Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2936/2021 27.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2936/21 (Açar sözlər: evə köçürülmə) Bakı şəhəri, 27 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1427/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 27 aprel 2021-ci il tarix də Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı "evə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hal-hazırda yaşadıqları Qazax rayonunun Xanlıqlar kəndində yerləşən evə onun və oğlunun köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 19 avqust 2007-ci ildə Cavabdeh1 ilə ailə həyatı quraraq cavabdehlərin yaşadığı Qazax rayonunun Xanlıqlar kəndində yerləşən evə gəlin köçmüşdür. Onlar nikahlarını 11 iyun 2009-cu ildə rəsmiləşdirmişlər. Birgə münasibətlərindən 2 uşaqları doğulmuşdur. O, 2018-ci ilin avqust ayına kimi həmin evdə yaşamışdır. Cavabdehlə olan nikahları məhkəmə qətnaməsinə əsasən pozulmuş, uşaqlardan Akif onun, qızı Ayan isə cavabdehin himayəsinə verilmişdir. Ev hazırda baldızı Cavabdeh3 adına qeydə alınmışdır. O, həmin evə köçərək uşaqları ilə birlikdə yaşamaq istəyir. Buna görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 noyabr 2019cu il tarixli 2(023)-974/2019 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia tələbi təmin edilərək, İddiaçı himayəsində olan 06 may 2008-ci ildə anadan olmuş Akif adlı uşağı ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 Akif qızının yaşadıqları Cavabdeh3 mülkiyyətində olan Qazax rayonunun Xanlıqlar kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı mübahisəli yaşayış evinə gəlin köçərək orda yaşamağa başladığı mübahisəli yaşayış evi mülkiyyət hüququ kimi qeydə alındığından 01 oktyabr 2009-cu dən qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməklə yaranmış mübahisə həll edilməlidir. Qeyd edilən qanunvericiliyin məzmunundan göründüyü kimi İddiaçı cavabdehlərlə yaşayaraq birgə təsərrüfat aparmışdır. Buna görə məhkəmə hesab edir ki, İddiaçı 2007-ci ildə qeyd şərtsiz mübahisəli evə gəlin köçərək orada cavabdehlərin ailə üzvü kimi birgə yaşadığından və birlikdə ümumi təsərrüfat apardığından İddiaçı himayəsində olan 06 may 2008-ci ildə anadan olmuş Akif adlı uşağı ilə birlikdə Qazax rayonunun Xanlıqlar kəndində yerləşən evə köçürülməli dir. Birinci instansiya məhkəməsi qənaətini 01 oktyabr 2009-cu dən qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı Cavabdeh3 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fikrət Mehtiyev - sədrlik edən və məruzəçi, Rəhman Muradov, Ədil Məmmədov) 2(104)-1427/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Qazax Rayon Məhkəməsinin 2(023)974/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən sa xlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə düzgün qətnamə qəbul etmişdir. Ona görə də onun apelyasiya qaydasında ləğv edilməsi üçün zərurət qalmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh3 (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının yaşayış sahəsinə köçürülmə ilə bağlı tələbinin hüquqi əsası yoxdur. Belə ki, iddiaçı cavabdeh olan onun qardaşı Ram inlə aralarında olan nikah pozulduqdan sonra, yəni 2018-ci ilin avqust ayından etibarən əşyalarını götürərək mübahisəli evdən çıxmış və Qazax şəhərində atasına məxsus evdə daimi əsasla yaşamaqdadır. Göründüyü kimi, iddiaçı daimi əsaslarla başqa yaşayış sahəsində yaşadığından və özünə məxsus əşyalarını apardığından və bütün bu hərəkətləri könüllü surətdə etdiyindən o, əvvəlki yaşayış sahəsindən könüllü imtina etmişdir. O, artıq iki ilə yaxındır ki, onunla və digər ailə üzvləri ilə birgə yaşamır və birgə təsərrüfat aparmır. Ona görə də iddiaçı onların ailə üzvü sayılmır. Apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini pozmuşdur. Nəticə etibarilə məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, Cavabdeh3, vəkili Vəkil, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu dən qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və va lideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli g ələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlillər i üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasas iya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil et miş, apelyasiya baxışı zamanı da müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ilin avqust ayında ailədə baş vermiş mübahisə nəticəsində yaşadığı evdən müvəqqəti olaraq çıxmışdır. İddiaçının başqa yerdə yaşamağa yeri yoxdur. Bu baxımda da kasasiya kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Apelyasiya kollegiyası mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq edib iddianı haqlı olaraq təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda gös tərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1427/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.