Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2920/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosessində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə, XXXna və XXX2nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2920/2022 (Açar sözlər: ipotekaya xitam verilməsi) Bakı şəhəri, 22 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10947/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsindən verilmiş cavabdehin kassasiya şikayətinə 22 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı mülkiyyətində olan mənzil «X10» MMC-nin kredit öhdəliyinin icrası üçün hazırda ləğv prosesində olan Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
2. İpoteka ilə təminat verilən öhdəliyin icrasında dair bankın tələbi məhkəmə qərarı ilə rədd edildiyi üçün İddiaçı əşyanın ipotekaq yüklülüyündən azad edilməsi və zərərin əvəzinin ödənilməsinə dair aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər XXXna, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə və LPO Cavabdeh3 ASC-yə qarşı «ipotekaya xitam verilməsi və dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinin Cavabdeh3 ASC qarşısında 26 iyul 2013-cü il tarixdə bağlanmış 042/13 saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklülüyünə xitam verilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq qeydiyyatın aparılması; XXXndan dəymiş 70.000 manat məbləğində real zərərin əvəzinin, habelə dəymiş 30.000 manat məbləğində mənəvi zərərin və habelə 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, LPO Cavab deh3 ASC-nin ləğvedicisi XXX «X10» MMC-yə, X7, X8 və İddiaçı qarşı «borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X10» MMC ilə 26 iyul 2013-cü il tarixdə aralarında bağlanmış 042/13 saylı kredit müqaviləsinə xitam verilməsi, LPO Cavabdeh3 ASC-nin xeyrinə 501.021,34 manat əsas borc, 85.936,08 manat faiz və 89.181,80 manat dəbbə pulu olmaqla, ümumilikdə 675.916,54 manat məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; tutmanın X12 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə yönəldilməsi; ilkin satış qiymətinin müəyyən edilməsi; həmin əmlakın açıq hərracdan satılması; satışdan əldə olunan vəsait hesabına banka olan borc un ödənilməsi; həmçinin tutmanın İddiaçı ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinə yönəldilməsi; ilkin satış qiymətinin müəyyən edilməsi; həmin əmlakın açıq hərracdan satılması; satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2(001)-860/2018 saylı qətnaməsi ilə həmin iddia – cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi olmadığı, tam əksinə 229.559,35 manat artıq ödəməsinin olduğu əsas gətirilərək təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 2(103)-11910/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqəd i rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2(001)860/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli 2(102)-3332/2019 saylı qərarı ilə LPO Cavabdeh3 ASC-nin ləğvedicisi XXXnun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 2(103)-11910/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1(81)-1541/2016 saylı qərarı ilə Cavabdeh3 ASC müflis elan edilmiş və əvvəlcə "xxxx" MMC, sonradan isə "xxxx" MMC iflas proseduruna başlamış Cavabdeh3 ASC-yə ləğvedici qismində təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 aprel 2016-cı il ta rixli 2-1(81)-1541/2016 saylı qərardadı ilə LPO Cavabdeh3 ASC-nin ləğvedicisi "xxxx" MMC dəyişdirilərək XXX ilə əvəzlənmişdir. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 59.5.1, 71.1, 71.3-cü maddələrinə istinad edən iddiaçı daha sonra göstərmişdir ki, onlar tərəfindən Cavabdeh3 ASC qarşısında borc öhdəliklərinin tam ödənilməsinə və həmçinin bununla bağlı müvafiq məhkəmə qərarının qüvvəyə minməsinə baxmayaraq, Cavabdeh3 ASCnin ləğvedicisi XXXna ipoteka predmeti olan, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinin ipotekadan azad edilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə verilsə də, həmin ərizə təmin olunmamış, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana bu barədə ərizə göndərilməmişdir. Həmçi nin onlar tərəfindən Cavabdeh3 ASC-nin ləğvedicisi XXXna ipoteka predmetinin ipotekadan azad edilməsi barədə xx.xx.2021-ci il tarixli son xəbərdarlıq məktubu göndərilmişdir. Eyni zamanda həmin məktubda qeyd edilmişdir ki, ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinin alğı-satqısı üçün X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021ci il tarixli beh müqaviləsinə əsasən sözügedən mənzilin ümumi satış qiymətini 600.000 manat razılaşdırmışdır. Həmin beh müqaviləsinə əsasən beh verən X5 mənzilin ümumi satış qiymətinin 15 %-nə bərabər olan 90.000 hissəsini müqavilə imzalanan gün beh olaraq İddiaçı vermiş və beh alan isə müqaviləyə əsasən 1 ay ərzində notarial qaydada alğı-satqı müqaviləsi bağlayaraq mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilini beh alanın adına rəsmiləşdirməyi öz üzərinə götürmüşdür. Beh müqaviləsinin 5-ci bəndinin 1 və 2-ci bəndinə əsasən beh alan bu müqavilə üzrə üzərinə düşən öhdəliyi xx.xx.2021-ci il tarixədək yerinə yetirməlidir. Beh alan behlə təmin edilmiş mənzilə dair alğı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan bütün sənədləşmə işlərinin təmin olunmasını, mənzili hər cür yüklülükdən azad şəkildə beh verənə təhvil verilməsini öz öhdəsinə götürür. Beh alan öz növbəsində öhdəsinə götürür ki, əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyarsa, o digər tərəfə behin iki mislini ödəməlidir. LPO Cavabdeh3 ASC-nin ləğvedicisi XXXna göndərilmiş son xəbərdarlıq məktubuna baxmaya raq İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu 556/557ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzili ipotekadan azad edilməmişdir. Bu səbəbdən, beh müqaviləsinin şərtləri ləğvedici XXXnun hərəkətsizliyi nəticəsində pozulmuş və müqavilə tərəfi olan beh verən X1 Fəxri Firudin oğlu tərəfindən aldadıldığını iddia edərək onun barəsində 102 xidməti vasitəsi ilə 20-ci Polis Bölməsinə şikayət vermişdir. Həmin şikayət 20-ci Polis Bölməsinin təhqiqat şöbəsi tərəfindən araşdırılmış, tərəflərin izahatları alınmış və aparılmış təhqiqatın nəticəsində tərəflər arasında xx.xx.2021-ci il tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən beh alan İddiaçı bu müqavilənin müddəti bitdiyinə və öhdəliklərini yerinə yetirmədiyinə görə müqavilə üzrə 90.000 manat behi və həmin məbləğin ikin ci misli olan 90.000 manatın 20.000 manatı güzəşt olunmaqla 70.000 manatını, ümumilikdə isə 160.000 manatı beh verən X4 qaytarır, beh verən isə beh alandan 102 xidməti vasitəsi ilə 20-ci Polis Bölməsinə verdiyi şikayətini geri götürməyi və gələcəkdə beh alana güzəşt olunan 20.000 manat məbləği tələb etməyəcəyini öz öhdəsinə götürür. X3 şikayətinə əsasən araşdırma aparılmış və nəticəsində 20-ci PB-nin baş təhqiqatçısı polis kapitanı Tuqay Mehtiyev tərəfindən xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına, Mülki Məcəllənin bir n eçə maddi hüquq normasına, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci, 48.2-ci maddələrinə, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 71.3-cü, 92-ci maddələrinə istinad edilməklə, daha sonra qeyd edilmişdir ki, beləliklə, LPO Cavabdeh3 ASC-nin ləğvedicisi XXX tərəfindən əsas öhdəliyə xitam verilməsinə (borc ödənildiyi üçün iddia tələbi rədd edildiyindən) baxmayaraq, ipoteka predmeti olan sözügedən mənzilin ipoteka yüklülüyündən azad olunmaması nəticəsində İddiaçı ilə X5 arasında alğı-satqı müqaviləsi baş tutmamış, nəticədə İddiaçı istinad olunmuş beh müqaviləsinin 2.2-ci bəndinə əsasən beh verən qarşısında aldığı behin iki misli – yəni 180.000 manat məbləğində öhdəlik yaranmış və həmin öhdəlik məcburiyyət qarşısında icra edilmişdir. Ona görə də, hesab edirl ər ki, ləğvedici tərəfindən İddiaçı dəymiş 70.000 manat real zərərin əvəzi ödənilməlidir. Bundan başqa, ləğvedicinin qanunsuz hərəkətsizliyi nəticəsində alıcı qarşısında reputasiyasına xələl gəlmiş, onun inamını itirmişdir. Habelə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsbit olunmuş kredit borcu öhdəliklərini tam icra etməsinə baxmayaraq, ləğvedicinin onun mülkiyyət hüquqlarını pozması, əsassız olaraq sərəncam hüquqlarını məhdudlaşdırması, əmlakı üzərində yüklülüyün aradan qaldırılması üçün zəruri hərəkətləri aparmaması nəticəsində əsəb, stres, psixoloji gərginlik və depresiya keçirmişdir. Ona görə də, hesab edir ki, ləğvedici tərəfindən ona 10.000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməlidir.
5. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, İddiaçı uzun müddətdir ki, tanıy ır. Ev almaq istəmişdir, söhbət əsnasında Fəxri evini satdığını demişdir. Evin qiyməti 600.000 manat idi. Sonra evə gedib baxmışlar, bəyənmişdir. Ev Nərimanov rayonunda, H.Cavid küçəsində yerləşir. 28 yanvar 2021-ci il tarixdə beh müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən qarşı tərəfə doxsan min manat pul ödəmişdir. Lakin beh müqaviləsi bağlanan zaman əmlakın girovda olduğunu bilmirdi. Müqavilədən təxminən 15-20 gün müddət keçdikdən sonra Fəxri əmlakın girov yüklülüyünün olduğunu ona demişdir. Bundan sonra o, narahat olduğundan 17 fevral 2021-ci il tarixdə polisə teleqram vasitəsi ilə müraciət etmişdir. Polisə müraciət etdiyinə görə Fəxrinin qohumları onu razı salmaq üçün onunla danışmağa başlamışlar. Fəxridən verdiyi pulu ikiqat məbləğində istəmişdir. Sonradan razılığa gəlib yüz səksən mi n manat əvəzinə yüz altmış min manat pul almışdır. Fəxri yüz altmış min manat məbləğində pulu ona təxminən fevral ayının axırı, mart ayının əvvəlində Semaşko adlanan xəstəxananın qarşısında vermişdir. Fəxri pulu qaytaranda sənəd imzalamamışlar, sadəcə pulu ona vermiş, o da bundan sonra polisə teleqram vasitəsi ilə müraciət edib bildirmişdir ki, ona dəymiş maddi ziyanı almışdır. Pulun qaytarılmasına dair heç bir sübutu yoxdur, pulu aldıqdan sonra polis bölməsinə zəng edərək, İddiaçı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan pulun qaytarılması ilə bağlı razılaşmanın imzalanmasını unutmuşdur. Razılaşma Semaşko adlanan xəstəxananın qarşısında maşında hər ikisi tərəfindən imzalanmışdır. İddiaçının nümayəndəsi dedikdən sonra razılaşmanın olduğunu xatırlamışdır. Beh müqaviləsi bağlanarkən evin ipoteka yüklülüyü ilə bağlı məlumatı yox idi. Müqavilədən təxminən 15 gün keçdikdən sonra bilmişdir ki, evin ipoteka yüklülüyü mövcuddur. Fəxrini uzun müddət tanıdığı üçün 90.000 manat pul vermişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim A.Q.İbadzadə) (bundan sonra – birinci instansiya məhkəməsi) 7 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 26 iyul 2013-cü il tarixdə bağlanmış 042/13 saylı kredit müqaviləsi üzrə borc alan şəxsin öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ilə cavabdeh LPO Cavabdeh3 ASC arasında Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilmiş, həmin ipoteka müqaviləsi üzrə Bakı şəhəri Yasa mal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzili ipoteka yüklülüyündən azad edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mənzilin ipoteka yüklülüyünə xitam verilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması hissəsində isə əsaslı olduğundan təmin edilməlidir.
8. Çünki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021 tarixli 2(102)-891/2021 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, İddiaçı mülkiyyətind ə olan mənzil «X10» MMC-nin kredit öhdəliyinin icrası üçün hazırda ləğv prosesində olan Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin qərardan həmçinin aydın olur ki, kredit alan «X10» MMC-nin kredit müqaviləsindən irəli gələn öhdəliyinin olmaması (qalmaması, borc alan tərəfindən icra edilməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsbit olunmuşdur. Belə olduğu halda, ipoteka yüklülüyünün qalmasına heç bir qanuni əsas mövcud deyil. Mənzilin ipoteka ilə yüklü edilməsinə əsas verən ipoteka müqaviləsinin təminat altına aldığı kredit müqaviləsi üzrə borc alanın borc verən qarşısında icra edilməmiş öhdəliyi qalmamışdır.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edil miş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
10. Qanuni qüvvəyə minmiş və digər işə baxılarkən mübahisələndirilməsinə yol verilməyən məhkəmə aktlarından göründüyü kimi, borclunun kreditor qarşısında icra edilməyən öhdəliyi qalmamışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan Respublikası Mülki Məcəllənin 528, “İpoteka haqqında” Azərbaycan Respublikasının 48.1.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. LPO Cavabdeh3 ASC apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmasına dair hissədə ləğv edilib həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-10947/2021 saylı mülki iş üzrə 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçıya məxsus olan Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəll ə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzili “X10” MMC ilə Cavabdeh3 ASC arasında bağlanmış 26 iyul 2013-cü il tarixli 042/13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 ASC-nin ləğvedicisi XXXnun “X10” MMCyə, X7, X8 və İddiaçı qarşı borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yoxdur, əksinə olaraq banka 229559,35 manat məbləğində artıq ödəmə edilmişdir.
16. Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 17. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan Respublikası Mülki Məcəllənin 528, “İpoteka haqqında” Azərbaycan Respublikasının 48.1.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. LPO Cavabdeh3 ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahi ş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə bank tərəfindən verilmiş hesabdan çıxarışda İddiaçı əmlakının təminat üsulu kimi çıxış edən “X10” MMC-nin krediti üzrə Banka hələ də borcunun mövcud olmasını göstərən və öhdəlik üzrə borcunun tam yerinə yetirilməməsini göstərən sənədə məhəl qoymamış və əsassız qərar qəbul etmişdir. Belə ki, “X10” MMC ilə Cavabdeh3 ASC arasında xx.xx.2013-cü il tarixli 042/13 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinə əsasən İddiaçı özünə məxsus Bakı şəhəri, Yasamal rayonu 556/557-ci məhəllə, Hüseyn Cavid pr., 81 saylı evin 73 saylı mənzilini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin Borcalan “X10” MMC Bank qarşısında olan kredit öhdəliklərini yerinə yetirməmişdir. Hazırda “X10” MMC-nin bank sistemi üzrə 675.916,54 ( altı yüz yetmiş beş min doqquz yüz on altı manat, əlli dörd qəpik) manat məbləğində borcu vardır. “İpoteka haqqında” qanunun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. “X10” MMC-nin hazırda Banka borcu mövcud olduğuna görə, həmin kreditə bağlı olan ipotekanın yüklülükdən azad olunması Banka olan borcun ödənilməməsinə səbəb olacaqdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 528 Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
23. Maddə 48.1.2 Əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir.
24. Maddə 48.2. Bu Qanunun 48.1.1 -48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş q üvvəsi yoxdur.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərə findən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya məhkəməsi iddianın təmin olunmuş hissəsinə aid cavabdehin eyniməzmunlu dəlillərinə məhkəmələrin verdiyi hüquqi qiymətlə razılaşır.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ərara aldı: Cavabdeh LPO Cavabdeh3 ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10947/2021 nömrəli, 21 dekabr 2021-ci il il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev İlqar Xələfov Abiddin Hüseynov