Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2917/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Səfərova (Quliyeva) Səidə Yusif qızının Cavabdehnə qarşı və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Cavabdehnə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin icra edilməməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2025-ci il tarixli, 2(103)2127/2025 saylı qətnaməsindən Cava bdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 27 noyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ilə “DYNAMEX EXPRESS" MMC arasında Bakı şəhəri, 28 may küçəsindəki 5 saylı yaşayış 1ci mərtəbəsində yerləşən əsas sahəsi 573.7 kv.m və köməkçi sahəsi 14 kv.m. olmaqla cəmi 587.7 kv.m qeyri-yaşayış obyektinin 395 kv.m-lik ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisinə əsasən olan əmlakı 2-ci tərəfə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Tərəflərin qarşılıqlı razılığına əsasən ümumi icarə obyektinin aylıq icarə haqqı 1500 manat olmaqla, icarə haqqı i carəyə verən tərəflər arasında hissələrinə uyğun olaraq bərabər məbləğdə bölünərək 375 manat icarəyə verənə ödəniləcəkdir; 3. 27 noyabr 2021-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ilə “DYNAMEX EXPRESS" MMC arasında Bakı şəhəri, 28 may küçəsindəki 5 saylı yaşayış binasının 3-cü mərtəbəsində yerləşən əsas sahəsi 23.9 kv. m. və köməkçi sahəsi 2.3 kv.m olmaqla, cəmi 26.2 kv. m olan 53 nömrəli mənzilin ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisinə əsasən olan əmlakı 2-ci tərəfə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Tərəflərin qarşılıqlı razılığına əsasən ümumi icarə obyektinin aylıq icarə haqqı 900(doqquz yüz) manat olmaqla, icarə haqqı icarəyə verən tərəflər arasında hissələrinə uyğun olaraq bərabər məbləğdə bölünərək 225 manat icarəyə verənə ödəniləcək dir; 4. 18 noyabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən X4, X3, X5, X8 ilə DYNAMEX EXPRESS" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı şəhəri, 28 may küçəsindəki 5 saylı yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzil, Bakı şəhəri, 28 may küçəsindəki 5 saylı yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 54 nömrəli mənzil, Bakı şəhəri, 28 may küçəsindəki 5 saylı yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 53 nömrəli mənzil, Bakı şəhəri, 28 may küçəsindəki 5 saylı yaşayış evinin 4-cü mərtəbəsində yerləşən əsas sahəsi 573.7 kv.m və köməkçi sahəsi 14 kv.m olmaqla cəmi 587.7 kv.m qeyri-yaşayış obyektinin 395 kv.m-lik 3/4 hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisinə əsasən olan əmlakı 2-ci tərəfə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarə haqqı aylıq 2000(iki min) manatdır. ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan İddiaçı icarə məbləği saxlanılmaqla 1-ci tərəflərə ödəniləcəkdir; 5. 18 noyabr 2022-ci il tarixli icarə müqaviləsinə əsasən X4, X3, X5, X8 ilə DYNAMEX EXPRESS" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı şəhəri, 28 may küçəsindəki 5 saylı yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 55 nömrəli mənzil, Bakı şəhəri, 28 may küçəsindəki 5 saylı yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 54 nömrəli mənzil, Bakı şəhəri, 28 may küçəsindəki 5 saylı yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 53 nömrəli mənzil, Bakı şəhəri, 28 may küçəsindəki 5 saylı yaşayış evinin 4-cü mərtəbəsində yerləşən əsas sahəsi 573.7 kv.m və köməkçi sahəsi 14 kv.m. olmaqla cəmi 587.7 kv.m qeyri-yaşayış obyektinin 395 k v.m-lik 3/4 hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisinə əsasən olan əmlakı 2 tərəfə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarə haqqı aylıq 4000(dörd min) manatdır. ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan İddiaçı icarə məbləği saxlanılmaqla 1-ci tərəflərə ödəniləcəkdir; 6. 01 iyun 2023-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ilə DYNAMEX EXPRESS" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı şəhəri, 28 may küçəsindəki 5 nömrəli yaşayış evinin 3-cü mərtəbəsində yerləşən 53 nömrəli mənzilin və Bakı şəhəri, 28 may küçəsindəki 5 saylı yaşayış 4-cü mərtəbəsində yerləşən əsas sahəsi 573.7 kv.m və köməkçi sahəsi 14 kv.m. olmaqla cəmi 587.7 kv.m qeyri-yaşayış obyektinin 395 kv.m-lik ¼ hissəsinə mülkiyyətin əldə e dilməsinə qanuni gözləntisinə əsasən olan əmlakı 2-ci tərəfə icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən ümumi icarə obyektinin aylıq icarə haqqı 4000 (dörd min) manatdır. Bu bəndin 2-ci cümləsində isə İddiaçı aylıq 800 (səkkiz yüz) manat icarə məbləği ödəniləcəyi qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdehnə qarşı pul vəsaitinin ödənilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC, ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzildən və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 (dörd min doqquz yüz altmış səkkiz) manatın, habelə ə ldən çıxmış fayda kimi xx.xx.2023-cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 (bir min yüz altmış dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh MMC tərəfindən öz hesabına obyektdə quraşdırılmış istilik sistemi sökülməsi və tarixi abidənin əvvəlki vəziyyəti bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında iki icarə müqaviləsi bağlanılmışdır. Birinci icarə müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanılmış, həmin müqaviləyə əsasən yuxarıda göstərilən daşınmaz əmlakların icarəsinə görə iddiaçıya xx.xx.2022-ci ildən etibarən hər ay 700 (yeddi yüz) manat, 6 ay üçün 4200 (dörd min iki yüz) manat məbləğində pul ödən ilmişdir. İkinci icarə müqaviləsi isə, xx.xx.2023-cü il tarixdə bağlanılmış və həmin icarə müqaviləsinə əsasən, iddiaçıya hər ay 800 (səkkiz yüz) manat olmaqla, cəmi 4800 (dörd min səkkiz yüz) manat icarə haqqı ödənilmişdir. İcarə müddəti dövründə iddiaçıya heç bir məlumat verilmədən, Cavabdeh MMC daşınmaz əmlakların digər mülkiyyətçiləri ilə gizli olaraq yeni şərtlərlə yeni müqavilə bağlayaraq, ünvan 1 ünvanında yerləşən 53 (26,20 kv.m.) nömrəli mənzilə və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən 396 kv.m qeyri-yaşayış sahəsinə görə hər ay üçün 4000 manat olmaqla icarə haqqı müəyyən etmişdir. Cavabdeh MMC, digər mülkiyyətçilərlə bağlanılan yeni müqavilələrdən xəbərsiz olan İddiaçı aldadaraq, xx.xx.2022-ci il tarixdən, xx.xx.2023cü il tarixə qədər əsassız olaraq ona daha az məbləğdə, yəni 700 (yeddi yüz) manat məbləğində pul ödəməkdə davam etmişdir. Əslində isə, cavabdeh digər mülkiyyətçilərlə bağladığı yeni müqavilələrin şərtlərinə görə hər ay üçün 1164 (bir min yüz altmış dörd) manat məbləğində pul ödəməli idi. Bununla da, iddiaçıya hər ay üçün 464 (dörd yüz altmış dörd) manat olmaqla, ümumilikdə 2784 (iki min yeddi yüz səksən dörd) manat icarə haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Həmçinin, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə, İddiaçı hər ay 800 (səkiz yüz) manat, ümumilikdə 6 ay ərzində 4800 (dörd min səkkiz yüz) manat icarə haqqı ödənilsə də, digər mülkiyyətçilərlə bağlanılan yeni müqavilə şərtlərinə görə iddiaçıya hər ay üçün 364 (üç yüzaltmış dörd) manat olmaqla, ümumilikdə 2184 manat icarə haqqı ödənilməmişdir. Be ləliklə, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər İddiaçı cəmi 4968 (dörd min doqquz yüzaltmış səkkiz) manat icarə haqqı ödənilməmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar, iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmışdır. İddiaçı icarə müqaviləsinin ləğvi (icarə müqaviləsinin müddəti xx.xx.2023-cü ildə başa çatmışdır) və mülkiyyətdə olan əmlakın boşaldılaraq, ona təhvil verilməsinə dair dəfələrlə cavabdehə müraciətlər etməsinə baxmayaraq, cavabdeh bu müraciətlərə məhəl qoymayaraq, hazıra qədər tərəflər arasında icarə müqaviləsi olmadan, qanunsuz olaraq iddiaçıya məxsus əmlakdan istifadə edərək faydalanır. Bunula da, cavabdeh tərəfindən iddiaçıya maddi zərər yetirilir. İddiaçı həmin əmlakları icarəyə verəcəyi təqdirdə hər ay ən az 1164 (bir min yüz altm ış dörd) manat məbləğində qazanc əldə edə bilərdi. Buna baxmayaraq, Cavabdeh MMC iddiaçıya məxsus əmlaklardan çıxmamaqla və həmin əmlaklarda qanunsuz və əsassız istifadə etməklə, sonuncunu bu imkandan məhrum etmişdir. Eyni zamanda, mübahisə predmeti olan daşınmaz əmlaklar yerli əhəmiyyətli tarixi abidələr sarısına daxildir. İddiaçı tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh tarixi abidə olan daşınmaz əmlaklarda qanunsuz olaraq, tikinti, söküntü, yenidən qurma və yenidən planlaşdırma işləri aparmaqla, orada qanunsuz olaraq istilik sistemi quraşdırmışdır. (Sübut kimi foto və video görüntülər təqdim edilir.) Bu barədə iddiaçı dəfələrlə Cavabdeh MMC-yə şifahi və yazılı bildirişlər göndərərək, istilik sisteminin sökülməsini və sökülən sahənin bərpasını tələb etmişdir. Cavabdeh isə iddiaçının müraciətlərinə hazıra qədər heç bir əhəmiyyət vermir.
9. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, icarəçi Cavabdeh MMC-dən xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 4968 (dört min doqquz yüz altmış səkkiz) manat, həmçinin xx.xx.2023-cü il tarixdən əmlaklar boşaldılıb ona təhvil verilənədək, əldən çıxmış fayda kimi hər ay 1164 (bir min yüz altmış dört) manatın tutularaq ona ödənilməsini xahiş etmişdir.
10. Ərizədə göstərib ki, 27 noyabr 2021-ci il tarixdə Cavabdeh MMC ilə onun arasında, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 5 ünvanında yerləşən 53 nömrəli mənzilin ¼ hissəsi və birgə istifadədə olan sahəni və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən 396 kv.m qeyri-yaşayış sahəsin ¼ hissəsinin icarəyə verilməsi ilə bağlı 2 müqavilə bağlanmışdır. B irinci müqaviləyə əsasən ümümi icarə obyektinin, yəni, 53 saylı mənzilin ¼ hissəsi və birgə istifadədə olan sahəninin aylıq icarə haqqı 900 manat (doqquz yüz) manat, icarə haqqı icarəyə verən tərəflər arasında hissələrinə uyğun bölünmüş və ona ödəniləsi olan məbləğ 225 (iki yüz iyirmi beş) manat təşkil etmişdir. İkinci müqaviləyə əsasən yuxarıda göstərilən ünvanın 4-cü mərtəbəsində yerləşən 395 kv.m qeyri-yaşayış sahəsin ¼ hissəsinin icarəyə verilməsi ilə bağlı ümümi icarə obyektinin aylıq icarə haqqı 1500 manat (min beş yüz) manat, icarə haqqı icarəyə verən tərəflər arasında hissələrə uyğun olaraq bölünmüş və ona ödəniləsi olan məbləğ 375 (üç yüz yetmiş beş) manat təşkil etmişdir. Cəmi, hər iki müqavilə üzrə aylıq icarə haqqı 600 manat təşkil etməklə, qabaqcadan, hər 6 aydan bir, ayın 1-d ə icarəyə verənə odənilməsi nəzərdə tutularaq icarə müddəti 1 dekabr 2021-ci il tarixdən 1 dekabr 2022-ci il tarixədək müəyyən edilmişdir. İcarə müddətinin bitməsinə 1(bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə icarə müddətinin 1(bir) il müddətinə uzadılması şərti ilə. 4 dekabr 2021-ci il tarixdə hər iki müqavilə üzrə icarə haqqının verilməsi ilə bağlı aktlarla 6 aylıq (xx.xx.2021-xx.xx.2022), cəmi 3600 manat icarə haqqı təhvil almış, 1-ci müqavilə üzrə 1350 manat, 2-ci müqavilə üzrə isə 2250 manat. Müqavilə bağlanmamışdan əvvəl, qarşı tərəflə apardıqları hesablamalara əsasən müəyyən etmiş və razılığa gəlmişlər ki, ona ödənilən aylıq icarə haqqı cəmi 700 manat təşkil etməlidir. Lakin razılaşmaya baxmayaraq Yusif Quliyev həmin məbləğin ona veril məsinə etiraz etmiş və həmin məbləği ödəməyə icazə vermədiyini bildirmişdir. Bu səbəbdən o güzəştə gedərək, icarəçi ilə razılığa gəlmişdi ki, ilk 6 ayın aylıq ödənişi 600 manatdan hesablansın, sonradan isə aylıq ödəniş ona 700 manatdan ödənilsin. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 4.1-ci bəndinin dəyişilməsinə dair onunla icarəçi arasında əlavə razılaşma bağlandı və aylıq icarə haqqı 900 (doqquz yüz) manat olmaqla icarə haqqı icarəyə verən tərəflər arasında bölünərək ona ödəniləsi məbləğ 225 manat deyil 325 (üç yüz iyirmi beş) manat təşkil etdi. Razılaşmaya əsasən cəmi, hər iki müqavilə üzrə aylıq icarə haqqı 600 manat deyil, 700 manat təşkil etməklə xx.xx.2022-ci il tarixli, icarə haqqının verilməsi ilə bağlı aktlarla 6 aylıq (xx.xx.2022-xx. xx.2022), cəmi 4200 manat icarə haqqı təhvil almış, 1-ci müqavilə üzrə 1950 manat, 2-ci müqavilə üzrə isə 2250 manat. Növbəti, 6 aylıq (xx.xx.2022-xx.xx.2023) icarə haqqı, 4200 manat vəsaiti, xx.xx.2022-ci il tarixdə, vahid qəbzlə təhvil almışdı. xx.xx.2021-ci il tarixli müqavilənin 5.1ci bəndində göstərilmişdir ki, “icarə müddətinin 1(bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzsə icarə müddətinin 1(bir) il müddətinə uzadılmış hesab edilir”. Bu bənddə göstərilənlərə baxmayaraq, ondan xəbərsiz, xx.xx.2022-ci il tarixdə, digər icarəyə verənlər və icarəçi arasında, hər iki müqavilə üzrə 6 aylıq icarə haqqı cəmi əvvəl olduğu kimi 2400 (iki min dörd yüz) manat deyil, 4000 (dörd min) manat göstərilərək yeni müqavilə bağlanmışdır. Digər icarəyə verənlə rlə icarəçi arasında bağlanan gizli müqavilə xx.xx.2022-ci il tarixdə, yəni onun xx.xx.2022-ci il tarixdə, köhnə müqaviləyə əsasən, qəbzlə 6 aylıq 4200 manat ödəniş aldığından 11 gün əvvəl bağlanmışdır. Baxmayaraq ki, yeni müqaviləyə əsasən ona ödəniləsi aylıq icarə haqqı əvvəlki müqaviləyə əsasən 700 (yeddi yüz) manat deyil, 1164 (bir min yüz altmış dörd) manat təşkil etməlidir. Belə ki, ilkin müqaviləyə əsasən aylıq ümumi icarə haqqı 2400 manat təşkil edir, ona ödəniləsi 700 manat ayliq məbləğ isə həmin məbləğin 29.1% təşkil edir. Müvafiq olaraq yeni, gizli bağlanmış müqaviləyə əsasən, aylıq ümumi icarə haqqı 4000 (dörd min) manat olduğundan ona ödəniləsi aylıq məbləğ, həmin məbləğin 29.1% təşkil etməklə 1164 (bir min yüz altmış dörd) manat vəsait edir. Yuxarıda göstərilənlərə əsasən bil dirir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan 6 aylıq icarə haqqı 4200 manat deyil (aylıq 700 manat), 6984 (altı min doqquz yüz səksən dörd) manat (aylıq 1164 manat) təşkil etməlidir. Bu səbəbdən də, aldanma nəticəsində ona ödənilməyən, fərq təşkil edən məbləğ 2784 (iki min yeddi yüz səksən dörd) manat vəsait ona ödənilməlidir. Bütün baş verənlərdən onun xəbəri olmadan, xx.xx.2023-cü il tarixdə yenidən icarə haqqının ödəmə vaxtı yaxınlaşanda ona aylıq icarə haqqını 800 (səkkiz yüz) manat verəcəklərini bildirdilər və xx.xx.2023-cü il tarixdə qəbzlə ona ümumi icarə obyektinə görə 4800 manat pul vəsait təhvil verdilər, onunla yeni icarə müqaviləsi bağlamağa isə imtina etdilər. Dəfələrlə icarəçiyə müraciət etməyinə baxmayaraq, onlar icarə müqaviləsi bağlamaqdan yayındılar. İcarəçidən digər mülkiyyətçilərlə müqavilə bağlayıb-bağlamamaqlarını dəfələrlə, təkidlə soruşub, tələb etdikdən sonra, məcbur olub digər icarayə verənlərlə, ondan gizli bağladıqları müqavilə ilə tanış etdilər. Digər mülkiyyətçilərlə gizli bağladıqları müqavilə barədə öyrəndikdən sonra icarəçidən onunla da həmin məbləğdə müqavilə bağlamaqlarını tələb etmişdi. Lakin imtina cavabı aldı, nəinki həmin məbləğdə, onunla heç bir müqavilə bağlamayacaqlarını bildirdilər. Bu hadisələr 1 ay davam etdi. İyul ayının əvvəlində icarəçiyə müraciət edərək, onların əmlakını boşaltmalarını və ona ödədikləri ödənişi geri qaytaracağını bildirib, onlara çıxmaları üçün vaxt vermişdi. Lakin 14 iyul 2023-cü il tarixdə mənzilinə gələndə ona qapını açmayaraq, mənzilinə buraxmadılar. Mübahisələri polisdə araşdırılma ğa başladıqdan sonra, xx.xx.2023-cü il tarixdə onunla köhnə tarixlə, xx.xx.2023-cü il tarixli müqavilə bağlamışdılar. xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə icarəçi Cavabdeh MMC-yə poçtla bildiriş göndərərək xx.xx.2023-cü il tarixdən onlarla bağlanan müqaviləni uzatmayacağını və əmlakını boşaltmalarını tələb etmişdi. Lakin icarəçi onun bildirişlərimə məhəl qoymamışdı, şifahi olaraq onun əmlakından xx.xx.2023cü il tarixdə çıxmayacağlarını bildirmişdilər. Cavabdeh MMC xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ona hər ay 1164 (bir min yüz altmış dört) manat və cəmi 6 aya 6984 (altı min doqquz yüz səksən dörd) manat ödəmək əvəzinə hər ay 700 (yeddi yüz) manat ödəməklə, cəmi 6 aya 4200 (dörd min iki yüz) manat ödəmişlər. Belə ki, sonradan müəyyən edilmişdir ki, digər mülkiyyətçilər icarəçi ilə gizli, müqavilə bağlayarkən, icarə obyektlərini cəmi 2400 (iki min dörd yüz) manata deyil, 4000 (dörd min) manata icarəyə vermişlər və məbləğ fərqi 2784 (iki min yeddi yüz səksən dörd) manat təşkil edir. Beləliklə, Cavabdeh MMC ona bu müddət üzrə 2784 (iki min yeddi yüz səksən dörd) manat ödəməli olur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək isə, ona hər ay 1164 (bi min yüz altmış dört) manat və cəmi 6 aya 6984 (altı min doqquz yüz səksən dörd) manat ödəmək əvəzinə hər ay 800 (səkkiz yüz) manat ödəməklə, cəmi 6 aya 4800 (dörd min səkkiz yüz) manat ödəmişlər və məbləğ fərqi 2184 (iki min yüz səksən dörd) manat təşkil edir. Beləliklə, bu müddət üzrə isə icarəçi Cavabdeh MMC ona 2184 (iki min bir yüz səksən dörd) manat ödəməli olur. xx.xx.202 3-cü il tarixdən əmlakı icarəçi tərəfindən boşaldılıb ona təhvil verən günə kimi isə, icarə haqqı hər ay üçün 1164 (bir min yüz altmış dörd) manatdan hesablamaqla ona ödənilməlidir. Belə ki, bu tarixdən icarəçi ilə arasında heç bir müqavilə bağlanmamış, icarəçiyə əmlaklarından çıxması barədə dəfələrlə rəsmi bildiriş göndərilmiş və icarəçi Cavabdeh MMC onun əmlakından bu müddət ərzində faydalanmışdır.
11. Müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Cavabdehnə və digərlərinə qarşı müqavilənin etibarsız sayılması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə ünvan 3 nvanında yerləşən binanın 53 nömrəli mənzilinin mülkiyyətçiləri arasında bağlanmış icarə müqavi lələrinin etibarsız sayılması, Cavabdeh MMC tərəfindən tarix və mədəniyyət abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüş, ünvan 3 ünvanında yeləşən binanın 53 nömrəli mənzilində quraşdırılmış istilik sistemləri qanunvericiliyin tələbi nəzərə alınmaqla sökülərək mənzil əvvəlki vəziyyətinə getirilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasında göstərilib ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi (2891 inventar nömrəli) tarix və mədəniyyət abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə dövlət mühafizəsinə götürülmüşdür. “Tarix və mədəniyyət abidələrinin qorunması haqq ında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Qanunun 19-cu maddəsinin 2-ci və 3-cü hissələrinə uyğun olaraq, dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) (Mədəniyyət Nazirliyi) razılaşdırıldıqdan sonra qanunvericilikdə n əzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə götürənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər. Belə abidələrdə və ya onların ayrıayrı hissələrində təmir, konservasiya və bərpa işləri icarəçinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Mədəniyyət Nazirliyi) və mütəxəssislərin nəzarəti ilə aparıla bilər. Qanunun 25ci maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar inşaatmöhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası ilə bağlı iş lər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Mədəniyyət Nazirliyi) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın (AMEA) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Mədəniyyət Nazirliyi) tərəfindən təsdiq edildikdən sonra aparılır. İş materiallarından göründüyü kimi ünvan 3 ünvanında yerləşən binanın 53 nömrəli mənzilində Cavabdeh MMC tərəfindən istilik sistemi quraşdırılmış və bununla əlaqədar olaraq müvafiq işlərin aparılmasına dair razılığın alınması məqsədilə Qanuna əsasən aidiyyəti üzrə Mədəniyyət Nazirliyinə hər hansı müraciət etmə mişdir. Eyni zamanda bildirirlər ki, həmin mənzilin mülkiyyətçiləri ilə icarə müqaviləsi də Qanununun tələbi pozulmaqla bağlanmışdır. Belə ki, qeyd olunan mənzilin mülkiyyətçiləri ilə “Dynamex Express" MMC arasında icarə müqavilələri bağlanarkən Mədəniyyət Nazirliyi ilə razılaşdırılmamışdır.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1894/2024 saylı, 27 sentyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı "pul vəsaitinin ödənilməsi və sair" tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Cavabdehnə və digərlərinə qarşı "müqavilənin etibarsız sayılması və sair" tələblərinə dair müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi y anında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Cavabdehnə və digərlərinə qarşı məhkəmədə qaldırılan iddia tələbinin “mənzil əvvəlki vəziyyətinə gətirilməsi” tələbi hissələrində icraata xitam verilməsi qərara alınmışdır.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1894/2024 saylı, 27 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) İddiaçı Cavabdehnə qarşı pul vəsaitinin ödənilməsi və sair tələbinin qismən təmin edilərək xx.xx.2023-cü il tarixdən iddiaçı ilə Cavabdeh MMC arasında yeni müqavilə bağlananadək əldən çıxmış fayda kimi hər ay 800 (səkkiz yüz) manatın cavabdeh Dynamex Express” MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi; iddianın digər hissələrdə rədd edilməsi; müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Cavabdehnə və digərlərinə qarşı müqavilənin etibarsız sayılması və sair tələbinin isə rədd edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, ilk olaraq İddiaçı hazırda məhkəmədə hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmamamasının araşdırılmasını zəruri hesab edir.
