Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2941/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyan və pul tələbi, sübutetmə) 11.06.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil xxx oğlunun, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(103)1883/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə A zərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaya görə İddiaçı övladlarının baxıcısı işləyən xxx adlı qadının gəlini Cavabdeh satış məqsədi ilə 2016-2017-ci illərdə müxtəlif qızıl-zinət əşyalarını vermişdir. İddiaçı Cavabdeh ona məxsus 35000-40000 manat dəyərində qızıl-zinət əşyalarının alınaraq geri qaytarılması barədə ərizə ilə polisə müraciət etmiş və Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 may 2018-ci il tarixli qərarla toplanmış materiallar üzrə tərəflər arasında olan mübahisənin mülki xarakterli olduğu müəyyən edildiyindən və əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1-2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və maraqlı tərəfin məhkəməyə etmək hüququnun olması izah edilmişdir. Həmin qərarla müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən təqdim edilən və iş materiallarında olan yazı kitabçasındakı Cavabdeh tərəfindən yazılmış qəbzə əsasən o, İddiaçı 20 dəst qızıl götürmüş və məsuliyyət daşıyır. “xxxx” MMC-nin 03 may 2019-cu il tarixli mütəxəssis rəyində əsasən İddiaçı məxsus qızıl-zinət əşyalarının qiymətləri aşağıdakı kimi müəyyən olunmuşdur: -əyarı 750, 82 qram çəkidə üç ədəd sep, kulon, bir cut sırğa və üzük - 4346 manat, əyarı 750, 53 qram çəkidə bir cüt sırğa - 477 manat, əyarı 750, 9 qram çəkidə 3 ədəd sep, bilərzik və üzük -2226 manat, əyarı 585, 24,5 qram çəkidə 2 ədəd sep, bir cut sırğa - 1029 manat, 750 əyarı, 30 qram çəkidə 2 ədəd se p - 1590 manat, 585 əyarı, 30 qram çəkidə 3 ədəd bir cüt sırğa, üzük və klon - 1260 manat, əyarı 750, 20 qram çəkidə 2 ədəd bir cüt sırğa və sep - 1060 manat, 585 əyarı, 28 qram çəkidə 2 ədəd sep bilərzik - 1176 manat, 750 əyarı, 35 qram çəkidə 4 ədəd iki üzük bir cüt sırğa bir bilərzik - 1855 manat, 585 əyarı, 25 qram çəkidə 1 ədəd sinəbənd (sep) - 1050 manat, 750 əyarı, 36 qram çəkidə 1 ədəd sep - 1908 manat, 750 əyarı, 17 qram çəkidə 1 ədəd sep - 901 manat, 750 əyarı, 10 qram çəkidə 2 ədəd üzük - 530 manat, 750 əyarı, 35 qram çəkidə 1 ədəd bir cüt sırğa - 1855 manat, 585 əyarı, 25 qram çəkidə 2 ədəd sep və üzük - 1050 manat, 750 əyarı, 20 qram çəkidə 1 ədəd sep 1060 manat, 750 əyarı, 85 qram çəkidə 4 ədəd iki ədəd sep bir cüt sırğa, üzük - 4505 manat, 750 əyarı, 35 qram çəkidə 2 ədəd bi r cüt sırğa üzük - 1855 manat, 750 əyarı, 30 qram çəkidə 2 ədəd sep kulon - 1590 manat, 585 əyarı, 25 qram çəkidə 1 ədəd sep - 1050 manat, 585 əyarı, 14 qram çəkidə 2 ədəd bir cüt sırğa, üzük-588 manat, 750 əyarı, 15 qram çəkidə 1 ədəd qobağ - 795 manat, 585 əyarı, 35 qram çəkidə 3 ədəd sep, kulon, bir cüt sırğa - 1470 manat, 750 əyarı, 15 qram çəkidə 1 ədəd qolbaq - 795 manat, 585 əyarı, 15 qram çəkidə 2 ədəd bilərzik, üzük - 630 manat, 750 əyarı, 30 qram çəkidə 1 ədəd sep 1590 manat, 750 əyarı, 32 qram çəkidə 4 ədəd bilərzik, iki cüt sırğa, üzük - 1696 manat, 585 əyarı, 35 qram çəkidə 2 ədəd sep, bilərzik - 1470 manat, 585 əyarı, 35 qram çəkidə 2 ədəd sep, bilərzik 1470 manat, 750 əyarı, 40 qram çəkidə 2 ədəd sep, bilərzik - 2120 manat və 585 əyarı, 42 qram çəkidə 1 ədəd sep - 2100 manat, cəmi 50885 manat. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya məxsus olan 1 ədəd klon, 21 dəst sırğa, üzük, qolbaq və boyunbağının, yaxud bu qızılların dəyəri olan 50000 manat pulun, həmçinin iddiaçıdan əlavə olaraq nağd aldığı 13000 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uşaqlarının baxıcısı xxx vasitəsilə tanımışdır. Bir dəfə cavabdeh iddiaçının evində olarkən qızılı yüksək qiymətə alan tanışlarının olmasını bildirmiş və iddiaçı ilə qızıllarının satılmasına razılaşmışlar. 2016-cı ilin iyun ayında yaşadığı ünvan 1 ünvanında bacısı xxxnın iştirakı ilə iddiaçı cavabdehə bir cüt sırğa, üzük, qolbaq və boyunbağıdan ibarət dəst vermişdir. xxx ona bu qızıllara görə 400 manat beh vermişdir. Qeyd etdiyi dəstin qiyməti həmin dövr üçün 3500 manat dəyərində qiymətləndirilmişdir. Lakin xxx bu qızılların pulunu vermədiyi üçün altı ay sonra iddiaçının tələbi ilə qaytarmış və iddiaçı da 400 manat behi qaytarmışdır. Bundan sonra 2016-cı ilin dekabr ayında yaşadığı evdə cavabdehə bir cüt sırğa, üzük, qolbaq və boyunbağıdan ibarət iki dəst vermiş, iki dəstin dəyəri 5000 manat qiymətləndirilmiş və cavabdeh bu qızıllara görə ona 250 manat beh vermişdir. Sonradan ikinci dəfə yenə öz evində cavabdehə bir cüt sırğa, üzük, qolbaq və boyunbağıdan ibarət iki dəst vermiş, iki dəsti 3500 dəyərində qiymətləndirmiş, 250 manat beh almışdır. Üçüncü dəfə 2017-ci ilin yanvar- fevral aylarında iddiaçının yoldaşı ünvan 1 qəsəbəsində cavabdehə bir cüt sırğa, üzük, qolbaq və boyunbağıdan ibarət iki dəst vermiş, iki dəsti 2000 manat dəyərində qiymətləndirmişlər. Dördüncü dəfə 2017-ci ilin fevral ayında iddiaçının yoldaşı xxx cavabdehə ünvan 2ndə yaşadığı evin qarşısında bir cüt sırğa, üzük, klon və boyunbağı vermiş, həmin qızıllar 1000 manat dəyərində qiymətləndirilmişdir. Beşinci dəfə, yəni 2017ci ilin mart ayında iddiaçının yoldaşı xxx cavabdehin ünvan 2ndə yaşadığı evin qarşısında sonuncuya bir cüt sırğa, üzük, qolbaq və boyunbağıdan ibarət bir dəst vermiş, bu qızıllar 1500 manat qiymətləndirilmişdir. Altıncı dəfə, yəni 2017-ci ilin mart ayında iddiaçı yaşadığı ünvanda xxxa bir cüt sırğa, üzük qolbaq və boyunbağıdan ibarət iki dəst vermiş, bu iki dəst 4000 manat dəyərində qiymətləndirilmişdir. Yeddinci dəfə 2017-ci ilin aprel ayında yaşadığı evdə cavabdehə bir cüt sırğa, üzük qolbaq və boyunbağıdan ibarət iki dəst vermiş, iki dəsti 4000 manat qiymətləndirmişdir. Səkkizinci dəfə 2017-ci ilin iyun ayında yenə yaşadığı ünvanda cavabdehə bir cüt sırğa, üzük, qolbaq və boyunbağıdan ibarət üç dəst qızıl vermiş, üç dəst 3500 manat dəyərində qiymətləndirilmişdir. Doqquzuncu dəfə, yəni 2017-ci ilin iyul ayında yaşadığı evdə cavabdehə bir cüt sırğa, üzük qolbaq və boyunbağıdan ibarət üç dəst qızıl vermiş, üç dəsti 1500 manata qiymətləndirmişdir. Sonuncu dəfə, yəni 2017-ci ilin avqust ayında yaşadığı evdə xxxa bir cüt sırğa, üzük, qolbaq və boyunbağıdan ibarət üç dəst qızıl vermiş, bu üç dəst 2000 manat məbləğində qiymətləndirilmişdir. Bundan əlavə iddiaçı c avabdehə hissə-hissə 13000 manat borc pul da vermişdir. Cavabdeh hər dəfə iddiaçıdan qızıl götürərkən 200-300 manat məbləğində beh vermiş, satdığı qızıllara görə ona hər ay pul vermək vədini yerinə yetirməyərək, iddiaçını aldatmış və ona böyük məbləğdə maddi ziyan vurmuşdur. Qızıl dəstlərinə görə qeyd etdiyi qiymət təxminidir və bu qiymət ümumilikdə 45000-50000 manat dəyərindədir. Ümumilikdə xxx 50000 manat qızıla görə və 13000 manat isə nağd aldığı pulu ona qaytarmalıdır. Cavabdeh əvvəllər qızılları satmaq üçün ondan götürmüş, sonradan isə qızılları kirayə vermək məqsədilə götürdüyünü bildirmişdir. Cavabdeh qızılların xeyli hissəsini kirayə verəcəyi adı ilə iddiaçıdan aldığı üçün qızıl yığılıb onda qalmış və iddiaçıya nə nağd aldığı pulu, nə də qızılları qaytarmamışdır. İddiaçı qızıl-zinə t əşyalarının cavabdehdən alınaraq qaytarılması məqsədilə polis orqanlarına müraciət etmiş, Bakı şəhəri Nizami RPİ-də 07 may 2018-ci il tarixli qərar qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(008)3066/2019 nömrəli qətnaməsi ilə (hakim İ.R.Burcayev) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı məxsus olan 1 ədəd klon, 21 dəst sırğa, üzük, qolbaq və boyunbağı, yaxud bu qızılların dəyəri olan 50000 manat pulun İddiaçı qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1097.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 0 may 2019-cu il tarixli, 2(008)-3066/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(103)-1883/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talışinskidən və Z.A.Şirinovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(008)-3066/2019 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı xeyrinə 10000 manat pul vəsaitinin tutulması, iddianın yoxlanılan qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehə verilməsini iddia etdiyi qızıl-zinət əşyalarının fərdi xüsusiyyətləri (əyarı, çəkisi və s.) barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, sadəcə müəyyən fotoşəkillər təqdim etmişdir. Eyni zamanda, iddiaçı izahatında təqdim etdiyi fotoşəkillərin bəzilərində öz əksini tapmış qızıl-zinət əşyalarının cavabdehə faktiki verdiyi əşyaların deyil, onların oxşarlarının olmasını bildirmişdir. İddiaçı sübut kimi, həmçinin cavabdeh tərəfindən sadə yazılı formada tərtib edilmiş qəbz təqdim etmişdir. Həmin qəbzdə cavabdehin iddiaçıdan 20 dəst qızıl götürməsi barədə qeyd aparılmışdır. Cavabdeh apellyasiya şikayətində qızılzinət əşyalarının dəyərinin onların çəkisi, əyarı və s. fərdi xüsusiyyətləri müəyyən olunmadığı halda, yalnız mötəbər olmayan fotoşəkillərə əsasən müəyyən olunmasını göstərmişdir. Cavabdeh etirazında eyni zamanda, iddiaçının qızıl-zinət əşyalarının dəyəri ilə bağlı müxtəlif qiymətlər göstərməsini (polisə şikayət edilən zamanı 35000-40000 manat, iddia ərizəsində 45000-50000 manat göstərilməsi və s.) qeyd etmişdir. Bununla yanaşı, cavabdeh iddiaçıdan 20 dəst qızıl götürməsi barədə qəbzi məcburiyyət qarşısında yazmasını bildirmiş, həmin qəbzdə qızılların nədən ibarət olmasının və onların qiymətlərinin öz əksini tapmamasını bildirmişdir. Məhkəmə həmçinin Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin toplanmış materiallarına baxış keçirmiş və müəyyən etmişdir ki, iddiaçı 17 dekabr 2017-ci il tarixli şikayət ərizəsində cavabdehin ondan satmaq adı ilə 35000-40000 manat dəyərində q ızıl-zinət əşyalarını almasını, lakin nə qızılların, nə də onların satış pulunun ona verilməməsini göstərmişdir. Cavabdeh 20 dekabr 2017-ci il tarixli izahatında göstərmişdir ki, iddiaçını təxminən 6 ildir tanıyır, maddi ehtiyacı olduğundan iddiaçıdan bir il əvvəl 30 faizə 4000 manat borc pul götürmüş, hər ay 1200 manat faiz vermiş, lakin pulu qaytara bilməmiş, razılaşmışlar ki, iddiaçıya məxsus qızıl-zinət əşyalarını baha qiymətə satacaq, beləliklə borcu bağlanacaq. O, iddiaçıdan 15000 manat dəyərində qızıl-zinət əşyalarını götürmüş, onların bir hissəsini sataraq iddiaçıya 2000 manat pul ödəmiş, sata bilmədiyi 5 dəst qızıl-zinət əşyalarını iddiaçıya qaytarmış, qalan 10000 manat dəyərində qızılları isə itirdiyindən qaytara bilməmişdir (cavabdeh sonrakı izahatında itirdiyi qızılların qiymət ini 4000 manat kimi qeyd etmişdir). İddiaçı iddia ərizəsində cavabdehə ilk dəfə verdiyi qızıl-zinət əşyalarının ona qaytarılmasını göstərmişdir. Göründüyü kimi, cavabdehin qızılların bir hissəsinin qaytarılması ilə bağlı verdiyi izahatı ilə iddiaçının iddia ərizəsində göstərdiyi analoji hal üstüstə düşür. İddiaçı iddia ərizəsində həyat yoldaşı X2 vasitəsilə 3 dəfə (2017-ci ilin yanvarfevral və mart aylarında) müxtəlif tarixlərdə cavabdehə qızıl-zinət əşyalarının verilməsini göstərsə də, sonuncu istər polisdə verdiyi izahatında, istərsə də apellyasiya baxışında şahid qismində verdiyi izahatında cavabdehə yalnız bir dəfə bağlamada qızıl-zinət əşyaları verdiyini, eyni zamanda iddiaçının ümumilikdə cavabdehə nə qədər, hansı məbləğdə qızıl verməsindən məlumatlı olmamasını göstərmişdir. Göstər ilənləri ümumiləşdirən apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında şəxsi tanışlıq münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə fərdi xüsusiyyətləri (çəkisi, əyarı və s.) dəqiq müəyyən olunmayan müəyyən sayda qızıl-zinət əşyaları verilmişdir. Cavabdeh tərəfindən həmin əşyaların bir hissəsi satılaraq pulu iddiaçıya ödənilmiş, bir hissəsi naturada qaytarılmış, 10000 manat dəyərində qızıl-zinət əşyası isə itirilmişdir. Qeyd edildiyi kimi, cavabdeh iddiaçıdan aldığı qızıllardan 10000 manat dəyərində hissəsini itirməsini Sabunçu rayon Polis İdarəsində verdiyi izahatında etiraf etmişdir. Cavabdeh sonrakı izahatında 4000 manat dəyərində qızıl-zinət əşyasını itirməsini qeyd etsə də, məhkəmə kollegiyası cavabdehin əvvəlki izahatını mötəbər sübut kimi nəzərə almışdır. Çün ki, cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdeh itirilmiş qızıl-zinət əşyalarının dəyərinin iddiaçıya ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qızılların dəyərinin müəyyən olunması istiqamətində verilmiş rəyləri digər sübutlarla birlikdə qiymətləndirərək mötəbər hesab etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, rəylər yalnız fotoşəkillərə əsasən verilmiş, fotoşəkillərdə əksini tapmış qızılların bir hissəsi onların oxşarı olmuş, eyni zamanda cavabdehə verilmiş qızılların fərdi xüsusiyyətləri müəyyən olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh itirdiyi qızıllara görə 10000 manat pul vəsaitini iddiaçıya ödəmək öhdəliyini daşıyır və iddia yalnız həmin hissədə t əmin olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(103)-1883/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin vəkili Vəkil kassasiya şikayətinə yazılı etiraz verərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xa hiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil xxx oğlunun kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək rədd edilməsini xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətini cavabdeh vermiş və iddianın təmin olunmuş hissəsini mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edildiyindən, habelə həmin qətna mə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən hazırki kassasiya baxışının predmetini qətnamənin iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd olunmuş hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkd iyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandı ran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tələb olunan qızıl və əşyaların mövcudluğu, fərdi əlamətləri, qiyməti barədə sübutlar təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, sonuncu bunlarla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübut təqdim etməmiş, əksinə bununla bağlı işdə olan məlumatlar ziddiyyətli olmuşdur. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi əsas lı olaraq yalnız cavabdehin tədqiqat orqanına etiraf etdiyi məbləğin sonuncudan tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetir ilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi mövcud mülki prosessual qanunvericiliyi ilə yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da uyğun olmuşdur. Belə ki, həmin Məhkəmə “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarısta na qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Hə min Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum g örmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 sentyabr 2020-ci il tarixli, 2(103)-1883/2020 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın həmin məhkəmə tərəfindən təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2941/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2941/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver