Məhkəmə qərarları › İş №2(102)-2940/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2940/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2940/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Azərbaycan Respublkasının Mərkəzi Bankının vəkili Bayramov Anar Şakir oğlunun və 3-cü şəxs Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublkasının Mərkəzi Bankı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim X.Məhərrəmova) xx.xx.2019-cu il tarixli, 2(004)-xxxx nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublkasının Mərkəzi Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” Şirkətinə qarşı 3-cü şəxs Əmanətlərin Sığortalanması Fondunun olduğu “kredit müqaviləsi üzrə borcun ödənilməsi məqsədilə tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilərək, “xxxx” ASC ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında bağlanmış xx.xx.2014-cü il tarixli KB014-1626 saylı kredit müqaviləsi üzrə 5.236.111,12 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh3 məxsus ünvan 4ində yerləşən 18,3169 ha və 1 ha torpaq sahələrinə, xx.xx.2014-cü il tarixli KB014-1626 saylı kredit müqaviləsi üzrə 5.236.111,12 manat, xx.xx.2014-cü il tarixli KBQ14-1637 nömrəli kredit müqaviləsi üzrə 2.512.000 manat, cəmi 7.748.111,12 manat kredit borcunun ödənilməsi üçün “xxxx” şirkətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisəyə, xx.xx.2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1.013.066,65 manat, xx.xx.2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 2.009.833,34 manat, cəmi 3.022.899,99 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 məxsus ünvan 2 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına, xx.xx.2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqav iləsi üzrə 3.017.208,33 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh2 məxsus ünvan 3 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitləri hesabına “xxxx” ASC-nin müvafiq kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısında borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 1.180.700 manat, ünvan 4i ünvanında yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsinin ilkin satış qiymətinin 3.216.200 manat, Bakı şəhəri, ünvan2 ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ü mumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 15.010.000 manat, ünvan 4 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 6.037.700 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” şirkətindən məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri qismində 145 manat məbləğində pul vəsaitinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə, qiymətləndirmə ekspertizasının dəyəri qismində 1500 manat məbləğində pul vəsaitinin “xxxx”xxxx-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsi ilə iddiaçının nümayəndəsi (Baş direktoru) tərə findən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-xxxx nömrəli qətnaməsinin “ünvan 4 ünvanında yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsinin ilkin satış qiymətinin 3.216.200 manat, Bakı şəhəri, ünvan2 ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 15.010.000 manat, ünvan 2 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasının ilkin satış qiymətinin 6.037.700 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ünvan 4i ünvanında yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsinin ilkin satış qiymətinin 2.984.500 manat, Bakı şəhəri, Binəqədi rayonu, ünvan3 ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin ilkin satış qiymətinin 14.786.000 manat, ünvan 2 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 6.015.000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissədə, yəni “ünvan 3 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar qiymətinin 1 180 700 manat müəyyən olunması” hissəsində dəyişdirilmədən saxlanılması, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 750 manatın “xxxx” ASC-dən alınaraq “xxxx”xxxx-nin hesabına, dövlət rüsumlarının əvəzi qismində 45 manatın alı naraq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Azərbaycan Respublkasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” Şirkətinə qarşı 3-cü şəxs Əmanətlərin Sığortalanması Fondunun olduğu “kredit müqaviləsi üzrə borcun ödənilməsi məqsədilə tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan “xxxx” ASC-nin xx.xx.2014-cü il tarixli KB014-1626 saylı kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 236.111,12 manat faiz borcu olmaqla cəmi 5.236.111,12 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh3 xüsusi mülkiy yət hüququ ilə məxsus olan ünvan 4ində yerləşən 18,3169 ha və 1 ha torpaq sahələrinə, xx.xx.2014-cü il tarixli KB014-1626 saylı kredit müqaviləsi üzrə 5.000.000 manat əsas, 236.111,12 manat faiz borcu, xx.xx.2014-cü il tarixli KBQ141637 nömrəli kredit müqaviləsi üzrə 2.500.000 manat əsas, 12.000 manat faiz borcu olmaqla ümumilikdə 7.500.000 manat əsas, 248.111,12 manat faiz borcunun, cəmi 7.748.111,12 manat kredit borcunun ödənilməsi üçün “xxxx” şirkətinə tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, ünvan2 ünvanında 0,29436 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2632,2 kv.m əmlak kompleksi kimi müəssisəyə, xx.xx.2015-ci il tarixli KBQ15-1652 nömrəli kredit müqaviləsi üzrə 1.000.000 manat əsas, 13.066,65 faiz borcu, xx.xx.2015-ci il tarixli KBQ15-1776 nömrəli kredit müqaviləsi üzrə 2.000.000 manat əsas, 9833,34 manat faiz borcu olmaqla, ümumilikdə 3.000.000 manat əsas, 22.899,99 manat faiz borcunun, cəmi 3.022.899,99 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 6 ünvanında 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına, xx.xx.2015-ci il tarixli KBQ15-1676 nömrəli kredit müqaviləsi üzrə 3.000.000 manat əsas, 17.208,33 manat faiz borcu olmaqla, cəmi 3.017.208,33 manat kredit borcunun ödənilməsi üçün Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin daşınmaz əmlakların “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əld ə olunmuş pul vəsaitləri hesabına “xxxx” ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısında borcunun ödənilməsi və bununla bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı Azərbaycan Respublkasının Mərkəzi Bankının Baş Direktoru X4 və vəkili Bayramov Anar Şakir oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya kollegiyasının mövqeyi ilə razı deyillər və hesab edirlər ki, maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmiş qətnamə aşağıdakılara əsasən ləğv olunmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkməsinin mülki kollegiyasının xx.xx.2019-cu il tarix li qərardadı ilə iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş, lakin məhkəmə kollegiyası ekspert qarşısında qoyulan sualda ipoteka qanunvericiliyinin tələblərinə zidd olaraq ipoteka predmetlərinin bazar qiymətinin müəyyən olunmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsində “ilkin satış qiyməti” anlayışı ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti mənasını daşıyır. Likvid qiymət isə daşınmaz əmlak bazarının konyukturundan asılı o laraq bazar qiyməti ilə müqayisədə, xüsusilə qeyri-yaşayış sahələrinə aid, əmlakın bazar dəyərinin təxminən 20- 30%, bəzi hallarda hətta 40%-dən aşağı qiymət təşkil edir. İlkin satış qiymətinin düzgün müəyyənləşdirilməsinin əmlakın satışı prosesində əhəmiyyətli olduğunu, əks təqdirdə, satışın baş tutmaması ehtimalını yaratdığını və Mərkəzi Bankın kreditor tələblərinin ödənilməsinə ciddi təsir göstərə biləcəyini nəzərə alaraq hesab edirik ki, məhkəmənin mübahisələndirilən qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək alınan müstəqil qiymətləndirici rəylərində təqdim olunan qiymətlərlə müəyyən edilməlidir. Mərkəzi Bank xx.xx.2019-cu il tarixli, 16-00555-2019-cu il nömrəli məktubla müraciət edərək işə baxan məhkəmə kollegiyasının sədrindən ipoteka predmetlərinin ilkin satış qiymətinin (likvid) müəyyən edilməsi üçün tədbirlər görülməsini xahiş etsə də, məhkəmə kollegiyası işi yekunlaşdıraraq Yasamal Rayon Məhkəməsinin iş üzrə qəbul olunmuş qətnaməsinin Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus ünvan 3 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi istisna olmaqla, digərlərinin ilkin satış qiyməti kimi “xxxx”xxxx”xxxx tərəfindən təqdim olunan rəydəki bazar qiymətlərini qeyd etməklə kifayətlənmişdir. Halbuki, təqdim olunan rəy ipoteka qanunvericiliyin tələblərinə uyğun olmadığından nəzərə alınmamalı, ipoteka predmetlərinin likvid qiymətlərinin müəyyən edilməsi üçün təkrar ekspertiza təyin olunması məqsədilə tədbirlər görülməli idi. Göstərilənlərə əsasən o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsinin tamamilə ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” Şirkətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublkasının Mərkəzi Bankının vəkili Bayramov Anar Şakir oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən və 3-cü şəxs Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kasasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” Şirkəti məhkəməyə kasasiya şikayətinə yazılı etiraz ünvanlayaraq, kasasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələ binə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apellyasiya baxışı zamanı apellyatorun nümayəndəsinin təqdim etdiyi alternativ qiymətləndi rmə rəyinə görə müəyyən edilmişdir ki, “xxxx” şirkətinə məxsus Bakı şəhəri, ünvan2 ünvanında yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin bazar qiyməti 7 056 000 manat, likvid dəyəri 5 632 800 manat təşkil edir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetlərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyənləşdirilən ilkin satış qiymətləri mübahisələndirildiyindən, apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla apellyasiya baxışı zamanı təkrar qiymətləndirmə ekspertizası təyin olunmuş, ekspertizanın aparılması “xxxx”xxxx-nin mütəxəssislərinə həvalə edilmişdir. Həmin qiymətləndirmə təşkilatının xx.xx.2019-cu il tarixli rəyində ünvan 3 ünvanında yerləşən 398,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar qiymətinin 1 196 000 manat, ünvan 4ində yerləşən 18,3169 ha torpaq sahəsinin və 1 ha torpaq sahəsinin bazar qiymətinin 2 984 500 manat, Bakı şəhəri, ünvan 2-də yerləşən ümumi sahəsi 2632,2 kv.m olan əmlak kompleksi kimi müəssisənin bazar qiymətinin 14 786 000 manat, ünvan 8 ünvanında, 0,13381 ha torpaq sahəsində yerləşən, 1277,6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının bazar qiymətinin 6 015 000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bu kontekstdə apelyasiya ko llegiyası apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın müəyyən etdiyi qiymətləri əmlakların real bazar qiymətinə daha uyğun hesab etmiş, həmin rəyin real bazar qiymətlərini əks etdirmədiyi barədə irəli sürülən mülahizələrlə bağlı isə qeyd etmişdir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); kollegiya da bu hüququndan istifadə etməklə müvafiq rəyi əldə etmiş, ağlabatan mühakimə əsasında, xüsusilə tərəflərin özlərinin çox uzaq olmayan keçmişdə müəyyənləşdirdikləri qiymətlə mütənasibliyini nəzərə almaqla həmin rəyin daha mötəbər olması nəticəsinə gəlmişdir. Kasasiya kollegiyası aşağıda göstərilən əsaslara görə, apelyasiya instansiyası məhkəməsinin ipotekja predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsi üzrə gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti müəyyən edilərkən qiymətləndirici qarşısında ipoteka predmetinin bazar dəyərinin hansı məbləğ təşkil etməsi barədə sual qoyularaq, əmlakın bazar dəyəri ilkin satış dəyəri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1.1-ci maddəsinə əsasən, Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi ape llyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 418.6-cı maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadının əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Həmin Məcəllənin 418-1.3-cü maddəsinə əsasən, Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Həmin Məcəllənin 418-1.4-cü maddəsinə əsasən, Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən e dilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən mübahisəli məsələyə qiymət vermək üçün ilk növbədə “İpoteka haqqında” Qanunun müvafiq müddəaları təhlil edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərə fdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə aç ıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5 -ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunma lıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının qeyd edilən qərardadı ilə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməli olması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə ipoteka predmetlərinin ilkin satış qiymətini bazar dəyəri ilə müəyyən etməsinin səbəblərini əsaslandırmamışdır. Hazırki halda kasasiya yoxlaması zamanı müəyyən edilir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi “İpoteka Haqqında” Azərbaycan Re spublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə müəyyən edilmiş hallara ziddir və apelyasiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı yanaşması onun tərəfindən əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.6-cı maddəsinə əsasən, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tət biqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Göstərilən normalara və “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının məhkəmə qərarlarının vahidliyi təcrübəsini təmin edən 01 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə müəyyən edilmiş hallara əsasən kasasiya kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsi ipoteka predmeti olan ə mlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmi n olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxxx nömrəli qətnaməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar