Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2930/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bakı filialının Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu və tələbin əmlaka yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Bakı filialının Cavabdeh qarşı kreditin, kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 dekabr 2021-ci il tarixli, 2(103)1034/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinə 7 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı filialı ilə Cavabdeh arasında bağlanmış 24 yanvar 2014-cü il tarixli 2 №-li Kredit müqaviləsi və həmin müqaviləyə 28 yanvar 2014-cü il tarixli Əlavə №1-ə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 18% ödəmək şərti ilə 36 ay müddətinə 90.000 manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh 90000 AZN məbləğində krediti illik 18%-lə, 36 ay müddətinə 7-ci aydan başlayaraq aylıq 3000 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. 3. 90000 manat kredit məbləği Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixdə imza edilərək qəbul edilmişdir.
4. İddiaçı Bakı filialı ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış, müqaviləyə ə sasən İpoteka saxlayanla Borcalan arasında bağlanmış 24 yanvar 2014-cü il tarixli 2 Nömrəli Kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh mülkiyyətində olan ünvan yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri 140 000 manat müəyyən edilmişdir. 5. ünvan yerləşən fərdi yaşayış evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır.
6. Həmin mənzil İddiaçı Bakı filialı adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində xx.xx.2014-cü ildə ipoteka ilə yüklü edilmişdir. 7. 11 yanvar 2016-cı il tarixli, XXX nömrəli İddiaçı Bakı filialı tərəfindən Cavabdeh ünvanlanmış bildirişə əsasən, borc məbləğinin qısa müddətdə Banka ödənilməsi tələb olunmuş, əks halda ipoteka predmetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. İddiaçı Bakı filialı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə 25 yanvar 2016-cı il tarixdə ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasına dair ərizə ünvanlanmış, ərizəyə əsasən, Cavabdeh ünvanlanmış ipoteka predmetinə tutma yönəldilməsinə dair Bildirişlərin qeydiyyata alınması xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçıın Bakı Filialı Cavabdeh qarşı iddia ərizəsi, iddia ərizəsinin artırılması və idd ianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 103.629,16 manat (bundan 62.000 manat əsas borc və 41,629,16 manat faiz borcu təşkil edən) müqavilə bitdiyi tarixə (yəni 27 yanvar 2017-ci il tarixə olan qalığı, qalan 12,120,96 AZN isə xx.xx.2017-ci il tarixədək hesablanmış faiz borcu) müqavilə müddəti bitən tarixə 3409,99 manat illik 5 faiz olmaqla cərimə borcunun və 30 manat dövlət rüsumunun tutulması, həmin tələbin kreditin qaytarılmasının təminatı kimi Cavabdeh məxsus ünvan yerləşən fərdi yaşayış evinə yönəldilməsi, evin hərrac vasitəsilə satılması, mənzilin qiymətləndirilməsi, hərrac vasitəsilə satıldıqdan sonra, İddiaçı Bakı Filialında olan kredit borcunun ödənilməsi və satıldıqdan sonra bir ay müddətinə evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmiş dir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı filialı ilə Cavabdeh arasında imzalanmış 24 yanvar 2014-cü il tarixli 2 No-li Kredit müqaviləsi və həmin müqaviləyə 28 yanvar 2014-cü il tarixli Əlavə № 1-ə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 18% ödəmək şərti ilə 36 ay müddətinə 90.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi İddiaçı Bakı filialı ilə Cavabdeh arasında 24 yanvar 2014-cü il tarixli 2 saylı «İpoteka» müqaviləsi imzalanmışdır. Kredit müqavilələrinin 4.1-ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündan 1 ay sonradan başlayaraq hər ayın həmin günü ssuda borcu və ssuda borcuna hesablanmış faizlər də daxil olmaqla 3.253,72 manat kredit ödəməli idi. 28 yanvar 2014-cü il tarixli Kredit müqaviləsinə Əlavə № 1-ə əsasən isə «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündan 1 ay sonradan başlayaraq hər ayın həmin günü ssuda borcuna hesablanmış faizləri və 7-ci aydan etibarən 3.000 manat ssuda və ssuda hesabının qalığına hesablanmış faizləri ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən faizlər ssuda hesabında borc əmələ gələn gündən hesablanır və faizlərin ödənilməsi üçün əsas «Borcalanın» ssuda və ya vaxtı keçmiş ssuda hesabından çıxarışlar təşkil edir. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi»nin hər-hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəlik lərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh ilə bağlanmış 24.01,2014-cü il tarixli, 2 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə öz öhdəliklərinin icra olunmasının təmiatı kimi Cavabdeh ipoteka qoyan»a ona məxsus olan ünvan yerləşən fərdi yaşayış evi ipoteka olaraq təqdim etmişdir. İpoteka müqavilələri dövlət qeydiyyatına alınaraq, bu barədə reyestrdə müvafiq qeydlər edilmişdir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli qərardadı ilə mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli ekspert rəyi ilə Cavabdeh məxsus ünvanndə yerləşən fərdi yaşayış evinin qiyməti 370 000 m anat müəyyən edilmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası və təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. 13. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli ekspert rəyi ilə Cavabdeh məxsus ünvanndə yerləşən fərdi yaşayış evinin qiyməti 293,850,00 manat müəyyən edilmişdir.
14. Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2018-ci il tarixli, 22954 nömrəli ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh 07 mart 2017-ci il tarixə banka olan borcu 105.355,00 manat (əsas borc üzrə 90.000,0 manat, faiz borcu üzrə 15.355,00) müəyyən edilmişdir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Əliyev) (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-91/2018 saylı 9 mart 20 18-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 62000 manat əsas borc, 41629,16 manat məbləğində faiz borcu, müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5%, yəni 3409,99 manat, cəmi 107039,15 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumunun İddiaçı Bakı filialının xeyrinə tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayışın açıq hərraca çıxarılması, ünvan yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 293850 manat müəyyən edilməsi, əldə ediləcək vəsaitin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və qeyd edilən fərdi yaşayış evi satıldıqdan sonra ünvan yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinin ən ge ci bir ay ərzində tərk etmələri, əmlakın satışından əldə edilən məbləğ heasabının borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərinin cavabdehdən tutularaq 80 manat məbləğində pulun məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməsi, aparılmış qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun cavabdehdən tutularaq Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirmə Xidməti MMC-nin hesabına keçirilməsi, aparılmış qiymətləndirmə ekspertizası tədqiqatının dəyəri olan 500 manat məbləğində pulun cavabdehdən tutularaq Əmlak Eksperti Mərkəzi MMC-nin hesabına keçirilməsi qət edilmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, cavabdeh bankdan 90 000 manat məb ləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə kreditin və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, öhdəliyin təminatı kimi cavabdehə məxsus əmlak ipoteka ilə yüklü edilmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməmiş və müqavilələrin şərtlərini pozmuşdur.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 24 yanvar tarixli kredit müqaviləsi üzrə iddia tələbi əsas borcun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Həmçinin məhkəmə tərəfindən keçirilmiş ekspertiza ilə cavabdehə məxsus fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 293,850,00 manat müəyyən edilmişdir. Məhkəmə keçirilmiş ekspertiza rəylərinə əsasən yuxarıda göstərilən nəticəyə gəlmişdir.
18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.5, 295, 296, 317, 319.1, 385.1, 442, 443.1, 448.1 448.2, 448.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14., 77.1, 88, 106, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39., 39.3.3, 59.3.1, 59.3.2, 59.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iştirakı olmadan keçirilmiş məhkəmə baxışında məhkəmə tərəfindən kredit borcunun məbləğini müəyyənləşdirmək üçün ekspertiza təyin olunmuş, ekspert rəyi ilə iddia tələbində göstərilən məbləğlər eyni olmadığı halda məhkəmə yenə də iddia tələbində göstərilən məbləği təmin etməklə xüsusi bilik tələb edilən suala özü cavab vermişdir. Bununla da məhkəmə keçirilmiş ekspertizanı əhəmiyyətsiz etmişdir. Bundan başqa, borcun ipotekaya yönəldilməsinə dair bildirişin qeydə alınmamasını məhkəmə nəzərə almamışdır.
21. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq verilmiş 25 noyabr 2019-cu il tarixli 4498 nömrəli rəydən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin bitdiyi, yəni xx.xx.2017-ci il tarixə Cavabdeh İddiaçı Bakı filialına olan əsas və faiz borcu cəmi 103.600,00 AZN (əsas borc üzrə 90.000 AZN; faiz bor cu üzrə 13.600 AZN) müəyyən edilir,
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və Ə.N.Bayramov) (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-152/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – cavabdehdən 41629,16 manat faiz borcunun və müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5%, yəni 3409,99 manat pulun tutulması hissələrində dəyişdirilərək, Cavabdeh tutulmalı olan faiz borcunun 13600 manat, müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5% məbləğin isə 2583 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən – cavabdehdən 62000 manat pulun tutulması hissəsində dəyişdi rilmədən saxlanılması qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehdən 62000 manat əsas borc tələb etdiyini nəzərə alaraq birinci instansiya məhkəməsi əsas borcun məbləğini iddia tələbi həddində, yəni 62000 manat miqdarında müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Lakin, cavabdehdən tutulmalı olan faiz borcunun məbləği ekspert rəyinə əsasən 13600 manat təşkil etdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 41629,16 manat məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilərək, həmin faiz məbləği ekspert rəyində qeyd olunan həcmdə müəyyən edilməlidir.
24. Cavabdehin apellyasiya şikayətində “müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5%, yəni 3409,99 manat pulun tələb olunması”na narazılığına münasibətdə mə hkəmə kollegiyası hesab etmişdir ki, müqavilə müddəti bitdikdən sonra, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək tələb olunan illik 5% məbləğin miqdarının 2583 manat (62000 manat x 5% = 3100: 12 x 10 ay = 2583 manat) müəyyən edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Buna görə də məhkəmə qətnaməsi “cavabdehdən müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5%, yəni 3409,99 manat pulun tutulması” hissəsində də dəyişdirilərək 2583 manat müəyyən edilməlidir.
25. Cavabdehin apellyasiya şikayətində göstərdiyi digər-borcun ipotekaya yönəldilməsinə dair bildirişin qeydə alınmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, bu hal iş materialları ilə təkzib olunur. Belə ki, işə əlavə olunmuş sənədlərdən (i.v. 24, 26, 31, 32-33, 34, 35-36, 37-38) g örünür ki, iddiaçı Banka olan borcun ödənilməsi, ödənilməyəcəyi təqdirdə müvafiq iddia ilə məhkəməyə müraciət etməsinə dair nəinki cavabdehə bildiriş vermiş, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə “ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi” barədə bildirişin qeydə alınması barədə müraciət etmiş və həmin müraciət üzrə bildiriş qeydə alınmışdır.
26. Bununla da müəyyən olunur ki, Cavabdeh Bankla bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə edilmiş ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi qənaətini Mülki Məcəllənin 442, 443.1, 445.2.1, 445.2.2, 448.1, 739.1, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
28. İddiaçı (vəkil X1) və cavabdeh (Vəkil) qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.
29. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Belə ki, apelyasiya məhkəməsi qətnaməni ekspert rəyi ilə əsaslandırmışdır. Lakin ekspert rəyi düzgün deyil. Apellyasiya məhkəməsi ekspert rəyini müzakirə etmədən qərar çıxarmış, rəyi düzgün qiymətləndirməmişdir. Ekspert rəyi iş materiallarında olan digər sənədlərlə ziddiyyət təşkil edir.
30. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi madd i və prosessual hüquq normalarını pozmuşdur. Ekpspert rəyi ziddiyyətlidir. Rəydə hesablanmış məbləğlər arasında kəskin ziddiyyət vardır. İddiaçı əsas borcu 62000 manat göstərdiyi halda, ekspert əsas borcu 90000 manat hesablamışdır. Kredit ödənişlərinə dair qəbzləri təqdim etsə də, buna qiymət verilməmişdir. Qətnamədən sonrakı ödəniş qəbzləri nəzərə alınmaqla iş üzrə təkrar ekspertiza təyin olunmasına, iddiaçı bankdan bütün ödənişlərə və qalıq borc məbləğinə dair rəsmi sənədlərin tələb olunmasına dair vəsatətlərə apellyasiya kollegiyası heç bir əhəmiyyət verməmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və E.Şamayev) 2(102)-3856/2020 nömrəli 28 sentyabr 2020-ci il tarixli qərarı ilə iddiaçı və cavabdehin kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 yanvar 2020-ci il tarixli, 2(103)-152/2020 nömrəli qətnaməsi tutulan borc məbləği hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır.
32. Məhkəmə Kollegiyası qeyd emişdir ki, apelyasiya instansiya məhkəməsi tutulan borcun məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə borcun məbləğini məhkəmə-mühasibatlıq ekspertizasının 25 noyabr 2019-cu il tarixli 4498 nömrəli rəyinə əsasən müəyyən etmişdir. Apellyasiya instansiyası ekspert rəyinə sübut kimi istinad etsə də, həmin rəyi Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə uyğun qiymətləndirməmişdir. Halbuki cavabdeh ekspert rəyi ilə razı olmadığını apelyasiya baxışında bildirmişdir. Belə olan halda, eksper t rəyinin nəyə görə sübut kimi qəbul edilməsi əsaslandırılmalı, həmin rəyə digər sübutların məcmusu ilə müqayisəli şəkildə qiymət verilməli idi. Həmçinin müqavilə müddəti bitdikdən sonra tələb olunan illik 5% məbləğin miqdarının müəyyən edilməsi xüsusi bilik tələb edən sahəyə aiddir. İş üzrə təyin edilən ekspertiza qarşısında isə həmin hissədə borcun nə qədər olması barədə sual qoyulmadığı üçün həmin tələb üzrə borcun nə qədər olması da ekspertiza tədqiqatından kənarda qalmışdır. Göstərilən nöqsanlar aradan qaldırılmalı, zərurət olarsa, əlavə və ya təkrar ekspertiza təyin edilməsi məsələsi müzakirə edilməlidir.
33. Ali Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 88, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
34. Apelly asiya instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyul 2021-ci il tarixli, 9/2259 saylı rəyinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixə əsas borcu 90000 manat, faiz borcu 13600 manat (illik 18%-lə), xx.xx.2018-ci il tarixə əsas borcu 90000 manat, faiz borcu 13600 manat (illik 18%-lə), faiz borcu 4975,0 (illik 5%-lə) təşkil edir. xx.xx.2018-ci il tarixdən sonra borclunun 54000,0 manat ödəməsi nəzərə alınmaqla, xx.xx.2017-ci il tarixə əsas borcu 49600,0 manat, faiz borcu 0,0 manat, xx.xx.2018-ci il tarixə əsas borcu 54575,0 manat, faiz borcu 0,0 manat (illik 18%-lə), faiz borcu 0,0 manat (illik 5%-lə) təşkil edir.
36. Cavabdeh vəsatət verə rək əlavə ekspert rəyi ilə razı olmadığını bildirmişdir. Belə ki, iddiaçı tərəfindən sonuncu artırmada əsas borc 62000 manat qeyd olunduğu halda, ekspert tərəfindən 90000 manat qeyd olunmasına aydınlıq gətirilməsi üçün, tərəflərin iştirakları təmin olunmaqla, təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir.
37. Məhkəmə kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, tərəflərin iştiraklarının təmin olunduğu təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli, 9/6652 saylı rəyinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixə əsas borcu 62000 manat, faiz borcu 37342 manat, xx.xx.2018-ci il tarixə əsas borcu 62000 manat, faiz borcu 37342 manat, faiz bo rcu 3427,2 (illik 5%-lə) təşkil edir. xx.xx.2018-ci il tarixdən sonra xx.xx.2018-ci ildə 51000 manat, xx.xx.2018-ci ildə 3000 manat olmaqla, cəmi 54000,0 manat ödəməsi nəzərə alınmaqla, banka olan əsas borcu 19000 manat (62000-43000), faiz borcu 26342 manat (37342-11000), xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə faiz borcu 3427,2 manat (illik 5%-lə) təşkil edir.
39. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 1 dekabr 2021-ci il tarixli, 2(103)-1034/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi mübahisələndirilən hissədə qismən təmin edilmiş, cavabdehdən 19000 (on doqquz min) manat əsas borc, 26342 (iyirmi altı min üç yüz qırx iki) manat məbləğində faiz borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə faiz borcu 3409,99 (üç min dörd yüz doqquz manat doxsan doqquz qəpik) manat (illik 5%-lə), cəmi 48751,99 (qırx səkkiz min yeddi yüz əlli bir manat doxsan doqquz qəpik) manat məbləğində kredit borcu və 13,8 (on üç manat səksən qəpik) manat dövlət rüsumu İddiaçı Bakı filialının xeyrinə tutulması qət edilmişdir.
40. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Q anununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə borcun müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, ekspert rəyi nəzərə alınmaqla, Cavabdeh 19000 manat əsas borc, 26342 manat məbləğində faiz borcu tutulmalıdır. Ekspert rəyində xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə əsas borc 3427,2 manat (illik 5%-lə) təşkil etdiyi halda, iddia tələbində həmin məbləğ 3409,99 manat qeyd olunduğundan, məhkəmə MPM-nin 218.3-cü maddəsinə əsasən verilmiş tələb daxilində işə baxdığından, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə olan illik 5%-lə olan faiz 3409,99 manat götürülməlidir.
42. Apellyasiya instansiya məhkəməsi qətnaməsini Mülki Məcəllənin 385.1, 386.1, 739.1, 739.2, 427.3, 442, 445, 445.2.1, 448.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88ci maddələrinə istinadla əsasland ırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
44. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertiza iş üzrə düzgün nəticəyə gəlməməsinə baxmayaraq, əlavə ekspertiza keçirilməsinə dair şifahi vəsatəti məhkəmə tərəfindən təmin olunmamış, əsas məbləğ və faiz borcuna münasibətdə məbləğin yenidən tam, hərtərəfli araşdırılmasına və qiymətləndirilməsinə şərait yaradılmamışdır. İddiaçının tələb etdiyi əsas məbləğdən (62 min manat) birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarıldıqdan sonra 54 min manat ödənilməsinə baxmayaraq ekspertiza rəyində ziddiyyətə və qeyridəqiqliyə yol verilərək daha artıq rəqəm hesablanmasını, iddiaçının tələb etdiyi rəqəmlə ekspertizanın hesabladığı rəqəmlərin ziddiyyətli olmasına diqqət etməmiş və yalnız ekspertiza rəyində göstərilənləri əsas tutaraq işdəki sübutları nəzərə almamışdır. İş materiallarında bundan daha artıq məbləğ ödənildiyini təsdiq edən qəbzlər də mövcuddur.
45. Cavabdeh kassasiya şikayətində Mülki Prosessual Məcəllənin 2.2, 9,88, 103,217, 386, 387-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə etirazın dəlilləri
46. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda iddiaçı qeyd etmişdir ki, cavabdeh 2014-2022-ci illər (8 il) ərzində 4 dəfə olmaqla 89000 manat ssuda ödənişi icra etmişdir: (xx.xx.2015-ci il 5000 manat, xx.xx.2016-ci il 30000 manat, xx.xx.2018-ci il 51000 manat, xx.xx.2018-ci il 3000 manat). Cavabdeh xx.xx.2018-ci ildən xx.xx.2022-ci il tarixədək (4 il) heç bir ödəniş icra etməmişdir. Borcun məcburi alınması üçün məhkəməyə müraciət olunmuş xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixədək cavabdeh borcu ödəmək əvəzinə qanunvericiliyin verdiyi imkandan sui-istifadə etməklə məhkəmə qərarlarını mübahisələndirməklə 6 il müddət əldə etmişdir. Məhkəmə mübahisənin bütün mərhələlərində və ekspertiza zamanı cavabdehə onun ssuda borcu barədə ətraflı izahat verilmişdir. Bununla bağı bütün sənədlər ona, ekspertizaya və məhkəməyə təqdim olunmuşdur. Cavabdehin borcu, onun tərkibi və onda sual yaradan bütün məsələlər barədə ətraflı tam araşdırma aparılmışdır. Hətta sonu ncu məhkəmə baxışı zamanı cavabdeh verilmiş izahatları qəbul edərək onunla razılaşmış, ən qısa müddət ərzində onu ödəyəcəyini bildirmişdir. Cavabdehin artıq ödəmə ilə bağlı qəbzləri məhkəmənin və ekspertlərin iştirakı ilə araşdırılmış və məlum olmuşdur ki, təqdim olunmuş qəbzlər cavabdehin digər əvvəlki kreditinə aiddir, cavabdehin artıq ödəməsi olmamışdır. Hazırkı mübahisə üzrə bir necə dəfə ekspertizalar təyin olunmuşdur. Təkrar ekspertiza barədə tərəfin vəsatəti əsassızdır və işin uzadılması məqsədi ilə verilmişdir. Borc və onun tərkibi dəfələrlə müzakirə olunmuş, sonda cavabdeh özü məbləği qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1034/2021 saylı 01 dekabr 2021-ci il tarixli Qətnaməsində heç bir maddi və prosessual pozuntu olmamışdır. Verilmiş kassasiya şikayətinin təmin ol unmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
47. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
48. Maddə
386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
49. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu c ür dövr ərzində istənilən an icra edilməlidir.
50. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
51. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
52. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
53. Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmə diyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
57. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqey i
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
66. İlk növbədə qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Kassasiya şikayətinin dəlilləri borcun məbləği ilə bağlıdır. Kassator hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən təyin olunmuş ekspertiza iş üzrə düzgün nəticəyə gəlməmiş, əlavə ekspertiza keçirilməsinə dair şifahi vəsatəti təmin olunmamış, əsas məbləğ və faiz borcuna münasibətdə məbləğin yenidən tam, hərtərəfli araşdırılmasına və qiymətləndirilməsinə şərait yaradılmamışdır. Beləki, iddiaçının tələb etdiyi əsas məbləğdən (62 min manat) birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarıldıqdan sonra 54 min manat ödənilməsinə baxmayaraq ekspertiza rəyində ziddiyyətə və qeyri-dəqiqliyə yol verilərək daha artıq rəqəm hesablanması, iddiaçının tələb etdiyi rəqəmlə ekspertizanın hesabladığı rəqəmlərin ziddiyyətli olmasına diqqət etməmiş və yalnız ekspertiza rəyində göstərilənləri əsas tutmuşdur. 68. 2-ci apellyasiya baxışına qədər borcun məbləğinin müəyyən edilməsi üçün bir neçə dəfə ekspertiza keçirilmişdi. Əvvəlki kassasiya instansiyasının göstərişlərinə uyğun olaraq sonuncu apelyasiya instansiya məhkəməsinin xx.xx. 2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
69. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyul 2021-ci il tarixli, 9/2259 saylı rəyinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixə əsas borcu 90000 manat, faiz borcu 13600 manat (illik 18%-lə), xx.xx.2018-ci il tarixə əsas borcu 90000 manat, faiz borcu 13600 manat (illik 18%-lə), faiz borcu 4975,0 (illik 5%-lə) təşkil edir. xx.xx.2018-ci il tarixdən sonra borclunun 54000,0 manat ödəməsi nəzərə alınmaqla, xx.xx.2017-ci il tarixə əsas borcu 49600,0 manat, faiz borcu 0,0 manat, xx.xx.2018-ci il tarixə əsas borcu 54575,0 manat, faiz borcu 0,0 manat (illik 18%-lə), faiz borcu 0,0 manat (illik 5%-lə) təşkil edir.
70. Həmin rəydən sonra, cavabdeh vəsatət verərək əlavə eksp ert rəyi ilə razı olmadığını bildirmişdir. Belə ki, iddiaçı tərəfindən sonuncu artırmada əsas borc 62000 manat qeyd olunduğu halda, ekspert tərəfindən 90000 manat qeyd olunmasına aydınlıq gətirilməsi (hazırkı kassasiyanın da dəlili ondan ibarətdir) üçün, tərəflərin iştirakları təmin olunmaqla, təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlisini xahiş etmişdir.
71. Apellyasiya Məhkəməsi vəsatəti təmin edərək xx.xx.2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.
72. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli, 9/6652 saylı rəyinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixə əsas borcu 62000 manat, faiz borcu 37342 manat, xx.xx.2018-ci il tarixə əsas borcu 62000 manat, faiz borcu 37342 manat, f aiz borcu 3427,2 (illik 5%-lə) təşkil edir. xx.xx.2018-ci il tarixdən sonra xx.xx.2018-ci ildə 51000 manat, xx.xx.2018-ci ildə 3000 manat olmaqla, cəmi 54000,0 manat ödəməsi nəzərə alınmaqla, banka olan əsas borcu 19000 manat (62000-43000), faiz borcu 26342 manat (37342-11000), xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə faiz borcu 3427,2 manat (illik 5%-lə) təşkil edir.
73. Göründüyü kimi, cavabdehin etiraz etdiyi məsələ apellyasiya baxışının predmeti olmuş, bununla bağlı iki dəfə yeni ekspertizalar keçirilmiş, nəticə etibarı ilə sonuncu dəfə cavabdehin vəsatətinə uyğun müvafiq hesablama aparılaraq, onun vəsatətdə qeyd etdiyi məsələlərə aydınlıq gətirilmiş, cavabdehin mənafeyinə uyğun olan rəyə əsasən yekun qərar qəbul edilmişdir.
74. Cavabdeh həmin rəyin əsassız olması ilə bağlı ay dın bir dəlil irəli sürməmişdir. Eyni məsələ ilə bağlı dəfələrlə ekspertizalar keçirilmiş, sonuncu təkrar ekspertizanın rəyini şübhə altına almağa əsaslar müəyyən edilmir. Nəzərə almaq lazımdır ki, təkrar ekspertizanın keçirilməsinin əsasları qanunla müəyyən edilir. Rəyin əsassız olması barədə şifahi bəyanat həmin rəyin həqiqiliyini qüvvədən salmır. Bunun üçün rəyin əsassız olmasına ehtimal verən hallar olmalıdır. Cavabdeh isə bu halı sübuta yetirə bilməmiş, heç bir sübuta əsaslanmayan şifahi bəyanatdan başqa əlavə mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. 75. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və pro sessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
77. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 1 dekabr 2021-ci il tarixli, 2(103)-1034/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.