Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2934/2024 19.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MTK-ya qarşı ilk, Cavabdeh MTK-nın İddiaçı2 və İddiaçı1 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARI (Açar sözlər: mənzilin təhvil verilməsi, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2321/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsind ən iddiaçılar və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 19 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ruhulla Axundov küçəsi, ev 29, mənzil 9 paylı mülkiyyət hüququ üzrə 2 otaq (ü/s – 50.45 kv.m, y/s – 31.5 kv.m) İddiaçı2 (bundan sonra – birinci iddiaçı), 1 otaq (ü/s – 33.3 kv.m, y/s – 16.5 kv.m) dövlət reyestrində 1331 nömrəli reyestr kitabının 121582 nömrəli vərəqində xx.xx.2016-cı il tarixində (bundan sonra – sökülən mənzil) İddiaçı1 (bundan sonra – ikinci iddiaçı) adına qeydiyyata alınmışdır.
2. İddiaçılar və Cavabdeh MTK (bundan sonra – cavabdeh və ya MTK) arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə (bundan son ra - əvəzləşmə müqaviləsi) əsasən ümumi sahəsi 83.75 m2 olan 1-ci bənddə qeyd edilmiş mənzilin sökülərək əvəzinə ünvan 1 ünvanda inşa ediləcək 12 mərtəbəli yaşayış kompleksində “A” blokun 3-cü mərtəbəsində ümumi sahəsi 78.6 m2 olan 2 otaqlı 2 saylı və ümumi sahəsi 79.2 m2 olan 2 otaqlı 2A saylı mənzilləri tam təmir olunaraq iddiaçılara təhvil verilməsini MTK öz üzərinə götürmüşdür. Mənzillərin ümumi tikinti sahəsi 157.8 m2 təşkil edir.
3. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən yaşayış sahələrinin sökülməsindən sonra yeni yaşayış binaları tikilərək təmirli vəziyyətdə təhvil verilənədək iddiaçılara kirayə edilmiş mənzil üçün aylıq kirayə haqqını ödəməyi MTK öz üzərinə götürmüşdür.
4. İddiaçılar tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli ərizəyə əsasən MTK ilə aralarında əvəzləşmə müqavi ləsinin olduğunu təsdiq edirlər. Yaşayış binasının istifadə üçün təhvil veriləcəyi vaxtadək onlara verilməli olan kirayə pulundan imtina edirlər, qismən də mənzilin kvadratura ölçülərinə görə təşkil edən məbləği qəbul edirlər və gələcəkdə onlar tərəfindən buna dair heç bir iddia qaldırmayacağına dair təminat verirlər. MTK tərəfindən bu məqsədlə onlara 40.000 AZN ödənildiyini təsdiq edirlər. Ərizədə “atamla mən özümüz qol çəkdik, heç bir təzyiq olmadan” qeydi qoyulmuşdur. 5. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən birinci iddiaçıya məxsus bank hesabına “müqaviləyə əsasən yeni müqavilə bağlamaq üçün ödəniş edilir” təyinatı ilə 40.000 manat pul köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar və X1 mübahisə predmeti barəsi ndə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsinə, cavabdeh ilə aralarında bağlanmış müqaviləyə əsasən cavabdehin üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsini, həmçinin MTK-dan vurulmuş mənəvi zərərə görə 4000 manatın tutularaq birinci iddiaçıya, 4000 manatın isə tutularaq ikinci iddiaçıya ödənilməsinə, eləcə də dövlət rüsumu kimi ödənilmiş 100 manatın cavabdehdən tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
7. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən inşa edilmiş yaşayış kompleksindəki mənzillər sa kinlərə təhvil verilir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, təhvil verməli olduğu mənzilləri bu günədək iddiaçılara təhvil verməmişdir. İddiaçılar tərəfindən 06 iyun 2023-cü il tarixli pretenziya ilə cavabdehə müqavilənin şərtlərinə riayət edilməsi ilə bağlı təklif edilsə də, cavabdeh cavab verməmişdir. Cavabdeh əvəzləşmə müqaviləsində nəzərdə tutulan öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçılar uzun müddətdir ki, kirayələrdə yaşamağa məcbur olmuşlar. İddiaçılar dəfələrlə MTK-nın ofisinə gedərək hüquqlarının təmin edilməsi barədə xahişlər etsələr də, heç bir nəticəsi olmamışdır. İddiaçıların himayəsində anadangəlmə birinci qrup əlil olan X3 vardır ki, o, xüsusi qulluq tələb edir. Lakin iddiaçıların məhdud şəraitli kirayə mənzildə yaşamaları ona gös tərilməli olan qulluğu da çətinləşdirmişdir. Cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsinin nəticəsində onların həyatında çətinliklər yaranmış, bu da onların psixikasına çox böyük mənfi təsir göstərmiş, onların özünə etdikləri hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Ona görə də iddiaçılar cavabdehə qarşı həm də mənəvi zərərin ödənilməsi tələbini də irəli sürmüşdür. Həmçinin iddiaçılar xx.xx.2021-ci il tarixli ərizəyə münasibət olaraq qeyd etmişdir ki, iddiaçılar qeyd olunan ərizəni imzalamamış, eləcə də MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən onlara ödənilmiş kirayə haqlarından imtina etməmişlər. Lakin həmin ərizəni imzalamış olsalar belə, hansı şəraitdə imzaladıqları onlara məlum deyil, eləcə də ərizənin məzmunu barədə hər hansı bir məlumatları olmamışd ır. Həmçinin kiminsə kirayə haqqından imtina etməsi halı da heç bir məntiqə sığmır. Belə ki, tərəflər arasında bağlanmış müqavilə ilə də müəyyən edilmişdir ki, onlara ödənilmiş məbləğin böyük bir hissəsi kirayə haqqı məbləğidir. Həmin ərizə mülki qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən, eləcə də həmin ərizənin hər hansı bir hüquqi qüvvəsi olmadığından etibarsız hesab edilməlidir.
8. Cavabdeh iddiaçılara qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 40.000 manatın, iddianın verilməsi üçün ödənilmiş 210 manatın iddiaçılardan müştərək qaydada tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, iş üzrə tə rəflər arasında olan qarşılıqlı münasibətlər, müqavilədən kənar aparılan danışıqlar, əldə olunan razılaşmalar, imzalanmış sənədlər olduğu kimi iddia ərizəsində göstərilməmişdir. Həmin ərazidəki sökülən yaşayış sahələrinin mülkiyyətçilərinə MTK tərəfindən 250-300 manat civarında aylıq kirayə haqqının ödənilməsi barədə razılaşma əldə olunmuşdur. İddiaçılar arasında razılaşdırılmış aylıq kirayə haqqı isə 300 manat təşkil etmişdir. Daha sonra iddiaçılar MTK-ya müraciət edərək əvəzləşdirmə müqaviləsi üzrə onlara təhvil verilməsi nəzərdə tutulmuş 2 mənzilin ölçülərinin müqavilədə qeyd olunduğundan daha az olmasını, bunun əvəzinə isə onlara nağd şəkildə 40.000 manat pulun verilməsi xahişini MTK qəbul etmişdir və nəticə 4-cü bənddə qeyd edilən ərizə tərtib olunmuşdur. Həmin vaxtdan bu günədək tərə flər arasında yeni razılaşma ilə bağlı hər hansı narazılıq, tələb olmamışdır. Lakin iddiaçılar həmin razılaşmanın şərtlərini pozaraq məhkəmədə iddia qaldırdıqları üçün yuxarıda qeyd edilən ərizəyə əsasən həmin iddia əsassızdır. Həmçinin hazırda MTK-nın təqdim etdiyi mənzillərin sahələri elə müqavilədə göstərilmiş ölçülərə uyğundur. Lakin iddiaçılar nə müqavilənin qeyd olunan şərtini, nə MTK-dan 40.000 manat aldıqlarına əhəmiyyət vermədən, mənzilin ölçülərini, bayır və ara divarlarının, habelə məhəccərlərin, eyvanların yerləşdiyi sahələr nəzərə alınmadan, ölçüləri 78,6 kv.m və 79.2 kv.m təşkil edən mənzillər tələb edirlər. Belə olan halda 40.000 manat pulun iddiaçılarda qalmasına da heç bir əsas qalmır. Yəni MTK-ya məxsus 40.000 manat pul iddiaçılarda əsassız qalmaqla MTK-ya münasibətdə əsa ssız varlanan şəxslər hesab edildiyindən həmin pul MTK-ya geri ödənilməlidir.
10. İddiaçılar qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi təqdim etmiş və ərizələrini 7ci bənddə göstərilən fikirlərlə əsaslandırmışdırlar.
11. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir və 12 sentyabr 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli ərizələrdəki imzalar iddiaçılara aiddir.
12. İddiaçıların vəkili məhkəmə çıxışında qeyd etmişdir ki, iddiaçılara ödənilmiş məbləğin böyük bir hissəsi kirayə haqqıdır, həmçinin bu məbləğin müəyyənləşdirilməsi zamanı iddiaçıların himayələrində olan 1-ci qrup əlil olan R.Rəhimovanın xüsusi quluq tələb etməsi halı da nəzərə alınmışdır. xx.xx.2021-ci il tarixli ərizənin həm t arixli, həm də tarixsiz versiyasının surətləri məhkəməyə təqdim edilmiş, sonradan isə hər iki surəti istəniləndə cavabdeh yalnız tarixli versiyanı təqdim etmişdir. Deməli həmin sənədə sonradan əlavə edilmişdir ki, bu da onun saxta hesab edilməsi üçün əsasdır. Həmçinin bu sənədin saxta olmasını göstərən digər hal budur ki, cavabdehin iddiaçılara 40.000 manat verməsini iddiaçılar tərəfindən onlara veriləcək mənzil sahəsinin azaldılmasına razılıq vermələri kimi qiymətləndirilir. Əgər belədirsə, o zaman cavabdeh qarşılıqlı iddia ərizəsində tələb kimi pulu deyil, veriləcək mənzillərin sahələrinin azaldılmasını istəyərdi.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3095/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) ilkin iddianın qismən təmin edilməsi, ə vəzli müqavilədə göstərilən mənzillərin iddiaçılara təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mənəvi zərərin əvəzi kimi cavabdehdən 300 manat pulun birinci iddiaçıya, 300 manat pulun isə ikinci iddiaçının xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçılardan müştərək qaydada 28.000 manat pulun tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçıların müqavilə üzrə öhdəliklərini yerinə yetirərək mənzillərini MTK-ya təhvil verməsi, lakin müqavilənin hələ də qüvvədə olmasına və yaşayış binasının artıq tikilib istifadəyə verilməsinə baxmayaraq MTK-nın müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi hazırki iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardan olduğu üçün ilkin iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
15. İlkin iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, MTK-nın ona edilən xəbərdarlığa baxmayaraq müqavilə üzrə öhdəliklərini icra etməməsinin, onlardan aldığı mənzillərin əvəzində tikilmiş binada razılaşdıqları mənzilləri verməməsinin, bununla da məhkəmə çəkişmələrinə gətirib çıxaran hərəkətlərinin iddiaçılarda ümumilikdə mənfi psixoloji reaksiya ilə nəticələnməsi ağlabatandır. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçılara vurulmuş mənəvi zərərin məbləği 4000 manat deyil, hər birinə münasibətdə 300 manat qiymətləndirilməsi ədalətli və ağlabatandır.
16. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, MTK tərəfindən tələb edilən 40.000 manatın təyinatı ilə bağlı aparılan araşdırma zamanı tərəflər keçirilmiş bütün məhkəmə iclaslarında ziddiyyətli və qeyri-səmimi izahatlar vermiş, heç bir tərəf öz izahatını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. xx.xx.2021-ci il tarixli ərizə ilə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ərizə onu imzalayan şəxslərin hər hansı mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, eyni zamanda, ünvanlanan şəxsə hər hansı hüquq vermədiyi üçün həmin ərizə puçdur və əvəzləşmə müqaviləsində müəyyənləşdirilmiş hüquqlardan və öhdəliklərdən onların imtina etməsi və ya dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Çünki mülki qanunvericiliyin tələbinə və tərəflər arasında bağlanmış müqaviləyə görə müqaviləyə dəyişi klik edilməsi yalnız onların qarşılıqlı razılığı və onlar tərəfindən imzalanmaqla rəsmiləşdirilir. Lakin sonradan tərəflər arasında heç bir yeni müqavilə bağlanmamış və ya müqaviləyə əlavə rəsmiləşdirilməmişdir. Bu hal isə MTK-nın səhlənkarlığının göstəricisi olmaqla yanaşı, həm də onun hüquqdan sui-istifadəsi kimi qiymətləndirilir. Çünki MTK iddiaçılara kirayə pulundan və veriləcək mənzillərin qismən kvadratura ölçülərindən imtina edilməsi məzmununda qeyd olunan ərizəni imzalatmaqla əldə etmək istədiyi nəticəyə hüquqi don geyindirməyə cəhd etmişdir.
17. Kirayə haqqı ilə bağlı onu da qeyd etmişdir ki, tərəflər arasında olan müqavilənin şərtləri ilə vətəndaşların kirayə pulundan imtina etməsinə dair MTK-nın dəlili təkzib olunur. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, tikinti şirkətləri ilə mülkiyyətçilər arasında mülki dövriyyədə formalaşmış işgüzar adətlərə nəzər saldıqda mülkiyyətçilərin kirayə pulundan tamamilə imtina etməsi dəlili əgər buna əsaslı sübut yoxdursa, ağlabatan hesab edilə bilməz. Bununla bağlı iddiaçıların mövqeyinə gəldikdə isə ilk öncə qeyd edilməlidir ki, onlar birinci iddiaçıya məxsus bank hesabına köçürülmüş 40.000 manat pulun hər iki şəxs üçün ödənildiyini və həmin məbləği aldıqlarını mübahisələndirmirlər. Bununla yanaşı onların vəkili isə əvvəlki məhkəmə iclaslarında bildirmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehlərin mülkiyyətində olan mənzillərə görə hərəsinə 500 və 600 manat aylıq kirayə haqqı ödənilməsi razılaşdırmaqla ümumilikdə 2 ilə görə 26.400 manat pul əvvəlcədən ödənilmişdir. Qalıq məbləğin isə hansı məqsədlə ödənilməsi barədə dəqiq fikir s əsləndirə bilməmişdirlər. İş üzrə tərəflərin ziddiyyətli izahatlarını müqayisəli şəkildə araşdıraraq məhkəmə hesab etmişdir ki, tərəflərin gətirdiyi formal dəlillər analoji münasibətlər üzrə mülki dövriyyədə yaranmış təcrübəyə əsasən ağlabatan deyildir.
18. Tərəflərin məhkəmə araşdırmaları gedişində sərgilədikləri dəyişkən mövqeləri, ağlabatanlıqdan uzaq olan izahatları onun göstəricisidir ki, həqiqətən də, qarşılıqlı iddia üzrə cavabdehlərin iddiaçının vəsaiti hesabına əsassız varlanma halı baş vermiş, bu əsassız varlanma isə həyata keçirilməyən əsasa söykənmişdir. Lakin məhkəmə eyni zamanda onu da qeyd etmişdir ki, tərəflərin kirayə pulundan tamamilə imtina etməsinə dair dəlillər məhkəmədə sübuta yetirilmədiyindən aralarında olan müqavilədə kirayə pulunun onlara birdəfəlik ödənilməsi g östərildiyindən mülki dövriyyədə formalaşmış təcrübəyə görə binanın tikilib təmirli mənzilin təhvil verilməsi üçün müəyyənləşdirilmiş 2 il müddətinə mülkiyyətçilərə aylıq 500 manat kirayə haqqının MTK tərəfindən birdəfəlik ödənilməsi ağlabatan və ədalətli hesab edilir. Bu qaydada hesablama aparıldıqda MTK-nın iddiaçılara kirayə puluna görə 12.000 manat pulu kompensasiya kimi əvvəlcədən ödəməsi müəyyən edilmişdir. Qalan 28.000 manat pulun isə iddiaçılara hansı əsasla verilməsinin müəyyən edilməsi tərəflərin ziddiyyətli izahatlarına görə mümkün olmadığından, iddiaçıların isə həmin məbləğdə pulu alması mübahisəsiz olduğundan məhkəmə hesab etmişdir ki, 28.000 manat pul iddiaçılardan müştərək qaydada tutularaq MTK-ya ödənilməlidir.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləs inin 5.3, 6.2, 10, 14.2, 14.2.1, 14.2.6, 14.2.7, 21.1, 21.2, 324.1, 324.2, 331.1, 385.1, 386.1, 387.2, 389.1-389.3, 390.1, 390.5, 421.1, 423, 424.1, 425.1, 442, 443.1, 445.1, 448.1, 1091, 1092.1, 1096-cı, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 80, 101.7, 103.1, 106.1, 106.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin edilmədiyi və qarşılıqlı iddianın təmin edildiyi hissələrdə ləğv edilməsinə, ilkin iddia tələbinin bütünlüklə təmin edilməsinə, qarşılıqlı iddia tələbinin isə bütünlüklə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Şikayət iddiaçılar tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən ərizələrin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq onlara mənəvi zərər vurulması qənaətinə gəlsə də, əsassız olaraq zərərin məbləğini düzgün müəyyənləşdirməmişdir. Həmçinin birinci instansiya məhkəməsinin onlara ödənilmiş məbləğin hansı məqsədlə ödənilməsi barədə dəqiq fikirlər səsləndirə bilməməkləri, eləcə də ziddiyyətli fikirlər bildirməkləri barədə q eyd etdiyi xüsusatların hər hansı bir əsası yoxdur və əsassızdır. Belə ki, şəhərin mərkəzində 2 ayrı ailənin ümumilikdə kirayə haqqı məbləğinin 500 manat olması qənaəti tamamilə əsassız olmaqla, həm də absurddur.
22. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi hissəsində ləğv edilməsi, ilk iddianın tam rədd edilməsini, qarşılıqlı iddianın isə tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən ərizələrin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli ərizədə iddiaçılar kirayə pulundan imtina etdiklərini aydın şəkildə bildirmiş, bu məsələ ilə bağlı öz iradələrini aydın ifadə etmişlər. Ərizədə qeyri-müəyyən ifadələr yoxdur. Hər şey aydın və konkretdir. Keçmiş mülkiyyətçilər kirayə pulundan hər hansı şərt qoymadan tamamilə imtina etmişlər, hətta 40.000 manat kompensasiyanı onlara veriləcək mənzillərin sahələrinin azalması əvəzinə qəbul etdiklərini təsdiq etmişlər. Bundan başqa məhkəmənin 12.000 manatın kirayə pulu kimi qəbul edilməsi fikrinə münasibətdə qeyd edilməlidir ki, əvəzləşmə müqaviləsində bununla bağlı, yəni aylıq kirayə pulunun, ödənilməsi qaydası və vaxtı barədə hər hansı qeyd yoxdur. Həmçinin iddiaçıların nümayəndəsi əvvəlki çıxışlarında kirayə haqqının 400 və 500 manat olmasını desə də, sonrakı çıxışlarında əsassız yerə 500 və 600 manat olmasını söyləmiş və bu fikrini təsdiqləyən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə də əssasız olaraq ki rayə haqqını 500 manatdan hesablamışdır, halbuki MTK-nın iddiaçılarla müqavilə bağlandığı vaxt kirayə haqqının 300 manat olacağı barədə razılığa gəlmişlər. Ona görə də cavabdeh hesab etmişdir ki, məhkəmə müzakirə olunan hissədə düzgün nəticəyə gəlməmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2321/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: E.Kazımov – sədrlik edən və məruzəçi, İ.Şirinov və N.Cəfərov) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hər iki iddia üzrə apardığı hüquqi dəyərləndirmə və gəldiyi nəticə əsaslı, qanuni və ədalətli olmuşdur. Apellyasiya şikayətinin dəlilləri mötəbər sübutlarla tə sdiq edilmədiyindən mübahisələndirdikləri hissədə qətnamənin ləğv edilməsi və şikayətlərinin təmin edilməsi üçün əsas ola bilməz.
26. Məhkəmə kollegiyası iddiaçıların uzun müddət kirayədə yaşamağa məcbur olmaları dəlilinə münasibətdə qeyd etmişdir ki, əvəzləşmə müqaviləsi xx.xx.2021-ci il tarixində bağlanmış, iddia ərizəsi isə birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixində daxil olmuşdur. Müqavilədə göstərilmişdir ki, bina 2 il ərzində tikilib təhvil veriləcəkdir. İddiaçılar da 2 il üçün kirayə pulunu əvvəlcədən aldıqlarına görə onların məhkəməyə müraciət edilənədək MTK-nın ofisinə getməyə və hüquqlarının təmin etmələrinə çalışmalarına da lüzum yox idi. Çünki həmin dövrdə MTK-nın müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin tam icrasının vaxtı da çatmamışdır və buna görə qarşı tə rəfin təqsiri üzündən onlar ağır maddi vəziyyətə də düşə bilməzdilər. Həmçinin iddiaçılar tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğunu əsaslandıra bilməmişdirlər.
27. Məhkəmə kollegiyası qarşılıqlı iddiaya dair tərəflərin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, əgər birinci və ikinci iddiaçıya uyğun olaraq 600 və 500 manat kirayə pulu müəyyən edilmişdirsə, o zaman heç bir maneə yox idi ki, tərəflər bu razılaşmanı müqavilədə göstərməsinlər, yəni ilkin iddiaçılar göstərdikləri bu şərtlərlə müqavilə bağlamaq istəyirdilərsə, bağladıqları müqavilədə qarşı tərəflə bu şərtləri razılaşdıra bilərdilər, ancaq müqavilədə bu şərtlər nəzərdə tutulmamışdır. Həmçinin xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan bəlli olmuşdur ki, 40.000 manat yalnız kirayə haqqı olaraq ödənilməmiş dir, amma mübahisəsiz haldır ki, həmin məbləğin bir hissəsi kirayə haqqı olaraq ödənilib. Digər hissənin kirayə haqqı kimi ödənildiyi isə təkzib olunur. Çünki ilkin iddiaçılar həmin məbləğin həm də mənzillərin ölçüləri ilə bağlı qəbul etdiklərini qəbul etmişlər. Ancaq nə qədər ki, ilkin iddianın müqavilədə razılaşdırılmış ölçüdə MTKnın üzərinə təhvil verməsi öhdəliyi qoyulub, onda ödənilən 40.000 manatın digər hissəsinin hansı məqsədlə almalarının səbəblərini iddiaçılar ağlabatan şəkildə məhkəmənin diqqətinə çatdırmalı idilər, lakin çatdıra bilməyiblər.
28. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissə ilə bağlı qənaəəti ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, 12000 manat kirayə haqqı yalnız binanın tikilib təmirli mənzillərin təhvil verilməsi üçün müəy yənləşdirilmiş 2 il müddət üçün nəzərdə tutulduğundan qeyd olunan müddətdən artıq dövr üçün mənzillərin faktiki təhvil verilməsinədək iddiaçıların yeni əsaslarla kirayə haqqını tələb etmək hüququnu da istisna etmir, yəni burada tərəflərin qarşılıqlı razılıq əsasında fərqli şərtlərlə razılığa gəlmələrinə də hər hansı bir maneə yoxdur.
29. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin iş üzrə tərəflər arasında razılaşdırılmış aylıq kirayə haqqının 300 manat təşkil etməsi barədə dəlili də hər hansı bir mötəbər sübutlarla təsdiq olunmadığına və yalnız sözdən ibarət olduğuna görə əsassızdır. Kassasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
30. İddiaçılar (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin qismən – ilkin iddianın təmin edilmədiyi və qarşılıqlı iddianın təmin edildiyi hissələrdə ləğv edilməsinə, ilkin iddia tələbinin tam təmin edilməsinə, qarşılıqlı iddia tələbinin isə tam rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti ilə tam olaraq eyni məzmunda əsaslandırılmışdır.
32. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məkəməsinin qətnaməsinin qismən, yəni ilk iddianın təmin edilməsi hissəsində və qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, ilk iddianın tam rədd edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti cavabdehin verdiyi apellyasiya şikay əti ilə tam olaraq eyni məzmundan əsaslandırılmışdır. b)
34. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 4 25.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
38. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
39. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyu lmadıqda bu qayda qüvvədə olmur.
40. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
41. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
42. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
43. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
44. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və y a qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
45. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakti ki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçıların və cavabdehin şikayətləri əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən ilk iddianın mənəvi zərərin tutulması hissəsi istisna olmaqla ilk və qarşılıqlı iddiaların təmin və rədd olunan hissələrində maddi və ya prosessual hüquq normaların pozulmasına yol verilməmişdir.
54. İlk İddiaçıların kassasiya şikayətinin dəlilləri üzr ə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı mənzillərin təhvil verilməsi anından müqavilə şərtlərinin icrası müddətinədək göstərdikləri məbləğdə kirayə pulunun ödənilməli olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər və 12000 manatdan artıq məbləğin iddiaçılarda qalmasını mümkün edən hər hansı qanuni əsas müəyyən edilməmişdir. Belə olan halda işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrin ödənilmiş 40000 manatın 28000 manatının geri qaytarılmasına dair nəticəsi işin hallarına uyğundur.
55. İlk iddianın mənəvi zərərin təmin olunmayan və təmin olunan hissələri ilə bağlı olaraq məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər müqavilədən irəli gəlir. Artıq formalaşmış ümumi qaydaya görə müqavilə şərtlər inin hər hansı bir pozuntusu ilə bağlı olaraq mənəvi zərərin ödənilməsi istisna olunur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əməl edilməməsi və ya pozulması mənəvi zərərin ödənilməsini deyil, şərtləşdirilmiş qaydada icra edilməyən öhdəliyin icrasının tələb olunması əsaslarını yaradır. Yalnız müqavilə şərtlərindən kənarda baş vermiş hal və hərəkət nəticəsində qanuna zidd hərəkətə yol verilərsə, bu halda mənəvi zərərin ödənilməsi ilə bağlı irəli sürümüş tələbin təmin olunmasına əsas ola bilər.
56. Digər tərəfdən işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr iddiaçıların uzun müddət kirayədə yaşamağa məcbur olmaları dəlilinə münasibətdə qeyd etmişdir ki, əvəzləşmə müqaviləsi xx.xx.2021-ci il tarixində bağlanmış, iddia ərizəsi isə birinci instansiya məhk əməsinə xx.xx.2023-cü il tarixində daxil olmuşdur. Müqavilədə göstərilmişdir ki, bina 2 il ərzində tikilib təhvil veriləcəkdir. İddiaçılar da 2 il üçün kirayə pulunu əvvəlcədən aldıqlarına görə onların məhkəməyə müraciət edilənədək MTK-nın ofisinə getməyə və hüquqlarının təmin etmələrinə çalışmalarına da lüzum yox idi. Çünki həmin dövrdə MTK-nın müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin tam icrasının vaxtı da çatmamışdır və buna görə qarşı tərəfin təqsiri üzündən onlar ağır maddi vəziyyətə də düşə bilməzdilər. Həmçinin iddiaçılar tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğunu əsaslandıra bilməmişlər.
57. Göründüyü kimi məhkəmələr müəyyən etmişlər ki, iddiaçılar kirayə haqqını əvvəldən almış, baxılan iş üzrə iddia tələbi isə razılaşdırılmış müddət başa çatmazdan əvvəl irəli sürü lmüşdür. Belə olan halda, mənəvi zərərin ödənilməsi üçün əsasların mövcud olmaması ilə bağlı hallar müəyyən edilsə də, apellyasiya instansiya məhkəməsi mənəvi zərərlə bağlı tələbin qismən təmin olunmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin əsaslı olmayan mövqeyi ilə razılaşmaqla maddi hüquq normasının tələbini pozmuşdur. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının kassasiya şikayətində olan tələbinin apellyasiya instansiya məhkəməsinin qətnaməsinin təmin olunmuş hissəsinin ləğvinə yönəldiyindən həmin hissədə qətnamənin ləğv edilərək mənəvi zərərə dair tələbin təmin olunan hissədə ləğv edilməsi və iddianın həmin hissədə təmin olunmamasını əsaslı və qanuni hesab edir.
58. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının dəlillərinə münasibətdə isə qeyd edir ki, ilk iddiaçıya ödənilmiş 400 000 manatın 12000 manat hissəsi haqlı olaraq əvvəldən ödənilmiş kirayə məbləği olaraq müəyyən olunmuşdur. Nə qədər ki, qarşılıqlı iddiaçı ödədiyi məbləğin geri qaytarılmalı olmasına dair tələb irəli sürmüşdür, artıq bu o anlama gəlir ki, qarşılıqlı iddiaçı müqavilə şərtlərinin razılaşdırılmış qaydada icra edilməli olmasını qəbul edir. İlk iddiaçıların kirayə pulundan imtina etməsinə dair tərəflərin qarşılıqlı olaraq razılaşdırılmış iradə ifadəsinin olmaması artıq məhkəmə tərəfindən müəyyən olunmuşdur. İlk iddiaçılar tərəfindən tərtib olunmuş və təsdiq olunmuş ərizənin mövcudluğu özlüyündə onların kirayə pulundan imtina edilməsinə razılıqlarının olması üçün əsas kimi qəbul oluna bilməz.
59. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini y aradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
60. Beləliklə, müəyyən olunur ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə qeyd olunan hissədə (mənəvi zərərin tutulmasına dair tələbin təmin olunan hissəsi üzrə) maddi hüquq normasının tələblərini pozmuşdur ki, bu hal Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğvi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi üçün əsasdır. Apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MTK-nın kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 may 2024-cü il tarixli qətnaməsi “mənəvi zərər kimi CavabdehMTK-dan 300 (üç yüz) manat pul İddiaçı2, 300 (üç yüz) manat isə İddiaçı1 xeyrinə tutulması” hissəsində ləğv olunsun, həmin hissə üzrə yeni qərar qəbul edilərək həmin hissədə iddia təmin olunmasın. İddiaçılar İ ddiaçı2 və İddiaçı1 kassasiya şikayəti təmin olunmasın. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.