Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2921/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası; İddiaçı1, İddiaçı2 və Cavabdeh1 ASC-nin ilkin və qarşılıqlı iddialarının bir icraatda birləşdirilmiş işlər üzrə QƏRARI (Açar sözlər: “ipoteka müqavilələrinin ləğv edilməsi və əmlakın yüklülükdən azad edilməsi; "xxxx"; “kredit müqaviləsi üzrə yaranmış kredit borclarının ödənilməsi” tələbləri; Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; Mülkiyyət hüququnun müdafiəsindən irəli gələ n mübahisələr; Məhdud əşya hüquqları ilə bağlı tələblər; Girov; İpoteka ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, X1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına, LPO Zaminbank ASC-yə qarşı “ipoteka müqavilələrinin ləğv edilməsi və əmlakın yüklülükdən azad edilməsi” tələbinə; iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO Zaminbank ASC-yə qarşı "xxxx" tələbinə dair ilkin, cavabdeh LPO Zaminbank ASC-nin iddiaçılara qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borclarının ödənilməsi” t ələbinə dair qarşılıqlı iddiası bir icraatda birləşdirilmiş mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2(103)-3997/2024 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 29 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Bank, hal-hazırda ləğv prosesindədir, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur) xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə 15.000.000, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə 14.000.000 manat kredit verilmiş, kreditlərin xx.xx.2016-cı il tarixədək qaytarılması şərtləşdiri lmişdir. 2. xx.xx.2013-cü il tarixdə qeyd edilən kredit müqavilələrinin təminatı olaraq Mərkəzi Bank, İddiaçı1 və Bank arasında sonrakı ipoteka müqaviləsi bağlanmış və müqavilə əsasında İddiaçı1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsində yerləşən 55 saylı evin, 64 saylı mənzili Mərkəzi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 3. xx.xx.2013-cü il tarixdə Mərkəzi Bank, İddiaçı3, İddiaçı4, İddiaçı5, "xxxx" MMC və "xxxx" MMC və Bank arasında da ayrı-ayrılıqda yuxarıda qeyd edilən sonrakı ipoteka müqaviləsi ilə eyni məzmunda olan müqavilələr bağlanmış və ipotekaqoyanlara məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 4.011,8 kv.m olan 2 mərtəbəli qeyriyaşayış binası, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 500,7 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi, Bakı şəhəri, Xətai rayonu, 2345-ci məhəllə, Babək pr. 100 “A” ünvanında yerləşən qeyri-yaşayış sahəsi (yanacaq doldurma məntəqəsi), Abşeron rayonu, Novxanı kəndində 1,1225 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 7.381,9 kv.m olan əmlak kompleksi kimi müəssisə, ünvan 5 ünvanında 0,12211 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3.137,7 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası, ünvan 6 ünvanında 0,045063 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 628.92 kv.m olan 2 mərtəbəli 7 otaqlı fərdi yaşayış evi və ünvan 7 ünvanında 0,045063 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 631.88 kv.m olan 2 mərtəbəli 8 otaqlı fərdi yaşayış evi Mərkəzi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 4. xx.xx.2013-cü il tarixdə bir tərəfdən Bank, digər tərəfdən borcalan qismində İddiaçı2 arasında imzalandığı qeyd olunan kredit müqaviləsində Bankın borcalana illik 6 faizlə, vaxtı keçmiş kredit faizi 14 faiz olmaqla, xx.xx.2016-cə il tarixədək qaytarmaq şərti ilə, təminatsız 15.000.000 manat məbləğində kredit verdiyi əksini tapmışdır. 5. xx.xx.2013-cü il tarixdə bir tərəfdən Bank, digər tərəfdən borcalan qismində İddiaçı1 arasında imzalandığı qeyd olunan kredit müqaviləsində Bankın borcalana illik 6 faizlə, vaxtı keçmiş kredit faizi 14 faiz olmaqla, xx.xx.2016-cə il tarixədək qaytarmaq şərti ilə, təminatsız 14.000.000 manat məbləğində kredit verdiyi əksini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, "xxxx" MMC və "xxxx" MMC (bundan sonra birlikdə qeyd edildikdə - iddiaçılar) cavabdehlər Mərkəzi Bank və Banka qarşı iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Mərkəzi Bank ilə iddiaçılar və Cavabdeh1 ASC arasında ayrı-ayrılıqda bağlanmış “Sonrakı ipoteka müqavilələrinin” ləğv edilməsi, həmin müqavilələrə əsasən ipoteka ilə yüklü edilmiş və iddiaçılara məxsus olan 8 adda əmlakın ipotekadan azad edilməsi, Bankın birtərəfli qaydada İddiaçı2 və İddiaçı1 adına rəsmiləşdirdiyi xx.xx.2013cü il tarixli 280/13 saylı və xx.xx.2013-cü il tarixli 281/13 saylı “Kredit müqavilələrinin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddiaçılar işin yuxarıda qeyd edilən hallarına istinad etməklə tələblərini belə əsaslandırmışlar ki, ipoteka qoyan şəxslər özlərinə məxsus əmlakları ona görə Mərkəzi Bank tərəfindən Ban ka verilən ümumilikdə 29.000.000 məbləğində kreditin təminatı kimi təqdim etmişlər ki, Bank həmin vəsaitləri İddiaçı2 və İddiaçı1 kreditə versin. Lakin, Mərkəzi Bank göstərilən məbləğdə vəsaiti Banka ayırsa da, sonuncu həmin vəsaiti İddiaçı2 və İddiaçı1 verməmişdir. Halbuki, Bank tərəfindən İddiaçı5 ünvanlanmış 04/K4003 nömrəli xx.xx.2014-cü il tarixli bildirişdə göstərilmişdir ki, guya Bank ilə İddiaçı2 arasında xx.xx.2013-cü il tarixli 280/13 saylı və İddiaçı1 arasında isə xx.xx.2013-cü il tarixli 281/13 saylı kredit müqavilələri bağlanmış və onun əmlakının həmin kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Halbuki nə bildirişdə göstərilən vaxtda kredit müqavilələri bağlanmamış, nə də ki, İddiaçı5 məxsus hər hansı əmlak sözügedən kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilməmişdir. Qeyd olunan xüsusatlardan və Bankın bildirişdə istinad etdiyi xx.xx.2013-cü il tarixli 280/13 saylı və xx.xx.2013-cü il tarixli 281/13 saylı kredit müqavilələrinin, həmin müqavilələrə əsasən aparılmış sənədləşmələrin təqdim edilməməsindən aydın olur ki, Bankla İddiaçı2 və İddiaçı1 arasında qeyd olunan tarixlərdə kredit müqavilələri bağlanmadığı və həmin istinad olunan müqavilələrə əsasən hər hansı məbləğdə borc verilmədiyi halda Bank qanunsuz olaraq həmin şəxslərin adına külli miqdarda borc rəsmiləşdirmişdir. Halbuki, ipoteka qoyanlar Mərkəzi Bank ilə yuxarıda sadalanan sonrakı ipoteka müqavilələrini bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuş, onların əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Təsadüfi deyil ki, əgər tərəflər bu dəyişməni,yəni Bankın İddiaçı2 və İddiaçı1 kredit ayırmayacağını əvvəlcədən görə bilsəydilər, sonrakı ipoteka müqavilələrini bağlamazdılar və öz əmlaklarını yüklü etməzdilər. İpoteka qoyanlar cavabdehlərə əmlakların ipotekadan azad edilməsi barədə müraciət etsələr də, onlar müraciətə təklifdə göstərilən müddətdə cavab verməmişlər. Buna görə də, mübahisə predmeti olan sonrakı ipoteka müqavilələrinin məhkəmə qaydasında ləğv edilməsi zərurəti yaranmışdır.
8. Məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın nəticələrinə əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 28192 nömrəli xx.xx.2016-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, mülki işin 137-139-cu vərəqələrində yerləşən Bankla İddiaçı1 adından olan xx.xx.2013-cü il tarixli 281/13 №-li “Kredit müqaviləsində” “Borcalan” qrafasındakı imzalar və mülki işin 136-cı vərəqəsində yerləşən xx.xx.2013-cü il tarixli 169/13 №-li “Kassa məxaric orderində” “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza – İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş və mülki işin 140-142-ci vərəqələrində yerləşən Bankla İddiaçı2 adından olan xx.xx.2013-cü il tarixli 280/13 №-li “Kredit müqaviləsində” “Borcalan” qrafasındakı imzalar və mülki işin 135-ci vərəqəsində yerləşən xx.xx.2013-cü il tarixli 168/13 №-li “Kassa məxaric orderində” “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza – İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
9. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhk əməsi) xx.xx.2017-ci il tarixli, 2(006)-400/2017 saylı qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia təmin edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ipoteka müqavilələrinin bağlanılması X7 bağladığı xx.xx.2013-cü və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə olan öhdəliklərinin təminatına yönəlsə də, ipoteka qoyanların məqsədi və niyyəti X6 götürdüyü və razılaşmaya əsasən sonradan İddiaçı2 və İddiaçı1 verilməli olan 29.000.000 manat məbləğində pulun qaytarılmasının təminatı olmuşdur. X8 xx.xx.2013cü il tarixli və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə götürülmüş 29.000.000 manat məbləğində pulun iddiaçılar İddiaçı2 İddiaçı1 kreditə verilməsinə dair razılaşma Bank tərəfindən pozulduğundan, iddiaçılar arzu etdikləri və nəzərdə tutduqları məqsədə çat mamışlar.
11. Məhkəmə, həmçinin qeyd etmişdir ki, sonrakı ipoteka müqavilələri bağlanan zaman həmin müqavilələrdə X6 götürdüyü 29.000.000 manat kredit məbləğinin sonradan iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi ilə bağlı hər hansı şərt olmasa da, bu hal ipoteka qoyan iddiaçıların iradə ifadəsinin həqiqi mənasını əks etdirmir. Yəni mübahisəli ipoteka müqavilələrində ipoteka predmetlərinin Bank ilə Mərkəzi Bank arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi çıxış etməsi göstərilsə də, ipotekaqoyanların həqiqi iradə ifadəsi tamamilə başqa olmuşdur. İpoteka qoyanlar əmlaklarını bu məqsədlə Mərkəzi Bank qarşısında yüklü etmişlər ki, Bank onlara 29.000.000 manat məbləğində kredit ayıracaqdır. Lakin Bank məhkəməyə 29.000.000 manat məbləğində pulun iddiaçılara kreditə verilməsi ilə bağl ı müqavilələr təqdim etsə də, məhkəmə tərəfindən həmin müqavilələrin əhəmiyyətsiz əqd olması təsdiq olunmuşdur. Ona görə də bu hal belə qənaətə gəlməyə tam əsas verir ki, həqiqətən də tərəflər arasında 29.000.000 manat pulun kreditə verilməsinə dair kredit müqaviləsinin bağlanılması ilə bağlı razılaşma olmuş, lakin həmin razılaşma Bankın hərəkətləri nəticəsində həyata keçirilməmişdir. Digər tərəfdən sonrakı ipoteka müqavilələrinin predmeti olan əmlakların hər hansı biri mülkiyyət hüququ üzrə Banka da məxsus deyildir.
12. İddiaçıların yuxarıda göstərilənlərdən başqa Bankın öhdəliklərinə görə cavabdehlik daşıması ilə bağlı hər hansı digər niyyətin olması məntiqli hesab edilə bilməz. Mübahisəli sonrakı ipoteka müqavilələrinin şərtlərində X6 götürdüyü 29.000.000 manat kredit məbləğinin sonrada n İddiaçı2 və İddiaçı1 verilməsi ilə bağlı hər hansı müddəa olmasa da, işin faktiki halları belə bir razılaşmanın olmasını və iddiaçıların ipoteka müqavilələrini bağlayarkən həqiqi iradə ifadəsinin məhz bu razılaşma olduğunu göstərmişdir.
13. Məhkəmə hesab etmişdir ki, kredit razılaşmalarının həyata keçirilməməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb olmuş və nəticədə iddiaçılar ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşlar. Bu səbəbdən də işin halları sonrakı ipoteka müqavilələrinin Bank tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qəbul edilmiş və həmin hallar müqavilənin ləğv edilməsi üçün əsas hesab edilmişdir.
14. Həmçinin, məhkəmənin xx.xx.2017-ci il tarixli xüsusi qərardadı ilə vəzifəli şəxslərin hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olması nəzər ə alınaraq bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 6, 16, 18, 337.1, 337.2, 337.4, 404.1, 404.2, 406.1, 406.3, 407.2, 421.2, 422.1, 423.1, 423.2, 425.1, 425.2, 560.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
16. Qətnamədən narazı qalan Mərkəzi Bank və Bank ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək, xx.xx.2017-ci il tarixli, 2(006)-400/2017 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
17. Mərkəzi Bankın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər tərəfindən onlara məxsus əmlakların başqasının öhdəl ikləri üzrə yüklü edilməsinin hüquqi əsasını Mülki Məcəllənin 271-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddələri təşkil edir. Bu zaman üçüncü şəxsin bu əqddə hər hansı ümid etdiyi xeyrinin olması və ya ipoteka qoyana əlverişsiz olduğu halda əqdin bağlanmamasına dair qanunda hər hansı tələb müəyyən edilməmişdir. Digər tərəfdən mübahisələndirilən ipoteka müqavilələrində əqdin şərtlə bağlanması müəyyən edilməmiş və bu səbəbdən təmin edilmiş kreditin müəyyən şəxslər tərəfindən alınmamasına görə etibarsız hesab olunmasının heç bir hüquqi əsası yoxdur. Banka ayrılmış kredit bank tərəfindən iddiaçılara verilməmişdisə, onlar “razılaşmanın” baş tutmadığını görüb, əmlak mülkiyyətçiləri kimi məsuliyyət hiss edərək vaxt itirmədən ipoteka müqavilələrinin ləğvi ilə bağlı M ərkəzi Banka müraciət edə bilərdi və Mərkəzi Bank borclu bankdan digər təminat tələb edə və ya kreditin vaxtından əvvəl ödənilməsini tələb edə bilərdi. Lakin iddiaçılar əmlaklarının ipoteka ilə yüklü olduğunu bildikləri halda Mərkəzi Banka təxminən 3 il vaxt keçdikdən sonra müraciət etmişlər. Məhkəmənin qətnaməsində Mərkəzi Bank tərəfindən iddiaçıların xx.xx.2016-cı il tarixli təklifinə münasibət bildirilməməsi qeyd edilmişdir. Təklifdə iddiaçılar tərəfindən ipoteka müqavilələrinin ləğvi və əmlakların ipotekadan azad olunmasına 5 gün ərzində münasibət bildirilməsi xahiş edilmişdir. Lakin iddiaçılar tərəfindən təyin olunmuş bu müddət ağlabatan deyildir və iddianın qeyri-qanuni və əsassız olduğunu bildiklərinə görə sadəcə Mülki Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulmuş formal təklif tələbinə əməl etmək niyyətində olmuşlar. Mübahisələndirilən ipoteka müqavilələri qanunvericiliyin tələbinə əsasən notariat qaydasında təsdiq edilmiş, dövlət qeydiyyatına alınmış və hüquqi etibarlığı tam təmin edilmişdir. Bu zaman notarial qaydada təsdiq olunmuş ipoteka müqavilələri üzrə iddiaçıların iradə ifadələrinin həqiqi mənası heç bir kənar təsirə və ya təzyiqə məruz qalmamışdır. Odur ki, məhkəmənin Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsaslanması tamamilə yanlış və qanuna ziddir. Həmçinin məhkəmə tərəfindən Mülki Məcəlləsinin 337, 421.2, 422.1 və 425-ci maddələrinə Mərkəzi Bankla ipoteka qoyanlar arasındakı mübahisənin həllində istinad etməsi də əsassızdır. Bundan başqa, məhkəmə “İpoteka haqqında” Qanunun 48-ci maddəsinin tələblərini nəzərə almamışdır.
18. Bankın apellyasiya şikayət i onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli 281/13 saylı kredit müqavilələri və Bank ilə borcalan qismində İddiaçı1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 281/13 saylı kredit müqaviləsi həm reallıqda, həm də sənədləşməyə əsasən bağlanmış və müqavilələrində qeyd edilmiş məbləğlər borcalanların iradəsinə uyğun olaraq onların özlərinə və istəklərinə görə müvafiq hesablara köçürülmüşdür. Belə ki, İddiaçı3 ləğv prosesində olan “X9” ASC-dən götürmüş olduğu kreditin bağlanılması məqsədilə AZ81TDJ********************0 kredit hesabına 10.779.722,22 manat məbləğində köçürülmə edilmiş və kredit borcu tam olaraq bağlanmışdır. İddiaçı2 və İddiaçı1 tərəfindən kreditin qalan məbləğləri isə onlar tərəfindən kassa məxaric orderləri əsasında alınmışdır. Məhkəmə isə sənədlərin tam olaraq təqdim edilməsinə şərait yaratmamış, natamam sənədlər əsasında aparılmış və kifayət qədər əsaslandırmamış ekspert rəyinə istinad etmişdir. Həmçinin ipoteka müqavilələrinin ləğv edilməsi barədə nəticə hərtərəfli əsaslandırılmamış və nəzərə alınmamışdır ki, sonrakı ipoteka müqavilələri etibarsızlığı qoyulan Bank ilə İddiaçı2 və İddiaçı1 arasında bağlanılan kredit öhdəlikləri ilə deyil, Mərkəzi Bank ilə Bank arasında bağlanılmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi öhdəliklərinin təminatı olmuşdur.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 2(103)-4167/2017 nömrəli iş üzrə 16 may 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və S.Hacıyev) apellyasiy a şikayətləri təmin edilməmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-400/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
20. Qətnamədən narazı qalan Mərkəzi Bank və Bank ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apelyasiya instansiya məhkəməsinin 2(103)-4167/2017 nömrəli iş üzrə 16 may 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi və iddianın Mərkəzi Banka aid hissədə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
21. Kassasiya şikayətlərinin məzmunu apellyasiya şikayətlərinin məzmunu ilə eyni olmuşdur.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7140/2017 nömrəli iş üzrə 10 noyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və Ə.Əhmədov) Bankın kassasiya şikayəti təmin, Mərkəzi Bankın isə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 may 2017-ci il tarixli, 2(103)-4167/2017 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
23. Məhkəmə kollegiyasının mövqeyi və göstərişləri ondan ibarət olmuşdur ki, cavabdeh Mərkəzi Bankın dəlillərinin əsaslı olub-olmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən tam ətraflı araşdırılma aparılmamış və bununla əlaqədar hazırkı mübahisəyə düzgün hüquqi qiymət verilməmişdir.
24. Belə ki, iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq Mərkəzi Bank və Bank arasında bağlanmış xx.xx.2013- cü il və xx.xx.2013-cü il tarixli kredit müqavilələri və ya onların surətləri iş materiallarına ümumiyyətlə əlavə olunmamışdır. Bununla da həmin müqavilələrin hansı məzmunda bağlanılması birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən araşdırılmamışdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin həmin kredit müqavilələrində nəzərdə tutulmuş kredit məbləğlərinin Banka verilib-verilməməsi, bunun nə vaxt icra edilməsi müəyyən edilməmiş, xx.xx.2013- cü il və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə Bankın kredit öhdəliklərini ümumiyyətlə icra edib-etməməsi, bunun səbəbləri araşdırılmamışdır.
25. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi kredit müqavilələri bağlanmamışdan əvvəl həmin kreditlərin qaytarılması üçün ipoteka ilə təmin edilibe dilməməsi barədə tərəflər arasında yazışmaların olub-olmamasını, nəyə görə məhz müqavilə bağlandıqdan sonra “sonrakı ipoteka müqavilələrinin” bağlanmasına tam hüquqi qiymət verməmişdir.
26. Həmçinin, digər cavabdehin kassasiya şikayətinin dəlillərindən görünür ki, onların nümayəndələri apellyasiya instansiyası məhkəməsinin iclasında iş üzrə kredit müqavilələrində olan imzaların iddiaçılara (İddiaçı2 və İddiaçı1) məxsus olub-olmamasının təkrarən araşdırılması məqsədi ilə təkrar xəttşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətlər vermiş, lakin məhkəmə onların vəsatətini təmin etməmişdir.
27. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, işə yenidən baxılarkən xüsusi qərardadda göstərilən məsələlərə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən hüquqi qiymət verilib-verilməməsi mü əyyən edilməli, əgər hüquqi qiymət verilmişdirsə, bununla bağlı iddia tələbləri üzrə yenidən müvafiq araşdırmalar aparılmalı, kredit müqavilələrində göstərilən 15.000.000 və 14.000.000 manat kredit məbləğlərinin və ya onların bir hissəsinin iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən alınıb-alınmaması müəyyən edilməli, zərurət olduğu halda cavabdehin kredit məbləğlərinin alınmasına dair imzalarla bağlı təkrar ekspertiza keçirilməsinə dair vəsatəti yenidən müzakirə edilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. İşə yenidən baxan məhkəmə tərəfindən əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın nəticələrinə əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 6029 nömrəli xx.xx.2018-ci il tarixli ekspert rəyində qey d olunmuşdur ki, Bankla İddiaçı2 arasında olan xx.xx.2013-cü il tarixli, 280/13 №-li “Kredit müqaviləsinin” 1-3-cü vərəqələrində “Borcalan” qrafalarındakı imzalar və 135-ci vərəqəsində olan xx.xx.2013-cü il tarixli, 168/13 №-li “Kassa məxaric orderində” “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bankla İddiaçı1 arasında olan xx.xx.2013-cü il tarixli, 281/13 №-li “Kredit müqaviləsinin” 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar və 136-cı vərəqəsində olan xx.xx.2013-cü il tarixli, 169/13 №-li “Kassa məxaric orderində” “Orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
29. Daha sonra məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə “ipoteka müqavilələrinin ləğv edilməsi və əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair mülki işin icraatı iddiaçılar İddiaçı1 və İddiaçı2 Banka qarşı "xxxx" tələbinə dair iş üzrə (ikinci iş) qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. e) İkinci iş üzrə b.1. Birinci instansiya məhkəməsində icraat:
30. İddiaçılar İddiaçı1 və İddiaçı2 Banka qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Bankın birtərəfli qaydada iddiaçıların adına rəsmiləşdirdiyi xx.xx.2013-cü il tarixli, 280/13 saylı və xx.xx.2013-cü il tarixli, 281/13 saylı kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
31. İddia onunla əsaslandırılmışdır ki, Bank tərəfindən hazırda Bakı Apellyasiya Məhkəməsinin icra atında olan iddia tələbinə görə, guya İddiaçı2 ilə Bank arasında xx.xx.2013-cü il tarixli, 280/13 saylı və İddiaçı1 ilə Bank arasında isə xx.xx.2013-cü il tarixli, 281/13 saylı kredit müqavilələri bağlanmış və onlara bank tərəfindən guya ümumilikdə 29.000.000 manat məbləğində borc vəsaiti verilmişdir. Həmin iş üzrə məhkəmə tərəfindən təyin edilmiş xətşünaslıq ekspertizasının keçirilməsi barədə rəydə və təkrar ekspertiza rəylərində Bankın istinad etdiyi kredit müqavilələrində borcalan qrafasındakı imzaların onlar tərəfindən icra edilməməsi müəyyən olunmuşdur. Lakin bütün göstərilən sübutlara rəğmən Bank tərəfindən iddiaçılardan əsassız olaraq verilməyən məbləğlərin geri qaytarılması tələb edilməkdədir. Halbuki, bankla iddiaçılar arasında qeyd olunan tarixlərdə kredit müqavilələri bağlanmadı ğı və həmin istinad olunan müqavilələrə əsasən hər hansı məbləğdə borc verilmədiyi halda Bank qanunsuz olaraq iddiaçıların adına külli miqdarda borc rəsmiləşdirmişdir. Tərəflər arasında heç bir müqavilə rəsmiləşdirilmədiyi üçün iddiaçılar Bank qarşısında məsuliyyət daşımırlar. Bütün bu hallar isə onu təsdiq edir ki, borc əsassız və qanunsuz olaraq hesablanmışdır.
32. Bank qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı2 Bankın xeyrinə 15.000.000 manat məbləğində əsas, 856.250,35 manat müddət sonuna hesablanan faiz borcunun, 2.508.333,00 manat cərimənin və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.922.922,50 manat məbləğində faiz borcunun, cəmi 20.287.505,85 manat məbləğində borcun tutulması, cavabdeh İddiaçı1 Bankın xeyrinə 14.000.000 manat məbləğində əsas, 764.731,22 manat müddət sonuna hesablanan faiz borcunun, 2.330.222,21 manat cərimənin və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.693.607,67 manat məbləğində faiz borcunun, cəmi 18.788.560,67 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan Bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh İddiaçı2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 280/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 7% ödənilmək şərtilə 15.000.000 AZN məbləğində vəsait verilmişdir. Bundan başqa Bank ilə cavabdeh İddiaçı1 arasında bağlanmış xx.xx.2013-cü il tarixl i, 281/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 7% ödənilmək şərtilə 14.000.000 AZN məbləğində vəsait verilmişdir. Qeyd olunan kredit müqavilələri həm reallıqda, həm də sənədləşməyə əsasən bağlanılmış və kredit müqavilələrində qeyd edilmiş məbləğlər borcalanların iradəsinə uyğun olaraq, onların özlərinə və müvafiq hesablara köçürülmüşdür. Kredit müqavilələrin 3.4.2-ci bəndinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq, cavabdehlər İddiaçı2 və İddiaçı1 kredit müqavilələrinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişlər.
34. Məhkəmə tərəfin dən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın nəticələrinə əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 16105 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, xx.xx.2013-cü il tarixli, 280/13 nömrəli və xx.xx.2013-cü-il tarixli, 281/13 nömrəli kredit müqavilələrində təsbit olunmuş pul vəsaitlərinin müvafiq olaraq İddiaçı2 və İddiaçı1 təqdim edildiyi müəyyən olunmur. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı2 və İddiaçı1 xx.xx.2013-cü il tarixli, 280/13 nömrəli və xx.xx.2013-cü-il tarixli, 281/13 nömrəli kredit müqavilələri üzrə hər hansı bir vəsaitin hər hansı bir bank hesabına köçürülməsi barədə göstəriş verməsi barədə hər hansı bir sənəd, o cümlədən, yuxarıda qeyd olunan normativ-hüquqi aktların t ələblərinə cavab verən sənəd iş materiallarında mövcud deyil. Eyni zamanda, ekspert bildirir ki, mühasibat uçotu və bank sahəsində qüvvədə olan normativ-hüquqi aktların tələblərinə görə pul vəsaitinin nağd qayda alınması, yaxud nağdsız qaydada digər bank hesabına köçürülməsi vəsaiti alan (köçürən) şəxsin kassa məxaric orderində (ödəniş tapşırığında) icra etdiyi imza ilə rəsmiləşdirildiyindən həmin sənədlərin həqiqiliyinin müəyyən edilməsi məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyil.
35. Bundan sonra məhkəmə tərəfindən əlavə məhkəmə-mühasibatlıq ekspertizası da təyin edilmişdir. Ekspertizanın nəticələrinə əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 29198 nömrəli xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim ed ilmiş sənədlərdən Bankda olan İddiaçı1 hesabına xx.xx.2019-cu il tarixdə 8.000.000 manat, xx.xx.2019-ci il tarixdə 14.000.000 manat, İddiaçı2 hesabına xx.xx.2019-cu il tarixdə 15.000.000 manat, İddiaçı3 hesabına xx.xx.2019-cu il tarixdə 7.000.000 manat, İddiaçı3 hesabına xx.xx.2019-cu il tarixdə 2.707.390 manat və İddiaçı3 LPO "X9” ASC-də olan hesabına xx.xx.2019-cu il tarixdə 10.779.722,22 manat vəsaitin daxil olması və həmin vəsaitlərin hansısa bir hesaba köçürülməsi müəyyən edilməmişdir.
36. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-230/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəşid Səmədov) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.
37. Məhkəmənin ilkin iddia tələbi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Bank arasında xx.xx.2013-cü il tarixli, 280/13 saylı və xx.xx.2013-cü il tarixli, 281/13 saylı kredit müqavilələri bağlanmış, məhkəmə ekspertizası əsasında müəyyən edilmişdir ki, sözügedən kredit müqavilələri İddiaçı1 və İddiaçı2 tərəfindən imzalanmamış, eyni zamanda həmin kredit müqavilələrində təsbit olunmuş pul vəsaitlərinin müvafiq olaraq İddiaçı2 və İddiaçı1 təqdim edildiyi müəyyən olunmamışdır. İddiaçıların ləğv prosesində olan Banka kredit borclarının olması hər hansı sübutla öz təsdiqini tapmadığından, mövcud olmayan öhdəliklərə xitam verilməsinə dair iddiaları da əsaslı hesab edilə bilməz.
38. Məhkəmənin qarşılıqlı iddia tələbləri ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, Bank tərəfindən İddiaçı1 və İddiaçı2 banka hal-hazırda borclarının olması bildirilsə də, həmin borcların ya ranması əsaslarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
39. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.2, 739-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 89.3, 119.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. f) b.2. Apellyasiya instansiyası məhkəməsindəki icraat
40. İddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin qismən, ilkin iddia tələbi ilə bağlı hissədə ləğv edilməsi və həmin hissədə iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
41. İddiaçıların apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamışdır.
42. Bank apellyasiya şikayəti verərək, qətnamənin qismən, qarşılıqlı iddia tələbi ilə bağlı hissə də ləğv edilməsi və həmin hissədə iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Bankın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı3 ilə “X9” ASC arasında bağlanmış 15 noyabr 2012-ci il tarixli, 75180-12 saylı kredit müqaviləsinə əsasən, ona illik 7% olmaqla, 6 ay müddətinə 10.000.000 manat məbləğində kredit verilmişdir. 24 dekabr 2013-cü il tarixində Mərkəzi Bankdan köçürmə vasitəsi ilə qeyd olunan kredit tam bağlanmışdır. Belə ki, xx.xx.2013-cü il tarixdə cavabdeh İddiaçı1 hesabından 10.779.722,22 manat vəsait tranzit hesabı vasitəsi ilə İddiaçı3 LPO “X9” ASC tərəfindən xx/xx/2012-ci il tarixində 75-180-12 saylı kredit müqaviləsi üzrə verilmiş 10.000.000 manat kreditin əsas və faiz borcunun ödənişinə köçürülmüşdür. Eyni gündə həmin vəsait İddiaçı3 LPO "X9" ASC-də olan hesabına daxil olmuşdur. 10.779.722,22 manat vəsaitdən 10.000.000 manat əsas borca, 779.722.22 manat məbləğində vəsait isə faiz borcuna silinmişdir. Qeyd olunan köçürmə banklararası köçürmə vasitəsi ilə həyata keçirilmişdir. İş üzrə məhkəmə tərəfindən təyin edilən və keçirilən mühasibatlıq ekspertizalarının rəyinə əsasən ekspertlər onların qarşısında olan suallara düzgün cavab verməmişlər. Ekspertlər onlara təqdim edilən, cavabdehlərə məxsus hesabdan çıxarışları, 24 dekabr 2013-cü il tarixində Mərkəzi Bankdan köçürməni nəzərə almamış, hesab üzrə köçürmələri düzgün araşdırmamışlar. İşin aydın və tam hərtərəfli araşdırılması üçün əlavə mühasibatlıq ekspertizası təyin edilməlidir və ya ekspertlər məhkəməyə dəvət edilməli, hansı qaydada bank hesablarına dax il olan 29.000.000 manat məbləğində vəsaitin hesaba daxil olmaması və onların hara silinməsi məsələsinə aydınlıq gətirməlidirlər.
44. İşə baxan məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə birinci işlə ikinci iş bir icraatda birləşdirilmişdir.
45. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4919/2020 nömrəli iş üzrə 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) 2(006)-400/2017 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 18 yanvar 2017-ci il tarixli qətnamədən Mərkəzi Bank və Bank tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. 2(006)-2 30/2020 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 18 fevral 2020-ci il tarixli qətnamədən iddiaçılar İddiaçı2 və İddiaçı1 və Bankın apellyasiya şikayətləri təmin edilməmiş və həmin qətnamə də dəyişdirilmədən saxlanılmışdır.
46. Məhkəmə kollegiyası birinci iş üzrə birinci instansiya məhkəməsinin mövqeləri ilə tam razılaşaraq qeyd etmişdir ki, həqiqətən də Bank ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 arasında 29.000.000 manat məbləğində pulun verilməsinə dair kredit müqaviləsinin bağlanılması ilə bağlı razılaşma olmuşdur. Belə razılaşmanın olması isə mübahisəli xx.xx.2013-cü il tarixli 280/13 saylı və xx.xx.2013-cü il tarixli 281/13 saylı kredit müqavilələri ilə tam təsdiq olunmuşdur. Bu səbəbdən iddiaçılar Mərkəzi Bank ilə Bank arasında bağlanılmış xx.xx.2013 və xx.xx.201 3-cü il tarixli “Kredit müqavilələri” üzrə verilmiş 29.000.000 manat məbləğində pulun qaytarılmasının təminatı kimi mülkiyyətlərində olan əmlaklarını Bankın öhdəliyi ilə əlaqədar Mərkəzi Bank qarşısında yüklü etmişlər. Bank həmin məbləğlərin İddiaçı2 və İddiaçı1 verildiyini bildirsə də, yuxarıda artıq qeyd edildiyi kimi, işin halları ilə bu xüsusat sübuta yetmir. Həmçinin, iddiaçılar tərəfindən X6 götürdüyü külli miqdarda pulun qaytarılmasının təminatı kimi öz əmlaklarını yüklü edilməsi ağlabatan mühakimə kimi qəbul edilməməli və mübahisəli sonrakı ipoteka müqavilələri iddiaçıların həqiqi iradə ifadəsinə uyğun olmayan əqd kimi qiymətləndirilməlidir.
47. Məhkəmə kollegiyası ikinci iş üzrə də birinci instansiya məhkəməsinin mövqeləri ilə tam razılaşaraq qeyd etmişdir ki, iddiaçıların mövcud olmayan öhdəliklərə xitam verilməsinə dair ilk iddia tələbləri əsassız olmuş, onların Banka borclarının yaranması əsaslarını təsdiq edən sübutlar isə məhkəmələrə təqdim edilmədiyindən qarşılıqlı iddia tələbi də əsassız olmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 16.1, 18, 324.1, 324.2, 337, 406, 407.2, 421.2, 422.1, 423, 425, 560.1, 560.2, 739-cu və MPM-in 14.2, 77.1, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. g)
2. Kassasiya instansiyası məhkəməsində icraat
48. Bank kassasiya şikayəti verərək, apellyasiya instansiyası qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. məhkəməsi
49. Bankın kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Bank tərəfindən borcla bağlı kifayət qədər sübutlar təqdim olunmuşdur. Əs as, faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin olması barədə iş materiallarında tərəflər arasında bağlanmış müqavilənin əsli, cavabdehin hesabından çıxarış, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər məhkəməyə təqdim edilmişdir və iddia tələbinin təsdiq edən sənədlər iddia ərizəsinə qoşma kimi əlavə edilmişdir. Lakin məhkəmə sənədləri nəzərə almamışdır. Qeyd edilmiş əsaslar açıq-aşkar göründüyü halda məhkəmə əsassız olaraq qanunsuz qətnamə qəbul etmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən qabaq pretenziya qaydasında öhdəliklərin yerinə yetirilməməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdehə bununla Bank qarşısında kredit müqaviləsi üzrə borcu olduğu bildirilmişdir. Bundan sonra cavabdeh tərəfindən Banka kredit müqaviləsinin onun tərəfindən imzalanmadığı bildirilməmişdir.
50. Mərkəzi Bank kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin Mərkəzi Bankın apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilərək iddia tələbinin həmin hissədə rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
51. Mərkəzi Bank kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əmlakını ipoteka ilə yüklü edən üçüncü şəxslər müxtəlif bəhanələr göstərərək istənilən halda ipoteka müqaviləsinin ləğvinə nail ola bilərlər (məsələn, təcrübədə geniş yayılmış, ata və ya ana övladının öhdəlikləri üzrə girovla yüklü edilmiş əmlaklarına tələb yönəldildikdə, valideyn keçən müddət ərzində övladından ümid etdiyi maddi yardımı ala bilmədiyindən və ya bu kimi minlərlə digər bəhanələr gətirməklə müqavilə nin etibarsızlığını və ya ləğvini iddia edə bilər). Bu isə son nəticədə təminat institutunun, xüsusilə öhdəliklərin təminat üsulu kimi girovun (ipotekanın) ən etibarlı və hüquqi cəhətdən müdafiə olunmuş təminat kimi cəlbediciliyini və etibarlılığını mənasız edir. Digər tərəfdən mübahisələndirilən ipoteka müqavilələrində əqdin şərtlə bağlanması müəyyən edilməmişdir və bu səbəbdən təmin edilmiş kreditin müəyyən şəxslər tərəfindən alınmamasına görə ləğv olunmasının heç bir hüquqi əsası yoxdur (“guya xeyrinə kreditin verilməsi ümid edilən şəxslərdən biri, İddiaçı2 olmuşdur, halbuki ümumiyyətlə o, bu münasibətlərdə ipoteka qoyan deyildir). Məhkəmə nəzərə almamışdır ki, Banka ayrılmış kredit Bank tərəfindən iddiaçılara verilməmişdisə, onlar “xəyali razılaşma"nın baş tutmadığını görüb, əmlak mülk iyyətçiləri kimi məsuliyyət hiss edərək, vaxt itirmədən ipoteka müqavilələrinin ləğvi ilə bağlı Mərkəzi Banka müraciət edə bilərdi və Mərkəzi Bank borclu bankdan digər təminat tələb edə və ya kreditin vaxtından əvvəl ödənilməsini tələb edə bilərdi. Lakin, iddiaçılar əmlaklarını ipoteka ilə yüklü etdiyi halda Mərkəzi Banka yalnız 3 il vaxt keçdikdən sonra müraciət etmişdirlər. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən şəxslər bir il ərzində əqdi mübahisə edilə bilər, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə ipoteka müqavilələrinin ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrarlayarkən nəzərə almamışdır ki, həmin müqavilələr üzrə ipoteka saxlayan qismində çıxış edən Mərkəzi Bank təmin edilən kreditin verilməsi öhdəliyinin icrasında heç bir pozuntuya yol verməmiş və iddiaçılara hər hansı zərər vurmamış və belə niyyəti də olmamışdır. Məhz ipoteka predmetlərinin Bankın ləğvedicisi tərəfindən satılmasına imkan verməmək üçün iddiaçılar məqsədli şəkildə məhkəməyə müraciət etmiş və borclu bankın bu vəziyyətində ipoteka müqavilələrinin ləğv edilməsi barədə iddiaları bilərəkdən Mərkəzi Bankın kreditor maraqlarına zərər vurmaq məqsədi daşımışdır.
52. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2024cü il tarixli, 2(102)-2/2024 nömrəli qərarı ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və Z.Ə.Əliyev) Ləğv prosesində o lan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4919/2020 nömrəli, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ipoteka müqavilələrinin ləğv olunması və əmlakın yüklülükdən azad edilməsi tələblərinin təmin olunması (Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-400/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması) hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
53. Ali Məhkəmənin Qərarının əsaslarına görə, “ Mərkəzi Bank, İddiaçı3, İddiaçı4, İddiaçı5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" MMC və Bank arasında bağlanmış ipoteka müqavilələrinin ləğv edilməsi və ipoteka predmetlərinin yüklülükdən azad edilməsi tələbinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
54. Birinci iş üzrə iddiaçılar həmin tələblərini onunla əsaslandırmışlar ki, “ipoteka qoyan şəxslər özlərinə məxsus əmlakları ona görə Mərkəzi Bank tərəfindən Banka verilən ümumilikdə 29.000.000 məbləğində kreditin təminatı kimi təqdim etmişlər ki, Bank həmin vəsaitləri İddiaçı2 və İddiaçı1 kreditə versin. Lakin, Mərkəzi Bank göstərilən məbləğdə vəsaiti Banka ayırsa da, sonuncu həmin vəsaiti İddiaçı2 və İddiaçı1 verməmişdir. İpoteka qoyanlar Mərkəzi Bank ilə sonrakı ipoteka müqavilələrini bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuş, onların əsas götürdükləri şərait əhəmiyyə tli dərəcədə dəyişmişdir. Əgər tərəflər bu dəyişməni, yəni Bankın İddiaçı2 və İddiaçı1 kredit ayırmayacağını əvvəlcədən görə bilsəydilər, sonrakı ipoteka müqavilələrini bağlamazdılar və öz əmlaklarını yüklü etməzdilər”.
55. Qeyd olunan iddia tələbi ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, müqavilələrin ləğvi və etibarsızlığı mülki qanunvericilikdə ayrı-ayrı institutlar kimi müəyyən edilib. Bu tələblərin hər ikisi bağlanmış əqdin qüvvədən salınmasına yönəlsə də, əqd barəsində mübahisə etmək hüququna malik subyektlərin dairəsi, mübahisə etmə əsasları və qaydası, əqdin qüvvədən düşməsinin hüquqi nəticələri baxımından qeyd olunan institutlar biri-birindən ciddi fərqlənir. Müqavilənin ləğvi mübahisənin hallarından asılı olaraq əsasən müqavilənin ləğvinədək yaranmış hüquq və vəzifələri arada n qaldırmırsa, barəsində mübahisə edilən etibarsız əqd bağlandığı andan etibarsız hesab olunur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Həmçinin müqavilənin əhəmiyyətsizliyi ilə bağlı hallar istisna olmaqla, müqavilə tərəfinin qanunla nəzərdə tutulan ləğv əsaslarına istinad edərək, müqavilənin ləğvini tələb etməsi məhkəmənin üzərinə həmin əqdin ləğvi üçün qanuni əsasların olub-olmadığını yoxlamaq vəzifəsi qoyur.
56. Baxılan iş üzrə iddiaçılar onlarla Mərkəzi Bank və Bank arasında bağlanmış ipoteka müqavilələrinin onların iradə ifadəsini əks etdirmədiyi barədə dəlil irəli sürməmiş, müqavilələri etibarsızlıq əsasları ilə mübahisələndirməmişlər. Əksinə iddiaçıların məhz ipoteka müqavilələrini bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum old uqlarına, onların əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyinə istinad etmələri onların əqdin etibarlılığını mübahisələndirmədikləri mənasına gəlir.
57. Buna baxmayaraq, birinci instansiya məhkəməsi birinci iş üzrə iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, həmin müqavilələr ipoteka qoyanların həqiqi iradə ifadəsini əks etdirməmişdir. Qeyd olunan hal sübuta yetirildiyi halda Mülki Məcəllənin 337.1 və 337.2-ci maddələrinə əsasən ipoteka müqaviləsinin etibarsızlığına hüquqi əsas ola bilərdi. Lakin məhkəmə həmin hala istinadla Mülki Məcəllənin 422-ci maddəsinə əsasən ipoteka müqavilələrinin ləğv edilməli olduğu barədə qənaətə gəlmişdir.
58. Məhkəmə mövqeyini, həmçinin onunla əsaslandırmışdır ki, mübahisəli ipoteka müqavilələrinin bağlanması X7 bağladığı xx.xx.2013-cü və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə olan öhdəliklərinin təminatına yönəlsə də, ipoteka qoyanların məqsədi və niyyəti X6 götürdüyü və razılaşmaya əsasən sonradan İddiaçı2 və İddiaçı1 verilməli olan 29.000.000 manat məbləğində pulun qaytarılmasının təminatı olmuşdur. X8 xx.xx.2013-cü il tarixli və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə götürülmüş 29.000.000 manat məbləğində pulun iddiaçılar İddiaçı2 İddiaçı1 kreditə verilməsinə dair razılaşma Bank tərəfindən pozulduğundan, iddiaçılar arzu etdikləri və nəzərdə tutduqları məqsədə çatmamışlar.
59. Halbuki iddiaçılarla bağlanmış ipoteka müqavilələrində Mərkəzi Bank tərəfindən Banka ayrılan kreditin İddiaçı2 və İddiaçı1 veriləcəyi barədə hər hansı şərt (öhdəlik) müəyyən edilməmişdir. Birinci işə baxmış birinci instansi ya məhkəməsi işdə olan hansı sübutlar əsasında tərəflər arasında götürülən kreditlərin sonunculara veriləcəyi barədə razılaşma əldə olunduğunu müəyyən etdiyini əsaslandırmamışdır.
60. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğvini tələb edən tərəf həmin Məcəllənin 422.2-ci maddəsində sadalanan şərtlərdən birinin mövcud olduğunu sübuta yetirdiyi halda həmin iddia təmin oluna bilər. Lakin birinci iş üzrə iddianı təmin edən birinci instansiya məhkəməsi öz qənaətini qeyd edilən maddi hüquq normasının dispozisyiya şərtlərinə və mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı tələblərinə uyğun olaraq əsaslandırmamış, MPM-in 88-ci maddəsinə əsasən işdə olan sübutlara onlara tətbiq edilməli hüquq normalarına müvaf iq olaraq qiymət verməmişdir. h)
2. Birləşdirilmiş işlər üzrə apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
61. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının apelyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(006)400/2017 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
62. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3997/2024 nömrəli iş üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.H.Qasımov (sədrlik edən və məruzəçi), G.T.Axundova, X.Ə.Sarıyev) Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(006)-400/2017 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təm in edilmişdir və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(006)-400/2017 nömrəli qətnaməsi ipoteka müqavilələrinin ləğv edilməsi və əmlakların ipoteka yüklülüyündən azad edilməsi tələlərinin təmin olunduğu hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin rədd edilməsi qət edilmişdir.
63. Samir Baris oğlu, "xxxx" MMC və "xxxx" MMC və Bank arasında bağlanmış ipoteka müqavilələrinin ləğv edilməsi və ipoteka predmetlərinin yüklülükdən azad edilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edib ki, iddiaçılar həmin tələblərini onunla əsaslandırmışlar ki, “ipoteka qoyan şəxslər özlərinə məxsus əmlakları ona görə Mərkəzi Bank tərəfindən Banka verilən ümumilikdə 29.000.000 məbləğində kreditin təminatı kimi təqdim etmişlər ki, Ban k həmin vəsaitləri İddiaçı2 və İddiaçı1 kreditə versin. Lakin, Mərkəzi Bank göstərilən məbləğdə vəsaiti Banka ayırsa da, sonuncu həmin vəsaiti İddiaçı2 və İddiaçı1 verməmişdir. İpoteka qoyanlar Mərkəzi Bank ilə sonrakı ipoteka müqavilələrini bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuş, onların əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Əgər tərəflər bu dəyişməni, yəni Bankın İddiaçı2 və İddiaçı1 kredit ayırmayacağını əvvəlcədən görə bilsəydilər, sonrakı ipoteka müqavilələrini bağlamazdılar və öz əmlaklarını yüklü etməzdilər”.
64. Qeyd olunan pul məbləğlərinin İddiaçı2 və İddiaçı1 verilməməsi ilə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən təsdiqini tapdığından hazırkı icraat üzrə bu məsələ üzrə hər hansı bir araşdırma aparılmır.
65. Mübahisə predmeti o lan ipoteka müqavilələri “sonrakı ipoteka müqaviləsi” adlandırıldığından məhkəmə kollegiyası tərəfindən əvvəlki ipoteka müqavilələrinin mövcud olub – olmaması, müqavilələr bağlanarkən qanunvericiliyin tələblərinə uyğun olub – olmamasının araşdırılması üçün həmin müqavilələr tələb olunaraq iş materiallarına əlavə edilmişdir.
66. Bu müqavilələr tədqiq olunarkən müəyyən edilmişdir ki, bu əqdlərin də məzmunu əvvəl bağlanmış ipoteka müqavilələri ilə eynidir, yəni, ipoteka predmeti olan əmlaklar əvvəlcə Cavabdeh1 ASC ilə Mərkəzi Bank arasında bağlanmış kredit müqavilələrinin təminatı olaraq yüklü edilmiş, alınmış həmin pul vəsaiti kredit müqavilələrinə əsasən Cavabdeh1 ASC tərəfindən İddiaçı2 və İddiaçı1 verilmişdir. İddia tələbinin bu hissədə mahiyyətini təşkil edən hal da ondan ibarət olmuşd ur ki, ipoteka qoyan şəxslər yenə də pul vəsaitinin İddiaçı2 və İddiaçı1 veriləcəyi niyyəti ilə öz əmlaklarını yenidən ipoteka ilə yüklü etmişlər.
67. Bu arqumentlər baxımından müəyyən olunur ki, iddiaçıların məhz ipoteka müqavilələrini bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olması, onların əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı şərtlər mövcuddur.
68. Lakin kassasiya instansiyası məhkəməsinin qərarında da qeyd olunduğu kimi müqavilələrin ləğvi və etibarsızlığı mülki qanunvericilikdə ayrı-ayrı institutlar kimi müəyyən edilib, tələblərin hər ikisi bağlanmış əqdin qüvvədən salınmasına yönəlsə də, əqd barəsində mübahisə etmək hüququna malik subyektlərin dairəsi, mübahisə etmə əsasları və qaydası, əqdin qüvvədən düşməsinin hüquqi nəticələri baxımından qeyd olunan institutlar biri-birindən ciddi fərqlənir. İddiaçıların tələbi isə müqavilənin ləğvi deyil, etibarsızlığı ilə bağlıdır.
69. Birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməsini onunla əsaslandırmışdır ki, həmin müqavilələr ipoteka qoyanların həqiqi iradə ifadəsini əks etdirməmişdir. Qeyd olunan hal sübuta yetirildiyi halda Mülki Məcəllənin 337.1 və 337.2-ci maddələrinə əsasən ipoteka müqaviləsinin etibarsızlığına hüquqi əsas ola bilərdi. Lakin məhkəmə həmin hala istinadla Mülki Məcəllənin 422-ci maddəsinə əsasən ipoteka müqavilələrinin ləğv edilməli olduğu barədə qənaətə gəlmişdir.
70. Məhkəmə kollegiyası qeyd edib ki, istinad olunan normalarda tərəflərdən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması şərt kimi qeyd olunur.
71. Hazırkı mübahisə üzrə əqdin tərəfləri Mərk əzi Bank və iddiaçılardır, Mərkəzi Bank tərəfindən müqavilənin hər hansı bir şərtini pozması halı mövcud deyildir. Cavabdeh1 ASC tərəfindən şərtlərin pozulduğu müəyyən olunsa belə, bank iddiaçılarla Mərkəzi Bank arasında bağlanmış öhdəliyin tərəfi deyildir. Həmçinin, iddiaçılarla bağlanmış ipoteka müqavilələrində Mərkəzi Bank tərəfindən Banka ayrılan kreditin İddiaçı2 və İddiaçı1 veriləcəyi barədə hər hansı şərt (öhdəlik) müəyyən edilməmişdir.
72. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edib ki, birinci instansiya məhkəməsinin hazırda yoxlanılan hissədə iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə əsaslı deyildir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə t əsdiq olunmaqla, qətnamənin həmin hissədə ləğvinə əsas verir.
73. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsi 16.1., 269.1., 269.5., 269.6., 324.1., 324.2., 337.1., 337.2., 337.3., 385.1., 406.1., 406.2., 421.2., 422.1.,423.2.-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 48.1., 48.2.-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1., 217.1., 217.3., 218.3., 384.0., 385.2., 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
74. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, "xxxx" MMC və "xxxx" MMC (onların nümayəndəsi və vəkili Vəkil2) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apelyasiya instansiy a məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il, 2(103)3997/2024-cü il tarixli qətnaməsinin iddianın rədd edilən hissəsində ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
75. Kassasiya şikayətləri hər bir iddiaçı tərəfindən ayrı-ayrılıqda verilsə də, eyni məzmunda əsaslandırılmış və belə əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfin bərabərlik, məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Belə ki, qətnamədən də göründüyü kimi məhkəmə öz qənaətini formalaşdırarkən tərəflərə bərabər münasibət bildirməmiş, yalnız cavabdeh Mərkəzi Bankın apellyasiya şikayətində istinad etdiyi hallara əsaslanmış, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş, bununla da ədalətli olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. İşin faktiki hallarından aydın olur ki, cavabdeh Mərkəzi Bank və onun mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi hər nə qədər Cavabdeh1 ASC-nin iddiaçıların adına qanunsuz və formal olaraq rəsmiləşdirdiyi kredit müqavilələrinin onların tərəfi olduğu ipoteka və sonrakı ipoteka müqavilələri ilə əlaqəsinin olmamasını bildirsə də, işin məhkəmələr tərəfindən müəyyən olunmuş həqiqi halları və sübutlar bunun əksin i təsdiq edir. Belə ki, İddiaçı2 dəfələrlə vurğulamışdır ki, ləğv edilmiş MTN tərəfindən qanunsuz və əsassız olaraq, xx.xx.2012-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək (ümumilikdə 8 ay 10 gün müddətində) MTN-nin istintaq təcridxanasında saxlanılmışdır. Cavabdeh Mərkəzi Bankın təqdim etdiyi KBQ12-1473 saylı, xx.xx.2012-ci il tarixli kredit müqaviləsindən də göründüyü kimi həmin təcridxanada saxlanıldığı müddətdə (azadlığa buraxılmazadan 10 gün əvvəl) Mərkəzi Bankla Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 17.000.000 manat, Mərəzi Bankla “X9” ASC arasında rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən 10.000.000 manat məbləğində kreditin ayrılması müəyyən olunmuşdur. İş materiallarında olan ipoteka müqavilələrindən də göründüyü kimi id diaçıların mülkiyyətində olan daşınmaz əmlaklar Cavabdeh1 ASC-nin və “X9” ASC-nin Mərkəzi Bank qarşısında olan kredit müqavilələri üzrə öhdəliklərinin təminatı kimi rəsmiləşdirilmişdir. Təsadüfü deyil ki, İddiaçı2lə həyat yoldaşının ümumi mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı ipoteka yüklülüyünün rəsmiləşdirilməsi üçün notarius saxlanıldığı istintaq təcridxanasına gətirilmiş və orada onun yazılı razılığı alınmışdır. İş materiallarındandan göründüyü kimi daha sonra Mərkəzi Bankla Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2013-cü və xx.xx.2013-cü il tarixli kredit müqavilələrinə əsasən ümumilikdə 29.000.000 manat məbləğinə kredit rəsmiləşdirilmiş, eyni zamanda iddiaçıların imzaları saxtalaşdırılmaqla İddiaçı1 ilə İddiaçı2 adına xx.xx.2013-cü və xx.xx.2013-cü il tarixli kredit müqaviləsi sənədləşdirilmişdir. Həmçinin sonrakı ipoteka müqavilələri adı altında iddiaçıların adına olan əmlaklar təkrarən ipoteka kimi yüklü edilmişdir. İddiaçı2 dəfələrlə bildirmişdir ki, göstərilən qanunsuz əməliyyatlar nəticəsində iddiaçıya, onun ailə üzvlərinə və tanışlarına heç bir məbləğdə vəsait təqdim olunmamışdır. Ümumiyyətlə qanunsuz da olsa barəsində istintaq aparılan və azadlığı məhdudlaşdırılan bir şəxsin sahibkarlıq fəaliyyətini genişləndirmək və digər niyyətlərlə kredit götürməsi və ya mülkiyyətçinin aidiyyatı olmayan hüquqi şəxsin xeyrinə öz əmlaklarını könüllü şəkildə yüklü etməsi ağılabatan hal hesab oluna bilməz. Bundan əlavə Cavabdeh1 ASC-nin İddiaçı2, onun ailə üzvlərinə və tanışlarına ünvanladığı pretenziya məktubunun özü iddiaçı tərəfin vurğuladığı halların doğru olmasını, ap arılan bütün əməliyyatların qanunsuz və saxta olmasını, rəsmiləşdirilən əqdlərin tərəflərin əsl iradəsini və niyyətlərini əks etdirməməsini dəqiqliklə təsdiq edir. Bundan əlavə cavabdeh Mərkəzi Bankla Cavabdeh1 ASC arasında bağanmış xx.xx.2013-cü və xx.xx.2013-cü il tarixli kredit müqavilələrində göstərilən məbləğlərlə, qısa müddət sonra iddiaçıların məlumatı olmadan və imzaları saxtalaşdırılmaqla rəsmiləşdirilən xx.xx.2013-cü və xx.xx.2013-cü il tarixli “kredit müqavilələri”ndə olan məbləğlərin eyni olması (ümumilikdə 29.000.000 manat) və biri digərinin ardınca rəsmiləşdirilməsi halı heç də cavabdehin irəli sürdüyü “müqavilələr arasında əlaqənin olmaması” mülahizənin doğru olmasını göstərmir. Əksinə lap əvvəldən bütün rəsmiləşdirilən müqavilələr və sənədlər, o cümlədən mübahisənin mahiyyə ti bir-biri ilə ayrılmaz şəkildə bağlı və vahid olmuşdur. Apellyasiya instansiya məhkəməsi iddiaçıların mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş iddia tələblərini rədd etməklə, yuxarıda istinad olunan normaların kobud pozuntusuna yol vermişdir. Mülki işlər üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı olduğu halda, məhkəmə tərəflərdən birinə-cavabdeh tərəfə münasibətdə daha üstün qiymət verməklə, bərabərlik və qeyd olunan digər prinsiplərin pozuntusuna yolvermişdir. Hesab ediblər ki, apellyasiya instansiya məhkəməsi həmin nomraların tələblərinə uyğun qətnamə çıxarmamışdır. İddiaçı2 dəfələrlə məhkəmə prosesləri zamanı verdiyi izahatlarda bildirmişdir ki, ləğv edilmiş MTN-nin əməkdaşları tərəfindən uzun sürən təziqlər və hədəqorxu nəticəsində 2012-ci ilin noyabr ayında təcridxanaya notarius gətirilmiş, təcridxanada onlara məxsus ev və digər əmlakların Mərkəzi Bankda girov qoyulmasına razılıq verməyə məcbur olunmuşdur. Ləğv edilmiş MTN-nin sabiq vəzifəli şəxsləri tərəfindən iddiaçıya və onun ailə üzvlərinə qarşı törədilən qanunsuzluqlar barədə Ölkə Rəhbərliyinə, Baş Prokurorluğa və aidiyyatı hüquqmühafizə orqanlarına bir neçə epizod üzrə müraciəti və məhkəmələrin xüsusi qərardadları əsasında istintaq araşdırmaları aparılmaqdadır. Artıq bəzi epizodlar üzrə prokurorluq orqanları tərəfindən cinayət işi qaldırılmaqla, iddiaçı və onun ailə üzvləri zərərçəkmiş şəxs qismində tanınmaqla, baxılması üçün məhkəməyə göndərilmiş və ləğv edilmiş MTN-nin sabiq vəzifəli şəxsləri olan M.Şıxəliyev və qeyrilərinin iddiaçıya və onun ailə üzvlərinə təziqlər etmələri, hədə-qorxu göstərilmələri bir daha sübut olunmuş, barələrində ittiham hökmü çıxarılmışdır. Belə ki, iş materiallarına surətini əlavə etdikləri ittiham aktına əsasən: Mövlam Şixəliyev qeyd edilən vəzifədə xidmət edərkən təkrarən hədə-qorxu gəlməklə özü və digər şəxslər üçün qanunsuz olaraq maddi sərvət əldə etmək məqsədilə yaradılan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin rəis müavini, İbtidai İstintaq İdarəsinin rəisi X2, həmin idarənin 2-ci şöbəsinin rəisi Ələkbərov Vüsal Hicran oğlu və qeyrilərindən ibarət sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib.
76. Kassas iya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 13-cü, 25-ci maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 2-ci və 4-cü hissələri, 60-cı maddəsinə, 148-ci maddəsinin 2-ci hissəsi, 151-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 269.1, 269.2, 269.5, 367.1, 372.1, 376, 739-cu maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci i l tarixli Qərarına, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına, AR Mülki-Prosessual Məcəlləsinin 1.1, 1.2, 8, 9, 13.7, 14, 217.1 və 217.3-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
77. Azərbaycan Respublikasının Mərkəzi Bank kassasiya şikayətinə qarşı etiraz göndərərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3997/2024 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini və məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
78. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şə xsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
79. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
80. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
81. Maddə 269.6. Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir.
82. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
83. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
84. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
85. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
86. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
87. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
88. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
89. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.
90. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
91. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəra itin dəyişməsinə bərabər tutulur.
92. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
93. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
94. Maddə 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xita m verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
95. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
96. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
97. Maddə
88. Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
98. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
99. Maddə 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
100. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
101. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
102. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
103. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
104. Kollegiya kassasiya şikayətlərinin dəlilləri ilə razılaşaraq hesab edir ki, işə təkrar apellyasiya qaydasında baxmış məhkəmə kassasiya instansiyası məhkəməsi tərəfindən verilmiş göstərişlərə tam əməl etmədiyindən mübahisələndirilən qətnamə ləğv edilərək iş təkrar apellyasiya baxışına qaytarılmalıdır.
105. Birinci iş üzrə iddiaçılar həmin tələblərini onunla əsaslandırmışlar ki, “ipoteka qoyan şəxslər özlərinə məxsus əmlakl arı ona görə Mərkəzi Bank tərəfindən Banka verilən ümumilikdə 29.000.000 məbləğində kreditin təminatı kimi təqdim etmişlər ki, Bank həmin vəsaitləri İddiaçı2 və İddiaçı1 kreditə versin. Lakin, Mərkəzi Bank göstərilən məbləğdə vəsaiti Banka ayırsa da, sonuncu həmin vəsaiti İddiaçı2 və İddiaçı1 verməmişdir. İpoteka qoyanlar Mərkəzi Bank ilə sonrakı ipoteka müqavilələrini bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuş, onların əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Əgər tərəflər bu dəyişməni, yəni Bankın İddiaçı2 və İddiaçı1 kredit ayırmayacağını əvvəlcədən görə bilsəydilər, sonrakı ipoteka müqavilələrini bağlamazdılar və öz əmlaklarını yüklü etməzdilər”.
106. Əvvəlki kassasiya icaatında məhkəmə tərkibi iddia tələbi ilə bağlı qeyd etmişdir ki, müqavilələrin ləğvi və etibarsızlığı mülki qanunvericilikdə ayrı-ayrı institutlar kimi müəyyən edilib. Bu tələblərin hər ikisi bağlanmış əqdin qüvvədən salınmasına yönəlsə də, əqd barəsində mübahisə etmək hüququna malik subyektlərin dairəsi, mübahisə etmə əsasları və qaydası, əqdin qüvvədən düşməsinin hüquqi nəticələri baxımından qeyd olunan institutlar biri-birindən ciddi fərqlənir. Müqavilənin ləğvi mübahisənin hallarından asılı olaraq əsasən müqavilənin ləğvinədək yaranmış hüquq və vəzifələri aradan qaldırmırsa, barəsində mübahisə edilən etibarsız əqd bağlandığı andan etibarsız hesab olunur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Həmçinin müqavilənin əhəmiyyətsizliyi ilə bağlı hallar istisna olmaqla, müqavilə tərəfinin qanunla nəzərdə tutulan ləğv əsasları na istinad edərək, müqavilənin ləğvini tələb etməsi məhkəmənin üzərinə həmin əqdin ləğvi üçün qanuni əsasların olub-olmadığını yoxlamaq vəzifəsi qoyur. Baxılan iş üzrə iddiaçılar onlarla Mərkəzi Bank və Bank arasında bağlanmış ipoteka müqavilələrinin onların iradə ifadəsini əks etdirmədiyi barədə dəlil irəli sürməmiş, müqavilələri etibarsızlıq əsasları ilə mübahisələndirməmişlər. Əksinə iddiaçıların məhz ipoteka müqavilələrini bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olduqlarına, onların əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyinə istinad etmələri onların əqdin etibarlılığını mübahisələndirmədikləri mənasına gəlir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi birinci iş üzrə iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, həmin müqavilələr ipoteka qoyanların həq iqi iradə ifadəsini əks etdirməmişdir. Qeyd olunan hal sübuta yetirildiyi halda Mülki Məcəllənin 337.1 və 337.2-ci maddələrinə əsasən ipoteka müqaviləsinin etibarsızlığına hüquqi əsas ola bilərdi. Lakin məhkəmə həmin hala istinadla Mülki Məcəllənin 422-ci maddəsinə əsasən ipoteka müqavilələrinin ləğv edilməli olduğu barədə qənaətə gəlmişdir. Məhkəmə mövqeyini, həmçinin onunla əsaslandırmışdır ki, mübahisəli ipoteka müqavilələrinin bağlanması X7 bağladığı xx.xx.2013-cü və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə olan öhdəliklərinin təminatına yönəlsə də, ipoteka qoyanların məqsədi və niyyəti X6 götürdüyü və razılaşmaya əsasən sonradan İddiaçı2 və İddiaçı1 verilməli olan 29.000.000 manat məbləğində pulun qaytarılmasının təminatı olmuşdur. X8 xx.xx.2013-cü il tarixli və xx.xx.2013-cü il tarixli kredit müqavilələri üzrə götürülmüş 29.000.000 manat məbləğində pulun iddiaçılar İddiaçı2 İddiaçı1 kreditə verilməsinə dair razılaşma Bank tərəfindən pozulduğundan, iddiaçılar arzu etdikləri və nəzərdə tutduqları məqsədə çatmamışlar. Halbuki iddiaçılarla bağlanmış ipoteka müqavilələrində Mərkəzi Bank tərəfindən Banka ayrılan kreditin İddiaçı2 və İddiaçı1 veriləcəyi barədə hər hansı şərt (öhdəlik) müəyyən edilməmişdir. Birinci işə baxmış birinci instansiya məhkəməsi işdə olan hansı sübutlar əsasında tərəflər arasında götürülən kreditlərin sonunculara veriləcəyi barədə razılaşma əldə olunduğunu müəyyən etdiyini əsaslandırmamışdır. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğvini tələb edən tərəf həmin Məcəllənin 422.2-ci maddəsində sadalanan şərtlərdən birinin mövcud olduğunu sübuta yetirdiyi halda həmin iddia təmin oluna bilər. Lakin birinci iş üzrə iddianı təmin edən birinci instansiya məhkəməsi öz qənaətini qeyd edilən maddi hüquq normasının dispozisyiya şərtlərinə və mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı tələblərinə uyğun olaraq əsaslandırmamış, MPM-in 88-ci maddəsinə əsasən işdə olan sübutlara onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.
107. MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
108. Göstərildiyi kimi əvvəlki kassasiya icaatında məhkəmə iddiaçıların ipoteka müqavilələrinin onların iradə ifadəsini əks etdirmədiyi barədə dəlil irəli sürməmələrini, müqavilələri etibarsızlıq əsasları ilə mübahisələndirmədiklərini qeyd etmişdir.
109. Lakin həmin göstərişlər əsasında işə baxan sonuncu apellyasiya icraatında məhkəmənin mövqeyinə görə iddiaçıların tələbinin müqavilənin ləğvi deyil, etibarsızlığı ilə bağlı olmuşdur. Apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçıların məhz ipoteka müqavilələrini bağlayarkən ümid etməyə haqqı çatanlardan məhrum olması, onların əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı şərtlər mövcuddur.
110. Belə olan halda, sonuncu apellyasiya icaatında iddiaçıların iddia tələbinə uyğun araşdırma aparılmaması müəyyən edildiyindən məhkəmənin mövqeyi əsaslı və qanuna uyğun hesab edilə bilməz.
111. Halbuki, əvvəlki kassasiya icraatında məhkəmə tərkibi qe yd etmişdir ki, müqavilələrin ləğvi və etibarsızlığı mülki qanunvericilikdə ayrı-ayrı institutlar kimi müəyyən edilib. Bu tələblərin hər ikisi bağlanmış əqdin qüvvədən salınmasına yönəlsə də, əqd barəsində mübahisə etmək hüququna malik subyektlərin dairəsi, mübahisə etmə əsasları və qaydası, əqdin qüvvədən düşməsinin hüquqi nəticələri baxımından qeyd olunan institutlar biri-birindən ciddi fərqlənir. Müqavilənin ləğvi mübahisənin hallarından asılı olaraq əsasən müqavilənin ləğvinədək yaranmış hüquq və vəzifələri aradan qaldırmırsa, barəsində mübahisə edilən etibarsız əqd bağlandığı andan etibarsız hesab olunur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Həmçinin müqavilənin əhəmiyyətsizliyi ilə bağlı hallar istisna olmaqla, müqavilə tərəfinin qa nunla nəzərdə tutulan ləğv əsaslarına istinad edərək, müqavilənin ləğvini tələb etməsi məhkəmənin üzərinə həmin əqdin ləğvi üçün qanuni əsasların olub-olmadığını yoxlamaq vəzifəsi qoyur.
112. MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Hakim iddiaçının təqdim etdiyi sübutu iddianın təmin edilməsi üçün kifayət qədər mötəbər sübut kimi qəbul etmirsə qeyd edilən normanın tələbinə əsasən qətnamədə bunun səbəbini gö stərməyə borcludur.
113. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə 15.000.000, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə 14.000.000 manat kredit verilmiş, kreditlərin xx.xx.2016-cı il tarixədək qaytarılması şərtləşdirilmişdir.
114. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
115. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur.
116. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi MPMin 217.3, 218.1 və 392-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
117. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştira kçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
118. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
119. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sad alanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
120. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
121. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
122. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
123. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(103)-3997/2024 nömrəli qətnaməsi “ipoteka müqavilələrinin ləğv edilməsi və əmlakların ipoteka yüklülüyündən azad edilməsi tələblərinin rədd olunması hissəsində” ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya inst ansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.