Məhkəmə qərarları › İş №2(102)-2934/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2934/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2934/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: pulun qaytarılması, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili İsayeva Xalidə İsa qızının iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2741/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kas sasiya şikayəti üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları A 023552 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Şəmkir rayonu, Dəllər Bələdiyyəsinin 07 dekabr 2007-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisindən 80 kv.m sahibkarlıq məqsədi üçün torpaq sahəsi verilmişdir. 7E-793 reyestr nömrəli, 04 fevral 2010-cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh Şəmkir rayonu, Dəllər Bələdiyyəsinin 07 dekabr 2007-ci il tarixli 14 saylı qərarı ilə ərazisindən 80 kv.m sahibkarlıq məqsədi üçün ona verilmiş torpaq sahəsinin alğı-satqısını, sənədləri hazırlanmasını, imza edilməsini İddiaçı etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Biri nci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 6300 (altı min üç yüz) ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən o, Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində yerləşən 80 kv.m torpaq sahəsini ona satmağı öhdəsinə götürmüşdür. O, aralarında olan razılaşmanın şərtlərinə uyğun olaraq cavabdehə 6300 (altı min üç yüz) ABŞ dolları məbləğində nağd pul vermiş, lakin cavabdeh torpaq sahəsinə dair sənədləri ona versə də, aralarında olan razılaşmanın şərtlərini pozaraq torpaq sahəsini onun adına rəsmiləşdirməmiş, torpaq sahəsini başqa şəxsə satmışdır. Dəfələrlə cavabdehdən ona vermiş ol duğu pulunu qaytarmasını tələb etmiş, cavabdeh ondan almış olduğu pulu danmasa da, müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan yayınmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək tərəflər arasında 2010-cu ildə torpaq sahəsinin 4900 manata alqı-satqısı ilə bağlı şifahi razılaşma olsa da, pul məbləği verilməmiş, cavabdeh iddiaçıya torpaq sahəsinin sənədlərinin hazırlanması üçün etibarnamə vermiş, lakin iddiaçı torpağın alğı-satqısı üçün sənədləri hazırlaya bilmədiyindən tərəflər arasında alğı-satqı baş tutmamışdır. Şəmkir Rayon Məhkəməsinin (hakim Könül Məmmədov) 22 may 2020-ci il tarixli, 2(076)558/2020 saylı qətnaməsi ilə iddia rədd edilərək İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilm əməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən Cavabdeh özünə məxsus torpaq sahəsinin sənədlərinin hazırlanması üçün iddiaçıya etibarnamə vermiş, aralarında olan şifahi razılaşmaya əsasən iddiaçı torpaq sahəsinin sənədlərini hazırladıqdan sonra tərəflər arasında alğı-satqı baş tutmalı olmuşdur. Lakin iddiaçı torpaq sahəsinin sənədlərini hazırlaya bilməmiş, bu səbəbdən də tərəflər arasında alğı-satqı baş tutmamışdır. İddiaçı həmin torpaq sahəsinə görə cavabdehə 6300 (altı min üç yüz) ABŞ dolları məbləğində pul verdiyini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə iddiaçının bununla bağlı izahatına tənqidi yanaşır və mötəbər sübut kimi qəbu l etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 218.3, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 359.3, 394-cü maddələrinə istinad edərək, iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. İddiaçı apelyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(076)558/2020 saylı qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər şamil Rzaquliyev - sədrlik edən və məruzəçi, Rəhman Muradov və Afiq Hüseynzadə) 2(104)-2741/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Şəmkir Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(076)-558/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehin iddiaçıya 6300 (altı min üç yüz) ABŞ dolları məbləğində borclu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə tərəflər arasında qeyd olunan torpaq sahəsinin alqısatqısına görə müqavilə bağlanmamış, iddiaçı cavabdehə 6300 ABŞ dolları məbləğdə pul verdiyini iddia etsə də, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Cavabdehin iddiaçıya etibarnamə verməsi tərəflər arasında alğı-satqını və iddiaçının həmin alğı-satqıya görə cavabdehə 6300 ABŞ kimi qiymətləndirilə bilməz. Məhkəmə k ollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apelyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. İddiaçı kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)2741/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının dedikləri elə etibarnamədə öz əksini tapmışdır. 04 fevral 2010-cu il tarixli etibarnamədən də göründüyü kimi, Cavabdeh İddiaçı A 023552 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə özünə məxsus Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində yerləşən 80 kv.m torpaq sahəsinin alğı-satqısı, sənədlərinin hazırlanmasını və imza etməsini İddiaçı etibar etmişdir. Həm birinci və həm də apelyasiya instansiya məhkəmələrində işə baxılarkən həmin etibarnamənin nə üçün İddiaçı verilməsi ümumiyyətlə aydınlaşdırılmamışdır. Cavabdeh tərəf torpaq sahəsinə görə sənədlərin hazırlanması üçün verilməsini göstərsə də, qeyd edilməlidir ki, həmin torpaq sahəsinin artıq hüquq müəyyənedici sənədi mövcud olduğu halda, hansı sənədin düzəldilməsi iddiaçıya həvalə edilmişdir. Bu isə onu göstərir ki, həqiqətən tərəflər arasında torpaq sahəsinə dair alışveriş olmuşdur. Heç kəs boş yerə torpaq sahəsinə dair sə rəncam vermək üçün başqa şəxsə etibarnamə vermir. Bundan başqa cavabdeh tərəf məhkəmələrdə 6300 ABŞ dolları yox, 4900 manat məbləğində pulun almasını göstərmişdir ki, bunun aydınlaşdırılması üçün də apelyasiya instansiya məhkəməsi heç bir araşdırma araşdırmamışdır. Cavabdeh məhkəməyə kassasiya şikayətinə dair yazılı etiraz ərizəsi ilə müraciət edərək hazırki iddianın formal olaraq vaxt uzatmaq üçün qaldırıldığını qeyd edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili İsayeva Xalidə İsa qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməmə sini qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflər özləri işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüq uq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakti ki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır v ə onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyas iya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həm in iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktları n varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı cavabdehdən torpaq almaq məqsədi ilə ona 6300 ABŞ dolları məbləğində pul verdiyini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, işə mahiyyəti üzrə baxan məhkəmələr düzgün olaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məh kəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələbl ərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2741/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar