Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2920/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkil X cavabdeh x vəkili Vəkil2 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh x qarşı “miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölünməsi və miras paylarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-3238/2019 nömrəli qətnaməsindən cavabdeh x və və Vəkil2 x verdiyi kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh x qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu şəhərində xx xxxxx 2002-ci il tarixdə vəfat etmiş nənəsi X1 vəsiyyət üzrə miras qalmış ünvan 1 ünvanda yerləşən evin və həyətyanı torpaq sahəsinin bölüşdürülərək vəsiyyət üzrə vərəsə kimi ona çatası miras payının və cavabdeh x çatası məcburi payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-99/2013 saylı, xx xxx 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Ağsu şəhərində xx xxxxx 2002-ci il tarixdə vəfat etmiş X1 miras qalmış və ünvan 1 ünvanda 0.11 ha torpaq sahəsi 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə balkon, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri-yaşayış tikilisi yerləşən daşınmaz əmlakların vərəsələr arasında bölünməsi, daşınmaz əmlakın 8/14 hissəsinə İddiaçı, 1/14 hissəsinə x, 1/14 hissəsinə X6, 1/14 hissəsinə X8, 1/14 hissəsinə X11, 1/14 hissəsinə X14, 1/14 hissəsinə X4 vərəsəlik qaydasında paylarının müəyyən edilməsi qət edilmişdir. (hakim Nadir Əsgərov) Şəki Apellyasiya Məhkəməsinin 2(107)-3238/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə, cavabdeh x apellyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx xxx 2013cu il tаrixli 2(016)-99/2013 nömrəli qətnaməsi qismən – Аğsu şəhərində xx xxxx 2002-ci il tаrixdə vəfаt etmiş x mirаs qаlmış və 1 ünvаndа 0.11 hа tоrpаq sаhəsi 2 оtаqdаn ibаrət hər biri 32 kv.metr, cəm i 64 kv.metr ölçüdə mətbəx, bir köhnə yаşаyış evi, 18 kv.metr ölçüdə bаlkоn, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yаrаrsız qeyri-yаşаyış tikilisi yerləşən dаşınmаz əmlаklаrın 1/14 hissəsinə X6, 1/14 hissəsinə X8, 1/14 hissəsinə X11, 1/14 hissəsinə X14, 1/14 hissəsinə x vərəsəlik qaydasında paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Gündüz Abbasov (sədrlik edən və məruzəçi) Mübariz Hüseynov, Rövşən Rəfiyev ) Cavabdeh x (Vəkil 2 ) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,1 ünvаndakı ev ind iyə kimi x adına qeydiyyata alınmamışdır.Yəni nə vəsiyyətnamə verilərkən, nə də X5 vəfat edən zaman onun adına dövlət qeydiyyatına alınmış nə ev, nə də torpaq sahəsi olmamışdır. Torpaq sahəsi öldüyü günə kimi miras qoyanın istifadəsində olsa da, mülkiyyətində olmamışdır. Vəsiyyətnamə qanuni şəkildə mövcud olmayan əmlaka dair verilmişdir.Həmçinin apelyasiya instansiyası digər vərəslərə pay müəyyən edilməsi hissəsində qətnaməni ləğv edərkən bu hissədə birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxmasına istinad etmişdir ki, bu da düz olmamışdır. Çünki həmin hissədə qətnamə mübahisələndirlmyib. Məhkəmə kollegiyasının iclasında cavabdeh x qızının vəkili Vəkil2 oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkil i x kassasiya şikayətini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin vəkillərini, dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-3238/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qalan hissəd ə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad edilməsinə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi də şikayətin belə dəlillərini araşdırmır və onlara qiymət vermir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq zərurətindən irəli gələrək, müəyyən işlər üzrə (kassasiya şi kayətindən dəlillərindən və s. asılı olaraq) aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Bu baxımdan, hazırki iş üzrə də məhkəmə kollegiyasının apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallara istinad etməsi işin faktiki hallarını araşdırma kimi qəbul edilməməlidir. İddia tələbindən görünür ki, iddiaçı tələbinin faktiki əsası kimi ünvan 1 ünvanda yerləşən yaşayış evinin və bütün əmlakının nənəsi X3 tərəfindən xx xxxxxx 1996-cı il tarixdə 2B-74 saylı reyestrli vəsiyyətnamə əsasında ona vəsiyyət edilməsi, nənəsinin xx xxxxx 2002-ci ildə vəfat etməsi, nənəsinin vəfat etdiyi günədək atası X13 i lə birlikdə nənəsinin vəsiyyət etdiyi evdə yaşaması, xx xxx 2012-ci il tarixdə atasının da vəfat etməsi, evin hüquq müəyyənedici sənədlərinin bibisi olan cavabdehdə olması, bununla da miras əmlakı qanuna uyğun şəkildə adına rəsmiləşdirməsinə cavabdehin mane olmasına istinad etmiş, tələbin hüquqi əsası kimi isə Mülki Məcəllənin 1133.1, 1145, 1147.1, 1159.1.1, 1166, 1193, 1194, 1195 və 12891-ci maddələrini göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, miras əmlak üzərində İddiaçı 8/14 hissədə, cavabdeh x 1/14 hissədə payını müəyyən etməklə yanaşı, miras qoyanın digər vərəsələri olan X6, X8, X11, X14 və X4 da hər birinin mirasda 1/14 hissədə paylarını müəyyən etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə il ə qismən razılaşaraq, iş materiallarına əsasən, mirasqoyan X2 nəvəsi İddiaçı verdiyi vəsiyyətnamənin hazırda qüvvədə olması, iddiaçının mirasın qəbulu ilə bağlı qanunauyğun hərəkətlər etməsi, bu baxımdan da iddiaçı ilə cavabdeh arasında miras payların müəyyən edilməsi barədə məhkəmənin gəldiyi nəticənin düz olması, eləcə də mirasqoyanını digər övladları olan X9, X12, X15, X17, X20 və X4 paylarını müəyyən etməklə birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxmasını müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini qeyd edilən vərəslərin paylarının müəyyən edilməsi hissəsində ləğv, qalan hissədə dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 1133, 1145, 1147, 1151, 1166, 1179, 1243cü və Mülki Prosessual Məcəllənin 218.3-cü maddələri ilə əsaslandırmışdı r. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Аğsu şəhərində xx xxx 2002-ci il tаrixdə vəfаt etmiş x mirаs qаlmış və 1 ünvаndа 0.11 hа tоrpаq sаhəsi 2 оtаqdаn ibаrət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx, bir köhnə yаşаyış evi, 18 kv.metr ölçüdə bаlkоn, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yаrаrsız qeyri-yаşаyış tikilisi yerləşən dаşınmаz əmlаklаrın 1/14 hissəsinə X6, 1/14 hissəsinə X8, 1/14 hissəsinə X11, 1/14 hissəsinə X14, 1/14 hissəsinə x vərəsəlik qaydasında paylarının müəyyən edilməsi hissəsində ləğv etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddia tələbində İddiaçı miras əmlak üzərində özünün vəsiyyət, bibisi olan cavabdeh x isə məcburi pay üzrə payının müəyyən edilməsini xahiş etmiş dir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, mülki-prosessual qanunvericilik bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını müəyyən edir və bu qaydadan kənara çıxma da yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür. Hazırki halda da iddiadan kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal olmamışdır. Lakin birinci instansiya məhkəməsi tələb olmadığı halda X9, X12, X15, X17, X20 və X4 miras əmlak üzərində paylarını müəyyən etməklə iddia tələbindən kənara çıxmış, apelyasiya instansiyası da Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən haqlı olaraq həmin hissədə qətnaməni ləğv etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bununla bağlı dəlilini, yəni digər vərəsələrin paylarının müəyyən olunması hissəsində mübahisələndirilməməsinə baxmayaraq, apelyasiya instansiyasının həmin hissədə qətnaməni ləğv etməsinin düzgün olmaması – əsassız sayır.Çünki cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmet i bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə görə isə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd edilən prosessual hüquq normalarının tələbi və cavabdehin apelyasiya şikayətində qətnamənin ləğvi barədə xahişi, eləcə də prosessual hüquq normalarının pozulmasının hazırki iş üzrə qeyd edilən hissədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olması nəzərə alınarsa, apelyasiya instansiyası məhkəməsinin aşağı məhkəmənin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlaması düzgün olmuşdur. Həmçinin xx xxxxxx 2004-cü ildə Аğsu şəhərində x adına qeydə alınmış 0.11 hа tоrpаq sаhəsinin miras əmlaka daxil olması barədə apelyasiya instansiyasının gəldiyi nəticəni və torpağın miras qoyanın vəsiyyətnamə verilərkən mülkiyyətdə olmaması barədə apelyasiya şikayətinin dəlili ilə bağlı dəyərləndirməsini məhkəmə kollegiyası düzgün hesab edir. “Torpaq islahatı haqqında” Qanun xx xxxx 1996-cı il tarixdə qəbul edilmişdir. Qanunun qəbul edilməsi ilə respublikada qanuni istifadədə olan həyətyanı torpaq sahələrinin mülkiyyətə verilməsinə start verilmişdir. Yəni, həmin vaxtdan etibarən dövlətin aqrar siyasətinin istiqaməti həyətyanı torpaq sahələrinin onların qanuni istifadəçilərinin mülkiyyətinə verilməsi barədə olmuşdu r. Sözügedən həyətyanı torpaq sahəsi isə əvvəldən Gülsabah Allahyarovanın qanuni istifadəsində olmuşdur. Ağsu rayonunda aqrar islahatı aparılan zamanda da Ağsu Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2004-cü il tarixli 01 saylı qərarı ilə 0,11 ha həyətyanı torpaq sahəsi x mülkiyyətinə verilmişdir. Bu baxımdan, bu hissədə də apelyaisya instansiyası məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun olmuşdir. Bununla belə, məhkəmə kollegiyası iddianın təmin olunan qalan hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməyən saxlayan apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Qətnamədən görünür ki, iddianın təmin edilən hissəsində qətnaməni dəyişdirməyən apelyasiya instansiyası məhkəməsi 1 ünvа ndа yerləşən 2 оtаqdаn ibаrət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə mətbəx, bir köhnə yаşаyış evi, 18 kv.metr ölçüdə bаlkоn, 8 kv.metr ölçüdə mətbəx və 32 kv.metr ölçüdə köhnə və yаrаrsız qeyri-yаşаyış tikilisinin miras əmlakın toplusuna daxil olması barədə hər hansı halı müəyyən etməmiş, ümumiyyətlə, bununla bağlı hər hansı sübuta qiymət verməmişdir. İşin bu halını işdə olan sübutlarla müəyyən etmədiyi halda, Mülki Məcəllənin 1151-ci maddəsinə istinadən qeyd edilən hissədə qətnaməni dəyişdirmədən saxlayan apelyasiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 77 və 88-ci maddələrinə əsasən düzgün hesab etmir. Halbuki miras əmlak üzərində payların müəyyən edilməsi və Mülki Məcəllənin qeyd edilən normasının tətbiq edilməsi üçün miras toplusuna daxil o lan əmlakların dairəsinin müəyyən edilməsi zərurdir. Lakin evin və üstəlik üzərində miras payı müəyyən edilən yаrаrsız qeyri-yаşаyış tikilisinin miras əmlak toplusuna daxil olub-olmaması halını apelyasiya instansiyası müəyyən etməmişdir. Evlə bağlı istinad edilən yeganə sənəd miras qoyan x adına xx xxxxxx 2004-cü ildə qeydə alınmış 011, ha torpaq sahəsində 2 otaqdan ibarət hər biri 32 kv.metr, cəmi 64 kv.metr ölçüdə bir köhnə yaşayış evi, 18 kv.metr ölçüdə bir balkon, 8 kv.metr ölçüdə mətbəx və bundan əlavə 32 kv.metr ölçüdə köhnə və yararsız qeyri-yaşayış tikilisi olması, bu tikililərin hər ikisinin şimal tərəfdən x küçəsinə bitişik olmaqla aralarındakı məsafənin yolun oxundan 8 metr aralıda yerləşməsi, evin gediş-gəliş yolu üçün giriş-çıxışın da həmin küçəyə baxması barədə Dövlət Torpaq və Xəritçəkmə Komitəsi Ağsu rayon şöbəsinin mütəxəssislərinin verdiyi arayışdır ki, bu sənəd də əvvəla, evin miras əmlaka daxil olması halını müəyyən etmək üçün yetərli deyil, həm də istinad ediməsinə baxmayaraq, iş materiallarında da yoxdur. Bundan əlavə, miras əmlak üzərində X9, X12, X15, X17, X20 və X4 hər birinin miras əmlak üzərində 1/14 hissədə paylarını müəyyən edilməsi hissəsində qətnaməni ləğv edən apelyasiya instansiyası məhkəməsi bundan sonra cavabdeh və iddiaçının miras əmlakda paylarının hansı hissədə olmasını müəyyən etməmişdir. Bir halda ki, digər vərəsələrin paylarının müəyyən edilməsi hissəsində qətnamə ləğv edilib, belə olan halda miras əmlak üzərində pay nisbəti də miras əmlakda payların müəyyən edilməsi ilə bağı qanunvericiliyin tələbləri nəzərə alınmaqla işin müəyyən e dilmiş halına uyğun həll edilməli idi. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunan hissəsində qətnaməni dəyişdirmədən saxlanması nəticəsinə gələrkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin qeyd edilən hissədə ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyasının qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissəsinin ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı, evin miras əmlak toplusuna daxil olubolmaması hallarını, bunun nəticəsi olaraq tərəflərin miras əmlak üzərində paylarını müəyyən etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qalan hi ssədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419, 420 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-3238/2019 nömrəli qətnaməsi qismən iddianın təmin olunan hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2920/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2920/2020
29.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver