Məhkəmə qərarları › İş №2(102)-2923/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2923/2022

29.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2923/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin və çıxarışın etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəmə Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı (Azərbaycan Respub likasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olmaqla) “cavabdehə verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv olunması, torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin boşaldılaraq cavabdehin oradan çıxarılması, vurulmuş maddi və mənəvi ziyanın, habelə əsassız varlanma nəticəsində əldən çıxmış gəlirin tutulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)-3115/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Lənkəran rayon XD Soveti İcraiyyə Komitəsinin 10 aprel 1981-ci il tarixli, 7 №li iclas protokol qərarından çıxarışa əsasən, Port-İliç şəhər (indiki Liman şəhəri) sakini İddiaçı1 istifadəsində olan 0,04 ha həyətyanı torpaq sahəsində yeni fərdi yaşayış evi tikməsi haqqında Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin 23 fevral 1981-ci il tarixli, 4 №li qərarı təsdiq edilmiş, ona həmin torpaq sahəsində RİK-in memarlıq şöbəsinin layihəsi əsasında üç otaqdan ibarət fərdi yaşayış evi tikməyə icazə verilmişdir. 2. “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (JN-636F, Kod ********) əsasən, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Lənkəran rayonu, Liman şəhər sakini İddiaçı1 mülkiyyətinə (ailə üzvü X10 olmaqla) 0,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. 3. “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (JN-632F, Kod ********) əsasən, Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə Lənkəran rayonu, Liman şəhər sakini Quliyev İlyas Qulu oğlunun mülkiyyətinə (ailə üzvləri X5 və Cavabdeh3 olmaqla) 0,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. 4. xx.xx.2016-ci il tarixli ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa görə fərdi yaşayış evi üzərində Quliyev İlyas Qulu oğlunun ayrıca, torpaq sahəsinə isə Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə ümumi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 5. 4 avqust 2016-cı il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, Liman şəhəri, X15 küçəsi 85 ünvanında yerləşən ümumi sahəsi 0,04161 ha olan torpaq sahəsi Quliyev İlyas Qulu oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən 1200 manat məbləğinə Cavabdeh1 satılmışdır. 6. 5 avqust 2016-cı il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, Liman şəhəri, X15 küçəsi 85 ünvanında yerləşən ümumi sahəsi 259,6 kv metr olan fərdi yaşayış evi Quliyev İlyas Qulu oğlu tərəfindən Cavabdeh1 bağışlanmışdır. 7. xx.xx.2016-ci il tarixdə Cavabdeh1 torpaq sahəsi və fərdi yaşayış evi üzərində ayrıca mülkiyyət hüququ qeydiyyata alınaraq onun adına RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir.

8. Şirvan Apelyasiya Məhkəməsi mülki kollegiyasının 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəra n Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddiaçılar Quliyev Elçin İlyas oğlunun, X6 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat kontoruna qarşı “10 mart 2006-cı il tarixli 4Ə-24/2006 saylı evin bağışlama müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlərin ləğv edilməsi tələbinə dair” iddiası rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli, 2(102)-1704/2020 nömrəli qərarı ilə həmin qətnamədən iddiaçı Quliyev Elçin İlyas oğlunun kassasiya şikayəti təmin edilməmiş, qətnamə iddiaçı Quliyev Elçin İlyas oğlunun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı (Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olmaqla) əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum Quliyev İlyas Qulu oğlu, Cavabdeh2 və X1 adına yerilmiş **********08-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 12 iyul 2016-cı il tarixli çıxarışın, həmin çıxarış əsasında bağlanmış 05 avqust 2016-cı il tarixli, 4Ə-908 reyestr nömrəli bağışlanma müqaviləsinin, 04 avqust 2016-cı il tarixli, AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın alqı -satqısına dair müqaviləsinin, həmin müqavilələr əsasında Cavabdeh1 adına verilmiş Lənkəran rayonu, Liman şəhəri, X15 küçəsi, 85 ünvanında yerləşən fərdi yaşayış evinə aid mülkiyyət hüququna dair 24 avqust 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, habelə Cavabdeh1 qanunsuz sahibliyində olan Lənkəran rayonu, Liman şəhəri, X15 küçəsi 85 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0,04 ha torpaq sahəsinin cavabdehlərin əmlakları və ailə üzvləri ilə birlikdə oradan çıxarılmaqla qanuni mülkiyyətlərinə qaytarılması, habelə vurulmuş maddi, mənəvi ziyanın və əldən çıxmış gəlirin əvəzi olaraq ümumilikdə 10000 məbləğində dəymiş ziyanın xeyirlərinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İddiaçılar tələblərini onunla əsasl andırmışdır ki, Cavabdeh1 tam qanunsuz yollarla və onların son zamanlarda başqa ünvanlarda yaşamaqlarından sui-istifadə edərək onlara məxsus daşınmaz əmlakları qeyri-qanuni yollarla zəbt etmiş, habelə həmin torpaq sahəsində olan əmlaklarda müəyyən dəyişikliklər edərək – tikililəri, hasarları, su quyusunu sökərək özündən yeni tikililər salmış, habelə öz xeyrinə özgəninkiləşdirmiş və nəticə etibarı ilə xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış, habelə həmin əmlaklara “Lənkəran rayonu, Liman şəhəri, X15 küçəsi 85 ünvanı” əldə etmişdir. Həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında onlara məxsusdur və onun üzərindəki üçotaqlı fərdi yaşayış evi Lənkəran rayon XD Soveti İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 7 nömrəli iclas protokolundan “Tikintiyə ic azə verilməsinə dair” Çıxarışa əsasən 1981-ci ildə onlar tərəfindən inşa edilmiş, habelə həmin torpaq sahəsi ilə bağlı onlar tərəfindən dövlət büdcəsinə vergilər ödənilmişdir. Buna görə də, hesab edirlər ki, torpaq sahəsi və fərdi yaşayış evi onların mülkiyyətidir.

11. Lənkəran Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(049)-1040/2020 nömrəli qərardadı ilə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir.

12. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin 10 mart 2021-ci il tarixli mütəxəssis rəyi əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2021-ci il tarixli, 10/2467 nömrəli ekspert rəyinə əsasən, Lənkəran rayonu, Liman şəhəri, X15 küçəsi 85 ünvan kimi qeydə alınmış və iddiaçıların iddia etdiyi t orpaq sahəsinin faktiki olaraq 0,085 ha olması məlum olmuşdur. Lənkəran rayonu, Liman yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətə verilən torpaqların yerquruluşu planına əsasən JN-636F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 0,04 ha torpaq sahəsi mübahisə predmeti olan, iddia edilən və Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşir. Yəni həmin JN-636F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 0,04 ha torpaq sahəsi bütövlüklə Cavabdeh1 tərəfindən istifadə edilir. Eyni zamanda sözügedən mübahisəli torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ** ********08-10301 Reyestr nömrəli Çıxarış və Texniki Pasportda Cavabdeh1 adına 0.04 ha torpaq sahəsi və fərdi yaşayış evi qeydə alınmışdır. Lənkəran rayonu, Liman yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planına əsasən JN-636F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin üzərində tikili mövcuddur. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də, ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır.

13. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh4 etiraz təqdim edərək iddiaçılar tərəfindən iddia müddətinin üzrsüz səbəbdən buraxıldığını bildirmiş, iddia müddətinin tətbiq olunmasını xahiş etmişlər.

14. Lənkəran Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(049)-108/2021 nömrəli qətnaməsi ilə (hakim M.İsayev) iddia qismən təmin edilmiş, mərhum Quliyev İlyas Qulu oğlunun, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına verilmiş **********08-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 12 iyul 2016-cı il tarixli çıxarışın, həmin çıxarış əsasında bağlanmış 05 avqust 2016-cı il tarixli, 4Ə-908 reyestr nömrəli bağışlanma müqaviləsinin, 04 avqust 2016-cı il tarixli, AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın alqısatqısına dair müqavilənin, həmin müqavilələr əsasında Cavabdeh1 adına verilmiş Lənkəran rayonu, Liman şəhəri, X15 küçəsi, 85 ünvanında yerləşən fərdi yaşayış evinə aid mülkiyyət hüququna dair 24 avqust 2016-cı il tarixli, ******* *** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 qanunsuz sahibliyində olan Lənkəran rayonu, Liman şəhəri, X15 küçəsi 85 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,04 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 əmlakları və ailə üzvləri ilə birlikdə oradan çıxarılaraq iddiaçılara qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumundan 10 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 müştərək qaydada tutlaraq İddiaçı2 ödənilməsi, 20 manatın iddiaçılara aid edilməs, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərcinin tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 RF-yə, Alidə Quliyevanın isə Bakı şəhərinə daimi yaşamaq üçün getməl ərindən istifadə edən Cavabdeh1 atası, mərhum İlyas Quliyev hər iki iddiaçya məxsus 0,04 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən və idiaçı İddiaçı1 məxsus yaşayış evini zəbt etmiş, torpaq sahəsindəki tikililəri, su quyusunu, hasarları sökmüş, yeni itkililər inşa etdirmiş, evin konstruksiyasında dəyişikliklər etdirmiş, DƏDR xidməti əməkdaşları isə iddiaçılara məxsus torpaq sahəsinin koordinatlarını sürüşdürmə yolu ilə dəyişdirilmiş, torpaq sahəsinə və yaşayış evinə özünün və ailə üzvlərinin adına hüquq müəyyənedici sənədllər almış, sonra isə həmin torpaq sahəsinin və yaşayış evini alqı-satqı və bağışlama yolu ilə oğlu, iş üzrə cavabheh Cavabdeh1 adına sənədləşdirməyə qail olmuşdur. Nəticədə iddiaçılara məxsus torpaq sahəsi və yaşayış evi qanunsuz olaraq Cavabdeh1 mülkiyyətinə keçmişdir. Hazırda Cavabdeh1 iddiaçılara məxsus 0,04 ha torpaq sahəsi ilə yanaşı 0,045 torpaq sahəsini də zəbt edərək istifadə edir.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar maddi, mənəvi zərərin və əldən çıxmış gəlirin əvəzi olaraq ümumilikdə 10000 manat məbləğində dəymiş ziyanın xeyirlərinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etsələr də, onlara vurulmuş maddi, mənəvi ziyanın və əldən çıxmış gəlirin nədən ibarət olmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər.

17. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiq olunmasına dair ərizəsinə münasibət bildirərək qeyd etmisdir ki, iddiaçıların iddia tələbinin predmetini təşkil edən mərhum Quliyev İlyas Qulu oğlunun, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına verilmiş **********08-10301 reyestr nömrəli, ********** qeydiyy at nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın, həmin çıxarış əsasında bağlanmış xx.xx.2016-cı il tarixli, 4Ə-908 reyestr nömrəli bağışlanma müqaviləsinin, xx.xx.2016-cı il tarixli, AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqısına dair müqavilənin, həmin müqavilələr əsasında Cavabdeh1 adına verilmiş Lənkəran rayonu, Liman şəhəri, X15 küçəsi, 85 ünvanında yerləşən fərdi yaşayış evinə aid mülkiyyət hüququna dair xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsi haqqında məlumatları olmamışdır. Həmin hallar onlara hazırkı iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsi zamanı, yəni 16 fevral 2021-ci tarixdə məlum olmuş və onlar xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Belə olan h alda, iddia müddətinin axımı 16 fevral 2021-ci il tarixdən başlamışdır. İddiaçılar isə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Odur ki, iddia ərizəsi məhkəməyə iddia müddəti ötürülməməklə verilmişdir.

18. Məhkəmə cavabdehlərin hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüquqlarının olmaması barədə fikirlərinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçılar cavabdehlərin etirazlarında göstərdikləri kimi mərhum Quliyev İlyas Qulu oğlu, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına verilmiş, **********08-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarışın, xx.xx.2016-cı il tarixli, 4Ə-908 reyestr nömrəli bağışlanma müqaviləsinin, xx.xx.2016-cı il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin, həmi n müqavilələr əsasında Cavabdeh1 adına verilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid mülkiyyət hüququna dair xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvini deyil, qeyd olunan sənədləri etibarsız hesab etmələri xahiş etmişlər. Belə halda, onların hazırkı iddia ilə məhkəmə müraciət etməyə subyektiv hüquqları vardır.

19. Məhkəmə iş üzrə gəldiyi nəticəni Torpaq Məcəlləsinin 109-cu, Mülki Məcəllənin 19, 149.2, 337, 347.1, 354.1 və, 354.2-ci, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1, 88, 107, 119.1, 124.2, 184.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Qətnamədən cavabdehlər Cavabdeh1, Mirzəyeva (Quliyeva) Sonaxanım İlyas qızı, X7 tərəfindən birgə və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifə lərinə toxunulan digər şəxs Maraqlı şəxs2 ayrılıqda apellyasiya şikayətləri vermişdir.

21. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, iş üzrə ətraflı araşdırılma aparılmamış, işə tələsik baxılmış, qətnamə maddi və prosessual hüquq normaların tələbdlərinin pozulması ilə çıxarılmış, məhkəmə obyektiv və qərəzsiz olmamışdır. Həmçinin ekspert tərəfindən rəy verilərkən də qanunun tələbləri pozulmuşdur. Mübahisəli evdə Cavabdeh4, Maraqlı şəxs2 və 2 azyaşlı uşaqları yaşayırlar. Həmin evdə olan əmlaklar da Maraqlı şəxs2 məxsusdur. İddiaçıların yaşayış evinə və torpaq sahəsinə heç bir aidiyyatları olmamış, onlan heç vaxt həmin evdə yaşamışlar. Evi mərhum İlyas Quliyev inşa etdirmişdir.

22. Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, qətnamə onun hüquqlarına toxunur. Belə ki, məhkəmə cavabdehlərin həmin evdən çıxarılması barədə qətnamə qəbul etsə də, həmin evdə kimlərin yaşamaları ilə bağlı araşdırma aparmamışdır. Çünki, mübahisəli ev onun qaynatası Cavabdeh1 mülkiyyətində olsa da, həmin evdə o, onun əri Cavabdeh4 və azyaşlı uşaqları yaşayırlar. Bununla yanaşı, həmin evdə yerləşən əmlaklar onun cehiz əşyaları olmaqla, onun qanuni mülkiyyətidir. Mübahisələndirilən evə 2015-ci ildə gəlin köçmüşdür. Odur ki, həm maddi, həm də prosessual hüquq normaları pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər - T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və R.Cəfərov) 2(106)-3115/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmi n edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(049)-108/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisədə iştirak edən şəxslərə münasibətdə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 noyabr 2019-cu il tarixli 2(106)-3104/2019 saylı qətnaməsi ilə müəyyən olunan halların preyudisial əhəmiyyət kəsb etməsi, Aqrar islahat Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 nömrəli qərarı ilə Quliyev İlyas Qulu oğlu və onun ailə üzvləri X4 və Cavabdeh3 fərdi yaşayış evinin tikintisi və s. üçün ayrılmış 0,04 ha torpaq sahəsi (Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə JN-632F, KOD ********) ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində iki dəfə qeydiyyatın aparılması məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas vermişdir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilir və həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə qala bilməz. Odur ki, sadalanan maddi hüquq normaları tələbin qanuni əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi mərhum Quliyev İlyas Qulu oğlunun, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına 12 iyul 2016-cı il tarixdə aparılaraq **********08-10301 reyestr, ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmiş hüquqların dövlət qeydiyyatını (qeydiyyat əsasında verilmiş çıxarışı) etibarsız hesab etməkdə haqlı olmuşdur. Nə qədər ki, hüquqların ilkin dövlət qeydiyyatı etibarsız hesab edilmişdir, onun əsasında sonradan aparılmış əməliy yatların etibarsızlığı üzərində xüsusi dayanmağa və əlavə şərhlər verməyə lüzum yoxdur.

25. Yeganə istisna mübahisəli fərdi yaşayış evi və torpaq sahəsini adına özgəninkiləşdirmiş Cavabdeh1 vicdanlı əldə edən olması təşkil edə bilər. Bununla bağlı isə Apellyasiya məhkəməsi R\qeyd etməyi zəruri hesab etmişdir ki, S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, “Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbim təşkil etməməlidir. Yuxarıdakıları göstərməklə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki d övriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

26. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evini rəsmi olaraq bağışlama müqaviləsi, torpaq sahəsini isə alğı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh1 həmin əmlaka münasibətdə vicdanlı olmamışdır. Çünki, sonuncu əmlak mülkiyyətçisinin doğma qardaşı olmaqla, evin və torpaq sahəsinin hansı sənədlər əsasında əvvəldən kimlərə məxsus olması, sonradan hansı formada həmin ev və torpaq sahəsi üzərində mərhum atasının hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, əmlak mülkiyyətçilərinin həmin əmlakla bağl ı iddialı olmaları barədə tam məlumatlı olmuşdur, bu hal isə inkar oluna bilməz.

27. Apellyasiya məhkəməi işin müəyyən olunmuş halları bunun tam əksini özündə əks etdirdiyindən iddiaçıların mübahisəli ev və torpaq sahəsinə dair müvafiq subyektiv hüquqlara malik olmamalarından ibarət apellyasiya şikayətinin dəlilinə də, xüsusi qiymət verməyə lüzum görməmişdir.

28. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

29. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışlar ki, qanuni qüvvəyə minmiş Şirvan Apel lyasiya Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(106)-3104/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və Quliyev Elçin İlyas oğlunun iddia tələblri rədd edilmişdir. Həmin qətnamə ilə mübahisənin predmeti Lənkəran rayonu, Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə (Torpağın mülkiyyətə, verilməsinə dair Şəhadətnamə JN-632F. KOD ********) Quliyev İlyas Qulu oğlu və onun ailə üzvləri X8ma və Cavabdeh3 qızma fərdi yaşayış evinin tikintisi və s. üçün ayrılmış 0,4 ha torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evi təşkil etmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarət olmuşdur ki, Lənkəran rayonu, Liman şəhəri, X15 küçəsində yerləşən 67 saylı bir mərtəbəli, 3 otaqdan ibarət yaşayış evi Quliyev İlyas Qulu oğlunun şə xsi mülkiyyətinə verilmiş və sonuncu evə dair qeydiyyat vəsiqəsi almışdır.

30. Lənkəran rayonu, Liman şəhəri, X15 küçəsi 85 ünvanda yerləşən fərdi yaşayış evinin Quliyev İlyas Qulu oğlunun xüsusi mülkiyyəti kimi qeydiyyata alınması üçün əsas olan Lənkəran rayonu, Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı bu günə kimi mübahisələndirilməmiş və ləğv edilməmişdir.

31. Mərhum Quliyev İlyas Qulu oğlu, sonradan isə Quliyev X11 rayonu, Liman şəhəri, X15 küçəsi 85 ünvanda yerləşən fərdi yaşayış evlə on ildən artıq müddət ərzində öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edirdilər. İddiaçılar İddiaçı1 və İddiaçı2 Lənkəran rayonu, Liman şəhəri, X15 küçəsi 85 ünvanda yerləşən fərdi yaşayış evini boşaldılaraq cavabdehin oradan çıxarılması tələbləri tam əsassız və qanunsuzdur. Belə ki, İddiaçı1 uzun müddət ərzində Rusiya Federasiyasında yaşayır, evin tikintisində heç bir iştirakı olmayıb. Mübahisəli ev vicdanlı alıcı Cavabdeh1 xüsusi mülkiyyətindədir.

32. Mübahisəli olan Lənkəran rayonu, Liman şəhəri, X15 küçəsi 85 ünvanda yerləşən fərdi yaşayış evin Quliyev İlyas Qulu oğlu tərəfindən 1974-cü ildə inşa edilməsi bir neçə şahid ifadəsi və evin texniki pasportu ilə təsdiq edilir. İddiaçılar da məhkəmədə göstərmişdirlər ki, mübahisəli olan fərdi ev Quliyev İlyas Qulu oğlu tərəfindən inşa edilmişdir. 01 aprel 2021-ci il tarixli məhkəmə ekspert rəyindən görünür ki, Lənkəran rayonu, Liman şəhəri, X15 küçəsi 85 ünvanda yerləşən fərdi yaşayış evi 0,085 ha torpaq sahəsində yerləşir, iddiaçılar isə 0,4 ha torpaq sahəsinə dair iddia edirlər. Hesab edirlər ki, məhkəmələr tərəfindən mübahisə hərtərəfli araşdırmamış və düzgün qiymət verilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı iddiaçıların etirazı daxil olmuşdur. Etirazda göstərilmişdir ki, kassasiya şikayətinin dəlilləri qanunsuz və əsassızdır. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin hallarından və mülki işin araşdırılaması zamanı təyin edilmiş ekspertiza rəylərindən də görünür ki, hazırkı iddia tələbini irəli sürərkən onlara iddia tələbinin predmetini təşkil edən Cavabdeh1 adına verilmiş Lənkəran rayonu Liman şəhəri X15 küçəsi 85 ünvanında yerləşən fərdi yaşayış evinə aid mülkiyyət hüququna dair xx.xx.2016-cı il tarixli, ********** qe ydiyyat nömrəli çıxarışın xx.xx.2016-cı il tarixli AN- l№ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqısına dair və xx.xx.2016-cı il tarixli, 4Ə-908 reyestr nömrəli bağışlama müqaviləsi əsasında verilməsi haqqında məlumatları olmamışdır. Kassasiya şikayəti vaxt udmaq, onları qanuni mülkiyyətlərindən məhrum etmək, məhkəməni yanıltmaq, qanunsuz olaraq öz törətdikləri cinayət əməllərinə qanuni don geyindirmək məqsədi daşıyır. İddiaçı tərəf olaraq bildirirlər ki, hazırkı mülki mübahisə üzrə iddia müddəti tətbiq edilə bilməz belə ki, birincisi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa bel ə iddia müddəti şamil edilmir. Həmçinin, bildirirlər ki, hazırkı mülki iddia tələbiləri ilə bağlı iddia müddəti buraxılmamışdır. Belə ki, mülki işin hallarından da görünür ki, onlar mülki hüquqlarının pozulduğunu bildikləri andan bir il müddət buraxmadan hazırkı iddia tələbini cavabdehlərə qarşı irəli sürmüşlər.

34. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi kassasiya şikayətinə qarşı məktub ünvanlayaraq göstərmişdir ki, hazırki iş üzrə ilkin məhkəmə prosesində iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının gəldiyi nəticəyə uyğun olaraq Lənkəran Rayon Məhkəməsinin 07 i yun 2021-ci il tarixli, 2(049)-108/2021 saylı qətnaməsinin, habelə həmin qətnamədən verilmiş apellyasiya şikayətinə dair Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 24 noyabr 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə münasibətdə məlum olmuşdur ki, ləğvi qoyulmuş “Çıxarış”ın verilməsinə əsas olmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatları reallıqda iddiaçıya ayrılmış 0,04 ha torpaq torpaq sahəsinin daxilindədir. İş üzrə tərəflərdən sayılan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad Layihə Tədqiqat Mərkəzinin rəyinə uyğun olaraq qəbul edilmiş ilkin qərarlara münasibətdə bildirilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-3115/2021 saylı iş üzrə qəbul edilmiş 24 noyabr 2021-ci il tarixli qətnamə nin qüvvədə qalmasını qanunamüvafiq hesab edirlər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə

19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.

36. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 3

7. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

38. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbayc an Respublikasının Torpaq Məcəlləsi

40. Maddə 84-ün 1-ci hissəsi. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

41. Maddə

109. Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir.

42. Maddə 111-in 1-ci hissəsi. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 76.1. Tərə flərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 89.1. Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmala r və sair sənəd və materiallardır.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərində n asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

54. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

55. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası qətnaməməsinin aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə k assasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

59. Belə ki, məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarına görə Port-İliç şəhər XDS İcraiyyə Komitəsinin 23 fevral 1981-ci il tarixli, 4 №li qərarı keçmiş Port-İliç şəhər (indiki Liman şəhəri) sakini İddiaçı1 fərdi yaşayış evinin inşası üçün 0,04 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin qərar Lənkəran rayon XD Soveti İcraiyyə Komitəsinin 10 aprel 1981-ci il tarixli, 7 №-li iclasın protokol qərarı ilə təsdiq olunmuş və İddiaçı1 həmin torpaq sahəsində RİK-in memarlıq şöbəsinin layihəsi əsasında üç otaqdan ibarət fərdi yaşayış evi tikməyə icazə verilmişdir. Respublikada aparılan torpaq islahatı ilə əlaqədar göstərilən torpaq sahəsi Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə iddiaçılar İddiaçı1 və Məmmədova (Quliyeva) Alidə İlyas qızının mülkiyətinə verilmiş, onların torpaq sahəsi üzərində mülkiyyət hüququ “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (JN-636F, Kod ********) əsasən dövlət qeydiyyatına alınmışdır.

60. Həm iddiaçılar, həm də cavabdehlərin atası, 22 may 2019-cu ildə vəfat etmiş Quliyev İlyas Qulu oğlu, onun ailə üzvləri X5 və Cavabdeh3 mülkiyyətinə Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə 0,04 ha həyətyanı torpaq sahəsi verilmiş, onların torpaq sahəsi üzərində mülkiyyət hüququ “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (JN-632F, Kod ********) əsasən dövlət qeydiy yatına alınmışdır. 61. “Torpağın mülkiyyətə verilməsinə dair” hər iki X2 Layihə İnstitutu tərəfindən 07 oktyabr 2005-ci il tarixdə verilmişdir.

62. İşə baxan aşağı instansiya məhkəmələri İddiaçı1 Rusiya Federasiyasına, Alidə Quliyevanın isə Bakı şəhərinə daimi yaşamaq üçün getmələrindən istifadə edərək mərhum İlyas Quliyevin iddiaçılara məxsus 0,04 ha torpaq sahəsini zəbt edib özünün və ailə üzvlərinin adına sənədləşdirməsi qənaətinə gələrkən iddiaçıların adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” (JN-632F, KOD ********) Şəhadətnaməyə, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin elektron baza və ortofoto materiallarına əsasən Cəlilabad LTİ-nin 10 mart 2021-ci il tarixli mütəxəssis rəyinə və Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2021-ci il tarixli, 10/2467 nömr əli ekspert rəyinə əsaslanmış, hesab edilmişdir ki, ƏMDK-nin yanında DƏDRX-nin Lənkəran şəhər şöbəsinin əməkdaşları tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin koordinatlarının yeri sürüşdürülmüşdür.

63. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin evin yerləşdiyi torpaq sahəsinə hüququn olması( mülkiyyət, istifadə və sair) ilkin şərtdir.

64. İşdən görünür ki, həm iddiaçıların, həm də cavabdeh tərəfin 0,04 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsi vardır, həmin sənədlər Respublikada aparılmış torpaq islahatı ilə əlaqədar verilmişdir, hər iki şəhadətnamə qüvvədədir, və məhkəmə qaydasında mübahisələndirilməmişdir, Cavabdeh1 həm torpaq sahəsinə, həm də yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmuş Quliyev İlyas Qulu oğlu və qeyrilərinin adına olan “Torpağın mülkiyyətə verilməsinə dair” (JN-632F, KOD ********) Şəhadətnamə məhkəmə tədqiqatının obyekti olmamışdır, iddiaçıların adına olan Şəhadətnamənin mötəbərliliyi yoxlanılmamışdır.

65. Halbuki işə baxan məhkəmələr birinci növbədə iddiaçılar İddiaçı1 və Alidə Quliyevanın (Məmmədova) adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” (JN636F, KOD ********) Şəhadətnamə ilə bərabər Quliyev İlyas Qulu oğlunun adına “Torpağın mülkiyyətə verilməsinə dair” (JN-632F, KOD ********) Şəhadətnaməni tədqiq etməli, onlardan hansının daha mötəbər olması, to rpaq islahatı haqqında qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsi, Şəhadətnamələrdəki məlumatların Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin elektron baza və ortofoto materiallarına uyğun olub-olmaması yoxlanılmalı, nəticəsindən asılı olaraq idida tələblərinə hüquqi qiymət verilməli idi.

66. İşdə olan DƏDRX Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiqlənmiş iddiaçılar İddiaçı1 və Alidə Quliyevanın (Məmmədova) adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” (JN-636F, KOD ********) Şəhadətnamənin ksero surətindən görünür ki, həmin şəhadətnamə DTXK Torpaq şöbəsinin müdiri tərəfindən təsdiq olunmamış və qeydə alınmamışdır.

67. Quliyev İlyas Qulu oğlu, onun ailə üzvləri X5 və Cavabdeh3 adına olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadət naməyə (JN-632F, KOD ********) isə DTXK Torpaq şöbəsinin müdiri tərəfindən 20 fevral 2006-cı ildə təsdiq olunmuş, 23338 nömrə altında kitabda qeydə alınmışdır.

68. Həm iddiaçıların, həm də Quliyev İlyas Qulu oğlu və qeyrilərinin adına olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrdəki verilən torpaq sahəsinin planı və sərhədləri nəzərdən kesirilidkdə aydın olur ki, iddiaçılara məxsus olan JN 636F nömrəli torpaq sahəsi bələdiyyə fonduna aid torpaq sahələri ilə əhatə olunmuş, İlyas Quliyev və ailə üzvlərinə məxsus JN 632F nömrəli torpaq sahəsi isə bələdiyyə və fiziki şəxslərə məxsus torpaq sahəsi ilə əhatə olunmuşdur. JN 636F nömrəli torpaq sahəsi ilə JN 632F nömrəli torpaq sahəsi arasında bələdiyyə mülkiyyətində olan 2512BB nömrəli 0,06 ha torpaq sahəsi yerləşir, qonşu torpaq sa hələri deyildir. Hər iki sahədə tkililərin olmasıı qeyd edilmişdir. Belə olan halda İlyas JN 632F nömrəli torpaq sahəsinin koordinatlarının yerinin sürüşdürülməsini mümkünlüyü məhkəmələr tərəfindən əsaslandırılmamışdır.

69. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən, xüsusilə iddia tələblərinin və iddiaya etirazın əsasını təşkil edən “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamələrin mötəbərliliyi tam və hərtərəfli yoxlanılmadan apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

70. Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməvə ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

71. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

72. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının 2(106)-3115/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar