Məhkəmə qərarları › İş №2(102)-2926/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2926/2025

21.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2926/2025 21.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) qarşı iş üzrə QƏRARI (Açar sözlər: Mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(103)-2632/2025 nömrəli, 3 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Hərbi Məhkəməsi tərəfindən 1-1(093)-7/2024 nömrəli cinayət işi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli hökmlə, hazırkı iş üzrə iddiaçının qardaşı - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən (şərti olaraq) “N” saylı hərbi hissəsinin kiçik giziri Babək Baxşalıyev, şərti olaraq “Tər-tər işi” kimi adlandırılan iş üzrə “qurban” olmuş, ağır işgəncələrə məruz qalmışdır. Sözügedən cinayət işinə baxılan zaman – xx.xx.2017-ci ildə Babək Baxşalıyev iş yerinə baş vermiş qəza nəticəsində vəfat etmiş və bu səbəbdən də i ddiaçı həmin cinayət işində mərhum qardaşının prosessual varisi kimi iştirak etmişdir. Qeyd edilən cinayət işinin icraatının başlanmasına əsas olmuş cinayət hadisələri zamanı iddiaçının qardaşı “Vətən xaini” adı ilə ləkələnmişdir. Cinayət işinin nəticəsi ilə müəyyən edilmişdir ki, iddiaçının qardaşının günahı olmamış, o, Vətənə xəyanət etməmişdir. Hazırda iddiaçı cavabdehdən mənəvi ziyan tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 300.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ba kı Hərbi Məhkəməsi tərəfindən 11(093)-7/2024 nömrəli cinayət işi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli hökmlə müəyyən edilmişdir ki, iddiaçının qardaşı - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən (şərti olaraq) “N” saylı hərbi hissəsinin kiçik giziri X1, (şərti olaraq “Tər-tər işi” kimi adlandırılan) iş üzrə “qurban” olmuş, uzun müddət ərzində ağır işgəncələrə məruz qalmışdır. Cinayət işinə baxılan zaman iddiaçının qardaşı artıq vəfat etmiş (Babək Baxşalıyev iş yerinə baş vermiş qəza nəticəsində xx.xx.2021-ci il tarixdə ölmüşdür) və bu səbəbdən də iddiaçı həmin cinayət işində mərhum qardaşının prosessual varisi kimi iştirak etmişdir. Qeyd edilən cinayət işinin icraatının başlanmasına əsas olmuş cinayət hadisələri zamanı iddiaçının qardaşı “Vətən xaini” adı ilə ləkələnmişdir. Cinayət işinin nəticəsi ilə müəyyən edilmişdir ki, iddiaçının qardaşının günahı olmamış, Vətənə xəyanət etməmişdir. İddiaçı və ailə üzvləri uzun müddət ərzində özlərini “Vətən xaininin ailə üzvü” kimi hiss etmişlər. Bu səbəbdən də iddiaçıya mənəvi zərər dəymişdir. Göstərilənlərə əsasən iddiaçı qeyd etmişdir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsindən onun xeyrinə 300.000 manat məbləğində pul tutulmalıdır.

4. Cavabdeh Maliyyə Nazirliyi iddia tələbinə qarşı etiraz verərək, etirazı onunla əsaslandırmışdır ki, Maliyyə Nazirliyi iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. Maliyə Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qur umu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də, dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Odur ki, göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 9 yanvar 2025-ci il tarixli, 2(006)1097/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, və iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq (23 gün x 521,7 manat) 12.000 manat pulun dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissəsi təmin edilməmişdir (hakim Nail Abbasov).

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının qardaşının 23 gün ərzində işgəncələrə məruz qa lması Bakı Hərbi Məhkəməsi tərəfindən 1-1(093)-7/2024 nömrəli cinayət işi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli hökmlə müəyyən edilmişdir.

7. İşin hallarından həmçinin müəyyən edilmişdir ki, qeyd edilən cinayət işinin icraatının başlanmasına əsas olmuş cinayət hadisələri zamanı iddiaçının qardaşı “Vətən xaini” adı ilə ləkələnmişdir. Cinayət işinin nəticəsi ilə müəyyən edilmişdir ki, iddiaçının qardaşının günahı olmamış, o, Vətənə xəyanət etməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının bir müddət ərzində özünü “Vətən xaininin ailə üzvü” kimi hiss etməsi və bu səbəbdən də psixoloji iztirab və stress çəkməsi başa düşüləndir. Buna görə də, iddiaçının qardaşının işgəncələrə məruz qaldığı 23 günün hər günü üçün ən azı 500 manat kompensasiya hesablanmalıdır.

9. Məhkəmə öz mövqeyini Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1101.2, 1101.1-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən həm iddiaçı, həm də cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

11. İddiaçı apellyasiya şikayətində qətnamən in ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iddianın bir qismini təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir.

12. Cavabdeh Maliyyə Nazirliyi də qətnamənin ləğv edilməsini və iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, işə baxmış məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət v ermiş, iddia tələbinə etirazda göstərilənləri nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iddianın bir qismini təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir.

13. Məhkəmənin iclasında iştirak etmiş iddiaçı bildirmişdir ki, Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən onun xeyrinə tutulmasını tələb etdiyi 300.000 manat məbləğində pulun 100.000 manat hissəsi atası X2, qalan 200.000 manat hissəsi isə onun özünə aiddir. Bacıları isə qərara gəlmişlər ki, mənəvi zərər ilə bağlı pul tələb etməsinlər (bununla bağlı apellyasiya icraatı zamanı iddiaçı apellyasiya şikayətinə əlavə də vermişdir).

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2632/2025 nömrəli, 3 iyun 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Azərbay can Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsindən cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin həcminin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsindən 5.000 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilimiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - Məmməd Məmmədov-sədrlik edən və məruzəçi, Azad İmanov və Fuad Talışinski).

15. Məhkəmə kollegiyası iddia tələbinin iddiaçının atasına aid hissəsinin əsaslılığı ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsi yalnız iddiaçının adından verilmiş, idd ia ərizəsi iddiaçının atasının adından verilməmiş, iddiaçının atası onun adından iddia ərizəsi ilə məhkəməyə müraciət etmək səlahiyyətini özündə ehtiva edən etibarnaməni iddiaçıya verməmişdir.

16. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı atasının adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. İddiaçı, atasının nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı, dövlət büdcəsindən atasına ödənilməsini nəzərdə tutduğu 100.000 manatın dövlət büdcəsindən tutulmasını tələb etməkdə haqlı deyil. İddiaçının atası ona vurulmuş zərərin əvəzinin ödənilməsini özü şəxsən və ya onun verdiyi etibarnamə ilə onun adından çıxış edən nümayəndə vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsasında tələb ed ə bilər.

18. Buna görə də, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin və iddiasının 100.000 manat məbləğ ilə bağlı hissələrini əsassız hesab etmişdir.

19. İddianın qalan hissəsinin əsaslılığı ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının bir müddət ərzində özünü “Vətən xaininin ailə üzvü” kimi hiss etməsi, bu səbəbdən də psixoloji iztirab çəkməsi, stressə məruz qalması başa düşüləndir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sir ri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.

21. Məhkəmə kollegiyası, iddiaçının bildirdiyi cinayət hadisəsi zamanı iddiaçı özünün deyil, onun qardaşının həm fiziki, həm psixoloji işgəncəyə məruz qalmasını, həmin hadisə ilə bağlı iddiaçının yalnız psixoloji iztirab çəkməsini və stressə məruz qalmasını nəzərə alaraq h esab etmişdir ki, iddiaçıya mənəvi zərər dəysə də, həmin zərərin əvəzi olaraq dövlət büdcəsində iddiaçının xeyrinə 5.000 manat məbləğində pul tutulmalıdır.

22. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayəti əsassız, cavabdeh Nazirliyin isə apellyasiya şikayəti qismən əsaslıdır.

23. Birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsindən cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin həcmini 12.000 manat müəyyən etməkdə haqlı olmamışdır. Çünki ölkə üzrə müəyyən edilmiş məhkəmə təcrübəsindən görünür ki, törədilmiş işgəncənin hər günü üçün ən azı 500 manat məbləğində kompensasiya işgəncəyə məruz qalmış şəxslərin özləri üçün tutulur.

24. Cavabdeh Maliyyə Nazirliyi apellyasiya şi kayətində qeyd etdiyi dəlililə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəz arətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

25. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, Maliyyə Nazirliyinin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Nazirlik tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

26. Məhkəmə kollegiyası həmçinin qeyd e dib ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək, hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.

27. Bu baxımdan, məhkəmə kollegiyası hesab etmişdir ki, Maliyyə Nazirliyinin apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin cavabdeh Nazirlik vasitəsi ilə dövlət büdcəsindən tutulması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

28. Məhkəmə öz mövqeyini “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına, “İnsan hüquqlarının və əsas azadlı qlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 300.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandır ılmış, əlavə olaraq qeyd edilmişdir ki, onlar “Vətən xaini” ailəsi kimi göstərilmişlər. Hətta o vəziyyətə gəlib çatmışdır ki, özünə qəsd etmək istəmiş, ailəlikcə bütün əsəb sistemləri pozulmuşdur. Hakim isə qeyd etmişdir ki, əsas ziyan qardaşına dəymişdir. Bu düzgün əsaslandırma deyil, ona görə ki, bu əsaslandırma onun və ailəsinin hüquqlarının pozulmasıdır.

31. Kassator şikayətini “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentlərinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

34. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər in əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

35. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

36. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarı

37. Bənd 1. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

38. Bənd

2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlı qlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xə sarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

39. Bənd

8. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı

40. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərc lər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Kassasiya baxışının hədləri

41. Qa nunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müba hisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, su byektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

45. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsiz liyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçırdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

46. Apellyasiya instansiyası məhkəməsi iş üzrə mənəvi zərərin miqdarını bu cür təhlil əsasında müəyyən etmiş, gəldiyi nəticəni əsaslandırmışdır. Buna görə də kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır.

47. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellya siya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, bu hallar iş materialları ilə öz əksini tapmır.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2632/2025 nömrəli, 3 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar