Məhkəmə qərarları › İş №2(102)-2936/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2936/2024

03.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2936/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikilidən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-554/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 03 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh İddiaçı keçmiş gəlinidir.

2. X17 oğlu (İddiaçı oğlu) ilə Cavabdeh 2006-cı ildə nikaha daxil olmuş, birgə nikahdan onların xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı iki uşaqları var. Nikahları xx.xx.2015-ci il tarixdə pozulmuşdur.

3. Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evi özbaşına tikilidir.

4. İddiaçı əri ilə və 2017-ci ildən Cavabdeh övladları ilə birlikdə qeyd edilən fərdi yaşayış evində qeydiyyatsız olaraq yaşayırlar.

5. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışa əsasən 11 iyul 2006-cı il tarixdən İddiaçı, X4, X9, X10, X11, X12, Cavabdeh, X8, X6, Rzayev Rafiq Rasim oğlu ünvan 1 ünvanında qeyd iyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra - “iddiaçı”) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra – “cavabdeh”) iki azyaşlı övladları xx.xx.2007ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 ilə birlikdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evindən (bundan sonra “mübahisəli ev”) çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi iddiaçıya məxsus olmuşdur. Cavabdeh iddiaçıya məxsus Sumqayıt şəhəri, 48-ci məhəllə, 9 saylı evin 1 saylı mənzilinə gəlin köçmüşdür. Həmin müddətdə həmin mənzildə bərabər yaşamışlar. 2011-2012-ci il tarix lər arasında iddiaçının oğlu və cavabdeh (ər-arvad) həmin mənzildən çıxıb gedərək kirayə yaşamışlar.

8. Hazırda mübahisəli ev iddiaçıya məxsus olsa da, yarımtikili olduğundan bostan kimi istifadə olunmuşdur. Bir müddət sonra iddiaçının əri möhkəm xəstə olduğundan, xəstəliyi ilə əlaqədar ayrı yaşamasına zərurət yarandığından iddiaçı əri ilə birlikdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən torpaq sahəsində tikili inşa edərək həmin evə köçmüşlər. İddiaçının ərinin ağciyərində mikrob olduğundan daima həkim nəzarətində və müayinəsində olmuş, bundan başqa, astmabronxit xəstəliyindən də əziyyət çəkmişdir.

9. İddiaçı əri ilə bərabər mübahisəli evə köçdükdən sonra, iddiaçının digər oğlu da evlənərək 48-ci məhəllədə yerləşən mənzildə ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Sonradan məlum olmuşdur ki, cavabdehlə iddiaçını oğlu Ramin Rzayevin nikahları 2015-ci il tarixdə pozulmuşdur. Ailə münasibətlərinə son qoyulmasına baxmayaraq, cavabdeh qanunsuz olaraq mübahisəli evə məskunlaşmışdır.

10. İddiaçının əri xəstə olduğundan, ona daima sakitlik lazımdır, bu səbəbdən onlar digər oğlanları ilə belə qalmamışlar. Yaşadıqları mübahisəli ev yaşayış üçün o qədər də əlverişli olmasa da, ərinin sağlamlığına görə orada yaşamalı olmuşlar. Bütün bunlara baxmayaraq, cavabdeh evdən çıxmamış, əksinə, səbəbsiz və qərəzli şəkildə münaqişə yaratmışdır. Belə ki, iddiaçı cavabdehdən evdən çıxmasını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Bununla bağlı aralarında baş verən son münaqişə zamanı aidiyyəti üzrə polis bölməsinə şikayət ərizəsi ilə müraciət də etmiş dir.

11. Cavabdeh iddiaçının ailə üzvü deyil, mübahisəli evə köçərkən belə, oğlu ilə aralarındakı nikah pozulmuş, ailə münasibətləri kəsilmişdir. Cavabdeh evə köçdüyü vaxtdan etibarən iddiaçı özünə məxsus fərdi yaşayış evindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Bundan başqa, cavabdehin iddiaçının evi ilə heç bir əlaqəsi, orda yaşamaq üçün heç bir hüququ olmamışdır. Həmin evə dair kommunal xidmətlərlə bağlı lazımi müqavilələr iddiaçının adına rəsmiləşdirilmiş, aylıq ödənişlər də iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin əmlak və torpaq vergisi də iddiaçı tərəfindən ödənilmişdir.

12. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 152, 157.4 və 228.2-ci maddələrinə istinad etmişdir.

