Məhkəmə qərarları › İş №2(102)-292/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-292/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-292/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı X2 və cavabdehin vəkili X3 iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1329/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə ic lasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx xxxxxx 2018-ci il tarixdə sadə yazılı formada bağlanmış müqavilə ilə X1 Sakit Dilşad oğluna 4000 manat məbləğində borc vermişdir. Cavabdeh borc məbləğini qaytarmamış və iddiaçı X6 qarşısında borc öhdəliyi icra edilməmişdir. Hazırda iddiaçı məhkəmə qaydasında öhdəliyin icrasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X1 Sakit Dilşad oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxxxx 2018-ci ildə onun evinə gəlmiş və ona borc pul lazım olduğunu bildirərək 4000 manat istəmiş və 2 ay müddətinə qayt aracağına söz vermişdir. Sadə yazılı formada bağlanan borc müqaviləsi ilə 4000 manat pul vermiş, lakin cavabdeh pulu könüllü olaraq pulu geri qaytarmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyidən görünür ki, ekspertizaya təqdim olunmuş X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə «4000 manat», «Pulu aldım» sözlərinin qarşısındakı və «1. Təhvil aldım», «2.Təhvil aldım» qrafalarındakı imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh ilə iddiaçı X6 arasında xx.xx.2018-ci il tarixdə 4000 manat məbləğində borc müqaviləsinin bağlanması təqdim olunmuş yazılı sübut vasitəsi ilə təsdiq olunmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(032)-80/2020 saylı qətnaməsi ilə (hakim E.Qurbanov) iddia tələbi təmin edilərək Cavabdeh 4000 manat məbləğində pulun alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(032)-80/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(106)-1329/2020 saylı qətnaməsi ilə (hakim N.Mirzəyevin sədrliyi və məruzəsi ilə, hakimlər Q.Kərimov və Z.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(032)-80/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir k i, borcverən X6 borc müqaviləsinə görə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, borcalan Cavabdeh həmin müqaviləyə əsasən müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuş, borclu olduğu 4000 manat pulu şərtləşdirdikləri vaxtda borcverənə qaytarmamışdır. Cavabdehin apellyasiya şikayətində olan dəlilləri borc müqaviləsindəki yazı xətti və onun adının qarşısındakı imzanın ona aid olmadığı, xx xxxxxx 2018-ci il tarixli müqavilə ilə borc almadığını, ekspertiza qarşısında müqavilədəki xəttin də yoxlanmasını xahiş etmiş olsa da məhkəmənin yalnız imza nümunələrinin yoxlaması ilə bağlı sual qoymasını, ekspert rəyinin natamam olması, işin baxılmasının təxirə salınmasını xahiş etmiş olsa da məhkəmənin həmin vəsatəti əsassız olaraq təmin etməməsi ilə bağlı olmuşdur. Apelyasiya məhkəməsi dəlillərlə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçının 4000 manat pulun qaytarılması tələbinə qarşı etirazını əsaslandıran heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə şikayətin dəlillərini kifayət qədər əsaslandırılmamış və formal mülahizə xarakterli olmasını qeyd etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X7) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(106)-1329/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırlımışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnam əsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, apellyasiya məhkəməsi şikayətində qeyd olunanlarla bağlı heç bir araşdırma aparmamış, cavabdeh tərəfin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayan vəsatətlərinə əhəmiyyət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili X7 izahatında kassasya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün saymışdır. Digər şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müə yyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkə tdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (MM, maddə 386) 425.1-ci madəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya mü əyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yer ində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində işdə olan Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə uyğun qiymə tləndirmiş və əsaslı olaraq cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə tərəfindən komisiyon məhkəmə–xəttşünaslıq ekspertizasının keçirilməməsinə dair kassasiya şikayətinin dəili ilə bağlı olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən müqavilədə olan imzanın cavabdehə məxsus olubolmamasının yoxlanması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və imzaların cavabdeh tərəfndən icra olunması müəyyən olunmuşdur. İşin baxılmasının təxirə salınmasına dair vəsatətinə əhəmiyyət verilməməsi ilə bağlı isə qeyd edilməlidir ki, işin baxılmasının təxirə salınması üçün zəruri əsaslar olmalıdır ki, iş materiallarında belə sübutların olmaması aşkardır. Cavabdehin istinad etdikləri isə MPM-in 188-ci madəsinin tələbləri baxımından təxirə sa lınma əsasları kimi qəbul olunmur. Beləliklə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(10 6)-1329/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar