Məhkəmə qərarları › İş №2(102)-2928/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2928/2025

29.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2928/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Məmmədova (Talıbova) Şəfiqə Talıb qızına və X2 qarşı (X14 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə QƏRARI Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər hakimlər X11 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 2(107)-14/2025 nömrəli, 2025-ci il 4 iyun tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 29 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 1.0998 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir 2. 05 avqust 1998-ci il tarixli torpağa mülkiyyət hüququna X25 əsasən Oğuz rayonu Kərimli kəndində yerləşən 1.62 ha torpaq Cavabdeh1 ümumibirgə mülkiyyətindədir. 3. 05 avqust 1998-ci il tarixli Dövlət Aktına əsasən Oğuz rayonu Kərimli kəndində yerləşən 2.93 ha torpaq sahəsi isə Cavabdeh2 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı: a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə Oğuz rayon məhkəməsinə müraciət edərək, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan 1,0998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Oğuz rayon Kərimli kəndində alqı-satqı yolu ilə 1,0998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əldə etmişdir. Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində atasının adına qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və həmin tarixli, AA 555130 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi atasına təqdim edilmiş dir. Cavabdehlər həmin torpaq sahəsinin qeyri-qanuni zəbt etmiş və istifadə etmişlər, habelə torpaqdan çıxmaq tələblərinə məhəl qoymayaraq qeyd etmişlər ki, torpaq sahəsi onlara məxsusdur. Halbuki 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələri tərəfindən ölçmələr zamanı torpaq sahəsinin yeri naturada onlara göstərilmişdir. 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş mütəxəssis rəyi ilə tanış olmuşdur. Mütəxəssis rəyinin nəticələrinə etiraz etmədiyini qeyd etmişdir.

6. Cavabdeh1 bildirmişdir ki, Oğuz rayon Kərimli kəndində mülkiyyətində 1,98 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən vaxtilə ona göstərilmiş qaydada naturada istifadə edir. İddiaçı öz torpaq sahəsinin yerini düzgün müəyyən etməyib, buna görə də mübahisə yarandığından ona və digər cavabdeh olan qardaşı Cavabdeh2 torp aq sahəsinə dair çıxarış və plan-ölçü sənədi verilmir. Cavabdehlərin vəkili, Cavabdeh1 nümayəndəsi Vəkil eyni zamanda bildirmişdi ki, həm iddiaçı, həm də cavabdehlərin torpaq sahəsinin dövlət aktı var, torpaq sahələrinin üst-üstə düşmə ehtimalı böyükdür. Torpaqlara aid dövlət aktları əsasında yenidən ölçmə aparılması məqsədəmüvafiqdir. İddiaçının satın aldığı torpağın əvvəlki mükiyyətçisi cavabdehlərin istifadə etdiyi torpağın yerini heç vaxt mübahisələndirməyib. Məsələ həll olunduqdan sonra iddiaçının çıxarışı mübahisələndirilə bilər. Mütəxəssis rəyini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir.

7. Cavabdeh2da oxşar mövqedən bildirmişdir ki, hazırda istifadə etdiyi torpaq sahəsi 3,55 ha-dır. Onun istifadə etdiyi torpaq sahəsinin rəsmi sənədləri yoxdur. Amma hesab etmişdir ki, iddiaçının torpaq sahəsini tutmamışlar. İddianın rədd edilməsini xahiş etmişdir. 8. 10.08.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlara əsasən mülkiyyətçi İddiaçı məxsus 1,0998 ha torpaq sahəsinə mülkiyyətçinin müraciəti əsasında Dövlət Reyestri Xidmətinin mütəxəssisləri, yerli icra hakimiyyəti və bələdiyyənin nümayəndələri tərəfindən baxış keçirilmiş, torpaq sahəsi **********68 reyestr nömrəli çıxarışa əsasən naturada ölçüləri və koordinatları müəyyənləşdirilərək mülkiyyətçiyə tanıdılmışdır.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və işə əlavə edilmiş mütəx əssis rəyi və yerquruluşu planlarına əsasən işin araşdırılması məqsədilə DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Kərimli kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsilə ölçü işləri aparmışlar.

10. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, xx.xx.2020-ci il tarixli, ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə həmin torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin 0,1825 ha hissəsi üst-üstə düşür. İddiaçı xüsusi mülkiyyətində olan 1.0998 ha torpaq sahəsinin 0,8038 ha hissəsi Cavabdeh1, 0.1110 ha hissəsi isə cavabdeh X4 istifadəsindədir. 0,0025 ha hissəsi istifadə olunmur. Sualların cavabına uyğun olaraq sahələrin ölçüləri və koordinatları rəyə əlavə edilmiş 8 vərəqdən ibarət yerquruluşu planında əks olunmuşdur.

11. Oğuz Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(054)14/2023 nömrəli, 2 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zeynalova Səadət) iddia qismən təmin edilmiş, Cavabdeh1 Oğuz rayonu Kərimli kəndində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020- ci il tarixli, **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin AA 555130 sayl ı planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,8038 ha hissəsindən, Cavabdeh2 0,1110 ha hissəsindən çıxarılması, torpaq sahələrinin iddiaçıya təhvil verilməsi, iddia tələbinin cavabdehlərin iddiaçının mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin 0,0025 ha və 0,1825 ha hissəsindən çıxarılması hissəsində təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 95 manat xidmət haqqından 79 manat və 100 manat dövlət rüsumundan 83 manatın cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi araşdırdığı mütəxəssis rəyinə istinadən hesab etmişdir ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, xx.xx.2020-ci il tarixli, ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə həmin torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin 0,1825 ha hissəsi üst-üstə düşür. İddiaçı xüsusi mülkiyyətində olan 1.0998 ha torpaq sahəsinin 0,8038 ha hissəsi Cavabdeh1, 0.1110 ha hissəsi isə Cavabdeh2 istifadəsindədir və 0,0025 ha hissəsi istifadə olunmur.

13. Məhkəmə hesab etmişdir ki, mülkiyyətçinin hüquqlarının cavabdehlər tərəfindən qismən pozulduğu müəyyən edildiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 iddiaçının mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin mütəxə ssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmiş cizgilər daxilində olan 0,8038 ha, cavabdeh X13 0,1110 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahələri iddiaçıya təhvil verilməli, iddia tələbi 0,0025 ha torpaq sahəsindən çıxarılma hissəsində təmin olunmamalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 158.1, 158.2, 158.4cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına, «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə i stinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, onlar mülkiyyətlərində olan və dövlət tərəfindən verilmiş torpaq sahəsinə mülkiyyət hüquqlarını tam həyata keçirə bilmirlər. Belə ki, iddiaçı 24 il istifadə etdikləri, mülkiyyətlərində olan torpağın bir hissəsinin ona məxsus olduğunu iddia edir. Bundan başqa hesab etmişlər ki, Oğuz Rayon Məhkəməsi prosessual normaları pozaraq şikayət etdikləri qətnaməsini sübutları, etirazları, tərəflərin qarşılıqlı münasibətlərini nəzərə almadan qəbul etmişdir. Cavabd ehlər bildirmişlər ki, məhkəmə tərəfindən guya iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmasına dair qənaəti absurddur və qətnamədə Cavabdeh2 istifadə etdiyi torpaq sahəsinin 3,55 ha olduğu və həmin torpaq sahəsinin rəsmi sənədlərinin olmadığı barədə yazılanlar həqiqəti əks etdirmir. Əslində isə Cavabdeh2 mülkiyyətində 2,93 ha torpaq sahəsi var və onun ailə üzvləri ilə birlikdə adına 23 noyabr 1999-cu il tarixli JN-295 saylı Torpağa Mülkiyyət Hüququna X26 tərtib olunaraq verilmişdir, yəni 23 il ərzində onların istifadəsində olduğu müddətdə mübahisə yaranmadığı halda hazırda mövcud olması cavabdehlər üçün gözlənilməz olmuşdur. Əlavə olaraq, məhkəmə tələskənlik edərək, cavabdehlərdən dövlət aktını tələb etməmiş, iddiaçıya çıxarışın verilməsinin əsaslarını araşdırmamış, həmin çıxarış verilərkən yerində ölçmə işləri aparılmamış və Prezidentin 818 nömrəli Fərmanı nəzərə alınmamışdır. Qeyd etmişlər ki, ekspertiza təyin edilməsi barədə vəsatətləri nəzərə alınmamış və bununla da onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.

17. Məhkəmə kollegiyası 16 may 2023-cü il tarixli qərardadın icrası üzrə verilmiş 17 oktyabr 2023-cü il tarixli 10/3933 nömrəli rəyi əsaslı hesab etmədiyindən həmin rəylə razılaşmamış, məhkəmə kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərardadında qoyulmuş suallara isə 08 iyul 2024-cü il tarixli 3-16-16/2 -10/9105 nömrəli rəylə cavab verilmədiyindən, məhkəmə kollegiyasının 13 avqust 2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, həmin qərardadın icrası üzrə verilmiş 1 8 mart 2025-ci il tarixli 10/6769 nömrəli ekspertiza rəyi mülki iş materiallarına əlavə edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli 10/6769 nömrəli ekpsert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İlkin Əzizovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən; Daşınmaz əmlakın dövlət reyestrindən 16 oktyabr 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat, **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Kərimli kəndində yerləşən 1,0998 ha torpaq sahəsinin sənədd ə göstərilmiş koordinatları müəyyən edilmişdir.; Daşınmaz əmlakın dövlət reyestrindən 16 oktyabr 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat, **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Oğuz rayonu, Kərimli kəndində yerləşən 1,0998 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir, lakin onun hal-hazırda istifadəsində torpaq sahəsi olmadığından naturada ölçüsünü müəyyən etmək olmamışdır; - Oğuz rayon X7 05 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı əsasında JN 295, kodu 40504018 olan Torpağa Mülkiyyət Hüququna X26 ilə Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Oğuz rayonu Kərimli kəndində yerləşən 2,93 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir; - Oğuz rayon X7 05 avqust 1998-ci il tari xli, 68 nömrəli qərarı əsasında JN 295, kodu 40504018 olan Torpağa Mülkiyyət Hüququna X26 ilə Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Oğuz rayonu Kərimli kəndində yerləşən 2,93 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edildikdən sonra, onun naturada ölçüləri müəyyən edilmişdir; - Oğuz rayon X7 05 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı əsasında JN 296, kodu 40504018 olan Torpağa Mülkiyyət Hüququna X26 ilə Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Oğuz rayonu Kərimli kəndində yerləşən 1,62 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir; Oğuz rayon X8 05 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı əsasında JN 296, kodu 40504018 olan Torpağa Mülkiyyət Hüququna X26 ilə Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Oğuz rayonu Kərimli kəndində yerləşən 1,62 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edildikdən sonra, onun naturada ölçüləri müəyyən edilmişdir.

19. İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Kərimli kəndində yerləşən 1,0998 ha torpaq sahəsinin 0,12 ha hissəsi İddiaçı Cavabdeh2 istifadəsində olan torpaq sahəsi ilə, 0,80 ha hissəsi iddiaçı Cavabdeh1 istifadəsində olan torpaq sahəsi ilə, 0,18 ha hissəsi isə ölçü işləri aparılan zaman digər şəxslər tərəfindən istifadə olunmayan torpaq sahəsi ilə üstüstə düşür. Dövlət Aktına əsasən İddiaçı Abdulhüseyn oğlunun adına Çıxarış və plan-ölçü sənədi TEKUİS baza məlumatları əsasında verilmişdir. Sözügedən torpaq sahələri X9 X12 (TEKUİS) baza məlumatlarına əsaslandırılmışdır.

20. Şəki Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) xx.xx.2025-ci ildə, 2(107)-14/2025 nömrəli qətnaməsi ilə (X19 (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elman İsayevdən ibarət tərkibdə) iddia qismən, yəni iddianın Cavabdeh1 qarşı təmin olunmuş Cavabdeh1 Oğuz rayonu Kərimli kəndində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və torpaq sahəsinin AA 555130 saylı planı və ölçüsü sənədinə əsasən İddiaçı mülkiyyətində olan 1,0998 ha torpaq sahəsinin yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,0038 ha hissəsindən çıxarılması və 0,0038 ha torpaq sahəsinin iddiaçıya təhvil veri lməsi hissələrində ləğv edilərək həmin hissələrdə yeni qətnamə qəbul qəbul edilməsini, iddia tələbi Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 1,0998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0038 ha hissəsindən Cavabdeh1 çıxarılması və 0,0038 ha torpaq sahəsinin Cavabdeh1 alınıb iddiaçıya qaytarılması hissəsində rədd edilməsini, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(054)-14/2023 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasını və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin Cavabdeh2 aid hissəsi isə təmin edilməsini, Məhkəmə tikinti-texniki ekspertizaları üzrə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manat ekspert iza xərcinin 50 manatı İddiaçı, 50 manatı Cavabdeh1, 50 manatı isə Cavabdeh2 tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməsini qət etmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına tam uyğun gəlməmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmla kın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** nömrəli çıxarışa əsasən Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 1.0998 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmçinin Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 68 nömrəli qərarı üzrə Torpağa mülkiyyət hüququna dair JN 296 KOD 40504018 nömrəli Dövlət Aktına əsasən Oğuz rayonu Kərimli kəndində yerləşən 1.62 ha torpaq sahəsi Cavabdeh1, Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 68 nömrəli qərarı üzrə Torpağa mülkiyyət hüququna dair JN 295 KOD 40504018 nömrəli Dövlət Aktına əsasən Oğuz rayonu Kərimli kəndində yerləşən 2.93 ha torpaq sahəsi isə Cavabdeh2 ümumibirgə mülkiyyətlərindədir. Məhkəmə kollegiyasının qərardadının icrası üzrə verilmiş mütəxəssis və eksperti za rəyləri ilə İddiaçı mülkiyyətində olan Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 1.0998 ha torpaq sahəsinin 0.80 ha hissəsinin Cavabdeh1, 0.12 ha hissəsinin isə digər Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından və hazırkı mübahisənin mahiyyəti baxımından işə baxan birinci instansiya məhkəməsinin iddiaçıya çıxarışın verilməsinin əsaslarını araşdırmaq kimi bir vəzifəsi olmamışdır.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onların vəsatət vermələrinə baxmayaraq məhkəmənin ekspertiza təyin etməməsinə dair dəlilinə münasibətdə bildirmişdir ki, işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamış, hüquq kimi tanınmışdır. Buna baxmayaraq iş üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmasını təmin etmək məqsədi ilə məhkəmə kollegiyasının 16 may 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti texniki, 14 noyabr 2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti texniki, 13 avqust 2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti texniki ekspertizaları təyin edilmiş, mübahisəyə dair mütəxəssis və ekspertiza rəyləri alınmışdır.

24. Məhkəmə kollegiyası 16 may 2023-cü il tarixli qərardadın icrası üzrə verilmiş 17 oktyabr 2023-cü il tarixli 10/3933 nömrəli rəyi əsaslı he sab etmədiyindən həmin rəylə razılaşmamış, məhkəmə kollegiyasının 14 noyabr 2023-cü il tarixli qərardadında qoyulmuş suallara isə 08 iyul 2024-cü il tarixli 3-16-16/2 -10/9105 nömrəli rəylə cavab verilmədiyindən, məhkəmə kollegiyasının 13 avqust 2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, həmin qərardadın icrası üzrə verilmiş 18 mart 2025-ci il tarixli 10/6769 nömrəli ekspertiza rəyi mülki iş materiallarına əlavə edilmişdir. İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Kərimli kəndində yerləşən 1,0998 ha torpaq sahəsinin 0,12 ha hissəsi İddiaçı Cavabdeh2 istifadəsində olan torpaq sahəsi ilə, 0,80 ha hissəsi iddiaçı Cavabdeh1 istifadəsində olan torpaq sahəsi ilə, 0,18 ha hissəsi isə ölçü işləri aparılan zaman digər şəxslər tərəfindən istifadə olu nmayan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı mülkiyyətinə verilmiş rayonu, Kərimli kəndində yerləşən 1,0998 ha torpaq sahəsinin 0,12 ha hissəsi İddiaçı Cavabdeh2 istifadəsində olan torpaq sahəsi ilə, 0,80 ha hissəsi iddiaçı Cavabdeh1 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. JN-329 nömrəli Dövlət Aktına əsasən İddiaçı Abdulhüseyn oğlunun adına Çıxarış və plan-ölçü sənədi TEKUİS baza məlumatları əsasında verilmişdir. Sözügedən torpaq sahələri X9 X12 (TEKUİS) baza məlumatlarına əsaslandırılmışdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin Oğuz Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(054)14/2023 saylı qətnaməsində “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 16-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X9 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na, eləcə da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xərıtələşdirilməsi yolu ilə X9 uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər planı"na uyğun olaraq dövlət va bələdiyyə mülkiyyətində, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadələrində olan, eyni zamanda torpaq islahatı zamanı verilmiş pay torp aqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı Oğuz rayonu üzrə də layihələr tərtib olunmasını va hal-hazırda layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların sistemə daxil edilməsinin təmin olunmasını, ərazilər üzrə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qeyd olunan məsələlərin öz həllini tapacağını nəzərə almamasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, məhkəmə kollegiyasının qərardadının icrası üzrə verilmiş 18 mart 2025-ci il tarixli 10/6769 nömrəli ekpsert rəyindən də göründüyü kimi JN-329 nömrəli Dövlət Aktına əsasən İddiaçı Abdulhüseyn oğlunun adına Çıxarış və plan-ölçü sənədi TEKUİS baza məlumatları əsasında verilmişdir. Həmçinin həmin rəy verilərkən tərəflərin mülkiyyətlərində olan torpaq sahələri üzrə X9 X12 dair (TEKUİS) baza məlumatları əsas götürülmüşdür. Kollegiya qeyd etmişdir ki, 18 mart 2025-ci il tarixli 10/6769 nömrəli ekpsert rəyində qərardadın 8 və 9-cu sualları üzrə verilmiş cavablarda dəqiqləşdirilmə aparılması məqsədi ilə məhkəmə kollegiyasının iclasına dəvət edilmiş, 18 mart 2025-ci il tarixli 10/6769 nömrəli ekpsert rəyinin verilməsində istinad edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 09 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyini tərtib etmiş X18 dindirilərkən göstərmişdir ki, mütəxəssis rəyində İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Kərimli kəndində yerləşən 1,0998 ha torpaq sahəsinin 0,12 ha hissəsinin iddiaçı Cavabdeh2 istifadəsində olan torpaq sahəsi ilə, 0,80 ha hissəsinin iddiaçı Cavabdeh1 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi fikrinin əslində İddiaçı mülkiyyətinə verilmiş Oğuz rayonu, Kərimli kəndində yerləşən 1,0998 ha torpaq sahəsinin 0,12 ha hissəsinin Cavabdeh2 tərəfindən, 0,80 ha hissəsinin isə Cavabdeh1 tərəfindən istifadə edilməsini, zəbt edilməsini ehtiva etdiyini göstərmişdir. O, həmçinin onun tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 21 dekabr 2022-ci il tarixli mütəxəssis rəyi ilə məhkəmə kollegiyasının qərardadının icrası üzrə verilmiş 09 okty abr 2024-cü il tarixli mütəxəssis rəyləri arasındakı cüzi uyğunsuzluğun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın X9 X5 əvvəl verilməsi, 09 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyinin isə X9 X12 uyğun olması ilə əsaslandırmışdır.

25. Məhkəmə kollegiyası qeydinə əsasən məhkəmə tikinti-texniki ekspertizasının 18 mart 2025-ci il tarixli 10/6769 nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Həmçinin kollegiya izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadları əsasında keçirilmiş ekspertizanın 18 mart 2025-ci il tarixli 10/6769 nö mrəli rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

26. Kollegiyanın mövqeyinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehlərdən Cavabdeh2 iddiaçının mülkiyyətində olan 1.0998 ha torpaq sahəsinin 0,1110 ha hissəsindən çıxarılması qət edilsə də məhkəmə kollegiyasının qərardadının icrası üzrə verilmiş mütəxəssis və ekspertiza rəyləri ilə Cavabdeh2 iddiaçının mülkiyyətində olan 1.0998 ha torpaq sahəsinin daha çox, yəni 0.12 ha hissəsindən istifadə etməsi müəyyən edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də iddianın təmin edilməmiş həmin hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

27. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi vacib hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi i lə cavabdehlərdən Cavabdeh1 iddiaçının mülkiyyətində olan 1.0998 ha torpaq sahəsinin 0,8038 ha hissəsindən çıxarılması qət edilsə də məhkəmə kollegiyasının qərardadının icrası üzrə verilmiş mütəxəssis və ekspertiza rəyləri ilə Cavabdeh1 iddiaçının mülkiyyətində olan 1.0998 ha torpaq sahəsinin 0,80 ha hissəsindən istifadə etməsi müəyyən edilmişdir. Beləliklə cavabdehlərdən Cavabdeh1 iddiaçının mülkiyyətində olan 1.0998 ha torpaq sahəsinin 0,0038 ha hissəsindən çıxarılmasına dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun gəlməmiş, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Kons titusiyasının 13. 1 və 29.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsindəki icraat

29. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil) birgə kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istifadəsində özünə məxsus Torpağa Mülkiyyət Hüququna X24 (JN-329) qeyd edilən ölçüdən artı q (1,30 ha) torpaq sahəsi olmuşdur. Cavabdehlərin istifadə etdikləri torpaq sahəsinin üzərinə çıxarış aldıqdan 2 (iki) il sonra həmin torpaq sahəsindən istifadə etməmişlər. (2(054)-476/2022 nömrəli iş üzrə Oğuz Rayon Məhkəməsinə təqdim olunmuş, 27 dekabr 2022-ci il tarixdə 1674 nömrə ilə qeydiyyata alınmış mütəxəssis rəyi mövcud olmuşdur.) Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən son dövrlərdə “dürüstləşmə” işlərinin aparıldığı tez-tez vurğulanmış olsa da, bu proses yekunlaşmamışdır. Nəticədə vətəndaşların, o cümlədən hazırkı iş üzrə tərəflərin hüquqları kobud şəkildə pozulmuş və mülkiyyətlərindən sərbəst istifadə edə bilməmişlər. İddiaçının iddia tələbi hazırkı iş üzrə cavabdehlərə (Cavabdeh1 Torpağa Mülkiyyət Hüququna X26 JN-296 və X6 - Torpağa Mülkiyyət Hüququna X26 JN295) qar şı yönəldilmişdir. Lakin iddiaçı ilə cavabdehlərin torpaq sahələrinin arasında yerləşən, JN-297 saylı Torpağa Mülkiyyət Hüququna X25 əsasən X10 məxsus 0.34 ha torpaq sahəsi nəzərə alınmamışdır. Bu hal nəzərə alınmayaraq Şəki Apellyasiya Məhkəməsi yanlış qətnamə qəbul etmişdir. X1 işə cəlb edilməmiş, hüquq və vəzifələrinə dair onun mülkiyyət hüququnun pozulmasına səbəb olan qətnamə qəbul olunmuşdur. Göstərilən prosessual hüquq normasının tələbinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(107)-14/2025 nömrəli Qətnaməsi tam ləğv edilməli və iş yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Tərəflərin TEKUİS əsasında torpaq sahələrinə faktiki yerləşmə yerinə uyğun mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarış verilməlidir. b)Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

32. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

33. Maddə

26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

34. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədə n xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 152.1 Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. M addə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

37. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

38. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

39. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

40. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

41. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

42. Maddə 238.1 Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər ə sasında təyin edilir.

43. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.Maddə 239.2. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Cavabdehlər tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qald ırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

54. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiya sı məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehlər dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğu n olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-14/2025 nömrəli, 4 iyun 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar