Məhkəmə qərarları › İş №2(102)-2930/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2930/2023

04.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2930/2023 04.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, əqdin təmsilçi vasitəsilə bağlanması, vəkalət alanın vəzifələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1017/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inz ibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Mercedes Benz E220 CDİ” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı (sonrakı dövlət qeydiyyat nişanı **-OD-***) avtomobil (bundan sonra – mübahisəli avtomobil) xx.xx.2019-cu il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) adına qeydiyyata alınmışdır.

2. İddiaçı avtomobilin satılması üçün xx.xx.2021-ci il tarixdə Cavabdeh2 etibarnamə vermiş, etibarnamədə avtomobilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyat çıxarmaq, ərizə vermək və s. kimi səlahiyyətlər göstərilmiş, etibarnamə başqa şəxslərə ötürülə bilmək səlahiyyəti ilə 1 il müddətinə verilmişdir. 3. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-sa tqı müqaviləsi ilə iddiaçının andan mübahisəli avtomobil Cavabdeh1 41.000 manata satmışdır.

4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4592/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli avtomobilin alqı-satqı barədə xx.xx.2021-ci il tarixli müqavilə ilə həmin avtomobilin satışından əldə edilmiş vəsaitin və ya onun dəyərinin, yəni 50.000 manatın cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla ə saslandırılmışdır ki, iddiaçı mübahisəli avtomobili özünü "xxxx" MMC-nin məsul şəxsi kimi qələmə verən Cavabdeh2 50.000 manata satmaq barədə razılığa gəlmişlər. Sonuncu qeyd olunan nəqliyyat vasitəsinə görə 50.000 manatı xx.xx.2021-ci il tarixədək iddiaçıya ödəməli idi. mübahisəli avtomobil xx.xx.2021-ci il tarixli etibarnamə əsasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satılmışdır. Ancaq indiyə qədər nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait iddiaçıya ödənilməmişdir. Mübahisəli əmlaka dair etibarnamə ilə Cavabdeh2 (təmsil olunan) iddiaçını üçüncü şəxslər qarşısında təmsil etmək və öz maraqlarını daxilində deyil, onun maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir.

7. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iza hatında göstərmişdir ki, bu məsələ ilə bağlı daha öncə məhkəmə prosesi olub və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə iddia rədd olunmuşdur. O, maşınların alqısatqısı ilə məşğul olan şirkətdə işləyir və işi sadəcə təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Sözügedən maşın ona yox, şirkətə verilib. Sadəcə şirkət rəhbərliyi üstündə sənədləri olduğu üçün etibarnamənin alınması məqsədilə notariusa getməyi ondan xahiş etmiş və o da qəbul etmişdir. Maşının götürülməsi və sonrakı proseslərlə onun heç bir əlaqəsi olmayıb. Pulun verilməsinə gəldikdə, pul digər Cavabdeh1 tərəfindən iddiaçının qardaşı Ağayev Ravilə verilib. Həmin vaxt otaqda şahidlər də olub.

8. İşə baxılarkən təyin edilmiş qiymətləndirmə üzrə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyi ilə mübahisəli avtomobilin xx.xx.2021-ci il tarixə olan bazar qiyməti 48.000 manat müəyyən edilmişdir.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-6036/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilmiş, Cavabdeh2 iddiaçının xeyrinə 41.000 manat pul tutulmuş, iddia tələbi Cavabdeh1 münasibətdə və qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli avtomobil iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı avtomobili Cavabdeh2 50.000 manata satmaq barədə razılığa gəlmiş və həmin pulu cavabdeh xx.xx.2021-ci il tarixədək iddiaçıya ödəməli olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə avtomaşına dair etibarnamə verərək, xx.xx.2021-ci il tarixədək pulun ödənilməsini gözləmişdir.

11. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Cavabdeh2 iddiaçıya məxsus avtomobili xx.xx.2021-ci il tarixli etibarnamə əsasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi ilə Cavabdeh1 41.000 manata satmışdır. Göründüyü kimi Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında, yəni təmsilçi kimi çıxış edərək mübahisəli avtomobilə dair alqı-satqı müqaviləsi bağlamış, həmin əqd əsasında avtomaşını digər Cavabdeh1 41.000 manata satmış və pulu iddiaçıya verməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı avtomaşına görə pulu cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etsə də, onun tələbi yalnız Cavabdeh2 münasibətdə əsaslı hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən etibarnamə yalnız bir dəfə Cavabdeh2 verilmiş, sonuncu isə həmin etibarnamə əsasında id diaçıya məxsus nəqliyyat vasitəsini Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 isə qeyd olunan avtomobilin dəyərini vicdanlı alıcı kimi tam olaraq Cavabdeh2 ödəmişdir.

13. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 359.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə mübahisəli avtomobilin 41.000 manata iddiaçı tərəfindən digər Cava bdeh1 alqı-satqı müqaviləsi ilə satıldığını, daha sonra isə Cavabdeh2 tərəfindən Cavabdeh1 41.000 manata satıldığını qeyd edir. Göründüyü kimi, məhkəmə iki ziddiyyətli məqamı qeyd etsə də, sonda iş materiallarında olan alqı-satqı müqaviləsinin surəti ilə müəyyən etdiyi halı deyil, məhz heç bir sübut olmadan yalnız öz mülahizəsinə görə məhkəmə iclasında müəyyən edildiyini qeyd edərək, ikinci halı əsas gətirərək qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh2 mübahisəli avtomobilin nə satışında, nə də ki, pulun alınmasında iştirak etməmişdir. O yalnız iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında digər şəxsə etibarnamə vermişdir (etibarnamə iş materiallarına əlavə edilmişdir). Digər bir hal da ondan ibarətdir ki, Cavabdeh2 tərəfindən eyni tərəflər arasında, eyni predmet barəsində v ə eyni əsaslar üzrə mübahisəyə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4592/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini məhkəməyə təqdim etmiş, məhkəmə qətnaməsində həmin akta istinad etsə də, ona qiymət verməmişdir. Həmin qətnamə ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamə qüvvəyə mindiyindən hazırkı işə baxılması mümkün deyildir. Qətnamədə göstərilən dəlillər iddianın rədd edilməsi üçün əsas olduğu üçün məhkəmə qətnamə çıxararkən həmin hissələrə istinad etməmişdir. Halbuki, məhkəmə iş materiallarında mötəbər sübut olan alqı-satqı müqaviləsinin surətindən görünən, yuxarıda qeyd edilən, yəni iddiaçı tərəfindən digər cavabdehə avtomobilin satılması halına istinad etsə idi, cavabdehə qarşı iddia rədd edilməli olacaqdı.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2232/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi) İkram Şirinov və Namiq Cəfərov) Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilən hissəsində ləğv edilmiş, Cavabdeh2 qarşı iddia tələbi rədd edilmişdir.

17. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində mübahisəli avtomobilin Cavabdeh2 tərəfindən satılması halına istinad etsə də, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4592/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, iddiaçı mübahisəli avtomobili Cavabdeh1 41000 manata satmışdır. Qeyd edilən qətnamədən görünür ki, iddiaçı hazırda avtomobilin Cavabdeh2 tərəfindən satıldığını iddia etsə də, əslində sözügedən avtomobillə bağlı alqı-satqı müqaviləsi üzrə iddiaçı özü satıcı olmuş, nəqliyyat vasitəsini Cavabdeh1 41000 manata şəxsən satmışdır.

18. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi MPM-in 82.3-cü maddəsinin tələblərini pozaraq mübahisənin həllində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli qətnaməsinin preyudisiallığını nəzərə almamışdır.

19. Məhkəmə, həmçinin nəzərə almışdır ki, iddiaçı 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində tərəf (satıcı) olması ilə yanaşı, həmçinin Cavabdeh2 notarial qaydada vermiş olduğu e tibarnaməyə xitam verilməsi ilə bağlı 22 iyun 2021-ci il tarixində, yəni alqı-satqı müqaviləsinin bağlanmasından 5 ay sonra 51 saylı notariat ofisinə müraciət etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 məhkəmə iclasında videobağlantı vasitəsilə iştirakını təmin etmiş və cavabdeh izahatında 41000 manatın iddiaçıya verilməsini təsdiq etmişdir.

21. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı sözügedən avtomobilin alqı-satqı müqaviləsində satıcı tərəf olduğundan avtomobilin satış dəyəri olan 41000 manatın cavabdeh tərəfindən alınmasını iddia etməsi nə iş materialları ilə, nə də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda həmin müqavilə məhkəmə tərəfindən etibarsız sayılmadığından və müqavilə şərtlərinin yerinə yetirilməsində pozuntu aşkar edilmədiyindən haz ırkı işə baxılmasında sübut qismində istinad edilməsi yolveriləndir. Əgər iddiaçı məbləğin özünə deyil, Cavabdeh2 verilməsini iddia edirsə, bu halı sübutetmə yükü də iddiaçının üzərinə düşür. Çünki 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində Cavabdeh2 tərəf olmadığına görə, müqavilə üzrə alıcının ona pul ödəməsi ağlabatan və inandırıcı deyildir. Qeyd edilən hallardan və hüquq normalarının tələblərindən də göründüyü kimi 41000 manatın iddiaçıya deyil, Cavabdeh2 ödənilməsini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və iş materiallarında belə bir dəlil aşkar edilməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellya siya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4199/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Aqil Abbasov və Elşad Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının Cavabdeh2 qarşı xx.xx.2021-ci il tarixli avtomobilin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının özünün qeyd edilən avtomobili Cavabdeh1 41.000 manat satmasını n müəyyən edilməsinə preyudisial hal kimi, həmçinin alıcı Cavabdeh1 video-zəng vasitəsilə avtomobilin pulunu iddiaçıya verməsi barədə izahatına istinad etməklə kifayətlənmiş, işdə olan alğı-satqı müqaviləsini satıcı adından başqa şəxs tərəfindən imzalanmasına, iş materiallarında müqavilə üzrə pulun iddiaçıya verilməsi barədə sübutun olmamasına diqqət yetirməmiş, iddiaçının və cavabdehin izahatlarındakı dəlillər üzrə ətraflı araşdırma aparmamış, cavabdehin təmsilçi kimi ona etibar edilmiş səlahiyyətləri başqa şəxsə etibar etməsi və bunun hüquqi nəticələrini mülki qanunvericiliyin normaları baxımından hüquqi təhlil etməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həll edilən iş üzrə iddianın predmeti xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi olmuş, iddiaçı etibarnamə verdiyi Cavabdeh2 tərəfindən aparılmış alqı-satqının qanunsuz olduğunu iddia etmiş, məhkəmə işdə olan sübutları qiymətləndirərək müəyyən etmişdir ki, avtomobilin alğı-satqısına dair iddiaçı Cavabdeh2 xx.xx.2021-ci il tarixdə etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnamə üzrə səlahiyyətləri xx.xx.2021-ci il tarixli etibarnamə ilə Mehman Babayevə ötürmüş, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən avtomobil Cavabdeh1 41.000 manata satılmış, iddiaçı müqavilədən 5 ay sonra etibarnaməni ləğv etmişdir. Məhkəmə Cavabdeh2 verilmiş etibarnamənin qanuni və əsaslı olduğunu, əqdin təmsilçi vasitəsilə bağlanmasına dair maddi hüquq normalarına əsaslanaraq, iddiaçının alğı-satqı müqaviləsinin tərəfi olmasına istinad edərək, müqavilənin etibarsız hesab e dilməsi barədə iddia tələbini təmin etməmişdir. Lakin həmin qətnamədə məhkəmə, həmçinin baxdığı iddia tələbinin predmetini müqavilə üzrə pulun ödənilməməsi əsası ilə müqavilənin ləğv edilməsi təşkil etmədiyi halda, müəyyən etmişdir ki, alğı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin satıcısı iddiaçı olmuşdur, alıcı tərəfindən 41.000 manat ödənilmişdir, həm satıcı, həm alıcı öz öhdəliklərini icra etmiş, müqavilə şərtlərinin yerinə yetirilməsində əhəmiyyətli pozuntu aşkarlanmamışdır, müqavilənin ləğv edilməsi üçün əsas yoxdur. Etibarnamə üzrə nümayəndə əqdi öz adından deyil, təmsil edilən adından bağladığından müqavilədə satıcı kimi iddiaçının adının göstərilməsi həmin alqı-satqıda iddiaçının şəxsən iştirakı demək deyildir. İşdə olan alğı-satqı müqaviləsindən görünür ki, həmin müqavilən i satıcı qrafasında Babayev soyadlı şəxs imzalamışdır. X1 isə həmin avtomobillə bağlı etibarnamə ilə verilmiş səlahiyyətləri cavabdeh xx.xx.2021-ci il tarixli etibarnamə ilə ötürmüşdür. Eyni zamanda, məhkəmənin Cavabdeh1 video-zəng vasitəsilə aldığı izahatına istinad edərək pulun iddiaçının özünə verilməsi barədə əsaslanması da MPM-in 106.1-ci maddəsinin tələbinə uyğun deyildir. Belə ki, həmin normaya əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur ed ir. Qanunvericiliyə görə iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

25. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1017/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Məhkəmə müəyyən etmişdir ki, avtomobilin alğı-satqısına dair iddiaçı Cavabdeh2 xx.xx.2021-ci il tarixdə etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnamə üzrə sə lahiyyətləri xx.xx.2021-ci il tarixli etibarnamə ilə Mehman Babayevə ötürmüş, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən avtomobil Cavabdeh1 41.000 manata satılmış, iddiaçı müqavilədən 5 ay sonra etibarnaməni ləğv etmişdir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar tələbin və (və ya) etirazların predmetinə aid olmayan faktlarla bağlı olduğundan MPM-in 82.3-cü maddəsinə əsasən hazırkı iş üzrə preyudisial hesab edilə bilməz. Həmçinin etibarnamə üzrə nümayəndə əqdi öz adından deyil, təmsil edilənin adından bağladığından müqavilədə satıcı kimi iddiaçının adının göstərilməsi həmin alğı-satqıda iddiaçının şəxsən iştirakı demək deyildir. İşdə olan alqısatqı müqaviləsindən görünür ki, həmin müqaviləni satıcı qrafasında Babayev soyadlı şəxs imzalamışdır. X1 isə həmin avtomobillə bağlı etibarnamə ilə verilmiş səlahiyyətləri Cavabdeh2 xx.xx.2021-ci il tarixli etibarnamə ilə ötürmüşdür. Apellyasiya instansiyası məhkəməsinin iclasında Cavabdeh1 pulun iddiaçının özünə verilməsi barədə izahatı da özü-özlüyündə iddianın əsassız olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

28. Birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Cavabdeh2 iddiaçıya məxsus avtomobili xx.xx.2021-ci il tarixli etibarnamə əsasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi ilə Cavabdeh1 41.000 manata satmış, lakin iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında, yəni təmsilçi kimi çıxış edərək m übahisəli avtomaşına dair alğı-satqı müqaviləsi ilə əldə etdiyi pulu iddiaçıya verməmişdir.

29. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 359.1, 362.1, 364.1, 364.2, 782.1, MPM-in 14.2, 80, 88, 106.1, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

31. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21.1-ci maddəsini səhv tətbiq etmişdir. Belə ki, iddiaçı və avtomobilin alıcısı arasında avtomobilin alqı-satqısına dair müqavilə olmuş və həmin müqavilə üzrə tərəflər öz öhdəliklərini icr a etmiş və bu hal Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə araşdırılmış və yekun nəticəyə gəlinmiş və qətnamə qanuni qüvvəsini almışdır. Digər tərəfdən, Cavabdeh2 ümumiyyətlə alqı-satqı prosesində iştirak etməmiş, sadəcə iddiaçının hüquqlarını etibarnamə əsasında digər şəxsə ötürmüşdür.

32. Məhkəmə iddianı təmin edərkən dolayısı ilə alqı-satqı müqaviləsinin etibarlı olmasını qəbul edir, alıcı Cavabdeh1 tərəfindən pulun ödənilməsi halını da qəbul edir. Lakin həmin pulun iş materiallarında heç bir sübut olmadan nədənsə Cavabdeh2 tərəfindən alınmasını müəyyən edir və ondan pulun tutularaq, iddiaçıya verilməsini qət edir. Halbuki, pulun verilməsi halı alıcının yəni Cavabdeh1 tərəfindən şəxsən məhkəmə iclasında iştirak edərkən iddiaçıya verilməsini təsdiq ed ir. Pulun Cavabdeh2 tərəfindən alınmasını təsdiq edən sübut yoxdur, iş üzrə yeganə mötəbər sübut alıcının, yəni Cavabdeh1 məhkəmədə bildirdiyi haldır ki, avtomobilin pulunu iddiaçıya vermişdir.

33. İş üzrə digər cavabdeh yəni avtomobilin alıcısı Cavabdeh1 məhkəmədə verdiyi izahatında göstərdiyi dəlillər (pulun harada, necə, hansı şəraitdə, müqavilədən əvvəl yaxud sonra) məhkəmə tərəfindən araşdırılmamışdır.

34. Məhkəmə əslində gəldiyi nəticə ilə bağlı hansı maddi hüquq norması hansı münasibətə tətbiq edilməli olmasını qeyd etməlidir, lakin məhkəmə deklarativ olaraq maddi hüquq normalarını sadalamaqla kifayətlənmişdir.

35. Kassasiya şikayəti Mülki Məcəllənin 21.1, 21.2, 359.1, MPM-in 14.2, 77.1, 88, 217.1, 220.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etir azın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

37. Maddə 359.1 Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

38. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəx sə təqdim edə bilər.

39. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.

40. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.

41. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmət ləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

42. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı

43. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

44. MPM-in 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Mülki Prosessual Məcəllə

45. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

46. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edə n şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

54. Maddə 392.

1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:... 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar.

55. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

57. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

58. Qanunun tə ləbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işi n məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

61. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

62. Lakin hazırkı iş üzrə iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbinin qanuni ə sasını müəyyən etməmiş, öz qətnaməsində yalnız Mülki Məcəllənin zərərlə bağlı ümumi norma olan 21-ci maddəsinə və əqdlərin təmsilçi tərəfindən bağlanmasını mümkün hesab edən 359.1-ci maddəsinə istinad etmişdir.

63. Birinci instansiya məhkəməsinin qətnaməsini baxılan hissədə qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün iddia tələbinin qanuni əsasının tapılmasının əhəmiyyətini qeyd etsə, həmçinin qətnamənin “Tətbiq edilən hüquq” bölməsinə Mülki Məcəllənin 364 və 782.2-ci maddələrinin mətnin əlavə etsə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsində iddianın qanuni əsasının hansı mülki qanunvericilik norması olduğunu, onun dispozisiya şərtlərinin nədən ibarət olduğunu müəyyən etməmiş və işin müəyyən olunmuş hallarının həmin şərtlərlə üst-üst düşüb düş mədiyi ilə bağlı hüquqi dəyərləndirmə aparmamışdır.

64. Halbuki kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibinin MPM-in 420-ci maddəsinə əsasən işə yenidən baxan məhkəmə üçün məcburi olan göstərişlərindən biri də ondan ibarət olmuşdur ki, mübahisə həll edilərkən, Mülki Məcəllənin təmsilçiliklə bağlı 359, 364-cü, tapşırıq müqaviləsi ilə bağlı 782.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla hüquqi dəyərləndirmə aparılmalıdır.

65. Mülki Məcəllənin 359.1 və 364-cü maddələrinə əsasən əqd təmsil edənin verdiyi etibarnamə əsasında təmsilçi vasitəsilə də bağlana bilər və etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin i crasını başqa şəxsə etibar edə bilər. Lakin səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşımaq öhdəliyi qoyur.

66. Bununla yanaşı, Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məcəllənin 782.1-ci maddəsi nəzərdə tutur ki, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

67. İşə baxmış apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, avtomobilin alğı-satqısına dair iddiaçı Cavabdeh2 xx.xx.2021-ci il tarixdə etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnamə üzrə səlahiyyətləri xx.xx.2021-ci il tarixli etibarnamə ilə Mehman Babayevə ötürmüş, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən avtomobil Cavabdeh1 41.000 manata satılmış, iddiaçı müqavilədən 5 ay sonra etibarnaməni ləğv etmişdir.

68. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 avtomobilin Cavabdeh1 satılması barədə xx.xx.2021-ci il tarixli müqavilənin bağlanmasında iştirak etməmişdir. İşə baxılarkən Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş etibarnamə üzrə səlahiyyətləri Mehman Babayevə ötürərkən iddiaçıya məlumat verib-vermədiyi ilə bağlı tərəflərlə heç bir müzakirə, hab elə bu müzakirənin nəticəsindən asılı olaraq Mülki Məcəllənin 364-cü maddəsi üzrə hər hansı hüquqi dəyərləndirmə aparılmamışdır.

69. Belə olan halda birinci instansiya məhkəməsinin hansı maddi hüquq norması əsasında mübahisəli avtomobilin alqı-satqı dəyərinin məhz Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi barədə qənaətə gəldiyini müəyyən etmək mümkün deyildir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi də qeyd olunan məsələyə aydınlıq gətirmədən və heç bir əlavə əsaslandırma aparmadan qətnaməni həmin hissədə dəyişdirilmədən saxlamışdır.

70. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda mə hkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

71. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

72. Məhkəmə, özü tərəfindən mü əyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

73. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.

74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1017/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar