Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2921/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2921/21 (Açar sözlər: əqdin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi) xxxx şəhəri, 04 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil2 iştirakları ilə, xxxx Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6053/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnamə sindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 04 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 kooperativə üzv qəbul edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.7 kv.m olan 2 otaqlı 64 saylı mənzilinin onun adına keçirilməsi barədə “xxxx” MK-nın 11.04.2015-ci il tarixli, 09 saylı protokolunun və maliyyə arayışının, “xxxx” MK tərəfindən Cavabdeh1 adına verilmiş 25.01.2017-ci il tarixli maliyyə arayışının, “xxxx” MK-nın üzvlərinin ümumi yığıncağının 25.01.2017ci il tarixli, 02 saylı Protokolunun etibarsız hesab edilm əsi, Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 25.01.2017-ci il tarixli əqdin etibarsız hesab edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə xxxx şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 4 nömrəli evin 64 saylı mənzilindən məcburi olaraq çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan 64 nömrəli mənzil saxta sənədlər əsasında Cavabdeh1 satılmışdır. Bundan sonra Baş prokurorluğa müraciət edərək zərərçəkmiş qismində tanınmasını, ona məxsus əmlakın talan olunmaqla mənzilin saxta sənədlərlə özgəninkiləşdirilməsinə görə təqsirli bilinərək məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İstintaqda ifadə verərə k göstərmişdir ki, 1995-ci ildə xxxx şəhəri, E-cü mənzilini almışdır. Mənzilin ona məxsus olması ilə bağlı xxxx şəhəri İcra Hakimiyyətindən 14.02.1995-ci il tarixli 022251 nömrəli order verilmişdir. 2017-ci ilin fevral ayında qardaşı Rəhman Allahverdiyevin xəstələnməsi ilə əlaqədar Tərtər rayonuna getmiş və mənzilində ola biləcək hadisənin qarşısının alınması üçün açarları MTKnin komendantı Eynur Xudiyevə vermişdir. Qardaşının vəziyyəti ağır olduğuna görə bir müddət orada qalmalı olmuş və qardaşı 01.10.2017-ci ildə rəhmətə getmişdir. Bundan sonra 27.10.2017-ci ildə xxxx şəhərinə qayıtmışdır. Ancaq mənzilinə qalxdıqda çöl qapısının dəyişdirildiyini görüb, dərhal Xa zəng etmiş, lakin ona zəng çatmadığına görə aşağı düşüb, gözətçidən Xin harada olmasını soruşmuşdur. Gözətçi onun və digər şəxs lərin mənzillərinin satıldığını, Xun isə qaçdığını bildirdikdən dərhal sonra aidiyyətı orqanlara müraciət etmək üçün yaxınlıqda olan hüquq məsləhatxanasına gedib məsələhətləşmişdir. Saxta sənədlər əsasında mənzilin Orxan adlı şəxsə satıldığını öyrənmiş və həmin şəxslərin telefon nömrələrini əlaqə saxlamaq üçün verdiklərini bildirmişdir. Qeyd edilən telefon nömrəsinə zəng etmiş, həmin telefon nömrəsinin sahibi mənzilinin tam dəyərini ödəməklə aldığını bildirmişdir. Cavabdeh şəxslərin mənzili saxta sənədlər əsasında əldə etdikləri ilə bağlı mənzilin boşaldılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xxxx şəhəri, Yasamal rayonu, İ.Qurtqaşınlı küçəsi 4 nömrəli evin 64 saylı mənzili ona məxsus olmaqla 2003-cü ildən qeydiyyatda olmaqla 2017-ci il tarixinə kimi istifadəsində olmuşdur. Kooperativin sədri Xun və Cavabdeh3 qanunsuz əməlləri nəticəsində mənzilindən məhrum olmuşdur. Əsassız, qanunsuz və heç bir yerdə qeydə alınmayan X və Cavabdeh3 ona məxsus mənzili Cavabdeh1 adına 25.01.2017 -ci il tarixli 01 saylı protokol və tam ödəniş etməsi barədə həmin tarixli maliyyə arayışı təqdim edərək satmışdır. Beləliklə də, alıcıya qarşı dələduzluq edən şəxslər həbs edilərək mühakimə olunurlar. Nəzərə almaq lazımdır ki, alqı-satqı müqaviləsi saxta sənədlər əsasında aparılmış, ona görə də bağlanmış əqd etibarsız hesab edilməlidir. Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, ona məxsus olan mənzilə dair X3 əvvəl Cavabdeh3 adına protokol tərtib edilərək maliyyə arayışı verilmişdir. Həmin sənədlər də saxtadır və heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, mənz ilə dair ilkin olaraq onun adına order verilmişdir və həmin order hazırda qüvvədədir. xxxx şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 sentyabr 2019-cu il tarixli 2(004)-279/2019 nömrəli qətnaməsi ilə (hakim Emin Mehdiyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmə iclasında Cavabdeh3 kooperativə üzv qəbul edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.7 kv.m olan 2 otaqlı 64 saylı mənzilinin onun adına keçirilməsi barədə “xxxx” MK-nın üzvlərinin ümumi yığıncağının 11.04.2015-ci il tarixli, 09 saylı protokolunun və bunun əsasında verilmiş maliyyə arayışının, “xxxx” MK-nın üzvlərinin ümumi yığıncağının Cavabdeh1 kooperativə üzv qəbul edilməsi barədə 25.01.2 017-ci il tarixli, 02 saylı protokolunun, bunun əsasında “xxxx” MK tərəfindən Cavabdeh1 adına verilmiş 25.01.2017-ci il tarixli maliyyə arayışının, Cavabdeh3 ilə vicdanlı alıcı olan Cavabdeh1 arasında bağlanmış 25.01.2017-ci il tarixli əqdin etibarsız sayılmasını əsaslandıra bilmədiyindən, həmçinin mövcud qanunvericiliyin tələblərinə əsasən kooperativə üzv qəbul edilməsi və üzvlükdən çıxarılması kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyəti olduğundan, habelə iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən hazırkı iddia ərizəsi təmin oluna bilməz. Birinci instansiya məhkəməsi qənaətini 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 51.1, 115.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1, 110.4, 110.5, 113-cü, Azərba ycan Respublikası Mülki Məcəlləsinin 111.1, 111.3.3, 140, 149.2, 182.1, 337.1, 337.2, 354.1, 372.1, 375.2, 452.1, 452.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat xxxx Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova- sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) 2(103)-13374/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, xxxx şəhəri Yasamal Rayon Məhkəməsinin 02.09.2019-cu il tar ixli, 2(004)-279/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin ediməsi, “xxxx” MK tərəfindən Cavabdeh1 adına verilmiş 25.01.2017-ci il tarixli maliyyə arayışı, “xxxx” MK-nın üzvlərinin ümumi yığıncağının 25.01.2017-ci il tarixli, 02 saylı Protokolu, Cavabdeh3 kooperativə üzv qəbul edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.7 kv.m olan 2 otaqlı, 64 saylı mənzilinin onun adına keçirilməsi barədə “xxxx” MK-nin 11.04.2015-ci il tarixli, 09 saylı protokol və maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.7 kv.m olan 2 otaqlı, 64 saylı mənzilindən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nə ticəni onunla əsaslandırmışdır ki, işin halları, xüsusilə cinayət işinə baxan məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən olunmuşdur ki, “xxxx” Mənzil Kooperativinin İdarə heyətinin sədri vəzifəsində işləmiş X1 komendantı X11, tanışları Cavabdeh3 və X10 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, öz qulluq mövqeyindən istifadə edib özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirdiyi, külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etdiyi, xidməti vəzifələrin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qabaqcadan əlbir olmuş bir qrup şəxslə birlikdə vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsi qeyd edilərək, X5 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə, Cavabdeh3 və X7 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.5, 308.2 və 313-cü maddələri ilə cəza verilmişdir. Bu o deməkdir ki, Cavabdeh1 və Cavabdeh3 mübahisəli mənzilə dair digər şəxslərlə müqavilə bağlamaq səlahiyyətləri olmamışdır. Nəzərə alınmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Kollegiyanın qənaətinə görə, qeyd edilənlər İddiaçı iddia tələbi üzrə irəli sürdükləri faktiki halların onların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşdığını göstərir. Belə ki, xxxx şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 03.02.1995-ci il tarixli, 76 nömrəli Sərəncamına əsasən İddiaçı İş qızı MKTİ-nin 27.06.1993-cü il tarixli, 08/109 nömrəli qərarı ilə 1 nəfər ailə tərkibində (özü) 2 otaqlı kooperativ m ənzil növbəsinə götürülmüş, “xxxx” MTK-nın üzvlərinin ümumi yığıncağının 09.06.1994-cü il tarixli, 21 saylı protokolu ilə kooperativə üzv qəbul edilmiş və püşkatma nəticəsində ona ünvan 2 ünvanında yerləşən 2 otaqlı 64 saylı mənzil düşmüşdür. Qeyd olunanlara əsasən İddiaçı həmin mənzilə köçməsi üçün order verilməsinə sərəncam verilmişdir. Kollegiya qeyd edir ki, həmin sərəncam əsasında verilmiş order qüvvədə olmuş və ləğv edilməmişdir. Belə olan halda kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh3 kooperativə üzv qəbul edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.7 kv.m olan 2 otaqlı 64 saylı mənzilinin onun adına keçirilməsi barədə “xxxx” MK- nın 11.04.2015-ci il tarixli, 09 protokolu, “xxxx” MK-nın üzvlərinin ümumi yığıncağının 25.01.2017-ci il tarixli, 02 saylı protokolu özü-öz lüyündən etibarsızdır. Belə ki, mənzil üzərində heç bir səlahiyyəti olmayan şəxslər tərəfindən mənzil digər şəxslərə saxta sənədlər əsasında satılmışdır. Kollegiya, mübahisəsi gedən mənzillə bağlı iddiaçının orderinin hazırkı dövrədək qüvvədə olmasını bir daha vurğulayaraq qeyd edir ki, cavabdehlər həmin mənzil üzərində sərəncam vermək, yəni ona dair digər şəxslərlə müqavilə bağlamaq səlahiyyətinə malik subyektlər olmamışlar; səlahiyyəti olmayan şəxslər (subyektlər) arasında bağlanmış müqavilələr isə onların etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb ola bilməzlər. Kollegiya yuxarıda qeyd olunanları əsas götürərək birinci instansiya məhkəməsinin Cavabdeh1 vicdanlı alıcı olması qənaətini əsassız hesab edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi əqd əhəmiyyətsi z əqd olduğundan heç bir hüquqi nəticə yaratmamış, dolayısı ilə Cavabdeh1 həmin mənzil barədə mülkiyyət hüququ yaranmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin iddia müddəti tətbiq edərək iddianı rədd etməsini də əsassız hesab edir. Belə ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Müddətin axımının başlandığı hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. İş materiallarından və iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı mübahisəli mənzil barədə bağl anmış müqavilədən yalnız 27.10.2017-ci il tarixdə xəbər tutduğunu bildirmişdir. Belə ki, iddiaçı 2017-ci ilin fevral ayında qardaşı Rəhman Allahverdiyevin xəstələnməsi ilə əlaqədar Tərtər rayonuna getmiş və mənzilində ola biləcək hadisənin qarşısının alınması üçün açarları MTK-nin komendantı Eynur Xudiyevə vermişdir. Qardaşının vəziyyəti ağır olduğuna görə bir müddət orada qalmalı olmuş və qardaşı 01.10.2017-ci ildə rəhmətə getmişdir. Bundan sonra 27.10.2017-ci ildə xxxx şəhərinə qayıtmışdir. xxxx şəhəri qayıdanda mənzilinin giriş qapısının dəyişdirildiyini görmüşdür. İşin edilən faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə kollegiyası, göstərilən müqavilənin bağlanması barədə yalnız 27.10.2017-ci il tarixdə xəbər tutması barədə iddiaçının irəli sürdüklərini hesab edir. Bu isə o deməkdir ki, iddiaçının iddia müddətini ötürmədiyi qənaətinə gəlmək işin hallarına daha uyğundur. Qətnamədənə narazı qalan Cavabdeh1 kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Aqil Abbasov sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva, Elşad Şamayev) 02 iyun 2020-ci il tarixli, 2(102)1695/2020 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin olunaraq, xxxx Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.11.2019-cu il tarixli, 2(103)-13374/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qər ara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Tələbinin dəyişdirilməsi barədə ərizədən görünür ki, iddiaçı “xxxx” MK-nın maliyyə arayışlarının və protokollarının etibarsız hesab edilməsini xahiş etsə də, “xxxx” MK-nı cavabdeh qismində göstərməmişdir. İddiaçının apelyasiya şikayəti üzrə işə baxan apelyasiya instansiyası məhkəməsi də iddianı təmin edib “xxxx” MK tərəfindən verilmiş maliyyə arayışlarını və protokolları etibarsız hesab etsə də, həmin maliyyə arayışlarını və protokolları verən, başqa sözlə, iddianın yönəldiyi “xxxx” MK-nı mübahisə üzrə hər hansı qismində işə cəlb etməmiş, “xxxx” MK-nın maraqlarına toxunan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası bunu prosessual pozuntu kimi qiymətləndirir. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat xxxx Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 2(103)-6053/2020 saylı, 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, xxxx şəhəri Yasamal Rayon Məhkəməsinin 02.09.2019-cu il tarixli, 2(004)-279/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin ediməsi, “xxxx” MK tərəfindən Cavabdeh1 adına verilmiş 25.01.2017-ci il tarixli maliyyə arayışı, “xxxx” MK-nın üzvlərinin ümumi yığıncağının 25.01.2017-ci il tarixli, 02 saylı Protokolu, Cavabdeh3 kooperativə üzv qəbul edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.7 kv.m olan 2 otaqlı, 64 saylı mənzilinin onun adına keçirilməsi barədə “xxxx” MK-nin 11.04.2015-ci il tarixli, 09 saylı protokol və maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.7 kv.m olan 2 otaqlı, 64 saylı mənzilindən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi, İddiaçı ödəmiş olduğu dövlət rüsumlarının əvəzi qismində 20.80 manatın X2 və Cavabdeh3 müştərək qaydada alınaraq ona ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyasının mövqeyinə uyğun olaraq, “xxxx” MK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilmiş, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. xxxx Ağır Cinayətlər Məhkəməsinin surəti iş materiallarına əlavə olunmuş 17 yanvar 2019-cu il tarixli hökmü ilə müəyyən o lunmuşdur ki, 03.01.2014-cü il tarixdən “xxxx” Mənzil Kooperativinin idarə heyətinin sədri vəzifəsində işləmiş X8 qulluq mövqeyindən istifadə etməklə tanışı Cavabdeh3 və qeyrisi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, xxxx şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi 8 nömrəli binanın (İ. Qutqaşınlı küçəsi 4) 6-cı mərtəbəsində yerləşən, yaşayış sahəsi 30,99 m2 olan 64 saylı mənzilin xxxx şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 14.02.1995-ci il tarixli 022254 nömrəli orderi əsasında İddiaçı məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlədərək göstərilən mənzilin Cavabdeh3 məxsus olduğunu deyərək Kooperativin iclasının 25.01.2017-ci il tarixli 01 nömrəli protokolu ilə Cavabdeh1 103 000 manata qanunsuz satmış, həmin pul vəsaitini göstərilən tarixdə Kooperativin ofisində sonuncudan cinayət əlaqəsində olduğu Cavabdeh3 vasitəsilə alaraq, ümumi cinayətkar niyyətə uyğun olaraq təkrarən vəzifəli şəxs kimi mənzilin Cavabdeh1 satılması barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – Kooperativin iclasının 25.01.2017-ci il tarixli 01 saylı protokolunu, həmin tarixli protokoldan çıxarışı, tam ödəniş etməsi barədə eyni tarixli maliyyə arayışını imzası və kooperativin möhürü ilə təsdiq edərək Cavabdeh3 vasitəsilə Cavabdeh1 verib aldığı 103 000 manat pulu aralarında bölməklə...kütləvi surətdə vətəndaşların əmlak hüquqlarını mütləq şəkildə pozmaqla ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Sözügedən hökmlə X8 Azər baycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci, 308.2-ci və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına; Cavabdeh3 Cinayət Məcəlləsinin 178.3.2-ci, 32.5, 308.2-ci, 32.5, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxslərə, o cümlədən Cavabdeh1, dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olduğu izah olunmuşdu r. Kollegiya hesab edir ki, iddiaçının iddiasını əsaslandırdığı faktiki hallar həmin tələbin qanuni əsası hesab edilə biləcək mülki qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və iddia tələbi təmin olunmalıdır. Belə ki, işin qanuni qüvvədə olan hökmlə də müəyyən olunmuş hallarına görə, mübahisəli mənzil ilkin olaraq İddiaçı “xxxx” MTK-nın üzvlərinin ümumi yığıncağının 09.06.1994-cü il tarixli 21 saylı protokolu və xxxx şəhər İcra Hakimiyyəti Başçısının Aparatının MKTİ-nin 03.02.1995-ci il tarixli Sərəncamı əsasında verilmiş, sonradan onun razılığı alınmadan adına rəsmiləşdirilmiş mənzil saxta sənədlər əsasında – yəni, “xxxx” MK-nın üzvlərinin ümumi yığıncağının 11.04.2015-ci il tarixli və 25.01.2017-ci il tarixli protokollarına əsasən müvafiq olaraq Cavabdeh3 və C avabdeh1 adına keçirilməklə onlara bu barədə müvafiq sənədlər (kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışlar və maliyyə arayışları) verilmişdir. Həmçinin, mübahisəli mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə dair sənədlərin qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ləğv, yaxud etibarsız hesab edilmiş olduğu müəyyən olunmamışdır. Kollegiya onu da qeyd edir ki, həmin mənzilin kooperativ (əslində cinayət əməllərinin törədilməsində təqsirli bilinən Kooperativinin İdarə heyətinin sədri X8 və xüsusilə X9) tərəfindən 25.01.2017-cı il tarixdə Cavabdeh1 adına sənədləşdirilməsi (onun adına kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın və maliyyə arayışının verilməsi) və mənzilin sonradan adı çəkilən şəxsə təhvil verilərək onun, yaxud qohumlarının hazırda ora da faktiki yaşaması da fərqli nəticəyə gəlinməsinə səbəb ola bilməz; çünkü həmin mənzil Cavabdeh1 təhvil verildiyi zaman İddiaçı adına olan sənədlər qüvvədə olmuş, beləliklə də kooperativ (xüsusilə mənzilin əvvəlki sahibi olduğu göstərilən X9), mübahisəsi gedən mənzillə bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda mənzili Cavabdeh1 adına saxta sənədlər əsasında rəsmiləşdirmişdir. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı adına olan daha əvvəlki tarixli sənədlərin ləğv olunduğu və ya etibarsız hesab edildiyi müəyyən olunmamışdır. Kollegiyanın qənaətinə görə bu hal, həmin mənzilin Məlahət Allahveriyeva təhvil verilməsini zəruri etməklə yanaşı, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşması demək dir. Bununla yanaşı kollegiya qeyd edir ki, Cavabdeh1 məruz qaldığı maddi və mənəvi ziyanla bağlı kooperativə (həmçinin ona qarşı cinayət törətməkdə təqsirli bilinən şəxslərə Kooperativinin İdarə heyətinin sədri X5 və X6) qarşı müvafiq iddia irəli sürmək hüququna sahibdir. Kollegiya, mübahisəsi gedən mənzillə bağlı İddiaçı adına olan sənədlərin hazırkı dövrədək qüvvədə olmasını bir daha vurğulayaraq qeyd edir ki, nə kooperativ, nə də mübahisəli mənzilin əvvəlki sahibi olduğu göstərilən X9 həmin mənzil üzərində sərəncam vermək səlahiyyətinə malik subyektlər olmamışlar. İddiaçının iddia müddətini ötürmüş olması barədə Cavabdeh1 nümayəndəsinin (vəkilinin) irəli sürdüyü arqumentə münasibətdə isə kollegiya qeyd edir ki, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozuld uğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. İşin hallarından aydın olur ki, iddiaçı mənzilinə dair Cavabdeh1 adına sənədləşdirilməsindən 2017-ci ilin oktyabr ayında xəbər tutmuş, 2018-ci ilin avqust ayında isə müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Bu isə o deməkdir ki, onun iddia müddətini ötürmüş olmasından bəhs edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi brədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin alınmasından sonra nə təmir işləri aparılarkən, nə də ki orada yaşadıqlar ı müddətdə İddiaçı və digər hər hansı bir şəxs tərəfindən mənzilə gəlinməmiş və ya hər hansı bir etiraz və narazılıq bildirilməmişdir. xxxx Apellyasiya Məhkəməsi iş üçün əhəmiyyətli olan faktiki halları tam araşdırmadan, işin hallarına düzgün hüquqi qiymət vermədən, o cümlədən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək tamamilə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Belə ki, Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə istinad etsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsini tamamilə nəzərdən qaçırmışdır. O, mübahisəli mənzil barədə vicdanlı alıcıdır. İkincisi və ən mühüm məsələ budur ki, məhkəmə apelyasiya şikayətinin təmin edilməsi qənaətinə gəlibsə belə (ki məhkəmənin bu qənaəti t amamilə əsassız və absurddur) İddiaçı tərəfindən iddia ərizəsinin iddia müddətinin ötürülməklə verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia müddəti ilə bağlı normalarının pozulmasına səbəb olmuşdur. Həmçinin məhkəmə tərəfindən də maddi hüquq normalarının bu cür pozulmasına heç bir əhəmiyyət verilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1, vəkili Vəkil1, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 3-cü şəxs “xxxx” MK-nın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil2 kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib təmin edilməməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə
165. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir Maddə 337.1 və
339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən tam mübahisələnd irildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayəti Cavabdeh1 vicdanlı alıcı olması və iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası i lə əsaslandırılmışdır. İlkin olaraq kasasiya şikayətinin cavabdehin vidanlı alıcı olması, bu səbəbdən iddia tələbinin təmin edilməməli olması barədə dəlili üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh3 mübahisəli mənzilə dair digər şəxslərlə müqavilə bağlamaq səlahiyyətləri olmamışdır. Yəni cavabdehlər həmin mənzil üzərində sərəncam vermək, yəni ona dair digər şəxslərlə müqavilə bağlamaq səlahiyyətinə malik subyektlər olmamışlar; səlahiyyəti olmayan şəxslər (subyektlər) arasında bağlanmış müqavilələr isə onların etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb ola bilməzlər. Bu səbəbdən də Cavabdeh1 vicdanlı alıcı olması barədə dəlili əsaslı hesab edilə bilməz. Belə ki, əqd əhəmiyyətsiz əqd olduğundan heç bi r hüquqi nəticə yaratmamış, dolayısı ilə Cavabdeh1 həmin mənzil barədə mülkiyyət hüququ yaranmamışdır. Cavabdehin iddia müddətinin ötürülməsi barədə dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halı müəyyən edilmir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı mənzilinə dair Cavabdeh1 adına sənədləşmənin aparılmasından 2017-ci ilin oktyabr ayında xəbər tutmuş, 2018-ci ilin avqust ayında isə müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddia müddətinin ötürülməsindən bəhs edilə bilməz Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Od ur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. xxxx Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6053/2020 nömrəli iş üzrə 27 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.