16. Belə ki, Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, hazırda mübahisə predmeti olan əmlaklara nəinki İddiaçı hələ 1/4 hissədə pay hüququ müəyən edilmədiyini, heç həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində belə qeydiyyata alınmadığını vurğulayaraq, nəticə olaraq iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığını bildirmişdir.
17. Bununla bağlı, miras əmlakdakı payın ölçüsündən asılı olmayaraq, İddiaçı vərəsə və mülkiyyətçi olması faktı Ali Məhkəməsini Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2497/2023 saylı Qərarı ilə artıq öz təqdiqini tapdığından, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ möcuddur.
18. Məhkəmə iddia tələbinin Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzildən və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması” və “Cavabdeh MMC tərəfindən öz hesabına obyektdə quraşdırılmış istilik sistemi sökülsün və tarixi abidənin əvvəlki vəziyyəti bərpa edilməsi” hissələri ilə bağlı qeyd edib ki, Cavabdeh MMC uzun müddətdir ki, mübahisə predmeti olan əmlakları icarə müqaviləsi əsasında istifadə etmişdir və hazırda digər icarəyə verənlər müqavilə münasibətlərinin davam etd irilməsinə razıdırlar. Yalnız İddiaçı müqavilə münasibətlərini davam etdirməkdən imtina edir və əmlakların boşaldılmasını tələb edir. Belə bir vəziyyətdə İddiaçı ilk növbədə sübuta yetirməlidir ki, o, əmlakların məhz hansı % hissəsinin boşaldılmasını hazırda iddiaçıdan tələb edir. Lakin iş materiallarından da göründüyü kimi sözügedən əmlaklar naturada bölünməmişdir və İddiaçı iddia etdiyi 1/4 hissə məhz əmlakların hansı hissəsinin olduğu müəyyən edilməmişdir.
19. İddiaçı iddia etdiyi 1/4 hissə naturada bölünmədiyi halda, onun hazırkı iddiası təmin edilərsə, bu qətnamə icrası mümkün olmayan qətnamə olacaqdır (qətnamə icra olunarkən icra məmuru əmlakın məhz hansı hissəsindən cavabdehin çıxarılmalı olduğu və istilik sistemlərinin sökülməli olmasını müəyyən edə bilməyəcək).
20. İddiaçı əmlakla rın % hissəsinin mülkiyyətçisi olması halı sübuta yetirilmiş olsa belə, onun hazırki tələbi digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olmamalıdır. Belə ki, mülkiyyətçilərin mənafeləri arasındakı narazılıq məhkəmə tərəfindən qorunmalı, yəni % hissədə paya malik olan mülkiyyətçinin digər - % hissədə payları olan mülkiyyətçilərlə razılığa gəlməməsi sonuncuların öz əmlaklarından istifadəsinə və bu istifadədən qazanc əldə etməsinə, bir sözlə mülkiyyət hüquqlarının həyata keçirməsinə maneə olmamalıdır. Nəticə etibarı ilə, iddiaçının tələbi həm qeyri-müəyyən olduğundan, həm də digər icarəyə verənlərin mənafelərinə zidd olduğundan, iddia bu hissələrdə rədd edilməlidir.
21. Məhkəmə iddia tələbinin cavabdeh “xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 (dörd min doqquz yüz altmış səkkiz) manat pul vəsaiti, habelə əldən çıxmış fayda kimi xx.xx.2023-cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 (bir min yüz altmış dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edib ki, iddiaçı onunla Cavabdeh MMC arasında daha az məbləğli icarə müqavilələrinin bağlandığını iddia edərək, icarəçi Cavabdeh MMC-dən xx.xx.2022-ci tarixdən xx.xx.2023cü il tarixədək olan dövr üçün 4968 (dörd min doqquz yüz altmış səkkiz) manat, həmcinin xx.xx.2023-cü il tarixdən əmlaklar boşaldılıb ona təhvil verilənədək, əldən çıxmış fayda kimi hər ay 1164 (bir min yüz altmış dörd) manat tutularaq ona ödənilməsini xahiş etmişdir.
22. Məhkəmə tələbin “icarəçi Cavabdeh MMC-dən xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 4968 (dörd min doqquz yüz altmış səkkiz) manat məbləğində pul vəsait tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edib ki, İddiaçı razılaşdırılmış məbləğ əsasında azad surətdə, hər hansı məcburiyyət olmadan Cavabdeh ilə müqavilələr bağlamış və müqavilənin dəyəri öncədən ona tam məbləğdə ödənilmiş və o, heç bir mübahisə etmədən həmin ödənişi qəbul etmişdir. Bunu nəzərə alaraq, İddiaçı hazırda həmin məbləğin cavabdehdən tələb etməsi əsassız olmuşdur.
23. Məhkəmə iddianın “xx.xx.2023-cü il tarixdən əmlaklar boşaldılıb ona təhvil verilənədək, əldən çıxmış fayda kimi hər ay 1164 (bir min yüz altmış dörd) manat məbləğində pul vəsait tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edib ki, iş materiallarından da göründüyü kimi, i ddiaçı ilə cavabdeh arasında sonuncu dəfə xx.xx.2023-cü il tarixində müqavilə bağlanılmış, həmin müqavilənin müddəti xx.xx.2023cü il tarixədək müəyyən edilmişdir. Daha sonra iddiaçı Cavabdeh MMC-yə poçtla bildiriş göndərərək xx.xx.2023-cü il tarixdən onlarla bağlanan müqaviləni uzatmayacağını və əmlakını boşaltmalarını tələb etmişdir. Hazırda işin mübahisəsiz hallarından biri odur ki, mübahisə predmetini təşkil edən sahə hal-hazırda cavabdehin istifadəsindədir, lakin buna baxmayaraq həmin mənzildə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan iddiaçı ilə yeni müqavilə bağlanmamış və xx.xx.2023-cü il tarixdən ona hər hansı ödəniş edilməyərək onun hüququları pozulmuşdur. Bunları nəzərə alaraq, iddia bu hissədə qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən iddiaçı ilə Cavabdeh MMC ara sında yeni müqavilə bağlananadək əldən çıxmış fayda kimi hər ay 800 manat (tərəflər arasında azad sürətdə bağlanmış son müqaviləyə əsasən) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
24. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin iddia tələbinin “Cavabdeh MMC ilə ünvan 3 ünvanında yerləşən binanın 53 nömrəli mənzilinin mülkiyyətçiləri arasında bağlanmış icarə müqavilələrinin etibarsız sayılması” hissəsi ilə bağlı qeyd edir ki, qanunvericilikdə xüsusi mülkiyyətdə olan memarlıq abidələrinin icarəyə verilməsi zamanı müvafiq qurumun razılığının alınması barədə hər hansı göstəriş müəyyən edilməmişdir. Həmçinin, Dövlət Xidməti icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbini əsaslandırarkən MM-nin 337.1-ci maddəsinə istinad etmiş, lakin iddia ərizəsində icarə müqaviləsi bağlanarkən Mülki Məcəllənin məhz konkret hansı normasının pozulduğu göstərməmişdir. Belə olan halda, icarə müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş hər hansı şərtin pozuntusuna yol verilmədiyindən məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası bu hissədə rədd edilməlidir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14, 6, 21.1, 21.2, 390.1, 390.2, 390.3, 390.5, 324, 337.1, 337.2, 337.4-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 06 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamənin 1.1, 2.0, 2.0.2, 2.0.3, 2.0.5, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 10, 19, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddiasının təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə də iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
27. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd etdiyi mövqe, bilavasitə cavabdehin, xüsusən də birgə mülkiyyətdə olan daşınmaz əmlakların digər mülkiyyətçilərinin mənafeyinə xidmət edir. Obyektiv və ədalətli araşdırma aparmalı olan məhkəmə, cavabdeh tərəfindən iddi açının mülkiyyət hüquqlarının pozulduğunu diqqətindən kənarda qoyaraq, üçüncü şəxslərin qayğısına qalmağa çalışmış, onların mülkiyyət hüquqlarını iddiaçı Səidə Səfərovanın (Quliyevanın) mülkiyyət hüququndan daha üstün hesab etmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli əmlaklar iddiaçı və üçüncü şəxslərin birgə mülkiyyətində olmaqla, sonuncular ümumiliyin iştirakçıları kimi birgə mülkiyyətin mülkiyyətçiləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-cimaddəsinin tələbinə görə “Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.” Məhkəmə isə birgə mülkiy yətçilərə əsassız olaraq, eyni münasibət göstərməmiş, hansısa səbəblərdən, iddiaçının mülkiyyət hüquqlarını görməzdən gələrək, yalnız üçüncü şəxslərin əmlaka olan mülkiyyət hüquqlarını müdafiə etmiş, onların qayğısına qalmış və onları müdafiə etmişdir. Bu hal məhkəmənin işə birtərəfli, qeyri-obyektiv yanaşdığını və tamamilə ədalətsiz qətnamə qəbul etdiyini təsdiq edir. Mülki Məcəllənin 222.2-ci maddəsinin tələbinə əsasən, “birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir”. Beləliklə, qanunun tələbinə əsasən, ümumiliyin iştirakçısı olan iddiaçı Səidə Səfərovanın razılığı olmadan, ümumiliyin digər iştirakçılarının ümumi əmlakı icarəyə verməsi mümkün deyildir. Məhkəmə, əmlakın naturada bölünmədiyini qeyd etsə də, nəzərə almamışdır ki, mübah isəli əmlakın məhz naturada bölünməməsi, həmin ümumi əmlakın icarəyə verilməsi üçün birgə mülkiyyətçilərin hamısının razılığının olmasını tələb edir. Bundan başqa, məhkəmənin əmlakın naturada bölünməməsinə istinad edərək, gələcəkdə icra məmurunun əmlakın “məhz hansı hissəsində istilik sistemlərinin sökülməli olmasını müəyyən edə bilməyəcəyi” barədə qeyd etdikləri son dərəcə təəcüblüdür. Belə ki, iddiaçı tərəfindən iddia tələbində tarixi abidə olan binaya müdaxilənin tam olaraq aradan qaldırılması nəzərdə tutulmuşdur. Məhkəmə isə nədənsə, hesab etmişdir ki, tarixi abidəyə xələl yetirən müdaxilə, yalnız Səidə Səfərovanın mülkiyyətində olan hissədə sökülməli, tarixi binanın digər hissələrində isə qanunsuz müdaxilə qalmaqda davam etməlidir. Məhkəmənin bu mövqeyi absurd xarakter daşımaqla yanaş ı, həmçinin işə səthi yanaşıldığını da aşkar təsdiq edir. Məhkəmə tələbin “icarəçi Cavabdeh MMC-dən xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 4968 (dörd min doqquz yüz altmış səkkiz) manat məbləğində pul vəsait tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, “İddiaçı razılaşdırılmış məbləğ əsasında azad surətdə, hər hansı məcburiyyət olmadan Cavabdeh ilə müqavilələr bağlamış və müqavilənin dəyəri öncədən ona tam məbləğdə ödənilmiş və o, heç bir mübahisə etmədən həmin ödənişi qəbul etmişdir. Bunu nəzərə alaraq, İddiaçı hazırda həmin məbləğin cavabdehdən tələb etməsi əsassız olmuşdur.” Birinci instansiya məhkəməsi bu hissədə də əsassız mövqe nümayiş etdirmiş, iddiaçının guya azad surətdə, hər hansı məcburiyyət olmadan Cavabdeh ilə müqavilələr bağladığını qeyd etmiş, lakin iddiaçının cavabdeh və üçüncü şəxslər tərəfindən aldadıldığını diqqətdən kənarda qoymuşdur. Halbuki, iddia ərizəsində də aşkar qeyd edilmişdir ki, “Cavabdeh MMC, digər mülkiyyətçilərlə bağlanılan yeni müqavilələrdən xəbərsiz olan İddiaçı aldadaraq, xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər əsassız olaraq ona daha az məbləğdə, yəni 700 (yeddi yüz) manat məbləğində pul ödəməkdə davam etmişdir. Əslində isə, cavabdeh digər mülkiyyətçilərlə bağladığı yeni müqavilələrin şərtlərinə görə hər ay üçün 1164 (bir min yüz altmış dörd) manat məbləğində pul ödəməli idi. Bununla da, iddiaçıya hər ay üçün 464 (dörd yüz altmış dörd) manat olmaqla, ümumilikdə 2784 (iki min yeddi yüz səksən dörd) manat icarə haqqı cavabdeh tərəfindən ödənilməmişdir.” Yuxarıda göstərilənləri nə zərə almaq istəməyən birinci instansiya məhkəməsi təmin etmədiyi tələblər üzrə obyektiv araşdırma aparmadan tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2127/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Kazımov, hakimlər İ.Şirinov və N.Cəfərov) iddiaçı Səfərova (Quliyeva) Səidə Yusif qızının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1894/2024 saylı, 27 sentyabr 2024-cü il tarixli qətnaməsi qismən, yəni iddiaçı Səfərova (Quliyeva) Səidə Yusif qızının iddiasının qismən təmin edildiyi və edilmədiyi hissədə ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan dövr üzrə icarə haqq ının qalığı kimi 1200 (min iki yüz) manat, əldən çıxmış fayda əvəzi kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə olan dövr üzrə hər ay 1000(min)manat olmaqla, cəmi 16.000 (on altı min) manat, ümumilikdə isə 17.200 (on yeddi min iki yüz) manat tutularaq iddiaçı Səfərova (Quliyeva) Səidə Yusif qızına ödənilməsi, Cavabdeh MMC-nin icarə obyekti olan mənzilin və qeyri-yaşayış sahəsində quraşdırdığı istilik sisteminin sökməsi ilə bağlı yaranmış qüsurların aradan qaldırılması və tarixi abidənin əvvəlki vəziyyətinin bərpa edilməsi qət edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Səidə Səfərovanın(Quliyevanın) iddiasını şərti olaraq 3 hissəyə, yəni 1)mənzildən və qeyriyaşayış sahəsindən çıxarılma, Cavabdeh MMC tərəfindən öz hesabına obyektd ə quraşdırılmış istilik sistemi sökülməsi və tarixi abidənin əvvəlki vəziyyəti bərpa edilməsi; 2)xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 (dörd min doqquz yüz altmış səkkiz) manatın tutulması; 3) əldən çıxmış fayda kimi xx.xx.2023-cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 (bir min yüz altmış dörd) manatın tutulması hissəsinə bölməklə hüquqi dəyərləndirmə aparılması zəruridir.
30. Apellyasiya baxışı zamanı, yaranmış zərurətlə əlaqədar icarəyə verənlər X6 və digər üçüncü şəxslərlə Cavabdeh MMC arasında bağlanmış əmlakın icarəyə verilməsi barədə icarə müqavilələrinə əsasən ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzil və həmin ünvanın 4-cü mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üzrə icarə münasibətlərinin dava m edib-etməməsi, icarə münasibətlərinə xitam verilmişdirsə mənzilin və qeyri-yaşayış sahəsinin icarəyə verənlərə təhvil verilib-verilməməsi, təhvil verilibsə konkret hansı ildə, ayda və gündə verilməsi, yəni konkret hansı tarixdə tam olaraq mənzildən və qeyri-yaşayış sahəsindən çıxması barədə 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə məlumat verilməsinə dair sorğu verilmiş və cavabdeh MMC sorğuya cavab olaraq ərizə ilə məhkəməyə müraciət edib qeyri-yaşayış sahələrinin xx.xx.2024-cü ildə boşaldılaraq təhvil verildiyini və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü ildə xitam verildiyini göstərmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli X1 və MMC-nin direktoru tərəfindən imzalanmışdır. Sazişdə xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verildiyi, 53,54, 55 nömrəli qeyri-yaşayış sahəsindən icarəçinin çıxaraq icarəyə verənə təhvil verildiyi qeyd olunmuşdur. Buna baxmayaraq, hazırkı iş üzrə 3-cü şəxs olan X2 nümayəndəsi və vəkili Vəkil3 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində göstərib ki, X4 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə xitam verilməsinə dair Saziş imzalansa da, mübahisə predmeti olan əmlaklar 2025-ci ilin aprelində uzun təkidlərdən sonra boşaldılmışdır. "xxxx" MMC tərəfindən iddiaçı istisna olmaqla digər mülkiyyətçilərə noyabr ayına qədər icarə haqqı ödənilmiş, lakin aprel ayına qədər əmlakları boşaltmadığı üçün sonuncuları icarəyə vermək mümkün olmamışdır. Göründüyü kimi, iddia tələbinin b irinci hissəsinin bir hissəsi olan mənzildən və qeyriyaşayış sahəsindən çıxarılma hissəsi mənzil və qeyri-yaşayış sahəsi faktiki olaraq 2025- ci ilin aprel ayında boşaldıldıldığından, yəni cavabdeh icarə obyektindən artıq çıxdığından iddianın bu hissəsi üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum qalmır.
31. Bununla yanaşı, iddianın cavabdeh tərəfindən öz hesabına obyektdə quraşdırılmış istilik sistemi sökülməsi və tarixi abidənin əvvəlki vəziyyəti bərpa edilməsi hissəsinə münasibətdə qeyd olunur ki, apellyasiya baxışı zamanı icarə obyektində quraşdırılmış istilik sisteminin yalnız fiziki olaraq qüsurlarla söküldüyü müəyyən edilsə də, iddianın mahiyyəti baxımından sökülmənin tam olmadığı, yəni divarlarda boruların keçməsi üçün dəliklər əmələ gəldiyi, bəzi hissələrdə kiçik daşların q opduğu, eləcə də döşəmə və divarların deşildiyi təsdiq olunmuşdur. Cavabdeh MMC bununla əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-1082/2025 qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə təqsirli bilinərək 1500(min beş yüz)manat cərimə tənbehinə də məruz qalmışdır. Demək ki, cavabdeh icarə obyektindən çıxsa da quraşdırdığı istilik sisteminin sökülməsini tam başa çatdırmayıb, yəni söküntü nəticəsində yaranmış qusurları tam aradan qaldırmamaqla memarlıq abidəsinin əvvəlki vəziyyətini də bərpa etməmişdir. Səfərova(Quliyeva) Səidə Yusif qızı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X9, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi X7 arasında 19 avqust 2022-ci il tarixli, 506 nömrəli daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarına dair mühafizə müqaviləsi də bağlanmışdır. Ona görə də iddia tələbinin şərti olaraq bölünmüş 1-ci hissəsinin bu hissələri əsaslı olduğundan təmin edilməlidir.
32. Bundan əlavə, iddia tələbinin xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixə qədər ödənilməmiş 4968 (dörd min doqquz yüz altmış səkkiz) manatın tutulması hissəsi qismən əsaslı olduğundan həmin hissədə iddianı tam rədd etməklə məhkəmənin gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinin(53 No li mənzilə aid) 4.1-ci bəndinin dəyişdirilməsinə dair xx.xx.2022-ci il tarixli Əlavə razılaşmaya əsasən icarə obyekti olan 53 nömrəli mənzilə aid hissədə icarə haqqı artırılaraq 325 manat müəyyən edilmiş və qeyri-yaşayı ş sahəsi ilə birgə xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək, yəni 6 ay müddət üçün, həm mənzil, həm də qeyri-yaşayış sahəsinə görə aylıq 700 manat olmaqla, cəmi 4200 manat icarə haqqı alması ilə razılaşıb və həmin məbləği xx.xx.2022-ci il tarixli qəbzə imza etməklə almışdır. Demək xx.xx.2022- ci ildən xx.xx.2023cü ilədək olan dövr üçün iddiaçı ödənilməmiş icarə haqqı tələb edə bilməz. Çünki “mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan” digər 3 icarə verənlərlə icarəçi arasında həmin dövr üçün də hər hansı razılaşma olmamışdır. Başqa sözlə, X4, X3, X5, X8 ilə “DYNAMEX EXPRESS" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin 5.1-ci bəndində də icarə müddətinin 01 iyun 2023-cü ildən 01 iyun 2028-ci il tarixədək müəyyən edilmişdir. Demək ki, xx.xx.2023-cü ilədək iddiaçıya ödənilmiş icarə haqqının ödənilməsi müqavilə şərtlərinə uyğun olmuşdur.
33. Buna baxmayaraq, iddiaçı ilə cavabdeh arasında 01 iyun 2023-cü ildə bağlanmış icarə müqaviləsinin 4.1-ci bəndinin 1-ci cümləsində aylıq icarə haqqı 4000(dörd min) manat müəyyən edilmişdir. Bu bəndin 2-ci cümləsində isə iddiaçıya aylıq 800(səkkiz yüz)manat icarə məbləği ödəniləcəyi qeyd olunmuşdur. Bu müqavilə üzrə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan dövr üzrə iddiaçıya aylıq 800 manat olmaqla, cəmi 4800 manat ödənilməsi də işin mübahisəsiz halıdır. Ancaq bu müqavilənin predmeti olan məhz 53 nömrəli mənzilin və qeyri-yaşayış sahəsinin ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan iddiaçıya icarə haqqının 4000(dörd min) manat müəyyən edildiyi halda hər ay 800(səkkiz yüz)manat ödəniləcəyi barədə şərt müqavilənin məzmununa uyğun olmamışdır. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır(MM.m.404.1). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır(MM.m.404.2). Yəni, məhkəmə tərkibi də 53 nömrəli mənzilin və qeyri-yaşayış sahəsinin ¼ hissəsinə mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan iddiaçıya icarə haqqının 4000(dörd min) manat müəyyən edildiyi halda hər ay 800(səkkiz yüz)man at ödəniləcəyi barədə şərti təfsir edərkən tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini və işin bütün hallarını, o cümlədən müqaviləyə qədərki danışıqları və yazışmalarını, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı nəzərə alaraq hesab edir ki, iddiaçıya hər ay üçün 1000(min) manat ödənilməli idi. Çünki iddiaçının müəyyən edilmiş icarə haqqının ¼ hissəsini almaq haqqı olmuşdur.
34. Apellyasiya məhkməsinin mövqeyinə görə sual oluna bilər ki, X4, X3, X5, X8 ilə “DYNAMEX EXPRESS" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli icarə müqaviləsinin 2.1-ci bəndində icarəyə verilən obyektlər sırasına eyni ünvandakı 54 və 55 nömrəli mənzillər də əlavə edilmişdir. Anca q elə həmin bənddə də bu əmlakların ¾ hissəsinin icarəyə verildiyi qeyd olunub. Bu müqavilənin 4.1-ci bəndində də aylıq icarə haqqının 4000(dörd min) manat müəyyən edilməsi və 53 nömrəli mənzilin və qeyri-yaşayış sahəsinin ¼ hissəsinə mülkiyyətin qanuni gözləntisi olan Səidə Səfərovanın(Quliyevanın) icarə haqqı saxlanılmaqla 1-ci tərəflərə ödənilməsi razılaşdırılmışdır. Demək ki, bu müqavilənin şərtinə görə də hazırkı iş üzrə iddiaçının xx.xx.2023-cü ildən sonra, hər ay icarə haqqının ¼ hissəsini, yəni aylıq 1000(min) manatı almalı olduğu razılaşdırılmışdır. Bu cür vəziyyətdə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək iddiaçıya cəmi 4800(dörd min səkkiz yüz) manat ödənilsə də, müqavilə şərtinə uyğun 1200(min iki yüz)manat ödənilməmiş qalmışdır. Ona görə də xx.xx.2022-ci il tarixdən, xx.xx. 2023-cü il tarixə qədər ödənilməmiş 4968 (dörd min doqquz yüz altmış səkkiz) manatın tutulması hissəsi qismən əsaslı olduğundan, yəni 1200(min iki yüz)manat ödənilməmiş icarə haqqı qaldığından həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
35. İddia tələbinin sonuncu hissəsi olan əldən çıxmış fayda kimi xx.xx.2023-cü il tarixdən etibarən əmlaklar boşaldılıb iddiaçıya təhvil verilən günədək, hər ay 1164 (bir min yüz altmış dörd) manatın tutulması hissəsi üzrə də iddia qismən təmin edilsə də yuxarıda qeyd olunan hüquqi dəyərləndirməyə əsasən bu nəticə düzgün olmamışdır. Çünki xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək iddiaçıya ödənilməli olan icarə haqqı hər ay 1000(min) manat olmalı olduğu üçün xx.xx.2023-cü ildən başlayaraq icarə obyekti tam təhvil verilənədək iddiaçıya hər ay əldən çıxmış fayda kimi 800(səkkiz yüz)manat deyil, 1000(min) manat tutularaq iddiaçıya ödənilməsi qət edilməli idi. Ancaq birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlməmişdir.
36. Bununla belə, apellyasiya baxışı zamanı təqdim olunan məlumatlarda, o cümlədən iş üzrə 3-cü şəxs olan X2 nümayəndəsi və vəkili Vəkil3 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsindən də bəlli oldu ki, X4 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə xitam verilməsinə dair Saziş imzalansa da, mübahisə predmeti olan əmlaklar 2025-ci ilin aprel ayının ortalarında tam boşaldılmışdır. Demək ki, Yusif Quliyev mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan dörd şəxsdən biri olmasa da, o, da xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin tərəfi kimi faktiki olaraq icarə oby ektinin 2025-ci ilin aprel ayında tam boşaldıldığını təsdiq edib. Bu cür vəziyyətdə iddiaçı 2024-cü ilin dekabr ayından 2025ci ilin aprel ayına kimi də tam boşaldılmamış icarə obyektindən faydalana bilməmişdir. Ona görə də iddia tələbinin bu hissəsi üzrə xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2025-ci ilədək cavabdeh tərəfindən hər ay 1000(min)manat olmaqla, cəmi 16000(on altı min)manat da iddiaçıya ödənilməsi təmin edilməlidir. Məhkəmə tərkibinin bu qənaəti həm də ona görə əsaslı hesab olunur ki, apellyasiya baxışı zamanı dəfələrlə cavabdehin nümayəndəsinin iştirakının təmin olunması üçün məhkəmə iclasları təxirə salınmış, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin edərək iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə real münasibət bildirmək istəmədi. Cavabdeh tərəfin bu davranı şı da onun iddiaçı qarşısında yaranmış öhdəliyini icra etməkdən hüquqdan sui istifadə etməklə yayınmasına dəlalət edir.
37. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın mübahisələndirilən hissədə qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
38. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 16.1, 21.1, 21.2, 152.5, 157.4, 157.8, 158.1.2, 158.2, 158.4, 390.1, 390.2, 390.6, 399.1, 404.1, 404.2, 405.1, 421.2, 425.1, 442, 448.2, 560.1, 560.2, 560.3, 560.3.1, 560.3.2, 560.3.3, 560.3.4, 675, 700.1, 700.2, 700.3, 1096.1, 1096.2, 1097.1, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7, 13.1, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10, 19, MPM-nin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh DYNAMEX EXPRESS” MMC kassasiya şikayəti verərək apellyasiya instasiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, müqavilə üzrə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan dövr üzrə iddiaçıya ödənilməli olan məbləğin 1000 manat olması barədə apellyasiya məhkəməsinin mövqeyi yanlışdır. Belə ki, işdən də görünür ki, tərəflər a rasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsi yazılı qaydada bağlanmış və iddiaçı tərəfindən imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya hər ay 800 manat icarə haqqı ödənilməsini öz öhdəsinə götürmüşdür. Hazırkı işdə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan dövr üzrə əlavə icarə haqqı tələb edən iddiaçı müqavilənin 4.1-ci bəndində qeyd olunan 800 manat icarə haqqı barədə şərti qəbul etməyərək cavabdehin onu aldadaraq icarə müqaviləsini daha aşağı məbləğə bağlamasına əsaslanmışdır. Apellyasiya məhkəməsi isə müqaviləni təfsir edərək xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan dövr üzrə iddiaçıya ödənilməli olan məbləğin 1000 manat olması qənaətinə gəlmişdir. Halbuki, əvvəla, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, tərəflər məhz qarşılıqlı razılıq əsasında icarə m üqaviləsinin şərtlərini, o cümlədən icarə haqqı məbləğini müəyyən edərək müqaviləni bağlamışlar. Görünür, məhkəmə standart şərtli müqavilə ilə müqavilə azadlığı prinsipinə əsaslanaraq tərəflərin qarşılıqlı razılıq əsasında bağlanmış müqaviləni qarışdırmışdır. Halbuki, müqavilə azadlığı baxımından fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (MM 390.1). Bundan başqa, tərəflər arasında bağlanmış icarə müqaviləsində icarə haqqı barədə şərt anlaşılan sadə dildə yazılmaqla, kifayət qədər aydın, ikimənalı təfsir olunmasına əsas verməyən dərəcədə qəti məzmunda əksini tapıb. Həmin şərtə görə cavabdehin aylıq 800 manat icarə haqqı ödəməsi öhdəliyi müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi də, icarə müqaviləsinin məzmununu i ddiaçının şifahi dəlilləri əsasında təfsir etmiş, nəticədə müqaviləyə orada əksini tapmamış, icarə müqaviləsinin şərtlərini tamamlama xarakteri daşımayan, müqavilə üzrə icarəyə götürənin öhdəliyi kimi nəzərdə tutulmayan, onun üçün ağırlaşdırıcı öhdəliklər yaradan məzmun vermişdir.
41. Məhkəmə nəzərə almamışdır ki, icarə müqaviləsi yazılı qaydada tərtib edilmiş, iddiaçı müqaviləyə imza etmiş, müqavilənin bir nüsxəsi onda olmuş, müqavilə üzrə ona ödənilməli olan 800 manat məbləğdə pulu tam şəkildə qəbul etmiş, müqavilə qüvvədə olduğu müddət ərzində müqavilənin şərtləri ilə bağlı heç bir irad və mülahizə bildirməmiş, müqavilənin hər hansı şərtinin dəyişdirilməsi və ya ləğv edilməsi barədə cavabdehə müraciət etməmişdir. Başqa sözlə, iddiaçı icarə müqaviləsinin həmin şərtini bəyənmişdir.
42. Mə hkəmənin müqavilə müddəti bitdikdən sonra mübahisə predmeti olan əmlaklar boşaldılana qədər (xx.xx.2024) olan dövr üzrə əldən çıxmış faydanı aylıq 1000 manat qəbul etməsi də əsassız olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış sonuncu müqavilə qiyməti 800 manat olduğu halda, ondan sonrakı dövr üzrə icarə haqqının 1000 manat olmasının heç bir hüquqi əsası yoxdur. Bu səbəbdən həmin hissədə də məhkəmənin qətnaməsi ləğv edilməlidir.
43. Apellyasiya məhkəməsi iddia tələbini qismən təmin edərək icarə obyekti olan mənzil və qeyri-yaşayış sahəsində quraşdırılmış istilik sistemlərinin sökülməsi ilə bağlı yaranmış qüsurların aradan qaldırılmasını və tarixi abidənin əvvəlki vəziyyətinin bərpa edilməsini qət etmişdir. Məhkəmə gəldiyi bu nəticəni belə əsaslandırmışdır ki, “...apellyasiya baxışı zam anı icarə obyektində quraşdırılmış istilik sisteminin yalnız fiziki olaraq qüsurlarla söküldüyü müəyyən edilsə də, iddianın mahiyyəti baxımından sökülmənin tam olmadığı, yəni divarlarda boruların keçməsi üçün dəliklər əmələ gəldiyi, bəzi hissələrdə kiçik daşların qopduğu, eləcə də döşəmə və divarların deşildiyi təsdiq olunmuşdur. Cavabdeh MMC bununla əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)1082/2025 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə təqsirli bilinərək 1500(min beş yüz)manat cərimə tənbehinə də məruz qalmışdır. Demək ki, cavabdeh icarə obyektindən çıxsa da, quraşdırdığı istilik sisteminin sökülməsini tam başa çatdırmayıb, yəni söküntü nəticəsində yaranmış qusurları tam aradan qaldırmamaqla memarlıq abidəsinin əvvəlki v əziyyətini də bərpa etməmişdir...”. Halbuki, məhkəmənin müəyyən etdiyi hallar, yəni istilik sistemlərinin cavabdeh tərəfindən quraşdırılması və cavabdeh tərəfindən sökülməsi faktı sübuta yetirilmir. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)1082/2025 saylı qərarına istinad etmişdir. Halbuki, məhkəmə bu hissədə araşdırmanı sonuna qədər aparmadığından işin həqiqi hallarını düzgün müəyyən edə bilməmiş və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh MMC İXM-nin 231.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsin ə şikayət verilmişdir. Şikayətə xx.xx.2025-ci il tarixdə baxılaraq qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və inzibati xəta haqqında material əlavə araşdırmanın aparılması üçün həmin məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında materiala birinci instansiya məhkəməsində yenidən baxılaraq qərar qəbul edilmiş və bu qərara əsasən Cavabdeh MMC yenə də İXMnin 231.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verilmişdir. Şikayətə xx.xx.2025-ci il tarixdə baxılaraq qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və inzibati xəta haqqında material əlavə araşdır manın aparılması üçün həmin məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə üçüncü dəfə inzibati xəta haqqında materiala yenidən baxılmış, qərar qəbul edilmiş və bu qərara əsasən Cavabdeh MMC yenə də İXMnin 231.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin Cavabdeh MMC həmin qərarla razılaşmamış və qərardan xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Göründüyü kimi hazırki iş üzrə apellyasiya məhkəməsinin sübut kimi istinad etdiyi inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Ümumiyyətlə həmi n inzibati xəta haqqında iş üzrə məhkəmə prosesləri hələ başa çatmamış və yekun qərar qəbul edilməmişdir. Bu isə o deməkdir ki, apellyasiya məhkəməsinin iddia tələbini təmin edərkən müəyyən edilmiş kimi istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmamışdır.
44. Həmçinin məhkəmənin nəzərinə çatdırılır ki, Cavabdeh MMC tərəfindən sözügedən ünvanda hər hansı istilik sismetləri quraşdırılmamışdır. Cavabdeh həmin binanı icarəyə götürərkən binada istilik sistemləri quraşdırılmış vəziyyətdə olmuşdur. Yəni, bu qurğular cavabdeh tərəfindən deyil, ya daha əvvəlki istifadəçilər, ya da ki, mülkiyyətçilər tərəfindən quraşdırılmışdır (mübahisə predmeti olan əmlak paylı mülkiyyətdədir). Ona görə də apellyasiya məhkəməsinin istilik sistemlərinin sökülməsi zamanı yaranmış qüsurların aradan qal dırılması və tarixi abidənin əvvəlki vəziyyətinin bərpa edilməsi ilə bağlı hissədə gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur.
45. Məhkəmə əldən çıxmış fayda əvəzi kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə olan dövr üzrə hər ay 1000 (min) manat olmaqla, ümumilikdə 16.000 (on altı min) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə bu müddəti xx.xx.2025-ci il tarixə kimi hesablayarkən Yusif Quliyevin faktiki olaraq icarə obyektinin 2025-ci ilin aprel ayında tam boşaldılması barədə verdiyi yazılı izahatına istinad etmişdir. Halbuki, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli saziş təqdim olunmuşdur. Həmin saz işdə qeyd olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilmiş, həmin tarixdən etibarən icarə obyektləri icarəyə verənə təhvil verilmiş və tərəflərin bir-birinə qarşı hər hansı öhdəliyi qalmamışdır. Göründüyü kimi icarə obyekti xx.xx.2024-cü il tarixdə tam şəkildə boşaldılaraq təhvil verilmiş və bu tərəflər arasında bağlanmış sazişlə təsdiq olunmuşdur. Həmin saziş sonradan mübahisələndirilməmişdir, yəni qüvvədədir. Yusif Quliyev həmin ərizəsində də sazişin onun tərəfindən imzalanmasını təsdiq etmişdir. Məhkəmə icarə obyektinin nə zaman boşaldılması ilə bağlı iş üzrə əhəmiyyətli olan halı müəyyən edərkən xx.xx.2024-cü il tarixli sazişə, yəni yazılı sübuta deyil, Yusif Quliyevin izahatına üstünlük verərək onu süb ut kimi qəbul etməsini əsaslandırmamış və bununla da sübutların qiymətləndirilməsində kobud səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, şikayətin əsassız olduğu üçün təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi
47. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
48. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
49. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
50. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
51. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
52. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
53. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
54. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüz ar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
55. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
56. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
57. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
58. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
59. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
60. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolver ilməzdir.
61. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
62. Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
63. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
64. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
65. Maddə 700.3. Əgər bu Məcəl lənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanun
66. Maddə
10. Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
67. Maddə
19. Dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla)müqavilə əsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakim iyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.
68. Abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə götürənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər. Belə abidələrdə və ya onların ayrı-ayrı hissələrində təmir, konservasiya və bərpa işləri icarəçinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və mütəxəssislərin nəzarəti ilə aparıla bilər.
69. Abidələrdən və ya onların ayrı-ayrı hissələrindən icarə qaydaları və şərtləri tərəflər arasında bağlanmış müqavilə ilə mü əyyən olunur. Müqavilə şərtləri pozularsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqaviləyə xitam verilir və dəymiş ziyan ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Apellyasiya məhkəməsi tərəfindən hər bir iddia tələbi ayrıca müzakirə edilmiş, mübahisəli hallarla bağlı işdəki sübutlar ətraflı tədqiq edilmiş və işin müəyyən edilmiş halları əsasında bu qənaətə gəlinmişdir ki, cavabdeh, iddiaçı qarşısında icarə müqaviləsindən irəli gələn öhdəliklərini tam icra etməmiş, ona zərər vurmuşdur.
79. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
80. O da qeyd edilmə lidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
82. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansi yası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
83. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2025-ci il tarixli, 2(103)2127/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.