Məhkəmə qərarları › İş №2(102)-2925/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2925/2022

14.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2925/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Müseyibova Cavabdeh və üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə, X2 və X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Müseyibova Cavabdeh və üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə, X2 və X4 qarşı yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və mənzildən çıx arılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10061/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı (1/2 hissədən 3 otaq, y/s 39,1 kv.m., k/s 8,2 kv.m.), X5 (1/2 hissədən 1 otaq, y/s 20,0 kv.m.), X7 (1/2 hissədən 2 otaq), X1 (2 otaq, B tikilisi) və X3 (1/2 hissə) paylı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. İddiaçı oğlu X6 və Müseyibova Cavabdeh 29 yanvar 1999-cu il tarixdə nikaha daxil olmuş, nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi ilə po zulmuşdur.

3. İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdadır və faktiki yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Müseyibova Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin naturada ayrılmış ½ hissəsinin 3 otağından ibarət, yaşayış sahəsi 39,1 kv.m., köməkçi sahəsi 8,2 kv.m. olan sahələrinə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Müseyibova Cavabdeh mübahisə edilən fərdi yaşayış evinə hər hansı hüquqi bağlılığı olmamış, mənzil üzərində istifadə hüququ yaranmamışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)552/2019 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia tələbi təmin edilmiş, cavabdeh Müseyibova Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinə münasibətdə istifadə hüququ olmayan hesab edilməklə, həmin evdən çıxarılması, bu halın cavabdehin qeydiyyatdan çıxarılmasına əsas olması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin mübahisəli mənzildə yaşamaq üçün hər hansı bir hüquqi əsası yoxdur. Cavabdehin iddiaçının paylı mülkiyyətində olan evdə qeydiyyatda qalması sonuncunun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Cavabdeh Müseyibova Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)-552/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli, 2(103)-9957/2019 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Xəlilovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) cavabdeh Müseyibova Cavabdeh apellyasiya şika yəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)-552/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-in 228.1, 228.2ci maddələrinə istinad edərək qeyd etmişdir ki, cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, istifadə hüququ dövlət reyestrində qeydə alınmamışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Cavabdeh Müseyibova Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli, 2(103)9957/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegi yasının 23 yanvar 2020-ci il tarixli, 2(102)-487/2020 nömrəli qərarı ilə (hakim Ə.G.Nurməmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər M.T.Əhmədovadan və V.Ə.İbayevdən ibarət tərkibdə) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli, 2(103)-9957/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırki tələbində cavabdehin paylı mülkiyyətdə olan fərdi yaşayış evinin ona məxsus olan 1/2 hissədən ibarət 3 otaq, yaşayış sahəsi 39,1 kvadrat metr, köməkçi sahəsi 8,2 kvadrat metr hissədən istifadə hüquqlarının olmamış hesab edilməsi və həmin fərdi yaşayış evindən çıxarılmasını tələb etmiş, laki n işə baxan birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinə münasibətdə istifadə hüququ olmamasını müəyyən etməklə, həmin evdən çıxarılmasını qət etmiş, apellyasiya instansiyası məhkəməsi isə bu hala diqqət verməmişdir. Həmçinin birinci instansiya məhkəməsi iş materiallarında paylı mülkiyyətçilərdən ikisinin, Ruslan Məmmədovun və Nadirxan Nadirovun məhkəməyə təqdim edilmiş ərizələrinə istinad etmişdir. Həmin ərizələrdən görünür ki, sonuncular cavabdehin İddiaçı məxsus sahədən çıxarılmasına etiraz etmədikləri qeyd etmişlər. Qeyd edilən paylı mülkiyyətçilərin onlara məxsus hissədən çıxarılması barədə tələbi olmadığı halda, məhkəmə iddia tələbindən kənara çıxaraq cavabdehin mübahisəli evdən istifadə hüququnun olmaması və evdən çıxarılmasını qət etmişdir. Digər paylı mülkiyyətçilər Səid Müseyibov və Naibə Yaralıyevanın isə ümumiyyətlə iddiaya razılıqlarının və ya tələblərinin olması müəyyən edilmir.

14. Bundan başqa iş materiallarında görünür ki, cavabdeh məhkəmə iclaslarında mübahisəli ünvanda yerləşən fərdi yaşayış evində əri ilə birlikdə özbaşına tikili inşa etdirərək orada uşaqları ilə birlikdə yaşadığını, həmin tikilin iddiaçının mülkiyyətində olan sahəyə aid olmadığını göstərmişdir. İşə baxan məhkəmələr bu hala əhəmiyyət verməmiş, iddia tələbinin cavabdehin fərdi yaşayış evindən çıxarılması hissəsinə qiymət verərkən tələbin bu hissəsinin həlli üçün mühüm əhəmiyyət kəsb edən halı, yəni cavabdehin uşaqları ilə birlikdə yaşadığı tikilinin iddiaçının mülkiyyətində ola n hissədə yerləşibyerləşməməsini müəyyən etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 mart 2021-ci il tarixli, 2(103)-314/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)-552/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iddianın rədd edilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Birinc i instansiya məhkəməsi iş materiallarında paylı mülkiyyətçilərdən ikisinin, Ruslan Məmmədovun və Nadirxan Nadirovun məhkəməyə təqdim edilmiş ərizələrinə istinad etmişdir. Həmin ərizələrdən görünür ki, sonuncular cavabdehin İddiaçı məxsus sahədən çıxarılmasına etiraz etmədikləri qeyd etmişlər. Digər paylı mülkiyyətçilər Səid Müseyibov və Naibə Yaralıyevanın isə ümumiyyətlə iddiaya razılıqlarının və ya tələblərinin olması müəyyən edilmir.

17. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh məhkəmə iclaslarında mübahisəli ünvanda yerləşən fərdi yaşayış evində əri ilə birlikdə özbaşına tikili inşa etdirərək orada uşaqları ilə birlikdə yaşadığını, həmin tikilinin iddiaçının mülkiyyətində olan sahəyə aid olmadığını göstərmişdir. İşə yenidən apellyasiya qaydasında baxılarkən iddia tələbin in cavabdehin fərdi yaşayış evindən çıxarılması hissəsinin həlli üçün cavabdehin uşaqları ilə birlikdə yaşadığı tikilinin iddiaçının mülkiyyətində olan hissədə yerləşib yerləşməməsini müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 oktyabr 2020-ci il tarixli rəyindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi idarəsi Daşınmaz Əmlakın Texniki Pasportunun məlumatlarına əsasən, Bakı şəhəri Yasamal rayonu, Qədirli küçəsi yerləşən 1/5 saylı fərdi yaşayış evinin “V” literli tikilinin 10 saylı tikilisinin qarşısında əlavə 7,6 kv.m (2,55 x 3,0) sahəsi olan yardımçı dəhliz-mətbəx tikilisin in və 12 saylı tikili daxil olmaqla əlavə 6,3 kv.m (3,0x2,10) yardımçı tikilinin inşa edilmişdir. Qeyd olunur ki, yuxarıda göstərilən tikililər texniki pasportda öz əksini tapmayan tikililərdir. Beləliklə, müəyyən olunmuşdur ki, mübahisəli ünvan 2 ünvanda iddiaçının mülkiyyətində olan 3 otaq, yaşayış sahəsi 39,1 kvadrat metr, köməkçi sahəsi 8,2 kvadrat metr hissədən əlavə özbaşına tikili mövcuddur və cavabdeh həmin tikilidə yaşayır. Beləliklə, iddiaçı cavabdehin ona məxsus qeyd edilən hissədə yaşadığını sübut edə bilməmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat 18.İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 avqust 2021-ci il tarixli, 2(103)-314/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiy a instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 avqust 2021ci il tarixli, 2(102)-3371/2021 nömrəli qərarı ilə (hakim E.Şamayevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Vəliyevadan və A.Abbasovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin qeyd olunan göstərişini araşdırarkən nəzərə almamışdır ki, iddiaçı ilk tələbində cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin fərdi yaşayış evindən çıxarılmas ı barədə qətnamə qəbul edilməsini xahiş etsə də, sonradan iddia tələbini dəqiqləşdirmiş və mübahisələndirilən daşınmaz əmlak qismində iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin naturada ayrılmış 1/2 hissəsinin 3 otağından ibarət, yaşayış sahəsi 39,1 kv.m., köməkçi sahəsi 8,2 kv.m. olan sahələrini göstərmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməsində iddiaçının dəqiqləşdirilmiş tələbinə və cavabdehə qarşı iddianın təmin edilməsi üçün fərdi yaşayış evinin digər paylı mülkiyyətçilərinin razılıqlarının tələb olub-olmaması məsələsinə hüquqi qiymət verməmişdir.

22. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin əvvəlki qərarında irəli sürdüyü göstərişə əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertin 20 oktyabr 2020-ci il tarixli rəyindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi Daşınmaz Əmlakın Texniki Pasportunun məlumatlarına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi yerləşən 1/5 saylı fərdi yaşayış evinin “V” literli tikilinin 10 saylı tikilisinin qarşısında əlavə 7,6 kv.m (2,55 x 3,0) sahəsi olan yardımçı dəhliz-mətbəx tikilisinin və 12 saylı tikili daxil olmaqla əlavə 6,3 kv.m (3,0x2,10) yardımçı tikilinin inşa edilmişdir. Qeyd olunur ki, yuxarıda göstərilən tikililər texniki pasportda öz əksini tapmayan tikililərdir.

23. Apellyasiya instansiyası məhkə məsi qeyd olunan ekspert rəyinə istinad edərək, belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olmayan özbaşına tikililərdə yaşayır, iddiaçı cavabdehin evin ona məxsus hissəsində yaşadığını sübut edə bilməmişdir. Lakin, ekspert rəyinin məzmunundan da müəyyən olunmuşdur ki, tədqiqat zamanı müəyyən edilmiş özbaşına tikililər yardımçı sahələrdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının mülkiyyətində olan sahədə deyil, yalnız yardımçı sahələrdə yaşamasının mümkünlüyünə hüquqi qiymət verməmiş, iddiaçının vəkili mübahisələndirilən sahənin yerində müayinə edilməsinə dair yazılı vəsatət versə də, bu vəsatətə münasibət bildirməmiş (müvafiq məhkəmə iclas protokolunda buna dair qeyd yoxdur) və son nəticədə ziddiyyətli bir nəticəyə gəlmişdir. Nəhayət qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən hər hansı maddi hüquq normasına istinad etməmiş, bununla da MPM-in 217-ci maddəsinin tələbləri pozulmuşdur. h) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2(103)-10061/2021 nömrəli qətnaməsi ilə (hakim A.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər T.Səmədovdan və İ.Kərimlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh 1999cu il tarixində mübahisəli evə köçdüyü üçün onun həmin evdən istifadə hüququnun yaranması üçün istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması tələb olunmur.

26. Kollegiya qeyd etmişdir ki, iddiaçı ilk tələbində cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, sonradan iddia tələbini dəqiqləşdirmiş və mübahisələndirilən daşınmaz əmlak qismində iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin naturada ayrılmış 1/2 hissəsinin 3 otağından ibarət, yaşayış sahəsi 39,1 kv.m., köməkçi sahəsi 8,2 kv.m. olan sahələrini göstərmişdir.

27. Məhkəmə kollegiyası Ali Məhkəmənin digər paylı mülkiyyətçilərinin razılıqlarının tələb olub-olmamasının aydınlaşdırılmasına dair göstərişinə münasibətdə bi ldirmişdir ki, iş materiallarının tədqiqi, tərəflərin izahatları, apellyasiya şikayətinin dəlilləri və keçirilmiş yerli baxışın nəticələrinə əsasən digər paylı mülkiyyətçilərin payı olan hissə hazırda mübahisə predmeti deyildir. Digər paylı mülkiyyətçilərin payı olan hissə hazırki iddianın predmetini təşkil etmədiyindən kollegiya həmin paylı mülkiyyətçilərin razılığının olub-olmamasının müəyyən edilməsinə zərurət görmür. Başqa sözlə, hazırda cavabdehin istifadə hüququna xitam verilməsi tələb olunan hissə iddiaçıya mülkiyyət hüququ ilə məxsusdur.

28. Sadalanan xüsusatlara əsasən kollegiya hesab etmişdir ki, iddiaçının mənzildən istifadə hüququna xitam verilməsinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normasını mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli evə 1999-cu ildə köçüb yaşamasını onun həmin mənzildə 6.4.1999-cu il tarixdə yaşayış yeri üzrə qeydiyyatda olması ilə əsaslandırmışdır.

31. Qeyd edirəm ki, işə baxan apellyasiya instansiyası məhkəməsi qeyd olunan nəticəyə gələrkən ilk öncə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə tanış olmamış, həmçinin iş materilla rında olan sənədləri araşdırmadan səhv nəticəyə gəlmişdir.

32. Belə ki cavabdehin şəxsən özü tərəfindən imzalanmış apellyasiya şikayətində (apellaysiya şikayətinin sonuncu vərəqinin 1-ci abzası) onun özü tərəfindən birbaşa etiraf olunmuşdur ki, iddiaçıya məxsus evə 2000-ci ildə gəlin köçmüş və və 19 ildir ki orada yaşayır.

33. Göründüyü kimi cavabdehin özü tərəfindən iddiaçıya məxsus evə 2000-ci ildə (2000-ci il deyilərkən iddiaçının oğlu ilə xx.xx.2000-ci il tarixdə toyları olduqdan sonrakı tarixi nəzərdə tutmuşdur) köçdüyünün etriaf olunmasına baxmayaraq, işə baxan hakim bu halı hansısa səbəblərdən nəzərə almayaraq və bu hala münasibət bildirməyərək, nədənsə cavabdehin həmin evə qeydiyyata düməsinə dair arayışa istinad edərək, cavabdehin evə köçmə tarixini 1999-cu il hesab etmişdir.

34. Həmçinin qeyd edirəm ki, cаvаbdеh Müsеyibоvа Хаtirə Еlmаr qızı iddiaçı Zülеyха Müsеyibоvаnının оğlu İsmаyıl Müsеyibоvlа 29 yаnvаr 1999-cu ildə rəsmi qаydаdа nikаhа dахil оlsа dа, həmin еvə 2000-ci ilin оktyаbr аyının 12-də gəlin köçmüş və həmin tаriхdən sonra həmin еvdə yаşаmışdır.

35. Bеlə ki, cаvаbdеh Müsеyibоvа Хаtirə Еlmаr qızı Zülеyха Müsеyibоvаnın оğlu İsmаyıl Müsеyibоvlа 29 yаnvаr 1999-cu ildə rəsmi nikаhа dахil оlsа dа, еl аdəti ilə tоy mərаsimi оlmаmış, İsmаyıl Müsеyibоv xx.xx.1999-cu il tаriхdən xx.xx.2000-ci il tаriхədək оlаn müddət ərzində hərbi хidmətdə оlmuş, аrаlаrındа fаktiki оlаrаq аilə münаsibətləri mövcud оlmаmış, Müsеyibоvа Хаtirə Еlmаr qızı ilə Zülеyха Müsеyibоvаnın оğlu İsmаyıl Müsеyibоv аrаsındа еl аdəti üzrə xx.xx.2000-ci il tаriхdə Yеvlах şəhərində «qız tоyu», xx.xx.2000-ci il tаriхdə isə Bаkı şəhərində «оğlаn tоyu» (həmin fаtkı təsdiq еdən fоtоşəkillərə və t о y məclisinin vidео çəkilişinə məhkəmə iclasında baxış keçirilmiş və qeyd olunan faktlar təsdqini tapmışdır) оlmuş və Müsеyibоvа Хаtirə Еlmаr qızı məhz həmin gün Zülеyха Müsеyibоvаyа məхsus еvə gəlin köçərək yаşаmаğа bаşlаmışdır. Bu hallar iş üzrə şahid qismində dindirilmiş və cavabdehin keçmiş əri İ.Müseyibovda təsdiq etmişdir.

36. Bеlə оlаn hаldа Müsеyibоvа Хаtirə Еlmаr qızının аpеllyаsiyа şikаyətində göstərdiyi хüsusаtlаrdаn bеlə nəticə çıхır ki, Müsеyibоvа Хаtirə Еlmаr qızı Zülеyха Müsеyibоvаnının оğlu İsmаyıl Müsеyibоvlа 29 yаnvаr 1999-cu ildə rəsmi nikаhа nikаhа dахil оlduğu vахtdаn mübаhisəli еvə köçərək yаşаmış və həmin еvdə bir il dоqquz аy yаşаdıqdаn sоnrа xx.xx.2000-ci il tаriхdə Yеvlах şəhərində «qız tоyu», xx.xx.2000-ci il tаriхdə isə Bаkı şəhərində «оğlаn tоyu» оlmuşdur. Hеsаb еdirəm ki, qеyd оlunаn dəlillər inаndırıcı və аğlаbаtаn dеyildir.

37. Həmçinin qеyd еdirəm ki, Müsеyibоvа Хаtirə Еlmаr qızı həmin еvə 1999-cu ildə dеyil, 12 mаy 2003-cü il tаriхdə qеydiyyаtа düşmüşdür. Bu fаktı iş materiallarına əlаvə оlunmuş və Müsеyibоvа Хаtirə Еlmаr qızının həmin еvə qеydiyyаtını аpаrmış Yаsаmаl rаyоn Pоlis İdаrəsi tərəfindən vеrilmiş xx.xx.2021-ci il tаriхli məktubdа təsdiq еdir. 38. Еyni zаmаndа qеyd еdirəm ki, həttа hеsаb еtsək bеlə ki, Müsеyibоvа Хаtirə Еlmаr qızı həmin еvə 1999cu ildə qеydiyyаtа düşmüşdür, bu hаl Müsеyibоvа Хаtirə Еlmаr qızının həmin еvə istifаdə hüququ əldə еtməsinə hüquqi əsаs vermir.

39. Yuхаrıdа qеyd оlunаn sübutlаrdаn göründüyü kimi tərəflər а rаsındа еvdən istifаdə ilə bаğlı hüquq münаsibətləri 2000-ci ilin sеntyаbr аyının 1-dən sоnrа yаrаndığınа görə yаşаyış sаhəsindən istifаdə ilə bаğlı hüquqi-tənzimеtmə qüvvədən düşmüş Аzərbаycаn Rеspublikаsı Mənzil Məcəlləsinin 123-cü mаddəsi ilə dеyil, Mülki Məcəllənin 228-ci mаddəsinin tələbləri əsаsındа həll еdilməlidir. L a k i n işə baxan apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara ümumiyyətlə münasibət bildirib hüququ qiymət verməmişdir. Bununla da apellaysiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan xüsusatları ümumiyyətlə nəzərə almamış, qüvvədən düşmüş Аzərbаycаn Rеspublikаsı Mənzil Məcəlləsinin 123-cü mаddəsini düzgün təfsir etməmiş, bununla da həmin maddi hüquq normasını mübahisəyə düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Cavabdeh k assasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, kassasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 228.1 Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qəra rı 42. 2000-ci il sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10061/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar