Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2927/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Hacıqabul rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Hacıqabul rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 2(106)-814/2021 nömrəli qətnaməsindən cavabdehlərin kassasiya şika yətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 405s saylı qərarı ilə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət proqramı”nın 6.5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hacıqabul rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alınaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin balansında olan, ünvan 1 ünvanında yerləşən bina və tikililər (Dövlət əmlakının registrindən 2011-ci il 23 noyabr tarixli, 3136 saylı çıxarışa əsasən) Hacıqabul rayon İcra Hakimiyyətinin balansına verilmişdir.
2. Bədəlov X3 rayonunun Rəncbər kəndində, Bədəlova X2 şəhəri, İ.Qayıbov küçəsi ev 3, mənzil 8-də qeydiyyatdadır. Onlar evlidirlər, dörd uşaqları vardır və Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən 3 saylı evin 7 saylı mənzilində yaşayırlar. Həmin mənzil Hacıqabul rayon İcra Hakimiyyətinin balansındadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Hacıqabul rayon İcra Hakimiyyəti (bundan sonra iddiaçı və ya Hacıqabul RİH) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən 3 saylı evin 7 saylı mənzilindən çıxarılması və mənzilin Hacıqabul rayon İcra Hakimiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 405S saylı 14 dekabr 2011-ci il tarixli sərəncamı ilə Hacıqabul şəhər İ.Qayıbov 2 ünvanındakı bina və tikililər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları Baş İdarəsinin balansından alınaraq Hacıqabul rayon İcra Hakimiyyətinin balansına verilmiş və Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının 24 dekabr 2012-ci il tarixli 211 saylı sərəncamı ilə bina və tikililər balansa götürülmüş, həmin bina və tikililər 1 saylı Mənzil İstismar Sahəsinin idarəçiliyinə verilmişdir. 21 iyul 2014-cü il tarixdə Hacıqabul şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 heç bi r qanuni sənədi olmadan, özbaşına olaraq həmin tikililərdən Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ev 3, mənzil 7 ünvandakı yaşayış sahəsini zəbt etmişlər. Cavabdehlərə həmin mənzili təcili olaraq boşaldılması barədə məlumat verildikdə, cavabdeh Bədəlov X3 RİH-nin əməkdaşını təhqir edərək, ona əlindəki alışqanı atmışdır. Onun bu hərəkəti rəsmiləşdirilmiş və Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə ona 15 gün inzibati həbs verilmişdir. Bütün bunlara baxmayaraq həmin mənzil hələ də, boşaldılmamışdır. Cavabdehlərin bu hərəkəti mənzillərin mülkiyyətçisi kimi Hacıqabul RİH-nin mülkiyyət hüquqlarını pozmuşdur. Hacıqabul rayonunda yaşayış yeri üzrə mənzil növbəsinə durmaq üçün müraciət etmiş şəxslərin sayı 220 nəfəri keçmişdir ki, onların 65 nəfərindən çoxunu şəhid ailəsi və Qarabağ müharibəsi əlilləri təşkil edir. Cavabdehlərin belə hərəkətləri bu işin həllinə ciddi maneə törədir. Cavabdehə dəfələrlə evi boşaltması barədə xəbərdarlıq edilsə də, cavabdeh buna məhəl qoymamışdır.
5. Hacıqabul Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(071)-423/2020 saylı qətnaməsi ilə (hakim H.Əzizov) iddia təmin olunaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ünvan 3 ünvanından məcburi qaydada çıxarılmaları və həmin mənzilin Hacıqabul RİH-nə qaytarılması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzil Hacıqabul RİH-nin balansında və tam mülkiyyətindədir. İddiaçı cavabdehlərdən evdən çıxmalarını tələb etsə də, cavabdehlər evdən çıxmır və mülkiyyətçi üçün bir sıra çətinliklər yaradır. Cavabdehlərin mübahisəli mənzildə yaşaması Hacıqabu l RİH-nin mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 anası X1 2009-cu ilə kimi 20 ilə yaxın MİS-də çalışmışdır. Hazırda onlarla yaşayır və onkoloji xəstədir, Hacıqabul rayonunda yerləşən Daxili Qoşunların hərbi hissəsində elektrik mühəndisi işləmişdir. Mən zil əvvəllər Daxili Qoşunların balansında olubsa, deməli orada illərlə çalışan atası Nazim Piriyevin mənzilində yaşayır. İddiaçı bunu onlara özü təqdim etməli idi. Hal-hazırda N.Piriyev rəhmətə gedib. Mənzil Hacıqabul rayonu Mənzil İstismar Sahəsinin balansında olubsa, 20 ildən çox MİS-də çalışmışdır, o, növbədənkənar mənzillə təmin olunmalı idi. Əgər mənzil dövlətin xətti ilə icra nümayəndəliyinin balansına keçibsə, onda icra strukturları sadaladığı faktlara əsasən rayonun çoxuşaqlı vətəndaşı kimi, orada yaşamağı da nəzərə alınaraq mənzil növbəsizlik prinsipi ilə ona yazılmalı idi.
9. Apellyasiya baxışı zamanı cavabdehlərdən Cavabdeh2 yaşadıqları mübahisəli Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən 3 saylı evin 7 saylı mənzilinə dair Müdafiə Nazirliyi Salyan rayon Mənzil İstismar Hiss əsi tərəfindən 27 noyabr 1991-ci il tarixdə verilmiş 008413 saylı orderin əslini təqdim edərək, həmin mənzilin rəhmətlik atası na iş yerindən verildiyini bildirmiş, eyni zamanda qeyd etmişdir ki, qeydiyyatda olduğu Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən 3 saylı evin 8 saylı mənzili 01 avqust 2001-ci il tarixli order əsasında mərhum atasının ailə üzvlərinə verilmişdir. Hal hazırda 8 saylı mənzildə anası, 7 saylı mənzildə isə o, əri Cavabdeh1 və uşaqları yaşayırlar.
10. İddiaçının nümayəndəsi həmin sənədin saxtalaşdırıldığını bildirərək ekspertiza təyin olunmasını xahiş etmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən 16 iyun 2021-ci il tarixli qərardadla sənədlərin texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfi ndən verilmiş 05 avqust 20221-ci tarixli rəylə müəyyən edilmişdir ki, tədqiqatda təqdim edilmiş 27 noyabr 1991-ci il tarixli 008413 nömrəli orderin “квартира” qrafasindakı “7” rəqəminin yerində əvvəlcə “8” rəqəmi olub, sonradan üzərinə mexaniki üsulla pozma aparılaraq və əlavə cizgilər artırılaraq, indiki rəqəm icra edilmişdir.
11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 2(106)-214/2021 saylı qətnaməsi ilə (hakimlər T.S Kərimov (sədrlik edən və məruzəçi), İ.H.Əhmədov və T.X.Heydərov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, cavabde hlərin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi onlara münasibətdə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehlərə münasibətdə ləğv edilə bilməz.
13. Cavabdehlər iddiaçı Hacıqabul RİH-nin balansında olan yaşayış sahəsindən hər hansı bir hüquqi əsaslar olmadan qanunsuz istifadə etdiyindən, iddiaçı mülkiyyətçi olaraq özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlı olmuşdur. Belə ki, ekspert tərəfindən verilmiş rəyə əsasən 27 noyabr 1991-ci il tarixli 008413 nömrəli orderinin “квартира” qrafasındakı “7” rəqəminin yerində əvvəlcə “8” rəqəmi olmuş, sonradan üzərinə mexaniki üsulla pozma aparılmışdır.
14. Apellyasiy a instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşmışdır.
15. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən 3 saylı evin 7 saylı mənzilinə dair Müdafiə Nazirliyi Salyan rayon Mənzil İstismar Hissəsi tərəfindən 27 noyabr 1991-ci il tarixdə verilmiş 008413 saylı orderində “квартира” qrafasındakı “8” rəqəminin dəyişdirilərək “7” rəqəmi yazılması ilə bağlı Cavabdeh2 əməlində Azərbaycan Respublikası CM-nin 320.1-c maddəsinin əlamətlərinin olması ilə bağlı araşdırma aparılması barədə xüsusi qərardad çıxarmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehlər (vəkil Cavabdeh1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, Hacıqabul hərbi şəhərciyində SSRİ dövründə atasının əməyini qiymətləndirirərək ona hərbi şəhərcikdə İ.Qayıbov küçəsindəki 3 saylı binadan 7 sayı mənzil verilmişdir. 1994-cü ildə məvcburi köçkünlər gələndə atası müvəqqəti olaraq qaçqın ailəsinə yaşamağa icazə vermişdir. Hərbi şəhərcikdəki evlər rayon icra hakimiyyətinin balansına veriləndə Hacıqabul RİH-nin məsul işçisi Sirac Əsgərov SSRİ dövründə bu evlər üçün verilən orderlərin Azərbaycanın müstəqilliyi dövründə keçərli olmayacağını demiş, evin lazımı qaydada icra hakimiyyəti tərəfindən sənədləşdirəcəyini bildirmiş, bunun müqabilində anasından 10 m in manat pul istəmişdir. 80000 manatı 2018-ci ilin iyun ayında SSRİ dövrünün orderi ilə birlikdə Sirac Əsgərova vermişdir. Qaçqın ailəsi atasına məxsus evdən çıxanda, 4 uşağı ilə birlikdə həmin evə köçmüş, sonradan darısqal şəraitdə yaşamağın mümkün olmadığını görüb uşaqları ilə birlikdə atasına məxsus evdə yerləşmişdir. Rayon icra hakimiyyətinin işçiləri gəlib onu həyat yoldaşı ilə hədələyərək həmin evdən çıxmağını tələb etmiş, qaz xəttinə plomb vurmuşlar. Sirac Əsgərov atasının adına verilmiş orderi saxtalaşdıraraq təqdim etmişdir. Mübahisəli mənzil cavabdehin atasına xx.xx.1991-ci il tarixdə 008413 saylı orderə əsasən verilmiş, indiyədək ailə üzvləri ilə orda qeydiyyatdadır.
18. Cavabdeh kassasiya şikayətində Mülki Məcəllənin 17, 152.3-cü, Mənzil Məcəlləsinin 59.1, 70, 82.1, 82.3-cü mad dələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələrinə və 01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı Hacıqabul RİH-nin nümayəndəsi kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək, kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosessual məsələlər
20. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
21. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz;
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanı nan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşy anı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 4.0.2. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir
25. Yerli icra hakimiyyətləri haqqında Əsasnamə Maddə
17. Yerli icra hakimiyyətlərinin sərəncamında olan əml akın tərkibi
1. Yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında — Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsaitlər və məqsədli fondların vəsaiti, dövlət yaşayış fondu, dövlət yaşayış fondunun evlərində qeyri-yaşayış binaları, mühəndiskommunikasiya, infrastruktur obyektləri (su kəmərləri, kanalizasiya təsərrüfatları, istilik təchizatı, elektrik təchizatı, qaz təchizatı, şəhər elektrik nəqliyyatı qurğuları və şəbəkələri, digər abadlıq obyektləri), istehlakçılara bilavasitə kommunal xidmətlər göstərən və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və qanunvericiliklə müəyyən edilmiş qaydada onların sərəncamına verilmiş digər əmlak daxildir. Maddə
18. Yerli icra hakimiyyətl ərinin sərəncamında olan əmlak barəsində sərəncam verilməsi və onun idarə edilməsi
1. Müvafiq yerli icra hakimiyyətlərinin sərəncamında olan obyektlər üzərində sərəncam verilməsi və onların idarə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
2. Yerli icra hakimiyyəti başçısının: 1) məqsədli fondların vəsaitləri üzərində sərəncam vermək; 2) yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə hüquqi hərəkətlər etmək hüququ vardır. Maddə
32. Mənzil-kommunal təsərrüfatı, ticarətin və əhali üçün digər xidmətlərin təşkil edilməsi sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri
1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) dövlət mülkiyyətində olan mənzil fondunun, kommunal və yol təsərrüfatının istismarını və müvafiq surətdə idarə olunmasını təşkil etmək, müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin fəaliyyətinə nəzarəti həyata keçirmək;
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüq uqun tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya i nstansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İşin müəyyən olunan hallarından göründüyü kimi, cavabdehlərin yaşadıqları Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən 3 saylı evin 7 saylı mənzili, dövlət mənzil fonduna aid olmaqla, Hacıqabul RİH-nin balansındadır. İddiaçı cavabdehlərin həmin mənzildən istifadə hüququnun olmadığını bildirərək, mənzildən çıxarılmasını tələb edir. Cavabdeh isə həmin mənzildən istifadə etmək hüququnu olduğunu iddia edir. İşə baxmış apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən ona istinad etmişdir ki, cavabdehlər iddiaçı Hacıqabul RİH-nin balansında olan yaşayış sahəsindən hər hansı bir hüquqi əsaslar olmadan qanunsuz istifadə etdiyindən, iddiaçı mülkiyyətçi olaraq özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlı olmuşdur.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, mənzildən istifadə hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə, yəni Mənzil Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş hüquqi f aktların baş verməsi mənzildən istifadə hüququnun yaranmasına səbəb ola bilər.
32. İddiaçı cavabdehlərin mübahisəli mənzilə 2014-cü ildə köçdüklərini bildirir. Bu halda cavabdehlərin həmin mənzildən istifadə hüququnun tanınması üçün Mənzil Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmalıdır. Lakin bu cür sübut təqdim olunmamışdır.
33. Cavabdehlər mənzildən istifadə hüququnun yaranması əsası kimi sübut olaraq 27 noyabr 1991-ci il tarixdə verilmiş 008413 saylı orderi təqdim etmişdir.
34. Həqiqətən də Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqınd a qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
35. Bu baxımdan mənzilə dair order yaşayış sahəsindən istifadə hüququnu təsdiq edən sənəd kimi qəbul oluna bilər. Lakin cavabdehin təqdim etdiyi Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən 3 saylı evin 7 saylı mənzilinə dair Müdafiə Nazirliyi Salyan rayon Mənzil İstismar Hissəsi tərəfindən 27 noyabr 1991-ci il tarixdə verilmiş 008413 saylı orderi iddiaçı tərəf mübahisələndirərək, orderin saxtalaşdırıldığını, yəni cavabdehin valideynlərinin adına Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən 3 saylı evin 8 saylı mənzilə dair verilmiş orderdə mənzilin nömrəsini bildirən “8” rəqəmini dəyişərək “7” düzəliş etdiyini bildirmiş və bunun müəyyən edilməsi üçün ekspertiza təyin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin vəsatəti təmin etmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, 27 noyabr 1991-ci il tarixli 008413 nömrəli orderin “квартира” qrafasindakı “7” rəqəminin yerində əvvəlcə “8” rəqəmi olub, sonradan üzərinə mexaniki üsulla pozma aparılaraq və əlavə cizgilər artırılaraq, indiki rəqəm icra edilmişdir.
36. Göründüyü kimi cavabdehin təqdim etdiyi həmin sənəd saxtalaşdırılmışır və cavabdehin mənzilə hüququnun yaranması üçün əsas ola bilməz.
37. Apellyasiya məhkəməsi bütün sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun araşdıraraq qiymət vermiş, prosessual normanın pozuntusuna yol verməmişdir.
38. Kassasiya şikayətində qeyd olunan digər dəlillər (Hacıqabul RİH-nin məsul işçisi Sirac Əsgərovun mənzilin sənədləşdirilməsi ilə bağlı pul alması, darısqal şəraitdə yaşamağın mümkün olmaması) də mənzilə hüququn yaranmasına səbəb olan hallar deyildir.
39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 2(106)-814/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.