Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2918/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (X4 Xidməti və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqı, gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində ödəncin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (X4 Xidməti və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “əmək haqqı, gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində ödəncin tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2792/2025 nömrəli, 21 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 4 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-nin iddiaçı ilə əmə k müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 12 saylı əmrinin ləğv olunması, iddiaçının məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun əmək haqqı ödənilməklə, əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3963/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli qətnaməsinin “mənəvi ziyanın rədd edilməsi hissəsində” ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, c avabdehdən 2.000 manat mənəvi ziyana görə pul tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)5141/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3963/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən, icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri Nümayəndə icra şöbəsinə məcburi gətirilməsi barədə icra məmurunun təqdimatlı təmin edilmiş, Nümayəndə icra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır.
5. Borclu Nümayəndə qərardadd an şikayət verərək qərardadın ləğv ediməsini, təqdimatın rədd edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(103)-267/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, şikayətin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2123/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə İsmayıl qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN1478115 nömrəli inzibati xəta haqqında protokolun və toplanmış materialın Nəsimi rayon İcra şöbəsin ə qaytarılması qərara alınmışdır. 7. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 12 saylı əmrinin ləğv olunması, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunaraq xx.xx.2023cü il tarixdən əmək funksiyalarının icrasına başlaması, ona xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxmaya görə ştat cədvəlinə uyğun əmək haqqının hesablanaraq ödənilməsi əmr edilmişdir.
8. Cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanlanmış konstitusiya şikayətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5141/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı qanunsuz-əsassız olduğundan və Azərbay can Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, 127-ci maddəsinin İİ hissəsinə, 129-cu maddəsinin İİİ hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab olunması xahiş edilmişdir.
9. Cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna ünvanlanmış “yeni açılmış hallar üzrə yenidən baxılması haqqında” xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5141/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizənin təmin edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış bütün məhkəmə aktlarının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
10. Azərbaycan Respublikasının Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair 13(102)-74/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, cavabdeh "xxxx" MMC-nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizənin təmin edilməməsi, ərizənin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmasından imtina edilməsi qərara alınmışdır.
11. Cavabdeh "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli konstitusiya şikayətindən görün ür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə tərkibinin xx.xx.2023-cü il tarixli 13(102)-74/2023 saylı qərardadı qanunsuz və əsassız olduğundan, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ bəndinə, 60-cı maddəsinə, 125-ci maddəsinin Vİİ bəndinə, 127-ci maddəsinin İİ, İV və Vİİ bəndlərinə, 129-cu maddəsinin İİİ bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 432.2.1 və 437-ci maddələrinin tələblərinə uyğun olmadığından, qüvvədən düşmüş hesab olunması barədə qərar qəbul olunmasıi xahiş edilmişdir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, "xxxx" MMC-nin direktoru Nümayəndə şik ayətinin bu Qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul olunmasından imtina edilməsi qərara alınmışdır.
13. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi X1 “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı işdən azad olunmasına dair xx.xx.2021-ci il tarixli ərizənin tərtib edilməsi ilə əlaqədar cinayət hadisəsi baş vermədiyindən cinayət işinin başlanmasının rədd edilməsi, "xxxx" MMC-nin direktoru Nümayəndə İsmayıl qızı və direktor müavini X3 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
14. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun böyük müstəntiqi X1 “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı işdən azad olunmasına dair xx.xx.2021-ci il tarixli ərizənin tərtib edilməsi ilə əlaqədar cinayət hadisəsi baş vermədiyindən cinayət işinin başlanmasının rədd edilməsi, "xxxx" MMC-nin direktoru Nümayəndə İsmayıl qızı və direktor müavini X3 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.
15. Cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7 və 21.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3963/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə e299494/2022- 5-22 saylı icra icraatının dayandırılması barədə qərardad qəbul olunması xahiş edilmişdir.
16. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3963/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır.
17. İddiaçı əmək kitabçasının surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 12 nömrəli əmr ilə həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli 331/2023 №-li əmr ilə iddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məh kəməsində icraat:
18. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı (X4 Xidməti və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC tərəfindən ona xx.xx.2021-ci il tarixdən başlayaraq, 2024-cü ilin yanvar ayına kimi gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində hesablanmış 142.882,50 manat və mediasiya xərci olaraq ödədiyi 50 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC-nin 27 mart 2019-cu il tarixli H/010-19-02 №-li əmri ilə, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyinə görə, o, cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının və mənəvi ziyanın tutulması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin 27 mart 2019-cu il tarixli H/010-19-02 №-li əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, cavabdehdən mənəvi ziyana görə 50.000 (əlli min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5788/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh MMC-nin 27 mart 2019-cu il tarixli H/010-19-02 №-li əmrinin ləğv edilməs i, onun işə bərpa olunması və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ona ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1347/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5788/2019 nömrəli iş üzrə 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə mənəvi zərərin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin olunması, MMC-dən mənəvi zərərə görə 1.000 manat məbləğində pul tutularaq ona ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3521/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məh kəməsinin Mülki Kollegiyasının 2(103)-1347/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra edilərək xx.xx.2021-ci il tarixdən o, işə bərpa edilmişdir. Lakin cavabdeh tərəfindən ona ödənilməli olan maaşı ödənilməmişdir. Cavabdeh tərəfindən işə buraxılmadığına görə 28 iyul 2021-ci il tarixdə Əmək Müfəttişliyinə şikayət etmək üçün getmiş və orada ona bildirmişlər ki, 1 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə yenidən xitam verilmişdir. Yəni, yenə də onun adından saxta ərizə tərtib edilərək əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra o, X4 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC-nin 1 iyun 2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi, mənəvi ziyana görə 50.000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 442/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh MMC-nin onunla əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 12 saylı əmrinin ləğv olunması, ona məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ştat cə dvəlinə uyğun əmək haqqı ödənilməklə, əvvəlki iş yerinə və vəzifəyə bərpa olunmağı, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, mənəvi ziyan hissəsində ləğv edilməsi və iş üzrə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda həmin qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini və xx.xx.2022-ci il tarixli xüsusi qərardadının qanunsuz hesab edilməklə ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3963/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, onun apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli qətnaməsinin “mənəvi ziyanın rədd edilməsi hissəsində” ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh MMC-dən 2.000 manat mənəvi ziyana görə pul tutularaq ona ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5141/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3963/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra edilmiş və xx.xx.2021-ci il tarixdən əvvəlki işinə bərpa edilmişdir. xx.xx.2021-ci il tarixdən işə bər pa olunsa da, ona heç bir əmək haqqı ödənilməmişdir. Məhkəmə qətnaməsi ilə işə bərpa olunsa da, hal-hazıra kimi ona ödənilməli olan əmək haqqı (xx.xx.2021-xx.xx.2023=36 ay*750=27.000) 27.000 manat təşkil edir. Ona ödənilməli olan 27.000 manat əmək haqqına hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc hesablanmaqla ona ödənilməlidir. Ona ödənilməli olan gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində hesablanmış faiz 142.882,50 manat təşkil edir.
20. İddiaçı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh MMC tərəfindən ona ödənilməyən 3.750 manat əmək haqqının, xx.xx.2021-ci il tarixdən başlayaraq 2024-cü ilin yanvar ayına kimi gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində hesa blanmış 142.882,50 manat və mediasiya xərci olaraq ödədiyi 50 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, hazırkı mülki işə baxılarkən cavabdeh tərəfindən onun adından cavabdehə ünvanlanan ərizə təqdim edilmiş və həmin ərizənin məzmunu bundan ibarət olmuşdur ki, “İddiaçı xx.xx.2021-ci il tarixdə onun işdən öz xahişi ilə azad olunmasını xahiş etmişdir. Bərpa olduğu tarixdən (xx.xx.2021) xx.xx.2021-ci il tarixə qədər işə gəlməmişdir və bununla bağlı heç bir haqq tələb etmir, son haqq hesabından imtina etmişdir.” Məhkəmə tərəfindən həmin ərizənin onun tərəfindən yazılmaması müəyyən edilmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixdən işə bərpa olunsa da, ona heç bir əmək haqqı ödənilməmiş, adından saxta ərizə tərtib edilərək ona ödənilməli olan əmək haqqından (xx.xx.2021-xx.xx.2021) guya imtina etdiyi qeyd olunmuşdur. Qeyd olunan məhkəmə qətnaməsi ilə onun xx.xx.2021-ci il tarixdən işə bərpa olunmağı və həmin tarixdən əmək haqqının ödənilməsi qət edilmişdir. Ona görə də, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xx.xx.2021xx.xx.2021=5ay*750=3.750 manat ödənilməyən əmək haqqı cavabdehdən alınaraq ona ödənilməlidir. Göründüyü kimi, o, məhkəmə qətnaməsi ilə işə bərpa olunmuş, əmək haqqı xx.xx.2021-ci il tarixdən ona ödənilməli olduğu halda, iddia tələbi məhkəməyə verilən günə kimi ona ödənilməmişdir. Ona ödənilməli olan əmək haqqı (xx.xx.2021-xx.xx.2023=35 ay*750=26.250) 26.250 manat təşkil edir. Ona ödənilməli olan 26.250 manat əmək haqqına hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc hesablanmaqla ödənilməli və eyni zamanda xx.xx.2021-xx.xx.2021=5ay*750=3.750 manat ödənilməyən əmək haqqı da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
22. Cavabdeh MMC tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlanaraq, onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında əvvəlki məhkəmə mübahisələri üzrə verilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3963/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumları da daxil olmaqla bütün məhkəmə müdafiə vasitələri tükəndikdən sonra cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 331/2023 saylı Əmrin verilməsi ilə icra edildikdən sonra, həmin əm r Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin təqsiri ucbatından xx.xx.2024-cü il tarixdə "xxxx" altsisteminə (ƏMAS) daxil edilmiş və bundan sonra cavabdeh MMC tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli Əmr elektron sistemdə qeydiyyata alınmışdır. Göstərilən sənədləri təqdim etməklə, cavabdeh tərəfindən iddiaçıya məcburi işburaxma müddəti üçün ödənilməli olan əmək haqqı məbləğinin gecikdirilməməsini və bunda cavabdehin hər hansı təqsirinin olmadığı xüsusi qeyd edilməklə sübutların yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alınması və hazırkı iddia tələbi üzrə iddia müddəti keçdiyindən iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
23. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bun dan sonra birinci instansiya məhkəməsi) e-2(006)-122/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh MMC-dən 15.874,11 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, iş üzrə ödənilmiş mediasiya xərcinin 6 manat hissəsinin cavabdeh MMC-dən alınaraq iddiaçıya verilməsi, mediasiya xərcinin qalan hissəsinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
24. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, cavabdehin bildirdiyi səbəblər qanunvericilikdə tənzimlənmiş və üzrlü səbəb hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarı elan olunduqdan sonra dərhal qanuni qüvvəyə minir və icra edilməlidir. Lakin, cavabdeh qətnamə qanuni qüvvəyə mindikdən sonra onu icra etməmiş həmin qərarın ləğv edilməsi üçün Ali Məhkəmənin Plenumuna ərizə, Konstitusiya Məhkəməsinə şikayətlər verimişdir. Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı qəti olduğuna görə o dərhal icra edilməli idi. Cavabdehin yeni açılmış hallarla bağlı ərizəsi və ya konstitusiya məhkəməsinə verdiyi şikayət qərarın icrasının dayandırılmasına əsas olan hal deyil. Əgər Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilsəydi, yəni cavabdehin lehinə qərar çıxsaydı, cavabdehin müvafiq qərar üzrə icra etdiklərini növbəti mərhələdə - Məhkəmə qərarının (qətnaməsinin) icrasının dönüşü qaydasında əmək qanunvericiliyinin normaları əsasında, qanunvericiliyə uyğun qaydada tələb etmə k hüququ olacaqdı. Lakin göründüyü kimi, cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsini əsassız olaraq, öz mülahizəsinə əsasən, icra etməmişdir. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin (qərarının) icrasının dayandırılmasının mümkün olduğu hallar və icranın dayandırılmasının məburi olduğu hallar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17 və 18-ci maddələrində aydın şəkildə müəyyən edilmişdir. Hazırkı mübahisə üzrə cavabdehin üzrlü hesab etdiyi halların, yəni Ali Məhkəmənin Plenumuna yeni açılmış hallar ilə bağlı müraciət və ya Konstitusiya Məhkəməsinə şikayət edilməsi icra icraatının dayandırılmasına səbəb olan hal deyil. Əgər Konstitusiya Məhkəməsinə verilən şikayət Konstitusiya Məhkəməsinin icraatına qəbul edilsəydi, bu halda icra icraatının dayandırılma sı üçün əsas yaranmış olardı. Hazırkı mübahisədə cavabdehin şikayəti Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməmişdir. İcra məmuru da cavabdehin dəfələrlə icraatın dayandarılması barədə vəsatətlərini təmin etməmiş, haqlı olaraq icra icraatını dayandırmamışdır. Yəni, cavabdehin məhkəmə qərarını icra etməməsinin üzrlü hesab olunacaq bir əsası Azərbaycan Respublikası qanunvericiliyində mövcud deyil.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh bildirir ki, məhkəmə qərarlarını mübahisələndirib lehinə nəticə əldə edə bilmədikdən sonra iddiaçını işə bərpa etmiş, lakin ƏƏSMN-nin təqsiri ucbatından xx.xx.2024-cü il tarixdə elektron sistemdə qeydiyyatın aparılmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbində xx.xx.2023-cü il tarixədək gecikdirilmiş əmək haqqına görə ödənc tələb olunu r. Yəni həmin tarixdən sonrakı məsələ hazırkı iddianın predmeti deyil. xx.xx.2023-cü il tarixədək iddiaçıya hər hansı ödəniş edilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi qismən təmin olunmalıdır. Belə ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 296-cı maddəsinin 4. hissəsi). Lakin, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş əmək haqqına görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödəncin ona ödənilməsini həmçinin, iddia ərizəsinə dəqiqləşmə barədə ərizə v erərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər ona əmək haqqı ödənilmədiyinə görə həmin dövrdə ödənilməmiş 3.750 manat məbləğində əmək haqqını tələb edir.
26. Məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr üçün iddiaçıya ödənilməmiş 3.750 manat əmək haqqının ona ödənilməsi hissəsinə münasibətdə də hesab etmişdir ki, cavabdehin iddia müddəti tətbiq edilməsi barədə ərizəsi tətbiq edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Çünki, iddiaçı işəgötürənin xx.xx.2021-ci il tarixli əmrini mübahisələndirərkən (həmin mübahisə üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilmişdir), həmçinin ona əmək haqqı ödənilməyən vaxt öz hüququnun pozulduğunu bilmiş, lakin bunu nə əvvəlki iddia tələb ində, nə də hüququnun pozulduğunu bildiyi vaxtdan bir il ərzində mübahisələndirməmişdir (elə buna görə də məhkəmə hazırda bu tələbə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq saymışdır).
27. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 12, 74, 154, 172,195, 196, 296, 297, 301, 302-ci maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına Azərbaycan Respublikası və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 107, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat:
28. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh MMC apellyasiya şikayətləri vermişlər.
29. İddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbini tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.
30. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, qeyd olunan əmr verilsə də, əmək bildirişi qeydiyyata alınmamış, iddiaçı işə buraxılmamış, ona əmək ha qqı ödənilməmiş və iddiaçı yalnız 2025-ci ilin fevral ayında iş yerinə təqdim olunmuşdur. Yəni, məhkəmə qətnaməsi həmin tarixdə icra edilmişdir. Belə olan halda, həmin tarixə əmək haqqı məhkəmə qətnaməsi əsasında ödənilməli olduğundan, gecikdirilmiş hər gün üçün əmək haqqının 1 faizi məbləğində hesablanmış faiz də, həmin tarixədək ödənilməlidir. Məhkəmə əmək bildirişinin qeydiyyata alınıb-alınmamasını araşdırmamış və bununla da iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır.
31. Cavabdeh MMC-nin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsi və iddia tələbini tam rədd edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir.
32. Cavabdeh MMC-nin apellyasiya şikayətini onunla əsaslandırılmı şdır ki, məhkəmə tərəfindən cavabdeh MMC-nin vəzifəli şəxsinin icra sənədinin icrasından qərəzli yayınmadığı, icrasənədi üzrə məhkəmə qətnaməsinin kassasiya instansiya məhkəməsinin icraatında olduğundan borclu tərəfindən icra sənədi üzrə tələbin qərəzli və ya üzürsüz səbəbdən icra etməməsinin müəyyən olunmadığı xx.xx.2023-cü il tarixdə qərardadda əks olunmuşdur. Bu qərardad hal-hazıradək qüvvədədir. Hazırkı mülki işə baxan məhkəmə qətnamənin 15-ci bəndində bu qərardada istinad etsə də, qərardadda qeyd edilənləri ümumiyyətlə nəzərə almamış, cavabdeh MMC-nin məhkəmə qərarını icra etməkdən qərəzli və üzürsüz səbəbdən yayınmaması barədə sözügedən qərardadda gəlinən nəticəni hazırkı mülki işə münasibətdə tətbiq etməmişdir. "xxxx" MMC tərəfindən verilmiş auditor rəyi birtərəfli qaydada, iş mater iallarında olan sənədlər əsasındatərtib edilmiş, cavabdeh MMC auditor keçirilməsinə ümumiyyətlə cəlb edilməmişdir, hər hansı sənəd cavabdehdən tələb edilməmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəy sanki İddiaçı tələbində irəli sürdüyü məbləği təsdiqləmək üçün tərtib edilmişdir ki, bu da hesab edirik ki, məhkəmə tərəfindən qəbuledilməməli idi. Məhkəmə, sonuncu dəfə tərəflərindən verilmiş vəsatəti xx.xx.2025-ci il tarixli qərardadla rədd etmiş, qərardadını sadəcə tələb edilən maddələrin məzmunu aydın və başadüşülən olması, həmin maddələrin məzmununun şərh edilməsinə heç bir zərurət olmaması ilə əsaslandırmışdır. Lakin məhkəmə, hazırkı mübahisəyə nə üçün Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin məcburi göstərişlərini tətbiq etmədiyini qətnamədə bir cümlə-sözlə də olsun ifadə etməmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2792/2025 nömrəli, 21 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarı elan olunduqdan sonra dərhal qanuni qüvvəyə minir və icra edilməlidir. Lakin, cavabdeh qətnamə qanuni qüvvəyə mindikdən sonra onu icra etməmiş həmin qərarın ləğv edilməsi üçün Ali Məhkəmənin Plenumuna ərizə, Konstitusiya Məhkəməsinə şikayətlər verimişdir. Ali Məhkəmən in xx.xx.2022-ci il tarixli qərarı qəti olduğuna görə o dərhal icra edilməli idi. Cavabdehin yeni açılmış hallarla bağlı ərizəsi və ya konstitusiya məhkəməsinə verdiyi şikayət qərarın icrasının dayandırılmasına əsas olan hal deyil. Əgər Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilsəydi, yəni cavabdehin lehinə qərar çıxsaydı, cavabdehin müvafiq qərar üzrə icra etdiklərini növbəti mərhələdəMəhkəmə qərarının (qətnaməsinin) icrasının dönüşü qaydasında əmək qanunvericiliyinin normaları əsasında, qanunvericiliyə uyğun qaydada tələb etmək hüququ olacaqdı. Lakin göründüyü kimi, cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsini əsassız olaraq, öz mülahizəsinə əsasən, icra etməmişdir. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin (qərarının) icrasının dayand ırılmasının mümkün olduğu hallar və icranın dayandırılmasının məburi olduğu hallar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17 və 18-ci maddələrində aydın şəkildə müəyyən edilmişdir. Hazırkı mübahisə üzrə cavabdehin üzrlü hesab etdiyi halların, yəni Ali Məhkəmənin Plenumuna yeni açılmış hallar ilə bağlı müraciət və ya Konstitusiya Məhkəməsinə şikayət edilməsi icra icraatının dayandırılmasına səbəb olan hal deyil. Əgər Konstitusiya Məhkəməsinə verilən şikayət Konstitusiya Məhkəməsinin icraatına qəbul edilsəydi, bu halda icra icraatının dayandırılması üçün əsas yaranmış olardı. Hazırkı mübahisədə cavabdehin şikayəti Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməmişdir. İcra məmuru da cavabdehin dəfələrlə icraatın dayandarılması barədə vəsatətlərini təmin etməmiş, haqlı olaraq i cra icraatını dayandırmamışdır. Yəni, cavabdehin məhkəmə qərarını icra etməməsinin üzrlü hesab olunacaq bir əsası Azərbaycan Respublikası qanunvericiliyində mövcud deyil.
35. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasını təmin etməyərək iddiaçının əmək haqqının ödənilməsinin gecikdirməsi nəticəsinə gəlmişdir. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini qanunsuz olaraq ləğv etməklə (2021-ci ildə) iddiaçının hüquqlarını pozmuş, onu hər ay aylıq əmək haqqı almaqdan məhrum etmişdir. Məhkəmə iddiaçının işə bərpa olunması və ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edərək onun pozulmuş hüquqlarını bərpa etmişdir. Lakin, cavabdeh həm iddiaçını işə bərpa etməmiş, həm də ödənilməmiş əmək haqqını ödəməmişdir. Cavabdeh iddiaçının əmək haqqısını ödəmədiyini mübahisələndirmir, belə ki, ödəməsinə dair məhkəməyə sübut təqdim etmir. Sadəcə olaraq iddiaçının əmək haqqının ödənilməməsinin üzrlü səbəblərdən baş verdiyini qeyd edir. Yəni, iddiaçının əmək haqqının ödənilməsinin cavabdeh tərəfindən gecikdirilməsi mübahisəsizdir və cavabdeh tərəfindən bildirilən əmək haqqı ödənişinin gecikdirilməsinin səbəbləri üzrlü hesab edilmir.
36. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd etmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bil ər. Nəticədə, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya ödənilməmiş əmək haqqının hər gecikdirilmiş gün üçün 1 %-i ilə hesablanmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 15.874,11 AZN təşkil edir.
37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2 (3-cü hissə), 12 (b, d, x bəndləri), 74 (2-ci hissə), 154 (1-ci hissə), 172 (1, 5-ci hissə), 195 (a, b, d bəndləri), 196 (1-ci hissə), 296 (4, 6, 7-ci hissə), 297, 301 (1-ci hissə), 302 (1, 2-ci hissə), MPM-nin 14.2, 77.1, 217-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 384.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
38. Qətnamədən cavabdeh MMC (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmələr, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxmaya görə pul ödənilməsi barədə icra sənədi Nəsimi rayon İcra Şöbəsinin icraatında olduğu müddət ərzində icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın və bildirişin borclu, hazırkı cavabdeh MMC-yə hansı formada (şəxsən və ya poçt vasitəsi ilə), hansı tarixdə təqdim edilməsini yoxlamamış, ümumiyyətlə rəsmi çatdırılma və ya təqdim edilmə olub-olmamasını müəyyənləşdirməmişlər. Bu xüsusat, icra sənədinin borclu MMC tərəfindən hansı tarixdən etibarən üzrsüz səbəbdən icra edilmədiyini təsdiq etmək üçün vacibdir. Tərəfimizdən verilmiş vəsatət əsasında işə baxan Nəsimi Rayon Məhkəməsi Nəsimi rayon İcra Şöbəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etsə də, icra şöbəsi nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəmələrində iclasların heç birində iştirak etməmişdir. İcra şöbəsinin əməkdaşının məhkəmə iclaslarında iştirakı mümkün olsaydı, icra sənədinin borclu MMC tərəfindən hansı tarixdən etibarən icra edilmədiyini, bu zaman qərəz və üzrsüz səbəbin olub-olmadığını, xüsusən, bütün bu müddət ərzində İcra Şöbəsinin məhkəmə qərarının-icra sənədinin icrasını nə üçün borclu-cavabdeh MMC-dən tələb etmədiyini, bo rclu MMC-nin icranın dayandırılması barədə vəsatətləri ilə bağlı hansı qərarın (şifahi və ya yazılı) qəbul edildiyini, hansı real icra hərəkətlərinin görüldüyünü müəyyən etmək mümkün olardı.
40. Məhkəmələr, məhkəmə qərarlarına yeni açılmış hallar üzrə ərizənin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina edilməsi barədə qərardan verilmiş konstitusiya şikayəti ilə bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 17/2-17-H-143/1-23/2023 saylı məktubu təqdim edilməsinə baxmayaraq, qətnamələrdə bu məktuba ümumiyyətlə istinad etməmişlər. Halbuki, həmin məktubda şikayətin Konstitusiya Məhkəməsinin Palatasının icraatına qəbul edilməsi göstərilmişdir və bu halda “İcra haqqında” Qanunun 17.1.8-ci maddəsinə əsasən (iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan R espublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda) icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalıdır. İşə baxan həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri bu hala toxunmamaq və qiymət verməmək üçün bu məktubu bilərəkdən sübutlar sırasında göstərməmişlər. Bu xüsusat birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi və apellyasiya instansiyası məhkəməsinin dəyişdirmədən qüvvədə saxladığı “Əgər Konstitusiya Məhkəməsinə verilən şikayət Konstitusiya Məhkəməsinin icraatına qəbul edilsəydi, bu halda icra icraatının dayandırılması üçün əsas yaranmış olardı” nəticəsinin səhv və yanlış olduğunu deməyə əsas verir. 41. "xxxx" MMC tərəfindən verilmiş auditor rəyi birtərəfli qaydada, iş materiallarında olan sənədlər əsasında tərtib edilmiş, cavabdeh MMC auditor keçiril məsinə ümumiyyətlə cəlb edilməmişdir, hər hansı sənəd cavabdehdən tələb edilməmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəy sanki İddiaçı tələbində irəli sürdüyü məbləği təsdiqləmək üçün tərtib edilmişdir ki, bu da hesab edirik ki, məhkəmə tərəfindən qəbul edilməməli idi. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 78.1-ci maddəsinə əsasən, "xxxx" MMC tərəfindən verilmiş auditor rəyi sübutlar sırasından xaric edilməli və məhkəmə kollegiyası tərəfindən ümumiyyətlə nəzərə alınmamalıdır. Araşdırma zamanı İddiaçı əvvəlki vəzifəsi üzrə 750 manat əmək haqqı aldığı müəyyən edilsə də, məhkəmə, "xxxx" MMC tərəfindən təqdim edilmiş auditor rəyinin həmin məbləğ üzrə hesablanmasına, həmin məbləğdən vergi, sosial sığorta və s. tutulmaların aparılmalı olduqdan sonra net əmək haqqı məbləği müəyyən edilməli ol duğuna heç əhəmiyyət belə verməmişdir. Cavabdeh MMC tərəfindən buna etiraz məhkəmədə bildirilsə də, məhkəmə qətnamədə bunu sadəcə “qətnamənin icrası mərhələsində iddiaçıya ödəniş edilərkən öz həllini tapacaq olan məsələ” olduğunu qeyd etməklə kifayətlənmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsində göstərilir ki, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Yəni, əgər məhkəmə belə qənaətə gəlirsə ki, işçi olaraq İddiaçı ödənilməli olan ödənişdən vergi, sosial sığorta və s. tutulmaların aparılması qətnamənin icrası mərhələsində həll edilməlidir, məhkəmə MPM-in 220.6-cı maddəsinə əsasən, gələcək məhkəmə mübahisələrinə və süründürməçiliyə yol v erməmək üçün bu halları qətnaməsində əks etdirməli idi. Bütün bu dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətində göstərilsə də, məhkəmə kollegiyası bunları ümumiyyətlə nəzərə almamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.
42. Maddə
24. İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. İİ. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
43. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında “bu Məcəllə”) əmək münasibətlərində tərəfl ərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
44. Maddə 12 (“b”, “d”, “x” bəndləri). bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar ha qqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir.
45. Maddə 74 (2-ci hissə).Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
46. Maddə 154 (1-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
47. Maddə 172 (1-ci hissə). Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
48. Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi ya ratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisl əşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.
49. Maddə 195 ("xxxx", “b”, “d” bəndləri). Əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.
50. M addə 196 (1-ci hissə). Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir.
51. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələ blərə iddia müddəti şamil edilmir.
52. Maddə 296 (6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
53. Maddə 296 (7-ci hissə). Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
54. Maddə
297. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.
55. Maddə 301 (1-ci hissə). F ərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir.
56. Maddə 302 (1-ci hissə). Fərdi əmək mübahisələri üzrə məhkəmənin qəbul etdiyi qanuni qüvvəyə minmiş qərarı, qətnaməsi icra edildiyi gündən 6 ay keçdikdən sonra nəzarət icraatı qaydasında işçinin zərərinə ləğv edilə bilməz.
57. Maddə 302 (2-ci hissə). Məhkəmənin qərarının (qətnaməsinin) icrasının dönüşünə, bu qərar yalnız işçinin, işəgötürənin, şahidlərin verdiyi yalan məlumatlara və ya təqdim etdiyi saxta sənədlərə əsaslanaraq qəbul edildiyi hallarda yol verilə bilər. Qeyd: “İcrada dönüş” dedikdə, məhkəmə qətnaməsinin, qərarının icraya yönəldilməməsi, icraya yönəldilmiş qətnamənin, qərarın icrasının dayandırılması və ya icra edilmiş qətnamənin, qərarın ləğv edilərək tərəflərin münasibətlərinin, maraqlarının, maddi və digər mənafelərinin əmək mübahisəsi ilə əlaqədar iddia verilən andakı vəziyyətə qaytarılması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
58. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
59. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
60. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
61. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarı.
62. Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
65. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
68. Maddə
88. Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
70. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində ba xır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
73. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
74. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
75. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilm əməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
76. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
77. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin edilməsi hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi, bundan əvvəl işə baxmış kassasiya instansiya məhkəməsinin qərarında şərh edilən göstərişlərinə əməl etmişdir. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
79. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə qismən razılaşmayaraq məhkəmənin gəldiyi nəticəni işin hallarına uyğun hesab etməmiş, apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbini qismən təmin etmək barədə nəticəyə gəlmişdir.
80. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, xeyrinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan iddiaçının, həmin məhkəmə qərarlarına olan güvən və etimadlarına zidd şəkildə cavabdehin, qüvvədə olan həmin məhkəmə qərarlarını icra etmədən, məhkəmə qərarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizə ilə Ali Məhkəməyə, fərdi şikayətlərlə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumuna müraciət etmək hüququndan istifadə etməsi hüquqdan sui-istifadə hesab olunur.
81. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hü quqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi h allarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
82. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətində qeyd olunan dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
83. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüqu qi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.
84. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
85. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 86. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əs aslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
87. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
88. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2792/2025 nömrəli, 21 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.