Məhkəmə qərarları › İş №2(102)-2931/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2931/2025

09.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2931/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2697/2025 nömrəli, 26 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 20 yanv ar 2023-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdeh MMC-nin Bərdə Poçt filialının X7 rəisi vəzifəsinə işə qəbul edilmişdir;

3. Tərtər rayon prokurorluğunun 28 oktyabr 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında qeyd olunmuşdur ki, X2 tərəfindən Cavabdeh MMCnin X8 Filialına vurulmuş 6431 manat məbləğində ziyan həmin poçt filialına və cinayət məsuliyyətindən azad olunmaq üçün ödənilməli olan 1607,75 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən, o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə və CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işinin icraatına xitam verilir, İddiaçı əməllərində CM-nin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılmasını n Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddələrinə əsasən rədd edilməsi nəzərə alınır;

4. Tərtər Rayon Prokurorluğunun 24 may 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında qeyd olunmuşdur ki, X2 tərəfindən Cavabdeh MMCnin X8 Filialına vurulmuş 3223 manat məbləğində ziyan həmin poçt filialına və cinayət məsuliyyətindən azad olunmaq üçün ödənilməli olan 1001 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən, o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci və CPMnin 40.3-cü maddəsinə cinayət məsuliyyətindən azad olunmaq üçün ödənilməli olan 1607,75 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən, o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə və CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində ol an cinayət işinin icraatına xitam verilir. Həmin qərara görə İddiaçı əməllərində CM-nin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir;

5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rabitə X4 İttifaqı “Bakı-2” şöbəsinin 30 oktyabr 2023-cü il tarixli iclasının 89 saylı protokolunda qeyd olunmuşdur ki, xidməti fəaliyyətində nöqsana yol verməsinin hüquqi sənədlərlə təsdiq edildiyi və bununla bağlı aparılan araşdırmada hüquqi prosedur qaydalarına əməl olunduğu nəzərə alaraq, HİK-nin “Bakı-2” şöbəsinin iclas iştirakçıları X9 Filialının (RPF) X7 müdiri İddiaçı ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etmir. Protokoldan o da görünür ki, Bərdə R PF-nin Qapanlı PŞ-nin müdiri İddiaçı çıxışında uduşlu lotoreyaların “Colvir” və “Azərlotareya” sistemlərinə işlənməsi zamanı 13207,75 manat dəyərində fərqlər yarandığı, xx.xx.2023-cü il tarixdə həmin vəsaitdən 1000 manat nağd pul vəsaitini müvafiq hesaba mədaxil etdiyini, qalan 12207,75 manat vəsaiti isə xx.xx.2023-cü il tarixədək ödədiyini, həmçinin əskik gələn məbləği tam olaraq bərpa etdiyinə görə işdən azad edilməsinə etiraz etdiyini və Qapanlı PŞ-də poçtalyon işi ilə təmin olunmaq istədiyini də bildirmişdir;

6. Cavabdeh MMC-nin İdarə Heyətinin sədrinin xx.xx.2023-cü il tarixli, 3-27-109/322755/2023 nömrəli Bərdə RPF X7 rəisi İddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrinə əsasən, işəgötürənin təşəbbüsü ilə onun işdən azad olunmasına dair filialın Həmkarlar Komitəsinin müvafiq rəyini nəzərə alıb Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəməyə müraciət edərək, əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, məcburi iş buraxma müddəti üçün hesablanmalı əmək haqqı məbləğinin, mediasiya və məhkəmə xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehin əsas gətirdiyi əməlləri törətməmiş, əksinə cavabdehə başqası tərəfdən vurulmuş zərəri öz hesabına qarş ılamaqla zərərçəkən tərəf olmuşdur. İddiaçı may ayından oktyabr ayınadək işdən kənarlaşdırılmışdır. Belə ki, may ayında poçtun kassasını sıfırlayaraq təhvil vermişdir. May-oktyabr aylarında isə Bərdə filialında 4 dəfə nəzarət şöbəsi tərəfindən yoxlama keçirilmiş, lakin kassada olan çatışmazlıq barədə İddiaçı heç bir məlumat verilməmişdir. Həmçinin şəxsin işdən azad olunmasına səbəb kimi göstərilmiş 13207,75 manat kassada əskik çıxan məbləğin iddiaçı tərəfindən ödənilməsinə dair qəbzlər iş materialları ilə birgə məhkəməyə təqdim edilir ki, bu da cavabdehin əsassız əmr ilə iddiaçının hüquqlarını pozduğunun bariz nümunəsidir. Bununla da, iddiaçının xx.xx.2023-cü il tarixli, 3-27-109/3-2-2755/2023 nömrəli əmrdə qeyd edildiyi üzrə xidməti fəaliyyətində nöqsan olmaması sübuta yetirilir. Bununla yanaşı, iddiaçı, xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, barəsində çıxarılmış sonuncu əmrin ləğv edilməsi və tutduğu vəzifəyə bərpa olunmasını tələb etsə də, cavabdeh bundan əsassız olaraq imtina etmişdir. Cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının əmək müqaviləsini ləğv etməklə Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin tələbləri pozulmuşdur. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. İddiaçı barəsində heç bir intizam tədbiri görülmədən o, birbaşa əsassız yerə işdən çıxarılmışdır. Cavabdeh intizam tənbehini verərkən iddiaçının şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini, çalışma müddətinin çoxluğunu və s. halları nəzərə almamışdır.

9. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazını belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə vermiş olduğu izahatda cari ilin mart, aprel, may ayları üzrə uduşlu lotereyaların “Colvir” və “Azərlotereya” sistemlərinə işlənməsi zamanı 13207,75 manat dəyərində fərqlər yarandığını və həmin fərqlərin “Azərpoçt" MMC-nin n ümayəndələri və filialın baş mühasibi tərəfindən ona izah və sübut edildiyini qeyd etmişdir. İddiaçı yazdığı izahatında 13207,75 manat fərq və kəsirlə razı olduğunu, həmçinin qeyd olunan pul məbləğini ödəməyi öz öhdəsinə götürdüyünü bildirərək, xx.xx.2023-cü il tarixdə 1000 manat nağd pul vəsaitini mədaxil etdiyini, qalan 12207,75 manat pul vəsaitini isə xx.xx.2023-cü il tarixinədək tam ödəyəcəyinə dair söz vermişdir. Yekunda isə cavabdehə vurduğu ziyanı tam ödədikdən sonra öz ərizəsi ilə işdən azad edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə həmkarlar təşkilatının iclası keçirilmiş, iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi müzakirə olmuşdur. Həmin iclasda iddiaçı bir daha izahatında dediklərini təsdiq etmişdir.Həmin məbləğlə ri hissə-hissə tam şəkildə ödədiyini və buna görə də işdən azad edilməsinə etiraz etdiyini bildirmişdir. Beləliklə də, iclas iştirakçıları iddiaçının sözügedən işdən azad olunmasına etiraz etməmişdir. Şöbə müdiri olduğu müddət ərzində iddiaçı tərəfindən vəzifə təlimatlarına düzgün əməl edilməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin və ya müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi sonuncunun birbaşa təqsiri nəticəsində baş vermişdir və bu da işəgötürənə tam şəkildə əsas verir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam versin. Qeyd olunan çatışmayan pul məbləğlərini tam şəkildə bərpa etməsi, iddiaçının təqsirsiz olmasını və ciddi nöqsana yol verməsini istisna etmir.

10. Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-358/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim M.A.Bağırova).

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək fəaliyyəti zamanı iddiaçının yol verdiyi kobud səhvlər, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl yetirilməsi mötəbərliliyi şübhə doğurmayan, Cavabdeh MMC-nin əməkdaşları tərəfindən imzalanmış aktlarla, Cavabdeh MMC tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair arayışla təsdiq olunur. Bu hərəkətlər iddiaçının birbaşa təqsiri nəticəsində baş vermişdir ki, bu da işəgötürənlə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas vermişdir.

12. O da müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə imzalamış olduğu vəzifə təlimatına əsasən şöbə müdirinin öz fəaliyyətində əmək qanunvericiliyini, poçt və m aliyyə xidmətlərini tənzimləyən ölkədaxili və beynəlxalq normativ hüquqi aktları, qaydalar və təlimatları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin direktiv sənədlərini, Cəmiyyətin Nizamnaməsini, X3 Cəmiyyətin baş direktorunun əmr və göstərişlərinin, Vəzifə təlimatını, “Daxili nizam-intizam tələblərini" rəhbər tutur. Vəzifə təlimatının “vəzifə öhdəlikləri və onların təsnifatı” kateqoriyasında qeyd edilmişdir ki, şöbənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə hesablaşma-kassa, şöbənin təklif etdiyi digər poçtmaliyyə xidmətlərinin yüksək səviyyədə göstərilməsinə və hesablaşma kassa əməliyyatlarına nəzarət etmək şöbə müdirinin birbaşa vəzifəsidir. Həmin kateqoriyada əlavə olaraq nağd pulun və digər qiymətlilərin uçotunun aparılmasını, saxlanmasını və qorunmasını təmin etmək, şöbənin nağd vəsaitlərə tələbatını müəyyən etmək, nağd vəsaitlərin alınmasına, təhvil verilməsinə və təyin olunmuş kassa qalıqları limitinə riayət olunmasına nəzarət etmək də qeyd olunmuşdur.

13. Şöbədə risklərin, likvidliyin, valyuta mövqeyinin idarə olunması prosedurlarının yerinə yetirilməsini təmin etmək və nəzarət etmək də şöbə müdirinə aid edilmişdir. Vəzifə təlimatının “Məsuliyyət” kateqoriyasında qeyd olunmuşdur ki, vəzifə borclarının yerinə yetirilməsinə və ya düzgün icra olunmamasına görə əmək qanunvericiliyi çərçivəsində məsuliyyət daşıyır.

14. Odur ki, iddiaçının yol verdiyi əmək pozuntusu işdəki sənədlərlə təsdiq olunduğundan məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsası ol muşdur.İddiaçı tərəfin izahatında istinad etdiyi digər hallar isə mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir.

15. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 70, 72-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əslində heç-bir qüsurlu hərəkətə yol verməmişdir. Buna baxmayaraq, işindəki nüfuzuna və cavabdehlə münasibətlərini korlamamaq üçün dəymiş zərəri ödəmiş və uzun müddət bu zərərin ona geri qaytarılmasını gözləməyi öz öhdəliyinə götürmüşdür. Lakin cavabdeh öz qüsurlarını 30 ildən çox nöqsansız fəaliyyəti olan işçisinin üzərinə ataraq bu məsələni ört-basdır etməyə çalışmışdır. Cavabdeh hətta xx.xx.2023-cü il tarixdə iddiaçıdan fərqli məzmunda iki izahat almış, lakin bunlardan yalnız iddiaçının əleyhinə olanı məhkəməyə təqdim etmişdir. Halbuki, iddiaçı bu məsələnin digər təfərrüatlarını da, öz izahatında qeyd etmişdir. Bununla da, hüquqlarını müdafiə etdiyi İddiaçı hüquqları kobud şəkildə pozulmuşdur və birinci instansiya məhkəməsi də bu pozuntulara qiymət verməmişdir. İş üzrə təqdim edilənlərdən məlum olur ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz.Belə ki, iddiaçının belə p ozuntulara yol verməsi və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Eyni zamanda, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi hansı kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin (cavabdehin) hansı qanuni mənafeyinə ciddi xələl gətirməsi halı da cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3850/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia təmin edilmişdir (hakimlər: F. Qasımov - sədrlik edən və məruzəçi, F. Abdıyev və X. Sarıyev).

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslandırıcı hissəsində xeyli miqdarda – 13207,75 manat kassa əksikliyinə yol verildiyi qeyd edilmişdir, AR CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən də qeyd olunan məbləğ “xeyli miqdar” hesab olunur və həmin məcəllənin 179.2.4-cü maddəsi ilə məsuliyyətə səbəb olur. Lakin işdə olan sübutla r əsasında iddiaçının təqsirli olması müəyyən edilmir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə münasibətdə də pozuntunun (mülkiyyətçiyə maddi ziyanın vurulması) müəyyən edilməsi üçün də təqsirin mövcudluğu sübuta yetirilməlidir. Təqsir şifahi mülahizələrə əsaslanaraq müəyyən edilə bilməz. Nəzərə alınmalıdır ki, mülkiyyətçiyə maddi ziyanın vurulması Cavabdeh MMC-nin Baş Prokurorluğa ünvanladığı müraciətdə ehtimal olunan mənimsəmə faktı cinayət əməli kimi qiymətləndirilmiş, bu barədə müvafiq araşdırma aparılmaqla təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Bərdə rayon prokurorluğunun 24 may 2024-cü il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi” haqqında Qərarına əsasən, İddiaçı əməllərində Cinayət Məcəlləsinin 179 və 313-cü maddələrinin tərkib əlamə tləri olmadığından cinayət işinin başlanılması CPMnin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmadıqda) rədd edilmişdir. Həmin qərarla iş üzrə digər təqsirləndirilən şəxs X2 tərəfindən vurulmuş ziyan ödənildiyinə görə sonuncu Cinayət Məcəlləsinin 73-1.2-ci və Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilmişdir.

20. Göründüyü kimi, İddiaçı əməlində cinayət tərkibinin olmaması müəyyən edilməklə barəsində olan cinayət işinin başlanması rədd edilmişdir. Halbuki, şəxsin mənimsəmə cinayət əməlində təqsirli bilinməsi üçün barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü olmalıdır. İşin qeyd olunan halları fonunda cavabdehə maddi ziyanın vurulması faktı və eyni zamanda bunun iddiaçının təqsiri nəticə sində olması barədə qənaətə gəlmək mümkün olmamışdır. İddiaçının ziyan məbləğindən könüllü ödənişlər etməsi qeyd olunan faktları təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bu da özlüyündə iddiaçının əmək müqaviləsinə qeyd olunan əsasla xitam verilməsinin qanunsuz olduğunu deməyə əsas verir.

21. Bundan əlavə X2 tərəfindən vurulmuş ziyan ödənildiyinə görə o, Cinayət Məcəlləsinin 73-1.2-ci və Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilməsinə, yəni təqsiri müəyyən edilməklə barəsində cinayət işinin icraatına xitam verilməsinə baxmayaraq, sonuncu öz ərizəsinə əsasən işdən azad edilmiş, lakin, ümumiyyətlə təqsiri müəyyən edilməmiş hazırkı iş üzrə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir ki, bu da ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

22. Məhkəmə kollegiyası mövqeyini Əmək Məcəlləsinin 3.5, 3.9, 10, 43.2.2, 57.1, 68.1, 70, 71.2, 71.3, 72, 80, 180.2 və 300-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 121.1, 384.0, 385.1 və 389-cu maddələrinə istinadla əsaslandırmışdır. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

23. Cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti Əmək Məcəlləsinin 70, 71 və 72-ci, MPM-in 388 və 390-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tətbiq edilən hüquq hissəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə toxunulsa da, iddiaçı tər əfindən edilmiş pozuntuların müvafiq izahatlar, aktlar və digər təsdiqləyici sənədlərlə ona məxsus kassada və ona məlum olan kod parol ilə 13207,75 manat pul vəsaitinin çatışmazlığı ilə razılaşması faktının sübuta yetirildiyini, əlavə olaraq öz mülahizəsinə görə başqası tərəfindən törədilmiş əmələ görə özü tərəfindən ödənilmiş pul vəsaitini məhz sistem üzərindən əskikliyin onun kassasında qalmasına görə ödəmək məcburiyyətində qaldığı məsələsinə toxunmamışdır. İş materialları üzrə məlum olan halları nəzərdən keçirdikdə iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması faktiki olaraq müvafiq sənədlərlə təsdiq olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış və işin nəticəsinə təsir edən bütün faktiki hallar aydınlaşdırılmamışdır.

25. Ali Məhkəmənin Mülki koll egiyasının 2(102)-225/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, işin yenidən araşıdırılması üçün həmin məhkəməyə qaytarılmışdır (hakimlər:Ə. Nurməmmədov - məruzəçi, İ. Şəfiyev və A. Abbasov).

26. Kassasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə qətnaməsini iddiaçı tərəfindən vəzifə təlimatının tələblərini pozmaqla törədilmiş hüquq pozuntuları, yəni 13207,75 manat ziyan vurulması nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl yetirilməsi mötəbərliliyi şübhə doğurmayan Cavabdeh MMC-nin əməkdaşları tərəfindən imzalanmış aktlarla, Cavabdeh MMC tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair arayış la təsdiq olunması ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının hərəkət və hərəkətsizliyinə əməllərində cinayət tərkibinin olmaması ilə deyil, vəzifəli şəxs kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməməsi ilə qiymət vermiş, hesab etmişdir ki, işəgötürənə maddi ziyan dəyməsi iddiaçının səhlənkarlığı nəticəsində baş vermişdir.

27. Apellyasiya məhkəməsi rayon məhkəməsinin qətnaməsini ləğv etsə də, rayon məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmamasını əsaslandırmamış, işəgötürənə maddi ziyan vurulması ilə iddiaçının şöbə rəisi kimi öz vəzifələrinə icra etməməsi arasında səbəbli əlaqənin olub-olmadığını müəyyən etməmişdir.

28. Həmçinin, apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin qətnaməsini ləğv etsə də, rayon məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmamasını əsaslandırm amış, işəgötürənə maddi ziyan vurulması ilə iddiaçının şöbə rəisi kimi öz vəzifələrinə icra etməməsi arasında səbəbli əlaqənin olub-olmadığını müəyyən etməmişdir.

29. Belə ki, iddiaçının hərəkətlərində hər hansı cinayətin tərkib əlamətlərinin olması müəyyən edilməsə də, onun hərəkətlərində digər hüquq pozuntularının olması istisna olunmur. İşə baxan apellyasiya məhkəməsi bu halı diqqətdən qaçıraraq işəgötürənə maddi ziyan vurulmasının iddiaçının öz vəzifələrini layiqincə yerinə yetirməməsi ilə səbəbli əlaqənin olub-olmadığını müəyyən etməmiş, bu da düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir.

30. Məhkəmə kollegiyası mövqeyini Əmək Məcəlləsinin 70, 71.2, 71.3, 72, 80.1, 80.2, 300.1-ci və MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 407.2, 416.1 və 416.2-ci maddələrinə istinadla ə saslandırmışdır. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2697/2025 nömrəli, 26 may 2025-ci il tarixli iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: A.İsgəndərov - sədrlik edən və məruzəçi, S. Səlimova və M. Rüstəmli).

32. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, Tərtər rayon prokurorluğunun 24 may 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında isə iddiaçının əməllərində CM-nin 179-cu maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması CPM-nin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmadıqda) rədd edilməsinin nəzərə alınması göstərilsə də, qərarın təsviri hissəsində onun hesabında olan 11207,75 manat əksikliyin onun tərəfindən dərhal ödənilməsi nəzərə alınmaqla göstərilmişdir ki, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyinin aradan qalxması (cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir.

33. Göründüyü kimi, İddiaçı hərəkətlərində hər hansı cinayətin tərkib əlamətlərinin olması müəyyən edilməsə də, onun hərəkətlərində digər hüquq pozuntularının olması is tisna olunmur. Belə ki, müəssisəyə ziyan vurulması işin mübahisəsiz halıdır. Həmin ziyanın vurulması üçün şərait isə məhz iddiaçının öz işinə laqeyd, səhlənkar yanaşmasının nəticəsində yaranmışdır. Məhz iddiaçı əmək müqaviləsi üzrə funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə, şöbənin fəaliyyətinə nəzarəti lazımi səviyyədə təşkil etmədiyinə görə müəssisəyə ziyan vurulmuşdur. İddiaçı özü bunu etiraf etmiş və ziyanı ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ziyanın sonradan ödənilməsi işin mahiyyətini dəyişmir və onun məsuliyyətdən azad olunması üçün əsas vermir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (vəkil: Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təm in edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

35. Kassasiya şikayətinin ilk dəlilinə görə, iddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan hansı kobud pozuntuya yol verdiyi müəyyən edilməməklə yanaşı, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurulduğu da müəyyən edilmir. İddiaçı Tərtər Poçt Filialının işçisi olan və həmin Filialın rəhbərliyi tərəfindən böyük səlahiyyətlər verilmiş Cavid Ocaqverdiyev tərəfindən dələduzluq yolu ilə mənimsənilmiş pulu, bankdan kredit götürərək, öz hesabına dərhal ödəmiş və nəticədə müəssisəyə heç bir ziyan vurulmamışdır. Belə olan halda, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsini n də pozulduğunu təsdiq edir.

36. Həmçinin, işdən çıxarılma barədə əmrdə iddiaçının həmin bəndlərdən məhz hansını pozduğu qeyd olunmamışdır. Buna görə də iddiaçının öz əmək vəzifələrini kobud qaydada pozması halının nədən ibarət olduğu müəyyən deyildir. Belə olan halda, Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsi tətbiq edilməklə, həmin əmr etibarsız hesab edilməlidir. Lakin işə baxan Bakı şəhəri, Səbail Rayon Məhkəməsi iddiaçının işdən çıxarılması barədə əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin konkret olaraq hansı bəndinin pozulduğu qeyd olunmadığı halda, qətnamədə əsassız olaraq iddiaçı tərəfindən həmin maddənin “c” (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) və “e” (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəti cəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) bəndlərinin pozulduğunu qeyd edərək cavabdeh təşkilatın tərəfində çıxış etmiş və tamamilə qanunsuz və əsassız qətnamə çıxarmışdır.

37. Kassasiya şikayətinin digər dəlilinə görə, böyük iş stajına və təcrübəyə malik olan və işlədiyi 30 ildən artıq müddətdə heç bir nöqsana yol verməyən, həmçinin başqasının vurduğu ziyanı öz şəxsi vəsaiti hesabına ödəyən bir işçinin həmin müəssisədə başqası tərəfindən törədilən dələduzluq əməlinə görə işdən çıxarılması Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinin də tələbinin pozulması kimi qiymətləndirilməli olduğu halda, apellyasiya məhkəməsi tərəfindən işin bu halına düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. C avabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Etirazın məzmunu cavabdehin birinci instansiya məhkəməsində iddia tələbinə qarşı verdiyi etirazın məzmununa uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

40. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

41. Maddə 71, hissə

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqav iləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

42. Maddə 71, hissə

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

43. Maddə 80, hissə

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisəd ə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən həmin məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

53. Mübahisəyə mahiyyəti üzrə baxan apel lyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının müəssisəyə ziyan vurulması işin mübahisəsiz halıdır. Həmin ziyanın vurulması üçün şərait isə iddiaçının öz işinə laqeyd, səhlənkar yanaşmasının nəticəsində yaranmışdır. Məhz iddiaçı əmək müqaviləsi üzrə funksiyalarını lazımi qaydada yerinə yetirmədiyinə, şöbənin fəaliyyətinə nəzarəti lazımi səviyyədə təşkil etmədiyinə görə müəssisəyə ziyan vurulmuşdur. İddiaçı özü bunu etiraf etmiş və ziyanı ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ziyanın sonradan ödənilməsi işin mahiyyətini dəyişmir və onun məsuliyyətdən azad olunması üçün əsas vermir.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onla rın dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2697/2025 nömrəli, 26 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar