Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2940/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 may 2025-ci il tarixli, 2(105)777/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt şəhər, 47-ci məhəllə, 14 saylı evin 25 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır və Reyestr Xidməti tərəfindən onun adına 21 oktyabr 2022-ci il tarixli Çıxarış verilmişdir. 2. 1992-ci ildən Sumqayıt şəhər, 47-ci məhəllə, 14 saylı evin 25 saylı mənzilində Qubadlı rayonu, Padar kəndindən məcburi köçkün düşmüş Cavabdeh1, Cavabdeh2, Rüstəmzadə (Əlizadə) Leyla Cəfər qızı, Cavabdeh4, Cavabdeh5 məskunlaşmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər, 47-ci məhəllə 14 saylı evin 25 saylı mənzili xx.x x.2022-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə iddiaçıının adına qeydə alınmışdır. Cavabdehlər Qubadlı rayonu, Padar kəndindən məcburi köçkündürlər. Onlar Qubadlı rayonundan məcburi köçkün düşdükdən sonra, yəni 1992-ci ilin aprel ayında iddiaçıya məxsus olan mənzili özbaşına tutmuşlar və indiyə qədər də orda yaşayırlar. Dəfələrlə cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısını almağa, onları mənzildən çıxarmağa çalışsa da buna nail ola bilməmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin indiyə qədər iddiaçıya məxsus olan mənzildə yaşamaları onun Azərbaycan Respublikası Konstitusiyası və İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozur. Odur ki, iddiaçı özü hal-hazırda Sumqayıt şəhəri, 6-cı mkr, 37 saylı evin 5 saylı mənzilində ailə üzvləriylə birlikdə kirayədə yaşayır. Göstərilənlərə əsasən, iddiaçı cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək, bildirmişdir ki, mübahisəli mənzil iddiaçıya məxsusdur və mənzillə təmin olunandan sonra mübahisəli mənzili iddiaçıya təhvil verəcəkdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(060)-364/2025 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia təmin edilərək, cavabdehlərin Sumqayıt şəhər, 47-ci məhəllə, 14 saylı evin 25 saylı mənzilindən çıxarılmaları qət edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin h üquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
8. Həmçinin, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o, halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur.
9. Nəzərə alınmalıdır ki, 1992-1993-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdır. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir.
10. Hal-hazırda həmin hadisələrin üzərindən 30 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasında kı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Həmçinin, İkinci Qarabağ müharibəsi zamanı, 25 oktyabr 2020-ci ildə Qubadlı işğaldan azad edilmişdir. 11. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən 2022-2026-cı illər aralığında Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34.500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulmuşdur.
12. Məhkəmə iddiaçının “hazırki işlə bağlı qanuni qüvvəsini almış məhkəmə aktının olması” ilə bağlı izahatına qiymət verərək, qeyd etmişdir ki, sözügedən qətnamədə mübahisələndirilən mənzilin mülkiyyətçisi X2 olduğu halda, hazırki mülkiyyətçisi İddiaçıdır. Sözügedən mənzil iddiaçının mülkiyyətində olduğundan cavabdehlərin həmin mənzildə məskunlaşması və mənzildən çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Şərh olunan hüquq normalarına əsasən iddiaçı ona məxsus mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdır. 13. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində göstərilir ki, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına yalnız bunun digər şəxslərin hüquqlarını və qanuni maraqla rını pozmadığı hallarda yol verilir və belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
14. Göstərilən normanın tələbləri baxımından məhkəmə hesab etmişdir ki, cavabdehlər məcburi köçkün olduqları üçün başqa yaşayış yeri ilə təmin olunmalıdırlar və bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır.
15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci; Mülki Məcəllənin 152.1, 152.5, 157.2 və 157.4-cü; “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci; habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumiyyətlə iddiaçının həmin mənzili ələ keçirməsi şübhəlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzi bati, yardımçı və digər binalarda məskunlaşdırılması” Qaydasının 4-cü bəndinə görə “Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 saylı Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədi ilə həmin evlərə əlaqədar təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etsələr də, məhkəmə həmin sübutları araşdırmaqdan qanunsuz və əsassız olaraq imtina etmişdir. Halbuki məhkəmə iş üzrə qanuni əsaslı və ədalətli qərar qəbul olunması üçün bütün qanuni vasitələrdən istifadə etməyə haqlı idi. Bütün bu hallar iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün məhkəmə tərəfindən ətraflı araşdırılmalı idi.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 may 2025-ci il tarixli, 2(105)-777/2025 saylı qətnaməsi ilə (hakimlər Zahid Məmmədov sədrlik edən, məruzəçi, Mirbahəddin Hüseynov və İlqar Dəmirov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmış və qeyd etmişdir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan mənzilin hər-hansı hüquqi əsas olmadan zəbt edilməsi işin mübahisəsiz halıdır. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin oxşar mübahisələrlə bağlı Azərbaycana qarşı işlər üzrə qərarlarında formalaşmış hüquqi mövqeyə əsasən cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə hər hansı hüquqi əsas olmadan yaşamaları və iddiaçının tələbinə baxmayaraq mənzildən çıxmamaları iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Cavabdehlərin iddiaçıya məxsus mənzildə heç bir qanuni əsas olmadan məskunlaş ması iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozduğundan, iddiaçının öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə etmək imkanından məhrum etdiyindən birinci instansiya məhkəməsi iddianın təmin edilməsi üzrə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir.
20. Apellyasiya şikayətinin “iddiaçının həmin mənzili ələ keçirməsinin şübhəli olması” ilə bağlı dəlilinə gəldikdə isə, kollegiya qeyd edir ki, daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda və digər qanunvericilik aktlarında müəyyən edilmişdir. Qanunverici mülkiyyət hüqu qunun təminat mexanizmini məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat ilə şərtləndirmişdir. Həm dövlət, həm də mülkiyyətçinin mənafelərinin qorunması baxımından daşınmaz əmlaka dair məlumatların vahid dövlət reyestrində qeydiyyatı zəruridir. Şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı nəticə etibarı ilə bu hüququn pozulmasının qarşısının alınmasına xidmət edir. Daşınmaz əmlakın dövlət qeydiyyatı, həmçinin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış edir. Mülki Məcəllənin 140-cı maddəsində, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində əks olunmuş daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət reyestrinin açıqlığı prinsipindən irəli gəlir. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdeh iddiaçının qeyd edilən mənzilə dair mülkiyyət hüququnun “şübhəli” yaxud əsassız olaraq qeydə alınması ilə bağlı hər-hansı bir mötəbər sübuta istinad etməmiş və bu barədə dəlillərini təsdiq edən sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, hazırkı vəziyyətdə iddiaçının hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalma sına səbəb olur.
21. Məhkəmə kolegiyası həmçinin qeyd etmişdir ki, iddianın təmin olunmaması nəticəsinə gələn birinci instansiya məhkəməsi öz qətnaməsində “...iddiaçının “hazırki işlə bağlı qanuni qüvvəsini almış məhkəmə aktının olması” ilə bağlı izahatına qiymət verildiyini” qeyd etsə də, nə iddia ərizəsində, nə də iş üzrə keçirilmiş məhkəmə iclaslarının protokollarında iddiaçının bu barədə hər-hansı izahatına rast gəlinmir. Prosessual-hüquqi baxımdan əhəmiyyət kəsb etdiyindən məhkəmə kollegiyası tərəfindən iclasda iştirak edən iddiaçıya və cavabdehə hazırkı mənzillə əlaqədar tərəflər və ya onların vərəsəsi olduğu şəxslər (iddiaçının mərhum həyat yoldaşı X2, cavabdehin mərhum atası Əliyev Əhliman Əsgər oğlu) arasında əvvəllər hər-hansı məhkəmə mübahisəsinin mövcud olub-olmaması ilə bağl ı suallar verilmiş, hər iki tərəf əvvəllər məhkəmə mübahisəsinin olmadığını bildirmişlər. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemində də tərəflərin iştirakçısı olduqları hər-hansı digər işin olması müəyyən edilməmişdir. Əksinə iddiaçı mərhum ərinin uzun müddət cavabdehləri həmin mənzildən çıxarmaq niyyətinin olmadığını, hazırda özünün tənha və kimsəsiz olmaqla kirayədə qalması, cavabdehlərə dəfələrlə müraciət etsə də, mənzili könüllü tərk etmədiklərinə görə məcbur olaraq hazırki iddia ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən mübahisənin məhkəmədənkənar həlli üçün tərəflərə müraciət edilmiş, cavabdeh isə iddiaçının mənzil kirayə haqqını ödəmək imkanının olmadığını, yalnız hər ay müəyyən məbləğdə köməklik edə biləcəyini, dövlət tərəfindən işğald an azad olunmuş ərazidə yaşayış sahəsi ilə təmin olunan kimi mənzili boşaldaraq iddiaçıya təhvil verəcəyini bildirmişdir.
22. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci; Mülki Məcəllənin 152.1, 152.5, 157.2 və 157.4-cü; “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci; habelə Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 kassasiya şik ayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun olaraq eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə
13. Bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə
29. Bənd İ. Hər kəsin mülkiyyət hüququ vardır. Bənd İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respubl ikasının Mənzil Məcəlləsi
28. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
29. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istif adə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, mə hkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisəl əndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
43. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, Cavabdeh1 kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
46. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o, halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki halları ndan görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur.
47. Nəzərə alınmalıdır ki, 1992-1993-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdır. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir.
48. Hal-hazırda həmin hadisələrin üzərindən 30 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köç künlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Həmçinin, İkinci Qarabağ müharibəsi zamanı, 25 oktyabr 2020-ci ildə Qubadlı işğaldan azad edilmişdir. 49. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində göstərilir ki, məcburi köçkünlərin məskunlaşdır ılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına yalnız bunun digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmadığı hallarda yol verilir və belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.
50. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, h abelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 may 2025-ci il tarixli, 2(105)-777/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.