Məhkəmə qərarları › İş №2(102)-2924/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-2924/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2924/2021 19.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “özəlləşdirmənin nəticələrinin etibarsız hesab olunması, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət, prosessual hüquq varisliyi) Azərbaycan Respublikası Şamayev Elşad Yaquboviç, Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(103)5023/2019 nömrəli qərardadından İddiaçı3 prosessual hüquq varisi İ ddiaçı4 tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)787/2018 nömrəli qətnaməsi ilə iddiaçılar X1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı “özəlləşdirmənin nəticələrinin etibarsız hesab olunması, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(103)-5023/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı3 birgə verdikləri apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)-787/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı3 prosessual hüquq varisi İddi açı4 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(103)-5023/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, İddiaçı3 prosessual hüquq varisi İddiaçı4 kassasiya şikayətini bunun üçün qanunla müəyyən olunmuş müddəti ötürməklə vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkə məsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. İş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qətnamənin əsaslandırılmış surəti İddiaçı3 ünvanına göndərilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçılar İdd iaçı3 və İddiaçı2 ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmalarını xahiş etmişlər. Həmin ərizədə iddiaçılar qeyd etmişlər ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini xx xxxx 2019-cu il tarixdə almışlar. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçıların dövlət büdcəsi hesabına vəkil təyin edilməsinə dair ərizələri təmin edilməmişdir. İddiaçı3 xx xxxxxx 2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçür üldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. İddiaçı3 prosessual hüquq varisi İddiaçı4 xx xxxxxx 2020-ci il tarixdə təkrarən ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, dövlət vəsaiti hesabına vəkillə təmin edilməsini xahiş etmiş, həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş, xx xxxxxx 2020-ci il tarixli orderlə Vəkil təyin edilmiş, xx xxxxxx 2021ci il tarixdə isə hazırki kassasiya ş ikayəti verilmişdir. Lakin İddiaçı3 prosessual hüquq varisi İddiaçı4 tərəfindən kassasiya şikayəti mübahisələndirilən qətnamə iddiaçıya təqdim edildiyi xx xxxx 2019-cu il tarixdən hesablanmaqla 1 il 7 ay 19 gün sonra poçt-rabitə xidmətinə təqdim edilsə də, şikayətə müddətin bərpa edilməsinə dair vəsatət əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsind ə nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(103)-5023/2019 nömrəli qətnaməsindən İddiaçı3 prosessual hüquq varisi İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kass asiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar