Məhkəmə qərarları › İş №2(102)-2930/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2930/2024

17.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2930/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı iddiası ilə bağlı ilk, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər və X10 cavabdehlər və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ Açar sözlər: (mirası qəbul etmək müddətinin uzadılması, mirasın qəbul edilmiş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qar şı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız sayılması, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X11 və X10 cavabdehlər İddiaçı və Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı "mirasın qəbul edilmiş hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1416/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı anası X12 xx.xx.199 1-ci il tarixdə, nənəsi X7 isə xx.xx.1993-cü il tarixdə vəfat ediblər.

2. X4 mülkiyyətində ünvan 1 ünvanında yerləşən yaşayış evi olub.

3. İddiaçı X6 Bakı şəhəri 15 saylı notariat ofisinə müraciət edərək, xx.xx.1993-cü il tarixdə vəfat etmiş nənəsi X1 qalmış miras əmaka hüquqlarının rəsmiləşdirilməsini xahiş etmişdir. Notarius xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirilmişdir ki, mirasın qəbulu müddətini ötürmüşdür və vərəsəliyin qəbulu müddətinin bərpası üçün məhkəməyə müraciət edə bilər.

4. İddiaçı nənəsi Məryam Quliyevadan qalmış mirasdan pay almaq üçün bundan əvvəl müxtəlif vaxtlarda məhkəmələrdə iddia qaldırmışdır.

5. Belə ki, X6 cavabdehlər X21, X22 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iddia əırizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Görədil kəndində yerləşən və mərhum nənəsi X2 miras qalmış 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bərabər bölüşdürülməsini xahiş etmişdir, 5.1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-3976/2018 nömrəli qətnaməsi ilə X3 iddia tələbi rədd edilmişdir. 5.2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-466/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, maddu hüquq norması düzgün tətbiq edilməməsi əsası ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X3 cavab dehlər X21, X22 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı əmlak üzərində mülkiyyət hüququnun tanınması və vərəsələr arasında bərabər bölüşdürülməsinə dair iddiası rədd edilmişdir. Həmin iş üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı miras qalmış əmlakı istər rəsmi, istərsə də faktiki olaraq qəbul etmədən, onun həmin miras əmlaka vərəsəlik hüququ üzrə mülkiyyət hüququnun tanınması tələbi əsaslı hesab edilə bilməz. İddiaçının bu tələbi təmin edilmədiyindən, miras əmlakın iddiaçı da daxil olmaqla digər vərəsələr arasında bərabər şəkildə bölüşdürülməsi barədə iddia tələbi təmin edilməməlidir. 5.3. Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(102)-5036/2019 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla nənəsinin vəfatından sonra mirası qanunla müəyyən edilən qaydada qəbul etməməklə notariat kontoruna müraciət etməmişdir. Əksinə vərəsəlik üzrə digər birinci növbə vərəsə olan cavabdehlər miras qoyanın vəfatından sonra mirası faktiki olaraq qəbul etmişlər.

6. Bundan sonra Kəmalə Əsəddullayeva iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nənəsi X1 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı evə dair mirasın qəbulu müd dətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılmasını xahiş etmişdir. 6.1. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)7209/2019 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. 6.2. Bundan sonra Bakı şəhəri 15 saylı Notariat ofisi tərəfindən 22 fevral 2020-ci il tarixli 2V-35 reyestr nömrəli 69/2017 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçınşn miras əmlaka üçdə bir hissədə payı müəyyən edilmişdir. 6.3. Bakı Apelyasiya Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(103)-5790/2021 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. 6.4. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-180/2022 saylı qərarı ilə maraqlı şəxslər X22 və X21 tərəfindən verilmiş kassa siya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)- 5790/2021 nömrəli qətnaməsi ləğv edilmiş, ərizəçi X3 xüsusi icraat qaydasında ərizəsi hüquq haqqında mübahisə olduğundan baxılmamış saxlanılmışdır.

7. Bundan sonra X6 cavabdehlər X21 və X17 qarşı maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair ilkin iddia vermiş, X21 və X22 isə X5, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və 15 saylı notariat ofisinə qarşı qarşılıqlı iddia verərək, vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsini tələb etmişdir. 7.1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-465/2021 nömrəli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər X21 və X17 qarşı maneələrin aradan qaldırılması və fərdi ya şayış evinə köçürülmə tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, X3 Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinə köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, X21 və X10 X5, DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsinə və 15 saylı notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir. 7.2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-307/2022 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X11 və X10 apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-465/2021 nömrəli qətnaməsi ilkin iddianın qismən təmin edilməsi və qarşıl ıqlı iddianın təmin edilməməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, ilkin iddia İddiaçı Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evinin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,07 ha torpaq sahəsinin 1/3 hissəsinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2020-ci il ta rixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat etibarsız hesab edilmişdir. 7.3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5482/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı notariat ofisinə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 15 saylı notariat ofisinin imtinasının əsassız sayılması, onun ana tərəfdən nənəsi, miras qoyan X1 miras qalmış əmlakların qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxmasının üzrlü hesab edilməsi, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqınd a şəhadətnamə verilməsinin Bakı şəhəri 15 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum nənəsinin əmlakına miras açıldığı dövrdə vərəsəsi olacaq anası sağ olmamış və mirası qəbul edə bilməmişdir. Qanuna əsasən anası olmadığı üçün vərəsə hesab edilir. Bundan başqa, miras qoyana onun tərəfindən baxılmış, qulluq göstərilmişdir. Özü hazırda həmin evdə qeydiyyatdadır. Cavabdehlərin hüquqa zidd maneələri ucbatından hüquqlarından məhrum edilib. Vərəsəlik müddətinin bərpa edilməsilə bağlı vaxtında məhkəməyə müraciətləri olub, lakin iddia ərizəsi düzgün verilmədiyi üçün (xüsusi icraat qaydasında verilmişdir) Ali Məhkəmə tərəfindən tələbi rədd edilərək, baxılmamış saxlanıb və yenidən məhkəməyə iddia icraatı qaydasında müraciət etməsi tövsiyyə olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, onun miras əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş prosessual müddəti buraxması üzrlü hesab edilməli, miras əmlaklara vərəsəlik hüququ tanınaraq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi notariusa həvalə edilməlidir. Bildirir ki, hazırda özünə məxsus yaşayış yeri yoxdur. Qızı ilə birlikdə kirayədə qalır, vəziyyəti çox acınacaqlıdır. Xəstəlikdən əziyyət çəkir. Uzun sürən məhkəmə proseslərinə baxmayaraq, haqqı olan payını notariusun məsuliyyətsizliyi səbəbindən və vəkilinin düzgün olmayan müraciəti əsasında payını ala bilməmişdir.

10. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxslər X21 və X22 iddiaçı X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, il kin iddianın rədd edilməsi və mərhum X1 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinin X21 və X22 tərəfindən qəbul edilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

11. Üçüncü şəxslər iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçı tələbin əsası kimi mübahisə predmetini təşkil edən fərdi yaşayış evində qeydiyyatda olduğunu, hazırki iddiada göstərilmiş müddətin bərpası haqqında tələblə məhkəməyə müraciət etdiyini, lakin ərizənin düzgün şəkildə verilmədiyini bildirib. Fərdi yaşayış evində qeydiyyatda olması məsələsi ilə bağlı bildirirlər ki, iddiaçı Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrində çıx arış əsasında həmin evə qeydiyyata düşüb. Qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-307/2022 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. Həmin qətnamə icra olunmuş, 15 saylı notariat ofisi tərəfindən Abşeron rayonu, Görədil kəndi, İ.Yusifov küçəsi 17 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli, 2V-35 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə notariat ofisi tərəfindən ləğv edilmiş, şəhadətnamə əsasında Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0,07 ha torpaq sahəsinin 1/3 hissəsinin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron ərazi idarəsi tərəfindən ləğv edilmişdir. İddiaçının mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə iddiasına əvvəllər baxılmış, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin tələb təmin edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, lakin həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə qismən təmin edilərək, ərizə baxılmamış saxlanılmışdır. Həmin qərarının çıxarılmasından hazırki iddia ərizəsinin verilməsinədək 1 il 4 ay müddət keçib. Onlar Nəsimi R ayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi barədə məlumatlı olmadıqlarından, həmin qətnamə icraya yönəldilib və İddiaçı Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi 17 saylı evə dair xx.xx.2020-ci il tarixli 2V-35 reyestr nömrəli 69/2017 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, evin 1/3 hissəsinə mülkiyyət hüququ əldə etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsi tərəfindən ona xx.xx.2020-ci il tarixli **********51-10301 saylı hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının onlara qarşı evə köçürülməsi barədə iddiası təmin edilmiş, onların iddiaçıya qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası təmin edilməımişdir. Lakin həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən ilk iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin 9-cu səhifəsinin 3-cü və 4-cü abzaslarında göstərilib ki, “Həmçinin qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəy yən edilmişdir ki, İddiaçı nənəsinin vəfatından sonra mirası qanunla müəyyən edilən qaydada faktiki olaraq qəbul etməmiş, qanunla müəyyən edilən müddətdə notariat orqanına da müraciət etməmişdir”. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli qətnamələrində iddiaçının hazırda iddia etdiyi daşınmaz əmlaka dair mirası faktiki olaraq qəbul etmədiyi və qanunla müəyyən edilən müddətdə notariat orqanına müraciət etmədiyi barədə nəticə çıxarılıb. Beləliklə, iddiaçının hazırda iddia etdiyi daşınmaz əmlaka dair mirası faktiki olaraq qəbul etmədiyi və qanunla müəyyən edilən müddətdə notariat orqanına müraciət etmədiyi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilib. İddiaçının tələbinin əsaslı olmadığı qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edilib və iddianın təmin edilməsi üçün hüquqi əsaslar yoxdur.

12. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)1806/2023 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X11 və X10 iddialarının təmin edilərək, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın - Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evinin X21 və X22 tərəfindən faktiki olaraq qəbul edilmiş hesab olunması qət edilmişdir (hakim Q.Y.Əliyeva).

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul edə bilərdi. Lakin mirasın qəbulu ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində iddiaçı tərəfindən notariat kontoruna müraciət edildiyi təsdiq edilmir.

14. Məhkəmə qeyd etmişdir ki, X8 xx.xx.1993-cü il tarixdə ölmüş, onun ölümü ilə miras açılmışdır. X6 nənəsi X9 öldüyündən 6 ay müddətində mirası qəbul etməsi barədə ərizə verməmişdir. İddiaçı dayılarına güvəndiyini, 2017-ci ildə mirası qəbulu ilə bağlı notariusa müraciət etdiyini, bundan sonra isə məhkəmə mübahisələri olduğudan qanunvericiliklə məyyən edilmiş müddətin ötürüldüyünü qeyd edir.

15. Məhkəmə hesab etmişdir ki, X3 göstərdiyi səbəblər mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması üçün üzrlü səbəb hesab edilə bilməz.

16. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri ol muş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.

17. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X21 və X10 iddialarına münasibətdə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə X21 və X22 miras qoyanın vəfatından sonra mirası faktiki olaraq qəbul etdiyi müəyyən edilmişdir.

18. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun analoji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq hesab etmişdir ki, X4 xx.xx.1993-cü il tarixdə ölməsi ilə xüsusi mülkiyyət hüququ üzrə tam payda onun adına qeydiyyata alınmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı fərdi yaşayış evi onun birinci dərəcəli qanun üzrə vərəsəsi olan oğulları X21 və X23, həmçinin X13 ölümündən sonra oğlu X22 tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, onlar miras əmlakı faktiki idarə edərək miras əmlakı qəbul etdiyini nümayiş etdirmişlər. Qeyd edilənlərə görə X21 və X10 mirası faktiki qəbul edərək onu idarə etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır, ona görə iddia əsaslı olduğu üçün təmin edilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə, Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2, 1246, 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarına, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli qərarının 10-cu bəndinə, Mülki Prose ssual Məcəlləsinin 52.2, 82.1, 82.3, 82.4, 88, 106.3, 191.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə mübahisə predmetinin faktiki olaraq miras əmlak kütləsinə daxil olması və hər bir halda mübahisəli predmetin hər iki tərəfinə münasibətdə eyni olmasına qiymət verməmişdir. İstər həmin mübahisəli ev sənədləşdirilmiş olsun və ya olmasın, hüquqi baxımdan hər bir tərəfin mübahisə predmetinə olan istifadə və sərəncam hüququ eyni hissədədir. Bel ə ki, iddiaçı mirası qəbul edərkən belə özünə düşən ikidə bir hissəni əldə etməyə nail olmuşdur və burada da cavabdehlərin miras kütlədə olan pay hissələrinə toxunmamışdır (cavabdehlərin indiki ədalətsiz davranışından fərqli olaraq). Məhkəmə işə baxılarkən sırf cavabdehlərin iddiası üzərində iş qurmuş və tətbiq edilən hüquq normalarını işin ziddinə təfsir edilməklə tətbiq edilməli olan qanunu deyil, digər münasibətləri nizamlayan hüquq normalarına üstünlük verilmişdir. Onun tələbi mövcud olan sənəd və aşkar şəkildə görünən (vərəsəlik) hüquqların üzərində qurulmuşdur ki, məhkəmə tərəfindən bunlara qiymət verilməyərək mövcud ədalətsiz qətnamənin çıxarılmasına nail olunmuşdur. Məhkəmə tərəfindən şikayət araşdırılarkən həmin evə dair hüququ olan dairəni belə müəyyən etmədən işə cəlb edilməli o lan şəxsləri cəlb etməmişdir. Məhkəmə tərəfindən işə notariat ofisi, ƏMDK yanında DƏDRX-i cəlb edilməmiş və nəticə etibarilə işin onlarla bağlı olan hissəsinə münasibət bildirərək qarşılıqlı iddia tələbi olan “vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” hissəsində təmin etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1416/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2(007)1806/2023 nömrəli qətnaməsi qismən - iddiaçının iddiasının təmin edilməyən hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ver ilməsindən imtinanın əsassız sayılması, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir (hakimlər M.Rüstəmli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və V.Sadıqov).

23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

24. İş üzrə miras qoyan X7 xx.xx.1993-cü il tarixdə vəfat etmiş və onun ölümü ilə vərəsəlik açılmışdır. Belə olan halda hazırki iş üzrə miras qoyan şəxsin öldüyü vaxt qüvvədə olan mülki qanunvericiliyin müvafiq normaları tətbiq edilməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən həmin vaxt qüvvədə olmayan mülki qanunvericilik normalarına istinad olu nmuş, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir.

25. Mülki-prosessual qanunvericiliyin tələbləri baxımından bu hal qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsasdır.

26. İşdə olan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilir ki, mübahisəli miras əmlak iddiaçı tərəfindən istər rəsmi, istərsə də faktiki olaraq qəbul edilməmiş, miras əmlakı faktiki olaraq X21 və X22 qəbul etmişlər.

27. İddiaçının hazırki iddia ərizəsində mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, onun xahişi mahiyyət etibarı ilə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş altı aylıq müddətinin məhkəmə tərəfindən uzaldılmasıdır.

28. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normaları na əsasən, mirasın qəbul edilməsi üçün müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər.

29. Kollegiya bununla bağlı qeyd edib ki, vərəsəlik xx.xx.1993-cü il tarixdə miras qoyanın ölməsi ilə açılsa da, habelə məhkəmə kollegiyasının iclasında iddiaçı miras əmlakla bağlı 1996-cı ildə dayısı ilə aralarında mübahisə yarandığını bildirsə də, iddiaçı mirasın qəbulu ilə bağlı yalnız 2017-ci ildə cavabdeh notariat orqanına müraciət etmişdir. Hazırda iddiaçı mirasın qəbul edilməsi üçün müəyyən edilən müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etsə də, bunun üzrlü səbəblərdən baş verdiyi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli, 2(105)466/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, qeyd olunan miras əmlakla bağlı iddiaçının tələbi üzrə iddia müddəti də ötürülmüşdür.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü sayılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Bu tələb təmin edilmədiyindən, iddiaçının digər tələbləri, yəni “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız sayılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdehin üzərinə qoyulması” tələbləri də təmin edilə bilməz.

32. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü ildən xx.xx.2000-ci ilədək qüvvədə olmuş) 528, 552, 553-cü, MPM-in 14.2, 82.3, 88, 217.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ilkin iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Kəmalə Əsədullayevanın miras əmlak üzərində payı var və o, ədalət çərçivəsində öz payın istəyir. İddiaçı mirasın qəbulu üçün notariusdan imtina məktubunu 2017-ci ildə almış, bu vaxta kimi isə ona vədlər verilmişdir. O, notariusa müraciət edəndə notarius ondan X21 və X10 öz vərəsəlik paylarını alması üçün ərizə alıb. X21 və X22 notariusda razılıq veriblər. 1993cü ildə nən əsi onlarla yaşayıb, 1996-cı ilə qədər mübahisəli əmlakdan istifadə edib. Ondan sonra dayısı və dayısının arvadı ilə aralarında mübahisə yaranıb. Əmlak mübahisəli olduğuna görə notarius ona şəhadətnamə verməməli idi. Nənəsi ölənə qədər onlarla yaşayıb, ona baxıb. Qardaşı imkanlı olduğundan nənəsini o dəfn etmişdir. Anası da nənəsindən əvvəl öldüyünə görə mirasdan payını ala bilməyib. Dayıları bir gün olsun nənəsinə baxmayıblar. Nənəsinə anası baxıb, anasının yanında da dəfn olunub, nənəsini qardaşı dəfn edib, qardaşının yas mərasimi də Abşeron rayonunun Görədil kəndində olub.

35. Maddi hüquq normalarının pozulması hissəsində hakim mübahisə predmetinin faktiki olaraq miras əmlak kütləsinə daxil olması və hər bir halda mübahisəli predmetin hər iki tərəfə münasibətdə eyni olmasına qiymət verm əmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, haz ırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

39. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan SSR Mülki Məcəlləsi (11 sentyabr 1964-cü ildə qəbul edilmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş)

40. Maddə

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.

41. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölmə si və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

42. Maddə

529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.

43. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.

44. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

45. Maddə

553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də mira s qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları süb ut etməlidir.

50. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

55. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

56. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

57. Baxılan işin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisəsiz faktik halları bu qərarın 1-7-ci paraqraflarında əksini tapmışdır.

58. İddiaçı hazırki məhkəmə mübahisəsində nənəsindən miras qalmış əmlakdan pay almağa nail olmaq istəyir və bu məqsədlə aşağıdakı tələbi irəli sürür: onun miras qoyan X1 miras qalmış əmlakların qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxmasının üzrlü hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri 15 saylı notariat ofisinə həvalə edilməsi.

59. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tə rkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).

60. Nəzərə alınmalıdır ki, mirasın açıldığı zaman qüvvədə olmuş Mülki Məcəllənin tələbinə görə mirasdan pay almaq üçün vərəsənin mirası qəbul etməsi zəruri şərt sayılırdı. Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Formalaşmış hüquqi mövqeyə əsasən mirasın formal və qeyriformal qəbulu üsulları qəbul olunur. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vər əsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

61. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.

62. Eyni zamanda miras açılan dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 553-cü maddəsi, üzürlü səbəblərdən mirasın vaxtında qəbul edilmədiyi hallarda həmin müddətin uzadılmasına yol verirdi. Mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilən müddətin keçməsi səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edilə və həmin müddət uzadıla bilərdi.

63. Buraxılmış müddətlərin bərpa olunması ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə əsasən, qanunla nəzərdə tutulmuş və buraxılmış müddətin bərpa olunması üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu şəxsin (konkret halda mirası qəbul etmək istəyən vərəsənin) iradəsindən asılı olmasın, bü səbəblər məhz qanunla müəyyən edilmiş müddətlərdə mövcud olsun. Həmçinin bu manelərin dəf edilməsi şəxsin imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

64. Eyni zamanda nəzərə alınmalıdır ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş üzrlü səbəblərin yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.

65. İşə baxmış apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də bu meyar və tələblərə uyğundu r. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mirası qəbul etmək müddətinin uzadılması üçün bu cür əsaslar müəyyən etməmişdir.

66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

67. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutu lan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1416/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətid

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar