Məhkəmə qərarları › İş №2(102)-2925/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2925/2024

17.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2925/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin icra olunması, əldən çıxmış faydanın ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “qarajların təhvil verilməsi, əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2416/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2017-ci il tarixdə çoxmənzilli yaşayış binasında yerləşən avtomobil dayanacağı haqqında 6 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərlərinə əsasən İddiaçı ona məxsus olan, Bakı şəhəri, Ə.Ağayev və L.Məmmədbəyova küçələrinin kəsişməsində yerləşən, ümumi sahəsi 525 kv.metr olan qeyri-yaşayış sahəsini MTK-ya təhvil verməyi, MTK isə Bakı şəhəri, İddiaçı, Bakıxanov qəsəbəsi, Ə.Ağayev 131 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının zirzəmisində ümumi sahəsi 150 kv.m olan avtomobil dayanacağını (qarajı) İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, Cavabdeh MTK isə çoxmənzilli yaşayış binasını inşa edərək binanı n zirzəmi qatının sonunda 150 kv.metr sahəni İddiaçı təhvil vermişdir.

3. İddiaçı ona verilən həmin 150 kv.m sahəyə 4 avtomobil üçün nəzərdə tutulan qarajlar və qarajların arasında olan sahələr (yol) daxil olduğuna görə müqavilə öhdəliyinin bu cür icrası ilə razılaşmır, hesab edir ki, ona verilməli olan sahədə yol (keçid) nəzərə alınmadan 8-9 avtomobil saxlamaq mümkün olmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 6 №-li müqavilə üzrə icra etməli olduğu öhdəliyin - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev 131 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının zirzəmisində ümumi sahəsi 150 kv.m olan avtomobil dayanacağının (qarajın) onun mülkiyyətinə verilməsi, həmçinin həmin qaraja dair çıxarışın alınması üçün zəruri sənədlərin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, son altı il üçün hər ay 200 manat olmaqla ümumilikdə 7200 manat əldən çıxmış faydanın, hüquqi yardım üçün ödədiyi 75 manatın və 100 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə bağlanmış 06 №li müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh öhdəliyini icra etməmişdir. Belə ki, qeyd edilən ərazidə çoxmərtəbəli yaşayış binasının istismara təhvil verilməsindən 3 ildən çox vaxt keçsə də, cavabdeh yaşayış binasının zirzəmisində ümumi sahəsi 150 kv.m olan avtomobil dayanacağını (qaraj) ona qismən təhvil vermişdir. Cavabdehin bu hərəkətləri müqavilənin 2.3-cü bəndinə ziddir. 150 kv.m ümumilikdə 8-9 maşınlıq qaraj olur, son 3 ildir ki, qeyri-rəsmi olaraq 4 maşınlıq qarajda istifadə etməyinə şərait yaradılıb. 1 qarajdan 50 manat vəsait aldığı üçün qalan 4 maşınlıq qarajdan hər ay 200 manat vəsait itirir. Məsələ ilə bağlı hüquqi yardımın göstərilməsi üçün tərəfindən müəyyən xərclər çəkilmişdir. Hüquqi məsləhət üçün xx.xx.2022-ci ildə 10 manat, cavabdehə xx.xx.2022-ci il tarixində teleqram göndərilməsi üçün 4 manat, iddia ərizəsinin tərtibi, həmçinin cavabdehin reyestr məlumatlarının alınması üçün xx.xx.2023cü ildə 65 manat, məhkəmə üçün dövlət rüsumu kimi 100 manat xərcləmişdir.

6. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, MTK ilə iddiaçının arasında 150 kv.m sahənin məhz həmin ərazidə verilməsinə dair şifahi razılaşma əldə edilmiş, həmin sahənin üst mərtəbəsində iddiaçıya məxsus market olduğundan iddiaçı sahəni anbar kimi istifadə etmək niyyətində olmuş, onun xahişi əsasında MTK tərəfindən arxa hissəyə marketə çıxışı təmin etmək məqsədilə qapı açılmışdır.

7. Məhkəmə tərəfindən zirzəmiyə yerində baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, binanın zirzəmi qatının sonunda iddiaçıya qeyri-rəsmi olaraq 150 kv.m sahə təklif olunmuşdur, həmin 150 kv.m sahənin içində 4 avtomobil üçün nəzərdə tutulan qaraj və həmin qarajların arasında olan sahə mövcuddur. Həmin sahənin üst mərtəbəsində iddiaçıya məxsus market mövcuddur, sahənin arxa hissəsindən marketə pilləkən vasitəsilə çıxmaq üçün qapı açılmış, dörd qaraj iddiaçı tərəfindən icarəyə verilmişdir.

8. Məhkəmənin qərardadı əsasında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7505 saylı rəyində göstərilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Tağıyev 131 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının zirzəmisində iddiaçıya təklif edilən sahənin ölçüsü 150,0 kv.metr (16,3x9,2) təşkil edir. İş materiallarında olan layihəyə əsasən, faktiki olaraq iddiaçının istifadəsində olan sahə ümumilikdə zirzəmi kimi nəzərdə tutulmuşdur. Layihəyə əsasən iddiaçının istifadəsinə verilmiş sahə 1, 2, 3 rəqəm oxları və A, B, C, D hərf oxları arasında nəzə rdə tutulduğundan, həmçinin binanın zirzəmisində yerləşdiyindən həmin sahəyə sərbəst giriş-çıxış mümkün olduğundan, iddiaçıya təklif olunan 150,0 kv.metr sahədən sərbəst qarajlar kimi istifadə edilməsi texniki cəhətdən mümkündür. 150,0 kv.metr sahədə neçə qarajın yerləşməsi həmin sahədə saxlanılan nəqliyyat vasitələrinin qabaritlərindən (ölçülərindən), eləcə də qarajların sahəsindən asılı olaraq müəyyən oluna bilər.

9. Baki şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-191/2024 nömrəli, fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflərin arasında müqavilə xx.xx.2017-ci il tarixdə bağlanmış, mübahisəli sahə iddiaçıya təxminən həmin ildə təhvil v erilmiş, iddiaçı orada qapı açdırmış, qarajları icarəyə vermiş, bununla da o, müqavilə üzrə cavabdehin hərəkətlərini bəyəndiyini nümayiş etmişdir. İddiaçı hesab edir ki, dörd qarajın arasındakı sahə ümumi istifadədə olan yoldur, cavabdeh hesab edir ki, 150 kv.m bütövlükdə qarajdır.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmişdir və bu əsasdan iddia rədd edilməli, iddia rədd edildiyindən bütün məhkəmə xərcləri iddiaçıya aid olunmalıdır.

12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 390.1, 404.1, 404.2-ci, Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) Ape llyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, müqavilə şərtlərini yanlış təfsir etdiyini, natamam ekspert rəyinə istinadla qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2416/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi) M.Məmmədov və X.Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi) M.Məmmədov və X.Mərdanova).

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, mövqeyini izah edərək qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, tərəflər arasında mübahisə iddiaçıya təhvil verilmiş 150 kv.m. sahənin müqavilədə nəzərdə tutulmuş təyinata uyğun olub-olmadığı ilə əlaqədar yaranmışdır. Belə ki, iddiaçı ona təhvil verilmiş dörd qarajın arasındakı sahənin ümumi istifadədə olan yol olduğunu hesab edir, cavabdeh isə sözügedən dörd qarajın arasındakı sahələrlə birlikdə cəmi 150 kv.m. sahənin iddiaçıya təhvil verildiyini və beləli klə də müqavilə öhdəliyini yerinə yetirdiyini irəli sürür.

17. İş üzrə alınmış ekspert rəyi işin halları ilə müqayisəli şəkildə təhlil edildiyində o qənaətə gəlmək mümkündür ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş hesab olunmalıdır.

18. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 5.3, 21, 324.1-324.5, 385, 386.1, 390.5, 404, 425, 442-ci, MPM-in 9.1, 14.2, 77.1, 80, 81, 88, 106.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cava bdeh tərəfindən təhvil verilməli olan yaşayış binasının zirzəmisində ümumi sahəsi 150 kv.m olan qaraj qismən təhvil verilmiş və cavabdehin bu hərəkətləri müqavilənin 2.3-cü bəndinə ziddir. Bununla belə, 150 kv.m. ümumilikdə 8-9 maşınlıq qaraj olur ki, son 3 ildir ki, qeyri-rəsmi olaraq 4 maşınlıq qarajda istifadə etməsinə şərait yaradılıb. Belə ki, 1 qarajdan 50 manat vəsait aldığı üçün qalan 4 maşınlıq qarajdan hər ay 200 manat vəsait itirir.

21. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri ilə müqayisəsini nəzərə alır. Nəzərə almaq lazımdır ki, bu mövqenin əsas şərti kimi təfsirin əsasında tərəflərin niyyətinin dayanması ç ıxış edir. Unutmaq lazım deyil ki, danışıqlar iradənin şifahi formada ifadəsidir. Buna əsasən də onların iradəsi barəsində fikir söyləmək imkanı yaranır. Bu zaman da müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. (MM 404.4) b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

24. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi mə zmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

26. Maddə

385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

28. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

29. Maddə

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifa dələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

30. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq n ormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hes ab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin ak tı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, işin həlli üçün əhəmiyyətli olan və məhkəmələr tərəfindən müəyyən olunmuş halları bu qərarın 1-3-cü paraqraflarında əksini tapmışdır.

42. İddiaçı cavabdeh tərəfindən onunla bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, İddiaçı, Bakıxanov qəsəbəsi, Ə.Ağayev 131 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının zirzəmisində ümumi sahəsi 150 kv.m olan avtomobil dayanacağının (qarajı) təhvil verilməsi barədə öhdəliyin icra edilmədiyini bildirir.

43. Bu iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, müqavilənin mahiyyəti tərəflərin qarşılıqlı razılıq əsasında bir öhdəlik götürməsi və razılaşdırılmış qaydada həmin öhdəliklərin icra olunmasıdır. Müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin təmin olunması üçün ən vacib qaydalardan biri “müqavilələr icra olunmalıdır” prinsipidir. Müqavilə öhdəliklərinin icra olunmaması ümumiyyətlə mülki dövriyyənin əsaslarını sarsıtmış olardı. Buna görə də Mülki Məcəllənin 5.3-cü maddəsində mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları təsbit edilmişdir.

44. Öhdəliklərini vicdanla icra edilməsinin məzmunu Mülki Məcəllənin 425-ci maddəsində açıqlanaraq deyilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür h ərəkətlərdən çəkinməlidirlər.

45. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində müəyyən edilərək göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

46. Müqavilə öhdəliyinin icra olunmaması ilə bağlı mübahisələrə baxılanda ilk növbədə öhdəliyin nədən ibarət olması müəyyən olunmalıdır. Baxılan işdə iddiaçının bəhs etdiyi öhdəlik – cavabdehlə bağlanmış xx.xx.2017-ci il tarixli müqavildə müəyyən olunmuş “çoxmənzilli yaşayış binasının zirzəmisində ümumi sahəsi 150 kv.m olan avtomobil dayanacağının (qarajın) təhvil verilməsi” barədə öhdəlikdir.

47. Cavabdeh i ddiaçıya zirzəmidə 150 kv.m sahəni təhvil versə də, iddiaçı bu sahədə cəmi dörd avtomobil saxlamaq mümkün olduğunu, qalan hissənin arada olan keçid hissədən ibarət olduğunu, əslində ona 8-9 avtomobil saxlamaq mümkün olan sahə verilməli olduğunu iddia edir.

48. Lakin müqavilədə iddiaçıya 8-9 avtomobil saxlamaq mümkün olan sahə verilməsi barədə şərt nəzərdə tutulmamışdır. Ümumiyyətlə təhvil verilməli olan sahə avtomobil sayı ilə deyil, “ümumi sahəsi 150 kv.m olan avtomobil dayanacağı” kimi müəyyən edilmişdir. Məhkəmələr müqavilə şərtinin iddiaçının tələb etdiyi məzmunda təfsir olunması üçün əsas müəyyən etməyiblər.

49. Bundan başqa, iddiaçının istinad etdiyi qüsur açıq-aşkar müəyyən oluna bilən qüsurdur. Yəni cavabdehin təhvil verdiyi qeyri-yaşayış sahəsi müqavilə şərtinə uyğun deyildisə, iddiaçı bunu dərhal bilə bilərdi və buna müvafiq iddia verə bilərdi. Birinci instansiya məhkəməsi də məhz bu hala görə qeyd etmişdir ki, tərəflərin arasında müqavilə xx.xx.2017-ci il tarixdə bağlanmış, mübahisəli sahə iddiaçıya təxminən həmin ildə təhvil verilmiş, iddiaçı orada qapı açdırmış, qarajları icarəyə vermiş, bununla da o, müqavilə üzrə cavabdehin hərəkətlərini bəyəndiyini nümayiş etmişdir.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kass asiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2416/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar