Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-294/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Allahverdiyev Qəhrəman Əli oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-xxxx nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) xx.xx.2018-ci il tarixli 2(004)-xxxx nömrəli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması” tələbinə dair ərizəsi təmin edilərək, Ərizəçi 1975-ci ildən 1992-ci ilədək Laçın rayonu “M.Əzizbəyov” adına sovxozda işləməsi faktı müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, Ş.Məmmədova, V.Həsənov) xx.xx.2018-ci il tarixli 2(103)-xxxx nömrəli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov, A.İsgəndərov, İ.Dəmirov) xx.xx.2019-cu il tarixli 2(102)-xxxx nömrəli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-xxxx nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski, R.Eyvazov, Z.Əliyev) xx.xx.2019-cu il tarixli 2(103)-xxxx nömrəli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-xxxx nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, Ərizəçi ərizəsi təmin edilərək, Ərizəçi 1975-ci ildən 1992-ci ilədək Laçın rayonu "M.Əzizbəyov" adına sovxozda işləməsi faktının müəyyən olunması qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Yasamal rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1975-ci ildən 1992-ci ilədək "M.Əzizbəyov" adına sovxozda işləməsi faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinin vəkili Rəfibəyli Fərhad Lətif oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, «Vətənda şların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajının təsdiq edilməsi qaydası nəzərdə tutulmuşdur. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Apellyasiya kollegiyasının gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-xxxx saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, maraqlı şəxs Azərbaycan Respublika sının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinin vəkili Rəfibəyli Fərhad Lətif oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Ərizəçi məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Ərizənin təmin edilm əsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, şahid qismində dindirilmiş X4 ifadəsində Laçın rayonunda müharibəyə qədərki dövrdə, yəni 1992-ci ilin may ayına kimi həmin sovxozda çalışdığını, daha sonra müharibə ilə əlaqədar İmişli rayonunda işlədiyini, Ərizəçi da Laçın rayonunda həmin sovxozda sağıcı işlədiyini bildirmişdir; şahid qismində dindirilmiş X5 ifadəsində müharibəyə qədərki dövrdə həmin sovxozda işlədiyini, Ərizəçi onun kəndçisi olduğunu və o dövrdə sovxozda birlikdə çalışdıqlarını bildirmişdir; şahid qismində dindirilmiş X6 ifadəsində Ərizəçi onunla ailə həyatı qurmamışdan əvvəl eyni sovxozda çalışdığını və o həmin sovxozda sağıcı kimi işlədiyini bildirmişdir; X3 məxsus əmək kitabçasına əsasən, 1980-1990-cı illərdə "M.Əzizbəyov" adına sovxozun da sürücü işləmişdir; X2 məxsus əmək kitabçasına əsasən, 1980-2001-ci illərdə "M.Əzizbəyov" adına sovxozunda işləmişdir. Apellyasiya kollegiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması” Qaydalarının 2.5-ci bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 307.1, 308, 372, 385, 386, 388, 390, 420-cı maddələrinə istinadən hesab etmişdir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən formal mülahizə səciyyəli dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmlıdır ki, hamıya bəlli olan müharibə dövründə itkilərə məruz qa lan və məcburi köç etmiş ərizəçinin sənədinin digər qaydada əldə etmək imkanından məhrum olunması arxivin məktubu ilə, onun 1975-ci ildən 1992-ci ilədək Laçın rayonu "M.Əzizbəyov" adına sovxozda işləməsi faktının isə başqa qaydada mümkün olmayan yalnız şahid ifadələri ilə təsdiq olunma imkanı ilə kifayətlənməli olması nəzərə alınmalıdır. Kollegiya hesab edir ki. kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınaraq bəsit sübutla (əmək kitabçasına malik olan bir şəxsin şahid ifadəsinə əsasən) müəyyən edilən və tələbdən kənara çıxan qətnamə sadalanan maddi və prosessual hüquq normalarına tam uyğun olmadığından əlavə araşdırmanın yeni müqayisəli nəticələri (məcmu sübutları inkar edən dəlillərin müəyyən edilmədiyi) əsas götürülərək yeni əsaslarla iddia üzrə məhkəmənin qənaəti təsbit e dilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində olduğu kimi, hazırki halda da kassasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Kassasiya yoxlaması zamanı apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən sa xlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-xxxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-294/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-294/2020
13.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver