Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2927/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X3rşı mülki iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X3rşı işə bərpa tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-404/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 01 dekabr 2015-ci il tarixdən Balakən MRX üzrə Roçəhməd KTM-də feldşer vəzifəsinə təyin edilmişdir. 03 fevral 2022-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. 16 iyun 2022-ci il tarixdən Şəki RMX PHŞ-nin Cərrahiyə şöbəsinin əməliyyatxana bölməsinə tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. 16 sentyabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanılan əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn İddiaçı işdən azad olunması barədə verdiyi 16 sentyabr 2022-ci il tarixli 1686 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçü n əmək haqqı ödənilməklə işə bərpa olunması və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 27 iyul 2015-ci il tarixdə X6 "feldşer" ixtisası üzrə bitirmişdir. 01 dekabr 2015-ci il tarixdən Balakən MRX üzrə Roçəhməd KTM-də feldşer vəzifəsinə təyin edilmişdir. İşlədiyi illər ərzində daim kollektiv arasında hörmət qazanmış, həmişə şərəf və vicdanla işləyərək işində nöqsana yol verməmiş, heç bir xəbərdarlıq və töhmət almamışdır. Ailə vəziyyəti ilə əlaqədar Şəki şəhərinə köçməli olmuşdur. Yaşayış yerini dəyişdiyi üçün iş yerinin də Şəki MRX-yə dəyişdirilməsi ilə bağlı böyük cəhdlər etsə də bunun mümkün olmayacağı bildirilmişdir. Bu səbəbdən 03 fevral 2022-ci il tarixdə işdən məcburi çıxmalı olmuşdur. Daha sonra 18 mart 2022-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə işə qəbul olunmaq üçün müraciət etmiş, müraciəti aidiyyəti üzrə vakant vəzifə olduğu və məqsədə uyğun hesab edildiyi təqdirdə işlə təmin olunması üçün Şəki RMX-yə yönəldilmişdir. İşlə təmin olunması üçün Sertifikasiya şəhadətnaməsi tələb edildiyi üçün 10 iyun 2022-ci il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona respublika ərazisində feldşer ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün 13 iyun 2027-ci il tarixədək icazə verilmişdir. 16 iyun 2022-ci il tarixdən Şəki RMX PHŞ-nin Cərrahiyə şöbəsinin əməliyyatxana bölməsinə tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi dövrdə heç bir nöqsana yol verməmişdir. Lakin Şə ki RMX-da rəhbərlik dəyişildikdən sonra işçilərin kütləvi işdən çıxarılması halları baş vermişdir. 16 sentyabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanılan əmək müqaviləinə xitam verilmişdir. Sözügedən əmrlə razılaşmadığı üçün müvafiq instansiyalara çoxsaylı şikayətlər ünvanlamışdır. Eyni zamanda məsələni məhkəmə qaydasında mübahisələndirəcəyi üçün Səki 1 saylı Mediasiya Təşkilatında da müraciət etmişdir. Lakin mediasiya mərhələsində razılıq əldə edilmədiyi üçün prosesə xitam verilməsi barədə arayış verilmişdir. Həmçinin başlıca nəzərə alınmalı nüans ondan ibarətdir ki, o, hamilə olduğu halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hansı ki, bütün qanunvericilik aktları ilə yanaşı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində hamilə qadınlara geniş güzəştlər və imtiyazlar nəzərdə tutulur. Ona görə də hesab edir ki, Cavabdehn 16 sentyabr 2022-ci il tarixli 1686 saylı əmri qanunsuz hesab edilməklə ləğv edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa olunmalıdır.
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh «Şəki Rayon Mərkəzi Xəstəxanası» X4 nümayəndəsi X1 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə 3 aylıq müddətli əmək müqaviləsi bağlanaraq Cavabdehn Cərrahiyyə şöbəsinə tibb bacısı vəzifəsinə işə qəbul olunmuşdur. Qeyd edilən müddət bitdikdən sonra isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Yəni müqavilə tərəflərinin razılıqları olmadığından əmək müqaviləsinin müddəti uza dılmayıb. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) 18 yanvar 2023-cü il tarixli, 2(075)-198/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 17 iyun 2022-ci il tarixdən 3 aylıq müddətə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X4 Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsində tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. 17 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən o, tutduğu vəzifədən azad edilmişdir. İddiaçı, onunla bağlanmış ə mək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin əsassız olduğunu bildirərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq “Şəki Rayon Mərkəzi Xəstəxanası” X4 16 sentyabr 2022-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar 17 sentyabr 2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
8. Əmək Məcəlləsinin 79-cu maddəsi hamilə qadınların həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edir. Eyni zamanda Məcəllənin 240-cı maddəsinə əsasən işçinin hamilə olması səbəbindən əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh «Ş əki Rayon Mərkəzi Xəstəxanası» X7 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır.
9. Məhkəmə gəldiyi nəticənin əsası kimi Əmək Məcəlləsinin 2, 3, 68, 73, 83, 240 və 300-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi və yaxud əmək müqaviləsinə xitam verilməsi nəticə etibarı ilə işçinin işdən çıxarılması ilə nəticələnir. Əgər 70-cu maddə ilə qanunvericilik hamilə qadının işdən çıxarılmasını qadağan edirsə, 68-ci maddənin “b” bəndi ilə hamilə qadınla bağlanmış əmək müqavil əsinə xitam verilməsini necə mümkün hesab edə bilər? Əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin bağlanması imkanını nəzərdə tutur. Bununla bərabər, qanunvericilikdə işə qəbul zamanı işəgötürənin müddətli əmək müqaviləsi bağlamaq hüququndan suiistifadəsinin qarşısını almağa yönəlmiş qadağa da nəzərdə tutulur. Qeyd edilən normanın tələbinə görə əgər əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəllidirsə, onda əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Məhkəmə bu maddənin məzmununa nəzər yetirməmiş və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası işin hallarının tam və hərtərəfli araşdırılması idi. Belə ki, yuxarıda qeyd edi ldiyi kimi, iddiaçı Balakən RMX-da xx.xx.2015-ci il tarixdən 03 fevral 2022-ci il tarixə qədər fasiləsiz işləmişdir. Yaşayış yerini dəyişməsilə bağlı məcbur həmin işdən çıxmalı olmuşdur. Həmçinin başlıca nəzərə alınmalı nüans ondan ibarətdir ki, iddiaçı hamilə olduğu halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hansı ki, bütün qanunvericilik aktları ilə yanaşı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində də hamilə qadınlara geniş güzəştlər və imtiyazlar nəzərdə tutulur.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və E.M.Mehdiyev) 2(107)-404/2023 nömrəli, 29 mart 2023cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış dır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
14. Belə ki, iddia tələbi işə bərpa barədədir. İddiaçı tələbinin faktiki əsası kimi o hamilə olduğu halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və bununla da, Əmək Məcəlləsinin tələblərinin pozulmasına istinad etmişdir.
15. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə məhz müddətinin bitməsi səbəbindən Əmək Məcəlləsinin 68 b maddəsi ilə xitam verilmişdir. Qanunvericilik isə hamilə qadınların həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsini qadağan etmişdir.
16. Göründüyü kimi, müqaviləyə işəgötürən tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş imperativ normalara istinad edilməklə xitam verilmişdir.
17. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində Əmək Məcəlləsinin 45.4-cü maddəsinə istinad etməklə Balakən RMX-da xx.xx.2015-ci il tarixdən 03 fevral 2022-ci il tarixə qədər – 5 ildən artıq müddətə fasiləsiz işlədiyi barədə iddiaçının dəlilinə qiymət verərək bu dəlili əsaslı hesab etməmişdir. Belə ki, bu qətnamənin 1-ci bəndində göstərilmiş işin hallarından göründüyü kimi, iddiaçı 03 fevral 2022-ci il tarixdə öz ərizəsi ilə Balakən RMX-da tutduğu vəzifə üzrə işdən çıxmışdır. 16 iyun 2022-ci il tarixdən Şəki RMX-da tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. İşin materiallarından görünür ki, həmin əmək müqa viləsi 3 ay müddətinə bağlanmışdır. 16 sentyabr 2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanılan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qeyd olunan əmək müqaviləsini könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. İddiaçı məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğ un olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi Əmək Məcəlləsinin 2.3, 45, 68, 73, 79, 83, 240 və 300-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin məzmununa diqqət yetirməmiş və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmələr tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu m addəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarındakı mövqeyə əhəmiyyət verilməmiş, işçinin hamilə olması, 5 ildən çox eyni kateqoriyalı qurumda işləməsi, işlədiyi müddət ərzində heç bir nöqsana yol verməməsi, cavabdehin məhkəmə iclasında işçinin işdən çıxarılma səbəbi kimi rəhbərliyin xoşuna gəlməməsi kimi izahı hüquqi baxımdan qiymətləndirilməmişdir. Məhkəmə mövqeyi ilə bağlı heç bir mötəbər sübuta əsaslanmamışdır. Cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar sübut baxımından mötəbər olmasa da məhkəmə həmin halları məqbul hesab etmişdir. İşin faktiki hallarına nəzər yetirəndə işəgötürən tərəfindən Əmək Qanunvericiliyinin tələblərinin pozulduğu, hüquqdan sui-istifadə hallarının baş verməsi aşkar görünsə də məhkəmələr bu hallara səthi yanaşmış, iddiaçının müdafiəsinə yönələn heç bir sübuta, normaya əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
23. Maddə 2, 2-ci hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
24. Maddə 2, 3 hissə. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır.
25. Maddə 3, 2-ci hissə. İşçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqavilə si (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.
26. Maddə 45.4. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
27. Maddə
68. Əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır.
28. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzind ə tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
29. Maddə 79, 1-ci hissə, İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin;; məzuniyyətdə, ezamiyyətdə ol duğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
30. Maddə 83, 1-ci hissə. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
31. Maddə 83, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
32. Maddə 240, 1-ci hissə.Hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə bu Məcəllənin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan iş yerlərinə (işlərə) işə götürməkdən imtina olunan hallara şamil olunmur.
33. Maddə 240, 2-ci hissə. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla b u səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.
34. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilm əklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2 Kassasiya şikayətin də işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. İddiaçının hamilə olduğu dövrdə əmək müqaviləsinə xitam verilməsinin mümkün olmaması, müddətsiz əmək müqaviləsi bağlanmalı olması barədə dəlilinə apellyasiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə tərkibi həmin mövqeyi maddi hüquq normalarına uyğun saymaqla əsaslı hesab edir.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-404/2023 nömrəli, 29 mart 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.