13. Birinci instansiya məhkəməsində cavabdeh, onun nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, göstərmişlər ki, cavabdeh iddiaçının oğlu ilə ailə qurduqdan sonra bir müddət ünvan 2 ünvanında yaşamışdır. Daha sonra iddiaçı cavabdehə hazırda mübahisələndirilən fərdi yaşayış evini inşa etməyini və orada yaşamağını bildirmişdir. Mübahisələndirilən ev yarımtikili olmuş, cavabdeh atasının köməyi ilə həmin evin tikintisini başa çatdırmış və 2017-ci ildən həmin evə köçmüşdür. Uşaqları o evdə yaşayarkən məktəbə getmişlər. Həmin evdə yaşamağına dair yaşayış yeri haqqında arayış da almışdır. Cavabdeh mübahisəli evə köçən zaman evdə heç kim yaşamamışdı. Həmin evi cavabdeh özü təmir etdirmişdir. 2023-cü ilin sentyabr ayında iddiaçı mübahisəli evdə yaşamaq istədiklərini bildirərək, həmin evə gəlmişlər. Keçmiş əri cavabdehə Sumqayıt şəhəri, 48-ci məhəllə ünvanında yerləşən evdə gedib yaşa ya biləcəyini bildirmişdir. Cavabdeh həmin evə yaşamağa getdikdə iddiaçının digər oğlu cavabdehi evə buraxmamışdır. Bu səbəbdən polis bölməsinə şikayət etmişdir. Cavabdeh daha əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyətinə evin adına keçirilməsi ilə bağlı müraciət etmişdir. Lakin ev qanunsuz tikili olduğu üçün adına keçirmək mümkün olmamışdır. Cavabdeh hələ də mübahisəli evdə yaşayır. Evin təmir olunmasından əvvəl və təmir olunandan sonra fotoşəkillər də olmuşdur. Cavabdeh mübahisəli evin tikintisinə 2014-cü ildə başlamış, 2017-ci ildə də oraya köçmüşdür. Cavabdeh ərindən boşanan zaman razılaşmışdılar ki, bir müddət ünvan 2 ünvanında yaşasın, sonra mübahisəli evi satıb, pulunu aralarında böləcəklər. Cavabdeh həmin mənzilə yaşamağa gedən də iddiaçının digər oğlu cavabdehi evə buraxmamış və bu səbə bdən cavabdeh mübahisəli evə qayıtmışdır.

14. Birinci instansiya məhkəməsində şahid X2 bildirmişdir ki, 30 ildən çoxdur ki, iddiaçını tanıyır, mübahisəli ev iddiaçının olmuşdur. Keçmiş gəlini uşaqları ilə birlikdə orada yaşamışdır. Bütün sənədlər iddiaçının adınadır.

15. Birinci instansiya məhkəməsində şahid X13 bildirmişdir ki, iddiaçının kürəkənidir, həmçinin ustadır. O, həmin evdə usta kimi işləmiş, evin başlanğıcını qoymuşdur. Cavabdehi və ailəsini də tanımış, lakin onlar evin tikintisində iştirak etməmişlər.

16. Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, o, cavabdehin qardaşıdır. Evin tikintisində onlar iştirak etmişlər. Bundan əlavə, o gələn zaman evin içinin təmiri qalmışdı, o da evin içini təmir etmişdir.

17. Birinci instansiya məhkəməsində şahid X1 bildirmişdir ki, cavabdehin atasıdır. Evin tikintisində o, da iştirak etmişdir. Tərəflərin ayrılmalarını o, da istəməmişdir. Sentyabr ayının əvvəli iddiaçı zəng edərək, gəlməyini xahiş etmiş, gələrkən qarşılaşdığı mənzərə bundan ibarət olmuşdur ki, qızının əşyaları evdən çölə atılmışdır. Bundan əlavə, tikinti o gəlməzdən əvvəl başlamış, təxmini ev 3-4 daş kimi qalxmışdır. O, evin tikintisinə davam etmiş, lakin taxta işlərini oğlu həll etmişdir.

18. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6523/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Şəbnəm Həxiyeva)

19. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər – gəlin və qayınanadır. İddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi əmlak – mübahisəli ev özbaşına tikili olmaqla, hüquq müəyyənedici sənədləri yoxdu r, dövlət qeydiyyatına alınmayıb.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi ev hüquqi statusuna görə özbaşına tikilidir, həmin evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi o şəxsə deyilir ki, o, əmlak üzərində istifadə və sahiblik hüquqi ilə yanaşı, həmin əmlak barəsində sərəncam vermək hüququna da malikdir.

21. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən mübahisə predmeti daşınmaz əmlak olduğu üçün, qanunvericiliyin tələbinə əsasən həmin əmlak üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olması tələb olunur.

22. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı mübahisəli evdə yaşamış və onun hə min evdən istifadə etmək hüquqlarının olması mübahisəsizdir. Lakin iddiaçının həmin əmlakdan başqa şəxslərin istifadəsini qadağan (hazırkı tələb üzrə cavabdehin övladları ilə birlikdə həmin evdən çıxarılması onların həmin evdən istifadəsinə son qoyulmasına yönəlmişdir) etməsini tələb etmək üçün, həmin əmlaka ixtiyarı olmalıdır. Bu ixtiyar isə onun yalnız həmin əmlaka sərəncam vermək hüquqi ilə realizə oluna bilər. Lakin iddiaçının mübahisəli ev üzərində sərəncam vermək hüquqları olmadığı üçün, yəni iddiaçı mübahisəli ev üzərində ixtiyar sahibi olmadığı üçün, onun hazırkı tələblə çıxış etməyə subyektiv hüququ olmamışdır.

23. Məhkəmə mövqeyini Mülki Məcəllənin 146, 152, 180-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçı apellyasi ya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, mübahisəli evə dair bütün xərclər iddiaçı tərəfindən ödənilir. Evin kommunal xidmətləri iddiaçının adınadır. Sadəcə evin yerləşdiyi ərazidə heç bir evin sənədi yoxdur. Lakin iddiaçının 30 ildən çox həmin ünvanda yaşaması faktı həmin evə sahibliyi sübut edir. İddiaçının mübahisəli evə faktiki sahib olması nəzərə alınmadan əsassız qərar qəbul edilmişdir.

26. Apellyasiya baxışında iddiaçı bildirmişdir ki, cavabdehin atası yalnız evin döşəməsini vurub, bundan əlavə cavabdeh tərəfindən heç bir iş görülməyib. Mübahisəli evi tərk etməsi müqabilində cavabdehə 3000 manat köməklik edə bilər.

27. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-554/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Fuad Məmmədov)

28. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə nəticə etibari ilə razılaşmış və göstərmişdir ki, mübahisəli ev özbaşına tikilidir, daşınmaz əmlakın reyestrində qeydiyyata alınmayıb.

29. İddiaçı tikintinin aparıldığı torpaq sahəsinə dair hər hansı hüququnun olmasına və ya qeydə alınması ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, iddiaçı və onun nümayəndəsi apelyasiya baxışında iclasında iddiaçının özbaşına tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqlarının qeydə alınmadığını təsdiq etmişlər.

30. İş materialları, həmçinin tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, cavabdeh əvvəlcə gəlin köçdüyü Sumqayıt şəhəri, 48-ci məhəllə, 9 saylı evin 1 saylı mənzildə yaşamış, lakin sonradan qaynının evlənməsi ilə əlaqədar razılıq əsasında mübahisə predmeti olan fərdi yaşayış evinə köçmüşdür. Apellyasiya baxışında iddiaçı izahatında cavabdehin sonradan köçdüyü fərdi yaşayış evinin yarımtikili olması, onun qalan hissəsinin tikintisi və təmirində oğlu – cavabdehin keçmiş həyat yoldaşının iştirak etməsini bildirmişdir. İddiaçı həmçinin məhkəmə iclasında evin təmirində qismən, yəni döşəmənin vurulmasında cavabdehin atasının iştirak etdiyini təsdiq etmiş və bununla əlaqədar cavabdehin atasının peşə s ahibi kimi “usta” olduğunu bildirmişdir.

31. Apellyasiya instansiya məhkəməsi qeyd edilənlərə əsasən bildirmişdir ki, cavabdehin mübahisə predmeti olan fərdi yaşayış evinə köçməsi barədə iddiaçının xəbəri olması, həmçinin evin tikintisində iştirak etməklə buna şərait yaratması müəyyən edilir.

32. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə yaşayış evi özbaşına tikili olsa da, evin tikintisində cavabdehin iştirakı onun həmin əmlaka faktiki sahibliyinin əmələ gəlməsinə səbəb olmuşdur.

33. Kommunal xidmətlərə dair müqavilələrin iddiaçının adına rəsmiləşməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, bu dəlillər formal xarakter daşıdığından iddianın təmin edilməsi üçün əsas ola bilməz.

34. Apellyasiya instansiya məhkəmə si gəldiyi nəticəni Mülki Məcəlləsinin 179 və 180-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

36. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli aktında da göstərilmişdir ki, ev iddiaçı tərəfindən tikilmişdir. Onun bütün tikintisinə çəkilən xərclər iddiaçı tərəfindən ödənilmişdir. Hətta qətnamədə qeyd edildiyi kimi cavabdehin atası usta kimi oranı tikintisində iştirak e tmişdir, ona usta xərci də ödənilmişdir. Cavabdehin həmin evin tikintisində istər maddi, istərsə də mənəvi əziyyəti olmamışdır. Çıxarılan qətnamələr cavabdehin atasının tikintidə iştirakını əsas götürmüşdür. Halbuki təmir onun işidir, vəzifəsidir. Məhkəmənin gəldiyi nəticəyə görə yaşayış evi özbaşına tikili olsa da, evin tikintisində cavabdehin iştirakı onun həmin əmlaka faktiki sahibliyinin əmələ gəlməsinə səbəb olmuşdur. Halbuki, cavabdeh evin tikintisində deyil, sadəcə cavabdehin atası pul qarşılığında usta olaraq evi tikmişdir. Bu o demək deyil ki, hər evi tikən usta tikdiyi evə sahiblik və ya istifadə hüququ əldə edir. Məhkəmələr sözü gedən evin dövlət reyestr qeydiyyatından keçməməsini əsas götürərək, iddianı əsassız şəkildə rədd etmişlər. Belə ki, göründüyü kimi həmin ev iddiaçı tər əfindən tikilmiş, ora çəkilən xərclər iddiaçının maddi gəlirləri hesabına olmuşdur. Cavabdehin həmin tikilidə heç bir hüququ olmamışdır. Cavabdeh iddiaçının ailə üzvü olmadığından orada yaşaması üçün heç bir hüquqi əsası olmamışdır. Qətnamədə qeyd edildiyi kimi iddiaçının mübahisəli evdə yaşaması, onun həmin evdən istifadə etmək hüquqlarının olması mübahisəsiz olmuşdur. Lakin iddiaçının həmin əmlakdan başqa şəxslərin istifadəsini qadağan etməsini tələb etmək üçün həmin əmlaka ixtiyarı olmadığı bildirilmişdir. Bu yanaşma düzgün olmamışdır, hüquqi əsası mövcud olsa da, iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə qətnamə çıxararkən evin faktiki vəziyyəti, iddiaçı və cavabdehin münasibətlərinin hansı formada olmasını nəzərə almamışdır. Sözü gedən evdə məcburiyyət qarşısında qaldıqdan sonra yaşan mağa başlanmışdır. İlk öncə həmin tikili yaşamağa yararsız, əlverişsiz olmuşdur. Oranı iddiaçı bostan kimi istifadə etmişdir. İddiaçının həyat yoldaşının səhhətində yaranmış problemlərə görə orada yaşamağa məcbur olmuşlar. Həmin yarımtikilini tikə-tikə yaşamağa başlamışlar. Hansı ki, həmin müddətdə cavabdeh həmin evdə yaşamamışdır. İddiaçının xəstə yoldaşına baxa-baxa, həm də evin tikintisi ilə məşğul olmağı evə dair sahiblik hüququnun əyani sübutu olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyət çisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.

1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

39. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

43. İddia tələbi özbaşına tikinti hesab edilən evdən keçmiş gəlin olan cavabdehin çıxarılması barədədir. İddiaçı mübahisəli evin öz tərəfindən inşa edildiyinə, kommunal xidmətlərin öz adına olmasına, cavabdehin onun oğlu ilə olan nikahına xitam verilməsinə, cavabdehin həmin evə sonradan gəlməsinə istinad etmişdir.

44. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə cavabdehin mübahisəli evə köçməsi barədə iddiaçının xəbəri olub, həmçinin cavabdehin evin tikintisində iştirak etməklə iddiaçı buna şərait yaradıb.

45. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

46. Qeyd edilməlidir ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olması prezumpsiyası mövcud olur və prezumpsiyanı təkzi b etmək yükü bilavasitə həmin halı irəli sürən tərəfin üzərinə düşür.

47. İşin məhkəmələr tərəfindən müəyyən edilən halından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evin tikintisində iddiaçı ilə bərabər cavabdeh də nikahda olduğu vaxt əri ilə birgə iştirak edib, evin tikintisində cavabdehin iştirakı onun həmin əmlaka faktiki sahibliyinin əmələ gəlməsinə səbəb olmuşdur.

48. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir.

49. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir.

50. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, işdən görünür ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlil lərə apellyasiya instansiyası məhkəməsi qiymət verib, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşdığı üçün əlavə şərhə zərurət görmür.

51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-554/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar