Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2938/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı birinci iddia və X2 Cavabdeh1 və qeyrilərinə qarşı ikinci iddia üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin forma və məzmuna uyğunsuzluğu əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2(106)-361/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı rayonu, Qızılağac kəndində yerləşən, 7 daş üzərində, 3 otaqdan, mətbəx və dəhlizdən ibarət olan yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İkinci iddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və İddiaçı azyaşlı uşaqları və şəxsi əşyaları ilə birlikdə Masallı rayonu, Qızılağac kəndində yerləşən və ona məxsus torpaq sahəsindən və üzərində inşa etdiyi fərdi yaşayış evindən çıxarılmaları, həmin torpaq sahəsindən və evdən maneəsiz istifadə etmək hüququnun təmin olunması və maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən hər iki mülki iş bir icraatda birləşdirilmişdir.
4. X4 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1, X1 və İddiaçı azyaşlı uşaqları və şəxsi əşyaları ilə birlikdə Masallı rayonu, Qızılağac kəndində yerləşən, ona məxsus torpaq sahəsindən və üzərində inşa etdiyi fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsindən və evdən maneəsiz istifadə hüququnun təmin olunması və maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. Masallı Rayon Məhkəməsinin 2(050)-1408/2021 saylı, 30.06.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, İddiaçı Masallı rayonu, Qızılağac kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, mətbəx və dəhlizdən ibarət fərdi yaşayı ş evinə köçürülməsi, X2 iddiası qismən təmin edilərək, Cavabdeh1 və X1 torpağın mülkiyyətə verilməsinə dair LN-658A KOD 80500038 saylı şəhadətnamədə göstərilən 0,06 ha həyətyanı torpaq sahəsindən və Masallı rayonu, Qızılağac kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, mətbəx və dəhlizdən ibarət fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir.
6. Həmin qətnamədən ikinci iddiaçı X4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi və hüquqlarının bərpası üçün iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
7. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2022-ci il tarixli 2(106)-361/2022 saylı qətnaməsi ilə ikinci iddiaçı X2 apellyasiya şikayəti qismən təmi n edilərək, Masallı Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(050)-1408/2021 saylı qətnaməsi İddiaçı iddiasının təmin edilməsi, İddiaçı Masallı rayonu, Qızılağac kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, mətbəx və dəhlizdən ibarət fərdi yaşayış evinə köçürülməsi hissədə ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, həmçinin qətnamənin X2 iddiasının qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilərək, X2 İddiaçı qarşı iddia tələbinin təmin edilərək İddiaçı Masallı rayonu, Qızılağac kəndində yerləşən X2 mülkiyyətində olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, mətbəx və dəhlizdən ibarət fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı həmin q ətnamədən kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2(106)-361/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir. 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsin də nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; MPM-in 408.1.1-ci maddəsinə ə sasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə görə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiya məhkəməsi tərəfindən qaytarılır. 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Maddə
409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sən ədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
12. Belə ki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
13. MPM-in 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur).
14. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
15. Həmin Məcəllənin 408.1.5-ci maddəsinə görə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiya məhkəməsi tərəfindən qaytarılır.
16. Hazırki iş üzrə kassasiya şikayətindən görünür ki, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsində nəzərdə tutulmuş formada tərtib edilməmişdir. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməsinin nədən ibarət olması göstərilməyib.
17. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə ca vab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
18. Ona görə də, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlük məsələsi həll edilərkən Mülki Prosessual Məcəlləyə edilmiş yuxarıda qeyd edilən tələbləri nəzərə alınmalıdır.
19. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
20. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2(106)-361/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.