Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2932/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh2 Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan şəhər məhkəməsinin 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Qurbanov, iş № 2(032)-873/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma tələbinə dair” iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 uşaqları x2, x1 ilə birlikdə Şirvan şəhəri, Səməd Vurğun küçəsi 28 saylı evin 10 №-li mənzilindən, yeni qaydalarla ünvan 1 ünvanından çıxarılmaları qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dek abr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mİrzəyev, iş № 2(106)3671/2019) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-873/2019 saylı, 12 iyun 2019-cu il tarixli qətnaməsi, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətn aməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təs ir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, 08 aprel 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh1 Şirvan şəhəri, Səməd Vurğun küçəsi, 28 saylı evin, 10 saylı ünvanında yerləşən ümumi sahəsi 28,57 kv.m, yaşayış sahəsi 16,12 kv.m, yardımçı sahəsi 12,45 kv.m olan 1 otaqlı mənzili hədiyyə alan İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri Səməd Vurğun küçəsi 28 saylı evin, 10 mənzili, yeni qaydalarla Şirvan şəhəri, Səməd Vurğun küçəsi 24, M5, 3 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət rey estrində 26 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində 25 aprel 2019-cu il tarixdə qeydə alınmışdır. Hazırda həmin mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Mübahisəli mənzil 2015-ci ildən cavabdehlərin istifadəsində olmuş, mənzil iddiaçının xüsusi mülkiyyətinə keçdikdən sonra da cavabdehlər mənzili könüllü olaraq boşaltmamışlar. Cavabdehlərə mübahisəli mənzili boşaltmaları barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də, mənzildən çıxmamışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya aid olan mənzildən könüllü olaraq çıxmadıqlarına görə İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə ona məxsus olan mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin digər halları ilə müəyyən olunur ki, Cavabdeh1 iddiaçının məhrum qızının əri ol muşdur. Onun qızı öləndən sonra Cavabdeh2 ilə nikahlarını rəsmi qaydada qeydə aldırmadan ər-arvad kimi yaşamağa başlamışlar. İddiaçı cavabdehlərin onun ailə uzvü olmadığından və ailə hüquq münasibətləri baxımından qarşılıqlı öhdəliklər daşımadığından onların yaşayış sahəsindən istifadə hüququ əmələ gəlməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrini tətbiq etmişdir. Cavabdeh2 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Apelyasiya məhkəməsi haqlı olara q belə qənaətə gəlmişdir ki, İddiaçı iddia ərizəsində göstərilən hallar, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həqiqətən iddiaçının xüsusi mülkiyyətində olan, Şirvan şəhəri, Səməd Vurğun küçəsi 28 saylı evin 10 №-li mənzilində yaşamaları və həmin mənzildən mülkiyyətçinin istifadə etməsinə maneçilik törətmələri, könüllü olaraq çıxmaq istəməmələri və mülkiyyətçinin öz xüsusi mülkiyyətində olan mənzilinə sahiblik edə bilməsində, həmin mənzildən sərbəst şəkildə istifadə etməsində maneələrin olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azdalıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslan dırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2932/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2932/2020
16.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver