Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2935/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2935/2022 (Açar sözlər: fərdi yaşayış evinin bir hissəsindən çıxarılma tələbi) Bakı şəhəri, 29 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-144/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərə əsasən, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin 6/12 hissəsi X2 mülkiyyətindədir.
2. Həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinin 102.55 kv.m hissəsinə hər birinə 2/12 pay olmaqla, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 adına qeydə alınmışdır.
3. Qeyd olunan yaşayış evinin 102.55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106.25 kv.m hissəsi (iki yaşayış otağı 43.4 kv.m, qaraj 25.4 kv.m, mətbəc 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) İddiaçı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən ona məxsus olan fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m. hissəsinin birinci mərtəbəsindən, yəni qaraj 25,4 kv.m., mətbəx 16,45 kv.m. və açıq eyvan 21,20 kv.m.-dən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun mülkiyyətində fərdi yaşayış evinə əlavə inşa edilmiş 106,25 kv.m. sahə iki yaşayış otağı, qaraj, mətbəx və açıq eyvandan ibarətdir. Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 187,60 kv.m.-dir. Fərdi yaşayış evinin sahəsi 102,55 kv.m. və fərdi yaşayış evinə əlavə inşa edilmiş sahə 106,25 kv.m. olmaqla iki yaşayış otağı 43,4 kv.m., qaraj 25,4 kv.m., mətbəx 16,45 kv.m. və açıq eyvan 21,20 kv.mdən ibarətdir. Həmin 106,25 kv.m. tikil i fərdi yaşayış evinə bitişik şəkildə inşa edilmişdir və giriş bir yerdən olmaqla tikili iki mərtəbəlidir. Tikilinin birinci mərtəbəsində qaraj (25,4 kv.m.), mətbəx (16,45 kv.m.) və açıq eyvan (21,20 kv.m) yerləşir. Tikilinin ikinci mərtəbəsində isə ümumi sahəsi 43,40 kv.m. olan iki yaşayış otağı vardır. Həmçinin fərdi yaşayış evinin texniki pasportunda bunlar göstərilmişdir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının arvadı N yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin evin ikinci mərtəbəsinə köçürülmüşdür. Hal-hazırda evin ikinci mərtəbəsində yaşayır. İddiaçı tərəfindən tikilmiş 106,25 kv.m. hissə çıxarışla onun adına rəsmiləşdirilmişdir. Hazırda cavabdehlər fərdi yaşayış evinə əlavə inşa edilmiş 106,25 kv.m. hissəni zəbt etmişlər. Cavabdehlər bununla iddiaçının mülki yyət hüquqlarını pozurlar. Həmin əlavə inşa edilmiş hissədən çıxmaq istəmirlər. Əlavə inşa edilmiş hissənin rəsmiləşdirilməsinə dair çıxarış da cavabdehlər tərəfindən mübahisələndirilmiş, nəticədə həmin çıxarış ləğv olunmamış, qüvvədədir. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
6. Birinci instansiya məhkəməsində iştirak etmiş Cavabdeh3 izahat verərək göstərmişdir ki, mərhum ailə üzvü X1 miras qalmış A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində onların hüquqları vərəsəlik şəhadətnamələrinə əsasən 08 yanvar 2016-cı il tairxdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"larla rəsmiləşdirilmi şdir. X3 onlara qarşı qaldırmış olduğu iddiasından sonra məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ümumi birgə mülkiyyətlərində olan fərdi yaşayış evinin müəyyən hissəsini onların razılığı, o cümlədən heç bir qanuni əsas olmadan və RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" qüvvədə ola-ola 17 aprel 2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirmişdir. Bundan sonra İddiaçı torpaq sahəsindəki payını, X4 bağışlamışdır. X3 həmin əmlak üzərində hüquqları 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"larla rəsmiləşdirilmiş, həmçinin texniki pasport tərtib etmişdir. İş materiallarından da göründüyü kimi, hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin içərisində Zaqatala Rayon İcra Hakimiyyətinin qeydiyyatı və nömrəsi olmayan bir məktubu, o cümlədən, yenə də qeydiyyatı olmayan bir layihəsi var. Həmin sənədlər də mərhum ailə üzvlərindən miras qalmış həmin əmlak İddiaçı tərəfindən inşa edilmiş ev kimi qeyd olunmuşdur ki, bunun da heç bir hüquqi qüvvəsi yoxdur. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Zaqatala Rayon Məhkəməsinin (hakim T.H.Həsənov) 23 avqust 2021-ci il tarixli 2(033)-40/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişd ir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iddia ərizəsində göstərilən hallar, yəni cavabdehlər tərəfindən həqiqətən iddiaçının mülkiyyətində olan, fərdi yaşayış evinin əlavə inşa edilmiş hissəsindən istifadə etməsi və mülkiyyətçinin öz mülkiyyətində olan evinə sahiblik edə bilməməsində, həmin evdən sərbəst şəkildə istifadə etməsində maneələrin olması sübuta yetirilmişdir.
9. İddiaçı Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında 0,0313 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kv.m.-nin paylı mülkiyyətçilərindən biridir, eyni zamanda həmin fərdi yaşayış evinə əlavə inşa edilmiş 106,25 kv.m hissəsinin (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) tam mülkiyyətçisidir. Onun ö z əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında 0,0313 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə əlavə inşa edilmiş 106,25 kv.m hissəsindən cavabdehlərin çıxmaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehlərin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə tam mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinə əlavə inşa edilmiş hissədən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehlər həmin hissədən çıxarılmalıdır.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmla kın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi (sayılması) tələbinə dair iddia rədd edilmişdir. Cavabdehin isə hazırkı dəlilləri iddianın rədd olunması üçün əsas deyil.
11. Məhkəmə, mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi, 13-cü, 26-cı, 29-cu maddələri, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarı, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, 152.1-ci, 152.5-ci, 157.2-ci, 157.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci, 14.2- ci, 77.1ci, 119.1-ci, 217.4-cü, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, mərhum ailə üzvləri X1 miras qalmış Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində onlar və iş üzrə üçüncü şəxs İddiaçı hüquqları vərəsəlik şəhadətnamələrinə əsasən 08 yanvar 2016-cı il tairxdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq rəsmiləşdirilmişdir. X2 onlara qarşı qaldırmış olduğu iddiasından sonra məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ümumi birgə mülkiyyətlərində olan fərdi yaşayış evinin müəyyən hissəsini onların razılığı olmadan, o cümlədən heç bir qanuni əsas olmadan və RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyes trindən çıxarış" qüvvədə ola-ola 17 aprel 2018-ci il tarixdə İddiaçı adına çıxarışla rəsmiləşdirmişdir. Bundan sonra İddiaçı torpaq sahəsindəki payını, iş üzrə üçüncü şəxs X5 bağışlamışdır. X2 həmin əmlak üzərində hüquqları 13 noyabr 2019-cu il tarixdə rəsmiləşdirmiş, həmçinin texniki pasport tərtib etmişdir. Hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin içərisində Zaqatala Rayon İcra Hakimiyyətinin qeydiyyatı və nömrəsi olmayan bir məktubu, o cümlədən, yenə də qeydiyyatı olmayan bir layihəsi var. Həmin sənədlərdə mərhum ailə üzvlərindən miras qalmış həmin əmlak iş üzrə üçüncü şəxs İddiaçı tərəfindən inşa edilmiş ev kimi qeyd olunmuşdur ki, bunun da heç bir hüquqi qüvvəsi yoxdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövk Reyestri Xidmətinin 18 saylı Zaqatal a Ərazi İdarəsinin hərəkətləri qanunsuz olmuşdur ki, bu səbəbdən də qeyd olunan qanunsuz hərəkətlər nəticəsində verilmiş sənədlər də etibarsız hesab edilməlidir.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 2, nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyata rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" ın və 13 noyabr 2019-cu il tarixdə tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəs i ilə, 25 nömrəli reyestr kitabının 15 nomrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin qoyulması tələbinə dair" iddia ərizəsi ilə Şəki inzibat Məhkəməsinə müraciət etmişlər və iş hazırda həmin məhkəmənin icraatındadır. Zaqatala Rayon Məhkəməsi isə Şəki İnzibati Məhkəməsinin iş üzrə yekun qərarını gözləmədən hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzər də tutulmuş əsaslar yaranmışdır.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) 2(107)-144/2022 saylı mülki iş üzrə 13 yanvar 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.
16. Apellyasiya instansiyası qeyd etmişdir ki, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi tərəflərin adına qeydiyyata alınmışdır. Yəni həmin fərdi yaşayış evi paylı mülkiyyət kimi tərəflərin adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evindəki paylar müəyyən edilmiş olsa belə, paylar naturada müəyyən edilməmişdir.
17. Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına əsasən paylı mülkiyyətdə ol an əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
18. Hazırkı halda isə fərdi yaşayış evinə dair bütün mülkiyyətçilərinin razılaşması müəyyən edilmir. Eyni zamanda fərdi yaşayış evinə dair istifadə qaydasının müəyyən edilməsinə dair hər hansı bir tələb yoxdur. İddiaçı birtərəfli qaydada məhkəməyə müraciət edərək cavabdehlərin fərdi yaşayış evinin yardımçı sahələrindən eyni zamanda yeni tikilmiş otaqdan istifadə edilməsini cavabdehlərə qadağan edilməsini tələb etmişdir. Halbuki cavabdehlər də mülkiyyətçi olaraq qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan is tifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlər ə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər.
20. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanun vericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir.
21. Kollegiya həmçinin qeyd etmişdir ki, heç kəs mülkiyyətindən maneəsiz istifadə etmək hüququndan qanunsuz məhrum edilə bilməz, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxı mdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış edilməməli, məhkəmələr öz səlahiyyətləri çərçivəsində Konstitu siyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında 0.0313 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəs i (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ədalətli olmuşdur. İddiaçının iddia ərizəsində göstərilən hallar, yəni cavabdehlər tərəfindən həqiqətən iddiaçının mülkiyyətində olan, fərdi yaşayış evinin əlavə inşa edilmiş hissəsindən istifadə etməsi və mülkiyyətçinin öz mülkiyyətində olan evinə sahiblik edə bilməməsində, həmin evdən sərbəst şəkildə istifadə etməsində maneələrin olması sübuta yetirilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 1 5 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi (sayılması) tələbinə dair iddia rədd edilmişdir.
25. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 152.1, 157.1, 157.2, 157.7, MPM-nin 14.1, 77, 88-ci maddələrinin tələblərinin düzgün tətbiq edilməməsi və pozulması ilə qəbul olunmasına istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifad ə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam et dirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
31. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
32. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
33. Maddə 220.1. P aylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
34. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
35. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 416.1. K assasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və h üquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Hazırkı işdə iddiaçı, ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin əlavə inşa olunmuş 106,25 kv.m. hissəsinin birinci mərtəbəsindən, yəni qaraj 25,4 kv.m., mətbəx 16,45 kv.m. və açıq eyvan 21,20 kv.m.-dən cavabdehlərin məcburi qaydada çıxarılmalarını tələb edir. Cavabdehlər isə iddiaya etiraz edirlər.
44. Apellyasiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli ev üzərindəki paylar məlum olsa belə, paylar naturada müəyyən edilməmişdir. Bundan əlavə, bütün mülkiyyətçilərin razılaşması olmadıqda paylı mülkiyyətdəki əşyaya sahiblik və ondan istifadə məhkəmənin müəyyənləşdirdiyi qayd ada həyata keçirilir. Lakin hazırkı işdə evdən istifadə qaydasının müəyyən edilməsinə dair hər hansı bir tələb yoxdur. İddiaçının mövcud tələbi cavabdehlərin ümumi mülkiyyət hüquqlarını pozmaqla hüquqdan sui-istifadə təşkil edir.
45. Məhkəmə qətnaməsində tətbiq edilən hüquq kimi Mülki Məcəllənin mülkiyyət, o cümlədən paylı mülkiyyət hüququndan istifadəyə dair 152-ci, 213-cü və 215.1-ci maddələrinə, o cümlədən hüquqdan sui-istifadə qadağasına dair 5.3-cü və 560.1-ci maddələrinə istinad olunmuşdur.
46. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsinin mövqeləri qanuni və əsaslı sayıla bilməz.
47. İlk növbədə mülkiyyətçilərin paylarının naturada müəyyən edilməməsinə dair mövqe ilə bağlı qeyd edilməlidir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər (§ 33-35).
48. Göründüyü kimi, ümumi mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mülkiyyətçinin qanunda nəzərdə tutulmuş hüququdur və heç kəs öz hüququndan istifadəyə məcbur edilə bilməz.
49. Nəzərə alınmalıdır ki, payın naturada ayrılması ilə ayrılan hissə müstəqil əşya vəziyyətinə gələ bilməli, ondan ayrıca əşya kimi təyinatına uyğun istifadə mümkün olmalıdır. Ayrılma baş tutduğu andan payçı ümumi mülkiyyət birliyindən çıxmış olur və müstəqil daşınmaz əşya üzərində onun fərdi mülkiyyət hüququ yaranır. Belə olan halda, ümumi mülkiyyətçilər arasında hüquqi ixtilafdan söhbət gedə bilməz. İş üzrə mübahisə isə məhz ümumi mülkiyyətçilər arasındakı fikir ayrılığıdır.
50. Odur ki, hazırkı məqamadək payların naturada ayrılmış olmaması hazırkı mübahisə üzrə iddianın rədd edilməsinə əsas təşkil etmir.
51. Kollegiya baxılan işdə paylı mülkiyyətdə olan əşyadan istifadə qaydası ilə bağlı tələb irəli sürülməməsi barədə mövqe ilə də razılaşmır, ona görə ki, mübahisəli ev üzərindəki paylı mülkiyyət hüquqları dövlət reyestrində yalnız pay nisbətləri ilə deyil, həm də evin naturada bir hissəsi və kvadratmetr sahəsi üzrə qeydiyyata alınmışdır.
52. İddiaçı, cavabdehlərin ümumi mülkiyyətdə olan evdən deyil, dövlət reyestrində məhz özünün adına “əlavə inşa olunmuş 106,25 kv.m.” kimi qeydə alınmış hissənin birinci mərtəbəsindən (qaraj 25,4 kv.m., mətbəx 16,45 kv.m. və açıq eyvan 21,20 kv.m.-dən) cavabdehlərin məcburi q aydada çıxarılmalarını tələb edir.
53. Göründüyü kimi, iddiaçı bu tələbi ilə cavabdehlərin məhz həmin sahədən istifadə etməmələrinə dair məhkəmə qətnaməsi almaq istəyir. Bu iddia mübahisəli hissədən iddiaçının yalnız özünün istifadəsini təmin etməyə yönəlmiş bir tələbdir. Başqa sözlə, iddiaçının çıxarılma tələbi mahiyyət etibarilə (əslində) evin qeyd olunan hissəsindən yalnız özünün istifadəsinə dair qaydanın müəyyən olunması barədədir.
54. Belə olan halda iddia Mülki Məcəllənin həm də 215.1-ci maddəsində nəzərdə tutulmuş qaydada həll edilməlidir. Həmin normaya görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Lakin apellyasiya məhkəməsi müb ahisənin bu qaydada həllinə dair bir araşdırma aparmamışdır.
55. Beləliklə, iddiaçının tələbi qanunda nəzərdə tutulmuş əsasa söykəndiyi üçün iddianın hüquqdan sui-istifadə kimi qiymətləndirilməsi də doğru yanaşma sayıla bilməz.
56. Kollegiya onu da qeyd edir ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 560.1-ci maddəsinə istinadən hüquqdan sui-istifadə qadağasını ümumi şəkildə göstərsə də, hazırkı işdə sui-istifadənin konkret nədən ibarət olmasını, işin hansı faktiki hallarına görə iddiaçının dürüstlük qaydasına zidd davranmasını və bu davranışın MM-in 560.3-cü maddəsində göstərilən hüquqdan sui-istifadə növlərindən hansına aid olmasını əsaslandırmamışdır.
57. Qeyd edilənlər həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına (§ 36, 39), habelə yuxarıda qeyd edilən maddi hüquq normalarının (§ 27-32) düzgün tətbiq olunmadığına dəlalət edir.
58. Odur ki, mübahisənin düzgün həlli üçün daşınmaz əmlakın hüquqi vəziyyəti nəzərə alınmaqla, iddiaçının adına qeydə alınmış 106,25 kv.m.-in mübahisəli hissəsinin yerləşmə yeri və digər xüsusiyyətləri, bu hissə ilə bağlı mülkiyyətçilər arasında olan fikir ayrılığının nədən ibarət olması, oradan cavabdehlərin istifadə etmək istəmələrinin səbəbləri, bu cür istifadə üçün onların əsaslı mənafeyinin olub-olmaması, mübahisəli hissədən çıxarılacaqları halda cavabdehlərin ümumi mülkiyyətlərində olan əmlakdan istifadə etmələrinə maneçilik yaranıb-yaranmayacağı (o cümlədən torpaq sahəsi və evdən özlərinin paylarına uyğun istifadə edə bilmələri üçün mübahisəli sahədən kənar ayrıca giriş-çıxış imkanlarının olub olmaması və s.) və digər əhəmiyyətli hallar çəkişmə prinsipinə riayət olunmaqla tərəflərin iştirakı ilə tam və hərtərəfli araşdırılmalı və nəticəsindən asılı olaraq iddianın həllinə dair əsaslandırılmış qərar çıxarılmalıdır.
59. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-144/20 22 nömrəli iş üzrə 13 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov Əhməd Nurməmmədov