Məhkəmə qərarları › İş №2(102)-2932/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2932/2021

11.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2932/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı X1rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Cəfərova Xəyalə Teymur qızının iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2189/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 0030045 saylı əmək kitabçasının surətindən görünür ki, 10 saylı Ərazi X4 Tərtər rayonu üzrə Mərkəzi üzrə 03.10.2016-cı il tarixli, №71/2 saylı əmrlə Əlizadə X9 iqtisadçı vəzifəsinə təyin edilmişdir. 15 noyabr 2019-cu il tarixli 10 saylı Ərazi X4 Tərtər rayonu üzrə mərkəzləşdirilmiş mühasibat işçiləri arasında məktəb və digər təhsil müəssisələri üzrə əmək haqqı, müavinət pensiyanın hesablanması, mühasibatlıq hesabatlarının aparılması, hesabatı 10 saylı ƏMNM-də aparılan təhsil müəssisələrinin, metod mərkəzinin, mühasibatlığı və təsərrüfat istismar büros unun əsas vəsait, inventar və materialların, hesabatların uçotunun aparılması üzrə mərkəzləşdirilmiş mühasibat işçiləri arasında iş bölgüsündən görünür ki, İddiaçı iqtisadçı Tərtər rayonu üzrə smeta layihələrin, növbəti illərin büdcəsi üçün proqnozların, statistik hesabatların hazırlanması, ümumtəhsil məktəblərinin büdcə xərclərinin iqtisadi əsaslandırılması məqsədi ilə məlumatların toplanıb ümumiləşdirilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş yoxlamanın nəticəsi barədə verilmiş 24 dekabr 2019-cu il tarixli K-1900 saylı əmri ilə vəzifə səlahiyyətlərini aşaraq, malların qəbul edilməsi və paylanılması funksiyalarını həyata keçirməsi zamanı ciddi nöqsanlara yol verdiyi, etik davranış qaydalarını kobud surətdə pozduğu üçün pedaqoji heyət arasın da ciddi narazılıq yaratdığına görə mərkəzin iqtisadçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin təmin edilməsi bildirilmişdir. İddiaçı 10 saylı Ərazi X4 rəisinin adına yazdığı ərizənin surətindən görünür ki, İddiaçı həmin ərizədə 26 dekabr 2019-ci il tarixdən səhhəti ilə əlaqədar olaraq işdən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi üzrə 26 dekabr 2019-cu il tarixli № K-19/2 saylı əmrin surətindən görünür ki, İddiaçı ilə 10 saylı Ərazi X4 Tərtər rayonu üzrə Mərkəzi mühasibatlığın iqtisadçısı, ƏM-68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən və 69-cu maddəsinin 3-cü bəndində göstərilən qaydada 26 dekabr 2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X1rşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun işdən azad edilməsinə dair 26 dekabr 2019-cu il tarixli, K-19/2 nömrəli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2011-ci il tarixdə Bakı Dövlət İqtisad Kollecinin Hüquqşünaslıq, 2018-ci il tarixdə isə Sumqayıt Dövlət Universitetinin tarix müəllimliyi ixtisasını bitirmişdir. 03 oktyabr 2016-cı il tarixdən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı X3 iqtisadçı işləmiş, işlədiyi dövrdə verilən bütün tapşırıqları layiqincə yerinə yetirmiş, keçirilən bütün dövlət tədbi rlərində iştirak etməyə çalışmışdır. Dəfələrlə ayrı-ayrı Dövlət orqanları tərəfindən fəxri fərmanla və digər mükafatla təltif edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı X3 yoxlama aparılmış və bir sıra çatışmamazlıqlar müəyyən edilmişdir. 26 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı X7 ərizə ilə müraciət edərək həmin tarixdən işdən azad olunması ilə bağlı ərizə yazmışdır. Növbəti gün isə yazdığı ərizənin etibarsız hesab edilərək işə bərpa olunmasına görə ərizə təqdim etmişdir. Lakin həmin ərizənin heç bir nəticəsi olmamışdır. İddiaçı eyni zamanda onu da qeyd etmişdir ki, 26 dekabr 2019-ci il tarixdə Azərbaycan Respublikasının Təhsil Nazırliyinin 10 saylı Ərazi X4 rəis vəzifəsini müvəqqəti icra edən Sadiq Həşimov işə başladığı ilk g ündən ona işdən azad olunması ilə bağlı ərizə yazmasını tələb etdiyi üçün ərizə yazmalı olmuş, növbəti gün isə yazdığı ərizəsinin etibarsız hesab edilərək işə bərpa ilə bağlı ərizə yazsa da heç bir nəticəsi olmamış və öz ərizəsi ilə işdən azad olunması barədə ona cavab verilmişdir. 05 fevral 2020-ci il tarixdə məhkəmə iclasında Təhsil Nazirliyinin 10 saylı Ərazi X4 baş mühasibi işləyən Şakir İmanov Təhsil Nazirinin 24 dekabr 2019-cu il tarixli K1900 nömrəli əmrinə əsasən işdən çıxarıldığını bildirərək əmrin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Təhsil Nazirinin əmrinin surəti ona verilmişdir. Həmin əmrin 3.2-ci bəndində qeyd olunan halların heç biri ilə razı deyil, düzgün yazılmamışdır. Belə ki, işlədiyi müddətdə o, heç vaxt vəzifə səlahiyyətlərini aşmamış, əksinə 10 Saylı Ərazi X3 0,5 ştat vahidi ilə anbardar işləyən X2 yazma-oxuma bacarığı olmadığı üçün rəhbərliyin tapşırığı ilə ona köməklik göstərmiş və idarəyə daxil olan mal-materiallar verilən bölgəyə uyğun olaraq müvafiq sənədlərlə aidiyyəti müəssisələrə tam qaydada paylanılmışdır. Etik qaydalarını kobud şəkildə pozduğu üçün rayonun pedaqoji heyəti arasında ciddi narazılıq yaranması barədə yazılanlar əsassız və qərəzlidir, çünki o nəinki etik qaydaları kobud şəkildə pozmuş, əksinə hər bir insana qarşı münasibətdə səmimi olmuş və öz işinə daima vicdanla yanaşmışdır. Əgər hər hansı belə fakt olmuş olsaydı, ən azından bircə nəfər pedaqoji işçinin adını və ya əsaslandırılmış ifadəsini təqdim edərdilər. Bütün bunlarla yanaşı Heydər Əliyev fondunun könüllüsüdür, dəfələrlə Tərtər Rayon İcra Hakimiyyəti, Gən clər və İdman Nazirliyi Heydər Əliyev Fondu və digər Qeyri Hökumət təşkilatları tərəfindən Fəxri Fərman və hədiyyələrlə təltif edilmişdir. İşlədiyi müddətdə əgər vəzifə səlahiyyətlərini aşaraq etik qaydalarını kobud şəkildə pozmuşdursa nə üçün yoxlamadan sonra idarə tərəfindən 2019-cu ilin dekabr ayının sonunda bir aylıq əmək haqqı müqabilində ona pul mükafatı verilmişdir. Onu da qeyd etmişdir ki, 26 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Təhsil Nazırliyinin 10 saylı Ərazi X4 rəis vəzifəsini müvəqqəti icra edən Sadiq Həşimovun təkidi ilə yazmış olduğu işdən azad olunması barədə ərizəsində hansı tarixdən işdən azad edilməsini qeyd etməmiş və ərizəni Azərbaycan Respublikasının Təhsil Nazırliyinin 10 saylı Ərazi X4 rəisi Sadiq Həşimovun adına yazdığından, idarənin rəisi vəzifəsi ni müvəqqəti icra edən Sadiq Həşimov onu məcbur etmişdir ki, ərizəsini təcili dəyişib, Azərbaycan Respublikasının Təhsil Nazırliyinin 10 saylı Ərazi X4 rəisi vəzifəsini icra edən Sadiq Həşimovun adına yazmasını və ərizəsində işdən azad olunması tarixini həmin günü yəni 26 dekabr 2019-cu il kimi göstərməsini təkid etmişdir. O, da gələcək həyatını, karyerasını fikirləşib, onu Əmək Məcəlləsinin daha ağır maddəsi ilə işdən azad etməsinlər deyə məcbur olub, ərizəsini işdən azad olunmaq istədiyi tarixi yəni həmin günün tarixini qeyd etməklə yazmışdır. Həmin vaxt ərizəsini rəisin otağına daha yaxın olan kargüzarın iş otağının qapısı açıq olduğundan onun otağında oturub, yazmışdır. Bütün qeyd olunanları nəzərə alaraq barəsində tərtib edilmiş əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci b əndinə zidd hesab edir. Cavabdeh təşkilatın məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə təqdim olunmuş cavab məktubundan da aydın olmuşdur ki, işlədiyi müddət ərzində barəsində heç bir təqsirləndirici material olmamış, heç bir inzibati tədbir belə görülməmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi X4 12 fevral 2020-ci il tarixli, 04/50 saylı məktubundan görünür ki, İddiaçı 03 oktyabr 2016-cı il tarixindən 26 dekabr 2019cu il tarixə kimi Tərtər rayonu üzrə mərkəzi mühasibatlıqda iqtisadçı vəzifəsində işləmişdir. İşlədiyi dövrdə rəhbərlik tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilmiş, lakin rəsmi qaydada inzibati tənbeh tədbiri görülməmişdir. 2019-cu ilin dekabr ayında Təhsil Nazirliyinin audit yoxlaması nəticəsində müəyyən edilmişdir ki, vəzifə bölgüsündən kən ara çıxaraq mərkəzin adına daxil olan malmaterialların bölgüsü zamanı məktəb direktorlarına əksik vermişdir. Əksik verilən mal-materialların qalıq hissəsi Nazirliyin nümayəndələrinin iştirakı ilə direktorlara paylanmışdır. Direktorlara qarşı mal-materiallar paylanan vaxtı kobud rəftar etmiş, vəzifə səlahiyyətini aşaraq direktorlara göstəriş vermişdir. Bu da Nazirlik nümayəndələrinə verilmiş izahatlarında öz əksini tapmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş X8 göstərmişdir ki, Tərtər rayon Sarov kənd tam orta məktəbinin direktoru işləyir. İddiaçı ilə heç bir ədavəti olmamış, münasibətləri yaxşı olmuşdur. 28 oktyabr 2019-cu il tarixdə və 28 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı X4 anbarından məktəb üçün müxtəlif mallar götürmüşdür. Malları ona İ ddiaçı vermişdir. Həmin mallar əvvəl qaiməsiz əskik saylarda verilmişdir. Qaimə ona sonradan verilmişdir. Qaiməni almış və malları əskik olduğunu bilmişdir. İddiaçı bu barədə bildikdə rəhbərliyini tapşırığı olduğu demişdir. Bir neçə gün sonra əskik mallar barədə rəis müavini Tufan Səfərova bildirmiş, o da qaiməni imzalamasını bildirmişdir. Bu səbəbdən qaiməni imzalamışdır. Bundan sonra malların əskik verilməsi ilə bağlı TŞ-nin rəhbərliyinə bildirmiş və bundan sonra Təhsil Nazirliyindən yoxlama gəlmiş və onlara verilmiş malların əskikliyi yoxlama tərəfindən müəyyən edilmişdir. Bundan sonra ona əskik verilmiş mallar qaytarılmışdır. Şahid daha sonra ifadəsində qeyd etmişdir ki, İddiaçı işlədiyi vaxtdan nizam-intizamlı olmuş, onu bacarıqlı işçi kimi tanınmış, ona qarşı heç vaxt kobudluq etməmi ş, vəzifə səlahiyyətlərini aşaraq ona qarşı hörmətsizlik göstərməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X10 göstərmişdir ki, Tərtər rayon Hüsənli kənd tam orta məktəbində direktor işləyir. İddiaçı ilə heç bir ədavəti, qərəzi olmamış, münasibətləri yaxşı olmuşdur. İddiaçı ona hörmətlə yanaşmışdır. Tarix dəqiq yadında deyil təqribən 2019-cu ilin son aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı X4 anbarından məktəb üçün müxtəlif mallar götürmüşdür. Malları ona İddiaçı şifahi şəkildə vermişdir. Malları götürərkən İddiaçı ona heç bir göstəriş verməmişdir. Həmin mallar təhvil veriləndə əskik saylarda verilmişdir. Qaiməni 5-6 gün sonra almışdır. Qaimələrdə anbardar yerinə Rüstəm Abdullayev yazılırdı, lakin kim tərəfindən imza edildiyini bilməmişdir. İddiaçı əskik mallar b arədə bildirdikdə ondan asılı olmadığını rəhbərliyin göstərişi olduğunu bildirmişdir. Malların əskik verilməsi ilə bağlı TŞ-nin rəhbərliyinə bildirmiş və bundan sonra Təhsil Nazirliyindən yoxlama gəlmiş və malların əskikliyi yoxlama tərəfindən müəyyən edilmişdir. Bundan sonra ona əskik verilmiş mallar qaytarılmışdır. Şahid daha sonra qeyd etmişdir ki, İddiaçı işlədiyi vaxt nizam-intizamlı, mədəni, bacarıqlı işçi olmuş, ona qarşı heç vaxt kobudluq etməmiş, vəzifə səlahiyyətlərini aşıb ona qarşı hörmətsizlik göstərməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X12 göstərmişdir ki, Tərtər rayon Rəcəbli kənd tam orta məktəbində direktor işləyir. İddiaçı ilə heç bir ədavəti olmamış, münasibətləri yaxşı olmuşdur. İddiaçı ona qarşı hörmətsiz hərəkətləri olmamışdır. 28 oktyabr 2019-cu il tarixd ə və 28 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı X4 anbarından məktəb üçün müxtəlif mallar götürmüşdür. Malları ona siyahı əsasında İddiaçı vermiş və malları təhvil alarkən əskik sayda olmuşdur. Təqribən 1 ay sonra həmin malların qaiməsi verilmişdir. Malların əskik olmasına baxmayaraq qaiməyə imza etmişdir. Mallar əskik verildiyi üçün rəhbərliyə məlumat vermiş və bu barədə qanuni tədbir görülmüşdür. Yoxlamadan sonra ona əskik verilmiş mallar özünə qaytarılmışdır. Şahid qeyd etmişdir ki, İddiaçı nizam-intizamlı, mədəni, bacarıqlı işçi kimi tanımış, heç vaxt kobudluğunu görməmiş, vəzifə səlahiyyətlərini aşaraq ona qarşı hörmətsizlik göstərməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X13 göstərmişdir ki, Tərtər rayon Qarağacı kənd tam orta məktəbində d irektor işləyir. İddiaçı ilə heç bir ədavəti olmamış, münasibətləri yaxşı olmuşdur. İddiaçı ona qarşı heç bir hörmətsiz hərəkətləri olmamışdır. 2019-cu ilin son aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı X4 anbarından məktəb üçün müxtəlif mallar götürmüşdür. Həmin vaxt qaimə olmuş, lakin ona təhvil verilən mallar qaimədə göstərilən sayda olmamışdır. Malları İddiaçı almışdır. Həmin vaxt anbardar Rüstəm də orada olmuşdur. Lakin Rüstəmi tanınmamışdır. Əskik mallarla bağlı Tərtər rayon TŞ-nin rəhbərliyinə məlumat vermişlər. Şikayətlər əsasında Təhsil Nazirliyindən yoxlama gəlmiş və malları əskik verilməsi müəyyən edilmişdir. Bundan sonra ona əskik verilmiş mallar özünə qaytarılmışdır. Şahid ifadəsində qeyd etmişdir ki, İddiaçı işlədiyi vaxtdan nizam-intizamlı, mədəni, bacar ıqlı işçi kimi tanımışdır. İddiaçı ona qarşı heç vaxt kobudluq etməmiş, vəzifə səlahiyyətlərini aşaraq hörmətsizlik göstərməmişdir. Tərtər Rayon Məhkəməsinin (hakim Kamil Rzayev) 13 fevral 2020-ci il tarixli, 2(061)200/2020 saylı qətnaməsi ilə, iddia təmin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı X4 İddiaçı işdən azad edilməsinə dair 26 dekabr 2019-cu il tarixli, K-19/2 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək haqqının ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 26 dekabr 2019-cu il tarixdə ərizəsinə əsasən işdən azad olunmuşdur. Səhərisi gün yəni 27 dekabr 2019-cu il tarixdə ərizə ilə ilkin ərizəsinin etibarsız sayılması barədə müraciət etmişdir. Lakin Q anunvericiliyin tələblərinə uyğun olaraq işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə iddiaçıya yazılı qaydada xəbərdarlıq etməmişdir. Qanunvericilikdə qeyd olunan normanın tələbinə görə bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı rəhbərliyin təzyiqi altında işdən çıxmaqla bağlı məcbur olub ərizə yazmış və onun işdən çıxarılması ilə bağlı verilən əmrdə göstərilənlər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Məhkəmə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı Ərazi X4 rəisi vəzifəsini müvəqqəti icra edənin İddiaçı məcbur edərək ərizəsini təcili dəyişib, ərizəsində işdən azad olunması tarixini həmin günü yəni 26 dekabr 2019-cu il kimi göstərməsini təkid etməsini yuxarıda qeyd olunan normanın tələb ində göstərildiyi kimi hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmə kimi qiymətləndirmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin vermiş olduqları izahatlara və təqdim olunmuş sübutlara (sənədlərə) əsasən, müəyyən etmişdir ki, 10 saylı Ərazi X3 aparılan yoxlamaların nəticəsi olaraq bir neçə məhsul işçilərlə yanaşı ərizəçi İddiaçı də işdə yol vermiş nöqsanlara görə yəni, vəzifə səlahiyyətlərini aşaraq, malların qəbul edilməsi və paylanılması funksiyalarını həyata keçirməsi zamanı ciddi nöqsanlara yol verdiyi, etik davranış qaydalarını kobud surətdə pozduğu üçün pedaqoji heyət arasında ciddi narazılıq yaratdığına görə, həmçinin işdən azad olunması ilə bağlı təqdim etdiyi ərizəsinə əsasən Azərbaycan Respublikanın Əmək Məcəlləsinin 68-ci mad dəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən və 69-cu maddəsinin 3-cü bəndində göstərilən qaydada 26 dekabr 2019-cu il tarixdən işdən azad edilmişdir. İddiaçı məhkəmədə elan olunmuş rəhbərliyə təqdim etdiyi ərizəsində rəhbərlikdən 26 dekabr 2019-cu il tarixdən səhhəti ilə bağlı işdən azad olunmasını xahiş etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (a bəndi), 69.4, 69.5, 69.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi apelyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(061)200/2020 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məh kəməsindəki icraat Cavabdeh tərəf apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən, maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, işə baxan məhkəmə sübutlara obyektiv, tam, hərtərəfli qiymət verməmişdir. Qətnamə çıxarılarkən iddiaçının əsassız fikirləri sübut kimi qiymətləndirildiyi halda, onlar tərəfindən təqdim olunmuş şahidlərin ifadələrinə tənqidi yanaşılmış və bununla da tərəflərin bərabərliyi prinsipi pozulmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin (hakimlər N.Quliyev - sədrlik edən, F.Mehtiyev - məruzəçi, R.Muradov) 2(104)-2189/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Tərtər Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(061)-200/2020 saylı qətnaməsi dəyişdirilmədən sa xlanılmışdır. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində və apelyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı 26 dekabr 2019-cu il tarixdə mərkəzin rəis vəzifəsini müvəqqəti icra edən Sadiq Həşimov tərəfindən onun işdən azad olunması ilə bağlı ərizə yazılması tələb edilmiş və iddiaçı məcburən həmin ərizəni yazmışdır. Lakin, növbəti gün iddiaçı işə bərpa olunmaq üçün ərizə ilə mərkəzə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin birinci instansiyası məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinin tələbinə əsasən i ddiaçının işdən azad edilməsi barədə ərizəsinin geri götürməsini nəzərə alması barədə gəldiyi nəticə ilə razılaşmışdır. Əgər iddiaçının işdən azad olunması üçün qanuni əsaslar mövcud idisə, o, öz ərizəsi əsasında deyil, həmin əsaslarla işdən azad edilə bilərdi. Hazırkı halda iddiaçının işdən azad edilmə əsası onun sonradan geri götürdüyü ərizəsi olduğundan məhkəmə cavabdeh orqanın apelyasiya şikayətində göstərdiklərini formal mülahizələr kimi qiymətləndirir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 26 dekabr 2019cu il tarixlə ərizə ilə müraciət edərək işdən azad edilməsini xahiş etmiş, növbəti gün cavabdehə ərizə ünvanlayaraq işdən azad edilməsi barədə ərizəsini geri götürdüyünü və işinə davam etmək arzusunda olduğunu qeyd etmişdir. Lakin həmin ərizə hər hansı səbəbdən nəzərə alınmamış, cavabdehin 24 dekabr 2019-cu il tarixli əmrinə əsasən iddiaçının öz arzusu ilə işdən azad olunması barədə ona cavab verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı işdən azad olunmaqla bağlı cavabdehə ərizəsini təqdim etdiyi vaxtdan işə yenidən bərpa olunmaqla bağlı ərizə verən müddət kəsiyində işəgötürən cavabdeh mərkəz tərəfindən vəzifəyə yeni işçi götürülməmiş və bununla bağlı iddiaçıya rəsmi qaydada heç bir bildiriş verilməmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək belə qənaətə gəlmişdir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə və irəli sürülən iddianın rədd edilməsinə əsas vermir. Bundan başqa birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı işə bərpa etməklə yanaşı ona məcburi iş buraxmaya görə əmək haqqının da ödənilməsi qənaətinə gəlmişdir. Cavabdeh kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2189/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, sübutlara obyektiv, tam, hərtə rəfli baxılaraq qiymət verilməmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 60- cı maddəsinin 1-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 88, 106.1, 217-218 və 372.1, Əmək Məcəlləsinin 69.3 və 69.5-ci maddələrinin tələbləri pozulmuşdur. 10 saylı Ərazi X4 öz fəaliyyətində qanun pozuntusu hallarına yol verilməsi barədə Tərtər Rayon Təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmovun məlumatı əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyi əməkdaşları tərəfindən 10-14 dekabr 2019-cu il tarixlərdə Tərtər rayonunda yoxlama aparılmış, aparılan yoxlamanın nəticəsində Təhsil Naziri Ceyhun Bayramovun 24 dekabr 2019-cu il tarixli K-1900 saylı əmri ilə fəaliyyətlərində ciddi nöqsanları müəyyən edilən bir sıra vəzifəli şəxslərin əmək müqavilələrinə xitam verilmi ş, bəzi vəzifəli şəxslərin isə əmək müqavilələrinə xitam verilməsi barədə 10 saylı Ərazi X5 tapşırıqlar verilmişdir. Belə ki, Əmrin 3.2-ci bəndində İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə 10 saylı Ərazi X5 tapşırıq verilmişdir. Yəni Gəncə Apelyasiya Məhkəməsinin əsas götürərək qəbul etdiyi kimi İddiaçı qarşı nə əmək fəaliyyəti müddətində, nə də əmək müqaviləsinə xitam verilərkən hər hansı bir ayrı seçkilik olmamış və ona təzyiqlər edilməmişdir. Buna səbəb və əsas da olmamışdır. Çünki yoxlamanı tələb edən, nöqsanları aşkara çıxaran və bunun müqabilində Təhsil Naziri tərəfindən əmək müqaviləsinə birbaşa xitam verilən və müqaviləsi xitam verilməsi istənən şəxslərin fəaliyyətinin yoxlanılması tələbini edən 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi deyil, Tərtər Rayon Təhs il şöbəsi olmuşdur. Yoxlama nəticəsində İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğvi üçün əsaslar olmuş, həmin əsas üzrə işdən çıxarılması nəzərdə tutulmuşdur. Təhsil Naziri tərəfindən verilmiş 24 dekabr 2019-cu il tarixli K-1900 nömrəli əmrin 1-ci və 2-ci maddələrində adlan çəkilən şəxslərin də əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğvi üçün əsaslar olmuş, lakin onlar işdən çıxma ilə bağlı ərizə verdikləri üçün onların əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə deyil, həmin məcəllənin 68ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən və 69-cu maddənin 3-cü bəndində göstərilən qaydada xitam verilmişdir. 10 saylı X6 rəis vəzifəsini müvəqqəti icra edən Sadiq Həşimov da İddiaçı çoxsaylı xahişi ilə v ə Təhsil Naziri tərəfindən verilmiş əmrin 1-ci və 2-ci maddələrində göstərilən tətbiqi analoji əsas kimi götürərək N. Əlizadənin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə deyil, həmin məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən və 69-cu maddənin 3-cü bəndində göstərilən qaydada xitam vermişdir. Yəni, İddiaçı ərizəsində göstərdiyi kimi Sadiq Həşimov tərəfindən ona təzyiqlər edilməmişdir. Nəinki ona təzyiqlər edilməmiş, hətta gələcəkdə iş tapmasında problem yaratmamaq üçün S.Həşimov onun xahişini nəzərə almış və onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə deyil, həmin məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən və 69-cu maddənin 3-cü bəndində göstərilən qaydada xitam vermişdir. Sadiq Həşimov əslində İd diaçı son ana qədər hörmət göstərmiş, onun əmək müqaviləsinə də xitam verilərkən yaxşılıq etmək istəmişdir. Lakin İddiaçı ona qarşı edilmək istənən bu son yaxşılıqdan əvvəlcədən planlamaq surətilə sui-istifadə etmişdir. Belə ki, İddiaçı ərizəsini tərtib edərkən əvvəlcədən planlanmış şəkildə, qəsdən ərizəsində işdən hansı gün çıxmaq istədiyini göstərmiş və ərizədə səhhəti ilə əlaqədar problemi olduğundan S.Həşimovdan onu həmin gün işdən çıxarmasını xahiş etmişdir. S.Həşimov da Əmək Məcəlləsinin 69.3-cü maddəsinin ona verdiyi hüquqdan istifadə edərək işçinin ərizəsində göstərdiyi gün onu işdən azad etmişdir. Həmin gün onun bütün haqq-hesab sənədləri tərtib edilmiş, əmək kitabçası verilmiş, bütün pulları ödənilmiş və əmək müqaviləsinin ləğvi ilə bağlı olaraq rəsmi iş yeri ilə bağlı məlumatlar portaldan çıxarılmışdır. Lakin təəssüflər olsun ki, işçi bilərəkdən 1 gün sonra S.Həşimovun yanına gəlmiş və onun 1 gün əvvəl verdiyi işdənçıxma ərizəsinin etibarsız hesab edilməsi barədə yenidən ərizə vermək istəmişdir. S.Həşimov da haqlı olaraq həm İddiaçı ərizəsində işdən azad edilmə gününü göstərdiyini, həm də Təhsil Naziri tərəfindən verilən əmrdə onun işdən çıxarılması barədə göstərişin olduğunu bildirərək ərizəni təmin etməkdən imtina etmişdir. İşçi işdən azad edilmə tarixini göstərdiyi gün işdən çıxmaq istədikdə və işəgötürən onu yalnız özündən yuxarı orqanın müvafiq razılığı ilə işçini işə bərpa edə bildikdə və müvafiq razılığı daha yuxarı orqan vermədikdə praktiki olaraq həmin şəxsin rəisi tərəfindən işə bərpa edilməsi və yenidən portala daxil edilməsi mümkün deyildir. Yəni İddi açı Əmək Məcəlləsinin praktiki boşluğunu görmüş, əvvəlcədən ərizəsində işdən çıxma gününü bilərəkdən qeyd edərək həmin gün səhhəti ilə əlaqədar azad edilməsini xahiş etmiş, rəsmi olaraq əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı qanuni tədbirlər (haqq-hesab sənədləri tərtib edilmiş, əmək kitabçası verilmiş, bütün pulları ödənilmiş və portaldan çıxarılmış) görüldükdən 1 gün sonra gələrək 1 gün əvvəl verdiyi ərizənin ləğvini istəmiş, bununla da S.Həşimov tərəfindən qanunvericiliyə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsini qanunsuz və hədə altında edilmiş hərəkət kimi göstərməyə çalışmışdır. Sonra isə məhkəməyə vicdansızcasına iddia vermiş və çox təəssüflər olsun ki, həm birinci instansiya, həm də apelyasiya məhkəməsini etdiyi hərəkətlərin doğruluğuna inandıra bilmişdir. Kassasiya şi kayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Cəfərova Xəyalə Teymur qızı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə

68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam veril ə bilər. Maddə

69. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin maddənin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. Həmin maddənin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həm in maddənin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qoxu gələrək yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərən camı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırma tam aparılmayaraq və təqdim edilən sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından düzgün qiymət verilməmiş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvən li nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ol araq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işdən çıxma ərizəsini öz iradəsi ilə yazmaması, buna cavabdehin təzyiqi olması və iddiaçının məcburən həmin ərizəni yazması yalnız iddiaçının izahatında göstərilmişdir. Apellyasiya məhkəməsi iddiaçının bu izahatının işdə olan hansı sübutlarla təsdiq edildiyini qətnamədə göstərməmişdir. Həmçinin apellyasiya məhkəməsinin iddiaçının işdən azad olunması üçün qanuni əsaslar mövcud idisə, onun öz ərizəsi əsasında deyil, həmin əsaslarla işdən azad edilə bilməsini göstərməsi və iddiaçının işdən azad edilmə əsasının onun sonradan geri götürdüyü ərizəsi olduğundan cavabdeh orqanın apelyasiya şikayətində göstərdiklərini formal mülahizələr kimi qiymətləndirməsi ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, iddiaçının Azərbaycan Respublikasının Təhsil Nazirliyi 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi üzrə 26 dekabr 2019-cu il tarixli № K-19/2 saylı əmrində göstərilən əsaslarla Əmək Məcəllənin 70-ci maddəsinin “Ç” bəndi ilə deyil, öz ərizəsi ilə işdən azad edilməsi işəgötürəndən çox, işçinin mənafeyinə uyğun olduğundan, bu halda işəgötürənin belə bir ərizəni yazmağa iddiaçını məcbur etməsi ağlabatan deyil. Əksinə işəgötürənin işçiyə güzəşt edərək, onu öz ərizəsi ilə işdən çıxmasına şərait yaratmasını göstərir. Həmçinin məhkəmə kolleg iyası hesab edir ki, iddiaçının işdən çıxma ərizəsini bir gün sonra geri götürməsi və məhkəmənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinin tələbinə əsasən həmin ərizəni nəzərə almaması barədə qənaəti düzgün deyil. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərizəsində əmək müqaviləsinin ləğvi müddətini dəqiq göstərdiyindən həmin ərizənin geri götürülməsi və ya onun etibarsız hesab edilməsi tələbini də Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulan ümumi xəbərdarlıq müddətində deyil, ərizədə göstərilən tarixə kimi irəli sürməli idi. İddiaçının işdən azad edilmə barədə əmr verilənədək işəgötürənə ərizəsini geri götürməsi və ya onun etibarsız hesab edilməsi barədə yeni ərizə verməsi işdən müəyyən edilmir. Belə olan halda, apellyasiya məhkəməsini n istinad etdiyi Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinin sonuncu cümləsinə görə (Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur.) həmin Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən qaydada azad edilmiş iddiaçının əmək müqaviləsi ləğv edildikdə sonra əvvəlki ərizəsini geri götürmək barədə müraciətinin hüquqi qüvvəsi olmamışdır. Cavabdehin kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, bu hissədə əsaslandırılmış qətnamə qəbul edilməmişdir. B u da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 saylı X4 kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2189/20 20 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar