü kimin daşıdığını və hansı konkret sübutlarla təsdiqləndiyini lazımi şəkildə əsaslandıra bilməmişlər. Tərəflər çoxsaylı sübutlar təqdim etsələr də, məhkəmələr müvafiq sənədlərin və şahid ifadələrinin məzmununu qətnamədə əks etdirməklə kifayətlənmiş, dinlənilən şahidlərdən konkret olaraq hansı şəxslərin və hansı məlumatları ilə evin dəyərinin məhz üçüncü şəxs tərəfindən ödənildiyinin təsdiqləndiyini qeyd etməmiş, iddiaçının və üçüncü şəxsin dəvət etdiyi şahidlərin tərəflərin yaxınları olmaları s əbəbilə verdikləri ifadələri mötəbərlilik baxımından qiymətləndirməmiş, hansı səbəbdən üçüncü şəxsin şahidlərinin ifadələrini üstün tutduqlarını əsaslandırmamış, mübahisəli hala dair iddiaçının təqdim etdiyi yazılı sənədləri niyə sübut kimi qəbul etmədiklərini göstərməmiş, gəldikləri nəticə üçün dinlənilmiş şahid ifadələrinin kifayətedilənliyinə münasibət bildirməmişlər. Bundan əlavə, mənzilin dəyəri kimi 104.400 ABŞ dollarının MTK-ya verilməsi müqavilə və maliyyə arayışı ilə təsdiqləndiyi halda, 45000 manatın ödənilməsi iddiasının hansı mötəbər sübuta söykəndiyi ümumiyyətlə əsaslandırılmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər- A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) 29 iyun 2 022-ci il tarixli, 2(103)2692/22 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə mənzilin dəyəri olan 104.400 ABŞ dolları və 45000 manat pul vəsaitinin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə müstəqil tələb irəli sürən üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızının iddia tələbi rədd edilmişdir.

25. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, iddianın düzgün həlli üçün əvvəlcə tərəflər arasında mübahisəli hallar, habelə tələbin xarakteri nəzərə alınmaqla sübutetmə yükü düzgün müəyyən edilməli, sonra isə təqdim olunmuş sübutlar müvafiq qaydada araşdırılmalı və qiymətləndirilməlidir. Belə ki, Sənubər Nəbiyeva iddiasında mənzilə görə 104.400 ABŞ dolları və 45000 manat pulun onun tərəfindən ödənildiyini, İddiaçı isə mənzilə yalnız 104400 ABŞ dol ları məhz onun tərəfindən ödənildiyini bildirmişdir. Mənzilin dəyəri kimi 104400 ABŞ dollarının MTK-ya verilməsi müqavilə və maliyyə arayışı ilə təsdiqləndiyi halda, əlavə 45000 manatın ödənilməsini Sənubər Nəbiyeva hər hansı mötəbər sübutla təsdiq edə bilməmişdir. Bu səbəbdən, kollegiya hesab etmişdir ki, mənzilin dəyəri məhz 104.400 ABŞ dolları götürülməlidir. Bu halda isə Sənubər Nəbiyevanın iddiası 45000 manatın tutulması hissəsində əsassızdır.

26. Məhkəmə həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi də qənaətini məhz şahid ifadələri ilə əsaslandırmışdır. Halbuki, MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandır ıcıdırmı (sübut etmə qüvvəsi). Belə ki, birinci instansiya məhkəməsində dindirilən şahidlərdən (X13, X6, X7, X8 və X14) ifadələrindən mübahisəli mənzilə görə ödənilən pulun Nəbiyeva Sənubər Əlifağa qızı tərəfindən ödənildiyini ümumiyyətlə qeyd etməmişlər. X2 isə yalnız 104000 ABŞ dolları və 45000 manat pul saydığını qeyd etmiş, həmin pulun məhz mənzilə verildiyini görməmişdir. Təkrar apellyasiya icraatı zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X15 ifadəsində qeyd etmişdir ki, “Zaminbank”da mühafizə-inkassator işləmişdir. Bir gün bankın yerləşdiyi binanın komendatı ona zəng vuraraq Sənubər xanımın yaxınlaşacağını və mənzilə görə ödəniş edəcəyini bildirmiş, o, da Sənubər xanımı ödəniş etmək üçün kassaya yönəltmişdir. Göründüyü kimi, şahid X28 da pulun ödənilməsin i görməmiş, görmüş olsa belə hansı mənzilə görə ödənilməsində məlumatı olmamışdır. Kollegiya hesab etmişdir ki, qeyd edilən şahidlərin ifadəsi iş materiallarında olan hər hansı sübutla təsdiq olunmadığından hazırki tələb üzrə iddia tələbinin təmin edilməsinə yönələn sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. İş materiallarından isə göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi isə yəni, mənzilin İddiaçı satılması və dəyərinin tam şəkildə onun tərəfindən ödənilməsinə dair "xxxx" MTK-nın xx.xx.2009-cu və xx.xx.2019-cu il tarixli arayışları mövcuddur.

27. Beləliklə, məhkəmə hesab etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə olu na bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Üçüncü şəxs Nəbiyeva Sənubər Əlifağa qızı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)5670/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər X12 (məruzəçi), X19 və X4 ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2692/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı A pellyasiya Məhkəməsinə qaytarılmışdır.

30. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, baxılan iş üzrə üçüncü şəxsin iddia tələbi əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması ilə bağlıdır. Tələbin qanuni əsasını Mülki Məcəllənin 1091, 1092 və 1093-cü maddələri təşkil edir. Qeyd edilən normaların birlikdə dispozitiv şərtlərinin mövcud olması üçün cavabdehin (varlanmış şəxsin) iddiaçının (məhrum olan şəxsin) hesabına əmlak əldə etməsi, yəni varlanması, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və müqavilə əsasının olmaması və ya sonralar aradan qalxmış əsasa söykənməsi müəyyən edilməlidir. Üçüncü şəxs iddiaçı tərəfindən əldə edilmiş mənzilin dəyərinin onun vəsaiti hesabına ödənildiyini, həmin mənzilin qızının ailə qurduqdan sonra yaşaması üçün alı ndığını, qızının ailə qurduğu şəxsin, yəni iddiaçının qardaşının mənzil almaq üçün kifayət qədər maddi imkanının olmadığını, bununla belə onun çalışdığı dövlət qurumunda mənzil növbəsinə götürüldüyünü, buna görə də mənzilin ailə quracaq şəxslərdən birinin adına rəsmiləşdirilməsinin sonradan dövlət tərəfindən mənzillə təmin edilməsinə maneə yaratmaması üçün mənzilə dair alqı-satqı müqaviləsində alıcı qismində iddiaçının göstərildiyini, mənzilin alınmasında və təmirində iddiaçının hər hansı bir vəsait xərcləmədiyini bildirir.

31. İş üzrə kassasiya instansiya məhkəməsinin əvvəlki qərarında qeyd edildiyi kimi, üçüncü şəxsin mənzilə dair tələbi olmadığından mənzillə bağlı mübahisə yoxdur, mübahisə mənzilin dəyərinin ödənilməsi üçün verilmiş pul vəsaiti ilə bağlıdır. Həmin mənzil yeni tikilən bi nalarda yerləşməklə, 172 kvadrat metrdən ibarət olan 4 otaqlı mənzildir və 4 sentyabr 2009-cu il tarixli alqı-satqı müqaviləsində dəyəri 104400 ABŞ dolları göstərilmişdir. İş üzrə alınmış ekspert rəyi ilə mənzilin təmirinə 77.550 manat xərc çəkildiyi müəyyən edilmişdir. İddiaçı sözügedən mənzilin əldə edildiyi dövrdə ailəsi ilə birlikdə dostlarına məxsus evdə yaşamış, sonradan baldızına məxsus evə köçmüşdür. O, iddia ərizəsində ərinin razılığını alaraq qardaşının ailəsinə onlara kömək məqsədilə həmin mənzili müvəqqəti yaşamaları üçün verdiyini göstərmişdir. İddiaçı aşağı instansiya məhkəmələrində məhkəmə iclaslarında verdiyi ilkin izahatlarda mənzilin təmir xərclərinin əri tərəfindən qarşılandığını bildirərək, cavabdehin valideynlərinin bu xərclərdə iştirak etdiyini kəsinliklə inkar etmi şdir.

32. İş üzrə əvvəlki kassasiya baxışında məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin qətnaməsinin mənzilin təmirinə çəkilmiş 77.550 manat xərcin iddiaçıdan üçüncü şəxsin xeyrinə tutulması hissəsi ilə razılaşmış, təmir xərclərinin iddiaçı tərəfindən deyil, üçüncü şəxs tərəfindən çəkilməsinə dair dindirilmiş çoxsaylı şahid ifadələrinin mötəbər sübut kimi qiymətləndirilməsi və həmin sübutlarla yaxşılaşdırmaların üçüncü şəxsin vəsaiti hesabına aparılması barədə gəlinən qənaəti qanuni və əsaslı hesab etmişdir.

33. Bununla belə, kassasiya instansiya məhkəməsi mənzilin dəyəri kimi ödənilmiş pul məbləğinin iddiaçıdan üçüncü şəxsin xeyrinə tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müva fiq qərarın qəbul edilməsi üçün işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

34. Məhkəmə kollegiyası vurğulamışdır ki, dispozitivlik və çəkişmə prinsiplərinə ciddi riayət etmək şərtilə, Mülki Prosessual Məcəllənin 14.1 və 184.1-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə tərəfləri xəbərdar etmək, işin və mübahisənin vəziyyətini müzakirə etmək, hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmaya raq onlarla müzakirə etmək, habelə MPM-in 167-ci maddəsinə əsasən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri etmək hakimin vəzifəsidir.

35. İşə yenidən baxan apellyasiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan iddianın rədd edilməsi barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübut məhkəməyə təqdim edilməmiş, bunun əksi isə yəni, mənzilin İddiaçı satılması və dəyərinin tam şəkildə onun tərəfindən ödənilməsinə dair "xxxx" MTK-nın 8 sentyabr 2009-cu və 22 fevral 2019-cu il tarixli arayışları mövcuddur. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin istinad etdiyi müvafiq arayışlara münasibətdə qeyd etmişdir ki, həmin arayışlar alqı-satqı m üqaviləsi üzrə mənzilin dəyərinin tam ödənildiyini əks etdirən sənədlərdir ki, müqavilə üzrə alıcının üzərinə götürdüyü öhdəliklərin icra edildiyini, mənzilə görə MTK-ya borcun olmadığını təsdiq edir. Bununla belə, həmin sənədlər özü-özlüyündə X23 Şirəliyevaya qarşı əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması tələbinin təmin edilməsini istisna edən sübut kimi qiymətləndirilə bilməz.

36. Apellyasiya instansiya məhkəməsi üçüncü şəxs tərəfindən şahidin dindirilməsi barədə verilmiş vəsatəti ümumiyyətlə əsaslandırmadan rədd etmişdir. Bundan başqa, işdən mübahisəsiz qaydada görünür ki, mənzil 4 sentyabr 2009-cu il tarixdə əldə edilmiş, bu isə tərəflərin qohumluq münasibətləri yaranmamışdan, yəni rəsmi nikah bağlanmamışdan bir müddət əvvələ, nikahın bağlanılmasına hazırlıq dövrünə təsadüf edir. İddiaçı da etiraf etdiyi kimi, mənzil məhz Sənubər Nəbiyeva tərəfindən seçilmiş, mənzilin alınması da məhz onun iştirakı ilə baş tutmuşdur. Göstərilənlə bərabər, apellyasiya baxışı zamanı Sənubər Nəbiyeva izahatında mənzilin dəyərini təşkil edən pul vəsaitini bankda ödədiyini, bununla bağlı çoxsaylı sənədləri imzaladığını bildirmişdir. Sənubər Nəbiyevanın vəsatəti əsasında şahid qismində dindirilmiş həmin bankda inkassator işləmiş Samir Həsənov ifadəsində Sənubər Nəbiyevanın mənzilə görə banka pul ödədiyini bildirmişdir. Bu ifadəni qiymətləndirən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilən şahid ifadəsində ödənilən pulun məhz mübahisə predmeti olan mənzilə görə ödənildiyini görmədiyini göstərdiyindən həmin ifadə 3-cü şəxsin iddiasının təmin edilməsi üçü n əsas olan sübut kimi qəbul edilə bilməz. Halbuki, şahid Samir Həsənovun bu məzmunda ifadə verməsi o zaman nəzərə alınmaya bilərdi ki, 3-cü şəxs mübahisə predmeti olan mənzilin yerləşdiyi binada bir neçə mənzilin alınması üçün vəsait ödəyərdi. İş materiallarında isə 3-cü şəxsin mübahisə predmeti olan mənzildən başqa həmin mənzilin aid olduğu binadan digər bir mənzil əldə etməsi sübut edilmir. Digər tərəfdən, mənzildə aparılan əsaslı yaxşılaşdırmalar mənzili təmir edən şəxslərin mənzildən müvəqqəti istifadə deyil, daimi istifadə gözləntilərinin olduğunu, mənzilə öz əmlakları kimi sahiblik etdiklərini nümayiş etdirən hərəkətləri kimi qiymətləndirilə biləcəyi halda, apellyasiya məhkəməsi tərəfindən bu istiqamətdə ümumiyyətlə araşdırma aparılmamışdır. e) Apellyasiya instansiyası məhkəməsindək i üçüncü icraat

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2669/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - X16 (sədrlik edən və məruzəçi), X29 və X17) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-80/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən, yəni hazırki apellyasiya icraatının predmeti olan, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin edildiyi - mənzilin dəyəri olan 104400 ABŞ dolları və 45000 manat pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

38. Apellyasiya instansiya məhjkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırki apellyasiya icraatının predmeti olan, müstəqil tələb irəli sürən üçüncü şəxs Sənubər Nəbiyevanın i ddiasının təmin edildiyi, yəni mənzilin dəyəri olan 104400 ABŞ dolları və 45000 manat pul vəsaitinin tutulması hissəsində faktiki əsası (faktiki hallar) tələbin həmin hissədə də qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə də iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. İşdə, hazırki apellyasiya icraatının predmeti olan, müstəqil tələb irəli sürən üçüncü şəxs Sənubər Nəbiyevanın iddiasının təmin edildiyi, yəni mənzilin dəyəri olan 104400 ABŞ dolları və 45000 manat pul vəsaitinin tutulması hissəsində qanuni əsası kimi Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normaları nəzərdən keçirilə bilər. Müstəqil tələb irəli sürən iddiaçının iddiasının bu hissəsi ilə bağlı faktiki hallar həmin normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün bu hissədə də iddia haqlı sayılırdı.

40. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin q ərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Sonuncu dəfə kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulubpozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.

41. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddiaçı tərəfindən əldə edilmiş mənzilin dəyərinin onun vəsaiti hesabına ödənildiyini, həmin mənzilin qızının ailə qurduqdan sonra yaşaması üçün alındığını, qızının ailə qurduğu şəxsin, yəni iddiaçının qardaşının mənzil almaq üçün kifayət qədər maddi imkanının olmadığını, bununla belə onun çalışdığı dövlət qurumunda mənzil növbəsinə götürüldüyünü, buna görə də mənzilin ailə quracaq şəxslərdən birinin adına rəsmiləşdirilməsinin sonradan dövlət tərəfindən mənzillə təmin edilməsinə maneə yaratmaması üçün mənzilə dair alqı-satqı müqaviləsində alıcı qismində iddiaçının göstərildiyini, mənzilin alınmasında və təmirində iddiaçının hər hansı bir vəsait xərcləmədiyini göstərib buna dair sübutlarını məhkəməyə təqdim etmişdir. Buna baxmayaraq, üçüncü şəxsin mənzilə dair tələbi olmadığından mənzillə bağlı mübahisə yoxdur, mübahisəli hal mənzilin dəyərinin ödənilməsi üçün verilmiş pul vəsaiti ilə bağlıdır. Mübahisəli mənzil yeni tikilən binalarda yerləşməklə, 172 kvadrat metrdən ibarət olan 4 otaqlı mənzildir və 4 sentyabr 2009-cu il tarixli alqı-satqı müqaviləsində dəyəri 104400 ABŞ dolları göstərilmişdir. Mənzilin tə mirinə 77550 manat xərc çəkildiyi müəyyən edilmişdir. İddiaçı məhkəmə iclaslarında verdiyi ilkin izahatlarda mənzilin təmir xərclərinin əri tərəfindən qarşılandığını bildirərək, cavabdehin valideynlərinin bu xərclərdə iştirak etdiyini inkar etsə də, artıq qətnamənin mənzilin təmirinə çəkilmiş 77550 manat xərcin iddiaçıdan üçüncü şəxsin xeyrinə tutulması hissəsi qanuni qüvvəsini almışdır. Başqa sözlə, təmir xərclərinin iddiaçı tərəfindən deyil, üçüncü şəxs tərəfindən çəkilməsinə dair dindirilmiş çoxsaylı şahid ifadələrinin mötəbər sübut kimi qiymətləndirilməsi və həmin sübutlarla yaxşılaşdırmaların üçüncü şəxsin vəsaiti hesabına aparılması barədə gəlinən qənaət kassasiya instansiyası məhkəməsi də qanuni və əsaslı hesab etmişdir.

42. Bununla belə, kassasiya instansiya məhkəməsi mənzilin dəyə ri kimi ödənilmiş pul məbləğinin iddiaçıdan üçüncü şəxsin xeyrinə tutulması hissəsində birinci dəfə işə baxan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamış, qətnaməni ləğv edərək mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. İkinci dəfə işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qətnaməni ləğv edərək həmin hissədə iddianı rədd etsə də, ikinci dəfə işə baxan kassasiya instansiyası məhkəməsi də həmin mövqe ilə razılaşmamış, apellyasiya instansiyası məhkəməsinin sonuncu qətnaməsini də ləğv edərək işi yenidən apellyasiya baxışına qaytarmışdır. Əlbətdə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən əsaslı sübut məhkəməyə təqdim edilməmişdi. Yəni, mənzilin İddiaçı satılması və dəyərinin tam şəkildə onun tərəfindən ödənilməsinə dair "xxxx" MTK-nın 8 sentyabr 2009-cu və 22 fevral 2019-cu il tarixli arayışlar mövcud olsa da, həmin arayışlar alqı-satqı müqaviləsi üzrə mənzilin dəyərinin tam ödənildiyini əks etdirən sənədlərdir ki, müqavilə üzrə alıcının üzərinə götürdüyü öhdəliklərin icra edildiyini, mənzilə görə MTK-ya borcun olmadığını təsdiq edir. Buna baxmayaraq, həmin sənədlər özü-özlüyündə X23 Şirəliyevaya qarşı əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması tələbinin təmin edilməsini istisna edən sübut kimi qiymətləndirilə bilməz. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar barədə bilavasitə xəbərdar olduğu və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Kasssasiya instansiya məhkəməsinin məcburi göstərişi ilə əlaqədar dindirilmiş şahidin ifadəsi ilə də müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının əsaslı olduğu bir daha öz təsdiqini tapmışdır. İşin mübahisəsiz halıdır ki, mübahisəli mənzil 4 sentyabr 2009-cu il tarixdə əldə edilmiş, bu isə tərəflərin qohumluq münasibətləri yaranmamışdan, yəni rəsmi nikah bağlanmamışdan bir müddət əvvələ, nikahın bağlanılmasına hazırlıq dövrünə təsadüf edir. İddiaçı da etiraf etdiyi kimi, mənzil məhz Sənubər Nəbiyeva tərəfindən seçilmi ş, mənzilin alınması da məhz onun iştirakı ilə baş tutmuşdur. Sənubər Nəbiyeva izahatında mənzilin dəyərini təşkil edən pul vəsaitini bankda ödədiyini, bununla bağlı çoxsaylı sənədləri imzaladığını bildirmişdir. Sənubər Nəbiyevanın vəsatəti əsasında şahid qismində dindirilmiş həmin bankda inkassator işləmiş Samir Həsənov ifadəsində Sənubər Nəbiyevanın mənzilə görə banka pul ödədiyini bildirmişdir. Şahid ifadəsində ödənilən pulun məhz mübahisə predmeti olan mənzilə görə ödənildiyini görmədiyini göstərsə də, həmin ifadə 3-cü şəxsin iddiasının təmin edilməməsi üçün əsas olan sübut kimi qəbul edilə bilməz. Çünki, şahid Samir Həsənovun bu məzmunda ifadə verməsi o zaman nəzərə alınmaya bilərdi ki, 3-cü şəxs mübahisə predmeti olan mənzilin yerləşdiyi binada bir neçə mənzilin alınması üçün vəsai t ödəyərdi. İşdə isə 3-cü şəxsin mübahisə predmeti olan mənzildən başqa həmin mənzilin aid olduğu binadan digər bir mənzil əldə etməsi sübut edilmir. Digər tərəfdən, mənzildə aparılan əsaslı yaxşılaşdırmalar mənzili təmir edən şəxslərin mənzildən müvəqqəti istifadə deyil, daimi istifadə gözləntilərinin olduğunu, mənzilə öz əmlakları kimi sahiblik etdiklərini nümayiş etdirən hərəkətləri kimi qiymətləndirilməlidir.

43. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda daşınmaz əşyaların alqı-satqısı, əsassız varlanma, hüquqdan suiistifadə etməyin qadağan olunması institutlarının da yaranmasına da zərurət və əsas olmazdı. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri

44. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)-2669/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının – mənzilin dəyəri olan 104400 ABŞ dolları və 45000 manat pul vəsaitinin tutulması hissəsində iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin mənzildə aparılan əsaslı yaxşılaşdırmaların mənzili təmir edən şəxslərin mənzildən müvəqqəti istifadə deyil, daimi istifadə gözləntilərinin olduğunu və mənzilə öz əmlakları kimi sahiblik etdiklərini nümayiş etdirən hərəkətləri kimi qiymətləndirilməli olmasına dair əsaslandırması tama milə qanunsuz və ədalətsiz qətnamə qəbul olunması ilə nəticələnmişdir. Çünki onun mülkiyyət hüququnu təsdiq edən çıxarış və eləcə də həmin mülkiyyətinin qeydə alınmasına əsas olmuş heç bir hüquqi sənəd mübahisə predmeti deyildir. Belə olan halda MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Ancaq buna baxmayaraq onun mülkiyyət hüququ dolayısı yolla tapdalanmışdır. Çünki ödədiyi kooperativ mənzil pay haqqının ödənilməsini təsdiq edən maliyyə arayışını, yəni yazılı mötəbər sübutu heçə sayan apellyasiya kollegiyası hansısa məzmunu və dəqiqliyi uydurma olan şahid ifadələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil o lmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

47. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

48. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

49. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

50. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələblə ri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən ed ilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi ş ikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə mənzilin dəyəri olan pul vəsaitinin tutulması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Belə ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, o cümlədən iddiaçı tərəfindən əldə edilmiş mənzilin dəyərinin müstəqil tələb irəli sürən üçüncü şəxsin vəsaiti hesabına ödənildiyi, həmin mənzilin qızının ailə qurduqdan sonra yaşaması üçün alındığı, qızının ailə qurduğu şəxsin, yəni iddiaçının qardaşının mənzil almaq üçün kifayət qədər maddi imkanının olmadığı, bununla belə onun çalışdığı dövlət qurumunda mənzil növbəsinə götürüldüyü, buna görə də mənzilin ailə quracaq şəxslərdən birinin adına rəsmiləşdirilməsinin sonradan dövlət tərəfindən mənzillə təmin edilməsinə maneə yaratmaması üçün mənzilə dair alqı-sa tqı müqaviləsində alıcı qismində iddiaçının göstərildiyi, mənzilin alınmasında və təmirində iddiaçının hər hansı bir vəsait xərcləmədiyi ilə bağlı sübutları məhkəməyə təqdim edilməsi nəticəsinə gəlmişdir.

64. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, üçüncü şəxsin mənzilə dair tələbi olmadığından mənzillə bağlı mübahisə yoxdur, mübahisəli hal mənzilin dəyərinin ödənilməsi üçün verilmiş pul vəsaiti ilə bağlıdır. Mübahisəli mənzil yeni tikilən binalarda yerləşməklə, 172 kvadrat metrdən ibarət olan 4 otaqlı mənzildir və 4 sentyabr 2009-cu il tarixli alqı-satqı müqaviləsində dəyəri 104400 ABŞ dolları göstərilmişdir. Üçüncü şəxs mənzilin dəyəri olaraq əlavə 45000 manat ödəndiyini göstərir. Mənzilin təmirinə 77.550 manat xərc çəkildiyi müəyyən edilmişdir. İddiaçı məhkəmə iclaslarında verdiyi ilkin izahatlarda mənzilin təmir xərclərinin əri tərəfindən qarşılandığını bildirərək, cavabdehin valideynlərinin bu xərclərdə iştirak etdiyini inkar etsə də, artıq qətnamənin mənzilin təmirinə çəkilmiş 77550 manat xərcin iddiaçıdan üçüncü şəxsin xeyrinə tutulması hissəsi qanuni qüvvəsini almışdır. Başqa sözlə, təmir xərclərinin iddiaçı tərəfindən deyil, üçüncü şəxs tərəfindən çəkilməsinə dair dindirilmiş çoxsaylı şahid ifadələrinin mötəbər sübut kimi qiymətləndirilməsi və həmin sübutlarla yaxşılaşdırmaların üçüncü şəxsin vəsaiti hesabına aparılması barədə gəlinən qənaət kassasiya instansiyası məhkəməsi də qanuni və əsaslı hesab etmişdir.

65. Kassasiya şikayətinin digər dəlilləri isə sübutların qiymətləndirilməsi ilə əlaqəlidir. Konstitusiya Məhkəməsi P lenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 aprel 2023-cü il tarixli, 2(103)-2669/2023 nömrəli qətnaməsi mübahisələndirilən h issəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar